§ 9. Subyektiv patent hüquqlarının müdafiəsi
Subyektiv patent
hüquqlarının
müdafiəsi anlayışı.
Müdafiə hüququnun
subyektləri
Müəllif yaratdığı sənaye mülkiyyəti obyekti üçün
dövlətdən (səlahiyyətli dövlət orqanından) ona görə
patent adlı sənəd alır ki, onu (yəni sənaye mülkiy
yəti obyektini) həmin sənədin köməyi və vasitəsi ilə
qoruya bilsin. Sənaye mülkiyyəti obyektinin (sub
yektiv patent hüquqlarının) patentlə qorunması əv
vəldə qeyd etdiyimiz kimi, onu ifadə edir ki, sənaye mülkiyyəti obyektindən
(patent hüquqlarından) istifadə etmək istəyən hər bir şəxs istifadə üçün patent
alan şəxsdən (patent sahibindən) icazə (razılıq) almalıdır. Belə icazə alınma
dan patentləşdirilmiş sənaye mülkiyyəti obyektindən (patent hüquqlarından)
hər hansı bir şəxsin istifadə etməsi hüquqazidd hərəkətdir və buna görə də
patent hüquqlarının pozulması sayılır. Patent hüquqlarının pozulması isə hə
min hüquqların müdafiə olunmasını şərtləndirir.
Deməli, patent hüquqlarının (sənaye mülkiyyəti obyektinin) qorunmasından
yalnız o halda danışmaq olar ki, patent hüquqlarından (sənaye mülkiyyəti ob
yektindən) qanunsuz (icazəsiz) istifadə olunmasın, yəni patent hüquqları po
zulmasın (patent inhisarı pozulmasın). Patent hüquqlarının (sənaye mülkiyyəti
obyektinin) müdafiəsindən isə yalnız həmin hüquqlar pozulduğu hallarda söh
bət gedə bilər.
Patent hüquqlarını müdafiə etmək patent hüququ institutunun yerinə ye
tirdiyi əsas funksiyalardan biridir. Patent hüququ institutu ilə həm şəxsi hü
quqlar, həm də əmlak hüquqları müdafiə oluna bilər. Bəzən (subyektiv pa
tent hüququ ləğv edildiyi halda, məsələn, patentləşdirilmiş məmulat məhv ol
duğu halda) müdafiənin müstəqil predmetini qanunla qorunan mənafe təşkil
edir. Patent hüququ ilə m üdafiənin əsas məqsədi isə pozulmuş patent hü
quqlarını və qanunla qorunan mənafeyi bərpa etməkdən, mübahisə yarandıq
da patent hüquqlarını tanıtdırmaqdan ibarətdir.
Subyektiv patent hüquqları pozulduqda (patent hüquqları barədə mü-
382
bahisə yarandıqda) həmin hüquqların (qanunla qorunan mənafeyin) bər
pa olunm asına (patent hüquqlarının tanınmasına) yönələn tədbirlərin
məcmusuna patent hüquqlarının müdafiəsi deyilir
Müdafiə hüququnun subyekti rolunda, hər şeydən əvvəl, sənaye mülkiy
yəti obyektinin müəllifi çıxış edir. Xüsusən də müəllifin şəxsi qeyri-əmlak hü
quqları (sənaye mülkiyyəti obyektinin müəllifi kimi tanınmaq hüququ, ad hüqu
qu və s.) pozulduğu hallarda, o, müdafiə hüququnun subyekti olur. Bundan
əlavə, müəllifin əmlak hüquqları pozulduğu hallarda da o, müdafiə hüququ ilə
təmin edilir. Məsələn, işəgötürən işçiyə (müəllifə) sənaye mülkiyyəti obyekti
yaratdığına görə haqq ödəməlidir. Bu məsələ barədə mübahisə yarana bilər.
Tutalım ki, işəgötürən müəllifə şərtləndirilmiş məbləğdə haqq ödəməkdən imti
na edir. Bununla o, müəllifin əmlak hüququnu pozur. Müəllifin hüququ var ki,
pozulmuş əmlak hüququnu müdafiə etsin.
Patent sahibləri m üdafiə hüququnun əsas subyektidir Bu, onunla izah
edilir ki, sənaye mülkiyyətindən istifadə üçün müstəsna hüquq (patent inhisarı)
ona məxsusdur. Patent hüquqlarının pozulması hallan məhz sənaye mülkiyyə
ti obyektindən qanunsuz (icazəsiz) istifadə faktları ilə bağlıdır. Belə faktlar pa
tent sahibinin əmlak hüquqlarının pozulması deməkdir. Patent sahibinin əmlak
hüquqlarına toxunan pozuntu hallan patent sahibinə hüquq verir ki, o, öz əm
lak mənafelərini müdafiə etsin.
Digər tərəfdən, müdafiə predmeti olan subyektiv patent hüququ patent hü
ququ münasibəti çərçivəsində mövcud olur. Belə ki, o, həmin münasibətin
məzmununu təşkil edən elementlərdən biridir. Subyektiv patent hüququ səla
hiyyətli şəxsə - patent sahibinə məxsus olub, bir neçə səlahiyyətdən (hüquqi
imkandan) ibarətdir. Belə səlahiyyətlərdən biri müdafiə hüququ (səlahiyyəti,
hüquqi imkanı) hesab edilir ki, o, subyektiv patent hüququnun daşıyıcısı (sahi
bi) olan patent sahibinə (səlahiyyətli şəxsə) məxsusdur.
M üdafiə hüququ dedikdə, patent sahibinə (patent hüquq münasibəti
nin səlahiyyətli şəxs sayılan tərəfinə) verilən elə bir səlahiyyət (hüquqi
im kan) başa d ü şü lü r ki, bu səlahiyyətdən istifadə edərək o, öz pozulmuş
patent hüquqlarının bərpası və ya mübahisə edilən patent hüquqlarının
tanınm ası üçün hüquqqoruyucu tədbirlər tətbiq edir.
Bunlardan əlavə, həm müəllifin, həm də patent sahiblərinin hüquqi varis
ləri (vərəsələri) m üdafiə hüququnun subyekti sayılırlar Belə ki, sənaye
mülkiyyəti obyektinin müəllifi öldükdən sonra onun şəxsi hüquqlarının müdafi
əsini vərəsələri həyata keçirirlər. Belə halda müəllifin vərəsələri müdafiə hüqu
qunun subyekti kimi çıxış edirlər. Özü də vərəsələrin müdafiə etmək hüququ
müddətlə məhdudlaşdırılmır.
Patent sahibinin vərəsələri isə ölümündən sonra onun əmlak hüquqlarını
(müstəsna istifadə hüququnu, haqq almaq hüququnu) müdafiə edirlər. Bildiyi
miz kimi, ölümündən sonra patent sahibinin əmlak hüquqları onun vərəsələri
nə keçir. Həmin hüquqlar pozulduğu halda, vərəsələr onları müdafiə edə bilər
lər. Belə halda patent sahibinin vərəsələri müdafiə hüququnun subyekti qis
mində çıxış edirlər. Özü də onların əmlak xarakterli patent hüquqlarını müdafiə
etmək hüququ müddətlə məhdudlaşdırılır. Belə ki, patentin qüvvədə olma
383
patentin etibarsız sayılmasına əsas ola bilən hallar göstərilir ki, biz, bir az öncə
həmin hallaıdan danışdıq.
Patentin qismən etibarsız sayılması dedikdə, patentin yalnız bir hissəsi
nin ümumiyyətlə qüvvəyə mindiyi andan mövcud olmaması başa düşülür.
Onun hüquqi nəticəsi isə bundan ibarətdir ki, subyektiv patent hüquqlarının bir
hissəsi ləğv edilir, digər hissəsi isə qüvvədə qalmaqda davam edir. Məsələn,
ixtiranın düsturunun bir və ya bir neçə bəndinin ləğv edilməsi patentin qismən
etibarsız sayılmasına səbəb olur.
Patenıin etibarsız sayılması həm də patentə sərəncam verilm əsinə yönə
lən m ülki-hüquqi m üqavilələrin etibarsızlığına səbəb olur. Söhbət hər
şeydən əvvəl, patentin (patent hüquqlarının) güzəşti (sessiya) müqaviləsin
dən, habelə sənaye mülkiyyəti obyektindən istifadə hüququnun verilməsi ba
rədə lisenziya müqaviləsindən gedir. Patent hüququnu özgəninkiləşdirən şəxs
əldə etdiklərinin hamısını müqavilə üzrə kontragentinə (patent hüququnu əldə
edən şəxsə və ya istifadəçiyə) qaytarmalıdır (restitusiya).
§ 9. Subyektiv patent hüquqlarının müdafiəsi
Müəllif yaratdığı sənaye mülkiyyəti obyekti üçün
dövlətdən (səlahiyyətli dövlət orqanından) ona görə
patent adlı sənəd alır ki, onu (yəni sənaye mülkiy
yəti obyektini) həmin sənədin köməyi və vasitəsi ilə
qoruya bilsin. Sənaye mülkiyyəti obyektinin (sub
yektiv patent hüquqlarının) patentlə qorunması əv
vəldə qeyd etdiyimiz kimi, onu ifadə edir ki, sənaye mülkiyyəti obyektindən
(patent hüquqlarından) istifadə etmək istəyən hər bir şəxs istifadə üçün patent
alan şəxsdən (patent sahibindən) icazə (razılıq) almalıdır. Belə icazə alınma
dan patentləşdirilmiş sənaye mülkiyyəti obyektindən (patent hüquqlarından)
hər hansı bir şəxsin istifadə etməsi hüquqazidd hərəkətdir və buna görə də
patent hüquqlarının pozulması sayılır. Patent hüquqlarının pozulması isə hə
min hüquqların müdafiə olunmasını şərtləndirir.
Deməli, patent hüquqlarının (sənaye mülkiyyəti obyektinin) qorunmasından
yalnız o halda danışmaq olar ki, patent hüquqlarından (sənaye mülkiyyəti ob
yektindən) qanunsuz (icazəsiz) istifadə olunmasın, yəni patent hüquqları po
zulmasın (patent inhisarı pozulmasın). Patent hüquqlarının (sənaye mülkiyyəti
obyektinin) müdafiəsindən isə yalnız həmin hüquqlar pozulduğu hallarda söh
bət gedə bilər.
Patent hüquqlarını müdafiə etmək patent hüququ institutunun yerinə ye
tirdiyi əsas funksiyalardan biridir. Patent hüququ institutu ilə həm şəxsi hü
quqlar, həm də əmlak hüquqları müdafiə oluna bilər. Bəzən (subyektiv pa
tent hüququ ləğv edildiyi halda, məsələn, patentləşdirilmiş məmulat məhv ol
duğu halda) müdafiənin müstəqil predmetini qanunla qorunan mənafe təşkil
edir. Patent hüququ ilə müdafiənin əsas məqsədi isə pozulmuş patent hü
quqlarını və qanunla qorunan mənafeyi bərpa etməkdən, mübahisə yarandıq
da patent hüquqlarını tanıtdırmaqdan ibarətdir.
Subyektiv patent hüquqları pozulduqda (patent hüquqları barədə mü-
382
Subyektiv patent
hüquqlarının
müdafiəsi anlayışı.
Müdafiə hüququnun
subyektləri
bahisə yarandıqda) həmin hüquqların (qanunla qorunan mənafeyin) bər
pa olunm asına (patent hüquqlarının tanınmasına) yönələn tədbirlərin
məcmusuna patent hüquqlarının müdafiəsi deyilir.
M üdafiə hüququnun subyekti rolunda, hər şeydən əvvəl, sənaye mülkiy
yəti obyektinin müəllifi çıxış edir. Xüsusən də müəllifin şəxsi qeyri-əmlak hü
quqları (sənaye mülkiyyəti obyektinin müəllifi kimi tanınmaq hüququ, ad hüqu
qu və s.) pozulduğu hallarda, o, müdafiə hüququnun subyekti olur. Bundan
əlavə, müəllifin əmlak hüquqları pozulduğu hallarda da o, müdafiə hüququ ilə
təmin edilir. Məsələn, işəgötürən işçiyə (müəllifə) sənaye mülkiyyəti obyekti
yaratdığına görə haqq ödəməlidir. Bu məsələ barədə mübahisə yarana bilər.
Tutalım ki, işəgötürən müəllifə şərtləndirilmiş məbləğdə haqq ödəməkdən imti
na edir. Bununla o, müəllifin əmlak hüququnu pozur. Müəllifin hüququ var ki,
pozulmuş əmlak hüququnu müdafiə etsin.
Patent sahibləri m üdafiə hüququnun əsas subyektidir Bu, onunla izah
edilir ki, sənaye mülkiyyətindən istifadə üçün müstəsna hüquq (patent inhisarı)
ona məxsusdur. Patent hüquqlarının pozulması halları məhz sənaye mülkiyyə
ti obyektindən qanunsuz (icazəsiz) istifadə faktları ilə bağlıdır. Belə faktlar pa
tent sahibinin əmlak hüquqlarının pozulması deməkdir. Patent sahibinin əmlak
hüquqlarına toxunan pozuntu halları patent sahibinə hüquq verir ki, o, öz əm
lak mənafelərini müdafiə etsin.
Digər tərəfdən, müdafiə predmeti olan subyektiv patent hüququ patent hü
ququ münasibəti çərçivəsində mövcud olur. Belə ki, o, həmin münasibətin
məzmununu təşkil edən elementlərdən biridir. Subyektiv patent hüququ səla
hiyyətli şəxsə - patent sahibinə məxsus olub, bir neçə səlahiyyətdən (hüquqi
imkandan) ibarətdir. Belə səlahiyyətlərdən biri müdafiə hüququ (səlahiyyəti,
hüquqi imkanı) hesab edilir ki, o, subyektiv patent hüququnun daşıyıcısı (sahi
bi) olan patent sahibinə (səlahiyyətli şəxsə) məxsusdur.
Müdafiə hüququ dedikdə, patent sahibinə (patent hüquq münasibəti
nin səlahiyyətli şəxs sayılan tərəfinə) verilən elə bir səlahiyyət (hüquqi
im kan) başa d ü şü lü r ki, bu səlahiyyətdən istifadə edərək o, öz pozulmuş
patent hüquqlarının bərpası və ya mübahisə edilən patent hüquqlarının
tanınması üçün hüquqqoruyucu tədbirlər tətbiq edir.
Bunlardan əlavə, həm müəllifin, həm də patent sahiblərinin hüquqi varis
ləri (vərəsələri) müdafiə hüququnun subyekti sayılırlar Belə ki, sənaye
mülkiyyəti obyektinin müəllifi öldükdən sonra onun şəxsi hüquqlarının müdafi
əsini vərəsələri həyata keçirirlər. Belə halda müəllifin vərəsələri müdafiə hüqu
qunun subyekti kimi çıxış edirlər. Özü də vərəsələrin müdafiə etmək hüququ
müddətlə məhdudlaşdırılmır.
Patent sahibinin vərəsələri isə ölümündən sonra onun əmlak hüquqlarını
(müstəsna istifadə hüququnu, haqq almaq hüququnu) müdafiə edirlər. Bildiyi
miz kimi, ölümündən sonra patent sahibinin əmlak hüquqları onun vərəsələri
nə keçir. Həmin hüquqlar pozulduğu halda, vərəsələr onları müdafiə edə bilər
lər. Belə halda patent sahibinin vərəsələri müdafiə hüququnun subyekti qis
mində çıxış edirlər. Özü də onların əmlak xarakterli patent hüquqlarını müdafiə
etmək hüququ müddətlə məhdudlaşdırılır. Belə ki, patentin qüvvədə olma
383
Subyektiv patent
hüququnun
müdafiə forma
və vasitələri
müddəti başa çatdıqda sənaye mülkiyyəti obyekti (patent hüquqları) qorun
mur, cəmiyyətin ümumi istifadəsinə verilir və sərbəst istifadə obyektinə çevri
lir. Buna görə də sənaye mülkiyyəti obyektindən icazəsiz (qanunsuz) istifadə,
yəni patent hüquqlarının pozulması halları yaranmır. Belə halda isə əlbəttə,
müdafiə hüququndan danışmaq olmaz.
İstifadəçi (lisenziat) rnüdafiə hüququnun subyekti ola bilər. Belə ki, pa
tent sahibi (lisenziar) ilə lisenziya müqaviləsi bağladıqdan sonra sənaye mül
kiyyəti obyektindən istifadə hüququ ona keçir. Əgər həmin hüquq pozularsa,
istifadəçi (lisenziat) onu müdafiə edir.
Patent m üvəkkilini müdafiə hüququnun subyekti sırasına daxil etmək
üçün kifayət qədər əsaslar vardır. O, peşəkar nümayəndədir, yəni təmsilçidir.
Buna görə də patent müvəkkili məhkəmədə patent sahibinin mənafelərini mü
dafiə edir və səlahiyyətləri çərçivəsində işləri yerinə yetirir1.
Subyektiv patent hüququ öz hüquqi təbiətinə görə
subyektiv mülki hüquq sayılır. Subyektiv mülki hüquq
lar isə iki formada müdafiə olunur1
2:
• yurisdiksiya formasında;
• qeyri-yurisdiksiya formasında.
Subyektiv patent hüquqları da məhz göstərilən formalarda müdafiə edilir.
Patent hüquqlarının yurisdiksiya form asında m üdafiəsi səlahiyyətli
dövlət orqanlarının köməyi və vasitəsi ilə həyata keçirilir. Belə ki, patent hü
quqları pozulduqda maraqlı şəxs (patent sahibi, müəllif və s.) həmin orqanlar
dan birinə müraciət edir. Göstərilən orqan məsələyə baxaraq pozulmuş hüqu
qu (mənafeyi) bərpa edir. Patent mübahisələrinə əsasən müdafiənin yurisdik-
siyası formasında baxılır.
Patent hüquqlarının yurisdiksiya formasında müdafiəsi iki qaydada həyata
keçirilir:
• inzibati yurisdiksiya qaydasında (xüsusi qaydada);
• məhkəmə yurisdiksiya qaydasında (ümumi qaydada).
İnzibati yurisdiksiya dedikdə, hüquqların inzibati qaydada, yəni Apellyasi-
ya Komissiyası tərəfindən müdafiə olunması başa düşülür. Yalnız patent haq
qında qanunda birbaşa nəzərdə tutulduğu hallarda, patent mübahisələrinə in
zibati qaydada (Apellyasiya Komissiyasında) baxılır. İnzibati yurisdiksiya həya
ta keçirilərkən etiraz kimi hüquqi vasitədən istifadə olunur. İnzibati qaydada
müdafiə de məhz etirazla Apellyasiya Komissiyasına müraciət olunmasını ifa
də edir.
Etirazın predmeti müxtəlif məsələlər ola bilər. Patent haqqında qanunda
həmin məsələlərin dairəsi göstərilir.
Patentin verilm əsindən im tina etirazın predmeti ola bilən məsələlərdən
biridir. Bildiyimiz kimi, iddia sənədinin ekspertizası (həm formal ekspertiza,
həm də patent ekspertizası) aparılarkən, əgər ekspertizanın nəticəsi mənfi
1 «Palcnt haqqında» qanunun 6-cı maddəsi.
2 Гражданское право. Учебник. Часть З/Под рсд.
А.П.Сергеева. Ю.К.Толстого.
М . 1998;
Гражданское право. Учебник. Том I / Под ред.
Е.А.Суханова.
М . 1998;
Allahverdiyev S.S.
Azərbaycan Respublikasının m ü lki hüququ. Dərslik. I cild. 1 kitab. 2003.
384
olarsa, patent verilməsindən imtina olunması barəsində qərar qəbul edilir. Bu
qərar barəsində iddiaçı 2 ay ərzində Apellyasiya Komissiyasına etirazla müra
ciət edə bilər. 2 aylıq müddət iddiaçının qərarı aldığı gündən hesablanır, yəni
başlayır* 1. İddiaçı müvafiq rüsum ödəməlidir.
Etirazın predmeti olan digər məsələ sənaye mülkiyyəti obyekti barəsin
də iddia sənədinə aiddir. Söhbət iddia sənədinə etirazdan gedir. Belə ki. istə
nilən maraqlı şəxs dərc olunmuş iddia sənədi barəsində əsaslandırılmış etiraz
la Apellyasiya Komissiyasına müraciət edə bilər. Qanun iddia sənədinə etiraz
üçün 6 aylıq müddət müəyyən edir. Maraqlı şəxs məhz həmin müddət ərzində
Apellyasiya Komissiyasına etirazla müraciət edə bilər. 6 aylıq müddət iddia sə
nədinin patent idarəsinin rəsmi bülletenində dərc olunduğu tarixdən hesablanır2.
Apellyasiya Komissiyası etiraza baxaraq iki mümkün olan qərardan birini
qəbul edir. Əgər etiraz əsaslıdırsa, Apellyasiya Komissiyası etirazın tam və ya
qismən təmin olunması barədə qərar qəbul edir. Əksinə, etiraz əsassızdırsa,
onda Apellyasiya Komissiyası etirazın təmin olunmaması barədə qərar çıxarır.
Etirazın predmeti olan digər məsələ iddiaçıların ilkinlik barəsində müba
hisələrinə aiddir. Belə ki, ilkinlik barəsində iddiaçılar arasında mübahisə ya
randığı hallarda, həmin mübahisəyə Apellyasiya Komissiyasında baxılır3.
Etirazın predmetini nəhayət, patent verilməsi məsələsi təşkil edə bilər.
Əgər patent qanunun tələblərinin pozulması ilə verilərsə, onda istənilən ma
raqlı şəxs əsaslandırılmış etirazla Apellyasiya Komissiyasına müraciət edə bi
lər. Biz, bu barədə əvvəlki yarımbaşlıqda danışmışıq.
Patent hüquqlarının m üdafiəsinin məhkəmə yurisdiksiyası patent mü
bahisələrinin həll olunması üçün bilavasitə məhkəmə orqanlarına müraciət
edilməsidir. Mübahisəyə məhkəmə qaydasında baxmaq məhkəmə yurisdiksi-
yasının mahiyyətini təşkil edir. Belə forma iddia kimi hüquqi vasitənin kömə
yi ilə həyata keçirilir. Məhkəmə qaydasında baxılan patent mübahisələrinin da
irəsi patent haqqında qanunla müəyyən edilir. Onlara aiddir:
• sənaye mülkiyyəti obyektlərinin istifadəsi ilə bağlı müəlliflə patent sahi
bi (işəgötürən olmayan) arasındakı mübahisələr (qanunun 11-ci mad
dəsinin 4-cü bəndi);
• işəgötürən və işçi arasındakı sənaye m ülkiyyəti obyektinə dair yara
nan m übahisələr (qanunun 13-cü maddəsinin 9-cu bəndi);
• sənaye m ülkiyyəti obyektindən istifadə olunması ilə bağlı olaraq ya
ranan m übahisələr (qanunun 14-cü maddəsinin 1-cü bəndi);
• sənaye mülkiyyəti obyekti barəsində patent sahibləri arasında yaranan
m übahisələr (qanunun 15-ci maddəsinin 2-ci bəndi);
• ilkin istifadəçi iiə patent sahibi arasında yaranan mübahisələr;
• milli təhlükəsizlik maraqlarını təmin etmək məqsədilə patent sahibinin ra
zılığı olmadan sənaye mülkiyyəti obyektindən istifadə zamanı patent sa
hibinə ödənilən kompensasiya məbləği barədə mübahisələr (qanu
nun 18-ci maddəsi);
1 «Patent haqqında» qanunun 29-cu maddəsinin 6-cı bondi.
: «Patent haqqında» qanunun 31-ci maddəsi.
1 «Patent haqqında» qanunun 28-ci maddəsinin I l-c i bəndi.
385
• lisenziya müqaviləsi ilə bağlı m übahisələr (qanunun 19-cu maddəsi
nin 5-ci bəndi);
• patent sahibinin sənaye mülkiyyəti obyektindən istifadə edə bilmədiyi hal
larda lisenziya m üqaviləsi bağlanması ilə əlaqədar olaraq yaranan
mübahisələr (qanunun 20-ci maddəsinin 2-ci bəndi);
• patent hüquqlarının pozulması ilə patent sahibinə dəym iş zərərin əvə
zinin ödənilməsi barədə m übahisələr (qanunun 24-cü maddəsi).
Bunlardan əlavə, sənaye mülkiyyəti obyektinə müəlliflik hüququnun tanın
ması, patent sahibinin müəyyən edilməsi və digər məsələlər də məhkəmə
qaydasında baxılır. Bir sözlə, patent haqqında qanundan irəli gələn patent mü
bahisələrinə (patentlə bağlı mübahisələrə) məhkəmədə baxılır’ .
Beləliklə, hər hansı patent mübahisəsinin məhkəmə qaydasında və ya inzi
bati qaydada həll edilməsi məsələsini müəyyən edərkən patent haqqında qa
nunun, habelə Mülki Məcəllənin göstərişlərini əsas tutmaq lazımdır. Həmin
göstərişlərə əsasən patent mübahisələrinin qoxusunun hansı qaydada həll
edilməsini müəyyənləşdirmək mümkün olur. Bununla belə, praktikada elə pa
tent mübahisələri yaranır ki, onların hansı qaydada (məhkəmə yurisdiksiyası
və ya inzibati yurisdiksiya qaydasında) həll olunmasını patent haqqında qa
nunla müəyyən etmək mümkün olmur. Belə halda həmin mübahisələrin yuris
diksiya formasını təyin etmək üçün pozulmuş hüququn təbiətini, yəni subyektiv
mülki hüquqa və ya subyektiv inzibati hüquqa aid olmasını müəyyənləşdirmək
lazımdır2 3
. Əgər inzibati subyektiv hüquq pozularsa, onda həmin hüquq inzibati
hüquqi qaydada müdafiə olunmalıdır2. Məsələn, səlahiyyətli dövlət orqanı sə
naye mülkiyyəti obyektinin rəsmi tanınma (qiymətvermə) aktını həyata keçirər
kən, pozulan hüquq subyektiv inzibati hüquq olduğuna görə inzibati qaydada
müdafiə edilməlidir.
Əksinə, subyektiv mülki hüquqlar pozularsa, onda həmin hüquqlar məhkə
mə qaydasında müdafiə olunmalıdır. Məsələn, sənaye mülkiyyəti obyekti ilə
bağlı patent sahibinə əmlak zərəri vurulması hallarında, subyektiv mülki hüquq
pozulduğuna görə məsələ məhkəmə qaydasında həll edilməlidir.
Göstərilən yurisdiksiya formalarından başqa, patent mübahisələrinin həll
edilməsində qarışıq və alternativ kimi yurisdiksiya formalarından da istifadə
edilə bilər4.
Qarışıq yu risdiksiya elə bir müdafiə formasıdır ki, bu forma patent müba
hisəsinin məhkəmə qaydasında həllindən əvvəl (qabaq) maraqlı şəxsin ilk
növbədə etirazla Apellyasiya Komissiyasına müraciət etməsini nəzərdə tutur.
Başqa sözlə desək, maraqlı şəxs məhkəmədə iddia verməmişdən qabaq inzi
bati yurisdiksiya müdafiə formasından istifadə etməlidir. Buna görə də qarışıq
yurisdiksiya formasına görə inzibati yurisdiksiya məhkəmə yurisdiksiyasının la
büd (məcburi) şərti sayılır. Maraqlı şəxs əvvəlcə etirazla Apellyasiya Komissi
' «Patent haqqında» qanunun 40-cı maddosi.
:
Иоффе O.C.
Советское гражданское право. К ур с лекций. Часть 3. Л . 1965, с. 142.
3
Юрченко А.К.
Проблемы советского изобретательского права. Л. 1963, с. 43.
4 Bu formalar barodo bax:
Allahverdiyev S.S.
Azərbaycan Respublikasının m ü lki hüququ. Dərslik.
Bakı 2 0 0 3 .1 cild . I kitab.
386
yasına müraciət etməlidir. Əgər o, Apellyasiya Komissiyasının qərarından razı
qalmazsa, məhkəmə qaydasında iddia verməlidir.
A lternativ yurisdiksiya patent mübahisəsinin həll olunması üçün maraqlı
şəxsə mümkün olan iki variantdan - ya inzibati yurisdiksiya, ya da məhkəmə
yurisdiksiyasından istifadə etmək hüququ (imkanı) verir. Maraqlı şəxs öz istək
və mülahizəsi ilə yurisdiksiya formalarından birini seçir. Məsələn, patentin eti
barsız sayılmasına dair yaranan mübahisələrə Apellyasiya Komissiyasında və
ya məhkəmədə baxılır'.
Patent hüquqları həm də qeyri-yurisdiksiya formasında müdafiə oluna
bilər. Lakin patent hüquqlarının müdafiəsi sahəsində qeyri-yurisdiksiya forma
sının rolu və əhəmiyyəti yurisdiksiya formasına nisbətən müqayisəedilməz də
rəcədə azdır. Belə müdafiə formasından nadir hallarda, son dərəcə az-az mə
qamlarda istifadə olunur.
Patent hüquqlarının qeyri-yurisdiksiya forması dedikdə, zərərçəkən
şəxsin müstəqil surətdə zəruri tədbirlər görməklə, səlahiyyətli dövlət orqanları
nın köməyi olmadan öz pozulmuş hüquqlarını bərpa etməsi başa düşülür.
Özünüm üdafiə qeyri-yurisdiksiya formasının növlərindən biridir. Məsələn, hər
hansı şəxs mühəndisin etdiyi ixtiranın çertyojlarını və başqa materiallarını gö
türür və onları qaytarmaqdan imtina edir. Çertyojların və digər materialların xa
rab olmaq (korlanmaq) təhlükəsi yaranır. Ixtiraçı öz səyi və qüvvəsi ilə, müstə
qil surətdə onları geri alır. Belə halda özünümüdafiə (özünəyardım) formasın
dan istifadə olunur.
O perativ tə sir tədbirləri qeyri-yurisdiksiya formasının digər növüdür. Mə
sələn, patent sahibi lisenziat (istifadəçi) vicdansız olduğuna görə lisenziya mü
qaviləsinin icrasından imtina edir. Başqa bir misalda işəgötürən (patent sahibi)
müəllifin (işçinin) öz üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirmədiyinə
görə ona haqq ödəməyi ləngidir və s.
Patent hüquqları subyektiv mülki hüquqlar sırası
na daxil olduğuna görə onların müdafiəsi zamanı
mülki-hüquqi müdafiə üsulları tətbiq edilir. Patent
hüquqları pozulduqda məhz həmin üsulların kö
məyi ilə bərpa olunur və ya mübahisə olunan hü
quqlar tanınır, bir sözlə, müdafiə olunur.
Patent hüquqlarının müdafiə üsulları dedikdə, tətbiq olunan elə mülki-
hüquqi m üdafiə üsulları başa düşülür ki, bu üsulların köməyi ilə onlar
bərpa o lunur və ya tanınır.
Müdafiə hüququnun subyekti kimi əlamətə görə patent hüquqlarının
müdafiə olunmasında istifadə olunan mülki-hüquqi üsulları əsasən iki yerə böl
mək olar:
• müəllifin hüquqlarının mülki-hüquqi müdafiə üsullarına;
• patent sahibinin hüquqlarının mülki-hüquqi müdafiə üsullarına.
Belə bölgünün praktiki baxımından böyük əhəmiyyəti vardır. Belə ki, prakti
kada müəllifin əsasən şəxsi qeyri-əmlak hüquqları pozulur. Ona görə də belə
Patent hüquqlarının
müdafiəsində
istifadə olunan mülki-
hüquqi üsullar
«Patcnl haqqında» qanunun 37-ci maddəsinin 3-cü bəndi.
387
hüquqların müdafiə olunmasında qeyri-əmlak xarakterli m ülki-hüquqi mü
dafiə üsullarından istifadə olunmalıdır. Digər tərəfdən, müəllifin şəxsi qeyri-
əmlak hüquqları (məsələn .müəlliflik hüququ, ad hüququ və s.) mütləq xarak
terə malik olduğuna görə istənilən şəxs tərəfindən pozula bilər. Deməli, belə
hüquqlar istənilən şəxsdən (hamıdan və hər kəsdən) müdafiə olunmalıdır.
Praktikada patent sahibinin isə əsasən əmlak (istifadə) hüquqları pozulur.
Ona görə də belə hallarda əmlak xarakterli m üdafiə üsulları tətbiq edilməli
dir. Digər tərəfdən, patent sahibinin əmlak hüquqları, adətən, konkret şəxs,
yəni lisenziya müqaviləsi üzrə istifadəçi (lisenziat) tərəfindən pozula bilər. Bu
na görə də belə hüquqlar konkret şəxs tərəfindən müdafiə edilməlidir.
Bunlara görə də tətbiq olunmaq üçün konkret mülki-hüquqi müdafiə üsul
növünün seçilməsi məsələsi kimin, yəni müəllifin və ya patent sahibinin hü
quqlarının pozulmasından asılı olaraq müəyyənləşdirilir. Digər tərəfdən, həmin
məsələnin həlli hüquq pozuntusunun növündən və nəticəsindən asılıdır. Pa
tent hüquqlarının müdafiəsi sahəsində istifadə olunan mülki-hüquqi müdafiə
üsulları isə bunlardan ibarətdir:
• hüququn tanınması;
• hüquqların pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi;
• hüquqları pozan hərəkətlərin qarşısının alınması;
• vəzifənin icrasının natura ilə müəyyən edilməsi
• hüququ pozulmuş şəxsdən zərərin əvəzinin alınması (zərərin əvəzini
ödəmə);
• mənəvi zərərin kompensasiyası;
• dəbbə pulu (cərimə, penya) və s.
Mülki hüquq nəzəriyyəsində mülki-hüquqi müdafiə üsulları iki yerə bölünür:
məsuliyyət tədbirlərinə (zərərin əvəzinin alınması; mənəvi zərərin kompen
sasiyası; dəbbə pulu); müdafiə tədbirlərinə (siyahıda göstərilən qalan müda
fiə üsulları və digərləri)1. Patent hüquqlarının müdafiəsində həm məsuliyyət
tədbirləri, həm də müdafiə tədbirləri tətbiq edilə bilər.
Müdafiə üsulları, digər tərəfdən, əmlak və qeyri-əm lak xarakterli üsullara
bölünür. Patent hüquqlarının müdafiəsində həm əmlak xarakterli (məsələn,
zərərin əvəzini ödəmə), həm də qeyri-əmlak xarakterli mülki-hüquqi müdafiə
üsullarının (məsələn, hüququn tanınması və s.) istifadə olunması mümkündür.
Hüququn tanınması müəllifin hüquqlarının müdafiə
si sahəsində istifadə olunan əsas mülki-hüquqi mü
dafiə üsullarından biridir. Bu üsul əsasən o halda
tətbiq olunur ki, sənaye mülkiyyəti obyektinə müəllif
lik hüququnun kimə məxsus olması barədə mübahi
sə yaransın, həmin hüquq tanınmasın və inkar olunsun. Hüququn tanınması
mülkiyyət hüququnun və digər müstəsna hüquqların (o cümlədən sənaye mül
kiyyəti obyektlərinə müəlliflik hüququnun ) müdafiəsi sahəsində geniş yayılmış
mülki-hüquqi üsul kimi məlumdur.
Müəllifin
hüquqlarının mülki-
hüquqi üsullarla
müdafiəsi
! МисЬПо və məsuliyyət tədbirləri arasındakı fərqli cəlıətlərə bax:
Allahverdiyev S.S.
Azərbaycan
Respublikasının mülk; hüququ. Dərslik. Bakı. I cild. I kilab. 2003.
388
Sənaye mülkiyyəti obyektinə müəlliflik hüququ (müəlliflik) barədə mübahisə
o halda yaranır ki, başqa b ir şəxs özünü sənaye mülkiyyəti obyektinin hə
qiqi (əsl) m üəllifi kim i qələmə verir. Başqa sözlə desək, müəyyən edilir ki,
sənaye mülkiyyəti obyektini öz adına rəsmiləşdirən şəxs yox, tamamilə başqa
şəxs həmin obyektin həqiqi (əsl) müəllifidir. Söhbət özgə şəxsin yaratdığı sə
naye m ülkiyyəti obyektinin mənimsənilməsi məsələsindən gedir.
Mübahisə sənaye mülkiyyəti obyektinə şərikli müəlliflik məsələsi barəsində
də yarana bilər. Belə ki, iddiaçılardan biri hesab edir ki, sənaye mülkiyyəti ob
yektinin yaradılmasında şəxsən onun da yaradıcı əməyi olmuşdur və buna gö
rə də şərik müəllif kimi tanınmalıdır. Özünü sənaye mülkiyyəti obyektinin yega
nə (tək) müəllifi sayan şəxs isə iddia edir ki, həmin şəxsin sənaye mülkiyyəti
obyektinin yaradılmasında şəxsən yaradıcı əməyi olmamışdır, ona yalnız texni
ki yardım etmişdir və buna görə də o, sənaye mülkiyyəti obyektinin şərik müəl
lifi sayıla bilməz. Göstərilən şəxslər arasında bununla mübahisə yaranır. Baş
qa bir misalda patent almaq (iddia sənədi vermək) hüququnun kimə məxsus
olması barədə işəgötürənlə işçi (müəllif) arasında mübahisə əmələ gəlir.
Mübahisəni həll etmək üçün hüququn tanınması kimi müdafiə üsulundan
istifadə olunur. Bu üsul öz təbiətinə görə yalnız yurisdiksiya (məhkəmə)
qaydasında həyata keçirilə bilər. Onun qeyri-yurisdiksiya formasında (mə
sələn, iddiaçının hər hansı bir müstəqil birtərəfli hərəkət etməsi formasında,
yəni özunəyardım formasında və s.) realizə olunması qeyri-mümkündür.
Maraqlı şəxs məhkəməyə m üəlliflik hüququnun tanınması barədə iddia
verməlidir. Onun tələbi cavabdehə yox, məhkəməyə yönəlir. Belə ki, məhkə
mə iddiaçının mübahisəli hüquqa malik olub-olmamasını rəsmən təsdiq edir.
Müəlliflik hüququnun tanınması barədə iddia patent almaq üçün iddia sənə
di verildiyi andan patentin qüvvədə olduğu müddət ərzində verilə bilər.
Müəlliflik barədə mübahisə əsasən sənaye mülkiyyəti obyekti rəsmiləşdiri-
lənə kimi yaranır. Belə halda da şəxs hüququn tanınması barədə iddia ilə
məhkəməyə müraciət edə bilər. Amma məsələ burasındadır ki, məhkəmə onu
həll edə bilməz. Belə ki, təklif edilmiş nailiyyətin (həllin) rəsmən sənaye mül
kiyyəti obyekti kimi tanınması (qiymətləndirilməsi) həmin vaxtda hələlik bəlli
(məlum) olmur. Məhkəmənin isə rəsmi tanıma (qiymətvermə) aktını həyata ke
çirmək səlahiyyəti yoxdur. Buna görə də göstərilən hallarda məhkəmə iş üzrə
icraatı dayandırır. Patent idarəsi isə təklif olunan nailiyyətin (həllin) sənaye
mülkiyyəti obyekti kimi tanınması (qiymətləndirilməsi) üçün zəruri olan bütün
hərəkətləri müəllifin kim olmasından asılı olmayaraq yerinə yetirir. Patent ida
rəsi müsbət qərar qəbul etdikdə iş üzrə məhkəmə icraatı təzələnir. Məhkəmə
öz qərarı ilə sənaye mülkiyyəti obyektinə müəllifliyi müəyyən edir.
Hüquqların pozulmasınadək mövcud olan vəziyyətin bərpa olunması
(restitusiya) müəllifin hüquqlarının müdafiəsində tətbiq olunan mülki-hüquqi
üsullardan biridir. Bu üsuldan əsasən sənaye mülkiyyəti obyekti müəllifinin ad
hüququ pozulduğu hallarda istifadə olunur. Müəllifin ad hüququ isə adətən, üç
halda pozulur.
Birincisi, öz yaradıcı əməyi ilə sənaye mülkiyyəti obyektini yaratmış müəl
lifin həqiqi (əsl) adı tə h rif edilir. Müəllifin adı toxunulmazdır və onun toxunul-
389
mazlığı qorunur. Buna görə də müəllifin adının işarəsinə (yəni adının göstəril
məsinə) hər hansı bir dəyişiklik etmək qadağandır. Həm rəsmi, həm də qeyri-
rəsmi məlumatlarda müəllifin adı düz və dəqiq, necə deyərlər, olduğu kimi
göstərilməlidir. Əgər göstərilən tələblərə əməl olunmazsa, bu, müəllifin ad hü
ququnun pozulması deməkdir.
ikincisi, patent idarəsinin rəsmi bülletenində iddia sənədi barəsində, habe
lə patent haqqında məlumatlar dərc edilən zaman sənaye m ülkiyyə ti obyek
ti m üəllifinin adı göstərilm əlidir. Sənaye mülkiyyəti obyektinə istinad edən
bütün şəxslər müəllif qismində yalnız o şəxsi göstərməlidirlər ki, onun həmin
obyektə müəllifliyi rəsmən tanınsın. Əgər məlumatlarda müəllifin adı göstəril
məzsə. bu, müəllifin ad hüququnun pozulmasını ifadə edir.
Üçüncüsü, sənaye mülkiyyəti obyektini yaradan şəxs iddia sənədi və veril
miş patent barəsində dərc olunmuş məlumatlarda özünün m ü ə llif kim i göstə
rilməsindən imtina edə bilər. Onun belə hüququ vardır. Əgər müəllifin imtina
hüququ həyata keçirilməzsə, yəni məlumatlarda müəllifin adı göstərilərsə, bu,
onun ad hüququnun pozulmasını bildirir.
Hər üç halda müəllifin ad hüququnun pozulması davam edici xarakterə
malik olur, yəni pozuntu kəsilməyərək mövcud olmaqda davam edir. Hüquq
pozuntusunun nəticəsini aradan qaldırmaq yolu ilə, yəni məlumatlarda düzə
lişlər etməklə müəllifin pozulmuş ad hüququ real surətdə bərpa oluna bilər.
Göstərilən üsulun mahiyyəti də bundan ibarətdir. Həmin üsul həm yurisdiksiya
formasında, həm də qeyri-yurisdiksiya form asında tətbiq edilə bilər. Yuris
diksiya forması tətbiq ediləndə müdafiə vasitəsi hüquqların pozulmasınadək
mövcud olan vəziyyətin bərpa edilməsi barədə iddia vermək hesab olunur.
Hüququ pozan hərəkətlərin qarşısının alınması müəllifin hüquqlarının
müdafiəsində istifadə oluna bilən üsullardan biridir. Bu da subyektiv hüquqla
rın geniş yayılmış müdafiə üsuludur. Göstərilən üsuldan, adətən, müəllifin pa
tent almaq (patent almaq üçün iddia sənədi vermək) hüququ pozulduğu hal
larda istifadə olunur. Belə ki, bəzən sənaye mülkiyyəti obyektini yaradan şəx
sin (həqiqi müəllifin) yaradıcılıq ideyası başqa hər hansı bir şəxsə məlum olur.
Həmin şəxs öz adına patent almaq üçün iddia sənədi verir və sənaye mülkiy
yəti obyektini özününkü hesab edir. Belə halda həqiqi müəllifin patent almaq
hüququ (patent almaq üçün iddia sənədi vermək hüququ) pozulur. Pozulmuş
hüququnu müdafiə etmək üçün o, hüququ pozan şəxsdən qanunsuz hərə
kətin qarşısının alınması (dayandırılması) barədə iddia verir. Belə iddianın
istər patent alınmasından əvvəl, istərsə də patent alınmasından sonra verilmə
si mümkündür. Özü də bir qayda olaraq, həmin iddia müəlliflik hüququnun ta
nınması barədə iddia ilə eyni vaxtda verilir. Məsələn, sənaye mülkiyyəti ob
yektinin yaradılmasında şəxsən yaradıcı əməyi olmayan müəllifə yalnız texniki
yardım edən şəxs patent almaq üçün iddia sənədi verir və iddia sənədində
özünü sənaye mülkiyyəti obyektinin müəllifi kimi göstərir. Göstərilən halda
müəllifin iki növ hüququ pozulur: müəlliflik hüququ (sənaye mülkiyyəti obyekti
nin müəllifi kimi tanınmaq hüququ); patent almaq üçün iddia sənədi vermək
hüququ (patent almaq hüququ). Buna görə də müəllif iki cür iddia verir: müəl
liflik hüququnun tanınması barədə iddia; hüququ pozan (qanunsuz) hərəkətlə
390
rin qarşısının alınması (dayandırılması) barədə iddia.
Barəsində danışdığımız iddia müstəqil əhəmiyyətə də malik ola bilər, yəni
müstəqil iddia kimi də verilə bilər. Məsələn, müəssisədə işləyən müəllif (işçi)
xidməti olmayan sənaye mülkiyyəti obyekti yaradır. Müəssisə (işəgötürən) id
dia edir ki, xidməti sənaye mülkiyyəti obyekti yaradılmışdır və buna görə də
patent almaq hüququ ona məxsusdur. Buna istinad edərək işəgötürən (müəs
sisə) patent almaq üçün iddia sənədi verir və müəllifin patent almaq hüququnu
(iddia sənədini vermək hüququnu) pozur. Müəllif onun hüququnu pozan hərə
kətlərin qarşısının alınması barədə iddia verir. Əgər müəllifin patent almaq hü
ququ (iddia sənədi vermək hüququ) pozulmazsa, sadəcə olaraq həmin hüqu
qun kimə məxsus olması barədə mübahisə yaranarsa, onda patent almaq hü
ququnun (patent sahibi olmaq hüququnun) tanınması barədə iddia verilməlidir.
Verilm iş patentin etibarsız sayılması kimi mülki-hüquqi üsul müəllifin hü
quqlarını müdafiə etmək üçün istifadə oluna bilər. Bu üsuldan müəllif o halda is
tifadə edə bilər ki, patent onu almaq hüququ olmayan şəxsə verilsin. Belə halda
müəllif patentin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət
edə bilər. Patent yalnız yurisdiksiya formasında etibarsız hesab edilir.
Real icra m ülki-hüquqi üsulu ilə də müəllif öz pozulmuş hüququnu müda
fiə edə bilər. Ona vəzifənin icrasının natura ilə müəyyən edilməsi üsulu da
deyilir. Real icra üsulunun mahiyyəti ondan ibarətdir ki, müəllifin tələbi ilə hü
quq pozuntusu törədən şəxs onları bir-birinə bağlayan öhdəliyə görə, yerinə
yetirməyə borclu olduğu hərəkəti real surətdə icra etməlidir. Hüquq pozuntusu
törədən şəxs öhdəliyin obyekti olan hərəkəti faktiki olaraq yerinə yetirməlidir.
Məsələn, qanun müəyyən edir ki, işəgötürən işçiyə sənaye mülkiyyəti obyekti
nə görə aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müvafiq
məbləğdə haqq ödəməlidir. Onlar arasında pul öhdəliyi yaranır ki, ödəmək ki
mi hərəkət həmin öhdəliyin obyektini təşkil edir. İşəgötürən müəllifə pul ver
mir. Bu isə müəllifin haqq almaq kimi hüququnun pozulması deməkdir. Müəllif
pozulmuş hüququnu müdafiə etmək üçün öhdəliyin (vəzifənin) real surətdə ic
ra olunması barədə iddia ilə məhkəməyə müraciət edir.
Mülki-hüquqi müdafiə üsulları o halda tətbiq edilə bi
lər ki, patent sahibinin hüquqları (patent hüquqları)
pozulsun. Yalnız patent hüquqları pozulduğu hallar
da, mülki-hüquqi üsullarla müdafiədən istifadə olunur.
Patent hüquqlarının pozulmasına səbəb ola bilən
halların dairəsi kifayət qədər genişdir. Belə hallar həm müqavilədənkənar,
həm də lisenziya müqaviləsi çərçivəsində yarana bilər. Müqavilədənkənar
pozuntu hallan dedikdə, sərbəst istifadə halları istisna olmaqla, patentləşdiril-
miş (patentlə qorunan) sənaye mülkiyyəti obyektindən hər hansı bir şəxsin pa
tent sahibinin razılığı (icazəsi) olmadan istifadə (qanunsuz istifadə) halları ba
şa düşülür. Patent sahibinin razılığı olmadan istifadə, yəni qanunsuz istifadə
dedikdə isə patentləşdirilmiş sənaye mülkiyyəti obyektinin icazəsiz təsərrüfat
dövriyyəsinə daxil edilməsi başa düşülür. Təsərrüfat dövriyyəsinə sənaye mül
kiyyəti obyektinin icazəsiz daxil edilməsinin halları isə müxtəlifdir. Həmin halla-
Patent sahibinin
hüquqlarının
mülki-hüquqi
üsullarla müdafiəsi
391
mazlığı qorunur. Buna görə də müəllifin adının işarəsinə (yəni adının göstəril
məsinə) hər hansı bir dəyişiklik etmək qadağandır. Həm rəsmi, həm də qeyri-
rəsmi məlumatlarda müəllifin adı düz və dəqiq, necə deyərlər, olduğu kimi
göstərilməlidir. Əgər göstərilən tələblərə əməl olunmazsa, bu, müəllifin ad hü
ququnun pozulması deməkdir.
İkincisi, patent idarəsinin rəsmi bülletenində iddia sənədi barəsində, habe
lə patent haqqında məlumatlar dərc edilən zaman sənaye m ülkiyyəti obyek
ti müəllifinin adı göstərilm əlidir. Sənaye mülkiyyəti obyektinə istinad edən
bütün şəxslər müəllif qismində yalnız o şəxsi göstərməlidirlər ki, onun həmin
obyektə müəllifliyi rəsmən tanınsın. Əgər məlumatlarda müəllifin adı göstəril
məzsə, bu, müəllifin ad hüququnun pozulmasını ifadə edir.
Üçüncüsü, sənaye mülkiyyəti obyektini yaradan şəxs iddia sənədi və veril
miş patent barəsində dərc olunmuş məlumatlarda özünün m üə llif kim i göstə
rilməsindən im tina edə bilər. Onun belə hüququ vardır. Əgər müəllifin imtina
hüququ həyata keçirilməzsə, yəni məlumatlarda müəllifin adı göstərilərsə, bu,
onun ad hüququnun pozulmasını bildirir.
Hər üç halda müəllifin ad hüququnun pozulması davam edici xarakterə
malik olur, yəni pozuntu kəsilməyərək mövcud olmaqda davam edir. Hüquq
pozuntusunun nəticəsini aradan qaldırmaq yolu ilə, yəni məlumatlarda düzə
lişlər etməklə müəllifin pozulmuş ad hüququ real surətdə bərpa oluna bilər.
Göstərilən üsulun mahiyyəti də bundan ibarətdir. Həmin üsul həm yurisdiksiya
formasında, həm də qeyri-yurisdiksiya formasında tətbiq edilə bilər. Yuris
diksiya forması tətbiq ediləndə müdafiə vasitəsi hüquqların pozulmasmadak
mövcud olan vəziyyətin bərpa edilməsi barədə iddia vermək hesab olunur.
Hüququ pozan hərəkətlərin qarşısının alınması müəllifin hüquqlarının
müdafiəsində istifadə oluna bilən üsullardan biridir. Bu da subyektiv hüquqla
rın geniş yayılmış müdafiə üsuludur. Göstərilən üsuldan, adətən, müəllifin pa
tent almaq (patent almaq üçün iddia sənədi vermək) hüququ pozulduğu hal
larda istifadə olunur. Belə ki, bəzən sənaye mülkiyyəti obyektini yaradan şəx
sin (həqiqi müəllifin) yaradıcılıq ideyası başqa hər hansı bir şəxsə məlum olur.
Həmin şəxs öz adına patent almaq üçün iddia sənədi verir və sənaye mülkiy
yəti obyektini özününkü hesab edir. Belə halda həqiqi müəllifin patent almaq
hüququ (patent almaq üçün iddia sənədi vermək hüququ) pozulur. Pozulmuş
hüququnu müdafiə etmək üçün o, hüququ pozan şəxsdən qanunsuz hərə
kətin qarşısının alınması (dayandırılması) barədə iddia verir. Belə iddianın
istər patent alınmasından əvvəl, istərsə də patent alınmasından sonra verilmə
si mümkündür. Özü də bir qayda olaraq, həmin iddia müəlliflik hüququnun ta
nınması barədə iddia ilə eyni vaxtda verilir. Məsələn, sənaye mülkiyyəti ob
yektinin yaradılmasında şəxsən yaradıcı əməyi olmayan müəllifə yalnız texniki
yardım edən şəxs patent almaq üçün iddia sənədi verir və iddia sənədində
özünü sənaye mülkiyyəti obyektinin müəllifi kimi göstərir. Göstərilən halda
müəllifin iki növ hüququ pozulur: müəlliflik hüququ (sənaye mülkiyyəti obyekti
nin müəllifi kimi tanınmaq hüququ); patent almaq üçün iddia sənədi vermək
hüququ (patent almaq hüququ). Buna görə də müəllif iki cür iddia verir: müəl
liflik hüququnun tanınması barədə iddia; hüququ pozan (qanunsuz) hərəkətlə
390
rin qarşısının alınması (dayandırılması) barədə iddia.
Barəsində danışdığımız iddia müstəqil əhəmiyyətə də malik ola bilər, yəni
müstəqil iddia kimi də verilə bilər. Məsələn, müəssisədə işləyən müəllif (işçi)
xidməti olmayan sənaye mülkiyyəti obyekti yaradır. Müəssisə (işəgötürən) id
dia edir ki, xidməti sənaye mülkiyyəti obyekti yaradılmışdır və buna görə də
patent almaq hüququ ona məxsusdur. Buna istinad edərək işəgötürən (müəs
sisə) patent almaq üçün iddia sənədi verir və müəllifin patent almaq hüququnu
iddia sənədini vermək hüququnu) pozur. Müəllif onun hüququnu pozan hərə
kətlərin qarşısının alınması barədə iddia verir. Əgər müəllifin patent almaq hü
ququ (iddia sənədi vermək hüququ) pozulmazsa, sadəcə olaraq həmin hüqu
qun kimə məxsus olması barədə mübahisə yaranarsa, onda patent almaq hü
ququnun (patent sahibi olmaq hüququnun) tanınması barədə iddia verilməlidir.
Verilm iş patentin etibarsız sayılması kimi mülki-hüquqi üsul müəllifin hü
quqlarını müdafiə etmək üçün istifadə oluna bilər. Bu üsuldan müəllif o halda is
tifadə edə bilər ki, patent onu almaq hüququ olmayan şəxsə verilsin. Belə halda
müəllif patentin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət
edə bilər. Patent yalnız yurisdiksiya formasında etibarsız hesab edilir.
Real icra m ülki-hüquqi üsulu ilə də müəllif öz pozulmuş hüququnu müda
fiə edə bilər. Ona vəzifənin icrasının natura ilə müəyyən edilməsi üsulu da
deyilir. Real icra üsulunun mahiyyəti ondan ibarətdir ki, müəllifin tələbi ilə hü
quq pozuntusu törədən şəxs onları bir-birinə bağlayan öhdəliyə görə, yerinə
yetirməyə borclu olduğu hərəkəti real surətdə icra etməlidir. Hüquq pozuntusu
törədən şəxs öhdəliyin obyekti olan hərəkəti faktiki olaraq yerinə yetirməlidir.
Məsələn, qanun müəyyən edir ki, işəgötürən işçiyə sənaye mülkiyyəti obyekti
nə görə aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müvafiq
məbləğdə haqq ödəməlidir. Onlar arasında pul öhdəliyi yaranır ki. ödəmək ki
mi hərəkət həmin öhdəliyin obyektini təşkil edir. İşəgötürən müəllifə pul ver
mir. Bu isə müəllifin haqq almaq kimi hüququnun pozulması deməkdir. Müəllif
pozulmuş hüququnu müdafiə etmək üçün öhdəliyin (vəzifənin) real surətdə ic
ra olunması barədə iddia ilə məhkəməyə müraciət edir.
Mülki-hüquqi müdafiə üsulları o halda tətbiq edilə bi
lər ki, patent sahibinin hüquqları (patent hüquqları)
pozulsun. Yalnız patent hüquqları pozulduğu hallar
da, mülki-hüquqi üsullarla müdafiədən istifadə olunur.
Patent hüquqlarının pozulmasına səbəb ola bilən
halların dairəsi kifayət qədər genişdir. Belə hallar həm müqavilədənkənar,
həm də lisenziya müqaviləsi çərçivəsində yarana bilər. Müqavilədənkənar
pozuntu halları dedikdə, sərbəst istifadə halları istisna olmaqla, patentləşdiril-
miş (patentlə qorunan) sənaye mülkiyyəti obyektindən hər hansı bir şəxsin pa
tent sahibinin razılığı (icazəsi) olmadan istifadə (qanunsuz istifadə) hallan ba
şa düşülür. Patent sahibinin razılığı olmadan istifadə, yəni qanunsuz istifadə
dedikdə isə patentləşdirilmiş sənaye mülkiyyəti obyektinin icazəsiz təsərrüfat
dövriyyəsinə daxil edilməsi başa düşülür. Təsərrüfat dövriyyəsinə sənaye mül
kiyyəti obyektinin icazəsiz daxil edilməsinin halları isə müxtəlifdir. Həmin halla-
Patent sahibinin
hüquqlarının
mülki-hüquqi
üsullarla müdafiəsi
391
rın təxmini siyahısı qanunda göstərilmişdir'. Onlara aiddir: tərkibində patent-
ləşdirilmiş sənaye mülkiyyəti obyekti olan məhsulun (məmulatın) icazəsiz ha
zırlanması; belə məhsulun (məmulatın) icazəsiz tətbiqi; belə məhsulun (mə
mulatın) icazəsiz idxalı; belə məhsulun (məmulatın) icazəsiz satışı; belə məh
sulun (məmulatın) icazəsiz satış üçün təklif olunması; belə məhsulu (məmula
tı) təsərrüfat dövriyyəsinə daxil etmək məqsədilə icazəsiz saxlanılması və s.
Patent hüquqlarının müqavilə çərçivəsində pozulması halları (müqavi
lə pozuntu halları) dedikdə, patent sahibinin hüquqlarının onun bağlandığı li
senziya müqaviləsi üzrə kontragenti, yəni lisenziat (istifadəçi) tərəfindən yol
verilən pozuntu halları başa düşülür. Həmin hallara aiddir; lisenziatın lisenziya
müqaviləsi əsasında ona verilən istifadə hüququndan kənara çıxması (məsə
lən, lisenziatın məmulatı hazırlamaq hüququ olduğu halda, həm də onu satır
və s.); lisenziatın müqavilə öhdəliyini yerinə yetirməməsi; lisenziatın müqavilə
öhdəliyini lazımi qaydada yerinə yetirməməsi.
Patent hüquqlarının pozulması dedikdə, p a ten tlə şd irilm iş sənaye m ül
kiyyəti obyektindən hər hansı bir şəxsin patent sa h ib in in icazəsi (razılı
ğı) olmadan istifadə etməsi (sənaye m ülkiyyəti obyektini icazəsiz təsər
rüfatı dövriyyəsinə daxil etməsi), habelə lisenziatın öz m üqavilə ö h d ə liy i
ni pozması başa düşülür.
Patent sahibinin sənaye mülkiyyəti obyektindən müstəsna istifadə hüquqları
pozulur. İstifadə hüquqlarının pozulması isə patent sahibinin əmlak hüquqlarının
pozulması deməkdir. Əmlak hüquqları pozulduqda tətbiq edilən əsas mülki-hü
quqi müdafiə üsulu hüququ pozmuş (hüquq pozuntusu törətmiş) şəxsdən vur
duğu zərərin əvəzinin alınmasıdır, yəni zərərin əvəzinin ödənilməsidir.
Zərərin əvəzini ödəmə pozulmuş patent hüquqlarının müdafiəsində istifa
də olunan əsas mülki-hüquqi üsullardan biridir. Bu üsul ilk növbədə, patent
hüquqlarının müqavilədənkənar pozulması hallarında tətbiq edilir. Belə ki, pa
tent sahibinin icazəsi (razılığı) olmadan sənaye mülkiyyəti obyektindən hər
hansı bir şəxs istifadə edə bilər. Bu, qeyd etdiyimiz kimi, patent hüquqlarının
(patentin) pozulması deməkdir. Belə halda patent sahibi hüququ pozmuş
şəxsdən patent hüquqlarının pozulması ilə bağlı olaraq dəymiş zərərin əvəzi
nin ödənilməsini tələb edə bilər. Əgər o, zərərin əvəzini könüllü surətdə ödə
məzsə, məsələ məhkəmə qaydasında həll olunur. Özü də çox vaxt patent sa
hibinə hüquq pozuntusu törədən şəxs əldən çıxm ış fayda (əldə edilm əm iş
gəlir) şəklində zərər vurur. Ona görə də hüquq pozuntusu törədən şəxs əl
dən çıxmış faydada ifadə olunan zərərin əvəzini ödəyir.
Zərərin əvəzini ödəmə mülki-hüquqi üsulun məsuliyyət tədbiri kimi növünə
aid edilir. Məsuliyyət tədbiri isə yalnız o halda tətbiq edilə bilər ki, həm məsu
liyyətin əsası, həm də məsuliyyətin şərtləri mövcud olsun. M əsuliyyətin əsası
patent hüquqlarının pozulması (icazəsiz istifadə) ilə bağlı olaraq əldən çıxmış
fayda şəklində patent sahibinə zərər vurmaq faktından ibarətdir. Belə faktı sü
but etmək yükünü patent sahibi çəkməlidir.
M əsuliyyətin şərtlərinə isə aiddir: hüquqazidd hərəkət; səbəbli əlaqə; təq-
«Patent haqqında» qanunun 22-ci maddəsi.
392
Hüquqazidd hərəkət patentləşdirilmiş sənaye mülkiyyəti obyektindən ica
zəsiz istifadənin istənilən halında ifadə oluna bilər. Səbəbli əlaqə əldən çıx
mış fayda (əldə edilməmiş gəlirlər) ilə hüquqazidd hərəkət (hüquq pozuntusu
törədən şəxsin hərəkəti) arasındakı bağlılıqdır. Belə bağlılığı sübut etmək vəzi
fəsi patent sahibinin üzərinə düşür. Patent sahibi əldən çıxmış faydanın miq
darını əsaslandırmalıdır. Təqsir məsuliyyətin subyektiv şərtidir. Patent hüquq
larının təqsirin həm qəsd formasında, həm də kobud ehtiyatsızlıq formasında
pozulması mümkündür. Patent hüquqlarını pozan şəxs təqsirin formasından
asılı olmayaraq zərərin əvəzini ödəməlidir. Deməli, patent hüquqlarının müda
fiəsi sahəsində mülki hüququn ənənəvi təqsir prinsipi (təqsirə görə məsu
liyyət p rinsipi) əsas götürülür. Lakin bu sahəyə təqsirsiz məsuliyyət, yəni
təqsirdən asılı olmayan məsuliyyət halı məlum deyildir.
Patent hüquqları lisenziya müqaviləsi çərçivəsində pozulduğu hallarda da
zərərin əvəzini ödəmə üsulu (məsuliyyət tədbiri) tətbiq edilə bilər. Belə ki, lisen-
zıat (istifadəçi) lisenziarın (patent sahibinin) hüquqlarını poza bilər. Bunun nəti
cəsində patent sahibinə zərər vurularsa, o, lisenziya müqaviləsində nəzərdə tu
tulmasından asılı olmayaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Dəbbə pulu (cərimə, penya) patent sahibinin hüquqlarının (pozulmuş pa
tent hüquqlarının) müdafiə olunmasında istifadə oluna bilən mülki-hüquqi üsul
lardan biridir. Özü də o, əmlak xarakterli müdafiə üsuludur. Digər tərəfdən,
dəbbə pulu (cərimə, penya) məsuliyyət tədbiridir. Buna görə də o, zərərin əvə
zini ödəmə kimi patent hüququnu pozan şəxs üçün mənfi yük, yəni müəyyən
məbləğdə pul ödəməkdə ifadə olunan əlavə vəzifə (öhdəlik) yaradır.
Dəbbə pulu (cərimə, penya) yalnız patent hüquqları lisenziya müqaviləsi
çərçivəsində pozulduğu hallarda tətbiq edilə bilər. Söhbət patent hüququnu
pozan lisenziata m üqavilə dəbbə pulu tətbiq edilməsindən gedir. Patent
hüquqlarının müdafiəsi sahəsində qanuni dəbbə pulunun tətbiq olunması
nəzərdə tutulmur.
Dəbbə pulu kimi məsuliyyət tədbiri o halda tətbiq edilə bilər ki, bu, lisenziya
müqaviləsində nəzərdə tutulsun. Əgər nəzərdə tutulmazsa, onda belə məsu
liyyət tədbirindən istifadə edilməsi mümkün olmur. Lisenziya müqaviləsində
tərəflər (patent sahibi və lisenziat) dəbbə pulunun məbləği barədə şərt də mü
əyyənləşdirirlər. Bunlardan əlavə, onlar müqavilədə dəbbə pulunun növünü
(əvəzləşdirmə dəbbə pulunu, cərimə dəbbə pulunu, müstəsna dəbbə pulunu
və ya alternativ dəbbə pulunu) də göstərməlidirlər.
Hüququ pozan hərəkətlərin (kontrafakt hərəkətlərin) dayandırılması
(qarşısının alınması) patent sahibinin hüquqlarının müdafiəsində geniş tət
biq edilən üsuldur. Patent sahibinin müstəsna hüquqlarını pozan hərəkətlərə
kontrafakt hərəkətlər deyilir. Məsələn, icazəsiz patentləşdirilmiş üsulla məh
sul istehsal etmək, icazəsiz patentləşdirilmiş məhsul hazırlamaq və s. kontra
fakt hərəkətlər hesab edilir. Patent sahibinin müstəsna hüquqlarının pozulma
sına isə kontrafaktasiya deyilir.
Göstərilən üsulun tətbiqi nəticəsində patent hüququnu pozan şəxs üçün
mənfi yük (əlavə vəzifə) yaranmır. Buna görə də o, müdafiə üsulunun məsuliy-
s ı r .
393
yət tədbiri yox, müdafiə tədbiri kimi növünə aid edilir.
Göstərilən üsul hər şeydən əvvəl, müstəqil əhəmiyyətə malik olub, digər
müdafiə üsullarından ayrıca olaraq tətbiq edilə bilər. Bu, o halda mümkün ola
bilər ki, patent hüquqlarının pozulmasında (kontrafakt hərəkətlərin edilməsin
də) hüququ pozan şəxsin təqsiri olmasın və həmin şəxs öz təqsirsizliyini sübut
edə bilsin. Təqsir hüququ pozan şəxsdən zərərin əvəzinin alınmasının labüd
(məcburi) şərtidir. Əgər təqsir yoxdursa, zərərin əvəzi ödənilmir. Belə halda
zərərin əvəzini ödəmə kimi məsuliyyət tədbirindən istifadə edilməsi mümkün
olmur. Buna görə də patent sahibi hər hansı əmlak pret'enziyası irəli sürmədən
hüququ pozan (kontrafakt) hərəkətlərin dayandırılmasını pozuntu törədən
şəxsdən tələb edə bilər. Bu tələbin həm yu risdiksiya (məhkəmə), həm də
qeyri-yurisdiksiya form asında irəli sürülməsi mümkündür. Bundan əlavə,
patent sahibi patent hüquqlarının pozulması ilə ona vurulmuş zərərin (əldən
çıxmış faydanın, yəni əldə edilməmiş gəlirin) miqdarını əsaslandıra bilmir və ya
kontrafakt hərəkətlərlə əldən çıxmış fayda arasında səbəbli əlaqəni sübut edə
bilmir və s. Belə hallarda da sözsüz, patent sahibi hər hansı əmlak pretenziya-
sı irəli sürmədən pozuntu törədən şəxsdən kontrafakt hərəkətlərin dayandırıl
masını tələb edə bilər.
Bəzən göstərilən müdafiə üsulu müstəqil surətdə yox, başqa müdafiə üsul
ları ilə birlikdə tətbiq edilir. Məsələn, o, zərərin əvəzini ödəmə və ya dəbbə pu
lu (cərimə, penya) kimi müdafiə üsulu ilə birlikdə tətbiq edilir.
Mənəvi zərərin kompensasiyası patent sahibinin hüquqlarının müdafiə
sində istifadə oluna bilən mülki-hüquqi üsullardan biridir. O, əmlak xarakterli
mülki-hüquqi məsuliyyət tədbiridir.
Patent sahibinin hüququnun pozulması nəticəsində onun keçirdiyi fiziki və
ya mənəvi sarsıntılara (iztirablara) görə hüququ pozan şəxsin patent sahibinə
pul kompensasiya ödəməsi göstərilən müdafiə üsulunun mahiyyətini təşkil
edir. Elə buradaca dərhal qeyd etməliyik ki, patent sahibinin bütün hüquqları
yox, yalnız şəxsi qeyri-əmlak hüquqları pozulduğu hallarda mənəvi zərər
kompensasiya edilir. Ona görə ki, mənəvi zərəri kompensasiya etmək üçün
pozulmuş hüququn ümumi qaydaya görə şəxsi qeyri-əmlak xarakterinə malik
olması tələb edilir. Məsələ burasındadır ki, mənəvi zərərin kompensasiyası ki
mi müdafiə üsulunun tətbiqi, adətən, pozulmuş hüququn şəxsi qeyri-əmlak hü
ququ olması ilə məhdudlaşır. Patent sahibinin şəxsi qeyri-əmlak hüququ isə o
halda pozula bilər ki, o, sənaye mülkiyyəti obyektinin müəllifi olsun. Məsələn,
patent sahibinin müəlliflik hüququ pozulur. Bundan o, çox mütəəssir olur, daxi
lən sarsılır, mənəvi iztirab keçirir, yəni patent sahibinə mənəvi zərər (ziyan)
vurulur. O, mənəvi zərərin kompensasiya edilməsini tələb edə bilər.
Patent sahibinin əmlak hüquqları pozulduqda mənəvi zərərin kom pen
sasiyası üsulu tətbiq edilmir. Əgər patent haqqında qanunda birbaşa nəzər
də tutularsa, patent sahibinin əmlak hüquqlarının pozulmasına görə mənəvi
zərər kompensasiya edilə bilər.
Patent sahibi olmaq barədə də mübahisə yarana bilər. Mübahisə hər hansı
bir hüququn pozulması ilə bağlı olmur. Məsələn, xidməti sənaye mülkiyyəti ob
yekti yaradan işçi (müəllif) ilə işəgötürən arasında patent sahibi olmaq barədə
394
mübahisə yaran bilər. Bu cür hallarda hüququn tanınması kimi müdafiə üsulu
rətbiq edilir. Bunun üçün işəgötürən hüququn tanınması və ya patent sahi
binin m üəyyən edilm əsi barədə məhkəməyə iddia verir
Patent sahibinin (müəllifin) şəxsi-qeyri əmlak hüquqları (müəlliflik hüququ,
sənaye mülkiyyəti obyektinə toxunulmazlıq hüququ və s.) pozulduğu halda,
nelə hüquqlar iddia m üddəti ilə məhdudlaşdırılmadan müdafiə olunur
Ona görə ki, şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi haqqında tələblərə id
dia müddəti şamil edilmir (MM-in 384-cü maddəsi). Digər tərəfdən, patent
haqqında qanun müəyyən edir ki, sənaye mülkiyyəti obyektinə müəlliflik hüqu-
ru
müddətsiz qorunur’ .
Patent sahibinin əmlak hüquqlarına gəldikdə isə qeyd etmək lazımdır ki,
belə hüquqlar yalnız üm um i iddia müddəti çərçivəsində müdafiə oluna bi
lər1
2. Ona görə ki, patent haqqında qanun, habelə Mülki Məcəllə əmlak xarak
terli patent hüquqlarının müdafiəsi üçün hər hansı xüsusi (qısaldılmış) müddət
müəyyənləşdirmir.
Dostları ilə paylaş: |