§ 6. Sənaye mülkiyyəti obyekti müəllifinin hüquqları
Sənaye mülkiyyəti
obyekti m üəllifinin
hüququnun tesnifi
Sənaye mülkiyyəti obyektinin yaradılması, hüquqi cə
hətdən qorunması və istifadəsi ilə bağlı olaraq müəllif
üçün bir sıra hüquqlar əmələ gəlir. Onlar hər şeydən
əw əl, öz hüquqi təbiətinə görə m ülki hüquq növünə
aid edilir, yəni mülki hüquqlar sayılır. Bu hüquqlar sənaye mülkiyyəti hüquqla
rı və ya patent hüquqlan adlanır. Sənaye mülkiyyəti hüquqlan (patent hüquqla
rı) vacib mülki hüquqlardan biridir. Məhz sənaye mülkiyyəti obyektinin yaradıl
ması həmin hüquqların əmələ gəlməsinə səbəb olur.
Digər tərəfdən, sənaye mülkiyyəti hüquqları (patent hüquqları) subyektiv
xarakterli hüquqlardır. Onlar subyektiv hüquqlar kimi mövcud olur, qorunur,
pozulduqda isə müdafiə edilir. Buna görə də həmin hüquqlar subyektiv səna
ye m ülkiyyeti hüquqları adlanır. Subyektiv sənaye mülkiyyəti hüquqlan (sub
yektiv patent hüquqları) ixtiralann (sənaye nümunəsi və faydalı modellərin) ya
radılması, qorunması (hüquqi mühafizə) və istifadəsi ilə bağlı olaraq əmələ gə
lən münasibətlərin patent hüquq normalan ilə tənzimlənməsi nəticəsində yara
nır. Buna görə de onlar yalnız həmin münasibətlər çərçivəsində əmələ gələ bi
lər. Subyektiv sənaye mülkiyyeti hüquqlarının göstərilən münasibətlərdən kə
narda yaranması qeyri-mümkündür. Onlar bu münasibətlərdə subyekt qismin
də çıxış edən səlahiyyətli şəxsə verilən hüquqi im kanlardır (səlahiyyətlər
dir). Vəzifələrlə birlikdə subyektiv sənaye mülkiyyəti hüquqlan ixtira (faydalı
model, sənaye nüm unəsi) hüquq m ünasibətinin məzmununu təşkil edir.
Subyektiv sənaye mülkiyyəti hüquqlan müstəsna xarakterə malikdir, yəni
m üstəsna hüquqlardır. Bu, hamıya məlum olan məsələdir. Belə ki, müəllifin
əldə etdiyi öz yaradıcılıq (əqli) fəaliyyətinin nəticələrinə müstəsna hüququ var
dır. Digər tərəfdən, subyektiv sənaye mülkiyyəti hüquqları subyektiv əqli mül
kiyyət hüququnun bir növüdür. Subyektiv əqli mülkiyyət hüquqları isə müstəs
na hüquqlardır.
Hüquq institutu kimi patent hüququnun yerinə yetirdiyi əsas funksiyalardan
biri ondan ibarətdir ki, o, müəllifi subyektiv sənaye mülkiyyəti (patent) hüquqlan
ilə təmin edir. İnkişaf etmiş və mütərəqqi xarici ölkələrin patent hüququ da mü
əllif üçün sənaye mülkiyyəti obyektləri barəsində bir sıra hüquqlar nəzərdə tutur.
Müəllif üçün subyektiv sənaye mülkiyyəti hüquqlarının hamısı eyni vaxtda,
necə deyərlər, birdən-birə əmələ gəlmir. Bu, patent hüquq münasibətinin (sə
naye nümunəsinin, faydalı model və ixtira hüquq münasibətlərinin) inkişaf
m ərhələsi kim i məsələdən asılıdır. Belə ki, patent hüquq münasibəti öz inki
şafında üç əsas mərhələdən keçir. Həmin mərhələlərə aiddir:
• sənaye mülkiyyəti obyektinin yaradılması və obyektiv formada ifadə olun
ması;
• sənaye mülkiyyəti obyektinin qeydiyyata alınması (rəsmən tanınması);
• sənaye mülkiyyəti obyektindən istifadə olunması.
Sənaye m ülkiyyeti obyektinin yaradılması mərhələsində müəllif üçün
müəlliflik hüququ, sənaye mülkiyyəti obyektinin rəsmən tanınması üçün müra
ciət etmək hüququ, patent almaq üçün iddia sənədi vermək hüququ və digər
347
hüquqlar əmələ gəlir Bu mərhələdə sənaye m ülkiyyəti o byektinin yaradıl
ması kimi hüquqi fakt bu cür hüquqların əmələ gəlməsinə səbəb olan hüquqi
fakt rolunu oynayır.
Sənaye mülkiyyəti obyektinin qeydiyyata alınması (rəsmən tanınması)
mərhələsində müəllif üçün sənaye mülkiyyəti obyektindən istifadə (əmlak)
hüququ yaranır Bu mərhələdə qeydiyyata almaq (rəsmən tanımaq) sənaye
mülkiyyəti obyektindən istifadə hüququnun yaranmasına əsas olan hüquqi fakt
sayılır.
Sənaye m ülkiyyəti obyektindən istifadə olunması m ərhələsində müəllif
üçün ixtira, faydalı model və sənaye nümunəsindən istifadə nəticəsində haqq
almaq hüququ, patenti güzəşt etmək hüququ və s. əmələ gəlir İstifadə etmək
kimi hüquqi fakt həmin hüquqların yaranmasına səbəb olur
Sənaye mülkiyyəti hüququnun iki əsas növü fərqləndirilir':
» şəxsi qeyri-əmlak hüquqları;
• əmlak hüquqları;
Belə bölgünün praktik baxımdan böyük əhəmiyyəti vardır. Belə ki, şəxsi
qeyri-əmlak hüquqları ümumi qaydaya görə, yalnız sənaye mülkiyyəti obyekti
ni bilavasitə yaradan şəxsə məxsus ola bilər. Belə hüquqlar özgəninkiləşdiril-
mir, m üəllifin şəxsiyyətindən ayrılmır. Buna görə də onlar nə mülki-hüquqi
müqavilə, nə də vərəsəlik üzrə başqa şəxslərə verilə bilər. Bundan əlavə, şəx
si qeyri-əmlak hüquqları vərəsələr və digər şəxslər tərəfindən müddətsiz, yəni
hər hansı müddətlə məhdudlaşdırılmadan qorunur.
Müəllifin əmlak hüquqlarına gəldikdə isə qeyd etmək lazımdır ki, onlar sər
bəst şəkildə özgəninkiləşdirilə bilər. Belə hüquqların həm mülki-hüquqi müqa
vilə, həm də vərəsəlik əsasında başqa şəxslərə verilməsi mümkündür.
Digər tərəfdən, müəllifin əmlak hüquqları müəyyən müddətə qüvvədə olur,
yəni qanunda göstərilən müəyyən müddət həddində hüquqi cəhətdən qoru
nur. Həmin müddət ötüb-keçdikdə əmlak hüquqları qorunmur və patent hüqu
qunun hüquqi mühafizə sferasından çıxaraq ümumi mülki dövriyyəyə daxil
olur1
2, yəni ümumi istifadəyə keçir3.
Müəllifin şəxsi qeyri-əmlak hüquqlarına aiddir4:
• müəlliflik hüququ;
• ad hüququ;
• sənaye mülkiyyəti obyektinə toxunulmazlıq hüququ.
Müəllifin əmlak hüquqlarına isə şamil edilir:
• sənaye mülkiyyəti obyekti üçün patent almaq hüququ;
• sənaye mülkiyyəti obyektindən istifadə hüququ;
• sənaye mülkiyyəti obyektindən istifadəyə görə haqq almaq hüququ;
1
Рясенцев В.А. Советское изобретательское право. M. 1961, с. 123-124; Иоффе О.С. Советское
гражданское право. Курс лекций. Л. 1965, масть 3, с. 139.
' Андрей Минков. Международная охрана интеллектуальной собственности. М. 2001, с. 13.
3 Сергеев А.П. Право интеллектуальной собственности в Российской Федерации. Учебник, с.
26.
Рясенцев В.А. Неимущественные права авторов изобретений //Вопросы изобретательства.
1978, >'24.
348
• p a t e n t i g ü z ə ş t e t m ə k h ü q u q u v ə s.
м и ц и и к ш .
'
Müəlliflik hüququ
'aydalı modelin və sənaye numunəsının) yaradıcısı ol-
M üəlliflik hüququ onda ifadə olunur ki, ixtiranı, faydalı modeli və sə
naye nüm unəsini yaradıcı əməyi ilə yaradan şəxs onun m üəllifi kimi tanı
nır, yəni m üəllifi sayılır.
Müəlliflik hüququ şəxsi hüquq kateqoriyasına aid edilir. Buna görə də o,
müəllifin şəxsiyyətindən ayrılmır və özgəninkiləşdirilmir. Məhz bu səbəbdən
onun həm müqavilə, həm də vərəsəlik üzrə başqa şəxslərə verilməsi qeyri-
mümkündür. Sənaye mülkiyyəti obyektindən istifadə hüququnun başqa şəxs
lərə keçməsi müəlliflik hüququnun verilməsinə səbəb olmur. Belə halda səna
ye mülkiyyəti obyektinin yaradıcısı olan şəxs yenə də həmin obyektin müəllifi
olmaqda davam edir.
Şəxsi hüquq olduğuna görə müəlliflik hüququ müəllifin ölümü ilə ləğv edilir
və buna görə də vərəsəlik əsasında vərəsələrə keçmir.
Sənaye mülkiyyəti obyektinə müəlliflik hüququ mütləq hüquqdur. Belə ki,
sənaye mülkiyyəti obyektinin yaradılması faktı ilə onun müəllifi ilə qeyri-məh
dud sayda şəxslər, yəni qeyri-müəyyən dairə şəxslər («hamı və hər kəs») ara
sında m ütləq xarakterli hüquq münasibəti (məsələn, ixtira hüquq münasi
bəti və s.) əmələ gəlir’ . Bu münasibətdə səlahiyyətli şəxs (tərəflərdən biri) ro
lunda müəllif çıxış edir ki, o, subyektiv hüquqlara malikdir. Borclu şəxs (tərəf
lərdən digəri) qismində isə həmin münasibətdə qeyri-müəyyən dairə şəxslər
(«hamı və hər kəs») iştirak edir ki, onların üzərinə vəzifələr düşür. Müəllif
borclu şəxsdən onun sənaye mülkiyyəti obyektinin müəllifi kimi tanınmasını tə
ləb etmək hüququna malikdir. Borclu şəxs isə onun müəllifliyini tanımaq və
onu pozan hər hansı hərəkətdən çəkinmək vəzifəsi daşıyır.
Bunlardan əlavə, müəlliflik hüququ müstəsna hüquq kateqoriyasına aid
olan hüquqdur. Bu, onda ifadə olunur ki, öz yaradıcı əməyi ilə sənaye mülkiy
yəti obyektini yaradan şəxsdən başqa heç kəs, heç vaxt və heç bir halda hə
min obyektin müəllifi kimi tanına bilməz. Müəllif statusunu yalnız o şəxs əldə
edə bilər ki, həmin şəxs özünün əqli (yaradıcılıq) fəaliyyəti nəticəsində sənaye
mülkiyyəti obyektini yaratsın, necə deyərlər, onun yaradıcısı olsun. Heç kəs
özgəsinin yaratdığı sənaye mülkiyyəti obyektinə müəllifliyi mənimsəyə bilməz
(məsələn, başqasının ixtirasını öz adına rəsmiləşdirmək yolu ilə və s.).
Müəlliflik hüququ nə vaxt yaranır? Bu sual mülki hüquq elmində (doktrina
sında) geniş mübahisə doğuran məsələdir. Bu məsələ barədə biz, o müəlliflə
rin fikrini əsaslı və həqiqətə uyğun sayırıq ki, onlar m üəlliflik hüququnun
əmələ gəlm əsini sənaye m ülkiyyəti obyektinin yaranması və obyektiv 1
1
Наменгенов К.И. Абсолютные и относительные изобретательские правоотношения. Алма-
Ата. 1978.
maq imkanıdır.
349
formada ifadə olunması ilə bağlayırlar1. Doğrudan da müəllifliyin əmələ gəl
məsi patent hüquq münasibətinin inkişafının birinci mərhələsinə, yəni sənaye
mülkiyyəti obyektinin yaranması və obyektiv formada ifadə olunması mərhələ
sinə təsadüf edir. Məhz sənaye mülkiyyəti obyekti yaradıldığı və obyektiv for
mada ifadə olunduğu andan müəlliflik hüququ əmələ gəlir* 2. Ona görə ki, məhz
həmin andan özgə şəxslərin başqasının yaratdığı sənaye mülkiyyəti obyektini
öz adına rəsmiləşdirməsinə və özünü həmin obyektin müəllifi kimi tanıtdırma-
sına imkan yaranır.
Sənaye mülkiyyəti obyektinə müəlliflik hüququnun yaranmasını həmin hü
ququn təsdiqlənməsi halından fərqləndirmək lazımdır. M ü ə lliflik hüququnun
təsdiqlənməsi dedikdə, səlahiyyətli dövlət orqanı tərəfindən iddia sənədində
göstərilən (təklif edilən) obyektin rəsmi surətdə patentə layiq olan ixtira, fayda
lı model və ya sənaye nümunəsi kimi tanınması və patent verilməsi, yəni hə
min obyektin patentlə rəsmiləşdirməsi başa düşülür. Məhz bu andan sənaye
mülkiyyəti obyektinə müəlliflik hüququ təsdiqlənir. Belə ki, patent sənaye
m ülkiyyəti obyektinə m üəllifliyi təsdiq edən sənəddir. Deməli, müəlliflik
hüququ patent hüquq münasibətinin inkişafının ikinci mərhələsində (sənaye
mülkiyyəti obyektinin qeydə alınması mərhələsində) təsdiqlənir.
Müəlliflik hüququnun təsdiqlənməsi onu ifadə edir ki, iddia sənədində gös
tərilən (təklif edilən) obyekt həqiqətən də ixtira, faydalı model və ya sənaye
nümunəsidir: həmin obyekti yaradıcı əməyi ilə yaradan şəxs isə onun müəllifi
dir və indi artıq heç kəs onu öz adına rəsmiləşdirə bilməz3.
Müəlliflik hüququ şəxsi xarakterli hüquq olduğuna görə müəllifin ölümü ilə
ləğv edilir və buna görə də vərəsəlik qaydasında vərəsələrə keçmir. Amma
ləğv edilməsinə baxmayaraq müəlliflik hüququ müddətsiz, yəni hər hansı
müddətə məhdudlaşdırılmadan qorunur. Belə halda o, subyektiv mülki hüquq
kimi yox (artıq müəllifin ölümü ilə o, subyektiv hüquq kimi ləğv edilmişdir), hü
quqi fakt (sənaye mülkiyyəti obyektini müəllifin yaratması faktı) və ictimai cə
hətdən əhəmiyyəti olan mənafe kimi qorunur.
Ad
Ad hüququ sənaye mülkiyyəti obyekti müəllifinin malik olduğu
hüququ
Şəxsi qeyri-əmlak hüquqlarından biridir. Müəllifin ad hüququ
onun digər hüququ ilə - müəlliflik hüququ ilə sıx surətdə bağlı
dır. Müəlliflik hüququna görə, sənaye mülkiyyəti obyektinə istinad edən bütün
şəxslər («hamı və hər kəs») onun müəllifi qismində yalnız o şəxsin adını gös
tərməlidirlər ki, həmin şəxs müəllif kimi tanınsın.
Ad hüququ dedikdə, sənaye m ülkiyyəti obyektini yaradıcı əməyi ilə
yaradan şəxsin hər yerdə onun adının göstərilm əsini tələb etmək imkanı
' Иоффе ОС. Советское гражданское право. Курс лекций. Л. I965, часть 3, с. 124; Сергеев
А.П. Право интеллектуальной собственности в Российской Федерации, с. 504.
2 Яичное К.К. Изобретение и его прававая охрана в СССР. M. 1961, с. I77-178.; Рясенцсв В.А.
Неимущественные права авторов изобретений // Вопросы изобретательства. I978. №4, с. I9.
3 Hüquq odobiyyalı səhifələrində belo bir fikro rast gəlirik ki, guya müəlliflik hüququ səlahiyyətli
dövlət orqanı təklif olunmuş obyektin patent qabiliyyətli sənaye mülkiyyəti obyekti kimi tanınmaq barə
də qərar qəbul etdiyi andan yaranır (məsələn, bax: Юрченко А.К. Проблемы советского изобрета
тельского права Л. I963, с. I04-I05; Гаврилов Э.П. К вопросу разработки закона об изобретатель
ства // Вопросы изобретательства. I985. №3, с. 20).
350
başa düşülür.
Hər şeydən əvvəl, patent almaq üçün verilmiş iddia sənədində müəllifin
adı g ö stərilm əlidir. Bu, qanunun məcburi göstərişidir1. Digər tərəfdən, patent
idarəsinin rəsmi bülletenində dərc olunmuş iddia sənədi barəsində məlu
matda m üəllifin adı göstərilm əlidir. Əgər sənaye mülkiyyəti obyektini yara
dan şəxs müəllif kimi göstərilmək hüququndan imtina edərsə, onda məlumat
da müəllifin adı göstərilmir.
Bunlardan əlavə, həm patentdə, həm də patent idarəsinin rəsmi bülletenin
də patent barəsində dərc olunmuş məlumatda müəllifin adı göstərilir. Əgər im
tina edərsə, patentdə, habelə patent barəsində dərc olunmuş məlumatda mü
əllifin adı göstərilmir, yəni müəllif patentdə və patent barəsində məlumatda öz
adının göstərilməsindən imtina edə bilər. Bunlara əsasən deyə bilərik ki, ad
hüququ müəllifin həm də müəyyən hallarda öz adının göstərilməsindən im
tina etmək im kanını bildirir.
Ad hüququ, digər tərəfdən, sənaye m ülkiyyəti obyektini müəllifin öz adı
ilə adlandırm aq im kanını ifadə etmək səlahiyyətini ifadə edir. Başqa sözlə
desək, müəllif özünün yaratdığı sənaye mülkiyyəti obyektinə öz adını qoya bi
lər. Düzdür, qanunvericilik müəllifə bu cür hüquq vermir. Qanunvericilik eyni
zamanda müəllif tərəfindən belə hüquqdan istifadə olunmasını qadağan da et
mir. Qanunla qadağan edilməyən hər şeyə icazə verilir. Buna görə də bizim
fikrimizcə, müəllif yaratdığı sənaye mülkiyyəti obyektini öz adı ilə adlandıra bi
lər. Mülki hüquq elmində (doktrinasında) məsələyə bu cür yanaşmanın həm
tərəfdarları1
2, həm də əleyhdarları3 vardır.
Müəllifin ad hüququ onun şərti addan (təxəllüsdən) istifadə etmək imka
nını ifadə etmir. Qanun ona belə hüquq vermir4.
Ad hüququ həm də müəllifin bütün digər şəxsləri patentin verildiyi ölkə əra
zisində özlərini müəllif kimi adlandırmalarını qadağan etmək imkanını bildirir.
Ad hüququ bir sıra konvensiyalarda, məsələn, Paris konvensiyasında da
nəzərdə tutulmuşdur. Konvensiyaya görə, müəllif patentdə müəllif kimi göstə
rilməsini tələb etmək hüququna malikdir5.
Müəllif göstərilənlərdən başqa, digər şəxsi qeyri-
əmlak hüquqlarına da malikdir. Sənaye mülkiyyəti
obyektinə toxunulmazlığı hüququ həmin hüquq
lardan biridir. Düzdür, patent haqqında qanun mü
əllif üçün belə hüquq müəyyən etmir. Lakin yaradı
cılıq (əqli) fəaliyyətinin nəticəsi olan sənaye mülkiyyəti obyektinin mahiyyətin
dən və təbiətindən irəli gəlir ki, müəllifin yaratdığı sənaye mülkiyyəti obyektinə
Müəllifin sənaye
m ülkiyyəti obyektinə
toxunulmazlıq
hüauau
1 «Patenl haqqında» qanunun 27-ci maddəsi.
2 Иоффе О.C. Советское гражданское право. Курс лекций. Часть 3, Л. 1965, с. 126; Сергеев
А.П. Право интеллектуальной собственности в Российской Федерации. Учебник. M.I999, с. 505-
506; Киселев В. Специальные названия изобретений, полезных моделей, промышленных образцов
//Интеллектуальная собственность. 1998. №4, с. 4 1 -42.
5 Гусе А.Н. Гражданское право. Учебник. М. 2003, с. 242.
Л Müəlliflərdən Qucv A.N. (Гражданское право. Учебник М. 2003, с. 242) göstərir ki, müəllif
loxəllüsdon istifadə cdo bilər.
5 Bax;
c t
.
4. Парижской Конвенции.
351
toxunulmazlıq hüququ vardır.
Sənaye m ülkiyyəti obyektinə toxunulm azlıq hüququ onu ifadə edir ki,
həmin obyektdən istifadə olunduqda m üəllifin razılığı olm adan sənaye
m ülkiyyəti obyektinə hər hansı b ir dəyişiklik etmək qadağan edilir. Dəyi
şikliyin qadağan edilməsi sənaye mülkiyyətinin istənilən elementinə aiddir.
Hətta sənaye mülkiyyəti obyektinin müəllifinin adının ifadə edilməsinə hər han
sı bir dəyişiklik etmək qadağan edilir.
Müəllifin ölümündən sonra da sənaye mülkiyyəti obyektinin toxunulmazlığı
qorunur. Bu, müəllifin vərəsələri tərəfindən həyata keçirilir.
Əmlak hüquqları müəllifin əmlak mənafeyini təmin
Müəllifin əmlak
edjr. onların məzmunu əmlak (maddi) xarakterlidir.
hüquqları. Sənaya
Sənaye m ülkiyyətinə patent alm aq hüququ
mülkiyyətinə patent
m(jə||jfjn əmlak hüquqlarından biridir. Elə buradaca
a maq uququ
dərfıat qeyd edərək göstəririk ki, bu hüququ müəlli
fin, necə deyərlər, «xalis» və «təmiz» şəkildə əmlak hüququ hesab etmək ol
maz Məsələ burasındadır ki, sənaye mülkiyyətinə patent almaq hüququ öz tə
biətinə görə şəxsi xarakterli qeyri-əmlak hüququdur1. Lakin o, «xalis» və «tə
miz» şəkildə şəxsi qeyri-əmlak hüququ da sayılmır. Ona görə ki, həmin hüquq
özündə həm şəxsi (qeyri-əmlak), həm də əmlak elementlərini birləşdirir.
Digər tərəfdən, müəllifin ölümündən sonra sənaye mülkiyyəti obyektinə pa
tent almaq hüququ vərəsəlik üzrə vərəsələrə keçir* 2 və mirasa daxil edilir.
Ümumi qayda isə bundan ibarətdir ki, müəllifin şəxsi qeyri-əmlak hüquqları
onun ölümü İlə ləğv edilir. Göründüyü kimi, sənaye mülkiyyətinə patent almaq
hüququ həmin hüquqlar arasında istisnalıq təşkil edir.
Bunlardan əlavə, əgər sənaye mülkiyyətinə patent almaq hüququ həyata
keçirilməzsə, onda müəllifin əmlak hüquqları yaranmaz və həyata keçirilə bil
məz. Buna görə həmin hüquq əmlak hüquqlarının əmələ gəlməsinin labüd
(məcburi) şərtidir.
Göstərdiyimiz səbəblərə görə, sənaye mülkiyyətinə patent almaq hüququ
nu biz, müəllifin əmlak hüquqlarına aid edirik. Müasir dövrün bəzi müəllifləri,
məsələn, A.N.Quev də məsələyə mehz bu cür yanaşır3.
Sənaye m ülkiyyəti obyektinə patent almaq hüququ dedikdə, tə k lif
olunmuş nəticənin rəsmən tanınması üçün m üəllifin səlahiyyətli dövlət
orqanına m üraciət etmək, həmin orqana iddia sənədi verm ək və gö stəri
lən nəticəni rəsm iləşdirm ək imkanı başa düşülür. Bu hüquq müəllifin pa
tent sahibi olmaq imkanı deməkdir.
Müəllifin sənaye mülkiyyəti obyektinə patent almaq hüququ m üstəsna xa
rakterli hüquqdur. Bu, onu ifadə edir ki, yalnız sənaye mülkiyyəti obyektini
yaradıcı əməyi ilə yaradan şəxsin patent almaq hüququ vardır; müəllifin razılığı
olmadan hər hansı bir şəxs, heç bir halda və heç vaxt sənaye mülkiyyəti ob
yekti üçün patent ala bilməz; başqa şəxslərin sənaye mülkiyyəti obyekti üçün
patent almaq yalnız müəllifin razılığı (icazəsi) ilə mümkün ola bilər. Müəllif öl-
' Allahverdiyev S.S. Azerbaycan Respublikasının vərəsəlik hüququ. Dərs vəsaiti. Bakı. 2004.
2 «Patent haqqında» qanunun 17-ci maddəsinin 2-ci bəndi.
3 Гуев Л.Н. Гражданское право. Учебник. Том 3. 2003, с. 243.
352
düyü hallarda isə vərəsələr sənaye mülkiyyəti obyekti üçün patent ala bilərlər.
Ona görə ki, göstərilən hüquq vərəsəlik qaydasında keçən hüquqdur.
Sənaye mülkiyyətinə patent almaq hüququ iki mənada başa düşülür; pro
sessual mənada; maddi mənada.
Prosessual mənada patent almaq hüququ dedikdə, müəllifin qanunda
nəzərdə tutulan qaydada iddia sənədi tərtib etmək və onu səlahiyyətli dövlət
orqanına vermək imkanı başa düşülür. Bu imkan patent almaq hüququnun
prosessual-hüquqi tərəfidir.
Maddi mənada patent almaq hüququ dedikdə, müəllifin öz əməyi ilə ya
ratdığı obyekti rəsmi surətdə ixtira, faydalı model və ya sənaye nümunəsi kimi
tanıtdırmağa və onu müvafiq dövlət reyestrində qeydə aldırmağa nail olmaq
imkanı başa düşülür. Bu imkan isə patent almaq hüququnun maddi tərəfini
təşkil edir.
Qanunda nəzərdə tutulan hallarda müəllifin patent almaq kimi müstəsna
hüququ məhdudlaşır. Belə ki, xidməti vəzifələrinin həyata keçirilməsi və ya
işəgötürənin tapşırığı ilə əlaqədar işçinin yaratdığı sənaye mülkiyyəti obyektinə
patent almaq hüququ işəgötürənə məxsusdur’ . Bununla belə, işəgötürənlə iş
çi (müəllif) arasında müqavilədə nəzərdə tutularsa, müəllif həmin hüquqa ma
lik ola bilər.
Sənaye mülkiyyəti obyektinə şərikli müəlliflik yaranan hallarda patent al
maq hüququ kimə məxsus olur? Qeyd etmək lazımdır ki, sənaye mülkiyyəti
obyektinə şərikli müəlliflik iki, ya daha artıq şəxsin birgə əməyi ilə yaradılır. Bu
na görə də sənaye mülkiyyətinə patent almaq hüququ şərik müəlliflərin ha
mısına birgə məxsus olur.
H
Haqq almaq hüququ müəllifin əmlak hüquqları sırasına
almaq hüququ
aid olan hüc1ucldur-
M üəilifin haqq almaq hüququ dedikdə, onun pa
tent sahibindən və ya sənaye m ülkiyyəti obyektindən istifadə edən baş
qa şəxslərdən m üvafiq məbləğdə pul almaq imkanı başa düşülür.
Patent haqqında qanun müəyyən edir ki, hansı hallarda müəllif haqq ala bi
lər. Xidməti vəzifəsinin həyata keçirilməsi və ya işəgötürənin tapşırığı ilə əla
qədar işçinin sənaye mülkiyyəti obyekti yaratması həmin hallardan biridir. Hə
min obyektin müəllifi işçi sayılsa da, patent almaq hüququ işəgötürənə məx
sus olur. İşəgötürən sənaye mülkiyyəti obyekti yaratdığına görə müəllifə (işçi
yə) haqq ödəyir. Haqqın məbləği və digər məsələlər işəgötürənlə işçi arasında
bağlanmış müqavilə ilə müəyyən edilir.
Sənaye mülkiyyəti obyektlərindən istifadə hüququ müəl
lifin əmlak hüquqlarından biridir. Müəllif belə hüquqa
yalnız o halda malik ola bilər ki, sənaye mülkiyyəti üçün
patent alsın və patent sahibi qismində çıxış etsin. Buna
görə də sənaye m ülkiyyəti obyektindən istifadə
üçün müstəsna hüquq patent sahibi kimi ona məxsus olur.
İstifadə hüququ dedikdə, müəilifin (patent sahibinin) sənaye mülkiy
Sənaye
mülkiyyəti
obyektlərindən
istifadə hüququ
«Patcnl haqqında» qanunun 13-cü maddosinin l-c i bondi.
353
yəti obyektinin öz mülahizəsinə görə tətbiq etmək im kanı başa düşülür.
İstifadə hüququ müstəsna hüquq sayılır. Ona görə ki, müəllifin (patent sahi
binin) razılığı olmadan heç kəs patentlə qorunan sənaye mülkiyyəti obyektin
dən istifadə edə bilməz; başqa şəxslər yalnız razılıq (icazə) olduqda həmin ob
yektdən istifadə edə bilərlər. Buna görə də müəllif sənaye mülkiyyəti obyektin
dən istifadəyə müstəsna hüquqa malikdir.
Sənaye mülkiyyəti obyektindən istifadəyə müstəsna hüquq həm də müəlli
fin həmin obyektdən başqa şəxslərin istifadə etm əsini qadağan etmək
imkanı deməkdir.
Dostları ilə paylaş: |