naye mülkiyyəti hüquqlarını mühafizə edir. Sənaye mülkiyyəti hüquqları əqli
mülkiyyət hüququnun növlərindən biri olub, həm geniş mənada, həm də məh
dud mənada işlədilir.
Geniş mənada sənaye m ülkiyyəti hüquqları dedikdə, beynəlxalq sənəd
lərdə göstərildiyi kimi1
2, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı,
xidmət nişanı, firma adı, coğrafi göstərici və bəzi digər obyektlər barəsində ya
ranan hüquqlar başa düşülür.
Məhdud mənada sənaye m ülkiyyəti hüquqları dedikdə isə yalnız ixtira,
faydalı model və sənaye nümunəsi kimi obyektlər barəsində yaranan hüquqlar
başa düşülür. Həmin obyektlərə məhdud mənada sənaye m ülkiyyə ti ob
yektləri deyilir. Məhz bu obyektlər barəsində yaranan hüquqlar (məhdud mə
nada sənaye mülkiyyəti hüquqları) patent hüququ institutu ilə qorunur və mü
hafizə edilir.
Məhdud mənada sənaye m ülkiyyəti obyektlərinin (ixtira, faydalı model
və sənaye nüm unələrinin) yaradılması, hüquqi m ühafizəsi və istifadəsi
ilə bağlı olaraq müəyyən növ ictim ai m ünasibətlər əmələ gəlir. Əqli mülkiy
yət hüququnun bu münasibətləri tənzimləyən institutu patent hüququ (və ya
məhdud mənada sənaye mülkiyyəti hüququ) adlanır. Məhz həmin münasibət
lər patent hüququnun nizamasalma (tənzimetmə) predm etini təşkil edir.
Patent hüququ iki mənada işlədilir: obyektiv mənada: subyektiv mənada.
Obyektiv mənada patent hüququ dedikdə, məhdud mənada sənaye mül
kiyyəti obyektlərinin yaradılması, hüquq mühafizəsi və istifadəsi ilə bağlı əmə
lə gələn ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa
düşülür. Bu mənada patent hüququ mülki hüququn (əqli mülkiyyət hüququ
nun) əsas institutlarından biri kimi çıxış edir.
Subyektiv mənada patent hüququ dedikdə, məhdud mənada sənaye
mülkiyyəti obyektini (ixtiranı, faydalı modeli və sənaye nümunəsini) yaradan
1 Lalınca «patcns», «patentis» - şəhadətnamə, forman.
2 Bax: пунтк 2 ст. I Парижской конвенции по охране промышленной собственности //
Боден-
хаузен Г.
Парижская конвенция по охране промышленной собственности. Комментарий. М ., 1977;
Богусловский М.М.
Международное частное право. У чебник. М ., 2002, с. 320.
288
Subyektiv patent
hüququnun (subyek
tiv sənaye m ülkiyyəti
hüququnun)
xüsusiyyətləri
şəxsin həmin obyekt barəsində əldə etdiyi hüquqlar başa düşülür. Söhbət
həm şəxsi (qeyri-əmlak), həm də əmlak xarakterli hüquqlardan gedir. Onlar
subyektiv mülki hüququn (subyektiv əqli mülkiyyət hüququnun) növü sayılır.
Həmin hüquqlara subyektiv patent hüquqları və ya məhdud mənada səna
ye m ülkiyyəti hüquqları deyilir.
Patent hüququ institutu Azərbaycan Respublikasının mülki hüququ üçün
yeni haldır. Belə ki, sovet dövrünün mülki hüququna patent hüququ məlum de
yildi. ixtira və sənaye nümunəsi kimi obyektlər əsasən müəlliflik şəhadətna
məsi (şəhadətnamə) ilə qorunurdu. 1997-ci ildə Azərbaycan Respublikasında
patent haqqında qanun qəbul edildi. Bu qanun özündə sənaye mülkiyyəti ob
yektlərinin (ixtira, faydalı model və sənaye nümunələrinin) yaradılması, qorun
ması və istifadəsi ilə bağlı yaranan münasibətləri tənzimləyən hüquq normala
rını birləşdirir. Həmin normaların digər normalarla məcmusu patent hüququ
institutunu yaratdı. Bununla Azərbaycan Respublikasında patent hüququ əsas
institutlarından biri kimi tanınmağa başladı.
Subyektiv patent hüquqları bir sıra xüsusiyyətlərə
malikdir. Birinci xüsusiyyət ondan ibarətdir ki,
onlar sənaye mülkiyyəti obyektlərinin (ixtira, fayda
lı model və sənaye nümunələrinin) yaradılması
faktının özü nəticəsində yox, həmin obyektlərin
rəsm i prosedurası (qeydiyyatı) və səlahiyyətli
dövlət orqanından qoruyucu (mühafizəedici) sənəd (patent) alınması sa
yəsində əmələ gəlir1. Başqa sözlə desək, sənaye mülkiyyəti obyektləri səla
hiyyətli dövlət orqanı tərəfindən rəsmi surətdə (rəsmən) tanınmalıdır. Məhz bu
andan həmin obyektlər barəsində subyektiv patent hüquqları (sənaye mülkiy
yəti hüquqları) əmələ gəlir.
İkinci xü su siyyə tə görə, subyektiv patent hüquqları m üddətli hüquqlar
dır. Başqa sözlə desək, subyektiv patent hüquqları yalnız qanunda göstərilən
müddət ərzində qüvvədə olur. Bu isə o deməkdir ki, subyektiv patent hüquqla
rının qanunla (patent hüquq normaları ilə) qorunması (mühafizə edilməsi)
müddətsiz yox, müddətlidir. Həmin müddət ötdükdə (keçdikdə) onlar qanunla
(patent hüquq normaları ilə) qorunmur.
Üçüncü xüsusiyyətə görə, subyektiv patent hüquqları eksterritorial yox,
ərazi xarakterli hüquqlardır. Bu, o deməkdir ki, müəyyən bir dövlətin ərazi
sində tanınan patent hüquqları başqa dövlətin ərazisində hüquqi əhəmiyyət
kəsb etmir. Başqa sözlə desək, müəyyən dövlətin ərazisində qanunda nəzər
də tutulan qaydada hüquqi mühafizə ilə təmin edilən patent hüquqları başqa
dövlətin ərazisində qorunmur. Başqa dövlətin ərazisində hüquqi mühafizədən
istifadə etməsi üçün vacibdir ki, dövlətlər arasında beynəlxalq saziş bağlansın.
D ördüncü xüsusiyyətə görə, subyektiv patent hüquqları mütləq hüquq
lardır. Ona görə ki, onlar mütləq xarakterli patent hüquq münasibətlərinin
məzmununu təşkil edən elementdir. Həmin hüquq münasibətləri sənaye mül-
1
S əlah iyyə tli d övlə t orqanı dedikdə, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və
Patent üzrə D övlət A g e n tliyin in patent idarəsi başa düşülür.
289
kiyyəti obyektlərinin rəsmi prosedurasından (qeydiyyatından) sonra yaranır.
Onların bir tərəfində səlahiyyətli şəxs çıxış edir ki, ona patent sahibi deyilir.
Subyektiv patent hüquqları məhz ona məxsusdur. Patent sahibinin malik oldu
ğu belə hüquqlar isə mütləq hüquqlardır.
Patent hüquq münasibətinin digər tərəfində isə sayı m əlum olm ayan qey-
ri-müəyyən borclu şəxslər iştirak edirlər. Onlar patent sahibinin malik olduğu
hüquqları (subyektiv patent hüquqlarını) pozmaqdan çəkinmək kimi passiv
vəzifə daşıyırlar. Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, mütləq xarak
terli subyektiv patent hüququ yalnız patent hüquq münasibəti çərçivəsində ya
rana bilər. Mütləq hüquq münasibəti kimi yaranan patent hüquq münasibəti
isə iki halda nisbi (öhdəlik) xarakterli patent hüquq münasibətinin əmələ gəlmə
sinə səbəb ola bilər: subyektiv patent hüququ pozulduğu halda; sənaye mülkiy
yəti obyektlərindən istifadə hüququ müqavilə (bu müqavilə patent sahibi ilə isti
fadəçi arasında bağlanılır) əsasında başqa şəxsə (istifadəçiyə) verildiyi halda.
Dördüncüsü, subyektiv patent hüququ m üstəsna h ü q uq la r növünə aid
dir. Buna görə də sənaye mülkiyyəti obyektlərindən istifadə hüququ müstəsna
olaraq, yəni yalnız və yalnız patent sahibinə məxsusdur. Başqa şəxslər həmin
obyektlərdən ancaq patent sahibinin razılığı (icazəsi) ilə istifadə edə bilərlər.
Mülki hüququn əsas institutlarından biri kimi patent
Patent huququnun
hüququnun mahiyyəti onun funksiyalarında təzahür
funksiyaları
ec|jr. O, əsasən dörd fu n ksiya yerinə yetirir.
Sənaye m ülkiyyətini qorum aq (mühafizə etmək) patent hüququnun
əsas funksiyalarından birincisidir. Qanun müəyyən edir ki, sənaye mülkiyyəti
obyektləri hüquqi mühafizə ilə təmin edilir, dövlət tərəfindən qorunur'.
Patent hüququ sənaye mülkiyyəti obyektlərini yarandığı andan yox, onlar
rəsmi proseduradan (qeydiyyatdan) keçdiyi - rəsmi surətdə tanındığı və səla
hiyyətli dövlət orqanından patent alındığı andan hüquqi mühafizə ilə təmin edir.
Patent dedikdə, sənaye m ülkiyyəti obyektinə m ü ə llifliy i və ilk in liy i təs
diq edən, həmin obyektlərdən istifadə etmək üçün öz sahibinə (patent
sahibinə) müstəsna hüquq verən və onları hüquqi m ühafizə ilə təmin
edən qoruyucu sənəd başa düşülür.
Nə üçün patent hüququ sənaye mülkiyyəti obyektlərini onlar rəsmi prose
duradan (qeydiyyatdan) keçdiyi və patent alındığı andan qoruyur? Bunu nə ilə
izah etmək olar?
Qeyd etmək lazımdır ki, müəlliflik hüququnun obyekti olan əsərlər özlərinin
təkrarolunmazlığı ilə xarakterizə edilir. Hər bir əsər öz yaradıcısının fərdi xüsu
siyyətlərini əks etdirir. Bu baxımdan yaradıcılıq əsərləri təkrarolunmazdır. Dahi
Üzeyir bəy Hacıbəyov olmasaydı, şübhəsiz, ölməz «Koroğlu» operası da ya
ranmazdı. Əksinə, sənaye mülkiyyəti obyektləri (ixtira, faydalı model və səna
ye nümunələri) prinsip etibarı ilə təkrar olunan obyektlərdir. Belə ki, onla
rın sosial qiyməti özlərinin məzmunundadır. Sənaye mülkiyyəti obyektlərinin
məzmunu isə praktiki problemin həll edilməsindən - praktiki qayda, metod,
üsul və s. işlənilməsindən ibarətdir ki, onlar hər hansı fərdi yaradıcılıq xüsusiy
«Patent haqqında» qanunun 3-cü maddəsi.
290
yətindən məhrumdur. Buna görə də məsələn, demək olmaz ki, əgər məşhur
ıxtiraçı A.S.Popov radionu ixtira etməsəydi, bəşəriyyət radiosuz qalacaqdı.
Gec-tez radio hər hansı başqa şəxs tərəfindən yaranacaqdı. Məhz bu səbəb
dən sənaye mülkiyyəti obyektləri bir-birindən asılı olmadan ayrı-ayrı, müxtəlif
şəxslər tərəfindən yaradıla bilər. Buna görə də qorumaq üçün onların səlahiy
yətli dövlət orqanında hüquqi cəhətdən rəsmiləşdirilməsi (rəsmi prosedura,
yəni qeydiyyat və patent alınması) tələb edilir. Bu, sənaye mülkiyyəti obyektlə
rinin patent hüququ ilə qorunmağın labüd (məcburi) şərtidir. Deməli, obyektiv
cəhətdən tə kra r olunm aq xüsusiyyəti sənaye mülkiyyəti obyektlərinin hüqu
qi cəhətdən rəsmiləşdirilməsinə (dövlət tərəfindən rəsmi surətdə tanınmasına)
əsas olan b irin c i səbəbdir.
İkinci səbəb isə ondan ibarətdir ki, patent hüququ yalnız yenilik əlamətinə
malik olan sənaye m ülkiyyəti obyektini qoruyur. Yenilik əlamətindən məh
rum olan sənaye mülkiyyəti obyekti hüquqi mühafizə ilə təmin edilmir. Həmin
əlamətin mövcudluğu isə rəsmiləşdirmə - rəsmi prosedura (qeydiyyat) vasitə
si ilə müəyyən edilir və yoxlanılır.
Üçüncü səbəb ondan ibarətdir ki, sənaye m ülkiyyəti obyektlərinin sosi
al qiym əti (m ahiyyəti) onların məzmunundadır. Onların məzmunu (mahiy
yəti) isə rəsmiləşdirmə (rəsmi prosedura) vasitəsilə açıqlana və müəyyən edi
lə bilər.
D ördüncü səbəb sənaye mülkiyyəti obyektlərinin ilkinliyi məsələsidir. Bu
məsələnin patent hüququnda vacib əhəmiyyəti vardır. İlkinlik məsələsinin
mahiyyəti ondan ibarətdir ki, patent almaq üçün birinci olaraq səlahiyyətli döv
lət orqanına düzgün tərtib olunmuş iddia sənədi verən iddiaçı şəxsin yaratdığı
sənaye mülkiyyəti obyekti müvafiq dövlət reyestrində qeydə alınır, qorunur və
həmin şəxsə patent verilir. Həmin məsələ isə patent almaq üçün verilən iddia
sənədinin səlahiyyətli dövlət orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir1.
Elə subyektiv patent hüquqları (məsələn, ixtiraçının ixtiraya müəlliflik hüqu
qu, yəni ixtiranın müəllifi kimi tanınmaq hüququ) vardır ki, patent hüququ onları
rəsmi proseduraya (qeydiyyata) kimi qoruyur. Başqa sözlə desək, sənaye
mülkiyyəti obyektləri qeydiyyata alınana (hüquqi rəsmiləşdirməyə) kimi onlar
hüquqi mühafizədən istifadə edir. Amma prinsip etibarı ilə sənaye mülkiyyəti
obyektləri təkrar olunduğuna görə həmin obyektlərə müəlliflik hüququ lazımi
qaydada rəsmiləşdirilməlidir.
Patent hüququnun ikin ci funksiyası sənaye mülkiyyəti obyektlərindən (ix
tiralardan, faydalı modellərdən və sənaye nümunələrindən) istifadə rejimini
müəyyən etməkdən ibarətdir. Patent hüququ sənaye mülkiyyəti obyektindən
istifadə məsələsində m üstəsna hüquq kim i rejimdən çıxış edir. Həmin reji
min mahiyyəti ondan ibarətdir ki, sənaye mülkiyyəti obyekti üçün patent almış
şəxs (ona patent sahibi deyilir) həmin obyektdən istifadə etməkdə müstəsna
hüquqa malikdir.
Üçüncüsü, patent hüququ patent sahibini subyektiv sənaye mülkiyyəti
1 «Patent haqqında» qanunun 28-ci maddəsinin 1-ci bəndi.
3
Bəzi m ü ə lliflə r dəqiq olmayan belə b ir fik ir sö yləyirlə r k i, həmin hüquqlar guya m ü ə lliflik hüququ
ilə qonm ur
{Антимонов Б.С.. Флейишц E.А.
Изобретательское право. M ., I960, с. 157).
291
Patent hüququnun
prinsipləri
hüquqları (patent hüquqları) ilə təmin etmək funksiyasını yerinə yetirir. On
lar həm şəxsi qeyri-əmlak xarakterli hüquq (məsələn, sənaye mülkiyyəti obyek
tinin müəllifi kimi tanınmaq hüququ və s.), həm də əmlak (iqtisadi) xarakterli hü
quq (sənaye mülkiyyəti obyektindən istifadə hüququ) növündə ola bilər.
Subyektiv sənaye m ülkiyyəti hüquqlarını (subyektiv patent hüquqları
nı) müdafiə etmək patent hüququnun yerinə yetirdiyi dördüncü funksiyadır.
Yalnız subyektiv patent hüquqları pozulduğu hallarda onlar mülki-hüquqi üsul
ların (mülki-hüquqi sanksiyaların) vasitəsi ilə müdafiə olunur və patent hüqu
qunun göstərilən funksiyası, necə deyərlər, «işə düşür». Həmin pozuntu halla
rı isə patent haqqında qanunda göstərilmişdir (qanunun 5-ci fəsli).
Patent hüququnun sosial mahiyyəti patent hüququ
nun funksiyalarından başqa, həm də onun prinsiplə
rində təzahür edir. Hətta patent hüququnun əsas
funksiyaları, habelə təyinatı onun prinsiplərinin vasitəsi ilə müəyyənləşdirilir.
Patent hüququnun prinsiplərini bilmək vacib məsələdir. Belə ki, onlar pa
tent hüququnun məna, mahiyyət və məzmununu daha dərindən başa düşmə
yə kömək edir. Digər tərəfdən, patent hüququnun prinsipləri mübahisəli hüqu
qi məsələnin hüququn analogiyası əsasında həll edilməsinə imkan verir, habe
lə patent hüquq normalarının praktikada düzgün tətbiq olunmasına yardım
göstərir.
Patent hüququnun prinsipləri dedikdə, onun m ahiyyətini və m əzm u
nunu müəyyən edən əsas başlanğıclar başa düşülür.
Patent hüququnun bir neçə prinsipini fərqləndirmək olar. Onların bəziləri
patent haqqında qanunun konkret normalarında formula edilir, digərləri isə pa
tent hüququnun öz mahiyyətindən irəli gəlir.
Patentləşdirmə (patentlə qoruma) prinsipi patent hüququnun demək
olar ki, əsas və fundamental prinsipidir. Bu prinsipə görə, yalnız səlahiyyətli
dövlət orqanı iddiaçı şəxsə patent adlı qoruyucu sənəd verdiyi halda müvafiq
nailiyyət (maddə, qurğu, üsul, ideya və s.) sənaye mülkiyyəti obyekti (ixtira,
faydalı model və sənaye nümunəsi) kimi tanınır, hüquqi mühafizə ilə təmin
edilir və patent hüquq normalarının qoruma predmeti olur. Ancaq patent veril
diyi halda iddiaçı şəxsin subyektiv patent hüquqları (subyektiv sənaye mülkiy
yəti hüquqları) yaranır. Sənaye mülkiyyəti obyektləri yalnız patentin köməyi ilə
qoruna, hüquqi mühafizədən istifadə edə bilər. Azərbaycan Respublikasının
qanunvericiliyində sənaye mülkiyyəti obyektinin ancaq patent formasında qo
runması nəzərdə tutulur. Patentin köməyi ilə qorum aq (hüquqi m ühafizə
dən istifadə etmək) onu ifadə edir ki, sənaye mülkiyyəti obyektlərindən istifa
də etmək istəyən hər hansı şəxs patent alan şəxsdən (patent sahibindən) bu
na icazə almalıdır. Sənaye mülkiyyəti obyektinə patent almaq üçün isə şəxs
səlahiyyətli dövlət orqanına iddia sənədi verməlidir. İddia sənədinin verilməsi,
qeydə alınması, yoxlanılması və ekspertizası qaydaları, habelə patentin veril
məsi və digər məsələlər patent haqqında qanunla müəyyən edilir. Özü də pa
tent yalnız verildiyi dövlətin ərazisində qüvvədə olur. Başqa dövlətin əra
zisində onun hüquqi əhəmiyyəti yoxdur. Bu isə onu göstərir ki, patent ekster-
ritorial qüvvəsi olmayan, ərazi xarakterli və məkanla məhdudlaşan sə
292
nəddir.
Patentə layiq olm ağın (patent qabiliyyətinin) rəsmi tanınmasını patent
hüququnun ikinci prinsipi hesab etmək olar1. Bu prinsipə görə, hər hansı nai
liyyət (təklif edilən yenilik) yalnız o halda sənaye mülkiyyəti obyekti (ixtira, fay
dalı
model və ya sənaye nümunəsi) sayılır ki, onun patentə layiq olması (pa
tent qabiliyyəti) rəsmi surətdə tanınsın. Rəsmi tanınma aktını səlahiyyətli döv
lət orqanı həyata keçirir. Bu orqan ancaq patentə layiq olmaq (patent qabiliy
yəti) şərtlərinə cavab verdikdə müvafiq nailiyyəti (təklif olunan yeniliyi) ixtira,
fa y d a lı
model və ya sənaye nümunəsi kimi tanıyır.
Patentə layiq olm aq (patent qabiliyyəti) şərtləri dedikdə, qanunda nəzər
də tutulan elə tələblər başa düşülür ki, həmin tələblər əsasında müvafiq nailiy
yət (təklif olunan yenilik) sənaye mülkiyyəti obyekti (ixtira, faydalı model və ya
sənaye nümunəsi) kimi tanınır. Məsələn, yeni olmaq kimi tələb (yenilik əla
məti) ixtiranın patentə layiq olmaq (patent qabiliyyəti) şərtlərindən biridir və s.
Əgər səlahiyyətli dövlət orqanı müəyyən etsə ki, müvafiq nailiyyət (təklif
olunan yenilik) patentə layiq olmaq şərtlərinə cavab vermir, rəsmi tanınma ak
tını həyata keçirmir, yəni onu ixtira, faydalı model və ya sənaye nümunəsi kimi
tanımır.
M üstəsna hüquq (müstəsnalıq) prinsipi patent hüququnun prinsipləri sı
rasına aid olan üçüncü prinsipdir. Özü də bu prinsip qanun normasında birba
şa formula edilmişdir1
2.
Patent hüququ sənaye mülkiyyəti obyektlərindən istifadə rejimini müəyyən
edərkən müstəsna hüquq prinsipindən çıxış edir. Həmin prinsipə görə sənaye
mülkiyyəti obyektindən istifadə üçün müstəsna hüquq patent sahibinə məx
susdur. Patent sahibinin razılığı olmadan heç kəs patentlə qorunan və hüquqi
mühafizə ilə təmin olunan sənaye mülkiyyəti obyektindən istifadə edə bilməz.
Sənaye mülkiyyəti obyektindən ayrı-ayrı şəxslər yalnız patent sahibinin razılığı
(icazəsi) ilə istifadə edə bilərlər. Sənaye mülkiyyəti obyektindən patent sahibi
nin razılığı (icazəsi) olmadan istifadə edilməsi qanunsuz istifadə və bu səbəb
dən hüquq pozuntusu sayılır.
Sənaye m ülkiyyə ti obyektinin ilk in liyi prinsipi patent hüququnun dör
düncü prinsipidir. Bu prinsipə görə, səlahiyyətli dövlət orqanına patent almaq
üçün birinci olaraq düzgün tərtib olunmuş iddia sənədi verən şəxs sənaye
mülkiyyəti obyektini (ixtiranı, faydalı modeli və sənaye nümunəsini) qeydə al
dırmaqda və patent almaqda üstünlük hüququna malikdir. Patent hüququ həm
də konvensiya ilk in liy i prinsipindən çıxış edir3. Konvensiya ilkinliyi haqqında
qayda sənaye mülkiyyətinin mühafizəsinə dair Paris konvensiyasının ən vacib
müddəalarından biridir4. Həmin qaydanın əsas məzmunu ondan ibarətdir ki,
Paris konvensiyasının iştirakçısı olan istənilən hər hansı dövlətdə sənaye mül
kiyyətinin qeydiyyatı barədə ərizə vermiş şəxs konvensiya iştirakçısı olan istə
1 X arici ö lkə lə rin bəzisində bu prinsip qeydiyyat prinsipi kim i tanınır
(Лунц Л.А.
Курс межлуна-
родного частного права. В трех томах. М ., 2003, с. 676).
2 «Patent haqqında» qanunun 14-cü maddəsi.
1 "Patent haqqında» qanunun 28-ci maddəsinin 2-ci bəndi.
4 Bax: от. 4. Парижском конвенции по охране промышленной собственности.
293
nilən digər dövlətdə müəyyən müddət ərzində həmin obyektin qeydə alınma
sında üstünlük hüququna malikdir’ .
İctimai (ümumi) mənafeyi nəzərə almaq prinsipi patent hüququnun be
şinci prinsipidir. Bu prinsipə görə patent sahibinin xüsusi (şəxsi) mənafeyi ilə
cəmiyyətin ümumi mənafeyi uyğunlaşdırılır.
Qeyd etmək lazımdır ki, patent hüququ ilk növbədə, patent sahibinin xüsusi
(şəxsi) mənafeyi prinsipindən çıxış edir. Belə ki, sənaye mülkiyyətini patentlə
qorumaq (patentləşdirmə) onun yerinə yetirdiyi əsas funksiya, başlıca prinsip
sayılır. Qeyd etdiyimiz kimi, sənaye mülkiyyətini patentlə qorumaq isə o de
məkdir ki, sənaye mülkiyyəti obyektindən istifadə etmək niyyətində olan şəxs
patent sahibindən icazə (razılıq) almalıdır. Bununla patent hüququ patent sahi
binin xüsusi (şəxsi) mənafeyini təmin edir.
Digər tərəfdən, patent sisteminin əsas məqsədi ictimai mənafe (cəmiyyətin
mənafeyi) üçün sənaye texnologiyası sahəsində proqresi təmin etməkdən1
2,
cəmiyyətin iqtisadi-mədəni inkişafına təsir göstərməkdən ibarətdir, İctimai mə
nafe ilə patent sahibinin xüsusi (şəxsi) mənafeyini uyğunlaşdırmaq üçün pa
tent hüququ cəmiyyətin mənafeyini nəzərə almaq prinsipindən çıxış edir.
Göstərilən prinsipin üç əsas təzahür form ası vardır3. Birinci təzahür fo r
ması ondan ibarətdir ki, patent m üddətli sənəddir. Bu isə o deməkdir ki, pa
tentlə subyektiv sənaye mülkiyyəti hüquqlarının (patent hüquqlarının) qorun
ması və hüquqi mühafizə ilə təmin olunması müddətli xarakterə malikdir, yəni
sənaye mülkiyyəti obyektləri patentlə müəyyən müddət ərzində4 qorunur. Hə
min müddət ötdükdə (keçdikdə) sənaye mülkiyyəti obyekti qorunmur, patent
qüvvədən düşür və həmin obyekt cəmiyyətin ümumi istifadəsinə verilir.
Göstərilən prinsipin ikinci təzahür form ası ondan ibarətdir ki, qanun milli
təhlükəsizlik maraqlarını təmin etmək məqsədilə patent sahibinin razılığı olma
dan sənaye mülkiyyəti obyektindən istifadəyə yol verir. Bundan əlavə, qanun
tərkibində patentləşdirilmiş sənaye mülkiyyəti obyekti olan vasitələrdən sər
bəst istifadə halları nəzərdə tutur5.
Barəsində danışdığımız prinsipin üçüncü təzahür form ası ondan ibarətdir
ki, sənaye mülkiyyəti obyektləri sənayedə tətbiq edilm ək x ü su siyyə tin ə ma
lik olmalıdır. Bu, sənaye mülkiyyəti obyektinin patentə layiq olmaq şərtlərindən
biridir. Bunun isə əlbəttə, ictimai (ümumi) mənafe baxımından sənaye texnolo
giyası sahəsində inkişaf üçün böyük əhəmiyyəti vardır.
Subyektiv sənaye m ülkiyyəti hüquqlarının (patent hüquqlarının) özgə-
ninkiləşdirilm əsi prinsipi patent hüququnun altıncı prinsipidir. Əlbəttə, patent
sahibinin yalnız əmlak hüquqları (sənaye mülkiyyəti obyektindən istifadə hü-
1 Международное частное право. У чсбник/П о д рсд.
Г.К.Дмшпревой.
М ., 2004, с. 332;
Фомичев
В.И.
Международная торговля. Учебник. М ., 2001, с. 370;
Вельяминов Г М .
Международное
экономическое право и процесс. Учебник. М ., 2004, с. 340;
Андрей Минков.
Международная охра
на интеллектуальной собственности. М ., 2001, с. 67.
2
Андрей Минков.
Международная охрана интеллектуальной собственности. М ., 2001, с. 18.
1
Сергеев А.П.
Право интеллектуальной собственности в Российской Федерации. М ., 1999, с.
25-26.
*
«Patent haqqında» qanunun 10-cu maddəsi.
5 «Patent haqqında» qanunun 23-cü maddəsi.
294
quqları) özgəninkiləşdirə bilər. Şəxsi hüquqlar (məsələn, sənaye mülkiyyəti
obyektinin müəllifi kimi tanınmaq hüququ, yəni müəlliflik hüququ) isə özgənin-
kiləşdirilmir1. Amma sənaye mülkiyyətinə patent almaq hüququ kimi şəxsi
(qeyri-əmlak) hüquq vərəsəlik üzrə keçir1
2.
Göstərilən prinsipin mahiyyəti ondan ibarətdir ki, subyektiv patent (sənaye
mülkiyyəti) hüquqları müxtəlif hüquqi vasitələr əsasında başqa şəxslərə verilə
bilər. Alqı-satqı, bağışlama, dəyişmə və s. patent hüquqlarını özgəninkiləşdir-
məyin hüquqi vasitələridir.
M üəllifin hüquq və m ənafeyini qorumaq prinsipi patent hüququnun
yeddinci prinsipidir. Bu prinsipə görə, sənaye mülkiyyəti obyektini (ixtiranı, fay
dalı modeli və sənaye nümunəsini) yaradıcı əməyi ilə yaradan şəxsin (müəlli
fin) hüquqları hüquqi mühafizə ilə təmin edilir, qorunur. Göstərilən prinsip onda
ifadə olunur ki, patent ilk növbədə, hər şeydən əvvəl, sənaye mülkiyyəti obyekti
nin müəllifinə verilir3. Digər tərəfdən, müəlliflik hüququ (yəni şəxsin sənaye mül
kiyyəti obyektinin müəllifi kimi tanınmaq hüququ) müddətsiz qorunur4.
Patent tə m izliyi p rinsipini patent hüququnun prinsipi hesab etmək olar.
Bu prinsipə görə, ölkədən xaricə aparılan məmulat üçüncü şəxslərin patentini
pozmamalı, patent təmizliyinə malik olmalıdır, yəni üçüncü şəxslərə məxsus
patentlə mühafizə edilməməlidir.
Patent hüququnun
Norm ativ hüquqi aktlar patent hüququnun daha ge-
mənbələri
niş УЭУ1^ 1? növüdür. Normativ-hüquqi aktlar arasında
«Patent haqqında» qanunun xüsusilə rolu və əhə
miyyəti böyükdür. 25 iyul 1997-ci ildə qəbul olunan həmin qanun kompleks
xarakterli norm ativ aktdır. Ona görə ki, bu qanunla tənzimlənən patent mü
nasibətləri həm mülki, həm inzibati, həm də prosessual münasibətlərdir. Daha
doğrusu, patent münasibətləri üç növə bölünür: mülki münasibətlərə; inzibati
münasibətlərə; prosessual münasibətlərə.
«Patent haqqında» qanuna daxil olan normaların bir hissəsi mülki münasi
bətlərin, digər hissəsi inzibati münasibətlərin, başqa bir hissəsi isə prosessual
münasibətlərin tənzimlənməsinə həsr edilmişdir. Amma qanunda ifadə olunan
normaların çoxu mülki-hüquqi xarakterə malikdir. Şübhə yoxdur ki, mülki hü
quq norm aları patent haqqında qanunda üstünlük təşkil edir. Həmin normalar
Azərbaycan Respublikası ərazisində ixtiraların, faydalı modellərin və sənaye
nümunələrinin yaradılması, hüquqi mühafizəsi və istifadəsi ilə əlaqədar yara
nan əm lak m ünasibətlərini və onlarla bağlı şəxsi qeyri-əmlak münasibət
lərini tənzim ləyir. Buna görə də hesab edə bilərik ki, özündə həm də inzibati
və prosessual hüquq normaları ifadə etməyinə baxmayaraq, patent haqqında
qanun m ülki yönüm lü qanundur. Bu isə belə bir fikir söyləməyə əsas verir
ki, patent hüququnun əsas mənbəyi həmin qanundur.
Patent haqqında qanun 7 fəsil, 43 maddədən ibarətdir. «Ümumi müddə
1 «Patent haqqında» qanunun 1 l- c i maddəsinin 3-cü bəndi.
2 «Patent haqqında» qanunun 17-ci maddəsinin 2-ci bəndi;
Allahverdiyev S.S.
Azərbaycan Respub
likasının və rə səlik hüququ. Bakı. 2004.
3 «Patent haqqında» qanunun 12-ci maddəsi.
4 «Patent haqqında» qanunun 1 l- c i maddəsinin 3-cü bəndi.
295
alar» adlanan 1-ci fəsil (1-6-cı maddələr) ümumi xarakterli məsələlərin
(əsas anlayışların, patent qanunvericiliyinin və digər məsələlərin) tənzimlən
məsinə həsr edilmişdir.
Qanunun 2-ci fəsli (7-10-cu maddələr) sənaye mülkiyyəti obyektlərinin
(ixtira, faydalı model və sənaye nümunələrinin) patentə layiq olmaq (patent
qabiliyyəti) şərtlərini müəyyənləşdirir. Burada ixtira, sənaye nümunəsi və fay
dalı model sayılmayan obyektlərin dairəsi göstərilir.
Qanunun 3-cü fəsli (11-13-cü maddələr) patent hüququnun subyektləri
nin hüquqi statusuna həsr edilmişdir. Bu fəsil özündə müəllifin (sənaye mül
kiyyəti obyektlərini yaradan şəxsin), patent sahibinin və digər subyektlərin hü
quq və vəzifələrini müəyyənləşdirən hüquq normalarını birləşdirir.
Qanunun 4-cü fəsli (14-21-ci maddələr) sənaye mülkiyyəti obyektlərin
dən istifadə hüququna həsr edilmişdir. Bu fəslə daxil normalar patent sahibini
sənaye mülkiyyəti obyektindən istifadə üçün müstəsna hüquqla təmin edir,
patent sahibinin razılığı ilə həmin obyektdən başqa şəxslərin istifadə etməsi
barədə göstəriş ifadə edir, bir sözlə sənaye, mülkiyyəti obyektlərindən istifadə
rejimini müəyyənləşdirir.
Qanunun 5-ci fəsli (22-24-cü maddəsi) patent hüquqlarının (sənaye mül
kiyyəti hüquqlarının) pozulması hallarını sadalayır, həmin halları patent sahibi
nin müstəsna hüququnun pozulması kimi tanıyır. Digər tərəfdən, göstərilən fə
sil patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayan halları, yəni
sənaye mülkiyyəti obyektlərindən patent sahibinin razılığı olmadan sərbəst is
tifadə hallarını müəyyən edir.
Qanunun 6-cı fəsli (25-38-ci maddələr) iddia sənədinin verilməsi və pa
tent alınması prosedurasını müəyyən edir. Bu fəslə daxil olan normalar patent
almaq üçün iddia sənədinin verilməsi, sənaye mülkiyyəti obyektinin ilkinliyi, id
dia sənədinin ekspertizası, iddia sənədi barəsində məlumatın dərci, iddia sə
nədinə etiraz, sənaye mülkiyyəti obyektinin qeydiyyatı və patentin verilməsi,
patent barəsində məlumatın dərci, verilmiş patentə etiraz, patentin qüvvəsinə
vaxtından əvvəl xitam verilməsi, habelə patentin etibarsız sayılması kimi vacib
məsələləri tənzimləyir.
Qanunun 7-ci fəsli (39-43-cü maddələr) patent rüsumları və ödənişləri,
mübahisələrə baxılması qaydası, sənaye mülkiyyəti obyektinin xarici dövlətlər
də patentləşdirilməsi, xarici şəxslərin patentlə bağlı hüquqları və beynəlxalq
müqavilələrin daxili patent hüququna münasibətdə qüvvəsi kimi məsələlər ba
rədə normalar nəzərdə tutur.
Patent haqqında qanun mütərəqqi xarakterə malik olmaqla Azərbaycan
Respublikasında patent münasibətlərini sivil qaydada tənzimləyir. Onun mü
əyyən etdiyi normalar beynəlxalq patent hüququnun hamılıqla qəbul, olunmuş
(hamı tərəfindən tanınmış) müddəalarına, habelə inkişaf etmiş xarici ölkələrin
qanunvericilik təcrübəsinə uyğun gəlir. Buna görə də qanun necə deyərlər,
«beynəlxalq standartlara» cavab verir.
Qanun Azərbaycan Respublikasında patent sistem inin yaranması üçün
hüquqi baza rolunu oynayır. Patent sistemi isə elə bir vasitədir ki, onun kö
məyi ilə bazar iqtisadiyyatı şəraitində elmi-texniki inkişafa, sənaye texnologi
296
y a sı
sahəsində proqressə nail olunur.
Patent münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikasının
Mülki Məcəlləsi mühüm rol oynayır. Belə ki, ixtira, sənaye nümunəsi və fay
d alı
modellərin yaranması və istifadəsi ilə bağlı yaranan əmlak münasibətləri
nə və bu münasibətlərlə bağlı olan şəxsi qeyri-əmlak münasibətlərinə Mülki
Məcəllənin xüsusən də ümumi normaları tətbiq edilə bilər və tətbiq edilməlidir
də Çünki həmin münasibətlər öz təbiətinə görə m ülki xarakterli münasibət
lər olub, mülki hüququn nizamasalma (tənzimetmə) predmetinə daxildir. Buna
görə də Mülki Məcəllə normaları patent münasibətlərinin tənzimlənməsində is
tifa d ə
oluna bilər. Amma buna baxmayaraq, hüquq ədəbiyyatı səhifələrində
h a q lı
olaraq göstərildiyi kimi Mülki Məcəlləni patent hüququnun bilavasitə
mənbəyi hesab etmək olm az1. Ona görə ki, Mülki Məcəllədə patent münasi
bətlərini tənzimləyən və sənaye mülkiyyəti obyektlərini qoruyan normalara
ra s t
gəlmirik.
Yeni Mülki Məcəllədən fərqli olaraq, köhnə 1964-cü il Mülki Məcəlləsi ixtira
(patent) hüququnun bilavasitə mənbəyi sayılırdı. Köhnə məcəllədə ixtira hüqu
quna həsr edilmiş kifayət qədər hüquq normaları nəzərdə tutulmuşdu.
Qanun qüvvəli aktla r patent hüququnun mənbəyinə aiddir. Onlar patent
münasibətləri sahəsində müxtəlif məsələləri tənzimləyir. Qanun qüvvəli aktlar
içərisində xüsusilə Nazirlər Kabinetinin norm ativ aktları sənaye mülkiyyəti
obyektlərinin yaranması və qorunması ilə bağlı münasibətlərin nizamlanmasın
d a
böyük rol oynayır. Patent rüsumlarının və ödənişlərinin məbləği və ödənil
məsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Patent İdarəsinin norm ativ aktları qanun qüvvəli akt kimi patent hüququ
nun mənbəyi sayılır. Həmin aktlar əsasən patentə dair qaydalar müəyyən edir,
patent barədə qanunun tətbiqi məsələsi haqqında izahatlar verir.
Patent İdarəsi sənaye mülkiyyəti sahəsində mərkəzi icra hakimiyyəti orqanı
olub, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sferasında dövlət siyasətini
həyata keçirir. O, sənaye mülkiyyəti obyektləri barəsində şəxslərdən iddia sə
nədlərini qəbul edir, həmin sənədləri ekspertizadan keçirir, sənaye mülkiyyəti
obyektlərini dövlət reyestrində qeydə alır, patent verir və digər funksiyalan həya
ta keçirir1
2. Əlbəttə, göstərilən məsələləri həll etmək üçün Patent İdarəsi müxtəlif
məzmunlu aktlar (təlimatlar, qaydalar, əsasnamələr, göstərişlər və s.) qəbul
edir. Həmin aktlardan patent münasibətlərinin tənzimlənməsində istifadə olunur.
Qanun qüvvəli aktlar patent haqqında qanunda ifadə olunan göstərişləri
konkretləşdirir, həmin qanunun icrasını təmin edir və onu inkişaf etdirir. Onlar
digər tərəfdən, patent haqqında qanunla tənzimlənməyən münasibətləri ni
zamlamaq və qaydaya salmaq üçün müvafiq normalar da nəzərdə tutur.
1
Сергеев А.П.
Право интеллектуальной собственности в Российской Федерации. Учебник. М..
1999, с. 88. Bəzi m ü ə lliflə r M ü lk i M ə cəlləni patent hüququnun mənbəyi hesab edirlər (Гражданское
ıpaeo. У чебник. Том 1/Под ред.
Е.А.Суханова.
М . 1998).
2 «Patent haqqında» qanunun 4-cü maddəsi.
297
Nə mülki hüquq elmi (doktrinası), nə məhkəmə praktikası1, nə də
məhkəmə plenumu qərarları patent hüququnun m ənbəyi kim i tanınır.
Amma buna baxmayaraq onların, xüsusən də məhkəmə plenumu qərarlarının
patent qanunvericiliyinin düzgün təfsir və tətbiq olunmasında əhəmiyyəti şək
sizdir. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası
Ali Məhkəməsi Plenumu indiyə kimi patent qanunvericiliyinin tətbiqinə dair hər
hansı bir qərar qəbul etməmişdir.
Sovet dövründə XX əsrin 80-ci illərinin ortalarında SSRİ Ali Məhkəməsi
Plenumu ixtiralar, faydalı modellər və digər obyektlərlə bağlı olaraq yaranan
münasibətləri tənzimləyən qanunvericiliyin tətbiqi barədə qərar qəbul etmişdi* 2.
Müasir dövr və indiki qanunvericilik baxımından həmin qərarda ifadə olunan
göstərişlərin çoxu öz əhəmiyyətini və rolunu itirmişdir. Lakin buna baxmaya
raq onun müəyyən etdiyi bəzi qaydalar öz aktuallığını saxlayır. Məhkəmələr öz
praktik fəaliyyətlərində həmin qaydalardan istifadə edə bilərlər.
„
Qeyd etdik ki, potent hüququnun ən geniş ya-
Beynəlxalq müqavilə və
yllm|ş növQ normativ hüquqi aktlar (qanunlar
sazişlər patent
və qgnun qüwg|i akt|ar) hesab edilir_ Bu akt.
uququnun mən əyi ımı
|ara məhdud mənada patent qanunvericiliyi
deyilir.
Məhdud mənada patent qanunvericiliyi dedikdə, patent münasibətlərini
tənzimləyən qanunvericilik aktlarının (qanun və qanun qüvvəli aktların) məc
musu başa düşülür. Patent qanunvericiliyi həm də geniş mənada işlədilir. Bu
mənada patent qanunvericiliyi özündə həm də Azərbaycan Respublikasının
iştirak etdiyi beynəlxalq müqavilələri də birləşdirir. Patent haqqında qanun pa
tent qanunvericiliyini məhz geniş mənada işlədir3.
Geniş mənada patent qanunvericiliyi dedikdə, qanunvericilik aktları və
Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələr başa düşü
lür. Söhbət sənaye mülkiyyəti obyektlərini qoruyan və patent münasibətlərini
tənzimləyən beynəlxalq müqavilələrdən gedir. Bu müqavilələr patent hüqu
qunun mənbələri arasında vacib yer tutur. Patent hüquqlarının (sənaye mül
kiyyəti hüquqlarının) qorunmasına həsr edilən əsas beynəlxalq müqavilə «Sə
naye m ülkiyyətinin m ühafizəsinə dair Paris konvensiyası» hesab edilir4.
Konvensiyanın birinci redaksiyası 20 mart 1883-cü il tarixində Paris şəhərində
11 dövlət tərəfindən imzalanmışdır. 1967-ci ildə SSRİ konvensiyanı imzalamış,
1968-ci ildə isə onu ratifikasiya etmişdi. 15 iyul 2002-ci il tarixinə kimi olan və-
’ Prof. A.P.Sergeycvin məhkəmə praktikasını patent hüququnun m ənbəyi hesab etməsi bizdə
təəccüb doğurur
(Сергеев А.П.
Право интеллектуальной собственности в Российской Федерации.
М ., 1999, с. 92).
2 Вах: постановление Пленума Верховного Суда СССР от 15 ноября 1984 г. «О применение
судами законодательства регулирующего отношения возникающие в связи с открытиями, изобре
тениями, рационализаторскими предложениями и промышленными образцами» // Бюллетень
Верховного Суда СССР. 1985. №1, с. 13-18.
3 «Patent haqqında» qanunun 2-ci maddəsi.
4 Konvensiyanın m ətni dərc edilm işdir: Вестник Высшего А рб итраж ного Суда Российской Ф е
дерации, 1996, №2; Ведомости Верховного Совета СССР, 1968, № 40; Права на результаты интел
лектуальной деятельности. Сборник нормативных актов/Сост.
В.А.Дозерцев.
М ., 1994, с. 449-471.
298
zıyyətə görə konvensiyaya qoşulan dövlətlərin sayı 160-a çatmışdır. Azərbay
can Respublikası da konvensiyanın iştirakçısıdır. Konvensiya iştirakçılar səna
ye mülkiyyətinin qorunmasına dair beynəlxalq ittifaq yaratmışlar ki, ona Paris
İttifaqı deyilir. Paris İttifaqının hüquqi bazası Paris konvensiyası sayılır.
İmzalandıqdan sonra konvensiyaya dəfələrlə yenidən baxılmış və ona əla
vələr edilmişdir. Hansı konvensiya redaksiyasını ratifikasiya etməsindən asılı
olaraq müxtəlif iştirakçı dövlətlər üçün ayrı-ayrı redaksiyalar qüvvədədir.
Paris konvensiyasının imzalanmasını nə ilə izah etmək olar? Bunun bir ne
çə səbəbi var idi’ . Birinci səbəb ondan ibarətdir ki, konvensiya imzalanana ki
mi sənaye m ülkiyyə ti obyektlərini dünyanın ayrı-ayrı ölkələrində hüquqi
m ühafizə ilə təm in etmək çox çətin məsələ hesab olunurdu. Belə ki, ayrı-
ayrı ölkələrin sənaye mülkiyyəti qanunvericiliyi bir-birindən mühüm dərəcədə
fərqlənirdi. Əlbəttə, bu kimi vəziyyətdə sənaye mülkiyyəti obyektlərinin beynəl
xalq səviyyədə effektiv şəkildə patentlə qorunmasını həyata keçirmək müm
kün ola bilməzdi.
İkincisi, XIX əsrdə əmtəə dövriyyəsinə elmi-texniki nailiyyət kimi xüsusi xa
rakterli əmtəə cəlb olunmağa başladı ki, bu, beynəlxalq ticarət üçün xarakterik
idi. Bunun nəticəsində beynəlxalq texnoloji mübadilə prosesi inkişaf etməyə
və texnologiya axını beynəlmiləlləşməyə başladı. Şübhəsiz ki, belə vəziyyətdə
ayrı-ayrı ö lkələrin qanunvericiliyini bir-birinə yaxınlaşdırmaq və sənaye
mülkiyyəti obyektlərinin beynəlxalq (hətta ümumdünya) səviyyədə qorumaq
üçün çoxtərəfli beynəlxalq müqavilənin bağlanması zərurətə çevrildi.
Üçüncüsü, XIX əsrin 70-80-ci illərində xarici dövlətin ərazisində beynəl
xalq rəsmi sərgi* 2 təşkil olunurdu ki, burada sənaye mülkiyyəti obyektləri nü
mayiş etdirilirdi. Lazımi və səmərəli hüquqi mühafizə ilə təmin olunmadığına
görə xarici şəxslər sənaye mülkiyyəti obyektlərini beynəlxalq sərgilərə göndər
mirdilər. Beynəlxalq sərgi eksponatlarını lazımınca qorumaq üçün dövlət
lər arasında çoxtərəfli müqavilə bağlanması tələb olunurdu.
D ördüncüsü, sənaye mülkiyyəti obyekti üçün patent almaq istəyən şəxs
eyni zamanda (vaxtda) bütün ölkələrdə iddia sənədi verməli idi. Bu zaman sə
naye mülkiyyəti obyektinin (ixtiranın) yeniliyi başqa dövlətdə bəyənilmirdi. Belə
tendensiyadan xilas olmaq üçün sənaye mülkiyyətinin qorunmasını təmin
edən çoxtərəfli beynəlxalq müqavilənin imzalanması tələb olunurdu.
Paris konvensiyası sənaye m ülkiyyəti sahəsində beynəlxalq mühafizə
sistem i yaradan əsas beynəlxalq m üqavilədir3. Onu ümumiyyətlə, sənaye
mülkiyyətinin beynəlxalq mühafizə sisteminin fundamenti kimi tanıyırlar.
' Bu səbəblər barədə bax:
Андрей Мчнков.
Международная охрана интеллектуальной собствен
ности. М ., 2001, с. 64-65.
2 Belə rəsm i sərgilərdən b iri Avstriya-Macarıstan imperiyasının tə k lifi ilə 1873-cii ildə Vyanada
ke çirilm işd i. Sərgidə xa rici dövlətlərdə yaradılan ixtiraların nümayiş etdirilm əsi nəzərdə tutulmuşdu.
3 Konvensiyanın kommentariyası verilm işdir:
Г.Баденхаузен.
Парижская Конвенция по охране
промышленной собственности. Комментарий. М ., 1977.
299
Paris konvensiyasının ədəbiyyatda göstərildiyi üç əsas müddəası vardır'. Bi
rincisi, konvensiya m illi rejim prinsipindən çıxış edir1
2. Bu prinsipə görə, hər bir
iştirakçı dövlət xarici şəxslərin (konvensiyada iştirak edən başqa dövlətin şəxs
lərinin) yaratdığı sənaye mülkiyyəti obyekti üçün öz vətəndaşlarının sənaye mül
kiyyəti obyektlərini patentləşdirməsi ilə eyni əsaslarla patent verməlidir.
İkincisi, konvensiya ilk in lik haqqında qayda müəyyənləşdirir3. Bu qayda
ya görə birinci olaraq iddia sənədi verən şəxs patent alır. İddia sənədinin birin
ci olaraq verilməsi ixtiranın və s. yeniliyini təmin edir. Biz, bu barədə əvvəlki
yarımbaşlıqda danışmışıq.
Üçüncüsü, konvensiya sənaye m ülkiyyəti obyektlərinin qeydiyyata alın
ması və patentin (qoruyucu sənədin) asılı olm am ası prinsipind ə n çıxış
edir. Bu prinsipə görə, sənaye mülkiyyəti hüquqları ayrıca və müxtəlif dövlət
lərdə bir-birindən asılı olmayaraq mövcud olur. Müəyyən dövlətdə obyektin
qeydiyyatı, qeydiyyatın ləğv edilməsi və onun etibarsız hesab edilməsi digər
dövlətdə həmin obyektə olan hüquqlara heç cür təsir göstərmir. Sənaye mül
kiyyəti hüququnun başqa dövlətdə yaranması üçün həmin obyekt göstərilən
dövlətdə onun qanunvericiliyinə uyğun olaraq yenidən (təzədən) qeydiyyata
alınmalıdır.
Konvensiyanın məqsədi ayrı-ayrı iştirakçı dövlətlərin şəxslərinin yaratdıq
ları sənaye mülkiyyəti obyektlərinə qalan digər iştirakçı dövlətlərin ərazisində
daha güzəştli şərtlərlə patent verilməsini təmin etməkdən ibarətdir. Sənaye
mülkiyyəti obyektləri isə konvensiyanın m ühafizə (qorum a) predm etini təş
kil edir.
Lakin Paris konvensiyası sənaye mülkiyyəti obyektlərinin qorunmasının və
patent sahibinin hüquqlarının ərazi xarakterini aradan qaldırmır, dəyişdirmir, ha
belə həmin obyektlərin beynəlxalq qeydiyyatının vahid sistemini müəyyənləşdir
mir, beynəlxalq patentin yaradılmasını nəzərdə tutmur. Beynəlxalq patent de
dikdə, konvensiya iştirakçısı olan dövlətlərin birində verilən, amma başqa işti
rakçı dövlətdə tanınan və hüquqi qüvvəsi olan qoruyucu sənəd başa düşülür.
Konvensiya iştirakçı dövlətlərin üzərinə belə bir vəzifə qoymur ki, onlardan biri
nin ərazisində verilən patenti başqa iştirakçı dövlətlər öz ərazisində tanısın4.
Patent kooperasiyası barədə Vaşinqton m üqaviləsi sənaye mülkiyyəti
nə həsr edilmiş beynəlxalq sənədlərdən biridir5. Onun qısaca adı belədir:
PCT, yəni ingiliscə «Patent Cooperation Treaty». Müqavilə 19 iyun 1970-ci il
də Vaşinqton şəhərində qəbul olunmuş, 24 yanvar 1978-ci il tarixindən qüvvə
yə minmiş, 1 iyun 1978-ci il tarixindən isə fəaliyyət göstərməyə başlamışdır.
15 iyul 2002-ci il tarixinə kimi olan vəziyyətə görə Vaşinqton müqaviləsinə 116
1
Фомичев В.И.
Международная торговля. Учебник. М ., 2001, с. 371;
Вельяминов ГМ .
Международное экономическое право и процесс. Учебник. М ., 2004, с. 340; Международное
частное право. Учебник. М ., 2004, с. 331-334;
Богусловскчй М М .. Червяков И.В.
Международное
сотрудничество в области охраны промышленной собственности. М ., 1972.
* Вах; ст. 2 Парижской конвенции по охране промышленной собственности.
5 Вах: ст.4 Парижской конвенции по охране промышленной собственности.
4
Пуиц Л. А.
Курс международного частного права. В трех томах. М ., 2002, с. 675.
s Müqavilənin mətni dərc olunmuşdur. Сборник действующ их договоров, соглашений и
конвенций заключенных с иностранными государствами. М ., 1980, вып. 34. с. 55.
300
dövlət qoşulmuşdur. Azərbaycan Respublikası da müqavilənin iştirakçısıdır.
Paris konvensiyası sənaye mülkiyyəti obyekti üçün bir neçə dövlətdə pa
tent almağın mürəkkəb prosedurasını müəyyən edir. Bu zaman iddia sənədi
nin tərcüməsinə, patent müvəkkilinə və patent idarəsinə rüsum ödənilməsinə
xeyli miqdarda xərclər çəkilir1. Vaşinqton müqaviləsi də məhz bir neçə dövlət
də paralel olaraq patent almaq prosedurasını sadələşdirmək, bu məsələdə ya
ranan çətinliyi və mürəkkəbliyi aradan qaldırmaq, habelə xərcləri azaltmaq
məqsədi ilə qəbul olunmuşdur. O, xarici ölkələrdə patent almağın xeyli dərə
cədə sadə prosedurasını müəyyən edir. Buna görə də Vaşinqton müqaviləsi
bir neçə dövlətdə sənaye m ülkiyyətinin qorunm asını sadələşdirən müqa
vilə sayılır. Digər tərəfdən, o, xaricdə patent almağın operativliyini təmin edir.
Vaşinqton müqaviləsi bir neçə dövlətdə patent almaq üçün m illi patent
idarəsinə beynəlxalq iddia sənədi verilm əsinin m üm künlüyü haqqında
qayda nəzərdə tutur. Lakin burada vahid beynəlxalq patentin verilməsi müəy
yən edilmir. Lakin Vaşinqton müqaviləsində gələcəkdə belə patentin yaranma
sına gətirib çıxara bilən elementlər vardır.
Vaşinqton müqaviləsi yalnız ixtira və faydalı modellərin qorunmasına şamil
edilir. O, sənaye nümunəsinin qorunması ilə bağlı münasibətlərə tətbiq olun
mur. Vaşinqton müqaviləsi faktiki surətdə Paris konvensiyasını tamamlayır.
TRİPS sazişi, yəni əqli m ülkiyyət hüquqlarının ticarət aspektlərinə adi
olan saziş əqli mülkiyyət obyektlərinin, o cümlədən sənaye mülkiyyəti obyekt
lərinin qorunmasında vacib rol oynayır. Bu sazişin mühafizə predmetinə həm
də sənaye nümunələri və ixtiralar daxildir. Faydalı modellər TRİPS-lə qorun
mur. TRİPS-də ixtiranın patentə layiq olmaq (patent qabiliyyəti) şərtləri, onun
və sənaye nümunəsinin qorunma müddəti və digər məsələlər barədə vacib
əhəmiyyətə malik olan normalar nəzərdə tutulur. Azərbaycan Respublikası
hələlik TRİPS-in iştirakçısı sayılmır.
Yuxarıda qeyd etdiyimiz universal yönümlü beynəlxalq çoxtərəfli müqavilə
lərdən başqa, sənaye mülkiyyəti obyektlərini qoruyan regional sazişlər də qə
bul edilmişdir. Avropa patent konvensiyası (Avropa patenti verilməsi ba
rədə konvensiya) həmin sazişlərdən biridir. Konvensiya 1973-cü ildə Mün
hen şəhərində (Almaniya) qəbul olunmuşdur. Onun əsasında Avropa Patent
T əşkilatı (European Patent Organization) yaradılmışdır. Təşkilat Münhendə
fəaliyyət göstərir.
Konvensiyada A vropa patenti verilməsi nəzərdə tutulur. Onu Avropa Pa
tent Təşkilatı verir. Avropa patenti mahiyyətcə elə bil ki, milli patentlərin «bu-
ketidir» . O, konvensiya iştirakçısı olan dövlətlərin ərazisində milli patentin isti
fadə etdiyi eyni hüquqlarla təmin olunur1
* 3.
1 Vaşinqton m üqaviləsinin qəbul edilməsini zərurətə çevirən hallar barədə bax:
Андрей Минков.
Международная охрана интеллектуальной собственности. М ., 2001, с. 85-86.
: Вельяминов Г.М.
Международное экономическое право и процесс. М ., 2004, с. 344.
3
M ü ə lliflə rd ə n Fomiçcv V .l. göstərir ki, Avropa B irliy i ö lkələri istisna olmaqla, konvensiya
iştirakçısı olan hər b ir dövlətdə Avropa patenti m illi patent kim i. Avropa B irliy i ərazisində isə (1975-ci
il Lüksemburq konvensiyasına uyğun olaraq) b irliyin patenti kim i qüvvədə o lur
(Фомичев В.II.
Международная торговля. Учебник. М ., 2001, с. 372).
301
1975-ci ildə qəbul olunan xüsusi konvensiya (Avropa patenti barədə Lük
semburq konvensiyası) Avropa İttifaqı və ya Avropa Birliyi ölkələri (Ümumba-
zar ölkələri) üçün vahid Avropa B irliyi (İttifaqı) patenti yaradılmasını (veril
məsini) nəzərdə tutur. Həmin konvensiya çərçivəsində Avropa Birliyində (İtti
faqında) hal-hazırda müəyyən işlər görülür. Birlik patenti bütün Ümumi bazar
ölkələrinin ərazisində qüvvədə olub, milli patent kimi əhəmiyyətə malikdir.
Avrasiya patent konvensiyası mühüm əhəmiyyətə malik olan regional
sazişlərdən biri sayılır. Bu konvensiya MDB məkanında sənaye mülkiyyəti ob
yektlərinin qorunmasında böyük rol oynayır. MDB ölkələri arasında sənaye
mülkiyyətini hüquq mühafiz sistemi yaratmaq üzrə təxirəsalınmaz tədbirlər
görmək məqsədilə 12 mart 1993-cü il tarixində sənaye m ülkiyyə tinin q o ru n
masına yönələn tədbirlər barəsində və sənaye m ülkiyyə tinin qorunm ası
məsələsi üzrə dövlətlərarası şura yaradılması haqqında saziş bağlandı.
Dövlətlərarası şuranın (o, 1993-cü ildə 10 MDB ölkəsi tərəfindən yaradıl
mışdı) 9 sentyabr 1994-cü il tarixli iclasında Avrasiya patent konvensiyası qə
bul olundu. Konvensiyada MDB-nin 10 ölkəsi (Ermənistan, Belorusiya, Gür
cüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, RF, Tacikistan, Ukrayna) iştirak
edir1. Azərbaycan Respublikası da konvensiyanın iştirakçısıdır. Paris konven
siyasını və Vaşinqton müqaviləsini imzalayan BMT üzvü olan istənilən dövlət
konvensiyaya qoşula bilər.
Konvensiya əsasında Avrasiya Patent Təşkilatı və Avrasiya Patent İdarə
si yaradılmışdır. Patent İdarəsi konvensiyaya uyğun olaraq ixtiraya görə A vrasi
ya patenti verir ki, o, iştirakçı dövlətlərin hamısının ərazisində qüvvədə olur.
Konvensiya həm də patent almaq üçün Avrasiya iddia sənədinin təqdim
olunması və Avrasiya patentinin verilməsi qaydalarını müəyyən edir. İddiaçı
şəxslər iddia sənədini iki yolla verə bilərlər: öz ölkəsinin milli patent idarəsinin
vasitəsi ilə (bu yoldan o halda istifadə oluna bilər ki, daxili qanunvericilikdə hə
min yol nəzərdə tutulsun); bilavasitə Avrasiya Patent İdarəsinə verməklə.
Konvensiyaya uyğun olaraq Avrasiya patent sistem i yaradılır. Bu zaman
milli sistemlərin müstəqilliyi saxlanılır.
Dostları ilə paylaş: