§ 13. Müəlliflik hüququnun pozulmasına
görə digər növ hüquqi məsuliyyət
Müəlliflik qanunvericiliyi müəlliflik hüququnun pozulmasına görə üç növ hü
quqi məsuliyyət nəzərdə tutur* 2:
• mülki məsuliyyət;
• inzibati məsuliyyət;
• cinayət məsuliyyəti.
Əgər müəlliflik hüququnun pozulması nəticəsində mülki hüquq pozuntusu
törədilərsə, m ülki-hüquqi m əsuliyyət tədbiri, cinayət baş verərsə, cinayət
m əsuliyyəti tədbiri, inzibati hüquq pozuntusu törədildikdə isə inzibati-hüqu-
qi m əsuliyyət tə d biri tətbiq edilir. Məsuliyyət tədbirinin seçilməsi hüquq po
zuntusunun xarakterindən, yəni müəlliflik hüququnun pozulmasının cinayət,
mülki və inzibati xarakterli olmasından asılıdır.
Bəzən hüquqi məsuliyyət tədbirləri bir-biri ilə uyğunlaşdırılmaqla birlikdə
tətbiq edilir. Məsələ burasındadır ki, cinayət və ya inzibati xarakterli məsuliyyət
tədbirləri çox vaxt müəllifin hüquqlarını müdafiə etmək üçün yetərli olmur, kifa-
'
Иоффе О.C.
Советское гражданское право. Курс лекций. Часть 3. Л.. I965, с. 83
2 « M ü ə lliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 47-ci maddəsi.
261
yət etmir1. Belə halda kompleks məsuliyyət tədbirləri tətbiq edilir, yəni müəllif
lik hüququnu pozan şəxsə eyni vaxtdan həm cinayət məsuliyyət tədbiri, həm
də mülki məsuliyyət tədbiri tətbiq olunur. Məsələn, əgər plagiatlığa görə cina
yət işi aparılarsa, zərərçəkən müəllif cinayət prosesi çərçivəsində mənəvi zə
rərin kompensasiyası barədə mülki iddia verə bilər.
Cinayət prosesi çərçivəsində mülki iddia cinayət işi başlanan andan və
məhkəmə istintaqı başlanana kimi verilir. Məhkəmə hökmünün nəticə hissə
sində zərərçəkmiş müəllifə dəymiş ziyanın əvəzinin ödənilməsi barədə məsə
ləyə də toxunulur. Əgər müəllif cinayət prosesində mülki iddia verməzsə, onda
iddia mülki icraat qaydasında qaldırılır. Belə halda iddiaya m ülki proses
çərçivəsində baxılır.
Cinayət qanunvericiliyi müəlliflik hüquqlarının pozulmasına görə cinayət
məsuliyyəti müəyyən edir (CM-nin 165-ci maddəsi). Yalnız m üə lliflik hüqu
qunun obyektindən qanunsuz istifadə cinayət tərkibi yaradır. Buna piratçılıq
(yunanca - peirates - soyğunçu, qarətçi, quldur) deyilir. Qanunsuz istifadə
müəllifin əmlak (iqtisadi) hüquqlarının pozulması deməkdir. Buna görə də mü
əllifin şəxsi qeyri-əmlak hüquqlarının pozulması cinayət tərkibi yaratmır.
Göstərilən cinayətin obyektiv tərəfini əsərdən qanunsuz istifadə ilə bağlı is
tənilən hərəkət təşkil edir. Plagiat (latınca - «plagio» - oğurlayıram) həmin hə
rəkətlərdən biridir. O, müəlliflik hüquqlarının pozulmasının növüdür.
Plagiat dedikdə, başqa şəxs tərəfindən yaradılan əsərə müəllifliyi mənimsə
mə başa düşülür. Özgəsinin yaratdığı əsəri özününkü kimi qələmə vermək pla-
giatlığın mahiyyətini təşkil edir. Plagiat elmi, ədəbi və bədii oğurluq deməkdir.
Əsərdən qanunsuz istifadə ilə bağlı hər hansı hərəkət göstərilən cina
yətin obyektiv tərəfini təşkil edən digər hərəkətdir. Əsərdən qanunsuz istifadə
dedikdə, əsərin qanunsuz surətinin çıxarılması, yayılması və s. başa düşülür.
Şərikli m üəllifliyə məcburetmə göstərilən cinayətin obyektiv tərəfini təşkil
edən üçüncü hərəkətdir.
Göstərilən hərəkətlər (plagiat, qanunsuz istifadə və şərikli müəllifliyə məc
bur etmə) yalnız o halda cinayət tərkibi yaradır ki, onların həyata keçirilməsi
nəticəsində xeyli miqdarda zərər vurulsun. Xeyli m iqdar dedikdə, şərti maliy
yə vahidinin min mislindən artıq olan məbləğ başa düşülür.
Şəxs göstərilən cinayəti törədərkən nəinki plagiatlığa yol verməsini və ya
əsərdən qanunsuz istifadə etməsini şüurlu surətdə dərk edir, habelə onları ar
zulayır. Buna görə də həmin cinayət birbaşa qəsdlə xarakterizə olunur. Bir
başa qəsd cinayətin subyektiv tərəfinin əsas elementlərindən biridir.
Müəlliflik hüququnun pozulmasına görə həm də inzibati məsuliyyət nəzərdə
tutulur (İXM-in 50-ci maddəsi). Şəxs o halda inzibati məsuliyyətə cəlb edilir ki,
onun hərəkəti nəticəsində müəllifə az miqdarda zərər (ziyan) vurulsun. Az
miqdarda dedikdə, şərti maliyyə vahidinin min mislinədək olan məbləğ başa
düşülür.
Иоффе О.C.
Основы авторского права. M ., 1969, с. 56.
262
Tövsiyə olunan əlavə ədəbiyyat
Серебровский В.И. Вопросы советского авторского права. М., 1956;
Гордон М.В. Советское авторское право. М., 1955;
А нтим онов Б.С., Флейщиц Е.А. Авторское право. М., 1957;
Иоффе О.С. Советское гражданское право. Курс лекций. Часть 3. Л.,
1965 (гл.1);
Гаврилов Э.П. Советское авторское право. М., 1984;
М акагонова И.В. Авторское право. Учебное пособие М., 2000;
Сергеев А.П. Право интеллектуальной собственности в Российской
Федерации. Учебник М., 1999 (гл. 3,4,5,
6,8);
Сергеев А.П., М эггс П.Б. Интеллектуальная собственность. М., 2000
(с. 188-301);
Гражданское право. Учебник Часть 3 /Под ред. А.П.Сергеева.,
Ю .К.Толстого. М., 1998 (гл. 53);
Гражданское право. Учебник. Том / Под ред. Е.А.Суханова М., 1998
(гл. 23);
Гуев А.Н. Гражданское право Учебник. Том 3. М., 2003.(гл. 9);
Гаврилов Э.П. Комментарий к закону об авторском праве и смежних
правах. М., 1996;
A llah ve rd iye v Sabir. Azərbaycan Respublikasının müəlliflik və patent
hüququ. Mühazirə kursu. Bakı. 2000 (fəsil 2);
A llah ve rd iye v S.S. Əqli mülkiyyət hüququ. Dərs vəsaiti. Bakı. 2006 (fəsil
2
) .
263
V FƏSİL
ƏLAQƏLİ HÜQUQLAR
§ 1. Əlaqəli hüquqların anlayışı, predmeti,
funksiyaları, obyekt və subyektləri
Əlaqəli hüquqların
anlayışı və predmeti
Qeyd etdik ki, müəlliflik hüququ və əlaqəli hüquqlar
institutu mülki hüququn ən vacib institutlarından bi
ridir. Bu institutun özü iki subinstituta bölünür ki,
əlaqəli hüquqlar onlardan biridir1. Digəri isə müəlliflik hüququ adlanır ki, biz bu
subinstitut barədə söhbət açmışıq.
Bildiyimiz kimi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən Stokholm
konvensiyası (1967) əqli mülkiyyət hüququnun obyektləri dairəsinə artistlərin
ifaçılıq fəaliyyətini (ifaları), fonoqram ları (səsyazmanı) və radio-televiziya
verilişlərini də aid edir* 2. Göstərilən obyektlərin yaradılm ası və istifadəsi ilə
bağlı olaraq müəyyən növ ictim ai m ünasibətlər əmələ gəlir. Məhz həmin
münasibətlər əlaqəli hüquqlar subinstitutunun nizamasalma (tənzimetmə)
predmetini təşkil edir. Bu münasibətlər mülki hüquq normaları ilə tənzimlənir
ki, həmin normaların məcmusu obyektiv mənada əlaqəli hüquqlar adlanır.
Obyektiv mənada əlaqəli hüquqlar dedikdə, ifaların, fonoqram ların,
efir və ya kabel yayımı təşkilatlarının v e rilişlə rin in (radio və televiziya ve
rilişlərinin) yaradılması və istifadəsi ilə əlaqədar yaranan ictim a i m ünasi
bətləri tənzim edən m ülki hüquq normalarının m əcm usu başa düşülür.
Əqli hüquqlar obyektiv mənadan başqa, həm də su b ye ktiv mənada işlədi
lir və anlaşılır. Belə halda onlara subyektiv mənada əlaqəli hüq uq la r (sub
yektiv əlaqəli hüquqlar) deyilir. Bu baxımdan həmin hüquqlar subyektiv əqli
mülkiyyət hüququnun bir növü kimi çıxış edir. Məsələn, ifaçıların öz ifaları, fo-
noqram istehsalçılarının yazdıqları fonoqramlar, efir yayımı təşkilatlarının hazır
ladıqları radio və televiziya proqramları barəsində malik olduqları hüquqlar
subyektiv əlaqəli hüquqlardır. Onlar həm əmlak xarakterli, həm də şəxsi qeyri-
əmlak xarakterli ola bilər.
Subyektiv əlaqəli hüquqlar (subyektiv mənada əlaqəli hüquqlar) dedik
də, ifaçıların ifalar, istehsalçıların fonoqramlar, efir və ya kabel yayımı təş
kilatlarının öz verilişləri barəsində malik olduqları həm şəxsi qeyri-əmlak,
həm də əmlak xarakterli hüquqları (hüquqi im kanları) başa düşülür.
Nə üçün ifalar, fonoqramlar, habelə efir və ya kabel yayımı təşkilatlarının
verilişləri barəsində yaranan hüquqlar (hüquqi imkanlar) əlaqəli hüquqlar adla
nır? Bunu nə ilə izah etmək olar?
Qeyd etmək lazımdır ki, əlaqəli hüquqlar m ü ə lliflik hüququ ilə qırılm az və
Bəzi m ü ə lliflə r əlaqəli hüquqları institut hesab edirlər. M əsələn, bax: Гражданское право.
Учебник. Том I/П о д ред.
Е.А.Суханова.
М ., 1998, с. 672.
2 Вах: həmin konvensiyanın 2-ci maddəsinə.
264
sıx surətdə bağlıdır. Əlaqəli hüquqlar da öz adını məhz bu bağlılıqdan götür
müşdür. Məhz müəlliflik hüququ ilə bağlı olmaq ifalar, fonoqramlar və s. barə
sində yaranan hüquqların əlaqəli hüquqlar adlanması üçün əsas olmuşdur.
Bağlı olm aq dedikdə, əlaqəli hüquqların müəlliflik hüququndan törəməsi və
ondan asılı olması başa düşülür. Buna görə də onlar m üəlliflik hüququndan
törəmə və asılı olan hüquqlardır. Söhbət yaradıcılıq (müəlliflik) əsərinin ya
radıcısı olan müəllifin hüquqlarından törəyən və asılı olan hüquqlardan gedir.
Onlar yaradıcılıq əsərinin müəllifinin hüquqlarından asılı olaraq yaranır və hə
yata keçirilir. Bu, əlaqəli hüququn əsas və başlıca əlaməti hesab olunur.
Əlaqəli hüquqların müəlliflik hüququndan törəməsinə və asılı olmasına aid
misallar çəkək. Məsələn, yayım təşkilatı müəllifin əsərini efirə verməklə veriliş
hazırlayır. Həmin təşkilatın veriliş barəsində əlaqəli hüququ yaranır ki, o. müəllifin
yaratdığı əsərdən törəyir. Yayım təşkilatı veriliş barəsində hüquqlarını əsərin mü
əllifi ilə bağlanan müqavilə üzrə əldə etdiyi hüquqlar həddində həyata keçirir1.
Başqa bir misalda bəstəkarın bəslədiyi mahnını (mətnli musiqi əsərini) fo-
noqram istehsalçısı fonoqrama yazır. Bununla onun fonoqram barəsində əla
qəli hüququ yaranır ki, o, bəstəkarın bəslədiyi musiqi əsərindən törəyir.
Əlaqəli hüquqların müəlliflik hüququndan törəməsi və onların bir-birinə bağlı
olması müəlliflik münasibətlərini (əsərlərin yaradılması və istifadəsi ilə bağlı
olan münasibətləri) və əlaqəli hüquqlar üzrə münasibətləri (ifa, fonoqram və
verilişlərin yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri) tən
zimləyən mülki hüquq normalarının eyni bir (vahid) institutda birləşdirilməsi
üçün əsas olmuşdur. Bu, qeyd etdiyimiz kimi, müəlliflik hüququ və əlaqəli hü
quqlar institutu adlanır.
Azərbaycan Respublikasının mülki qanunvericiliyi
aqəlı huquq arın
təkcə və yalnız müəlliflik hüququnu hüquqi mühafizə
qorunması
etmir. Mülki qanunvericilik tərəfindən həm də əlaqə
li hüq uq la r qorunur. Başqa sözlə desək, müəlliflik hüququ və əlaqəli hüquq
lar institutunun hüquqi mühafizə sferasına həm də ifa, fonoqram və yayım təş
kilatlarının verilişləri ilə bağlı olaraq yaranan hüquqlar daxildir.
Qeyd etmək lazımdır ki, əlaqəli hüquqları sovet dövrünün qanunvericiliyi ta
nımırdı. Buna görə də sovet qanunvericiliyi əlaqəli hüquqları hüquqi mühafizə
ilə təmin etmirdi. Yalnız radio və televiziya təşkilatlarının hüquqları sovet qa
nunvericiliyi ilə qorunurdu. Belə ki, radio və televiziya təşkilatları radio və tele
viziya verilişlərinə müəlliflik hüququna malik idi (Azərbaycan SSR-in 1964-cü il
MM-in 484-cü maddəsi). Bu, onu göstərirdi ki, radio və televiziya verilişləri
(efir yayımı təşkilatının verilişləri) müəlliflik hüququ ilə qorunurdu.
Lakin real həyat, geniş yayılmış dünya praktikası, habelə xarici və beynəl
xalq təcrübə əlaqəli hüquqların ayrıca hüquq institutu kimi tanınmasını və sub
yektiv əlaqəli hüquqların bu institutla qorunmasını tələb edirdi. Əlaqəli hüquq
lar xeyli müddətdir ki, beynəlxalq hüquqi mühafizədən istifadə edir, yəni bey
nəlxalq səviyyədə qorunur. Onların qorunması sahəsində bir sıra beynəlxalq
sazişlər (konvensiyalar) qəbul olunmuşdur. Digər tərəfdən, bir çox xarici ölkə-
1 « M ü ə lliflik hüququ və ə laqəli hüquqlar haqqında» qanunun 32-ci maddəsinin l- c i bəndi.
265
lərin qanunvericiliyi tərəfindən əlaqəli hüquqlar tanınır və tənzimlənir. Məsə
lən, Almaniyada əlaqəli hüquqlarla bağlı məsələlər müəlliflik hüququ və əlaqəli
hüquqlar barədə qanunla (1965), İsveçrədə müəlliflik hüququ və əlaqəli hü
quqlar barədə federal qanunla (1992), Fransada ifaçıların, fonoqram istehsal
çılarının və s. hüquqları barədə qanunla (1985) və s. nizamlanır’ .
Əlaqəli hüquqların tənzimlənməsini dünya praktikasına, habelə xarici və
beynəlxalq təcrübəyə yaxınlaşdırmaq və uyğunlaşdırmaq üçün Azərbaycan
Respublikasının mülki qanunvericiliyi əlaqəli hüquqları tanıyır və hüquqi müha
fizə ilə təmin edir. Bundan ötrü o, ayrıca və xüsusi olaraq əlaqəli hüquqlar
konstruksiyası nəzərdə tutur. Digər tərəfdən, bəzi fəaliyyət növləri, məsələn,
artistlərin (ifaçıların) fəaliyyəti yaradıcılıq xarakterinə malik olsa və tanınsa da
yeni əsərin yaradılmasına səbəb olmur. Buna görə də belə fəaliyyətin nəticə
ləri səmərəli şəkildə müəlliflik hüququ ilə yox, yalnız ayrıca olaraq əlaqəli hü
quqlar konstruksiyası ilə qoruna bilər.
Fonoqram istehsalçılarının, habelə efir və kabel yayımı təşkilatlarının da fə
aliyyəti nəticəsində yeni yaradıcılıq (müəlliflik) əsərləri yaradılmır. Yaradıcılıq
elementindən məhrum olmamasına baxmayaraq, onların həyata keçirdikləri
fəaliyyət əsasən və başlıca olaraq yaradıcılıq yox, te xn iki xarakterə m alik
dir. Məhz bu səbəbdən belə fəaliyyətin nəticəsi müəlliflik xarakterindən son
dərəcə uzaq olub, müəlliflik hüququ çərçivəsində tənzimlənə bilməz. Texniki
fəaliyyətin nəticəsi yox, yalnız yaradıcılıq fəaliyyətinin nəticəsi olan əsərə mü
əlliflik hüququ ilə qoruna və hüquqi mühafizə edilə bilər. O ki qaldı ifaçıların,
fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarına, belə hüquqlar
necə deyərlər, xüsusi olaraq yaradılmış əlaqəli hüquqlar konstruksiyasının va
sitəsi ilə tənzimlənə və qoruna bilər. Məsələyə bu cür yanaşma qeyd etdiyimiz
kimi, dünya praktikasına, xarici və beynəlxalq təcrübəyə uyğundur.
«Müəlliflik hüququ və əlaqəli hüq uq la r haqqında»
Əlaqəli hüquqların
Azərbaycan Respublikasının qanunu əlaqəli hü-
mənbalərı
quqlar sahəsində yaranan münasibətləri tənzimləyən
əsas normativ aktdır. Bu qanunun 3-cü bölməsində ifadə olunan normalar (32-
39-cu maddələr) məhz həmin münasibətlərin nizamlanmasına və qaydaya sa
lınmasına həsr edilmişdir. Bu normalar ifaçının, fonoqram istehsalçısının və
yayım təşkilatının hüquqlarını müəyyən edir, əlaqəli hüquqların subyektləri, ob
yektləri və qüvvədə olma müddəti və digər məsələlər barəsində göstərişlər ifa
də edir.
Əlaqəli hüquqların bilavasitə mənbəyi sayılmasa da Azərbaycan Respub
likasının Mülki Məcəlləsi əlaqəli hüquqlarla bağlı yaranan münasibətlərin
tənzimlənməsində heç də az rol oynamır. Məcəllənin bir sıra normaları və qay
daları həmin münasibətlərə tətbiq edilə bilər. Məsələ burasındadır ki, bu mü
nasibətlər öz xarakterinə və təbiətinə görə m ülki m ünasibətdir. Mülki Məcəl
lənin isə əsas vəzifələrindən (funksiyalarından) biri həmin münasibətlərin ha
mısını tənzimləməkdən ibarətdir. Digər tərəfdən, əlaqəli hüquqlar subyektiv
mülki hüququn növlərindən biri sayılır. Mülki Məcəllə də məhz bütün növ mülki
266
Основные институты гражданского права зарубежных стран, М ., 1999, с. 424-425.
hüquqların hamısının tənzimlənməsi və qorunması üçün hesablanmışdır. Qa
nunda göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi müəlliflik hü
ququ və əlaqəli hüquqlar barədə qanunvericiliyə daxildir’ .
Qanun həm də müəyyən edir ki, əlaqəli hüquqların tənzimlənməsində bey
nəlxalq m üqavilənin qayda və normaları tətbiq edilir. Söhbət Azərbaycan
Respublikasının tərəfdar və iştirakçısı olduğu beynəlxalq müqavilələr
dən gedir.
Hal-hazırda əlaqəli hüquqların beynəlxalq-hüquqi qorunması beynəlxalq
konvensiyaların vasitəsi ilə həyata keçirilir. Əlaqəli hüquqlar sahəsində bir ne
çə beynəlxalq konvensiya qüvvədədir.
ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqla
rının m ühafizəsi barədə beynəlxalq konvensiya1
2 əlaqəli hüquqların qorun
masına həsr edilən əsas beynəlxalq müqavilədir3. Konvensiya 26 oktyabr
1961-ci il tarixində Roma şəhərində diplomatik konfransda qəbul edilmişdir.
Buna görə də o, Roma konvensiyası adlanır4. 15 aprel 2001-ci il tarixinə olan
vəziyyətə görə konvensiyaya dünyanın
68 dövləti qoşulmuşdur. Azərbaycan
Respublikası hələlik konvensiyanın iştirakçısı deyildir. Amma qeyd edə bilərik
ki, əlaqəli hüquqları qorumaq və beynəlxalq-hüquqi mühafizə etmək baxımın
dan onun müddəaları olduqca və son dərəcə vacibdir.
Roma konvensiyasının 4-cü maddəsi ifaçıların, 5-ci maddəsi fonoqram is
tehsalçılarının,
6-cı maddəsi isə yayım təşkilatlarının hüquqlarını hüquqi müha
fizə ilə təmin edir.
Roma konvensiyası m illi rejim prinsipindən çıxış edir (konvensiyanın 2-ci
maddəsi). Bu, əlaqəli hüquqların beynəlxalq mühafizə sferasında əsas prinsip
sayılır. Milli rejimlə həm ifaçılar, həm fonoqram istehsalçıları, həm də yayım
təşkilatları təmin olunur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Roma konvensiyası
na qoşulması günümüzün ən vacib və aktual məsələlərindən biridir. Bu məsə
lənin həlli ölkəmizdə əlaqəli hüquqların lazımi səviyyədə qorunmasında irəliyə
doğru atılmış mühüm addım olardı. Məsələ burasındadır ki, Roma konvensiya
sının müddəaları müəyyən dəyişikliklərlə tərkib hissəsi kimi TRIPS sazişinə
daxil edilmişdir. Bu, onu ifadə edir ki, Azərbaycan Respublikasının Roma kon
vensiyasına qoşulması onun Ümumdünya Ticarət Təşkilatına daxil olması
üçün zəruri addım olacaqdır.
Fonoqram istehsalçılarının mənafelərinin fonoqram ların qanunsuz su
rətinin çıxarılm asından qorunm ası barədə Cenevrə konvensiyası (29 okt
yabr 1971-ci il) əlaqəli hüquqların mühafizə edilməsində az rol oynamır5. Ona
1 « M ü ə lliflik hiiququ və ə laqəli hüquqlar haqqında» qanunun 2-ci maddəsi.
: Konvensiyanın m ətni v e rilm işd ir (Бюллетень по авторскому праву. 1992. T .X X V . № I. с. 33).
' М еждународное частное право. У чсбник/Под рсд.
Г.КДлштриевой.
М ., 2004, с. 300.
4 Roma konvensiyasının əsas cəhətləri ilə tanış olmaq üçün bax:
Матвеев Ю Г.
Международные
конвенции по авторскому праву. М ., 1978, с. 140-151;
Андрей Минков.
Международная охрана
интеллектуальной собственности. М ., 2001, с. 137-140.
s K onvensiyanın m ətni dərc edilm işdir: Сборник действующий договоров, соглашений и
конвенций, заключенных с иностранными государствами. М ., 1979, вып. X X X III. с. 95; Бюллетень
международных договоров, август, 1999, № 8.
267
qısaca olaraq fonoqramlar barəsində konvensiya da deyilir. Roma konven
siyası kimi onun geriyə qüvvəsi yoxdur. 15 aprel
2001-ci ilə kimi olan vəziyyə
tə görə konvensiyaya dünyanın 65 dövləti qoşulmuşdur. Azərbaycan Respub
likası konvensiyasının hələlik iştirakçısı deyildir. MDB ölkələrindən RF, Ukray
na və Moldova konvensiyanın üzvüdür.
Konvensiya əlaqəli hüquqlar sahəsində universal xarakterli beynəlxalq mü
qavilə kimi tanınmır. Bu cəhəti ilə o, Roma konvensiyasından fərqlənir. Belə ki,
fonoqramlar barəsində konvensiya əlaqəli hüquqlar subyektlərindən yalnız bi
rinin - fonoqram istehsalçılarının mənafelərini qoruyur.
Konvensiya fonoqram istehsalçılarının mənafelərini həm fonoqramın qa
nunsuz olaraq (istehsalçının razılığı olmadan) dublikatının hazırlanmasından,
həm belə dublikatların kütləvi yayılmasından, həm də yaymaq məqsədi ilə id
xal olunmasından qoruyur'.
Peyk vasitəsilə ötürülən siqnal proqramlarının yayılması barədə Brüs
sel konvensiyası (21 may 1974-cü il) efir yayımı təşkilatlarının mənafelərinin
qorunmasına həsr edilmişdir2. Ona peyklər barədə konvensiya da deyilir.
Konvensiya iştirakçı dövlətlərdən hər birinin üzərinə öz ölkəsi ərazisində və
ya öz ölkəsinin ərazisindən peyk vasitəsilə ötürülən istənilən siqnal proqram
larının qanunsuz yayılmasının qarşısını almaq məqsədilə lazımi tədbirlər gör
mək vəzifəsi qoyur. Konvensiya üzvü olan hər bir dövlət qanunsuz siqnalların
yayılmasına mane olmağa borcludur3.
15 aprel 2001-ci il tarixinə kimi olan vəziyyətə görə dünyanın 24 dövləti
konvensiyanın üzvüdür. Keçmiş SSRİ üçün konvensiya 20 yanvar 1989-cu il
tarixindən qüvvədə olmuşdur. MDB ölkələrindən yalnız RF və Ermənistan
konvensiyaya qoşulmuşlar. Azərbaycan Respublikası hələlik konvensiyanın
iştirakçısı deyildir.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT-nin) ifa la r və fo n o q
ramlar barəsində müqaviləsi (dekabr 1996-cı il) əlaqəli hüquqların qorun
masında əhəmiyyəti şəksizdir. Müqavilə 20 avqust 2002-ci il tarixindən qüvvə
yə minmişdir. 25 iyul 2002-ci il tarixinə kimi olan vəziyyətə görə onun 37 işti
rakçısı vardır. MDB dövlətlərindən Belorusiya, Moldova və Qazaxıstan kon
vensiyaya qoşulmuşlar. Azərbaycan Respublikası hələlik konvensiyanı imza
lamamışdır.
Müqavilə əlaqəli hüquqların iki kateqoriya subyektinin hüquq və mənafeləri
nin qorunmasına həsr edilmişdir: ifaçıların (aktyor, müğənni, musiqiçi, rəqqas
və digərlərinin); fonoqram istehsalçılarının. Müqavilədə onların surətçıxarma,
yaymaq, kirayəyə vermək və digər hüquqları müəyyən edilir.
TRİPS sazişini əlaqəli hüquqların mənbəyi hesab etmək olar4. Saziş geniş
Fonoqramlar barədə konvensiyanın əsas cəhətləri barədə bax:
Андрей Мингов.
Международная
охрана интеллектуальной собственности. М ., 2001, с. I48 -I4 9 .
' Konvensiyanın mətni verilm işdir: Международная охрана интеллектуальной собственности.
М-. 2001, с. 570-675 (Составитель
Андрей Минное).
3 Konvensiyanın əsas cəhətləri barədə bax:
Андрей Мнков.
Международная охрана интеллекту
альной собственности. М ., 2 001, с. I50-151.
İngiliscə Agreement on Trade Related Aspects o f Intellectual Property Rights.
268
spektrli əqli mülkiyyət hüquqlarını tənzimləyir ki, əlaqəli hüquqlar onların bir nö
vünü təşkil edir. Sazişin 14-cü maddəsi ifaçılann, fonoqram istehsalçılarının və
yayım təşkilatlarının malik olduqları hüquqların qorunmasına həsr edilmişdir’ .
Əla
li
hüaua
Əlaqəli hüquq subinstitutunun sosial mahiyyəti və hansı
subinstitutunun
ral ° y namasl onun yerinə yetirdiyi funksiyalarda təzahür
funksiyaları
edir' ° nun d°rd əsas funksiyasını fərqləndirmək olar.
Əlaqəli hüququn birinci funksiyası onun ifaları, fo-
noqram ları və yayım təşkilatlarının ve rilişlə rin i hüquq mühafizə ilə təmin
etməkdən ibarətdir. Mülki hüququn əsas subinstitutlarından biri kimi əlaqəli
hüquq onları hüquqi cəhətdən (fiziki cəhətdən yox) mühafizə etmək (qorumaq)
funksiyası yerinə yetirir.
İfalar, fonoqramlar və verilişlər məhz yarandığı andan əlaqəli hüquq norma
ları ilə qorunur və həmin normaların hüquqi mühafizə sferasına daxil edilir.
Onlar (o cümlədən subyektiv əlaqəli hüquqlar) isə qeydə alınmadan və digər
hər hansı ü sullarla rəsm iləşdirm əkdən asılı olmayaraq yaranır. Belə ki,
qüvvədə olan qanunvericiliyə görə subyektiv əlaqəli hüquqların yaranması və
həyata keçirilməsi üçün hər hansı rəsmiləşdirmə (formal qayda) tələb olun
mur* 2. Fonoqram istehsalçılarının və ifaçıların subyektiv əlaqəli hüquqları mü
vafiq fonoqramın yaradılması ilə əmələ gəlir.
Bununla belə, fonoqram istehsalçısı və ya ifaçı əlaqəli hüquqları qoruma ni
şanından istifadə edə bilər. Bu, onun vəzifəsi yox, hüququdur. Belə ki, əlaqəli
hüquqları qoruma nişanından fonoqram istehsalçısı və ya ifaçı istifadə edə də
bilər, etməyə də bilər.
Əlaqəli hüquqları qorum a nişanından o məqsədlə istifadə olunur ki, fo
noqram istehsalçısı və ya ifaçı öz hüquqlarını üçüncü şəxslərə bildirsin və on
ların pozulmasının qarşısını alsın. O, üç elementdən ibarətdir3:
• dairəyə alınmış latın hərfi «P»;
• əlaqəli hüquqların sahibinin adı;
• fonoqramın ilk dəfə istehsal olunduğu il.
Qoruma nişanı fonoqramın hər nüsxəsində və (və ya) onun içində qoyulan
qutuda göstərilir. Bunun əsasında müəyyən etmək mümkün olur ki, əlaqəli hü
quqların sahibi kimdir; kim subyektiv əlaqəli hüquqa malikdir. Başqa sözlə de
sək, qoruma nişanı subyektiv əlaqəli hüquq sahibinin fonoqrama öz hüquqları
nı bildirməyə imkan verən vasitədir. Subyektiv əlaqəli hüququn kimə məxsus
olması barədə mübahisə yarandığı hallarda o, sübutetmə prosesini asanlaşdırır.
Belə ki, başqa sübutlar olmadıqda həmin fonoqramda və (və ya) onun qoyuldu
ğu qutuda adı adi qaydada göstərilən şəxs fonoqram istehsalçısı sayılır. Amma
qoruma nişanının olmaması subyektiv əlaqəli hüquq sahibinin öz hüquqlarını
müdafiə etməkdən məhrum etmir. Lakin onlar pozulduğu hallarda qoruma nişa
nının olmaması sübutetmə prosesini çətinləşdirir. Bu, məlum məsələdir.
' TRİPS sazişinin m ətni və əsas cəhətləri barədə bax:
Андрей Минное.
Международная охрана
интеллектуальной собственности. М ., 2 001, с. 15 2-160; с. 676-719.
2 « M ü ə lliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 32-ci maddəsinin 4-cü bəndi.
1 Ə la q əli hüquqları qoruma nişanı həm Roma konvensiyasında, həm də fonoqramlar barədə I9 7 l-c i
il konvensiyasında nəzərdə tutulmuşdur.
269
Subinstitut kimi əlaqəli hüququn yerinə yetirdiyi ikinci fu nksiya ondan iba
rətdir ki, o, ifadan, fonoqramdan və yayım təşkilatının verilişlərindən istifadə
etməyin hüquqi rejimini müəyyən edir. Bu məsələdə əlaqəli hüquq norma
ları müstəsna hüquq prinsipindən çıxış edir. Həmin prinsipə görə ifaçının
ifadan, istehsalçının fonoqramdan, yayım təşkilatının isə verilişdən istifadəyə
müstəsna hüququ vardır'. Subyektiv əlaqəli hüquq sahibinin razılığı və icazə
si olmadan heç kəs onlardan istifadə edə bilməz. İfadan, fonoqramdan və ve
rilişdən istifadəyə müstəsna hüquq yalnız subyektiv əlaqəli hüquq sahibinə
(ifaçıya, istehsalçıya və yayım təşkilatına) məxsusdur. Başqa hər hansı şəxs
onlardan istifadə məsələsini həll edə bilməz. Əlaqəli hüquq subin&titutuna da
xil olan normalar müəyyən edir ki, kim və hansı şərtlərlə ifalardan, fonoqram-
lardan və verilişlərdən istifadə edə bilər.
Subinstitut kimi əlaqəli hüququn üçüncü funksiyası ondan ibarətdir ki, o,
ifaçıları, fonoqram istehsalçılarını və yayım təşkilatlarını hüquqlarla təmin
edir. Onlar həm şəxsi qeyri-əmlak, həm də əmlak (iqtisadi) xarakterli ola bilər.
Həmin hüquqlar öz təbiətinə görə subyektiv mülki hüquqlar olub, m üstəsna
hüquqlar hesab edilir. Müəlliflik hüququ və əlaqəli hüquqlar barədə qanunun
33-cü maddəsi ifaçının, 34-cü maddəsi fonoqram istehsalçısının, 35-ci maddə
si isə yayım təşkilatının hüquqlarını müəyyən edir.
Subinstitut kimi əlaqəli hüququn dördüncü funksiyası ifaçıların, istehsalçı
ların və yayım təşkilatlarının hüquqlarını m üdafiə etməkdən ib a rə td ir (mü
dafiə funksiyası). Onların həm şəxsi qeyri-əmlak, həm də əmlak hüquqları mü
dafiə edilir. Özü də bu hüquqlar pozulduğu zaman əlaqəli hüquq özünün mü
dafiə funksiyasını yerinə yetirir.
Dostları ilə paylaş: |