Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 8.  Müəllifin  əmlak  (iqtisadi)  hüquqları



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə19/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   54
§ 8.  Müəllifin  əmlak  (iqtisadi)  hüquqları 

(əmlak  xarakterli  subyektiv müəlliflik  hüquqları)

Subyektiv  müəlliflik  hüquqlarının  digər  qrupunu 

MüəlMfin  əmlak 

(növünü)  əmlak  (iqtisadi)  xarakterli  hüquqlar təş-

(ıqtısadı)  hüquqlarının 

J.||  edjr  Qnlar  müəllifin  əmlak  (iqtisadi)  hüquqları 

əsas xüsusiyyətləri 

a d |a n ır

M üəllifin  əm lak  (iq tisad i)  hüquqları  dedikdə,  əsərdən  istənilən  forma­

da  və  üsulla  istifadə etmək  im kanları  başa  düşülür.

Müəlliflik  qanunvericiliyi  əmlak  (iqtisadi)  hüquqlarının  müstəsnalığı  prin­

s ip in i  müəyyən  edir.  Belə  ki,  müəllifin  (o cümlədən  müəlliflik hüquqlarının  digər 

sahibinin)  əsərdən  istifadəyə  müstəsna  hüquqları  vardır1

 2.  Məhz müəllifin  öz ya­

ratdığı  əsərdən  istifadəyə  müstəsna  hüquqları  əmlak  (iqtisadi) hüquqları adlanır. 

Ona  görə  ki,  əsərdən  istifadə  nəticəsində  həmişə  maddi  (əmlak)  xarakterli fay­

da  əldə  edilir.  Belə  fayda  müəllif qonorarı  (haqqı),  gəlir və  ya  mənfəət şəklində 

ola  bilər.  Bəs, əsərdən istifadə hüququ dedikdə, nə başa düşülür?

1 « M ü ə lliflik   hüququ  və  əlaqəli  hüquqlar haqqında» qanunun  14-cü maddəsinin  3-cü  bəndi.

2 « M ü ə lliflik   hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun  15-ci  maddəsinin  1-ci  bəndi.

209


Əsərdən  istifadə  hüququ  dedikdə,  m üəllifin  auditoriyanın  əsərə  olan 

yolunu  açmaq imkanı  başa  düşülür.

Əsərdən  istifadə hüququ  müxtəlif üsulların vasitəsi və köməyi  ilə həyata  ke­

çirilir.  Həmin  üsulları  müəllifin  özü  müəyyən  edir.  Əsərin  surətini  çıxarmaq, 

əsərin  nüsxələrini  yaymaq,  əsəri  kütləvi  nümayiş  etdirmək,  əsəri  kütləvi  ifa  et­

mək və digərləri  belə  üsullara  misal ola  bilər.  Həmin  üsulların  dəqiq  və qəti ol­

mayan  siyahısı  müəlliflik  qanunvericiliyində  nəzərdə  tutulur1.  Gələcəkdə  bu si­

yahıya əsərdən  istifadə  üsulunun yeni  növlərinin  daxil edilməsi  mümkündür.

Əsərdən  istifadə  hüququ  bir qayda  olaraq,  m üəllifin  özü  tərəfindən  həya­

ta  keçirilir.  Bununla  belə,  əsərdən  istifadə  hüququnun  digər  şəxslər  tərəfin­

dən  də  gerçəkləşdirilməsi  mümkündür.  Bunun  üçün  müəllifin  razılıq  verməsi 

tələb  olunur.  Müəllifin  əsərdən  istifadə  hüququnu  həyata  keçirən  digər  şəxs 

rolunda  nəşriyyat,  kinostudiya,  teatr və s.  çıxış edə  bilər.  Məsələn,  müəllif özü­

nün yaratdığı əsərdən  istifadə  hüququnu  nəşriyyata  verir ki,  bunun  nəticəsində 

əsər çoxsaylı tirajla  nəşr olunur.  Başqa  bir misalda  bəstəkar yazdığı  operadan 

istifadə  hüququnu  opera  və  balet  teatrına  verir  ki,  bunun  nəticəsində  opera 

səhnədə tamaşaya qoyulur və s.

Əsərdən  istifadə  hüququ  özündə  həm  əmlak,  həm  də  şəxsi  qeyri-əm lak 

elementlərini  birləşdirir.  Amma  o,  əsasən  əmlak  (iqtisadi)  xarakterli  hüquq­

dur.  Buna  görə  də əsərdən  istifadə  hüququ  həm  müəllif müqaviləsi  üzrə,  həm 

də  vərəsəlik  qaydasında  keçir.  Bunun  nəticəsində  müəllif  müqaviləsinin  kont- 

ragenti (tərəfi) və vərəsələr əsərdən  istifadə  hüququnu  əldə  edirlər.

Yalnız  müəllif  (və  ya  müəlliflik  hüququnun  digər  sahibi)  əsərdən  istifadə  ilə 

bağlı olan  bütün  məsələləri  həll  edə  bilər.  Bu  isə  o deməkdir  ki,  müəllifin  (mü­

əlliflik hüququnun  digər sahibinin)  əsərdən  istifadəyə  in h is a r  (m üstəsna)  hü­

ququ  vardır2.  Müəllifin  əsərdən  istifadəyə  müstəsna  hüququ  əsasən  iki  cür 

hüququ  bildirir:

•   əsərdən  başqa  şəxslərin  hüquqlarını  pozmayan  həddə  istifadə  etmək  hü­

ququ;

•   başqa  şəxslərin əsərdən  istifadə etmələrinin  qarşısını almaq  hüququ.



Müəllifin  əsərdən  istifadəyə  müstəsna  hüququ  ayrı-ayrı  müəlliflik  hüquqları­

nın  (səlahiyyətlərinin)  vasitəsilə  konkretləşir.  Gəlin,  həmin  hüquqların  (səlahiy­

yətlərin) əsas cəhətləri  ilə tanış olaq.

Surətcıxarma 

Surətçıxarma  hüququ  müəllifin  əmlak  (iqtisadi)  xarakterli 

hüauau 


əsas  hüquqlarından  biridir.  O,  müəlliflik hüququnun  yaran­

masında  mühüm  rol oynayır.  Belə  ki,  müəlliflik  hüququnun 

əmələ  gəlməsinin  başlıca  səbəblərindən  biri  məhz  surətçıxarma  hüququ  sayı­

lır.  Mübahisəsiz  olaraq,  göstərə  bilərik  ki,  müəlliflik  hüququnun  mövcud  olma­

sının  və  tanınmasının  özü  müəllifin  malik  olduğu  həmin  hüquqdan  asılıdır.  Bu­

na  görə  o,  müəlliflik  hüququnun  ən  vacib  komponentlərindən  biri  olub,  müəllif­

lik hüquqlarından  ən vacibidir3.  Surətçıxarma  hüququnun  vacib və zəruri  olma­

sı  səbəbindən  müəlliflik  qanunvericiliyində  ingilis  dilində  «Copyright»  (kopi-

'  « M ü ə lliflik   hüququ və  əlaqəli hüquqlar haqqında» qanunun  15-ci maddəsi.

'  Osərdən  istifadəyə müstəsna hüquq  məsələsi  Bcm  konvensiyasında da nəzərdə  tutulm uşdur. 



Mıccc П.Б..  Сергееа А.П.

  Интеллектуальная собственность M .,  2000, c.  234.

2 1 0


rayt)  terminindən  istifadə  olunur.  Bu  termin  ingilis  dilində  «müəlliflik  hüququ» 

anlayışını  ifadə  etmək  üçün  işlədilir.  Belə  ki,  müəlliflik  hüququ  ingiliscə  «copy­

right»  adlanır.  «Copyright»  ifadəsi  isə  Azərbaycan  dilində  surətçıxarma  kimi 

tərcümə olunur.

Surətçıxarma  hüququ  Bern  konvensiyasında  da nəzərdə tutulmuşdur.  Kon­

vensiyanın  9-cu  maddəsi  bu hüququ təsbit edir.

M üəllifin  surətçıxarm a  hüququ  dedikdə, əsərin  kopiyasını  (surətini) çı­

xartm ağın  və  ya  digər  üsulların  köməyi  ilə  onu  çoxaltmaq  (artırmaq)  im­

kanı  başa  düşülür.  Əsər  isə  bir qayda  olaraq,  onun  istənilən  sayda (bir və ya 

daha  çox)  nüsxəsinin  hər hansı  maddi formada hazırlanması yolu ilə çoxaldılır. 

Buna  görə  surətçıxarma  hüququ əsərin  bir və ya daha  çox  nüsxəsini  istəni­

lən  m addi  form ada  hazırlamaq  imkanı  deməkdir.  Müəlliflik  qanunvericiliyi 

surətçıxarma  hüququna  leqal  anlayış məhz bu cür verir1.

Surətçıxarma  hüququ  istənilən  üsulla  həyata  keçirilə  bilər, yəni əsərin  nüs­

xələri  istənilən  üsulla  hazırlana  bilər.  Ona  görə  müəlliflik  qanunvericiliyi  surət- 

çıxarmanın  konkret  üsullarının  siyahısını  vermir.  Buna  ehtiyac  da  yoxdur.  Mə­

sələ  burasındadır  ki,  əsərin  kütlə  tərəfindən  dərk  edilməsinə  imkan  verən  ob­

yektiv  formada  (maddi  daşıyıcıda)  hər  hansı  təkrar  ifadə  olunması  surətçıxar­

ma  hesab  edilir.  Əgər  əsərə  təkrar obyektiv  forma  verilərsə,  bu,  surətçıxarma 

kimi  tanınır.  Buna  görə  surətçıxarma  hüququ  dedikdə,  əsərə təkrar obyek­

tiv   form a  verm ək  hüququ  başa  d ü şülür  ki,  bu forma  onun  üçüncü  şəxslər 

tərəfindən  dərk edilməsinə imkan verir.

Əsəri  dərc  etdirmək  (əsərin  nəşrlərinin  dövriyyəyə  buraxılması),  yəni  əsəri 

istifadəyə  buraxmaq  surətçıxarmanın  hamılıqla  qəbul  olunmuş,  nisbətən  geniş 

yayılmış  üsuludur.  Suətçıxarmadan  adətən,  ondan  ötrü  istifadə  edilir  ki,  onun 

köməyi  ile  əsər dərc olunsun  Çox vaxt surətçıxarma  əsəri  dərc etdirmək  məq­

sədinə  xidmət  edir.  Müəllifin  əsəri  dərc  etdirməyə  razılıq  verməsi  həm  də onu 

ifadə  edir ki,  o,  surətçıxarmaya  icazə vermişdir.  Bir qayda  olaraq,  əsərin surəti 

əsər  dərc  olunduğu  anda  çıxarılır,  yəni  surətçıxarma  hüququ  çox  tez-tez  dərc 

etmə  hüququ  ilə  eyni  vaxtda  həyata  keçirilir.  Əsəri dərc etdirmək üçün vacibdir 

ki,  qabaqcadan  əsərin  surəti  çıxarılsın.  Lakin  belə  hallar əsas vermir ki,  surət­

çıxarma  hüququ  dərcetmə  hüququnun tərkib  hissəsi  (elementi)  hesab edilsin. 

Surətçıxarma  hüququ  müəllifin  m üstəqil  hüququdur.  Bir-biriləri  ilə  nə  qədər 

sıx  surətdə  bağlı  olsalar da surətçıxarma  hüququ  və dərc etdirmək  hüququ  mü­

əllifin ayrı-ayrı  hüquqları  kimi tanınır. Onlar məzmunca  bir-birindən fərqlənir.

B irin c is i,  əsərin  dərc edilməsi  üçün  tələb  edilir:  əsərin  nüsxələri  elə sayda 

hazırlanmalıdır ki,  onlar kütlənin  (auditoriyanın) tələbatını  ödəmək  üçün  ki­

fayət  edə  bilsin.  Surətçıxarma  üçün  isə  bu  tələb  olunmur.  Məsələ  burasında­

dır  ki,  əsərin  nüsxələrinin  istənilən  maddi  formada  hazırlanmasının  özü  surət- 

çıxarmadır.  Əsərin  yalnız  bircə  nüsxəsinin  hazırlanması  dä surətçıxarma  sayı­

lır.  Digər  tərəfdən,  surətçıxarma  dərc  olunmadan  fərqli  olaraq  həm  də  şəxsi 

istifadə  m əqsədləri  ilə  bağlı  ola  bilər.  Məsələn,  müəllif şəxsi  istifadə  məq-

1  « M ü o llillik   hüququ  vo  əlaqəli  hüquqlar haqqında» qanunun  4-cii maddosi. Qlossarido (lüğətdə) də 

surətçıxarma  hüququna analoji  anlayış  v e rilir (Глоссарий терминов  по  авторскому  праву  и смежным 

правам  В ОИ С , с.  228).

2 1 1


sədi  üçün əsərin  bir nüsxəsini  hazırlayır, yəni  surətini  çıxarır.  Əsərin  dərc olun­

ması zamanı  isə  əsərin  nüsxələrinin  hazırlanması  kütlənin  (auditoriyanın) tələ­

batını ödəmək məqsədi ilə bağlıdır.

İkincisi,  əsərin  surəti  onun  dərc  edilməsindən  asılı  olmadan  da  çıxarıla  bi­

lər.  Ola  bilsin  ki,  müəllif  surətçıxarma  hüququnu  həyata  keçirsin,  amma  dərc 

etdirmək  hüququnu,  ümumiyyətlə,  realizə  etməsin.  Beləliklə,  əsərin  surəti 

onu  dərc etdirmək  məqsədi olmadan  da çıxarıla  bilər.

Üçüncüsü,  hətta  surətçıxarma əsərin dərc olunması  məqsədinə xidmət etdi­

yi hallarda da onlar müddət baxımından üst-üstə düşmürlər.  Əsəri  dərc etdirmək 

üçün  əvvəlcə  lazımdır  ki,  onun  hər  hansı  maddi  formada  nüsxəsi  hazırlansın, 

yəni surəti çıxarılsın.  Bundan sonra əsəri dərc etdirmək hüququ  həyata  keçirilir.

Surətçıxarma  həm  də  digər tərəfdən  əsərin  nüsxəsinin  səs  yazısı  və  video­

yazı  şəklində  hazırlanmasıdır.  Əsəri  yazma  dedikdə  isə  texniki  vasitələrin 

(kasset,  qramofon  valı,  lent  və  maqnit  plyonkasının)  köməyi  ilə  səs  və  (və  ya) 

təsvirlərin  hər  hansı  maddi  formada  əks  olunması  başa  düşülür  ki,  bu  forma 

əsərin  surətini  çıxarmağa  imkan  verir’ .  Məsələn,  musiqi  əsərini  maqnit  plyon- 

kasına  və  ya  qramofon  valına  yazılması  və  ya  dram  əsərinin  videoyazısı  və  s. 

Özü  də  əsərin  bir  səs  yazısından  və  ya  bir  videoyazısından  başqasına  köçü­

rülməsinin  əhəmiyyəti  yoxdur1

 2.  Audio  və  videomaqnitofonların  kütləvi  surətdə 

tətbiq  olunması  nəticəsində  əsərlərin  yazılması  daha  da  geniş  xarakter  almış­

dır.  Bunlardan  əlavə,  əsərlərin  elektron  (rəqəmli  də  daxil  olmaqla),  optik və ya 

maşınla oxunan  digər formada yazılması da surətçıxarmadır.

Reprosurətçıxarma  surətçıxarmanın  xüsusi  növüdür.  Əsərin  (yazılı  və 

başqa  qrafik  əsərin)  orijinalının  və  ya  nüsxəsinin  fotosurətçıxarma  yolu  ilə  və 

digər  texniki  vasitələrin  köməyi  ilə  hər  hansı  ölçüdə  faksimilesinin  çıxarılması 

reprosurətçıxarma adlanır3 4

.

Surətçıxarma  hüququ söz yox ki,  müəllifə məxsusdur.  Amma,  buna  baxma­



yaraq,  həmin  hüququ  çox  vaxt  müəllifin  özü  həyata  keçirmir.  Məsələ  burasın­

dadır ki,  surətçıxarma  hüququnun  həyata  keçirilməsi  əsasən  və  başlıca  olaraq 

xüsusi  texniki  vasitələrin  (poliqrafiya,  mətbəə  və  digərlərinin)  olmasını  tələb 

edir.  Müəllif  isə  bu  cür  vasitələrə  malik  deyil.  Buna  görə  əsəri  dərc  etdirmək 

məqsədilə  surətçıxarmanı  ixtisaslaşdırılmış  təşkilatlar  (nəşriyyat,  kinostudiya 

və s.) öz öhdələrinə  götürürlər.  Həmin  təşkilatlar  bu  işdə  geniş  imkanlara  ma­

likdirlər.  Məsələn,  nəşriyyatın  böyük tirajla  kitab  çap  etmək  (nəşr etmək)  imka­

nı vardır və s.

Yaymaq

hüququ


Yaymaq  hüququ  əmlak  (iqtisadi)  xarakterli  müəlliflik  hüquqla­

rından  biri  sayılır.  Bu  hüquq  beynəlxalq  hüquqi  sənədlərdə  də 

nəzərdə  tutulmuşdur.  ÜƏMT-nin  müəlliflik  hüquaları  barədə 

müqaviləsinin  6-cı maddəsi  müəllifin yaymaq  hüququnu təsbit e d ir.

Yaymaq  hüququ  dedikdə,  satmaq,  kirayəyə verm ək və  digər  hər  hansı

1 « M ü ə lliflik  hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 4-cü maddəsi.

2  часть  2, 

C T .I6  

Закона  Ф Р Г  о  пользовании  авторскими  и  смежными  правами  от  9  сентября 

1965  г. (Азбука авторского права/Персвод с английского.  М .,  1982, с. 12).

3 « M ü ə lliflik  hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun 4-cü maddəsi.

4 CT.6 


Договора ВОИС  по авторским  правам.

2 1 2


hüquqi  vasitə  ilə  əsərin  nüsxələrinin  mülki  dövriyyəyə  buraxmaq  imkanı 

başa  düşülür.

Əsərin  nüsxələri  müəyyən  hüquqi  vasitələrin  (üsulların)  köməyi  ilə  yayılır. 

Müəlliflik qanunvericiliyi  həmin vasitələrin  (üsulların) qəti və dəqiq yox. təxmini 

siyahısını  verir.  Bu  siyahıya  nisbətən  tipik,  daha  çox  istifadə  olunan  yayılma 

vasitələri  (üsulları) daxildir.  Onlara  aiddir:

•   satmaq;

•   kirayə.

Satmaq  dedikdə,  əsərin  ifadə  olunduğu  maddi  daşıyıcı  (əsərin  nüsxəsi) 

üzərində  mülkiyyət  hüququnun  müəyyən  haqq  əsasında  başqa  şəxsə (alıcıya) 

verilməsi  başa  düşülür.  Satqı  əsərin  nüsxələrinin  özgəninkiləşdirilməsi,  realizə 

olunması  deməkdir.  Əsəri  yox,  yalnız onun  ifadə edildiyi  maddi daşıyıcını (əsə­

rin  nüsxəsini) satmaq olar.  Məsələn,  alimin yazdığı dərslik kitab (maddi daşıyı­

cı)  kimi  nəşr  olunaraq  oxuculara  satılır  və  s.  Satqı  münasibətləri  alqı-satqı 

m üqaviləsi  ilə  rəsmiləşdirilir.  Satqı vasitəsilə adətən,  bədii, elmi və tədris ədə­

biyyatı  əsərlərinin  nüsxələri  yayılır.  Əsərin  nüsxəsini  əldə  edən  şəxs  ona  mül­

kiyyət  hüququ  əldə  edir,  yəni  onun  mülkiyyətçisi olur.

Kirayə  dedikdə,  əsərin  nüsxələrinin  (və  ya  orijinalının)  haqqı  ilə  müvəqqəti 

istifadə  üçün  digər hər hansı şəxsə (kirayəçiyə) verilməsi  başa düşülür.  Bu va­

sitə  ilə  bir  qayda  olaraq,  audiovizual  əsərlərin  (məsələn,  videofllmlərin  və  s.) 

nüsxələri  yayılır.  Bu  növ əsər  nüsxələrinin  kirayəyə verilməsi ilə xüsusən vide- 

osalonlar məşğul  olur.  Münasibətlər kirayə m üqaviləsi  ilə rəsmiləşdirilir.

Əsərin  nüsxələri  əsasən  gəlir (mənfəət)  götürmək  məqsədilə  kirayəyə veri­

lir.  Gəlir götürmək  məqsədi  birbaşa və ya dolayı ola  bilər.

Satqı  və  kirayədən  başqa,  əsərin  nüsxələri  digər  vasitələrlə  (üsullarla)  da 

yayıla  bilər.  Əvəzsiz  istifadəni  (ssudanı)  həmin  vasitələrdən  biri  hesab  etmək 

olar.  Əvəzsiz  istifadə  (ssuda)  dedikdə,  əsərin  nüsxəsinin  müəyyən  bir şəxsə 

müvəqqəti  və  əvəzsiz  istifadəyə  verilməsi  başa  düşülür.  Belə  halda  haqq  (ki­

rayə  haqqı)  alınmır.  Tərəflər  arasında  münasibətlər  isə  əvəzsiz  istifadə  (ssu­

da)  m üqaviləsi  ilə  rəsmiləşdirir.  Məsələn,  müəllif  əsərin  nüsxələrini  əvəzsiz 

olaraq  oxucu  auditoriyasının  istifadəsinə verir və s.  Əvəzsiz istifadə pulsuz isti­

fadə  deməkdir.  Müəlliflik  qanunvericiliyinə  görə,  pulsuz  istifadə  əsərin  orjinalı- 

nın  və  ya  nüsxəsinin  müəyyən  müddətə əhaliyə  pulsuz xidmət göstərən  kitab­

xanalara,  arxivlərə və  başqa təşkilatlara verilməsidir1.

Bağışlam a  vasitəsi  ilə  də  əsərin  nüsxələri  yayıla  bilər.  Bu  zaman  əsərin 

nüsxəsi  əvəzsiz  olaraq  müəyyən  bir  şəxsin  mülkiyyətinə  verilir.  Həmin  şəxs 

əsərin  nüsxəsinə  mülkiyyət  hüququ əldə edir. Tərəflər arasındakı  münasibətlər 

isə  bağışlama  m üqaviləsi  ilə  rəsmiləşdirilir.  Məsələn,  alim  bir neçə  dərs  kita­

bını  tələbələrə  bağışlayır və s.

Əsərin  nüsxələri  dəyişmə  yolu  ilə  də yayıla  bilər.  Bu  zaman  əsərin  nüsxə­

si  ilə  digər  hər  hansı  əmlak  dəyişdirilir.  Tərəflər arasında  münasibətlər  isə  də­

yişm ə  m üqaviləsi  ilə  rəsmiləşdirilir.  Məsələn,  şəxs  videofilmin  (audiovizual 

əsərin)  nüsxəsini  kitaba  dəyişdirir.

(M ü ə lliflik   hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun 4-cü maddəsi.

213


Yaymaq  hüququ  dərcetmə  hüququ  ilə  sıx  surətdə  bağlıdır.  Belə  ki, 

əsərin  dərc  edilməsinə  razılıq  verməklə  müəllif  əsərin  yayılmasına  icazə  ver­

miş olur.  Amma  elə  hallar yarana  bilər  ki,  əsərin  nüsxələri  satqı,  kirayə  və  ya 

digər hər hansı  vasitə  ilə  yayılsa  da  əsər dərc  edilməmiş  sayılsın.  Məsələ  bu­

rasındadır ki,  qeyd  etdiyimiz  kimi,  əsəri dərc etdirmək onun  nüsxələrinin  kütlə­

nin  tələbatını ödəmək üçün kifayət  edən sayda  hazırlanmasını  və  mülki  dövriy­

yə  buraxılmasını tələb edir.  Müəlliflik qanunvericiliyi yaymaq  hüququ  üçün  belə 

tələb müəyyənləşdirmir.  Əsərin məhdud sayda  nüsxələrinin  satqı,  kirayə və di­

gər  üsulla  mülki  dövriyyəyə  buraxılması  da  əsərin  yayılması  hesab  edilir.  Bu 

cəhəti  ilə o, əsərin  dərc edilməsindən fərqlənir.  Məsələn,  müəllif yazdığı  roma­

nın  surətini  (nüsxəsini) dostuna  bağışlayır.  Bu, əsərin  dərc  edilməsi  yox,  yayıl­

masıdır.  Başqa  bir misalda  dissertasiyanın  avtoreferatının  kitabxanaya  göndə­

rilməsi  əsərin  dərc  olunması  yox,  yayılması  deməkdir.  Bunlar  onu  göstərir  ki, 

yaymaq  hüququ  müəllifin  müstəqil hüquqlarından  biridir.

Yaymaq  hüququ  surətçıxarma  hüququ  ilə  də  sıx  surətdə  bağlıdır.  On­

lar  arasında  bağlılıq  bundan  ibarətdir  ki,  əsərin  surəti  adətən,  əsəri  yaymaq 

məqsədilə çıxarılır.  Digər tərəfdən  o  əsər yayıla  bilər  ki,  onun  surəti  qabaqca­

dan  çıxarılmış  olsun.  Əsərin  surətini  çıxarmağa  razılıq  verməklə  müəllif  onun 

yayılmasına icazə vermiş olur.

Amma  belə  yaxınlığa  baxmayaraq,  onlar  müstəqil  olub,  bir-birindən  fərqlə­

nir.  Elə  hallar yaranır  ki,  surətçıxarma  hüququ  həyata  keçirilir,  amma  yaymaq 

hüququ  realizə  olunmur.  Məsələn,  müəllif öz şəxsi  istifadəsi  üçün  əsərinin  su­

rətini  çıxardır  amma  onu  nə  satır,  nə  kirayəyə  verir,  nə  də  başqa  vasitə  ilə 

(üsulla) mülki dövriyyəyə  buraxır.

İdxal  hüququ  müəllifin  əmlak  (iqtisadi)  xarakterli  hüquqlarına 

aid  edilir.  Belə  ki,  müəllifin  (və  ya  əsərə  müəlliflik  hüququnun

İdxal

hüququ


digər sahibinin)  əsərin  nüsxələrinin  idxal  etməyə  müstəsna  hü­

ququ  vardır.

İdxal  hüququ  dedikdə,  yaymaq  məqsədi  ilə  əsərin  n üsxələrinin  xarici 

ölkə ərazisindən  əsərin  hüquqi  mühafizə ilə təm in  o lunduğu  və  q o ru n d u ­

ğu  ölkə  ərazisinə  gətirm ək  imkanı  başa  düşülür.  Bu  imkan  əsasında  müəl­

lif öz  yazdığı  əsərin  xarici  ölkə  ərazisində  hazırlanmış  nüsxələrinin  əsərin  qo­

runduğu ölkənin ərazisinə  idxal olunmasına  nəzarət edir.  Buna  görə də  müəlli­

fin  barəsində  danışdığımız  hüququnu  əsərin  n üsxələrinin  idxal  olunm asına 

nəzarət etmək  hüququ da adlandırmaq olar.

Müəlliflik qanunvericiliyi  müəyyən  edir  ki,  əsərin  nüsxələri  yayılma  məqsədi 

ilə  idxal  olunmalıdır.  Müəllif  əsərin  nüsxələrini  ona  görə  idxal  edir  ki,  onları 

(əsərin  nüsxələrini)  daha  səmərəli  şəkildə  yaya  bilsin.  Məhz  bu  səbəbdən 

göstərə  bilərik  ki,  müəllifin  idxal  hüququ  onun  yaymaq  hüququ  ilə  sıx  surətdə 

bağlıdır.  Belə  ki,  idxal  hüququ  yaymaq  hüququnun  həyata  keçirilm əsi 

məqsədinə  xidmət  edir.  Əgər  idxal  hüququ  belə  məqsədə  xidmət  etməzsə 

(məsələn, xarici ölkə  ərazisindən əsərin  nüsxəsinin  sərgidə  nümayiş etdirmək, 

iştirak  etmək  və  ya  şəxsi  istifadə  məqsədi  ilə  gətirilməsi  və  s.),  onda  müəllif 

əsərin  nüsxələrinin  gətirilməsini  qadağan edə  bilməz.

Müəlliflik  qanunvericiliyinin  müəllifi  ayrıca və  xüsusi  olaraq  idxal  hüququ  ilə

214


təmin  etməsini  iki  əsas  səbəblə  izah  etmək olar.  Birinci  səbəb xarici  ölkə əra­

zisində  tə k m illə ş d irilm iş   və  mükəmməl  texniki  bazanın  (mətbəə,  poliqrafi­

ya  və  s.) olmasından  ibarətdir.  Əsərlərin  (məsələn, ədəbiyyat əsərlərinin,  audi­

ovizual  əsərlərin  bəzi  növlərinin  və  s.)  məhz  belə  baza  əsasında  surətinin  çı­

xarılması  daha  münasibdir.

Müəlliflik  hüququnun  ərazi  (məkan) xarakterli olması ikinci  səbəb kimi  götü­

rülür.  Belə  ki,  m üə lliflik   hüququnun  qüvvədə  olması  əsərin  yaradıldığı 

dövlətin  ərazisi  ilə  m əhdudlaşır;  onun  eksterritorial  qüvvəsi  yoxdur.  Bu,  o 

deməkdir ki,  müəlliflik  hüququ yalnız əsərin yaradıldığı dövlətin ərazisində qüv­

vədə  olur.  Başqa  dövlətin  ərazisində  isə  əsər  hüquqi  mühafizədən  istifadə  et­

mir,  qorunmur,  yəni  müəlliflik  hüququ  qüvvəsini  itirir.  Buna  görə əsərdən müəl­

lifin  razılığı  olmadan  və  ona  müəllif qonorarı  verilmədən  sərbəst  şəkildə  istifa­

də  oluna  bilər.  Məhz  bu  səbəbdən  qanunvericilik  müəllifə  idxal  hüququ  verir 

ki,  o,  əsərin  nüsxələrini  yaymaq  üçün  xarici  dövlət  ərazisindən  əsərin  qorun­

duğu və hüquqi  mühafizə ilə təmin edildiyi  ölkənin ərazisinə gətirsin.

Kütləvi  nümayiş hüququ  müəllifin əmlak (iqtisadi) hüquqlarından 

biridir.  Müəllifin  bu  hüququ  bütün  əsərlərə  yox,  yalnız  təsviri 

sənət  əsərlərinə  (heykəltəraşlıq,  rəngkarlıq,  qrafika,  dizayn, 

habelə  audiovizual əsərlərə) şamil edilir.

K ütləvi  nü m a yiş  hüququ  dedikdə,  əsərin  orijinalını və ya  bir neçə nüs­

xəsini  b ilavasitə  və  ya  te xn iki  vasitələrin  (plyonkanın,  kadrın  və  s.)  kö­

m əyi  ilə   ekranda  göstərm ək  imkanı  başa  düşülür.  Bununla  belə,  audiovi­

zual  əsərin  ayrı-ayrı  təsvirlərinin  (kadrlannın)  qeyri-ardıcıl  göstərmək  (məsə­

lən,  müəlliflik  hüququ  ilə  qorunan  filmin videokassetini  göstərmək  və s.)  imka­

nı  da  kütləvi  nümayiş hüququ  hesab edilir1.

Kütləvi  nümayiş  hüququ  üçün  k ü tlə vilik  əlaməti  xarakterikdir.  Kütləvilik 

əlaməti  onu  bildirir  ki,  əsər  kütlə,  yəni  ailə  dairəsinə  və  ya  ailənin  yaxın  tanış- 

bilişləri  (dostları,  qonşuları) sırasına  daxil olmayan,  qeyri-müəyyən şəxslər dai­

rəsinə  aid  edilən  insanlar qarşısında  nümayiş etdirilməlidir.  Məsələn,  əgər rəs­

sam  (müəllif)  öz  yaratdığı  rəsm  əsərini  ailə  üzvləri  qarşısında  göstərərsə,  bu, 

əsərin  kütləvi  nümayişi  hesab  edilmir,  çünki  bu  cür  nümayiş  kütləvilik  əlamə­

tindən  məhrumdur.

Kütləvilik  əlaməti  tələb  edir ki,  əsər qeyri-müəyyən  şəxslər dairəsinin  iştirak 

etdiyi  yerlərdə  və  ya  hamının  sərbəst  şəkildə  getməsi  mümkün  olan  yerlərdə 

(məsələn,  şəkil  qalereyasında  və  s.)  nümayiş  etdirilsin.  Məsələn,  rəsm  əsərlə­

rinin  şəkil  qalereyasında  göstərilməsi  əsərin  kütləvi  nümayişini  ifadə edir.  Ək­

sinə,  azsaylı  şəxslər  üçün  nəzərdə  tutulan  yerlərdə,  məsələn,  iş  kabinetində, 

yaşayış otağında  rəsm əsərinin  və ya filmin videokassetinin göstərilməsi  kütlə­

vi  nümayiş  hesab  edilmir.  Kütləvi  nümayiş  geniş  tamaşaçı  auditoriyası  üçün, 

çoxsaylı  kütlə  üçün  nəzərdə  tutulmuşdur.  Özü  də  tamaşaçı  auditoriyasının 

(kütlənin)  əsərlə  bilavasitə,  «canlı»  əlaqədə  və  təmasda  olması  tələb  edilmir 

və  bu,  məcburi  deyildir.  Məsələ  burasındadır  ki,  texniki  vasitələrin  (məsələn, 

televiziya  kadrının  və  s.)  köməyi  ilə  tamaşaçı  auditoriyası  (kütlə)  nəinki  əsərin

Kütləvi

nümayiş


hüququ

[M ü ə lliflik   hüququ və ə laqəli  hüquqlar haqqında» qanunun 4-cii maddəsi.

215


bilavasitə  göstərildiyi  yerdə,  habelə  həmin  yerdən  kənarda  ola  bilər.  Məsələn, 

şəkil  qalereyasında  olan  rəsm  əsərləri  birbaşa  canlı  yayım  vasitəsi  ilə  teleek- 

randa  göstərilir.  Belə  texniki  vasitələrin  hesabına  tamaşaçı  auditoriyası  geniş­

lənir.


Kütləvi  nümayiş  hüququ  yalnız  o  halda  həyata  keçirilə  bilər  ki,  əsər  hər 

hansı  maddi  daşıyıcıda  əks  olunsun.  Kağız,  kətan  və  sair  belə  daşıyıcılara  mi­

sal ola  bilər.

Tamaşaçı  auditoriyası  (kütlə)  kütləvi  nümayiş  etdirilən  əsəri  yalnız  gözlə 

görməklə  qavrayır,  başa  düşür  və  dərk  edir.  Bu  zaman  tamaşaçı  bir  qayda 

olaraq,  əsərlə birbaşa  (bilavasitə) əlaqədə olur.

Kütləvi  nümayiş  hüququ  həyata  keçirilərkən  kütləvi  nümayiş  eyni  vaxtda 

həm əsərin  açıqlanması,  həm  də əsərdən  istifadə  edilmə  üsulu  kimi çıxış edir.

Kütləvi  ifa 

Kütləvi  ifa  hüququ  da  müəllifin  əmlak  (iqtisadi)  hüquqları  sıra-

hüququ 

sına  daxildir-  Bern  konvensiyası  da  müəllifi  bu  cür  hüquqla  tə­



min edir (konvensiyanın  11  və  14-cü  maddələri)1.

Kütləvi  ifa  hüququ  dedikdə,  əsərlərin  həm  canlı  ifada,  həm  də  texniki 

vasitələrin  köməyi  ilə  deklamasiya,  oyun,  oxu  və  başqa  üsulla  təqdim  

olunma  imkanı  başa  düşülür.

Kütləvi  ifa  hüququ  kütləvi  nümayiş  hüququna  yaxın,  onunla  necə  deyərlər, 

«qohumluq  münasibətində»  olan  hüquqdur.  Onlar  arasında  ümumi  cəhətlər 

çoxdur.  Birinci  ümumi  cəhət ondan  ibarətdir ki,  hər iki  hüquq  k ü tlə v ilik  əlamə­

ti  ilə  xarakterizə  olunur.  Belə  ki,  əsərin  kütləvi  nümayişi  kimi,  əsərin  kütləvi 

ifası  da  hamının  sərbəst şəkildə  getməsi  mümkün  olan  yerlərdə  (kütləvi  yerlər­

də) və  ya  qeyri-müəyyən  şəxslər dairəsinin  olduğu  yerlərdə  (məsələn,  filarmo­

niyada,  opera və  balet teatrında,  konservatoriyada,  kinokonsert zalında,  estra­

dada  və  s.  yerlərdə)  həyata  keçirilir.  Əsər ailə  dairəsinə  və  ya  ailənin  yaxın 

tanışları  sırasına  daxil  olan  şəxslər qarşısında  ifa  olunm am alıdır.

İkinci  ümumi  cəhətə  görə,  kütləvi  nümayiş  kimi  kütləvi  ifa  da  eyni  vaxtda 

həm əsərin açıqlanmasının,  həm də əsərdən  istifadə olunmasının  üsuludur.

Üçüncü  ümumi  cəhət  ondan  ibarətdir  ki,  kütləvi  nümayiş  kimi,  kütləvi  ifa  də 

kütlənin  (tamaşaçı  auditoriyasının)  hökmən,  məcburi  surətdə  əsərlə  bilavasitə 

«canlı»  əlaqədə  olmasını  (canlı  ifanı)  nəzərdə  tutm ur.  Belə  ki,  kütlə  texniki 

vasitələrin  köməyi  ilə  əsərin  ifa  olunduğu  yerdən  kənarda  ola  bilər.  Məsələn, 

konsertin keçirildiyi yerdən  kənarda qoyulan ekranda konsert birbaşa yayımlanır.

Nə  qədər  bir-birinə  yaxın  olsalar da,  göstərilən  hüquqlar arasında  fərqli  cə­

hətlər  də  vardır.  Birinci  fərqli  cəhətə  görə,  kütləvi  ifa  hüququ  kütləvi  nümayiş 

hüququndan  fərqli  olaraq,  musiqi,  dram,  m usiqili-dram ,  xo reoqrafiya,  ədə­

biyyat və digər əsərlərə şamil  olunur.

İkinci  fərqli  cəhətə  görə,  kütləvi  ifa  hüququnun  obyekti  (predmeti)  o əsərlər 

də  ola  bilər  ki,  onlar  yalnız  şifahi  form ada  ifadə  olunsun.  Kütləvi  nümayiş 

hüququnun obyekti  (predmeti) rolunda  isə yalnız o əsərlərin  çıxış etməsi  müm­

kündür ki, onlar hər hansı  maddi  daşıyıcıda ifadə olunsun.

Международные  конвенции  об  авторском  праве.  Ко м мснтарий/П од  рсд. 



Э.П.Гаврилова.

  М ., 


1982.

216


Üçüncü  fərqli  cəhətə  görə  kütləvi  ifa  hüququnun  obyekti  (predmeti)  olan 

əsər həm  görmə ilə,  həm  də eşitməklə başa düşülə və qavranıla bilər.

Dördüncü  fərqli  cəhətə  görə,  tamaşaçı  kütləvi  ifa  hüququnun  obyekti  olan 

əsərlə  ifaçının  fəaliyyəti  vasitəsi  ilə  əlaqədə  (vasitəli  əlaqədə)  olur.  Kütləvi  nü­

mayiş  zamanı  isə  tamaşaçının  əsərlə  birbaşa  (bilavasitə)  əlaqə  yaratması 

mümkündür.

Efirlə  bildiriş 

Efirlə  b'ldir'?  hüququ  müəllifin  əmlak  (iqtisadi)  hüquqların- 

hüququ 

dan  biddir-  Bu  hüquq  Bern  konvensiyasında da  nəzərdə tu­



tulmuşdur  (konvensiyanın  11 -ci  maddəsi).  Müəllifin  efirlə 

bildiriş  hüququ  demək olar ki, bütün  dünya ölkələrinin  müəlliflik qanunvericiliyi­

nə  də  məlumdur.

Azərbaycan  Respublikasının  müəlliflik  qanunvericiliyinə  görə,  əsərin  kütləyə 

çatdırılması  üçün  onun  ilk və ya  sonrakı  bildirişləri də daxil olmaqla müəllifin efir­

lə  kütləvi  bildiriş  hüququ  vardır.  Bu  hüququ  həyata  keçirməklə  müəllif  əsərini 

açıqlayır.  Ona  görə  efirlə  bildiriş əsəri  açıqlama  üsuludur.  Digər tərəfdən,  həmin 

hüququ həyata  keçirməklə müəllif əsərdən  istifadə edir.  Məhz bu səbəbdən efir­

lə  bildiriş  əsərdən  istifadə  üsuludur.  Deməli,  efirlə  bildiriş eyni  vaxtda  həm  əsə­

rin  açıqlanm ası,  həm  də əsərdən  istifadə olunması  üsuludur.

E firlə  b ild iriş   hüququ  dedikdə,  kütləyə  çatdırmaq  üçün  radio və televi­

ziya  va sitə si  ilə,  o  cümlədən  peyklərin  köməyi  ilə  əsəri  bildirmək  imkanı 

başa  dü şü lü r.  Bu  hüququn  məzmununu xüsusi radiosiqnalların  (radiodalğala- 

rın) vasitəsi  ilə  əsəri  kütləyə  (auditoriyaya) çatdırmaq  imkanı təşkil edir.  Xüsusi 

radiosiqnalları  (radiodalğaları) isə daha  geniş auditoriya  qəbul edir.

Peyklərin  köməyi  ilə  əsər  efirlə  bildirildiyi  hallarda  auditoriya  xüsusilə  daha 

da  genişlənir.  Məsələ  burasındadır ki,  peyklərin  vasitəsi  ilə e fir auditoriyanın 

əhatə  dairəsini  daha  da  artırmaq  xüsusiyyətinə  malikdir.  Bu  xüsusiyyətə  görə 

müəlliflik  qanunvericiliyi  onu  əsərin  efirlə  bildirişin  yarımnövü  kimi  nəzərdə  tu­

tur.  Ə sərlərin  peyk  vasitəsilə  efirlə  b ild irişi  dedikdə,  yerdə  yerləşən  stansi­

yadan  göndərilən  siqnalların  peyklə  qəbul  edilməsi  və  həmin  siqnallar vasitə­

silə  kütlənin  faktiki  qəbul  etməsindən asılı olmayaraq,  əsərlərin  kütləyə çatdırıl­

ması  başa  düşülür'.  Peyk  isə  siqnallar  ötürə  bilən  yerdən  kənarda  yerləşən 

qurğudur,  ötürülm ə  dedikdə,  yerdə  yerləşən  stansiyadan  göndərilən  siqnalla­

rın  peyklə qəbul  edilməsi və  peyk vasitəsi ilə onların verilməsi  başa  düşülür.

Dediklərimizdən  belə  bir  nəticəyə  gələ  bilərik  ki,  müəllifin  efirlə  bildiriş  hü­

ququ  əsərin  kütləyə  çatdırılmasını  nəzərdə  tutur.  Efirlə  bildiriş  əsəri  kütləyə 

çatdırmaq  deməkdir.  Buna  görə  də  efirlə  b ild iriş  hüququna  kütləvilik  ele­

m enti  xasdır2.

Efirlə  bildiriş  hüququnun  obyekti  (predmeti)  rolunda  əsasən  açıqlanmış 

(dərc edilmiş)  əsərlər çıxış edir.  Bununla  belə,  açıqlanmamış  (dərc edilməmiş) 

əsərlər  də  efirlə  bildiriş  hüququnun  obyekti  (predmeti)  ola  bilər.  Əsərin  nüma­

yiş etdirildiyi və ya  ifa  olunduğu yerdən  birbaşa yayım da efirlə bildiriş sayılır.

Efirlə  bildirilən  əsər,  həm  gözlə  görməklə,  həm  də  eşitməklə  kütlə  tərəfin- 1

1 « M ü ə lliflik   hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun 4-cü maddəsi.

:  Л


Ьсгс П.Б..  Сергеев А.П.

  Интеллектуальная собственность.  M .,  2000, с.  248.

217


dən dərk edilir,  başa  düşülür və qavranılır.  Əsərin  hər iki yolla  eyni vaxtda  dərk 

edilməsi də  mümkündür.

Sovet  dövrünün  qanunvericiliyi  müəllifin  göstərilən  hüququnu  hüquqi  mü­

hafizə  ilə  təmin etmirdi.  Belə  ki,  radio  və  televiziya  vasitəsilə  kütləyə  çatdırılan 

açıqlanmış  (buraxılmış,  çap  olunmuş)  əsərdən,  habelə  bilavasitə  ifa  olunan 

yerdən  radio  və  televiziya  ilə  translyasiya  olunan  açıqlanmış  (kütlə  qarşısında 

ifa  olunmuş)  əsərdən  sərbəst  istifadə,  yəni  müəllifin  razılığı  olmadan  və  ona 

müəlliflik haqqı  verilmədən istifadə oluna  bilərdi.

Kabellə  kütləvi  bildiriş  hüququ  müəllifin  əmlak  (iqtisadi) 

Kabellə kütləvi 

hüquqlarından  biri  sayılır.  Bu  hüquq  efirlə  bildiriş  hüqu- 

bildiriş hüququ 

q u n a  

^gddən  zjyadə  yaxın  olan  hüquqdur.  Belə  ki,  ka­

bellə  bildiriş  hüququ  öz əsas cəhətlərinə  görə efirlə  bildi­

riş  hüququna  uyğun  gəlir.  Hər iki  hüququn  həyata  keçirilməsi  nəticəsində  əsər 

kütləyə  çatdırılır.  Amma  belə  yaxınlığa  baxmayaraq  kabellə  bildiriş  hüququ 

efirlə  bildiriş  hüququndan  ayrıca  olaraq  müəllifin  daşıdığı  müstəqil  əm lak  hü­

ququdur.

Kabellə  kütləvi  b ild iriş   hüququ  dedikdə,  kütləyə  çatdırm aq  üçün  əsə­

rin  kabellə  b ild iriş  imkanı  başa  düşülür.

Yaxın  olmalarına  baxmayaraq  kabellə  bildiriş və  efirlə  bildiriş arasında  fərqli 

cəhətlər  də  vardır.  Fərq  hər  şeydən  əvvəl,  əsəri  kütləyə  çatdırmağın  texniki 

vasitəsinə  (üsuluna)  aiddir.  Belə  ki,  kabellə  b ild iriş   dedikdə,  əsərlərin  kabel, 

naqil,  optik  tel  və  digər  oxşar  vasitələrlə  kütləyə  çatdırılması  başa  düşülür'. 

Məhz  bu  vasitələrlə  gələn  siqnalların  köməyi  ilə  əsər  kütləyə  çatdırılır.  Digər 

fərq isə  kütlənin  (auditoriyanın)  əhatə  dairəsinə  aiddir.  Belə  ki,  əsərlərin  kabel­

lə  bildirişi  zamanı  dinləyici  və  tamaşaçı  auditoriyasının  dairəsi  nisbətən  məh­

dudlaşır.  Əsər yalnız o  abunəçilərə  çatır  ki,  onların  öz  tele  və  radioqəbuledici- 

lərinə  qoşulan  xüsusi  aparatı  («pristavka»sı)  olsun.  Efirlə  bildiriş  zamanı  isə 

əsər qəbulediciyə  malik olan  istənilən  şəxsə çatdırılır.

Tərcümə 


Tərcümə  hüququ  müəllifin  əmlak  (iqtisadi)  hüquqları  sırasına 

hüququ 


aiddir.  Azərbaycan  Respublikasının  müəlliflik  qanunvericiliyinə 

bu  hüquq  sovet  dövründən  məlumdur.  Belə  ki,  Azərbaycan 

SSR-in  1964-cü  il  Mülki  Məcəlləsinin  487-489-cu  maddələri  tərcümə  hüququ 

barədə  normalar  nəzərdə  tuturdu.  Bu  normalar  27  may  1973-cü  il  tarixində 

Azərbaycan  SSR-in  müəlliflik  hüququ  barədə  Ümumdünya  (Cenevrə)  konven­

siyasına  qoşulması  ilə  bağlı  olaraq  Mülki  Məcəlləyə  daxil  edilmişdi1

 2.  Həmin 

konvensiya  müəllifin  tərcümə  hüququnu  xüsusi  olaraq  tənzimləyir  (konvensi­

yanın  5-ci  maddəsi)3.  Əsəri  tərcümə  etmək  hüququ  Bern  konvensiyasında  da 

formula edilir.  Konvensiyanın  8-ci  maddəsi  «Tərcümə  hüququ»  adlanır'1. 

Müəlliflik  qanunvericiliyimiz  müəyyən  edir  ki,  m üəllifə  əsəri  tərcüm ə  et­

1 ««Müəlliflik  hüququ və ə laqəli  hüquqlar haqqında» qanunun «f-cü maddəsi.

'   Azərbaycan  SSR  A li  Soveti  Rəyasət  H eyətinin  1974-cü  il  6  iyun  ta rix li  fərm an//Azərbaycan 

SSR 


A li  Sovetinin  Məlumatı.  1974-cü  il, №11, maddə 74.



Богус.ювский M.M.

  Международное частное  право.  У чебник.  M ., 2002, с.  299.

3  Бернская  конвенция  об охране литературных  и  художественных  произведений  об  авторском 

праве. Коммснтарий/Под рсд. 

Э.П.Гаврилова.

  М .,  1982.

218


mək  hüququ  m əxsusdur.  Tərcümə etmək əsərdən  istifadə olunmasının üsul­

larından  biridir.  Bu  üsulun  mahiyyəti orijinal (əsas) əsəri yarandığı dildən səhih 

(doğru),  dürüst və təhrif edilmədən başqa dilə çevirməkdən  ibarətdir.

Tərcüm ə  hüququ  dedikdə,  orijinal  (əsas)  əsəri  öz yarandığı  dildən  sə­

hih  (doğru),  d ü rü s t və tə h rif edilmədən  başqa  dilə  çevirmək  imkanı  başa 

düşülür.  Tərcümə  əsərin  dil  formasını  dəyişdirmək  deməkdir.  Belə  ki,  əsərin 

formasının  orijinal  (əsas)  dildən  fərqli  dildə  ifadə  edilməsi  tərcümə  hesab edi­

lir.  Bu  zaman  orijinal  əsər  başqa  dildə  həm  məzmun  baxımından,  həm  də  stil 

baxımından  doğru-dürüst,  təhrif edilmədən  ifadə olunmalıdır'.

Tərcümə  hüququ  geniş  anlayışdır.  O,  özündə  dörd  əsas  hüquqi  imkanı 

birləşdirir.  Həmin  imkanlara  aiddir:

•   müəllifin yaratdığı əsəri  özü tərcümə etmək imkanı  (səlahiyyəti);

•   müəllifin  öz əsərinin tərcüməsindən  istifadə etmək imkanı (səlahiyyəti);

•   müəllifin  əsəri  tərcümə etməyə  icazə vermək imkanı (səlahiyyəti);

•   müəllifin  tərcümədən  başqa  şəxslərin  istifadə  etmələrinə  icazə  vermək 

imkanı  (səlahiyyəti).

M üəllifin  yaratdığı  əsəri  özünün  tərcüm ə  etmək  imkanı  onu  bildirir  ki, 

müəllif özü  tərcümə  subyekti  olmaq  səlahiyyətinə  malikdir.  Müəllif özü  əsərini 

başqa  dilə  tərcümə  edə  bilər.  Qanun  bu  barədə  hər hansı  məhdudiyyət müəy­

yən  etmir.  Bern  konvensiyasında  göstərilir ki,  müəllif öz əsərini  tərcümə etmə­

yə  müstəsna  hüquqdan  istifadə edir (konvensiyanın  8-ci  maddəsi)1

 * 3.


M üəllifin  öz  əsərinin  tərcüm əsindən  istifadə  etmək  imkanı  dedikdə, 

onun  tərcümə  əsərinin  surətini  çıxarmaq,  yaymaq və  digər səlahiyyətləri  başa 

düşülür.

M üəllifin  əsəri  tərcüm ə  etməyə  icazə  vermək  imkanı  dedikdə,  onun 

əsərin  müəyyən  şəxs  tərəfindən  başqa  dilə  tərcümə  olunmasına  razılıq  ver­

mək  səlahiyyəti  başa  düşülür.  Əsərin  qorunmadığı  hallardan  başqa,  əsərin 

başqa  dilə tərcüm ə olunm asına  yalnız m üəllifin  razılığı  ilə yol  verilir4.  Be­

lə  halda  müəllifdən  razılıq alan  şəxs tərcümə subyekti olur.

Əsərin  başqa  dilə  tərcümə olunmasını  müəllif öz  razılığını adətən,  müqavilə 

bağlamaqla  bildirir.  Müqavilə müəlliflə tərcüməçi arasında  bağlanılır.  Müəllif bir 

qayda  olaraq,  öz əsərinin  eyni  dilə tərcümə  olunmasına  başqa  şəxslərə  icazə 

vermək  hüququnu  özündə  saxlayır.  O,  öz  üzərinə  belə  bir  müqavilə  öhdəliyi 

götürə  bilər ki,  hər hansısa  müddət ərzində tərcümə hüququnu  başqa  şəxslərə 

verməkdən  çəkinsin.  Müqavilə  müəllifi  belə  bir  hüquqla  təmin  edə  bilər  ki,  o, 

tərcümə  olunmuş əsərə  dəyişiklik və  əlavələr etsin,  əsərdən  ayrı-ayrı  hissələri 

çıxartsın və s.

1  Глоссарий терминов по авторскому праву  и смежным  правам  ВОИС, с. 259.

3  Гражданское  право.  У чебник.  Часть  З/Под  рсд. 



А.П.Сергеев.  Ю.К.Толстого.

  M.,  199S; 



Allahverdiyev  S.S

  Azərbaycan  Respublikasının  m ü ə lliflik   vo  patent  hüququ.  Mühazirə  kursu.  Bakı, 

2000, s.  150.

3  Бернская  конвснсийа об охране литературных и художественных  произведений, с.  17.

4  Комментарий 

П .З , 


ст.21  «Производные  произведения  Бернской  конвенции  об охране литера­

турных  и  художественных  произвсдсний//Мсждународныс  конвенции  об  авторском  праве.  Ком- 

мснтарий/Под ред. 

Э.П.Гавриловп.

  М -,  1982, с. 40.

219


Müəllif öldükdən  sonra  tərcümə  hüququ  onun  vərəsələrinə  keçir.  Belə 

halda  əsərin  başqa  dilə tərcümə olunmasına  yalnız vərəsələrin  razılığı  ilə yol 

verilir.  Vərəsələr  isə  ancaq  orijinal  əsərə  müəlliflik  hüququnun  qüvvədə  olma 

müddəti  ərzində  razılıq  verə  bilərlər.  Həmin  müddət  ötüb  keçdikdən  sonra 

əsərin  başqa  dilə  tərcümə  olunmasına  onların  razılıq  verməsi  tələb  olunmur, 

çünki qüvvədə olma müddəti ötmüş əsər müəlliflik  hüququ  ilə  qorunmur.

Müəllifin  tərcümədən  başqa  şəxslərin  istifadə  etm ələrinə  icazə  ver­

mək  imkanı  dedikdə,  onun  tərcümənin  surətinin  çıxarılmasına,  yayılmasına, 

başqa  dilə  tərcümə  olunmasına  və  s.  razılıq  vermək  səlahiyyəti  başa  düşülür. 

Məsələn,  rus  dilində  yazılan  orijinal  (əsas)  əsər  müəllifin  razılığı  ilə  alman  dili­

nə  tərcümə  olunur.  Hər  hansı  üçüncü  şəxs  əsəri  alman  dilindən  ingilis  dilinə 

tərcümə  etmək  istəyir.  Belə  halda  həm  orijinal  əsərin  müəllifinin,  həm  də  tər­

cümə əsərinin  müəllifinin  razılıq  verməsi  tələb olunur.

Orijinal  (əsas)  əsərin  başqa  dilə  tərcümə  edilməsi  müəyyən  h ü q uq i  nəti­

cəyə  səbəb  olur.  Bu  nəticə  yeni -  törəm ə  və  ya  asılı  əsər  yaradılm asından 

ibarətdir.  Törəmə  əsər  isə  müəlliflik  hüququnun  obyekti  olan  əsərlər  sırasına 

aid  edilərək,  qanunla  (müəlliflik  hüquq  normaları  ilə) qorunur,  hüquqi  mühafizə 

ilə  təmin  edilir1.  Özü  də  törəm ə  əsər  orijin a l  (əsas)  əsərlə  eyni  dərəcədə, 

bir  bərabərdə  qorunur.  Bu  barədə  Bern  konvensiyasında  birbaşa  göstəriş 

vardır (konvensiyanın  2-ci  maddəsinin  3-cü  bəndi)1

 2.  Törəmə  əsər  müəllifi  (tər­

cüməçi) yaratdığı  əsərə  müəlliflik  hüququndan  istifadə  edir.  Onun  etdiyi  tə rc ü ­

məyə  m üəlliflik  hüququ  vardır.  Tərcüməyə  orijinal  (əsas)  əsər  müəllifi  də 

müəlliflik  hüququna  malikdir.  Belə  halda  tərcüməyə  (törəmə  əsərə)  eyni  vaxt­

da  həm  orijinal  (əsas) əsər müəllifinin,  həm  də tərcümə  müəllifinin  (tərcüməçi­

nin)  müəllifliyi  yaranır ki,  buna  hüquq  ədəbiyyatında  ikiq a t  m ü ə lliflik   hüququ 

deyilir3.  İkiqat  müəlliflik  hüququ  dedikdə,  iki  şəxsin  onların  birgə  əməyi  ilə  ya­

radılmayan  eyni  bir əsərə eyni  vaxtda  əldə  etdiyi  müəlliflik  hüququ  başa  düşü­

lür.  İkiqat  müəlliflik  hüququ  şərikli  müəlliflik  hüququ  yaratmır.  Ona  görə  ki,  tər­

cümə  orijinal  əsərin  müəllifi  ilə  tərcüməçinin  birgə  əməyi  nəticəsində  yaradıl­

mır.  Tərcüməyə  ikiqat  müəlliflik  hüququ yarandığına  görə tərcümədən  istifadə 

olunması  məsələsi  hər  iki  m üə llif  -   orijinal  əsər  müəllifi  ilə  törəmə  əsərin 

(tərcümənin)  müəllifi  (tərcüməçi) tərəfindən  həll edilir.  Başqa  sözlə  desək,  tə r­

cümə  əsərindən  yalnız orijin a l  əsərin  m üə llifin in   razılığı  ilə   istifadə  oluna 

bilər.  Bir qayda olaraq,  müəllifin orijinal əsərin  başqa dilə tərcümə  olunmasına 

razılıq  verməsi  tərcümə  nəticəsində  yaranan  törəmə  əsərdən  istifadəyə  icazə 

verilməsini  ifadə  edir.  Lakin  buna  baxmayaraq,  tərcüməçi  orijinal  əsərə  müəl­

liflik  hüququ  əldə  etmir.  O,  orijinal  əsərin  həmin  dilə  başqa  cür  tərcümə  olun­

masını  qadağan  edə  bilməz4.  Məsələ  burasındadır ki,  orijinal  əsər eyni  bir dilə 

ayrı-ayrı şəxslər tərəfindən  bir neçə dəfə tərcümə oluna  bilər.

1 « M ü ə lliflik  hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun 6-cı  m addəsinin  l- c i  bəndi.

2  Бернская  конвенция  об  охране  литературных  и  художественных  произведений.  Женева. 

1990.

3  Гражданское  право.  У чебник.  Том  2/Под  рсд. 



Е.А.Суханова.

  М .,  1993,  с.  259; 



Махагонова 

Н.В.

  Авторское право.  Учебное пособие.  М ., 2000, с.  146.



Гаврилов Э.П.

  Издательство и автор:  вопросы  и ответы  по авторскому праву.  М .,  1991, с.  18.

2 2 0


Törəmə  əsər olsa  da,  tərcümə  əsəri tərcüməçinin  yaradıcılıq  əməyi (fəaliy­

yəti)  nəticəsində  yaradılmalıdır.  O,  yalnız yaradıcılıq  əlamətinə  malik  olduqda 

müəlliflik  hüququnun  obyekti  sayılır və  qanunla  (hüquq  normaları  ilə)  qorunur. 

Hərfi  (sətri) tərcümə yaradıcılıq  əlamətlərindən  məhrum  olduğuna  görə  hüquqi 

mühafizə  ilə təmin  edilmir1.

Müəllifin  malik  olduğu  əmlak  (iqtisadi)  hüquqlarından

еп' ? П 

əma 


biri  yenidən  işləmək  hüququ  hesab  edilir.  Bu  hüquq 

ququ 


tərcümə  hüququ  ilə  birlikdə  əsərin  formasını  dəyiş­

dirm ək  hüququ  adlanır.  Yenidən  işləmək hüququnu Bern  konvensiyası vacib 

müəlliflik  hüquqlarından  biri kimi  nəzərdə tutur (konvensiyanın  12-ci maddəsi).

Yenidən  işləm ək  hüququ  dedikdə,  m üəllifin  özünün  əsəri  dəyişdir­

mək,  aranjem an  etmək,  yaxud  başqa  formada  yenidən  işləmək  imkanı, 

habelə  başqa  şəxsə  bunları  etməyə  icazə vermək imkanı  başa düşülür.

Göstərilən  hüquq  özündə  aşağıdakı  hüquqi  imkanları  (səlahiyyətləri)  birləş­

dirir:


•   müəllifin  əsərini özünün  dəyişdirmək imkanı;

•   müəllifin  əsərini özünün  aranjeman etmək imkanı;

•   müəllifin  əsərini  başqa formada yenidən  işləmək imkanı;

•   bunları  etməyə  başqa  şəxsə  müəllifin  icazə vermək  imkanı.

Yenidən  işləmək  hüququnun  həyata  keçirilməsi  nəticəsində  əsərin  növü, 

forması  və  ya  janrı  dəyişir.  Məsələn,  müəllif nəsr əsərini  yenidən  işləyib  dram 

əsərinə çevirir.  Başqa  bir misalda o, dram əsərini  ssenariyə çevirir.

Yenidən  işləmək  hüququnun obyekti  (predmeti)  rolunda əsərin  istənilən nö­

vü  (elm,  ədəbiyyat  və  incəsənət  əsərləri;  dram  əsərləri,  musiqili-dram əsərləri, 

musiqi  əsərləri  və  s.)  çıxış edə  bilər.  Yenidən  işləmək  hüququ yenidən  işləmə­

nin  bütün  üsullarını  (dəyişdirməyi,  aranjeman  etməyi  və  s.)  əhatə  edir.  Əgər 

əsər  çevrilmək,  forma  və  növünü  dəyişmək  qabiliyyətinə  malik  deyilsə,  onda 

həmin  obyekt  barədə yenidən  işləmək hüququ tətbiq edilmir.

Müəllifin  yaratdığı əsəri özü yenidən  işləyə  bilər.  Belə halda o, yenidən işlə­

mənin  subyekti  kimi  çıxış  edir.  Lakin  buna  az-az  hallarda  təsadüf olunur.  Çox 

vaxt  müəllifin  razılığı  ilə  əsər  başqa  şəxslər  tərəfindən  yenidən  işlənilir.  Belə 

halda  əsərin  yenidən  işləmənin subyekti  müəllif yox,  həmin şəxslər hesab edi­

lir.  Əgər  əsəri  yenidən  işləm ə  yaradıcılıq  xarakterinə  malik  olarsa,  onda 

müəlliflik  hüququnun  yeni  obyekti  -  törəmə  (asılı)  əsər yaranır.  Həmin  əsərə 

orijinal əsəri  yenidən  işləyən  şəxsin müəlliflik hüququ vardır.

Orijinal  əsəri  yenidən  işləmə  nəticəsində  ikiqat  m üə lliflik  hüququ  yaranır. 

Buna  görə  törəmə  əsərdən  həm  orijinal  əsərin  müəllifinin,  həm  də onun müəl­

lifinin  razılığı  (icazəsi)  ilə  istifadə  edilə  bilər.  Başqa  sözlə  desək,  yenidən  işlə­

mə  nəticəsində yaranan törəmə əsərdən  istifadə məsələsini orijinal əsərin  mü­

əllifi  və  törəmə  əsərin  müəllifi,  yəni  hər iki  müəllif həll edirlər.  Dediklərimizdən 

belə  nəticəyə  gələ  bilərik  ki, yenidən  işləmə nəticəsində yaranan törəmə əsər­

dən  yalnız  orijinal  əsərin  müəllifinin  razılığı  (icazəsi)  ilə  istifadə  oluna  bilər.  Bir

1  Комментарий  к  Гражданскому 

1982, с.  582.

Кодексу  РСФСР  /Под  рсд. 



С.Н.Братусья,  О.Н.Садикова.

  М.,


2 2 1

qayda olaraq,  orijinal əsər müəllifinin  yenidən  işləməyə  razılıq verməsi  həm  də 

onu  ifadə  edir  ki,  o,  yenidən  işləmə  nəticəsində  yaranan  törəmə  əsərdən  isti­

fadəyə  icazə  verir1.

Təmasda  olmaq  hüququ  müəllifin  malik  olduğu  hüquq- 

Təmasda olmaq 

|arqan  biridir.  Müəlliflik  hüququ  barədə  qanunun  16-cı 

hüququ 

maddəsinin  1-ci  bəndi  bu  hüququn  tənzimlənməsinə



həsr  edilmişdir.  Elə  buradaca  dərhal  qeyd  edirik  ki,  müəllifin  təmasda  olmaq 

hüququ  bütün  növ  əsərlərə  münasibətdə  yox,  yalnız  tə s v iri  sənət  əsərlərinə 

münasibətdə  həyata  keçirilə  bilər.  Başqa  sözlə  desək,  təmasda  olmaq  hü­

ququnun obyekti  ancaq  təsviri  sənət əsəri ola  bilər.

Təmasda  olm aq  hüququ  dedikdə,  təsviri  sənət əsərinin  m ü ə llifin in   hə­

min  əsərə  m ülkiyyət  hüququ  əldə etm iş  m ülkiyyətçidən  öz  əsərinin  surə­

tini  çıxarmaq  səlahiyyətinin  həyata  keçirilm əsinə  imkan  v e rilm ə sin i  tələb 

etmək  hüququ  başa  düşülür.  Belə  halda  müəllifin  yalnız  əsərin  surətini  çı­

xarmaq  hüququ  saxlanılır.  Bu  isə  onu  ifadə  edir  ki,  müəllifin  əsərə  müstəsna 

hüququ  mühüm  dərəcədə  məhdudlaşır.

Təmasda  olmaq  hüququ  ilə  təsviri  sənət  əsərinin  (heykəltəraşlıq,  rəssamlıq 

və  digər  əsərlərin)  müəllifləri  (məsələn,  heykəltəraş,  rəssam  və  digərləri)  tə­

min  olunurlar.  Həmin  əsərlərin  belə  bir vacib  xüsusiyyəti  vardır  ki,  onlar özləri­

nin  ifadə  olunduğu  maddi  daşıyıcısı  ilə  sıx  surətdə  bağlıdır.  Məsələn,  heykəl 

heykəltəraşlıq  əsərinin,  şəkil  (portret)  rəssamlıq  əsərinin  və  s.  maddi  daşıyıcı­

sıdır.  Maddi  daşıyıcı  çox  vaxt  tək  (yeganə)  nüsxədə  mövcud  olur.  Buna  görə 

də təsviri  sənət  əsərinin  özünə olan  müəlliflik  hüququnu  əşya  kimi  maddi  daşı­

yıcıya  mülkiyyət  hüququndan  fərqləndirmək  lazımdır2.  Əşya  kimi  maddi  daşıyı­

cını  əldə  edən  şəxs  ona  mülkiyyət  hüququ  əldə  edir və  mülkiyyətçi  sayılır.  La­

kin  bu,  əsərə  müəlliflik  hüququnun  həmin  şəxsə  verilməsinə  səbəb  olmur3. 

Təsviri  sənət  əsərini  yaradan  şəxs  onun  müəllifi  kimi  tanınmaqda  davam  edir. 

Mülkiyyətçi  müəllifə  imkan  verməlidir  ki,  o,  əsər  barəsində  öz  müəlliflik  hüqu­

qunu həyata  keçirsin.  Təmasda olmaq  imkanı məhz  belə  hüquqlardan  biridir.

Təmasda  olmaq  hüququ  surətçıxarma  hüququ  ilə  sıx  surətdə  bağlıdır.  Belə 

ki,  bu  hüquq  əsərin  surətinin  çıxarılması  məqsədinə  xidmət  edir.  Başqa  sözlə 

desək, təmasda  olmaq  hüququ ilə müəllif ona  görə təmin  edilir ki,  o, əsərin  su­

rətini  çıxara  bilsin.  Məhz  bu  səbəbdən  həmin  hüquq  müəllifin  şəxsi  qeyri-əm- 

lak xarakterli  yox,  əmlak  (iqtisadi) xarakterli  hüquqları  sırasına  daxildir4.  Məsə­

lə  burasındadır  ki,  təmasda  olmaq  hüququ  müəllifin  əmlak  (iqtisadi)  hüquqla­

rından  biri  olan  surətçıxarma  hüququ  ilə  bağlıdır.  Bununla  belə,  həmin  hüquq 

özündə həm  də qeyri-əmlak elementlərini  birləşdirir.



Мэггс  П.Б..  Сергеев  А.П.

  Интеллектуальная  собственность.  М .,  2000,  с.  237, 

Сергеев  А.П. 

Право интеллектуальной  собственности  в  Российской Федерации.  У че б н и к  М „   1999, с.  229.

Bu  barədə  bax: 

Чертков  В.А.

  Авторское  право  и  право  собственности  на  проитвсдсние 

изобразительного исскуства//Советскос  государство и  право.  1973, № 1, с.  113-115.

'  « M ü ə lliflik  hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun  5-ci  maddəsinin 4-cü  bəndi. 

n.P .Q avrilov bu  məsələdə  başqa mövqedə  durur.  Onun  fikrincə ,  təmasda  olm aq  hüququ  m ü ə llifin  

şəxsi  qeyri-əmlak  hüquqlarına  aidd ir 



(Гаврилов  Э.П.

  Комментарий  к  закону  об  авторском  праве  и 

смежных  правах.  М ..  1996, с.  80).

2 2 2


İzləmə

hüququ


İzləmə hüququ  müəllifin  malik olduğu  hüquqlardan  biridir.  Müəl­

liflik  hüququ  barədə  qanunun  16-cı maddəsinin  2-ci bəndi məhz 

həmin  hüququn tənzimlənməsinə həsr edilmişdir.  İzləmə hüqu­

qu  yalnız tə s v iri  sənət  əsərləri  barəsində  həyata  keçirilir.  Belə hüquqa an­

caq  təsviri  sənət  əsərinin  müəllifi  malik  ola  bilər.  İzləmə  hüququnun  mahiyyəti 

müəllifin  təsviri  sənət  əsərinin  (rəssamlıq,  heykəltəraşlıq,  qrafika  və  digər 

əsərlərin)  maddi  daşıyıcısının  satışından  eldə olunan  gəlirin  bir hissəsini  (payı­

nı)  faiz  şəklində  ala  bilməsindən  ibarətdir.  Buna  görə  də həmin  hüquq  bir sıra 

xarici  ölkələrin  müəlliflik  hüququna  paylı  iştirakçılıq  hüququ  kimi tanınır.  Sa­

tış  pulunun  bir hissəsini  almaq  hüququ əsərin maddi daşıyıcısına mülkiyyət hü­

ququ  müəyyən  şəxsdən  digər  şəxsə  keçdiyi  zaman  maddi  daşıyıcının,  necə 

deyərlər,  «arxasınca  gedir»,  onu  «izləyir».

İzləmə  hüququ  dedikdə,  m üəllifin  təsviri  sənət əsərinin  orijinalının  hər 

dəfə  açıq  satışından  əldə  olunan  mənfəətdən  (puldan)  satıcıdan  faiz  he­

sabı  ilə  m üəyyən  b ir  hissəni  almaq  imkanı  başa  düşülür.

Müəllifin  izləmə  hüququ  əsərin  satışından  əldə  olunan  mənfəətdən  bir his­

səni  almaqla  bağlı  olduğuna  görə  əmlak  (iqtisadi)  xarakterli  hüquqdur.  Bu­

nunla  belə,  o,  özündə  şəxsi  qeyri-əmlak  xarakterli  elementləri  də  birləşdirir. 

Məsələ  burasındadır ki,  imtina  hüququ  sağlığında  ikən  müəllifin özündən ayrıl­

mazdır1.


Yalnız  müəyyən  şərtlər  əsasında  müəllif  izləmə  hüququnu  həyata  keçirə, 

yəni  satıcıdan  haqq  ala  bilər.  Müəllifin  əsər  barəsində  yalnız  haqq  almaq  hü­

ququ  saxlanılır.  Bu  isə  onu  göstərir  ki,  təsviri  sənət  əsərinə  mülkiyyət  hüququ 

başqa  şəxsə  keçəndə  müəllifin  əsərə  müəlliflik  (müstəsna)  hüququ  mühüm 

dərəcədə  məhdudlaşır.  Birinci  şərt  ondan  ibarətdir  ki,  əsər,  daha  doğrusu, 

əsərin  ifadə  olunduğu  maddi  daşıyıcı  (məsələn,  şəkil,  heykəl  və  s.)  açıq  satış­

dan  realizə  olunmalı,  özgəninkiləşdirilməlidir.  Açıq  satış  dedikdə,  əsərin  hər­

rac,  təsviri  sənət  əsərləri  qalereyası,  bədii  salon,  mağaza  vasitəsilə  və  s. 

əvəzli  surətdə  realizə  olunması  (özgəninkiləşdirilməsi)  başa  düşülür.  Bu  za­

man  alqı-satqı  m üqaviləsi  bağlanılır.

İkinci  şərtə  görə,  açıq  satış  əsərin  birinci  satışından  sonra  keçirilməlidir. 

Əsərin  b irin c i  satışı  dedikdə,  əsərin  maddi  daşıyıcısına  mülkiyyət  hüququnun 

başqa  şəxsə  keçməsi  (əvəzli  və  ya  əvəzsiz)  başa  düşülür.  Əsərin  ifadə  olun­

duğu  maddi  daşıyıcıya  (məsələn,  şəkilə  və  s.)  mülkiyyət  hüququnun  müəllif­

dən  başqa  şəxsə  keçməsi  əsərin  birinci  satışı  deməkdir.  Məhz  bu  satışdan 

sonra  hər dəfə əsərin açıq  satışı zamanı  müəllifin  haqq almaq  hüququ yaranır.

Üçüncü  şərtə  görə,  maddi  daşıyıcının  sonrakı  satış  qiyməti  əvvəlki  satış 

qiymətindən  20%  çox  olmalıdır.  Belə  halda  müəllif maddi  daşıyıcının  satış  qiy­

mətinin  5%-ni  almaq  hüququ  əldə  edir.

Dördüncü  şərtə  görə,  əsərin  nüsxəsi  yox,  onun  orijinalı  özgəninkiləşdiril­

məlidir.  Əsərin  nüsxəsi  özgəninkiləşdirilərkən  müəllifin  izləmə  hüququ  yaran­

mır.


İzləmə  hüququ  başqa  şəxsə  verilə  bilməz  və  ancaq  vərəsəlik  qaydasında

1 « M ü ə lliflik   lıüququ və ə laqəli  hüquqlar haqqında» qanunun  16-cı  maddəsinin 3-cü  bəndi.

223


Birinci satış 

hüququ


(həm qanun  üzrə vərəsəlik,  həm də vəsiyyət üzrə vərəsəlik)  müəlliflik  hüququ­

nun qüvvədə olduğu  müddətdə müəllifin vərəsələrinə  keçir.

Müəlliflik  qanunvericiliyinin  müəllifi  belə  bir  hüquqla  təmin  etməsini  nə  ilə 

izah  etmək  olar?  Məsələ  burasındadır  ki,  rəssamlar,  heykəltaraşlar  və  digər 

müəlliflər  bəzən,  xüsusən  də  yaradıcılıqlarının  erkən  dövrlərində  əsərlərini  öz 

həqiqi  qiymətindən  xeyli  aşağı  (ucuz)  qiymətə  satırlar.  Bu  hal  müəlliflərə  mü­

nasibətdə ədalətsizliyə yol verilməsini  ifadə edir.  Belə ədalətsizliyi  kom pensa­

siya  etmək  üçün  qanun  müəlliflərə  izləmə  hüququ  verir.  Bu  hüququn  əsas 

məqsədi təsviri  sənət  əsərlərinin  m üəlliflərinin  əm lak  m ənafelərini  m üda­

fiə etməkdən  ibarətdir.

Müəllif öz  yaratdığı  əsərin  qanuni  dərc  edilmiş  nüsxələrini, 

daha  doğrusu,  əsərin  ifadə  olunduğu  maddi  daşıyıcıları 

(məsələn,  elm əsərinin  ifadə olunduğu  kitabları  və s.) satıl­

ma  yolu  ilə  mülki  dövriyyəyə  buraxa  bilər.  Sual  olunur:  müəllif  bundan  sonra 

əsərin  nüsxələrinin  yayılmasına  (satılmasına,  bağışlanmasına,  əvəzsiz  istifa­

dəyə verilməsinə,  dəyişməsinə və s.) qarışa və  müdaxilə edə  bilərmi?

Bu  suala  cavab  vermək  üçün  müəlliflik  qanunvericiliyi  müəllifi  müvafiq  hü­

quqla  təmin  edir1.  Bu  hüquq  birinci  satış  hüququ  və  ya  hüququn  qurtarması 



(tükənməsi)  adlanır.  Onu  bir sıra  ölkələrin  müəlliflik  qanunvericiliyi  də  tanıyır. 

Birinci  satış hüququ  beynəlxalq  hüquqi sənədlərdə də öz əksini  tapmışdır1

 2.

Birinci  satış  hüququ  dedikdə,  m üəllifin  yalnız  əsərin  n ü sxə sin in   b irin ­



ci  satışına  icazə  vermək  və  bu  yolla  onu  m ülki  dövriyyəyə  buraxm aq  im ­

kanı  başa  düşülür.

Birinci  satış hüququna  görə,  əsərin  nüsxələrinin  yalnız  birinci  satışına  müəl­

lifin  razılıq  verməsi  tələb  olunur.  Sonradan  həmin  nüsxələrin  müəllifin  razılığı 

olmadan  yayılmasına  (satılmasına,  bağışlanmasına,  əvəzsiz  istifadəyə  veril­

məsinə,  dəyişdirilməsinə və  s.) yol verilir.  Başqa  sözlə desək,  əsərin  nüsxələri 

mülki  dövriyyədə  sərbəst  şəkildə  hərəkət  edir.  Belə  ki,  əsərin  nüsxəsini  əldə 

edən  və  mülkiyyətçi  olan  şəxs  onu  sərbəst  şəkildə  sata,  dəyişdirə,  bağışlaya, 

əvəzsiz istifadəyə və s.  verə  bilər.  Bu zaman  müəllifin  razılığı  alınmır və ona 

müəllif qonorarı  verilmir.  Beləliklə,  dediklərimizdən  belə  nəticəyə gələ  bilərik 

ki,  müəllif əsərin  nüsxələrinin  birinci  satışından  sonra  həmin  nüsxələrin  yayıl­

masına  müdaxilə  etmək  və  qarışmaq  hüququnu  itirir.  Əsərin  nüsxələrinin  bi­

rinci  satışı  dedikdə  isə,  həmin  nüsxələrə  mülkiyyət  hüququnun  başqa  şəxsə 

keçməsi  başa düşülür.

Lakin  mülkiyyətçi  kirayəyə  vermək  üsulu  ilə  əsərin  nüsxələrini  yaymaq  hü­

ququndan  məhrumdur.  O,  əsərin  nüsxələrini  kirayəyə  verə  bilməz.  Qanun 

mülkiyyətçiyə  belə  hüquq  vermir3.  Məsələ  burasındadır  ki,  əsərin  nüsxələrinə 

mülkiyyət  hüququ  başqa  şəxsə  məxsus olmasından  asılı  olmayaraq,  əsəri  k i­

rayəyə  verm ək  üsulu  ilə  yaymaq  hüququ  m üəllifdə  (m ü ə lliflik   h ü q uq u ­

nun  digər sahibində)  qalır.

1 « M ü ə lliflik  hüququ vo  əlaqəli  hüquqlar haqqında» qanunun  16-cı  maddəsinin 3-cü bəndi.

2  Bax: 


c t

6. Д оговора В ОИ С  об авторском  праве.



5 « M ü ə lliflik   hüququ və ə laqəli hüquqiar haqqında» qanunun  15-ci m addəsinin 3-cü bəndi.

224


Müəllifin əsər 

Söz  yox 

müəlliflik  hüququ  barədə  qanun  müəllifin

barəsində diaər 

əmlak (iqtisadi) hüquqlarının -  əsərdən itstifadə ilə bağlı 

hüquqları 

hüquqlarını  dəqiq  və  qəti  siyahısını vermir.  Ona  görə ki, 

müəlliflik  hüququ  haqqında  qanunda  ifadə  olunan  gös­

tərişə  görə  müəllifin  əsərdən  istənilən formada  və  üsulla  istifadə  etməyə  müs­

təsna  hüququ  vardır.  Deməli,  müəllif əsər  barəsində  müəlliflik  hüququ  barədə 

qanunda  nəzərdə  tutulmayan  əmlak  (iqtisadi)  xarakterli  hüquqlara  da  malik 

ola  bilər.

Müəlliflik  hüququ  barədə  qanun  müəllifin arxitektura,  şəhərsalma və  bağ- 

park  layihələrindən  istifadəyə  müstəsna  hüquqa  malik  olmasını  müəyyən 

edir'.  Bu hüquqa  həm  də müəllifin  həmin  layihələrdən praktik istifadə etmə sə­

lahiyyəti  daxildir.  O.  əmlak (iqtisadi) xarakterli  səlahiyyətdir.

A rxite ktu ra ,  şəhərsalm a  və  bağ-park layihələrindən  praktik  istifadə et­

mə  səlahiyyəti  dedikdə,  m üəllifin  belə  layihələrin  praktik  cəhətdən  həya­

ta  k e çirilm ə sin ə   olan  im kanı  başa  düşülür.  Həmin  layihələr  yalnız  onun 

müəllifinin  razılığı  ilə  həyata  keçirilə bilər.

Arxitektura  layihəsinə  həm  də  müəllifin  şəxsi  qeyri-əmlak  hüququ  yaranır. 

Bunu  müəllifin  nəzarət etmək  hüququ adlandırsaq, yanılmarıq.

M üə llifin   nəzarət  etmək  hüququ  dedikdə,  onun  arxitektura  layihəsinin,  ti­

kinti  üçün  sənədlərin  hazırlanmasında  və  binanın tikintisində  iştirakını tələb et­

mək  imkanı  başa  düşülür.  Bu  imkan  əsasında  müəllif  tikinti  üçün  sənədlərin 

hazırlanması  və arxitektura obyekti  üzərində  nəzarəti  həyata  keçirir.

M üə lliflik   haqqı  alm aq  hüququ  müəllifin  əmlak  (iqtisadi)  hüquqlarından 

biridir.  Müəlliflik  haqqı  almaq  hüququ  dedikdə,  müəllifin  əsərdən  qanunun  yol 

verdiyi  üsullarla  gəlir əldə  etmək  imkanı  başa  düşülür2.  Bu  isə  onu  göstərir ki, 

müəllifin  haqq  almaq  hüququ  hökmən  və  mütləq  əsərdən  istifadə  məsələsi  ilə 

sıx  surətdə  bilavasitə və  birbaşa  bağlıdır.  Nə vaxt əsərdən  istifadə olunur,  o 

zaman  da  m üə llifin   haqq  almaq  hüququ  yaranır.  Əsərdən  hər  hansı  üsulla 

istifadədən  kənarda  belə  hüquq  əmələ gəlmir.  Buna  görə  də müəlliflik hüququ 

barədə  qanun  haqq  almaq  hüququnu  müəllifin  əmlak  (iqtisadi)  hüquqlarının si­

yahısında  ayrıca olaraq  nəzərdə tutmur.

Qanunvericinin  bu  cür  mövqeyini  başa  düşmək  olar.  Belə  ki,  müəllif əsər­

dən  istifadəyə  görə ona  haqq  verilməsini  tələb etmək  hüququna  malikdir.  Müəl­

liflik  haqqı  həmişə  əsərdən  istifadə  barədə  müqavilə  çərçivəsində  ödənilir. 

Hər  bir  istifadə  halı  üçün  alınan  müəlliflik  haqqının  həcmi,  hesablanma və ödə­

niş  qaydası  qanunla  yox,  məhz  həmin  müqavilə  ilə  müəyyən  edilir.  Belə  halda 

müəllifin  haqq  almaq  hüququnu  hansısa  meyar (əlamət) əsasında xüsusi olaraq 

müstəqil  hüquq  növü  kimi  ayırmaq  və  fərqləndirmək,  əlbəttə,  məntiqsizlikdir. 

Məhz  bu  səbəbdən  qanunvericilik  həmin  hüququ  müəlliflik  hüquqlan  barədə  si­

yahıda  müstəqil  hüquq  kimi  nəzərdə tutmur. Amma  o,  müəllifin  haqq almaq hü­

ququnu  tanıyır.  Mülki  hüquq  ədəbiyyatı  səhifələrində  bəzi  müəlliflər haqq  almaq 

hüququnu müəllifin vacib əmlak hüquqlarından  biri hesab edirlər3.

1 « M ü ə lliflik  hüququ  və ə laqəli hüquqlar haqqında» qanunun  15-ci  maddəsi.



И о ф ф е   О .C.

  Советское гражданское  право.  Курс лекций.  Часть 3. Л .,  1965. с.  46.

1  M əsələn,  bax: 



Г уе в  А  Н .

  Гражданское право.  Учебник.  М ., 2003, с.  179.

225


M ü ə lliflik   h a q q ı  a lim lə r   a r a s ın d a   d is k u s s iy a   d o ğ u r a n   m ə s ə lə d ir 1.  O n la r   h ə ­

m in   m ə s ə lə n in   m a h iy y ə ti  b a r ə d ə   b ir - b ir in d ə n   fə r q li  f ik ir lə r   s ö y lə y ir lə r .  H e s a b  

e d irik   ki,  m ü ə lliflik   h a q q ı  b irm ə n a lı  y o x ,  ç o x c ə h ə tli  a n la y ış d ır .  O ,  ü ç   m ə n a d a   iş ­

lə d ilir:

•   m ü ə llif q o n o ra rı  m ə n a s ın d a :

•   ə m ə k   h a q q ı  m ə n a s ın d a ;

•   ə s ə rin   s a tış   q iy m ə ti  m ə n a s ın d a 2.

Müəlliflik  qonorarı  mənasında  m üəlliflik  haqqı 

d e d ik d ə ,  ə s ə r d ə n   is tifa d ə  

o lu n a n   z a m a n   m ü ə llifə   ö d ə n ilə n   p u l  m ə b lə ğ i  b a ş a   d ü ş ü lü r .  B u   m ə n a d a   m ü ə l­

liflik   h a q q ı  q a n u n d a   g ö s tə r ilə n   h a lla rd a n   b a ş q a   ( ə s ə r d ə n   s ə r b ə s t   is tifa d ə   h a lla ­

rın d a n   b a ş q a ),  ə s ə rin   d ig ə r   ş ə x s lə r   ( is tifa d ə ç ilə r )   t ə r ə fin d ə n  

istifadəsi  üçün 

müəllifə ödənilən  haqq 

d e m ə k d ir.

Əmək  haqqı  mənasında  m üəlliflik  haqqı 

d e d ik d ə ,  x id m ə ti  ( q u llu q )   ə s ə ri 

y a ra d a n   m ü ə llifə   o n u n   ə m ə y in ə  

görə 

ö d ə n ilə n   p u l  m ə b lə ğ i  b a ş a   d ü ş ü lü r .  B u  



m ə n a d a   m ü ə lliflik   h a q q ı  ə m ə k   h a q q ı  k im i  ç ıx ış   e d ir .  O . S . lo f f e y ə   g ö r ə ,  m ü ə llif lik  

h a q q ı 

müəllif əməyinin  ödəniş form asıdır3.

Əsərin  satış  qiyməti  mənasında  m üəlliflik  haqqı 

d e d ik d ə ,  tə s v ir i  s ə n ə t 

ə s ə rlə rin in   (m ə s ə lə n ,  r ə s s a m lıq ,  h e y k ə ltə r a ş lıq   v ə   s.  ə s ə r lə r in )   ifa d ə   o lu n d u ğ u  

m a d d i  d a ş ıy ıc ıla r  (m ə s ə lə n ,  p o r tr e t  v ə   y a   ş ə k il,  h e y k ə l  v ə   s .)   a lq ı- s a tq ı  m ü q a v i­

ləsi  ə s a s ın d a   ö z g ə n in k ilə ş d ir ilə r k ə n   a lıc ın ın   o n la r ı  q ə b u l  e d ib   ə v ə z in d ə   ö d ə d iy i 

m ü ə y y ə n   e d ilm iş   p u l  m ə b lə ğ i  b a ş a   d ü ş ü lü r .  B e lə   h a ld a   q e y r i- m a d d i  n e m ə t 

o la n   ə s ə rin   ö z ü n ə   y o x ,  o n u n   ifa d ə   o lu n d u ğ u   m a d d i  d a ş ıy ıc ıy a   m ü lk iy y ə t   h ü q u ­

q u   s a tıc ıd a n   a lıc ıy a   k e ç ir.

M üəlliflik  haqqı  almaq  hüququ  dedikdə,  qanunda  göstərilən  hallardan 

başqa,  əsərdən  istifadə  hüququ  başqa  şəxslərə  (istifadəçilərə)  keçərkən 

müəllifin  həmin  şəxslərdən  (istifadəçilərdən)  müəyyən  e d ilm iş  pul  m əb­

ləği ödəməyi tələb etmək  imkanı  başa  düşülür.

Ə s ə rd ə n   is tifa d ə   h ü q u q u   m ü ə llifd ə n   b a ş q a   ş ə x s lə r ə   ( is t if a d ə ç ilə r ə )   b ir   q a y ­

d a   o la ra q ,  m ü ə llif  m ü q a v ilə s i  v ə   y a   ə s ə r d ə n   is tifa d ə   b a r ə d ə   d ig ə r   m ü q a v ilə  

ə s a s ın d a   k e ç ir.  M ü ə lliflik   h a q q ı  a lm a q   h ü q u q u   d a   h ə m iş ə   m ə h z   b u   m ü q a v ilə  

ç ə r ç iv ə s in d ə   y a r a n ır   v ə   h ə y a ta   k e ç irilir.  M ü q a v ilə d ə   m ü ə llif lik   h a q q ın ın   m ə b lə ­

ğ i,  ö d ə n ilm ə   ş ə r tlə r i,  q a y d a s ı,  m ü d d ə ti  v ə   d ig ə r   m ə s ə lə lə r   m ü ə y y ə n   o lu n u r .

G ö r ü n d ü y ü   k im i,  m ü ə lliflik   h a q q ı  a lm a q   h ü q u q u   k o n k r e t   ş ə x s lə r ,  y e n i  m ü ə l­

liflə   is tifa d ə ç i  a ra s ın d a   m ü q a v ilə   ə s a s ın d a   y a r a n ır.  B u n a  

görə 

d ə   b u   h ü q u q  



mütləq  hüquq  yox,  nisbi  hüquq  sayılır. 

Ü m u m i  q a y d a   b e lə d ir   k i,  m ü q a v ilə  

h ü q u q   m ü n a s ib ə ti  n is b i  h ü q u q   m ü n a s ib ə t id ir   v ə   b u   m ü n a s ib ə t   ç ə r ç iv ə s in d ə

1 Məsələn,  bax: 



Антимонов Б.С., Флейщиц E.A.

  Авторское право.  M .,  1957, с.  125-126; 



Камыш­

ев В.Г.

  Права авторов литературных  произведении.  М .,  1972, с.  40; 



Савельева И.В.

  Правовое  регу­

лирование  отношений  в  области  художественного творчества,  с.  78; 

Дозерцев  В.А.

  Природа  воз­

награждения  за  изобретательское  прсдложснис//Учеи.  зап.  Всссоюзн.  научно-исслед.  Инс-та  со- 

встск.  законодат.  Вып.  14,  1968,  с.  160  və  s.  Bu  məsələ  barəsində a lim lə rin   irə li  sürdükləri  fik irlə rin  

qısa xülasəsi  verilm işdir: 

Сергеев А.П.

  Право  интеллектуальной собственности  в  Российской  Феде­

рации.  Учебник, М .,  1999, с.  234-235.

'  


Никитина  М.И.

  Авторское  право  на  произведения  науки,  литературы  и  искусства.  Казань, 

1972, с. 75-76.



Иоффе О.С.

  Советское гражданское право.  Курс лекций.  Часть 3. Л .,  1961, с. 46.

226


yaranan  hüquq da  nisbi  hüquq  olmalıdır.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin