§ 10. Müəlliflik hüququnun qüvvədə olma müddəti
Müəlliflik
hüququnun
qüvvədə olma
müddətinin
anlayışı və növləri
Subyektiv müəlliflik hüququnun müəyyən müddət ər
zində qüvvədə olması prinsipi müəlliflik qanunvericili
yinin (müəlliflik hüququnun) əsas prinsiplərindən biri
dir. Həmin prinsipə görə, müəlliflik hüququ m üddətli
xarakterlidir. Bu, onu ifadə edir ki, əsər barəsində
müəllif üçün yaranan subyektiv müəlliflik hüquqları
yalnız müəyyən müddət ərzində qüvvədə olur və həmin müddət ötdükdə (keç
dikdə) onlar da qüvvədən düşərək öz hüquqi əhəmiyyətini itirir. Yalnız müəllif
lik hüququnun qüvvədə olma müddəti ərzində əsər qorunur, hüquqi mühafizə
dən istifadə edir. Müəlliflik hüququnun qüvvədə olma müddəti əsərin qorunma
(mühafizə olunma) müddətidir. Müəlliflik hüququnun qüvvədə olma müddəti
ötdükdən sonra əsər müəlliflik hüququ ilə qorunmur. O, müəlliflik hüququ ilə
qorunmayan obyektlər sırasına aid edilir. Deməli, subyektiv müəlliflik hüququ
müddətsiz yox, müddətlə məhdudlaşan hüquqdur.
Subyektiv m üə lliflik hüququnun qüvvədə olm a m üddəti dedikdə, elə
bir vaxt dövrü başa d ü şü lü r ki, həmin d ö v r ötü b keçdikdə əm lak (iq tisa
di) xarakterli m üə lliflik hüquqları ləğv o lunur, m ü ə llifin yaratdığı əsər
m üəlliflik hüquq norm aları ilə qorunm ur və hü q uq i m ühafizə ilə təm in
edilmir. Buna görə də müəlliflik hüququnun qorunması müddətli xarakterə
malikdir. Məsələyə belə yanaşma əsərdən istifadə olunmasında xüsusi və
şəxsi mənafelərlə ictimai mənafeləri uyğunlaşdırmaq zərurəti ilə şərtlənir və
izah olunur. Bu cür uyğunlaşdırmanın cəmiyyətin mədəni inkişafı baxımından
vacib əhəmiyyəti vardır. Axı, müəlliflik hüququ qeyd etdiyimiz kimi, m ü ə llif və
cəmiyyət arasında mənafeləri uyğunlaşdırm aq, tarazlaşdırm aq və bəra
bərləşdirmək vasitəsidir. Məsələ burasındadır ki, müəlliflik qanunvericiliyinin
ifadə etdiyi göstərişə görə, müəlliflik hüququnun qüvvədə olma müddəti başa
çatdıqda əsər ictim ai varidata keçərək cəm iyyət ü zvlə rinin əvəzsiz is tifa
dəsinə verilir.
Subyektiv müəlliflik hüququnun qüvvədə olma müddətinin vacib əhəmiyyə
tə malik olmasını nəzərə alaraq müəlliflik qanunvericiliyi onun tənzimlənməsi
nə xüsusi diqqət yetirir. Müəlliflik hüququ barədə qanunun 3-cü fəslinə daxil
olan maddələrdə (25-27-ci maddələrdə) ifadə edilən normalar məhz həmin
236
məsələnin nizama salınmasına həsr olunmuşdur.
Müəlliflik qanunvericiliyi müəlliflik hüququnun qüvvədə olma müddətinin iki
növünü müəyyən edir:
• ümumi müddət;
• xüsusi müddət.
M üə lliflik hüququnun qüvvədə olmasının ümumi müddəti dedikdə, mü
əlliflik hüququ barədə qanunda nəzərdə tutulan xüsusi hallar istisna olmaqla,
bütün halların hamısına aid olan müddət başa düşülür. Bu növ müddət əsərin
yaranm asından başlanır (hesablanır), m üəllifin həyatda yaşadığı illəri
(öm ür illə rin i) və onun ölümündən sonra 50 ili əhatə edir. Başqa sözlə de
sək, müəlliflik hüququ əsərin yaradılması ilə əmələ gəlir, müəllifin bütün həyatı
boyu və onun ölümündən sonra 50 il müddətinə qüvvədə olur. Ümumi müddət
müəllifin yaşadığı illər üstəgəl (+) onun ölümündən sonra 50 il kimi müəyyən
edilir («həyat boyu+50 il» qaydası»),
Elə buradaca dərhal qeyd etməliyik ki, göstərdiyimiz ümumi qorunma müd
dəti müəllifin yalnız əmlak (iqtisadi) hüquqlarına aiddir. Bu. o deməkdir ki, mü
əllifin əmlak (iqtisadi) hüquqları hüquq normaları ilə ümumi müddət («həyat
boyu+50») ərzində qorunur və bu müddət ötdükdə həmin hüquqlar qorunmur.
O ki qaldı müəllifin şəxsi qeyri-əmlak hüquqlarına, qeyd edə bilərik ki, hə
min hüquqların qorunması müddətsizdir, yəni müəllifin şəxsi qeyri əmlak hü
quqları müddətsiz, müddətlə məhdudlaşdırılmadan qorunur.
Ümumi qorunma müddəti barədə norma Bern konvensiyasında da nəzərdə
tutulmuşdur. Bu konvensiyanın 7-ci maddəsində göstərilir ki, ümumi qoruma
müddəti müəllifin həyatından (ömründən) və onun ölümündən sonra 50 ildən
ibarətdir1.
Lakin bir sıra dövlətlərdə, məsələn, Avropa İttifaqına daxil olan dövlətlərdə
və ABŞ-da ümumi qoruma müddəti müəllifin ölümündən sonra 70 ilə kimi artı
rılmışdır1
2. Bu, onunla izah edilir ki, Bern konvensiyası Bern İttifaqının üzvü
olan dövlətlərə öz milli qanunvericilikləri ilə əsərin qorunma müddətini konven
siya müddətinə (50 ilə) nisbətən uzatmağa icazə verir (konvensiyanın 7-ci
maddəsinin 6-cı bəndi). Hal-hazırda bir çox ölkələr bu normaya əsaslanaraq
əsərin qorunma müddətini 70 ilə kimi artırmışdır. Avropa İttifaqı müəlliflik hü
ququnun qorunma müddətinin razılaşdırılması barədə özünün 29 oktyabr
1993-cü il tarixli Direktivi ilə müəyyən edir ki, üzv ölkələrində əsərin qorunma
müddəti müəllifin ölümündən sonra 70 ildən az olmamalıdır3.
Müəlliflik hüququ barədə Ümumdünya (Cenevrə) konvensiyası əsərin qo
runma müddəti barədə başqa qayda nəzərdə tutur. Bu qaydaya görə, əsərin
qorunma müddəti müəllifin ölümündən sonra 25 ildən az olmamaqla dövlətin
qanunvericiliyi ilə müəyyən edilir (konvensiyanın 4-cü maddəsi).
Azərbaycan SSR-in 1964-cü il MM-İ, o cümlədən sovet dövrünün bütün
mülki məcəllələri buna əsaslanaraq göstərirdi ki, müəlliflik hüququ müəllifin
1 Бернская
Конвенция об охране литературных и хуложсствснных произведении. Женева.
1990, Свод, нормативных актов Ю Н Е С КО . М ., 1993.
:
Мэггс П.Б.. Сергеев А.П.
Интеллектуальная собственность. М ., 2000, с. 217.
3 М еждународное частное право. У чебник/П од ред.
Г.К.Дмитриевой.
М ., 2004. с. 308-309.
237
bütün həyatı boyu və onun ölümündən sonra 25 il qüvvədə qalır (1964-cü il
MM-in 494-cü maddəsi).
Müəlliflik qanunvericiliyi nəinki müəlliflik hüququnun qüvvədə olma müddə
tini, habelə həmin müddətin hesablanması qaydasını da müəyyən edir. Hə
min müddət əsərin yaradıldığı andan başlanır. 50 il müddəti isə həmin müddə
tin başlanğıcı (əvvəli) üçün əsas götürülən hüquqi faktın baş ve rd iyi ildən
sonra gələn ilin əvvəlindən hesablanır'. 50 il müddətinin başlanğıcı (əvvəli)
üçün əsas götürülən hüquqi faktın baş verməsi dedikdə, müəllifin vəfat etməsi
(ölməsi) başa düşülür. Belə faktın baş verdiyi il dedikdə isə müəllifin vəfat etdi
yi (öldüyü) il başa düşülür. Müəllifin vəfat etdiyi (öldüyü) ildən sonra gələn
(növbəti) ilin əvvəli isə yanvar ayının 1-ə düşür. Dediklərimizdən belə nəti
cəyə gələ bilərik ki, müəlliflik hüququ müəllifin bütün həyatı boyu və onun və
fat etdiyi ildən sonra gələn (növbəti) ilin yanvar ayının 1-dən hesablanmaqla,
vərəsələr üçün (söhbət müəllifin vərəsələrindən gedir), müəllifin ölümündən
sonra 50 il müddətinə qüvvədə qalır. Məsələn, 2005-ci ilin may ayının 1-də
müəllif vəfat edir. 50 il müddəti (müəllifin vərəsələri üçün) müəllifin vəfat etdiyi
2005-ci ildən sonra gələn 2006-cı ilin yanvar ayının 1-dən hesablanır (2006-cı
ilin yanvarın 1-i + 50 il).
Yeri gəlmişkən qeyd edək ki, müddətin hesablanması barədə göstərilən
qayda Bern konvensiyasından götürülmüşdür. Konvensiyanın 7-ci maddəsinin
5-ci bəndi bu məsələnin tənzimlənməsinə həsr edilmişdir2.
Söylədiklərimiz belə bir nəticə çıxarmağa imkan verir ki, müəlliflik qanunveri
ciliyinə görə, müəlliflik hüququ müəllif üçün onun həyatı boyu (ömrü boyu) qüv
vədə qalır. Müəllif öldükdən sonra isə müəlliflik hüququ 50 il müddətinə onun öl
düyü ildən sonra gələn yanvar ayının 1-dən hesablanmaqla, vərəsələrə keçir.
Bu müddətin keçməsi (ötməsi) ilə müəlliflik hüququna xitam verilir və əsər m ü
əlliflik hüquq normaları ilə qorunmayan obyektlər sırasına daxil edilir.
M üəlliflik hüququnun qüvvədə olm asının xüsusi
m üddətləri dedikdə, müəlliflik hüququ barədə qa
nunda nəzərdə tutulan xüsusi hallara tətbiq edilən
müddətlər başa düşülür. Onlara müəlliflik hüququ
nun xüsusi müddətləri deyilir. Müəlliflik hüququnun xüsusi müddətləri qanunun
(müəlliflik hüququ barədə qanunun) 26-cı maddəsində nəzərdə tutulmuşdur.
Qanun hər şeydən əvvəl, anonim (adsız) və ya tə xə llü slə dərc edilm iş
əsərə m üəlliflik hüququ barədə xüsusi müddət müəyyən edir. Belə ki, ano
nim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ 50 il m üddətində
qüvvədə qalır. Söhbət 50 illik xüsusi müddət müəyyən edilməsindən gedir. 50
illik müddət müəllifin vəfat etdiyi tarixdən hesablanmır. Bu, məlum məsələdir.
Belə ki, əsər adsız və ya təxəllüslə dərc edildiyinə görə həmin müddətin hesab
lanması üçün xüsusi fakt kimi müəllifin ölümü əsas götürülə bilməz. Məhz bu
səbəbdən belə əsərlərə müəlliflik hüququnun qüvvədə olma müddəti (50 illik
müddət) hesablanan zaman onların qanuni dərc edildiyi ta rix əsas sayılır.
Müəlliflik hüququnun
qüvvədə olmasının
xüsusi müddətləri
« M ü ə lliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 25-ci maddəsinin 2-ci bəndi.
: Бернская конвенция об охране литературных и художественных произведений. Женева.
1990.
238
Amma 50 illik müddət əsərin qanuni dərc edildiyi tarixin (ilin) özündən he
sablanmır. Həmin müddət əsərin qanuni dərc edildiyi ildən sonra gələn ilin
yanvar ayının 1-dən başlayır (hesablanır). Çünki müəlliflik hüququ haqqında
qanuna görə, xüsusi müddətlərin hesablanması göstərilən müddətlərin əvvəli
üçün əsas götürülən hüquqi faktın baş verdiyi ildən sonra gələn ilin əvvəlindən
hesablanır1. Hüquqi fakt dedikdə, əsərin qanuni dərc edilməsi, hüquqi faktın baş
verdiyi il dedikdə isə əsərin qanuni dərc edildiyi il başa düşülür. Misala müraciət
edək. Məsələn, 2000-ci ilin mart ayının 15-də əsər anonim və təxəllüslə qanuni
dərc edilir. 50 illik müddət 2001-ci ilin yanvar ayının 1-dən hesablanır.
50 il müddətində anonim və ya təxəllüslə dərc edilmiş əsərin müəllifi öz
şəxsiyyətini aça və ya onun şəxsiyyəti sonradan şübhə doğurmaya bilər. Belə
halda həmin əsərlərə müəlliflik hüququnun qüvvədə olma müddəti ümumi
qayda ilə müəyyən ediləcəkdir, yəni müəlliflik hüququ barədə qanunun 25-ci
maddəsinin 1-ci bəndinin müddəaları tətbiq olunacaqdır: müəlliflik hüququ mü
əllifin həyatının qalan hissəsi və onun ölümündən sonra 50 il müddətinə qüv
vədə olacaqdır.
İkincisi, qanun şə rikli əsərə m üəlliflik hüququnun qüvvədə olması barə
də xüsusi müddət müəyyən edir. Belə ki, şərik müəlliflərin hər biri üçün müəl
liflik hüququ onların bütün həyatı qüvvədə olur. Başqa sözlə desək, kollektiv
əsər kimi bütövlükdə şərikli əsərə müəlliflik hüququ müəlliflərin hər birinin bü
tün ömrü boyu qüvvədə qalır. Şərik müəlliflərin hansı biri öldükdə isə onun mü
əlliflik hüququ vərəsəlik üzrə vərəsələrinə keçir və onlar müəllif hüququndan is
tifadə hüququ əldə edirlər. Sağ qalan şərik müəllif əsərə müəlliflik hüququnu
saxlayır. Lakin o, bölünməz və bölünən şərikli müəlliflikdən asılı olmayaraq,
əsərdən istifadə məsələsində ölən müəllifin vərəsələri ilə razılığa gəlməlidir.
Şərik müəlliflərin hər birinin vərəsələri şərik m üəlliflərin axırıncısının ö l
düyü ildən sonra gələn ilin yanvar ayının 1-dən hesablanmaqla, 50 il
m üddətində m ü ə lliflik hüququndan istifadə edirlər. Şərik müəlliflərin axı
rıncısının ölümü hüquqi fakt kimi 50 illik müddətin hesablanması üçün əsas
götürülür1
2. Misala müraciət edək. Fərz edək ki, şərikli əsərin üç şərik müəllifi
vardır. Şərik müəlliflərdən biri ölür. Onun vərəsəsi şərikli əsərə müəlliflik hüqu
qu əldə edir və bu hüquq şərik müəlliflərin axırıncısının vəfatından (o, 2008-ci
ilin mart ayının 4-də vəfat etmişdir) sonra gələn ilin yanvar ayının 1-dən he
sablanmaqla 50 il müddətinə qüvvədə qalır (2009-cu ilin yanvarın 1-i + 50 il).
Üçüncüsü, qanun m üəllifin vəfatından sonra 30 il müddətində ilk dəfə
dərc e d ilm iş əsərə m üə lliflik hüququnun qüvvədə olması barədə xüsusi
müddət müəyyən edir. Belə ki, bu cür əsərlərə müəlliflik hüququ 50 il müddə
tində qüvvədə qalır. Əsərin qanuni dərc edilməsi hüquqi fakt kimi 50 illik
müddətin hesablanması üçün əsas götürülür. Öldüyünə görə müəllifin özü
yox, onun vərəsələri məhz əsərin qanuni dərc edilmə tarixindən sonra gələn
ilin yanvar ayının 1-dən hesablanmaqla, 50 il müddətində müəlliflik hüququn
dan istifadə edirlər.
1 « M ü ə lliflik hüququ və ə laqəli hüquqlar haqqında» qanunun 25-ci maddəsinin 2-ci bəndi.
2 « M ü ə lliflik hüququ və ə laqəli hüquqlar haqqında» qanunun 25-ci maddəsinin 2-ci bəndi
239
Dördüncüsü, qanun kollektiv əsərə (müəlliflik hüququ barədə qanunun
10-cu maddəsi) müəlliflik hüququnun qüvvədə olması barəsində də xüsusi
müddət müəyyən edir. Naşirin həmin əsərlərdən bütövlükdə istifadə etmək
üçün müstəsna hüququ 50 il müddətində qüvvədə olur. 50 illik müddətin he
sablanması üçün iki cür hüquqi fakt əsas götürülür. Əsərin dərc edilm əsi bu
faktlardan biridir. Buna görə də kollektiv əsərdən istifadəyə müstəsna hüquq
əsərin dərc edildiyi ildən sonra gələn ilin yanvar ayının 1-dən hesablanmaqla,
50 il müddətində qüvvədə olur.
Göstərilən hüquqi fakt olmadıqda, yəni əsər dərc edilmədiyi hallarda 50 illik
müddətin hesablanması üçün digər hüquqi fakt - əsərin yaranm ası kim i hü
quqi fakt əsas götürülür. Ona görə də naşirin kollektiv əsərdən istifadəyə
müstəsna hüququ əsərin yaradıldığı tarixdən (ildən) sonra gələn ilin yanvar
ayının 1-dən hesablanmaqla, 50 il müddətinə qüvvədə olur.
Əsərin ictimai
Əsərə müəlliflik hüququnun qüvvədə olma müddətinin
varidata keçməsi
keçməsi (ötməsi), yəni həmin müddətin başa çatması
V
müəyyən hüquqi nəticələrə səbəb olur. Qeyd etmək
lazımdır ki, müəlliflik qanunvericiliyinin müəyyən etdiyi «müəllifin bütün həyatı
(ömrü) boyu və onun ölümündən (vəfatından) sonra 50 il» kimi müddət əsərin
müəlliflik hüquq normaları ilə qorunma (mühafizə olunma) müddətidir. Məlum
məsələdir ki, əgər həmin müddət ötərsə (keçərsə) və başa çatarsa, onda əsər
də müəlliflik hüquq normaları ilə qorunmayacaqdır. Belə əsər əvvəldə qeyd et
diyimiz kimi, müəlliflik hüquq normaları ilə qorunmayan obyektlər sırasına daxil
edilir və ictimai varidata keçir.
İctimai varidata keçmə dedikdə, əsərin cəmiyyətin malına çevrilməsi başa
düşülür. Cəm iyyətin malına çevrilm ə dedikdə isə əsərdən müəllifin razılığı
olmadan və ona müəllif qonorarı verilmədən hər bir ictimaiyyət üzvünün sər
bəst istifadə etməsi başa düşülür. Əsərdən istənilən şəxs öz mülki hüquq qa
biliyyəti çərçivəsində sərbəst istifadə edə bilər. Lakin bu, o demək deyildir ki,
belə əsər barəsində istənilən hərəkətin edilməsinə (əsərin qısaldılmasına, də
yişdirilməsinə və ona əlavələr edilməsinə, əsərin mənimsənilməsinə və s.) yol
verilir. Cəmiyyətin malına çevrilmiş əsərlərdən istifadə zamanı hər bir kəs mü
əllifin şəxsi qeyri-əmlak hüquqlannı (müəllif kimi tanınmaq hüququnu, ad hü
ququnu və s.) gözləməlidir. Xüsusilə əsərin tamlığı, bütövlüyü və toxunulmazlı
ğı təmin edilməlidir.
İctimai varidata o əsərlər də keçmiş sayılır ki, onlar heç vaxt Azərbaycan
Respublikasının ərazisində qorunmamış olsun.
Əsərin dövlət
Müəyyən şəraitdə müəlliflik hüququnun subyekti
varidatı elan edilməsi
rolunda ^ агЬаУсап, Respublikası (dövləti) də
çıxış edə bilər. Məsələ burasındadır kı, əsər barə
sində onun subyektiv müəlliflik hüququ əldə etməsi mümkündür. Belə ki, qa
nunda nəzərdə tutulan bir sıra hallar əsasında dövlət subyektiv müəlliflik hü
ququnun daşıyıcısı ola bilər. Əsərin dövlət varidatı elan edilməsi həmin hallar
dan biridir. Müəlliflik hüququ haqqında qanunun 27-ci maddəsinin 2-ci bəndi
əsərin dövlət varidatı elan edilməsi ilə bağlı olan münasibətlərin tənzimlənmə
sinə həsr edilmişdir. Belə halda dövlət müəllif müqaviləsi və vərəsəlik əsasın
2 4 0
d a
yox, qanunda ifadə edilən birbaşa göstəriş əsasında müəlliflik hüququnun
subyekti olur.
Dövlət varidatı elan edilm əsi dedikdə, əsərin dövlət malı kimi tanınması
b a ş a
düşülür. Əsər o halda dövlət malı elan edilə bilər ki, o, ictimai varidat sı
ra s ın a
aid olunsun. Belə ki, Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə
a id
edilən əsərləri Müəllif Hüquqları Agentliyinin müəyyən etdiyi qaydada döv
lət malı elan edilə bilər. Belə əsərdən istifadə etmək hüququ dövlətə keçir.
Dövlət malı elan edilmiş əsərdən istifadəyə görə xüsusi ödənişlər müəy
yənləşdirilə bilər. Belə əsərlərdən istifadəyə görə hesablanan qonorar dövlətə
ödənilir. Bu məqsədlə qonorar Müəllif Hüquqları Agentliyinin hesabına köçürü
lür. Axı, o, müəlliflik hüquqları sahəsində dövləti təmsil edən və dövlət siyasə
tin i
həyata keçirən mərkəzi icra hakimiyyət orqanıdır'. Bu orqanın hesabına
köçürülmüş qonorar da məhz müəlliflik hüquqları sahəsində dövlət siyasətinin
həyata keçirilməsi məqsədi ilə istifadə olunur.
§ 11. Müəlliflik hüquqlarının keçməsi və verilməsi
M üəlliflik
hüquqlarının
ərəsəlik qaydasında
keçməsi
Müəlliflik hüquq doktrinası (elmi), habelə müəlliflik
qanunvericiliyi müəllif hüququnun subyektləri dairə
sinə (sırasına) müəyyən kateqoriya şəxslər aid edir
ki, vərəsələr onlardan biri sayılırlar. Özü də dərhal
buradaca qeyd edərək göstəririk ki, müəlliflik hüquq
nəzəriyyəsində göstərildiyi kimi, vərəsələr m üə lliflik hüququnun ilkin yox,
törəm ə s u b ye ktlərid ir. Ona görə ki, onlar əsər barəsində subyektiv müəlliflik
hüququnu özlərinin hərəkəti vasitəsilə yox, yəni əsər yaratmaları ilə yox, vərə
səlik kim i hüquqi fa kt əsasında əldə edirlər. Müəlliflik qanunvericiliyi müəl
liflik hüquqlarının vərəsəlik qaydasında keçməsinə yol verir. Belə ki, müəllif öl
dükdən sonra müəlliflik hüququ 50 il müddətinə onun vərəsələrinə keçir.
Vərəsəlik hüququ ancaq müəllifin əmlak (iqtisadi) hüquqları barədə yaranır.
Bu, o deməkdir ki, yalnız əmlak (iqtisadi) xarakterli m üəlliflik hüquqları və-
rəsəliyin o byekti (predm eti) ola bilər. Müəllifin şəxsi qeyri-əmlak hüquqları
(müəllif kimi tanınmaq hüququ, ad hüququ və s.) isə vərəsəliyin obyekti (pred
meti) ola bilməz. Məsələ burasındadır ki, müəllifin şəxsi qeyri-əmlak hüquqları
bölünməz və özgəninkiləşdirilməz olub, onun şəxsiyyəti ilə sıx surətdə bağlı
dır. Məhz bu səbəbdən müəllifin ölümü ilə həmin hüquqlar da ləğv edilir və bu
na görə də vərəsəlik qaydasında keçmir.
Əlbəttə, müəlliflik hüquqlarının müəllif öldükdən sonra onun vərəsələrinə
keçməsi prosesi vərəsəlik hüquq normalarının müəyyən etdiyi qaydalara tabe
dir. Müəlliflik hüquqlarının vərəsəliyi zamanı müəlliflik hüququnun subyektləri
məhz həmin qaydalardan çıxış edirlər. Başqa sözlə desək, müəllifin ölümün
dən sonra əmlak xarakterli müəlliflik hüquqlarının vərəsəliyi ümumi mülki (və
rəsəlik) qaydalarla tənzimlənir. Lakin nə müəlliflik qanunvericiliyi, nə də vərə
1 Azərbaycan Respublikası N a zirlə r K abinetinin 1993-cü il 10 sentyabr tarixli 488 saylı qərarı ilə
təsdiq e dilm iş «Azərbaycan Respublikası M ü ə llif Hüquqları A ge n tliyi haqqında» Əsasnamənin 1-ci
hissəsi.
2 4 1
səlik qnnunvericiliv' nv.i.olliflik hüququ subyektlərinin vərəsəlik qaydasında əsər
barəsində hüquqlar (müəlliflik hüquqları) əldə etməsi ilə bağlı münasibətləri
müfəssəl şəkildə tənzim edir. Buna görə də ya müəlliflik qanunvericiliyinin, ya
da vərəsəlik qanunvericiliyinin m üəlliflik hüquqlarının vərəsəliyi məsələsi
nin geniş şəkildə
n iz a m la m a s ın ı
məqsədəuyğun
h e s a b e d ir ik .
Vərəsəlik hüququna görə, mirası əldə etmək tiçün vərəsə onu qəbul etməli
dir. Miras isə iki yolla qəbul edilir': faktiki yolla (bu yolun mahiyyəti ondan iba
rətdir ki, vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başlayır və ya mira
sa yiyələnir); hüquqi və ya formal yolla (bu yolun mahiyyəti ondan ibarətdir ki,
vərəsə mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə əri
zə verir).
Sual olunur: müəlliflik hüquqlarını əldə etmək üçün vərəsə onları qəbul et
məlidirmi? Qeyd etmək lazımdır ki, mirasın tərkibinə müxtəlif əmlak növləri
(məsələn, yaşayış evi, torpaq sahəsi, bank əmanəti, minik avtomobili, qaraj,
nağd pul, qiymətli kağızlar və s.), o cümlədən müəlliflik hüquqları daxil olarsa,
onda vərəsənin xüsusi və ayrıca olaraq m ü ə lliflik hüquqlarını qəbul etmə
si tələb olunmur. Məsələ burasındadır ki, vərəsənin mirasa daxil olan hər
hansı əmlakı faktiki surətdə idarə etməyə başlaması və ya ona yiyələnməsi
(sahiblik etməsi) eyni zamanda həm də ölmüş müəllifin müəlliflik hüquqlarının
qəbul olunmasını ifadə edəcəkdir. Belə halda vərəsənin müəlliflik hüquqlarını
qəbul etməyə razılığını bildirməsini ifadə edən hər hansı xüsusi hərəkətin yeri
nə yetirilməsinə ehtiyac yoxdur.
Amma əgər miras yalnız müəlliflik hüququndan ibarət olarsa və onun tərki
binə hər hansı əmlak daxil olmazsa, onda vərəsənin m ü ə lliflik hüquqlarını
qəbul etməsi tələb olunur. Faktiki yolla bunu etmək olmaz. Belə ki, hüquqla
ra, o cümlədən müəlliflik hüquqlarına faktiki surətdə sahiblik (yiyəlik) edilməsi,
onların faktiki surətdə idarə olunması qeyri-mümkündür. Ona görə də vərəsə
formal yolla, yəni notariat orqanına mirası (müəlliflik hüquqlarını) qəbul etmək
barədə ərizə verməklə müəlliflik hüquqlarını qəbul etməli və vərəsəlik şəha
dətnaməsi almalıdır.
Vərəsələr yalnız müəllif qanunvericiliyində nəzərdə tutulan müddətdə müəl
liflik hüquqlarından istifadə edə bilərlər. Belə ki, vərəsələrin müəlliflik hüququ
müəllifin öldüyü ildən sonra gələn ilin yanvar ayının 1-dən hesablanmaqla, 50
il müddətinə qüvvədə olur. Bu müddət keçdikdə (ötdükdə) isə onların əsərdən
istifadəyə müstəsna hüququ xitam verilir.
Müəlliflik hüquqlarının vərəsəliyi həm qanun üzrə, həm də vəsiyyət üzrə hə
yata keçirilir. Əgər vəsiyyətnamə tərtib edilməyibsə, onda müəlliflik hüquqları
nın vərəsəliyi qanun üzrə həyata keçirilir.
Bəzi şəxslərin vərəsəlik qaydasında müəlliflik hüquqlarını əldə etmələri
mümkün olmur. Söhbət hər şeydən əvvəl, ləyaqətsiz vərəsələrdən gedir. Belə
ki, miras qoyan müəllifin son iradəsini həyata keçirməsinə qəsdən maneə tö
rətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırıl
masına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət
2 4 2
Allahverdiyeviı S.S.
Azərbaycan Respublikasının vərəsəlik hüququ. Dərs vəsaili. Bakı, 2004.
edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və
ya digər əxlaqsız hərəkət törətmiş şəxs ləyaqətsiz vərəsə adlanır. Ləyaqətsiz
vərəsə isə m üə lliflik hüquqlarını nə qanun üzrə vərəsəlik, nə də vəsiyyət
üzrə vərəsəlik qaydasında əldə edə bilər. Amma göstərilən faktlar (cinayət
və digər əxlaqsız hərəkətlər) qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təs
diqlənməlidir (MM-in 1137-ci maddəsi)'.
Vərəsələr təm siletm ə hüququ üzrə vərəsəlik qaydasında müəlliflik hü
quqlarını əldə edə bilərlər. Belə halda müəllifin vərəsələri təmsiletmə hüququ
üzrə vərəsələr adlanırlar. Təmsiletmə hüququ üzrə vərəsələr müəlliflik hü
quqlarını əldə edərkən öz ölmüş valideynini vərəsəlik münasibətlərində təmsil
edirlər. Belə halda miras açıldığı vaxt miras qoyanın (müəllifin) vərəsələri ola
caq valideyn sağ olmur. Təmsiletmə hüququ üzrə vərəsə öz ölmüş valideyni
nin əldə edə biləcəyi müəlliflik hüququndan istifadə edir. Məsələn, miras qo
yan ata (müəllif) vəfat etməmişdən əvvəl onun qızı ölür, oğlu isə sağ qalır. Öl
müş qızın üç övladı vardır (onlar atanın nəvələridirlər). Ata (müəllif) ölür və bu
nunla miras açılır. Həm müəllifin oğlu, həm də onun üç nəvəsi (ölmüş qızın öv
ladları) müəlliflik hüquqları əldə edəcəkdirlər. Nəvələr təmsil etmə hüququ üz
rə vərəsələr hesab olunurlar. Onlar öz ölmüş atasının (müəllifin), əgər ata sağ
olsaydı, istifadə edə biləcəyi müəlliflik hüquqlarını əldə edirlər.
Müəllif ölüm hadisəsi olacağı halda öz yaratdığı əsərin taleyini müəyyən
etmək üçün vəsiyyətnam ə tərtib edə bilər. Bunun üçün onun ayrıca olaraq
vəsiyyətnamə tərtib etməsi mümkündür. Belə vəsiyyətnamə m üəllif vəsiyyət
naməsi və ya ədəbiyyat vəsiyyətnam əsi də adlanır.
Müəlliflik hüquqlarının vərəsəliyinin digər xüsusiyyətləri bundan əvvəlki pa-
raqrafların birində nəzərdən keçirilmişdir. Buna görə də bu məsələyə geniş to
xunmağa lüzum bilmirik.
M üəlliflik hüquqlarının
m üəllif müqaviləsi
üzrə verilməsi 1
Əsərdən istifadə etmək hüququ (subyektiv müəl
liflik hüququ) hər bir kateqoriya subyekt üçün
müxtəlif hüquqi faktlar əsasında yaranır. Bu fakt
ların vasitəsilə o, subyektiv müəlliflik hüququ əldə
edir və müəlliflik hüququnun subyekti kimi tanınır. Müəllif müqaviləsi həmin
faktlardan biridir. Qanun subyektiv müəlliflik hüququnun həmin müqavilə əsa
sında keçməsinə yol verir. Müəlliflik hüququ barədə qanunda göstərilir ki, mü
ə lliflik hüquqları m üə lliflik m üqavilələri üzrə v e rilir2.
Müəllif müqaviləsi əsərdən istifadə hüququnun realizə forması, həyata keçi
rilmə vasitəsidir. Belə ki, başqa şəxslər əsərdən istifadə etmək hüququna ma
likdirlər. Bu hüququ gerçəkləşdirmək, həyata keçirmək üçün onlar müəlliflə
müqavilə bağlayırlar ki, o, müəllif müqaviləsi adlanır.
Digər tərəfdən, qeyd etmək lazımdır ki, əvvəldə göstərdiyimiz kimi, əsər
başqa şəxslər tərəfindən dərk olunmağa, qavranılmağa və başa düşülməyə
imkan verən hər hansı bir obyektiv formada ifadə edildiyi anda, necə deyərlər,
lazımi xarici formaya düşdüyü anda subyektiv müəlliflik hüququ yaranır. Məhz
1
Ləyaqətsiz vərəsə barədə bax:
Allahverdiyev S.S.
Azərbaycan Respublikasının vərəsəlik hüququ.
Dərs vəsaiti. Bakı. 2004, s. 138-144.
: « M ü ə lliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 28-ci maddəsi.
243
həmin anda da müəllif üçün əsəri dərc etdirmək, onun surətini çıxarmaq və
yaymaq, habelə qanunun yol verdiyi üsullarla əsərdən gəlir götürmək və digər
hüquqi imkanlar (səlahiyyətlər) əmələ gəlir. Göstərilən hərəkətlər müəyyən
dərəcədə müəllifin özü tərəfindən həyata keçirilə bilər (məsələn, əsərin surəti
ni çıxarmaq, əsəri kütləvi ifa etmək və s ). Amma tez-tez hallarda müəllif bu
məqsədlər üçün başqa şəxslərin köməyindən istifadə edir, onların yardımına
bel bağlayır. Şübhəsiz ki, bu cür hallarda münasibətlərin rəsmiləşdirilməsinə,
belə şəxslərin əsərdən istifadə etmələrinə müəllifin razılıq verməsini təsdiq et
məyə ehtiyac və zərurət yaranır.
Çox vaxt müəllifin razılıq verməsi ikitərəfli (qarşılıqlı) əqdin köməyi ilə ifadə
olunur. Həmin əqd mülki hüquq elmində (doktrinasında) və müəlliflik qanunve
riciliyində müəllif müqaviləsi adlanır. Əsərdən istifadə etmək bu müqavilənin
hüquqi məqsədini təşkil edir. Müəllif müqaviləsi məhz əsərin istifadəyə veril
məsini təmin edir. Onun vasitəsi ilə əmlak (iqtisadi) xarakterli müəlliflik hüquq
ları başqa şəxslərə keçir.
M üəllif müqaviləsi tərəflər arasında bağlanan elə b ir ə q d dir ki, bu əq-
də görə bir tərəf (m üəllif) əsərdən istifadə etmək hüququnu (əmlak hü
quqlarını) onların razılığa gəldikləri müddətə və şərtlərlə d ig ə r tərəfə (is
tifadəçiyə) verir və ya verməyi öhdəsinə götürür.
Müəllif müqaviləsi m ülki-hüquqi m üqavilənin m üstəqil növlərindən b iri
dir, O, öz hüquqi təbiətinə görə konsensual, əvəzli və ik itə rə fli (qarşılıqlı)
müqavilədir. Bununla belə, müəllif müqaviləsi real, əvəzsiz və birtərəfli mü
qavilə kimi də bağlana bilər.
Müəllif m üqaviləsinin predm etini elm, ədəbiyyat və incəsənət əsərlərin
dən istifadə hüququnun verilməsi təşkil edir. Bəzən belə əsərləri yaratmaq
müəllif müqaviləsinin predmeti qismində çıxış edə bilər. Məsələn, bədii sifariş
müqaviləsinin predmetini ictimai yerlərdə qoyulmaq üçün təsviri sənət əsərini
yaratmaq təşkil edir.
Müəllif m üqaviləsinin obyekti isə elm, ədəbiyyat və incəsənət əsərlərin
dən ibarətdir.
Müəllif müqaviləsinin bağlanmasında iki tərəf iştirak edir: müəllif: istifadəçi.
Müəllif müqaviləsini müəllifin hüquqi varisləri (vərəsələri) də bağlaya bilərlər.
Müəllif müqaviləsi yazılı formada bağlanılır.
Mülki-hüquqi müqavilənin bir növü olduğuna görə müəllif müqaviləsindən
m ülki-hüquqi öhdəlik yaranır. Mülki-hüquqi öhdəliklər isə «Öhdəlik hüququ»
adlı bölmədə işıqlandırılır. Buna görə də müəllif müqaviləsinə burada geniş to
xunmağı lazım bilmirik.
Dostları ilə paylaş: |