§ 2. Patent hüququnun subyektləri
Patent hüququ
subyektlərinin
anlayışı və dairəsi
Sənaye mülkiyyəti obyektlərinin yaradılması, hüquq
mühafizəsi və onlardan istifadə olunması ilə bağlı ola
raq hüquq münasibəti əmələ gəlir. Həmin münasibət
çərçivəsində subyektiv sənaye m ülkiyyə ti hüquqla
rı (məsələn, sənaye mülkiyyəti obyektinin müəllifi kimi tanınmaq hüququ, ad
hüququ, iddia sənədi vermək hüququ, haqq almaq hüququ, istifadə hüququ və
s.) yaranır ki, onların daşıyıcıları patent hüququnun subyektləri adlanır.
Patent hüququnun subyektləri dedikdə, subyektiv sənaye m ülkiyyəti
hüquqlarının məxsus olduğu şəxslər başa düşülür.
1 Q .M .Velyaminov konvensiyanın 9 iştirakçısı olmasını göstərir
(Вельяминов Г.М.
Мсждународ-
нос экономическое право и процесс. Учебник. М ., 2004, с. 343). О , Ukraynanı iştirakçılar sırasına
daxil etmir.
302
Patent hüququnun subyektlərinin dairəsi kifayət qədər genişdir. Onlara aiddir:
• sənaye mülkiyyəti obyektinin müəllifi;
• patent sahibləri;
• hüquq varisləri (vərəsələr);
• Azərbaycan Respublikası (dövləti).
Patent hüququnun ayrı-ayrı subyektləri müxtəlif hüquqi faktlar əsasında
subyektiv hüquqlara malik olur, həmin hüquqları əldə edir, bir sözlə, onların
daşıyıcıları olurlar. Məsələn, sənaye m ülkiyyəti obyektini yaratmaq kimi
hüquqi fa kt müəllifin patent hüququnun subyekti hesab edilməsinə səbəb
olur. Səlahiyyətli dövlət orqanından sənaye mülkiyyəti obyekti üçün patent al
maq faktı patentin sahibini patent hüququnun subyekti kimi tanıtdırır. Vərəsə
lərin patent hüququnun subyekti kimi tanınmasına səbəb olan hüquqi fakt və
rəsəlik hesab edilir. M ülki-hüquqi əqdlər (müqavilələr) kimi hüquqi fakt sə
naye mülkiyyəti obyektindən istifadə hüququnun istifadəçiyə keçməsinə səbəb
olur. Söhbət sənaye mülkiyyəti obyektindən istifadə hüququnun verilməsi ba
rədə lisenziya m üqavilələrindən gedir. Belə halda istifadəçi (fiziki və hüquqi
şəxslər) patent hüququnun subyekti olurlar. Hüquqi faktlardan biri qanunda
ifadə olunan g ö stə riş hesab edilir ki, həmin göstəriş əsasında müxtəlif qu
rumlar, məsələn, dövlət patent hüququnun subyekti olur. Dövlət milli təhlükə
sizlik maraqlarını təmin etmək məqsədilə sənaye mülkiyyəti obyektlərindən is
tifadə hüququ əldə edə bilər1.
Müəllif patent hüququnun əsas və başlıca subyekti hesab
uə ı pa en
0|unur. Belə ki, subyektiv hüquqlar sənaye mülkiyyəti ob-
su bvektilüm i
yekt' (ixtira’ faydaİ1 model və sənaye nümunəsi) barəsin-
"
də və onunla bağlı olaraq yaranır. Obyekt olmadan nə pa
tent hüquq münasibətləri, nə də subyektiv sənaye mülkiyyəti hüquqları (patent
hüquqları) əmələ gələ bilər. Sənaye mülkiyyəti obyektlərini isə məhz müəllif
yaradır. Patent hüququnun subyekti kimi müəllifin hüquqi statusu patent haq
qında qanunla müəyyən olunur1
2. Qanunda müəllifə anlayış da verilir.
M üəllif dedikdə, sənaye m ülkiyyəti obyektini, yəni ixtiranı, faydalı mo
deli və sənaye nüm unəsini yaradıcı əməyi ilə yaradan şəxs başa düşülür.
Yalnız fiziki şəxslər müəllif qismində çıxış edə bilərlər. Hüquqi şəxslərə gəl
dikdə isə qeyd edə bilərik ki, onlar patent hüququnun subyekti olsalar da sə
naye mülkiyyəti obyektinin müəllifi kimi tanına bilməzlər. Hüquqi şəxslər ancaq
patent sahibi və hüquqi varis qismində patent hüququnun subyekti ola bilər.
Qeyd etmək lazımdır ki, əqli mülkiyyət obyektlərinin (yaradıcılıq fəaliyyətinin
nəticələrinin) müəllifi olmaq imkanı fiziki şəxsin hüquq qabiliyyətinin məzmu
nunu təşkil edən elementlərdən biridir3. Mülki fəaliyyət qabiliyyətindən fərqli
olaraq, mülki hüquq qabiliyyəti, birincisi, fiziki şəxslərin yaşından asılı deyildir.
Buna görə də fiz ik i şəxslər yaşından asılı olmayaraq sənaye mülkiyyəti
o byektinin m üəllifi ola bilərlər. Odur ki, həm həddi-buluğa çatan şəxslərin,
1 «Patent haqqında» qanunun 18-ci maddosi.
2 «Patent haqqında» qanunun I l-c i maddəsi.
3 Y eni M ü lk i M əcəllədən fərqli olaraq, köhnə 1964-cü il M ü lk i M əcəllənin 10-cu maddəsində bu
barədə birbaşa göstəriş vardır.
303
həm də yetkinlik yaşına çatmayan şəxslərin sənaye mülkiyyəti obyektinin mü
əllifi ola bilməsi mümkündür.
Digər tərəfdən, mülki fəaliyyət qabiliyyətindən fərqli olaraq, mülki hüquq qa
biliyyəti fiziki şəxslərin sağlamlıq vəziyyətindən asılı deyildir. Bu isə o demək
dir ki, fiziki şəxslər özlərinin sağlamlıq vəziyyətindən asılı olm ayaraq səna
ye mülkiyyəti obyektinin m üəllifi ola bilərlər. Məhz bu səbəbdən ruhi-əqli
cəhətdən sağlam olan şəxslərin də, sağlam olmayan şəxslərin də sənaye
mülkiyyəti obyektinin müəllifi olması mümkündür.
Əgər sənaye mülkiyyəti obyektinin müəllifi olmaq hüququ fiziki şəxsin ya
şından və sağlamlıq vəziyyətindən asılı deyildirsə, onda belə hüquq onun m ül
ki fəaliyyət qabiliyyətindən də asılı olmur. Deməli, həm tam mülki fəaliyyət
qabiliyyətli, həm də mülki fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər sənaye
mülkiyyəti obyektinin müəllifi ola bilərlər.
Lakin tam mülki fəaliyyət qabiliyyəti olmayan şəxslər sənaye mülkiyyəti ob
yektinin müəllifi olmaq hüququna malik olsalar da, onlar həmin obyektlərlə
bağlı olaraq yaranan hüquqlarını (sənaye m ülkiyyəti hüquqlarını) m üstəqil
surətdə həyata keçirə bilməzlər. Bu, məlum məsələdir. Belə ki, hüquqları
həyata keçirmək iradəvi hərəkətdir. Iradəvi hərəkət isə fiziki şəxsin mülki fəa
liyyət qabiliyyətindən asılıdır. Ona görə də tam mülki fəaliyyət qabiliyyəti olma
yan fiziki şəxslərin (məsələn, 14 yaşa kimi azyaşlıların, ruhi xəstələrin, əqli cə
hətdən zəif olan şəxslərin) sənaye mülkiyyəti hüquqlarını onların qanuni nü
mayəndələri (valideynləri və qəyyumları) həyata keçirirlər.
Amma natamam (nisbi) mülki fəaliyyət qabiliyyətli şəxslərin, yəni 14 yaşın
dan 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların səlahiyyəti vardır ki, va
lideynlərinin və ya himayəçinin razılığı olmadan, müstəqil surətdə ixtiranın və
ya sənaye mülkiyyətinin digər obyektlərinin müəllifinin hüquqlarını həyata ke
çirsinlər. Qanun buna yol verir (MM-in 30-cu maddəsinin 2-ci bəndinin 2-ci ya-
rımbəndi).
Xarici fiziki şəxslərə gəldikdə isə qeyd etmək lazımdır ki, onlar da sənaye
mülkiyyəti obyektinin müəllifi olmaq hüququna malikdirlər. Ona görə ki, xarici
fiziki şəxslər patent haqqında qanunda nəzərdə tutulan hüquqlardan (əlbəttə,
sənaye mülkiyyəti obyektinin müəllifi olmaq hüququndan) Azərbaycan Res
publikasının iştirak etdiyi beynəlxalq m üqavilələrə və ya qarşılıqlı olma
prinsipinə əsasən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər istifa
də edirlər'. Qarşılıqlı olma dedikdə, xarici şəxsləri müəyyən rejimlə (milli re
jimlə) və ya hər hansı hüquqla təmin etmək başa düşülür. Qarşılıqlı olmanın
mahiyyəti xarici dövlətin şəxslərinə müəyyən hüquqlar verməkdən ibarətdir,
bir şərtlə ki, bu hüquqları verən dövlətin şəxsləri həmin xarici dövlətdə analoji
(eyni) hüquqlardan istifadə edəcəkdir2. Məsələn, Azərbaycan Respublikası
Fransanın şəxslərinə bu şərtlə sənaye mülkiyyəti obyektinin müəllifi olmaq hü
ququ verir ki, Azərbaycan Respublikasının şəxsləri Fransada analoji hüquq
dan istifadə etsinlər.
"Patent haqqında» qanunun 42-ci maddəsi.
2
Б огусловскчй M .M .
Международное частное право. Учебник. M ., 2002, с. 113.
304
Patent hüququnun subyekti qismində şərik müəlliflər də çıxış edə bilərlər.
Söhbət sənaye mülkiyyəti obyektinin yaradılmasında birgə əməyi iştirak edən
bir neçə (iki və ya daha artıq) şəxsdən gedir. Şərik müəlliflərə hər hansı konk
ret elmi, konstruktor və ya texnoloji problemi həll etmək üçün birləşərək birgə
ış
görən mütəxəssisləri misal göstərmək olar.
Ö zlərinin yaradıcı əməyi ilə sənaye m ülkiyyəti obyektinin yaradılma
sında iş tira k edən b ir neçə (iki və ya daha artıq) fiziki şəxsə şərik müəllif
lər və ya m üştərək m ü ə lliflə r deyilir. Qanunda şərik müəlliflərə məhz belə
anlayış verilir'.
Şərik müəlliflər özlərinin birgə əməyi ilə yaratdıqları sənaye mülkiyyəti obyek
tinə şərikli m üə lliflik hüququna (şərikli m üəllifliyə) malikdirlər. Şərikli müəllif
lik hüququnun yaranması üçün bir neçə şərtə əməl olunması tələb edilir.
B irin c i şərt ondan ibarətdir ki, sənaye mülkiyyəti obyektinin yaradılmasın
da b ir neçə (iki, ya daha çox) şəxs iştirak etməlidir. Aydın məsələdir ki, bir
şəxsin iştirakı ilə şərikli müəlliflik yarana bilməz.
İkinci şərtə görə, sənaye mülkiyyəti obyekti b ir neçə şəxsin şəxsən bir
gə yaradıcı əm əyi nəticəsində yaradılmalıdır. Onlardan hər biri birgə işə öz
yaradıcılıq töhfəsini verməlidir. Həmin şəxslər sənaye mülkiyyəti obyektinin
yaradılmasında şəxsən yaradıcı əməyi olan şəxslərdir. Buna görə də sənaye
mülkiyyəti obyektinin yaradılmasında şəxsən yaradıcı əməyi olmayan, müəllif
lərə (müəllifə) yalnız texniki, təşkilati və ya maddi yardım etmiş, yaxud sə
naye mülkiyyəti obyektinə olan hüquqların rəsmiləşdirilməsinə və ondan istifa
dəyə kömək göstərmiş fiziki şəxslər şərik müəlliflər sayılmırlar1
2.
Şərik müəlliflərin yaratdıqları sənaye mülkiyyəti obyekti barəsində müəyyən
hüquqları, xüsusən də əmlak (istifadə) hüquqları əmələ gəlir. Həmin hüquq
lardan istifadə qaydası onların razılıqları ilə müəyyən edilir. Bu məqsədlə şərik
müəlliflər öz aralarında m üqavilə bağlayırlar. İvləhz həmin müqavilə əsasın
da müəlliflərin sənaye mülkiyyəti obyekti barəsində yaranmış hüquqlarından
istifadə qaydası ilə bağlı münasibətlər tənzimlənir3.
Sənaye mülkiyyəti obyektlərinin istifadəsi ilə bağlı şərik müəlliflər arasında
mübahisələr yarana bilər. Belə mübahisələr məhkəmə qaydasında həll edilir.
Sənaye mülkiyyəti obyektlərinin qorunması və istifa
dəsi ilə bağlı münasibətlərdə patent sahibi kimi sub
yekt də iştirak edir. Patent sahibi patent hüququnun
əsas subyektlərindən, onun necə deyərlər, mərkəzi fi
qurlarından biridir. Ona görə ki, qoruyucu sənəd olan patent sənaye mülkiyyəti
obyektlərindən istifadə etmək üçün öz sahibinə (patent sahibinə) müstəsna
hüquq verir. Kim patentin sahibidirsə, o da sənaye mülkiyyəti obyektlərindən
istifadəyə müstəsna hüquqa malikdir.
Patent sahibi dedikdə, sənaye m ülkiyyəti obyektlərini qorumaq və on
lardan istifadə etməyə müstəsna hüquq əldə etmək üçün səlahiyyətli
dövlət orqanının patent (qoruyucu sənəd) verdiyi şəxs başa düşülür. Pa-
Patent sahibi
patent hüququ
nun subyekti kimi
1 «Patent haqqında» qanunun ! l- c i maddəsinin l- c i bəndi.
2 «Patent haqqında» qanunun ! l- c i maddəsinin 2-ci bəndi.
3 «Patent haqqında» qanunun 1 l- c i maddəsinin l- c i bəndi.
tent sahibi qanunda nəzərdə tutulan qaydada patenti əldə edən şəxsdir. Həm
fiziki şəxslər, həm də hüquqi şəxslər patent sahibi ola bilərlər. Bunlardan
əlavə, dövlətin də patenti (patent hüquqlarını) eldə etməklə patent sahibi kimi
tanınması mümkündür.
Patent sahibi rolunda hər şeydən əvvəl, ilk növbədə, sənaye m ülkiyyəti
obyektinin müəllifi çıxış edir. Başqa sözlə desək, patent birinci növbədə sə
naye mülkiyyəti obyektinin müəllifinə verilə bilər. Belə halda müəllif və patent
sahibi eyni şəxsdə birləşərək üst-üstə düşürlər. Bu cür vəziyyəti, yəni patent
sahibi ilə müəllifin eyni şəxs olmasını başa düşmək olar. Belə ki, öz yaradıcı
əməyi ilə sənaye mülkiyyəti obyektini (məsələn, yeni təyinatlı soyuducunu və
ya yeni təyinatlı saatı və s.) yaradan şəxs dərhal müəllif statusu əldə edir.
Məlum məsələdir ki, müəllif yaratdığı obyekti qorumaq və hüquqi mühafizə
ilə təmin etmək üçün səlahiyyətli dövlət orqanından patent almalıdır. Obyekti
yaratdığı andan onun patent almaq hüququ yaranır. Bu hüququ həyata keçir
mək üçün, yəni patent almaq üçün müəllif səlahiyyətli dövlət orqanına iddia
sənədi verir. Həmin orqan sənaye mülkiyyəti obyektini qeydə alır və müəllifə
patent verir. Bu andan isə o, patent sahibi kimi tanınır. Deməli, eyni şəxs mü
əllif və patent sahibi kimi statusları müxtəlif anlarda (obyekt yarandığı anda və
həmin obyekt qeydə alındığı anda) əldə edir1.
Digər tərəfdən, patent sahibi qismində müəllifdən başqa, digər şəxslər də
çıxış edə bilərlər. Belə ki, qeyd etdiyimiz kimi, müəllifin öz yaratdığı sənaye
mülkiyyətini qorumaq üçün patent almaq hüququ vardır. O, bu hüququ başqa
şəxsə verə bilər. Qanun buna yol verir2.
Müəllif patent almaq hüququnu iki yolla başqa şəxsə verə bilər. Birinci
yol ondan ibarətdir ki, özünün yaratdığı sənaye mülkiyyəti obyektinə patent al
maq üçün o, səlahiyyətli dövlət orqanına verdiyi iddia sənədində gələcək pa
tent sahibinin adını göstərir. Başqa sözlə desək, iddia sənədində müəllif
hansı şəxsin gələcəkdə patenti əldə etməsi məsələsini həll edir. Sənaye mül
kiyyəti obyekti səlahiyyətli dövlət orqanında qeydə alındıqdan sonra məhz hə
min şəxsin adına patent verilir. Bununla o, patent sahibi olur.
Ərizə vermək müəllifin patent almaq hüququnun başqa şəxslərə verməsi
nin ikinci yoludur. O, bu yoldan yalnız üç şərt mövcud olduğu halda istifadə
edə bilər. Birinci şərtə görə, müəllif patent verilməsi barədə iddia sənədində
gələcək patent sahibi kimi hər hansı şəxsin adını göstərm əm əlidir. İkinci
şərt isə ondan ibarətdir ki, sənaye mülkiyyəti obyekti hələlik qeydə alınm a
malıdır. Əgər obyekt qeydə alınarsa, onda müəllif həmin yoldan istifadə et
məklə patent almaq hüququnu başqa şəxsə verə bilməz. Üçüncü şərtə görə,
sənaye mülkiyyəti obyekti qeydiyyata alınana kimi müəllifin patent almaq h ü
ququnu başqa şəxsə vermək niyyəti olmalıdır.
Göstərilən üç şərt mövcud olduqda müəllif sənaye mülkiyyəti obyektini qey
də alan səlahiyyətli dövlət orqanına ərizə verir. O, həmin ərizədə gələcək pa
tent sahibi kimi istədiyi şəxsin adını göstərir. Həmin şəxsə də patent verilir.
1 O.S.İoffc haqlı olaraq yazır ki, ixtira yaradıldığı anda şoxsin onun m ü ə llifi k im i tanımaq hüququ
əmələ gəlir {Иоффе O.C.
Советское гражданское право. Часть 3. Л ., 1965, с. 124).
‘ «Patent haqqında» qanunun 12-ci maddəsi.
306
Müəllif patent almaq hüququnu başqa şəxsə (gələcək patent sahibinə) yal
nız o halda verə bilər ki, həmin şəxs buna razılıq versin, öz iradəsini ifadə et
sin. Buna görə də göstərilən hüququn verilməsi üzrə münasibətlər müəlliflə
gələcək patent sahibi arasında bağlanan m ülki-hüquqi əqd (müqavilə) ilə
rəsmiləşdirilir.
Bir sıra hallarda müəllif patenti öz adına alır. Sonradan o, müqavilə əsasın
da patenti istənilən şəxsə güzəşt edə bilər. Belə halda həmin şəxs patent sa
hibi olur.
,
. ..
Bəzən sənaye mülkiyyəti obyektləri işəgötürənlə
Işəgourən paten
gmək münasibətində olan işçi tərəfindən, özü də
əmək sazişinə (kontraktına) əsasən yaradılır. Buna
xidməti sənaye mülkiyyəti obyekti deyilir.
Xidm əti sənaye m ülkiyyəti obyekti dedikdə, işəgötürənlə əmək münasi
bətində olan işçinin öz xidməti (qulluq) vəzifəsini, yaxud işəgötürənin xidməti
(qulluq) tapşırığını yerinə yetirmək qaydasında yaratdığı obyekt başa düşülür.
İşçi dedikdə, işəgötürənlə əmək münasibətində olan və onunla əmək sazi
şi (kontraktı) bağlayan fiziki şəxs başa düşülür. O, sənaye mülkiyyəti obyektini
yaradıcı əməyi ilə yaradan şəxsdir.
İşçi sənaye mülkiyyəti obyektini iki qaydada yarada bilər: öz xidməti (qul
luq) vəzifəsini yerinə yetirmək qaydasında; işəgötürənin verdiyi xidməti (qul
luq) tapşırığı yerinə yetirmək qaydasında (istehsal, elmi-tədqiqat, bədii-qrafik
və başqa səpgidə olan tapşırıq yazılı formada olmalıdır).
İşəgötürən dedikdə, işçinin (müəllifin) əmək fəaliyyəti göstərdiyi, yəni
əmək münasibətində olduğu müəssisənin (idarənin, təşkilatın) mülkiyyətçisi və
ya onun təyin etdiyi rəhbər, səlahiyyətli orqan başa düşülür. Sahibkarlıq fəaliy
yəti ilə məşğul olan fiziki şəxslər də işəgötürən sayılır.
Xidməti sənaye mülkiyyəti obyekti üçün patent almaq hüququ kimə məx
susdur: sənaye mülkiyyəti obyektinin müəllifinə, yoxsa işəgötürənə?
Dünya praktikasına, habelə bir çox dövlətlərin qanunvericilik ənənəsinə gö
rə xidm əti sənaye m ülkiyyəti obyekti üçün patent müəllifə (işçiyə) yox,
işəgötürənə verilir. Xidməti sənaye mülkiyyəti obyekti üçün patent almaq
məqsədi ilə müvafiq orqana iddia sənədi vermək, patent almaq və nəhayət,
patentlə qorunan həmin obyektdən istifadə etmək hüquqları məhz işəgötürənə
məxsusdur. Xarici qanunvericiliyin məsələyə bu cür yanaşmasını başa düş
mək olar. Məsələ burasındadır ki, xidməti sənaye mülkiyyəti obyektləri bir qay
da olaraq, işəgötürənin maliyyə dəstəyi və maddi köməyi ilə yaradılır. Hər
hansı konkret elmi, konstruktor və ya texnoloji problemi həll etmək üçün mütə
xəssislərin səylərini məhz o, birləşdirir. Məhz işəgötürəni patent hüququ ilə tə
min etmək sənaye mülkiyyəti üzrə fəaliyyətin dəstəklənməsində onda maraq
yarada bilər.
Azərbaycan Respublikasının patent hüququ (patent qanunvericiliyi) də eyni
mövqedə durur: işçinin yaratdığı xidm əti sənaye m ülkiyyəti obyekti üçün
patent alm aq hüququ işəgötürənə m əxsusdur'. Amma bu, imperativ yox,
«Patent haqqında» qanunun 13-cü maddəsinin 2-ci bəndi.
307
dispozitiv normadır. Belə ki, işəgötürənlə müəllif olan işçi arasındakı münasi
bətlər müqavilə ilə tənzimlənir. Həmin müqavilədə ayrı qayda da nəzərdə tu
tula bilər. Məsələn, müqavilədə belə şərtlər müəyyən edilə bilər ki, patent al
maq hüququ müəllifə məxsus olsun və ya patenti işəgötürən və müəllif birgə
əldə etsin və ona sərəncam versinlər və ya patent hüquqlarını müəllif xüsusi
saziş əsasında işəgötürənə güzəşt etsin (versin) və s. Əgər müqavilədə bu ki
mi şərtlər olmazsa, müəllif olan işçi xidm əti sənaye m ülkiyyəti o byektini ya
ratdığı andan işəgötürən avtomatik surətdə patent almaq hüququ əldə
edir. Bunun üçün işəgötürənlə müəllif arasında hər hansı xüsusi sazişin bağ
lanması (patent almaq hüququnun işəgötürənə verilməsi barədə) tələb edilmir.
Ona görə ki, qanun patenti almaq hüququnun işəgötürənə məxsus olması ba
rədə birbaşa göstəriş ifadə edir və belə hüququn yaranması müqaviləyə yox,
həmin göstərişə əsaslanır.
Söz yox ki, xidməti sənaye mülkiyyəti obyekti müəllifin (işçinin) yaradıcı
əməyi nəticəsində yaradılır. Buna görə də onun mənafeyi nəzərə alınmalı və
təmin edilməlidir. Odur ki, qanun işəgötürən üçün m üəllifə (işçiyə) haqq
ödəmək vəzifəsi, müəllif üçün isə haqq almaq hüququ müəyyənləşdirir.
Haqqın məbləği və ödəniş şərtləri işçi (müəllif) ilə işəgötürən arasında bağlan
mış müqavilə ilə müəyyənləşdirilir. Mübahisə yarandıqda, məsələ məhkəmə
qaydasında həll olunur.
işəgötürənin bəzən sənaye mülkiyyəti obyekti yaratdığına görə işçiyə (mü
əllifə) ödədiyi haqqın məbləği onun götürdüyü gəlirə uyğun gəlmir. Belə halda
işçi (müəllif) ona çatan haqqın m əbləğinin artırılm asını tələb edə bilər.
Bundan əlavə, qanun işçini (müəllifi) əlavə haqq alm aq hüququ ilə də tə
min edir. Belə ki, sənaye mülkiyyəti obyektinin istifadəsi zamanı faktiki müqa
vilədə nəzərdə tutulandan daha çox iqtisadi səmərə əldə edilə bilər. Bu əsas
verir ki, işçi (müəllif) işəgötürəndən əlavə haqq tələb etsin. Mübahisə yaran
dıqda, məsələ məhkəmə qaydasında həll olunur.
Müəllifin (işçinin) mənafeyi həm də bununla təmin edilir ki, iki halda patent
almaq üçün iddia sənədi vermək və patent almaq hüquqları m üəllifə (iş
çiyə) keçir. Birinci hala görə sənaye mülkiyyəti obyekti yarandıqdan sonra
işəgötürən dövlət orqanına iddia sənədi verməkdən im tina edir. Bunun sə
bəbi müxtəlif ola bilər. Qanun həmin səbəbləri müəyyən etmir. Özü də imtina
nın səbəbinin üzürlü olub-olmamasının məsələyə dəxli yoxdur. Buna görə də
işəgötürən hər hansı dəlil-səbəb gətirmədən, motivə əsaslanmadan iddia sə
nədi verməkdən imtina edə bilər.
ikinci hal isə işəgötürənin patent almaq üçün iddia sənədi verm ək hüqu
qundan istifadə etmək niyyətini 3 ay m üddətində (m üəllifə) işçiyə b ild ir-
məməsindən ibarətdir. 3 ay müddəti işəgötürənin müəllifdən (işçidən) yazılı
bildiriş aldığı gündən hesablanır. Yazılı bildiriş isə sənaye mülkiyyəti obyektini
yaranması barədə olub, həmin obyekt yarandıqdan sonra 1 ay ərzində müəllif
(işçi) tərəfindən işəgötürənə göndərilir. Əgər işəgötürən bildirişi aldığı gündən
3 ay müddətində iddia vermək hüququndan istifadə etmə niyyətini işçiyə bildir
məzsə, onda həmin hüquq işçiyə keçir. İşçi (müəllif) iddia sənədi verir və öz
adına patent alır.
308
i
natont
Vərəsələr də patent hüququnun subyektləri sırasına aid
Əhücuiqunun
edilirlər. Onlar vərəsəlik kimi hüquqi fakt əsasında
subvekti kimi
subyektiv patent hüquqları (sənaye mülkiyyəti hüquqlan)
y
əldə edir, bununla həmin hüquqların daşıyıcıları olurlar.
Qanun sənaye mülkiyyəti obyektləri ilə bağlı hüquqların vərəsəlik üzrə keçmə
si barədə göstəriş ifadə edir’ .
Qeyd etmək lazımdır ki, ölümündən sonra vərəsələrinə müəllifin sənaye
mülkiyyəti obyektləri ilə bağlı bütün hüquqları (subyektiv sənaye mülkiyyəti hü
quqları və ya patent hüquqları) yox, yalnız onun əmlak xarakterli hüquqları
keçir. Müəllifin əmlak mənafeyini təmin edən hüquqlar (əmlak hüquqları) onun
ölümü ilə ləğv olunmur. Vərəsəliyin predmeti ola bildiyinə görə həmin hüquq
lar vərəsələrə keçir. Belə hüquqlara aiddir:
• müəllifin yaratdığı sənaye mülkiyyəti obyektinə patent almaq üçün səla
hiyyətli dövlət orqanına iddia sənədi vermək hüququ (müəllif ölür və id
dia sənədi verməyə macal tapmır. Onun iddia sənədi vermək hüququ isə
vərəsələrə keçir);
• patent alm aq hüququ (müəllif ölür və onun həyata keçirilməyən patent
almaq hüququ vərəsələrə keçir);
• haqq alm aq hüququ (xidməti sənaye mülkiyyəti obyekti yaratdığına görə
müəllif olan işçi öldükdən sonra onun işəgötürəndən haqq almaq hüququ
vərəsələrinə keçir);
• patentlə qorunan sənaye m ülkiyyəti obyektindən istifadəyə müstəs
na hüquq (müəllif sağlığında yaratdığı sənaye mülkiyyəti obyektinə pa
tent aldıqdan sonra ölür. Belə halda patentlə qorunan obyektdən istifadə
yə müstəsna hüquq vərəsələrə keçir).
Patent sənaye mülkiyyəti obyektinin müəllifinin vərəsəsinə (vərəsənin adı
na) verilə bilər. Qanun buna yol verir. Belə halda vərəsə patent sahibi olur.
Bundan əlavə, patent vərəsənin göstərdiyi şəxsə də verilə bilər. Bundan ötrü
vərəsə patent verilməsi barədə iddia sənədində yaxud sənaye mülkiyyəti ob
yektinin qeydiyyata alınana kimi səlahiyyətli dövlət orqanına verdiyi ərizədə
həmin şəxsin (gələcək patent sahibinin) adını göstərir2. Bununla vərəsə paten
ti istənilən şəxsə güzəşt edə (verə) bilər.
Müəllifin əmlak hüquqları vərəsələrə vəsiyyətnamə yolu ilə keçir. Belə ki,
o, sənaye mülkiyyəti obyektləri ilə bağlı patent hüquqlarını vermək üçün vəsiy
yətnamə tərtib edir.
Əgər vəsiyyətnamə tərtib edilməyibsə, onda müəllifin patent hüquqları (əm
lak hüquqları) qanun üzrə vərəsəlik əsasında keçir. Belə halda patent hü
quqları mirasa daxil edilir ki, onu müəllifin qanun üzrə vərəsələri əldə edirlər.
Vərəsələr patent hüquqlarından yalnız patentin qüvvədə olma müddəti
ərzində istifadə edirlər. Məsələn, ixtiraya patent almaq üçün iddia sənədi
vermək hüququ vərəsəyə keçir. Vərəsə bu hüququ həyata keçirərək dövlət or
qanından patent alır. Bununla o, patent sahibi olur. Qanun ixtira üçün patentin
«Patent haqqında» qanunun 17-ci maddəsinin 2-ci bəndi.
«Patent haqqında» qanunun 12-ci maddəsi.
309
qüvvədə olma müddətini 20 il mü
.... vərəsələr də məhz həmin müd
dət ərzində patentdən (patent hüquqlarından) istifadə edə bilərlər. Həmin
müddət başa çatdıqda (qurtardıqda) vərəsələr üçün patent hüquqları ləğv edi
lir, sənaye mülkiyyəti obyektləri patentlə qorunmur və həmin obyektlər cəmiy
yətin ümumi istifadəsinə verilir.
Bəzən vərəsəyə patent hüquqları patentin qüvvədə old u ğ u m üddətin
qalan hissəsi qədər keçir. Başqa sözlə desək, vərəsələr patent hüquqların
dan patentin qüvvədə olduğu müddətin m üəllifin ölüm ünədək tamam olm a
mış hissəsi qədər istifadə edirlər. Məsələn, tutalım ki, ixtira üçün patentin
qüvvədə olma müddəti 2021-ci ilin yanvarın 1-nə qədər qüvvədə olmalıdır.
Müəllif 2011 -ci ilin yanvarın 1-də ölür. İxtira üçün patentin 20 illik qüvvədə ol
ma müddətinin müəllifin ölümünədək tamam olmamış hissəsi, yəni 20 illik
müddətin qalan hissəsi 10 il olacaqdır: 2021-ci ilin yanvarın 1-i - (minus)
2011-ci ilin yanvarın 1-i=10 il. Vərəsələr üçün patent hüquqları məhz 10 il
müddəti ərzində qüvvədə olacaqdır.
Vərəsələr onlara keçmiş patent hüquqlarından qarşılıqlı razılaşma əsa
sında istifadə edirlər. Mübahisə yarandıqda isə məsələ məhkəmə qaydasında
həll edilir.
O ki qaldı müəllifin (patent sahibinin) şəxsi qeyri-əm lak hüquqlarına, o n
lar vərəsəliyin predmeti olm ur və buna görə də vərəsəlik üzrə keçmir.
Söhbət şəxsin sənaye mülkiyyəti obyektinin müəllifi olmaq və onun ad hüquq
larından gedir. Onlar şəxsi hüquqlar olduğuna görə ayrılmaz və özgəninkiləş-
dirilməzdir. Elə bu səbəbdən də həmin hüquqlar müəllifin (patent sahibinin)
ölümü ilə ləğv edilir və vərəsələrə keçmir.
Lakin belə hal müəllifin şəxsi qeyri-əmlak hüquqlarının qorunmasına mane
olmur. Qanun müəyyən edir ki, m üəllifin şəxsi hüquqları qorunur. Özü də
şəxsi hüquqların qorunması hər hansı müddətlə məhdudlaşdırılmır, yəni onlar
müddətsiz qorunur’ . Həmin hüquqlar subyektiv hüquqlar kimi yox (subyektiv
şəxsi hüquqlar müəllifin ölümü ile ləğv edilir) hüquqi fakt və ictimai cəhətdən
əhəmiyyəti olan mənafe kimi mühafizə edilir.
Müəllifin patent hüquqları vərəsələrə tam, bütöv və kompleks halda keçir.
Vərəsələr həmin hüquqların bir hissəsini qəbul edib, digər hissəsindən imtina
edə bilməzlər. Bu, vərəsəliyin universal hüquq varisliyi olması ilə izah edilir.
Subyektiv patent hüquqları dövlətə keçə bilər. Belə halda
Dövlət patent
dövlət (Azərbaycan Respublikası) həmin hüquqların
uququnun
daşıyıcısı olur və buna görə də o, patent hüququnun sub-
subyektı kımı
yekti kimi tan|nlr.
Dövlət subyektiv patent hüquqlarını m üxtəlif hüquqi faktlar əsasında əldə
edə bilər. Vərəsəlik həmin faktlardan biridir. Dövlət hər şeydən əvvəl, subyektiv
patent hüquqlarını (sənaye mülkiyyəti obyektlərindən istifadəyə müstəsna hü
quqları) vəsiyyətnamə əsasında əldə edə bilər. Belə ki, müəllif (patent sahibi)
patent hüquqlarının dövlətə verilməsi barədə vəsiyyətnamə tərtib edir. Bu zaman
dövlət vəsiyyət üzrə vərəsə olur. Müəllif öldükdə patent hüquqları ona keçir.
' «Patent haqqında» qanunun I l-c i maddosinin 3-cü bondi.
310
Diger tərəfdən, dövlətə patent hüquqları qanun üzrə vərəsəlik əsasında
keçə bilər. Belə halda o, qanun üzrə vərəsə olur. Dövlət isə üç halda qanun
üzrə vərəsə ola bilər:
• miras qoyan müəllifin nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələri yox
dursa;
• miras qoyan müəllifin vərəsələrindən heç biri miras əmlakını (miras əmla
kının tərkibinə daxil olan patent hüquqlarını) qəbul etməzsə;
• bütün vərəsələr vərəsəlik hüququndan məhrum ediliblərsə.
Dövlət patent hüquqlarını m ülki-hüquqi müqavilə əsasında da əldə edə
bilər. Söhbət hər şeydən əvvəl, lisenziya müqaviləsindən gedir. Bu müqavi
lə əsasında sənaye mülkiyyəti obyektindən istifadə hüququnun dövlətə veril
məsi mümkündür. Dövlət həmin hüququ əldə etməklə patent hüququnun sub
yekti olur.
Patent hüquqları dövlətə patent hüququnun güzəşti kimi hüquqi forma
vasitəsilə də verilə bilər. Belə halda patent sahibinə məxsus olan patent hü
quqları tam və bütöv halda dövlətə keçir. Dövlət patent sahibi olur. Patent hü
ququ dövlətə güzəşt olunan zaman müxtəlif mülki hüquqi müqavilələrdən isti
fadə oluna bilər; alqı-satqı müqaviləsindən; patent hüquqlarının güzəşti barədə
müqavilədən; patent hüquqlarının əvəzsiz güzəşti barədə müqavilədən və s.
Göstərilən münasibətlərdə dövlətin özü yox, onun sənaye mülkiyyəti sahə
sində müvafiq icra hakimiyyəti orqanı (patent idarəsi) çıxış edir.
Dövlət həm də qanunda ifadə olunan göstəriş kimi hüquqi fakt əsasın
da patent hüquqları əldə edə bilər. Məsələn, dövlət özünün milli təhlükəsizliyi
ilə bağlı xüsusi elmi tədqiqat və ya layihə konstruktor işlərini sifariş edə bilər'.
Sifarişçi qismində dövlətin özü yox, onu təmsil edən müvafiq icra hakimiyyəti or
qanı çıxış edir. İcraçı ona tapşırılmış işləri görmək nəticəsində sənaye mülkiyyəti
yaradır. Həmin obyektdən istifadəyə müstəsna hüquq dövlətə məxsusdur.
Dostları ilə paylaş: |