Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə34/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   54
§ 3. 

M üəllifin  

və patent sahibinin 

hüquqları

Seleksiya

nailiyyətinin

müəllifinin

hüquqları

Seleksiya nailiyyəti hüququ subyektiv  hüquqdur.  Bu hüqu­

qun  daşıyıcıları  seleksiya  nailiyyəti  hüququnun  subyektləri 

adlanır.  Seleksiya  nailiyyəti  hüququnun  subyektləri 

dedikdə, əsasən  müəllif və  patent sahibi başa düşülür. 

Seleksiya  nailiyyəti  müəllifinin  maraq  və  əmlak  məna­

felərini  təmin  etmək  üçün  qanun onu  bir sıra  hüquqlarla təmin edir.  Həmin hü­

quqlar seleksiya  nailiyyətləri  haqqında  qanunun 6-cı, ,14-cü və digər maddələ­

rində  ifadə olunmuşdur.

Müəllifin  hüquqlarını  iki  növə  bölmək olar:  şəxsi  qeyri-əmlak  hüquqları­



na;  əmlak hüquqlarına.

Müəlliflik  hüququ  seleksiya  nailiyyəti  müəllifinin  əsas  və  başlıca  şəxsi 

qeyri-əmlak  hüququ  sayılır.  Seleksiya  nailiyyətinin  yaradıcısı  (müəllifi)  kimi ta­

nınmaq  imkanı  həmin  hüququn  mahiyyətini təşkil edir.

Əvvəldə  qeyd  etdiyimiz kimi,  müəlliflik  hüququ seleksiya  nailiyyəti yaradıldığı 

anda  əmələ  gəlir.  Seleksiya  nailiyyətini  yaratmaq faktının  özü  həmin  hüqu­

qun  yaranmasına  səbəb  olur.  Bunun  üçün  rəsmi  prosedura,  yəni  səlahiyyətli 

dövlət  orqanının  tanınma  (qiymetvermə)  aktı  (seleksiya nailiyyətinin  dövlət qey­

diyyatına alınması və patent verilməsi) tələb edilmir.  Həmin aktdan sonra selek­

siya  nailiyyəti müəllifinin müəlliflik hüququ rəsmən (rəsmi surətdə) tanınır.

Rəsmi  proseduraya  kimi (seleksiya  nailiyyətinin dövlət qeydiyyatına alınma­

sına  və  patent  verilməsinə  kimi)  müəlliflik  hüququ  seleksiya  nailiyyəti  hüquq 

normaları  ilə  (seleksiya  nailiyyəti  barədə  qanunvericiliklə)  qorunur1.  Məsələ 

burasındadır ki,  patent almaq məqsədilə verilən iddia sənədinin səlahiyyətli or­

qana  daxil olduğu tarixdən  rəsmi proseduraya  kimi (patent verilənədək) selek­



siya  nailiyyəti  müvəqqəti  mühafizə  hüququ  ilə təmin  edilir, yəni  seleksiya 

nailiyyəti  müvəqqəti  qorunur.  Buna  görə  də  müvəqqəti  mühafizənin  qüvvədə 

olduğu  müddətdə  seleksiya  nailiyyətindən  yalnız  elmi  və  təcrübə-sınaq  məq­

sədləri  üçün  istifadə edilə  bilər* 2.

Seleksiya  nailiyyəti  müəllifinin  müəlliflik hüququ  mütləq hüquqdur.  Belə ki, 

səlahiyyətli şəxs rolunda çıxış edən  müəllifə qarşı qeyri-müəyyən dairə şəxslər 

(«hamı  və  hər  kəs»)  dururlar.  Borclu  tərəf qismində  çıxış  edən  həmin  şəxslər 

müəlliflik  hüququnu  pozmaqdan çəkinmək kimi passiv vəzifə daşıyırlar.

Müəlliflik  hüququ  digər  tərəfdən  öz  təbiətinə  görə  müstəsna  hüquqdur. 

Buna  görə  də  həmin  hüquq  yalnız  müəllifin  özünə  məxsus ola  bilər və bu  sə­

bəbdən  onun  müqavilə  üzrə  başqa  şəxsə verilməsi  və ya  vərəsəlik  qaydasın­

da  keçməsi  qeyri-mümkündür.  Müəlliflik hüququ özgəninkiləşdirilə bilməz.

Müəlliflik  hüququ  müəlliflik  şəhadətnaməsi  ilə  təsdiqlənir.  Onu  müəllifə 

səlahiyyətli orqan verir.  Müəlliflik şəhadətnaməsi öz təyinatına görə mühafizə-

'  A.P.Scrgcyevin  bu  məsələdə  mövqeyi  bizdə  son  dərəcə  təəccüb doğurur.  O  göstərir  ki,  m üəllifin 

mənafeyi  m ü ə lliflik   hüquq  normaları  ilə   qorunur.  Daha  sonra  alim  yazır  ki,  m ü ə lliflik   hüququ  ona  xas 

olan  spesifikliyə  görə  seleksiya  nailiyyətin in   qorunmasım  təmin  etmək  iqtidarında  deyildir 

(Сергеев 

А.П.

  Указ соч, с.  7 16).

2 «Seleksiya n a iliyyə tlə ri  haqqında» qanunun 22-ci maddəsi.

495


edici  sənəddir.  Müəlliflik  hüququ  məhz  onun  vasitəsilə  qorunur.  Özü  də  mü­

əlliflik  şəhadətnaməsi  patentdən  fərqli  olaraq  müddətsiz  sənəddir,  yəni  hər 

hansı  müddətlə  məhdudlaşdırılmayan  sənəddir.

Ad  hüququ  müəllifin  malik  olduğu  digər  şəxsi  qeyri-əmlak  hüququdur.  Bu 

hüquq  müəllifə  elə  tələb  etmək  imkanı  verir  ki,  hər  bir  yerdə  (nəşrlərdə,  rəsmi 

sənədlərdə,  sərgilərdə  və  digər yerlərdə)  seleksiya  nailiyyətinin  yaradıcısı  kimi 

onun adı göstərilsin  və təhrif olunmasın.

Patent  almaq  üçün  iddia  sənədi  vermək  hüququ  müəllifin  şəxsi  qeyri- 

əmlak  hüquqlarından  biridir.  Müəlliflik  hüququ,  ad  hüququ  kimi  şəxsi  qeyri-əm­

lak  hüquqlarından  fərqli  olaraq  göstərdiyimiz  hüquq  vərəsəlik  qaydasında  və­

rəsələrə  keçə  bilər,  yəni  həmin  hüquq  vərəsəliyin  predmetinə  (miras  əmlakı­

na)  daxil  olan  hüquqdur.  Belə  ki,  müəllif öldükdə  patent  almaq  üçün  iddia  sə­

nədi  vermək  hüququ  onun  vərəsələrinə  keçir.

Göstərilən  hüquq  seleksiya  nailiyyətinin  patentə  layiq  olmaq  qabiliyyətinin 

rəsmən  tanınmasına  yönəlir.  Qanun  müəyyən  edir  ki,  patent  almaq  üçün  iddia 

sənədi  vermək  hüququ  ilk  növbədə,  seleksiya  nailiyyətinin  müəllifinə  məxsus­

dur.  Bəzi  hallarda  seleksiya  nailiyyətinin  müəllifi  belə  hüquqa  malik  olmur.  Be­

lə  ki,  əgər  seleksiya  nailiyyəti  müəllif tərəfindən  qulluq  vəzifəsini  yerinə  yetir­

mək  qaydasında  yaradılarsa  və  müəlliflik  müqaviləsində  (bu  müqavilə  işəgötü­

rənlə  müəllif  arasında  bağlanılır)  başqa  hal  nəzərdə  tutulmayıbsa,  patent  al­

maq  üçün  iddia  sənədi  vermək  hüququ  işəgötürənə  məxsusdur* 1.

Bununla  belə,  müəllif iki  halda  göstərdiyimiz  hüquqa  malik  ola  bilər:  birinci­

si,  işəgötürən  ilə  müəllif arasında  patentin  işəgötürənə  verilməsi  barədə  müəl­

liflik  müqaviləsi  bağlanmadığı  halda;  ikincisi,  işəgötürən  müqavilə  şərtlərini 

pozduğu  halda.



Patent  almaq  üçün  iddia  sənədi  vermək  hüququnu  başqa  şəxsə  gü­

zəşt  etmək  (vermək)  hüququ  müəllifin  qeyri-əmlak  xarakterli  hüquqlarından 

biridir.  Bu  hüquq  qanunda  ifadə  edilmişdir2.  Patent  almaq  üçün  iddia  sənədi 

vermək  hüququ  müəllifin  ərizəsində  göstərilən  başqa  şəxsə  verilə  bilər.  Bu  ki­

mi halda  patent sahibi  müəllif yox,  həmin şəxs olur.



Müəllifin  haqq  almaq  hüququ  əmlak  xarakterli  hüquqdur.  Haqq  seleksiya 

nailiyyətindən  istifadə  olunmasına  görə  patent  sahibindən  alınır.  Müəllifə  haqq 

almaq  hüququ  müəllif şəhadətnaməsi  ilə verilir.

Bundan  əlavə,  seleksiya  nailiyyəti  müəllif tərəfindən  qulluq  vəzifəsini yerinə 

yetirmək  qaydasında  yaradıldığı  halda  da  müəllif  seleksiya  nailiyyətindən  isti­

fadəyə  görə  haqq  alır.  Haqqın  ödənilməsi  qaydası  və  şərtləri  işəgötürənlə 



müəllif arasında  bağlanan  müqavilə əsasında müəyyən  edilir.

Patent sahibinin 

Seleksiya  nailiyyəti  dövlət  qeydiyyatına  alındıqdan  (döv- 

hüquqları 

lət  reyestr'nə  daxil  edildikdən)  və  iddiaçı  şəxsə  bir  ay 

müddətində  patent  verildikdən  sonra  həmin  şəxsin  se­

leksiya  nailiyyəti  barəsində  patent  hüququ  yaranır.  Gösterilən  şəxs  patent  sa­

hibi adlanır.



'  «Seleksiya nailiyyətləri haqqında» qanunun 6-cı maddəsi.

1 «Seleksiya nailiyyətləri haqqında» qanunun 6-cı maddəsi.

496


Seleksiya  nailiyyətindən  istifadə  etmək  hüququ  patent  sahibinin  malik 

olduğu  əsas  patent  hüquqlarından  biridir.  Bu.  müstəsna  xarakterli  hüquqdur. 

Başqa  sözlə  desək,  patent  sahibi  seleksiya  nailiyyətindən  istifadə  etməyə 

müstəsna  (leqal  inhisar və ya  hüquqi inhisar) hüquqa malikdir  Buna görə 

də  onun  icazəsi  olmadan  seleksiya  nailiyyətindən istifadə oluna  bilməz; üçün­

cü  şəxslər  seleksiya  nailiyyətindən  yalnız  patent  sahibinin  icazəsi  ilə  istifadə 

edə  bilərlər.

Seleksiya  nailiyyətindən  istifadəyə  müstəsna  hüquq  patentlə  təsdiq  edilir. 

Patent  seleksiya  nailiyyətini  qoruyan,  onu  hüquqi  mühafizə  ilə təmin  edən  sə­

nəddir.

Patent  müddətli  sənəddir.  Buna görə  də o,  qanunda  göstərilən müddətdə 



qüvvədə  olur.  Həmin  müddət  başa  çatdıqda  patent  öz  qüvvəsini itirir və buna 

gorə də seleksiya  nailiyyətini  qorumur.

Patentin  qüvvədə  olma  müddəti  20  il  müəyyən  edilir.  20  illik  müddət  se­

leksiya  nailiyyətinin  dövlət  reyestrində  qeydiyyata  alındığı  gündən  hesablanır 

(başlanır).  Patentin  qüvvədə  olma  müddəti  üzüm  sortları,  bəzək  bitkiləri,  mey­

və və  meşə  ağacları,  heyvan cinsləri  üçün  25 il  müəyyən edilir.  Patentin qüv­

vədə olma  müddəti  10 ilə qədər uzadıla bilər

Patent  sahibinin  seleksiya  nailiyyətindən  istifadəyə  müstəsna  hüququ  bir 

sıra  hərəkətlər etmək  imkanından  ibarətdir.  Belə  imkanlara aiddir:

•   seleksiya  nailiyyətini  istehsal və təkrar istehsal etmək imkanı;

•   seleksiya  nailiyyətim  artırmaq  məqsədilə  lazımi  kondisiyaya  çatdırmaq 

imkanı;


•   seleksiya  nailiyyətini  satışa  və  başqa  növ  təsərrüfat  dövriyyəsinə  daxil 

etmək  imkanı;

•   seleksiya  nailiyyətini  idxal və ixrac etmək imkanı;

•   yuxarıda  göstərilən  məqsədlər üçün seleksiya nailiyyətini saxlamaq imka­

nı.

Göstərilən  hərəkətləri  heç  kəs  edə  bilməz.  Əgər edərsə,  bu,  patent sahibi­



nin  seleksiya  nailiyyətindən  istifadəyə  müstəsna  hüququnun  pozulması  he­

sab  ediləcəkdir.  Həmin  hərəkətləri  üçüncü  şəxslər yalnız patent  sahibinin  ica­

zəsi  ilə edə  bilərlər.  Buna  seleksiya  nailiyyətindən  qanuni istifadə deyilir

Elə  hallar vardır ki,  üçüncü  şəxslər seleksiya nailiyyətindən  patent sahibinin 

razılığı,  icazəsi  olmadan  istifadə  edə  bilərlər.  Bu,  qanunsuz  istifadə  və  buna 

görə  də  hüquq  pozuntusu,  yəni  patent  sahibinin  hüququnun  pozulması  sayıl­

mır.  Həmin  hallar qanunda göstərilir1:

•   seleksiya  nailiyyətindən  şəxsi  və  qeyri-kommersiya  məqsədləri  üçün 



istifadə olunması;

•   seleksiya  nailiyyətindən təcrübə-sınaq  məqsədləri  üçün  istifadə olun­



ması;

•   seleksiya  nailiyyətindən  tranzit  daşınma  və  əmtəəlik  məhsul  emal 



edilməsi  üçün  istifadə edilməsi.

Göstərilən  məqsədlər  üçün  seleksiya  nailiyyətindən  istifadə  olunduğu  hal-



’ «Seleksiya nailiyyətləri haqqında» qanunun  !6-cı maddəsi.

497


larda,  o,  qorunmur,  hüquqi  mühafizə  sferasından  çıxarılır.  Buna  görə  də  belə 

hallar  seleksiya  nailiyyətindən  sərbəst  istifadə  hallan  adlanır.  Həmin  hal­

larda  istənilən  şəxs  patent  sahibinin  icazəsi  olmadan  seleksiya  nailiyyətindən 

sərbəst şəkildə istifadə edə  bilər.



Öz  patent  hüququna  sərəncam  vermək  hüququ  patent  sahibinin  digər 

əsas  əmlak  hüququ  sayılır.  Bir  qayda  olaraq,  patent  hüququna  sərəncam  ver­

mək iki formada  həyata  keçirilir:

•   patent  hüququnun  (patentin) güzəşti formasında;

•   seleksiya  nailiyyətindən  istifadəyə  lisenziya vermək formasında.

Qanun  patent hüququna sərəncam vermənin  hər iki formasını  nəzərdə tutur.



Patent  hüququnun  (patentin)  güzəşti  dedikdə,  patent  sahibinin  patent

hüququnun  (patenti)  tamamilə  başqa  hüquqi  və  fiziki  şəxslərə  verməsi  başa 

düşülür.  Qanun  müəyyən  edir  ki,  patent  sahibi  patent  hüququnu  tamamilə 

başqa  şəxslərə  verə  bilər1.  Məhz  bu,  patent  hüququnun  güzəştini  ifadə  edir. 

Patent  hüququ  güzəşt  edildikdə,  əldə  edən  şəxs  patent  hüququnun  yeni  sahi­

bi  olur.  Patent  sahibinin  malik  olduğu  patent  hüququ,  yəni  patentdən  irəli  gə­

lən  bütün  hüquqlar tam  həcmdə  patent  hüququnu əldə  edənə  (onun  yeni  sahi­

binə)  keçir.  Bunun  nəticəsində  patent  hüququ  özgəninkiləşdirilir,  patent  sahibi 

onu  itirir.

Patent hüququnun  güzəşti  üzrə  münasibətlər hər şeydən  əvvəl,  patent  hü­



ququnun  güzəşti  (verilməsi)  barədə  müqavilə  ilə  rəsmiləşdirilir.  Bundan 

əlavə,  digər mülki-hüquqi  müqavilə  növlərindən  də  istifadə  edilməsi  mümkün­

dür.  Qanun  müəyyən  edir  ki,  patent  sahibi  patent  hüququnu  tamamilə  başqa 

şəxslərə  sata  və  bağışlaya  bilər1

 2.  Göstərilən  halda  patent  hüququnun  güzəşti 

üzrə  münasibətlər  alqı-satqı  və  bağışlama  müqavilələri  ilə  rəsmiləşdirilir. 

Həmin  münasibətlərin  rəsmiləşdirilməsində  dəyişmə  müqaviləsindən  də  isti­

fadə  olunması  mümkündür.



Seleksiya  nailiyyətindən  istifadəyə  lisenziya  vermək  dedikdə,  patent 

sahibinin  seleksiya  nailiyyətindən  başqa  şəxslərin  istifadə  etməsinə  razılığını 

bildirməsi  (icazə  verməsi)  başa  düşülür.  Göstərilən  halda  münasibətlər  lisen­

ziya  müqaviləsi  ilə  rəsmiləşdirilir.  Belə  ki,  seleksiya  nailiyyətindən  istifadə  li­

senziya  müqaviləsi  əsasında  həyata  keçirilir.  Qanunun  xüsusi olaraq ayrıca  bir 

fəsli  (5-ci fəsli) lisenziya  müqaviləsinin tənzimlənməsinə  həsr edilmişdir3.

Lisenziya  müqaviləsinə  görə  bir  tərəf  (lisenziar)  haqq  əsasında,  yəni 

haqqı  ödənilmək  şərti  ilə  seleksiya  nailiyyətindən  istifadə  hüququnu  baş­

qa şəxsə (lisenziata) verir.  Lisenziar patent sahibi,  lisenziat isə istifadəçidir.

Qanun  lisenziya  müqaviləsi  üçün  yazılı forma  müəyyən  edir.  Belə  ki,  lisen­

ziya  müqaviləsi  yazılı  formada  bağlanılır.  Bundan  sonra  müqavilə  müvafiq 

qaydada  səlahiyyətli  orqanda  qeydə  alınmalıdır.  Yalnız  qeydə  alındıqdan 

sonra  lisenziya  müqaviləsi  qüvvəyə  minir.  Qeydə  alınma  lisenziya  müqaviləsi­

nin etibarlı olmasının vacib (labüd) şərtidir.

Lisenziya  müqaviləsinin  predmeti  seleksiya  nailiyyətindən  istifadə  hüqu-

1 «Seleksiya nailiyyətləri haqqında» qanunun  16-cı maddəsi.

2 «Seleksiya nailiyyətləri haqqında» qanunun  16-cı maddəsi.

3 «Seleksiya nailiyyəti haqqında» qanunun 23-25-ci maddələri.

498


qunu  lisenziata  (istifadəçiyə) verməkdən ibarətdir.  0 , öz hüquqi təbiətinə görə 

əvəzli,  konsensual və ikitərəfli  müqavilədir.

Lisenziya  müqaviləsi  müxtəlif növlərdə bağlana  bilər.  Seleksiya  nailiyyətin­

dən  istifadəyə  müstəsna hüququn verilməsinə görə onun iki növü fərqləndirilin 

müstəsna lisenziya müqaviləsi; qeyri-müstəsna lisenziya müqaviləsi.

Müstəsna  lisenziya  müqaviləsi  seleksiya  nailiyyətindən  istifadəyə  müs­

təsna  hüququn  lisenziata  (istifadəçiyə)  müqavilədə  birbaşa  şərtləndirilmiş 

həcmdə verilməsini  nəzərdə tutur.  Özü də lisenziarın (patent sahibinin) üstünə 

başqa şəxslərə analoji  lisenziya verməmək vəzifəsi qoyulur.  Digər tərəfdən, li- 

senziarın  (patent  sahibinin)  lisenziata  verilməmiş  hissədə  seleksiya  nailiyyə­

tindən  istifadə  hüququ saxlanılır.

Q eyri-m üstəsna  lisenziya  müqaviləsi  ilə  lisenziarın  patentdən irəli  gələn 

bütün  hüquqları,  habelə  üçüncü  şəxslərə  lisenziya  vermək  hüququnu  özündə 

saxlamasını  nəzərdə tutur.

Bunlardan  əlavə,  lisenziya  müqaviləsinin açıq  lisenziya müqaviləsi və  məc­

buri lisenziya  müqaviləsi  kimi  növləri də fərqləndirir.

Açıq  lisenziya  m üqaviləsi  odur  ki,  bu  müqaviləyə  görə  patent  sahibi  (li- 

senziar)  seleksiya  nailiyyətindən  istifadə  hüququnun  müəyyən  bir  hissəsini 

özündə  saxlayır,  qalan  hissəsini  isə  lisenziatın  müstəsna  istifadəsinə verir.  Bu 

növ  lisenziya  müqaviləsi  o  halda  bağlana  bilər ki,  patent sahibi  səlahiyyətli or­

qanın  rəsmi  bülletenində  seleksiya  nailiyyətinin  istifadəyə  verilməsi  barədə 

məlumat dərc etdirsin.  İstənilən  şəxs açıq  lisenziya müqaviləsi bağlamaq üçün 

səlahiyyətli orqana  rəsmi surətdə  müraciət edə  bilər.  Bundan sonra patent sa­

hibi  ilə həmin şəxs arasında açıq  lisenziya  müqaviləsi bağlanır. Səlahiyyətli or­

qan  həmin  müqaviləni  qeydə  alır,  yəni  açıq  lisenziya  müqaviləsi  bağlanması 

barədə  reyestrdə  müvafiq  qeydiyyatlar aparır1.  Bundan sonra müqavilə qüvvə­

yə  minir.  Müqavilədə  seleksiya  nailiyyətindən  istifadəyə  görə  ödənilən 

haqqın  m iqdarı  göstərilməlidir.

Açıq  lisenziya  müqaviləsi  qanunun 23-24-cü maddələri ilə tənzimlənir1

 2.


M əcburi  lisenziya  m üqaviləsi  odur  ki,  bu  müqaviləyə  görə  patent  sahibi 

patentdən  irəli  gələn  bütün  hüquqları,  o  cümlədən  üçüncü  şəxslərə  lisenziya 

vermək  hüququnu  özündə  saxlayır.  Qanunun  25-ci  maddəsi  lisenziya müqavi­

ləsinin  bu növünün tənzimlənməsinə həsr edilmişdir3.

İstənilən  hər  hansı  şəxs  məcburi  lisenziya  verilməsi  barədə səlahiyyətli or­

qana  müraciət edə  bilər.  Səlahiyyətli orqan yalnız üç tələbə (şərtə) əməl olun­

duğu  halda  məcburi  lisenziya  verə  bilər.  Birincisi,  məcburi  lisenziya verilməsi 

barədə  ərizə  patent  alındığı  tarixdən  üç  il  keçdikdən  sonra  verilməlidir. 

Patent verilən  tarixdən  üç  il  ötməzsə,  onda məcburi lisenziya verilmir.  İkincisi, 

patent  sahibi  həmin  şəxsin  seleksiya  nailiyyətindən  istifadə  etməsinə  icazə 

verm əm əlidir  və  ya  əlverişli  şərtlərlə  istifadə  hüququ  verməməlidir.  Üçüncü­

sü,  məcburi  lisenziya  almaq  istəyən  şəxs sübut etməlidir ki,  o,  maliyyə və  di-

1 Lisenziya m üqaviləsinin n övlə ri  barədə  bax: 

Гусе A.H.

  Гражданское праоо.  Учебник. Том 3. M., 

2003, c.  280.

2

 «Seleksiya n a iliyyə tlə ri  haqqında» qanunun 23-24-cü maddələri.



3

 «Seleksiya n a iliyyə tlə ri  haqqında» qanunun 25-ci maddəsi.

499


gər  məsələlərdə  lisenziyadan  bacarıqla  və  səm ərəli  istifadə  etməyə  qa­

dirdir.


Göstərilən  tələblərə  əməl  olunduqda  patent  sahibi  ilə  ilk  seleksiya  nailiyyə­

tindən  istifadə etmək  niyyətində olan şəxs arasında  məcburi  lisenziya müqavilə­

si  bağlanılır.  Lisenziat seleksiya  nailiyyətindən  istifadə etməyə görə patent sahi­

binə haqq ödəməlidir.  Belə  haqqın  məbləğini səlahiyyətli orqan müəyyənləşdirir.

Məcburi  lisenziya  müqaviləsinin  qüvvədə  olm a  m üddəti  4  ild ir.  Bu  müd­

dətin  uzadılması  mümkündür.  Lisenziat  (istifadəçi)  müqavilə  şərtlərini  pozduq­

da  məcburi  lisenziya  müqaviləsi  ləğv olunur.

Patent  sahibinin  patent  hüququndan  istifadə  etməsi  və  ona  sərəncam  ver­

məsi  patentin  özünün  qüvvədə  olma  müddəti  ilə  bağlıdır.  Nə  qədər  ki,  patent 

qüvvədədir,  patent sahibi  özünəməxsus hüquqları  həyata  keçirə  bilər.

Qeyd  etdiyimiz  kimi,  patent  müddətli  sənəddir.  Onun  qüvvədə  olma  müd­

dəti  ötdükdə  (keçdikdə)  seleksiya  nailiyyəti  qorunmur,  yəni  hüquqi  mühafizə 

sferasından  çıxarılır  və  cəm iyyətin  üm um i  istifa d ə sin ə   keçir.  Buna  görə  də 

istənilən  maraqlı  şəxs  hər  hansı  icazə  almadan  ondan  sərbəst  şəkildə  istifadə 

edə  bilər.  Sözsüz,  belə  istifadə  hüquq  pozuntusu  sayılmayacaqdır.

Patent sahibi  iki  halda  da  öz hüquqlarını  həyata  keçirmək  imkanından  məh­

rum  olur:  patent  etibarsız  hesab  edildiyi  halda;  patent  ləğv  edildiyi  halda.  Qa­

nunun  iki  maddəsindən  biri  patentin  etibarsız  hesab  olunması1,  digəri  isə  pa­

tentin  ləğv edilməsi  ilə  bağlı  münasibətləri tənzimləyir1

 2.


Patentin  etibarsız  hesab  olunm ası  o  deməkdir  ki,  seleksiya  nailiyyətinin 

patentlə  qorunması  lap  əvvəlindən  qanunsuz  olmuşdur,  yəni  ümumiyyətlə, 

mövcud  olmamışdır.  Onun  qüvvəsi  geriyə  şamil  olunur.  Buna  görə  də verildiyi 

andan  patentin  hüquqi  qüvvəsi  olmur.  Bu  səbəbdən  patentdən  əmələ  gələn 

hüquqlar  patent  verildiyi  andan  ləğv  edilir.  Qanuna  görə  patent  iki  halda  eti­

barsız hesab olunur:

•   yenilik,  fərqlilik,  oxşarlıq  və  sabitlik  şərtlərinə  uyğun  gəlməyən  seleksiya 

nailiyyətlərinə  patent verilmişsə;

•   patent onu  almağa  hüquqi əsası olmayan  şəxsə verilmişsə.

Patentin  ləğv  edilm əsi  dedikdə,  patentin  gələcək  üçün  qüvvəsinə  xitam 

verilməsi  başa  düşülür.  Onun  qüvvəsi  geriyə  şam il  olu n m u r.  Buna  görə  pa­

tent hüququ  patent verildiyi andan yox,  patent ləğv edildiyi andan  qüvvəsini iti­

rir.  Patent aşağıdakı  hallarda  ləğv edilə bilər:

•   patent sahibinin ərizəsinə əsasən;

•   seleksiya  nailiyyəti  oxşarlıq və sabitlik əlamətlərini  itirdikdə;

•   patent  sahibi  müəyyən  edilmiş  müddətdə  səlahiyyətli  orqanın  təklifi  ilə 

seleksiya  nailiyyətinin  əlamətlərinin  saxlanılmasını  yoxlamaq  üçün  bitki  və 

damazlıq  materialları,  lazımi  sənədlər və  məlumatlar vermədikdə  və  yaxud 

bu  məqsədlə yerlərdə yoxlama  aparmağa  şərait yaratmadıqda;

•   patent  sahibi  müəyyən  olunmuş  müddətdə  patentin  qüvvədə  qalması 

üçün  rüsum ödəmədikdə.

1 «Seleksiya n a iliy y ə tlə ri  haqqında» qanunun  19-cu maddəsi.

2  «Seleksiya n a iliy y ə tlə ri  haqqında» qanunun 20-ci  maddəsi.

500


Müdafiə

formaları



§ 4. Seleksiya nailiyyətinin müəllifinin 

və patent sahibinin hüquqlarının müdafiəsi

Müəllifin  və  ya  patent  sahibinin  hüquqları  pozulduqda,  həmin 

hüquqlar müdafiə olunaraq bərpa edilir.

Seleksiya nailiyyəti  müəllifinin və ya  patent sahibinin hüquq­

ları  iki  form ada  m üdafiə  edilir:  yurisdiksiya  formasında;  qeyri-yurisdiksi- 

ya form asında.

Yurisdiksiya  formalarından  biri  olan  məhkəmə  yurisdiksiyası  müəllifin  və 

patent sahibinin  hüquqlarının  müdafiəsində vacib  rol  oynayır.  Məhkəmə yuris- 

diksiyasından  istifadə  edilməsi qanunda  nəzərdə tutulur.  Qanun müəyyən  edir 

ki,  seleksiya  nailiyyətlərinin  ekspertizası,  sınağı,  istifadəsi  və  mühafizəsi  ilə 

əlaqədar mübahisəli məsələlər məhkəmə qaydasında həll olunur1.

Müəllifin  və  ya  patent  sahibinin  hüquqlarının  müdafiəsində  inzibati  yuris- 

diksiyadan  da  istifadə oluna  bilər ki,  bu, yurisdiksiya formalarından biri sayılır. 

Onun  mahiyyəti  səlahiyyətli  orqana  hüququ  pozulmuş şəxsin ərizə ilə  müraci­

ət  etməsindən  ibarətdir.  Həmin  orqan  ərizəyə  baxaraq,  öz səlahiyyəti çərçivə­

sində  müvafiq  qərar  qəbul  edir.  Ərizə  inzibati  yurisdiksiyada  istifadə  olunan 

əsas hüquqi vasitədir.

Qanunda inzibati yurisdiksiyadan da istifadə olunmasının mümkünlüyü gös­

tərilir.  Belə  ki,  hər  bir  şəxs  patentin  etibarsız  sayılması  barədə  səlahiyyətli  or­

qana  ərizə  ilə  müraciət  edə  bilər1

 2.  Səlahiyyətli  orqan  ərizənin  surətini  patent 

sahibinə  göndərir,  lazım  gəldikdə  məsələnin  həlli  üçün  əlavə  sınaqlar  keçirir 

və  kifayət  qədər  əsaslar  olduqda,  patentin  etibarsız  hesab  olunması  barədə 

qərar qəbul  edir.  Bundan  əlavə,  iddiaçı  ekspertiza  və sınaqların  nəticəsinə gö­

rə  çıxarılan  qərarla  razılaşmadığı  hallarda  da  hüququnu  müdafiə  etmək  üçün 

inzibati  yurisdiksiyadan  istifadə  edə  bilər.  Belə  ki,  o,  həmin  qərarı  alan  tarix­

dən  üç ay  müddətində  səlahiyyətli orqanın Apellyasiya  Komissiyasına müraci­

ət edə  bilər3.

Seleksiya  nailiyyəti  müəllifin  və  patent  sahibinin  hüquqlarının  müdafiəsində 

həm  də  qeyri-yurisdiksiya  formasından  istifadə  oluna  bilər.  Söhbət,  hər 

şeydən əvvəl,  özünüm üdafiədən  (özünüqorumadan gedir).

Müəllifin  və  patent  sahibinin  hüquqları  pozulduqda  (hüquqlar 

mübahisə  edildikdə)  pozulmuş  hüquqları  (mübahisə edilən  hü­

quqları)  müdafiə  etmək  (bərpa  etmək  və  ya  tanımaq)  üçün 

müxtəlif  m ülki-hüquqi  müdafiə  üsullarından  istifadə  oluna  bilər.  Əlbəttə, 

hansı  müdafiə  üsulunun  tətbiq  edilməsi  yol  verilmiş  hüquq  pozuntusunun  xa­

rakterindən asılıdır.

Hüququn  tanınması  göstərilən  sferada  istifadə olunan  əsas  müdafiə  üsul­

larından  biridir.  Bu  üsuldan  o halda  istifadə olunur ki,  seleksiya  nailiyyətini ya­

radan  şəxsin  müəlliflik  hüququ  barədə mübahisə yaransın və ya  həmin hüquq 

üçüncü  şəxs  tərəfindən  tanınmasın  və  inkar  edilsin,  həmin  hüququn  mövcud

Müdafiə


üsulları

1 «Seleksiya n a iliy y ə tlə ri haqqında» qanunun 34-cü maddəsi.

2 «Seleksiya n a iliy y ə tlə ri haqqında» qanunun  19-cu maddəsi.

1 «Seleksiya n a iliy y ə tlə ri haqqında» qanunun  11-ci maddəsinin 3-cü hissəsi.

501


olmasına  şübhə  ilə  yanaşılsın  və  s.  Belə  halda  seleksiya  nailiyyətinin  həqiqi 

yaradıcısı  m ü ə lliflik  hüququnun  tanınması  barədə  iddia  verir  ki,  bu  iddia­

dan  istifadə  olunması  hər hansı  pozuntu  halına  yol verilməsi  ilə  bağlı  deyil1.

Hüquqların  pozulm asınadək  m övcud  olan  vəziyyətin  bərpa  edilm əsi 

kimi  mülki-hüquqi  müdafiə  üsulunun  göstərdiyimiz  sahədə  tətbiq  edilməsi 

mümkündür.  Məsələn,  sənədlərdə  müəllifin  adı  düzgün  göstərilmir,  təhrif olu­

nur və  bununla  onun  ad  hüququ  pozulur.  Pozulmuş  hüququnu  müdafiə  etmək 

üçün  o,  hüququn  pozulm asından  m övcud  olan  və ziyyə tin   bərpa  edilm əsi 

barədə  iddia  (tələb) verir.

Hüquq  p o zuntusunun  dayandırılm ası  (hüquqları  pozan  hərəkətlərin 

qarşısının  alınması)  kimi  müdafiə  üsulu  müəllifin  və  patent  sahibinin  hüquq­

larının  müdafiəsində  az  rol  oynamır.  Məsələn,  üçüncü  şəxs seleksiya  nailiyyə­

tinin  həqiqi  yaradıcısının  müəlliflik  hüququnu  mənimsəyir.  Başqa  bir  misalda 

üçüncü  şəxs  patent sahibinin  icazəsi  olmadan  seleksiya  nailiyyətindən  istifadə 

edir.  Göstərilən  hallarda  pozulmuş  hüquqları  müdafiə  etmək  üçün  hüququ 

pozan  hərəkətin  (hüquq  pozuntusunun)  dayandırılm ası  barədə  iddia  veri­

lir.

Göstərilən  sahədə  zərərin  əvəzinin  ödənilm əsi  kimi  universal  müdafiə 



üsulundan  da  istifadə  edilə  bilər.  Bu  üsul çox vaxt  seleksiya  nailiyyətindən  qa­

nunsuz  istifadə  olunduğu  hallarda  tətbiq  edilir.  Əgər  qanunsuz  istifadə  nəticə­

sində  istifadəçi  gəlir əldə edərsə,  patent sahibi onun  öz xeyrinə tutulmasını  tə­

ləb edə  bilər.  Bu, zərərin  əldən çıxmış fayda  adlı  hissəsini  əvəz edir.

Patent  sahibinin  hüquqları  həm  də  müqavilə  çərçivəsində  pozula  bilər.  Mə­

sələn,  lisenziatın  (istifadəçinin)  lisenziya  müqaviləsinin  şərtlərini  pozması və  s.



Tövsiyə olunan  əlavə ədəbiyyat

Сергеев  А.П.  Право  интеллектуальной  собственности  в  Российской 

Федерации. Учебник.  М.,  1999  (гл.23);

Гражданское  право.  Учебник.  Часть  3  /Под  ред.  А.П.Сергеева, 

Ю .К.Толстого.  М.,  1998  (гл.  55,  параграф  3);

Гражданское  право.  Учебник.  Том  1/Под  ред.  Е.А.Суханова.  М.,  1998 

(гл 24,  параграф 4);

Калягин  В.  Интеллектуальная  собственность.  М.,  2000;

A llahverdiyev  S.S.  Əqli  mülkiyyət  hüququ.  Dərs  vəsaiti.  Bakı.  2006  (fəsil

8

);

Гуев  A.H.  Гражданское  право.  Учебник.  Том  3.  M.,  2003  (гл.  11, 

параграф  7).

'  Л .Р.Sergeyev  düzgiin  mövqe  tutmayaraq  g öste rir  k i,  m ü ə lliflik   hüququ  üçüncü  şəxs  tərəfindən 

m ənim sənildiyi  (bu,  hüquq  pozuntusu  d em əkdir)  halda  belə  iddia  v e rilir 



(Сергеев  А.П.

  Право 


интеллектуальной собственности.  М .,  1999, с.  728).

502


XI 

FƏSİL 

KƏŞF  HÜQUQU


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin