§ 7. S ə n a ye m ü lkiyyəti o b y e k tlə rin in
q o ru n m a s ın ın p ate n t fo rm a s ı
Patent sənaye
SSRİ dövründə iki mühafizə forması mövcud idi.
mülkiyyəti obyektlərini
Belə ki' SSR' qanunvericiliyi ixtiraların mühafizəsi
qoruyan sənəd kimi
(qorunması) üçün iki forma nəzərdə tuturdu1; mü
əlliflik şəhadətnaməsi; patent. Sovet vətəndaşla
rı, bir qayda olaraq, m ü ə lliflik şəhadətnam əsi almaq üçün iddia sənədi verir
dilər. İxtira üçün patent alan vətəndaşların sayı isə müqayisəedilməz dərəcə
də, son dərəcədə az idi. Fakt bundan ibarət idi ki, sovet vətəndaşları patent
almaq üçün nadir hallarda iddia sənədi verirdilər. Bunu nə ilə izah etmək olar?
Qeyd etmək lazımdır ki, müəlliflik şəhadətnaməsi ixtiraçının ixtiraya müəllif
liyini təsdiqləyir, habelə onun əmlak və digər hüquqlarını təmin edirdi, ixtira
üçün müstəsna hüquq dövlətə m əxsus idi. Belə ki, müəlliflik şəhadətnamə
si alan müəllif ixtiraya müstəsna hüququ dövlətə verirdi. Müəlliflik şəhadətna
məsi ilə qorunan ixtiradan istifadə olunması məsələsini sovet dövlət orqanları
və digər təşkilatlar həll edirdilər. Dövlət ixtiranın tətbiqinin məqsədəuyğunluğu-
nu nəzərə almaqla, onun həyata keçirilməsinin qayğısını öz üzərinə götürürdü.
Bununla ixtiraçıların yaratdığı obyektdən fayda götürmək imkanı təmin olunur
du. İxtiradan istifadə olunduğu hallarda bunun nəticəsindən asılı olaraq, ixtira-
çı haqq (mükafat) almaq hüququna malik idi. Müəlliflik şəhadətnaməsinin sa
hibi qanunvericiliyə müvafiq olaraq, güzəştlərdən istifadə edə bilərdi.
İxtira müəllifi öz mülahizəsinə görə müəlliflik şəhadətnaməsi yox, patent ala
bilərdi. Belə halda ixtira üçün müstəsna hüquq dövlətə yox, ixtira müəllifinin
özünə (patent alana) məxsus olurdu. Patent alan şəxsin (patentin məxsus ol
duğu şəxsin) razılığı olmadan heç kəs ixtiradan istifadə edə bilməzdi. O, pa
tentdən istifadə olunmasına icazə (lisenziya) verə bilər və ya patentini tama
milə başqasına verə bilərdi. Patent alan şəxs müəlliflik şəhadətnaməsinin sa
hibindən fərqli olaraq bir sıra hüquq və güzəştlərdən istifadə edə bilməzdi. O,
faktiki olaraq öz yaratdığı obyektdən real fayda götürmək imkanından məhrum
idi. Patent mühafizə forması formal xarakter daşıyırdı. Bunlara görə sovet və
təndaşları ixtira üçün patent yox, m üə lliflik şəhadətnam əsi alınmasına
üstünlük verirdilər.
' Положения об открытиях, изобретениях и рационализаторских предложениях; Azərbaycan
Respublikasının M ü lk i M əcəlləsinin (1964-cü i!) 519-cu maddəsi.
354
Sovet dövrünün qanunvericiliyindən fərqli olaraq Azərbaycan Respublikası
nın
müasir qanunvericiliyində ixtiranın və sənaye mülkiyyətinin digər obyektlə
rinin yalnız patent formasında qorunması nəzərdə tutulur. Başqa sözlə desək,
Azərbaycan Respublikasında sənaye mülkiyyəti obyektləri ancaq patentin kö
məyi ilə qorunur. Patent sənaye mülkiyyəti obyektlərinin qorunmasının
yeganə form asıdır. Bunu nə ilə izah etmək olar?
Bildiyimiz kimi, XX əsrin axırlarında Azərbaycan Respublikası komanda
(sovet) iqtisadiyyatından imtina edərək bazar iqtisadiyyatına keçdi. Ölkəmizdə
iqtisadiyyat bazar prinsipləri əsasında təşkil olunmağa başladı. Bazar münasi
bətləri şəraitində cəmiyyət üçün yaradılan yeni texniki vasitələr və elmi-texniki
nailiyyətlər əmlak dəyəri olan nemət - xüsusi xarakterli əmtəə kimi tanındı.
Öz əməyi ilə belə əmtəə yaradan şəxsin əmlak mənafelərinin, ondan fayda
götürmək imkanının təmin olunması vacib məsələyə çevrildi. Azərbaycan Res
publikasında sənaye mülkiyyəti obyektlərinin qorunmasının mövcud sistemini
mahiyyətcə dəyişdirərək bazar iqtisadiyyatının qaydalarına uyğunlaşdırmaq,
patent sistem inin islahatını həyata keçirmək tələb olunurdu. Məhz patent
sisteminin islahatı şəxslərə öz yaratdıqları elmi-texniki nailiyyətlərə real surət
də sərəncam vermək imkanı verə bilərdi.
1997-ci ildə Azərbaycan Respublikasında patent haqqında qanun qəbul
edildi. Bu qanun ölkədə sənaye mülkiyyəti obyektlərinin qorunması sistemində
köklü dəyişikliklərin başlanğıcını qoydu, patent islahatının həyata keçirilməsin
də mühüm rol oynadı. Qanun patenti sənaye mülkiyyəti obyektlərinin qorun
masının yeganə forması kimi müəyyən etdi. Onun qəbul edilməsi ilə Azərbay
can Respublikasında elmi-texniki nailiyyətlərin qorunma sisteminin hüquqi fun-
damenti qoyuldu.
Digər tərəfdən, sənaye mülkiyyəti obyektlərinin qorunmasının patent forma
sı demək olar ki, dünyanın bütün ölkələrinin qanunvericiliyinə məlumdur. Sə
naye mülkiyyətinin qorunmasının beynəlxalq sistemi patent mühafizə forması
na əsaslanır. Başqa sözlə desək, patent beynəlxalq patent hüququnun hamı-
lıqla tanınmış normasına görə əsas və başlıca mühafizə sənədidir. Azərbay
can Respublikasının patent qanunvericiliyini bu normaya uyğunlaşdırmaq, sə
naye mülkiyyətini beynəlxalq standartlarla şərtlənən sivil formada qorumaq tə
ləb edilirdi. Bunun üçün sənaye mülkiyyətini qorumağın tam şəkildə patent for
ması qəbul olundu.
Qeyd etdik ki, mülki hüququn, daha dəqiq söyləsək, onun
Patentin
gqij mülkiyyət hüququ yarımsahəsinin yerinə yetirdiyi əsas
funksiya arı
funksiyalardan biri sənaye mülkiyyəti obyektlərini hüquqi cə
hətdən qorumaqdan, yəni hüquqi mühafizə ilə təmin etməkdən ibarətdir. Sə
naye mülkiyyəti obyektlərini qorumaq (mühafizə etmək) nə üçün lazımdır?
Qeyd etmək lazımdır ki, yaradılan hər bir sənaye mülkiyyəti obyekti cəmiy
yət üçün nəzərdə tutulan yeni texniki vasitə və nailiyyət deməkdir. Sözsüz ki,
şəxsin öz yaradıcı əməyi ilə yaratdığı həmin vasitəyə (nailiyyətə) real surətdə
sərəncam vermək və ondan faydalanmaq imkanı təmin edilməlidir. Bundan öt
rü xüsusi olaraa yerinə yetirilən rəsmi prosedura çərçivəsində yeni texniki va
sitə (nailiyyət) Ьа-ədə məlumatlar ictimaiyyətə çatdırılır (iddia sənədinin tərtib
355
olunaraq səlahiyyətli dövlət orqanına verilməsi, iddia sənədi barəsində məlu
matın həmin orqanın rəsmi bülletenində dərc olunması və s.). səlahiyyətli döv
lət orqanı iddia sənədində göstərilən (təklif olunan) texniki vasitənin (nailiyyə
tin) dünya texnikasının müasir səviyyəsi baxımından yeni (təzə) olmasını yox
layır (iddia sənədinin ekspertizası). Nəhayət, əgər yoxlama müsbət nəticə ve
rərsə, dövlət (daha doğrusu, dövlət adından səlahiyyətli dövlət orqanı, yəni
patent idarəsi) iddiaçıya xüsusi m ühafizəedici (qoruyucu) sənəd verilm əsi
barədə qərar (fərdi akt) qəbul edir. Həmin sənəd patent adlanır. Patent elə
bir sənəddir ki, şəxsin yaratdığı sənaye mülkiyyəti obyektini hüquqi mühafizə
ilə təmin edir.
Patent dedikdə, sənaye m ülkiyyəti obyektini (ixtiranı, faydalı modeli və
ya sənaye nümunəsini) qorumaq üçün həmin obyekti yaradıcı əməyi ilə
yaradan şəxsə (müəllifə) və onun göstərdiyi digər şəxslərə səlahiyyətli
dövlət orqanı tərəfindən verilən rəsmi mühafizə sənədi başa düşülür.
Sənaye mülkiyyəti obyektləri məhz patentin vasitəsi ilə qorunur. Patentlə
qorunma onu ifadə edir ki, sənaye mülkiyyəti obyektindən istifadə etmək niy
yətində olan istənilən hər hansı bir şəxs patent sahibindən (patent alan şəxs
dən) sənaye m ülkiyyəti obyektindən istifadə etməyə icazə (razılıq) alm alı
dır. Sənaye mülkiyyəti obyektini patentlə qorumaq həmin obyektdən ayrı-ayrı
şəxslərin qanunsuz (icazəsiz) surətdə istifadə etmələrinin qarşısını almaq de
məkdir. Buna görə də sənaye mülkiyyəti obyektini başqa şəxslərin qanunsuz
istifadəsindən qorumaq patentin əsas funksiyası sayılır.
Patent əsas funksiyadan başqa, bir sıra əlavə fu n k s iy a la r da yerinə yetirir.
Təsdiq etmək patentin əlavə funksiyalarından biridir. Patentin bu funksiyası
nın üç təzahür forması vardır.
Birinci forma ondan ibarətdir ki, patent sənaye m ülkiyyə tinə m üə llifliyi
təsdiq edir. Belə ki, patentdə sənaye mülkiyyəti obyektini yaradan şəxsin, yə
ni müəllifin adı göstərilir. Başqa sözlə desək, patent əsasında sənaye mülkiy
yəti obyektinin müəllifini müəyyənləşdirmək mümkündür.
Patentin təsdiq etmək funksiyasının ikinci təzahür forması ondan ibarətdir
ki, o, iddia sənədində göstərilən (təklif edilən) müvafiq həllin (nailiyyətin, texni
ki vasitənin) dövlət tərəfindən sənaye m ülkiyyəti ob ye kti (ixtira, faydalı
model və ya sənaye nümunəsi) kim i tanınm asını tə sd iq e d ir'. Patent sü
but edir ki, şəxsin yaratdığı və təklif etdiyi nailiyyət (həll) barəsində dövlət rəs-
mən tanıma aktını həyata keçirmişdir. Yalnız rəsmi tanıma aktından sonra mü
vafiq nailiyyət (həll) sənaye mülkiyyəti obyekti sayılır, patent hüquq institutu ilə
(qanunla) qorunur və onun barəsində subyektiv hüquqlar (istifadə hüququ və
s.) əmələ gəlir. Dövlət tərəfindən tanınmayan hər hansı b ir nailiyyət (həll)
qorunmur. Müvafiq nailiyyətin (həllin) dövlət tərəfindən sənaye mülkiyyəti ob
yekti kimi tanınıb-tanınmaması məsələsi isə patent əsasında müəyyənləşdirilir.
Üçüncüsü, patent sənaye m ülkiyyəti obyektinin ilk in liy in i (birin ciliyini)
təsdiq edir. Sənaye mülkiyyəti obyektinin ilkinliyi isə hüquqi əhəmiyyətə malik
’
Фомичев В И.
Международная торговля. Учебник. М . 2001, с. 355;
Богусловский М.М.
М е ж
дународное частное право. Учебник. М . 2002, с. 311.
356
olan məsələdir. Belə ki, qeyd etdiyimiz kimi, sənaye mülkiyyəti obyekti üçün
patent almaq istəyən şəxs səlahiyyətli dövlət orqanına (patent idarəsinə) iddia
sənədi verməlidir. İlkinlik iddia sənədinin verildiyi tarixlə, yəni səlahiyyətli döv
lət orqanına (patent idarəsinə) daxil olduğu tarixlə müəyyən edilir. İlkinlik ki
mə m əxsusdursa, ona da patent veriləcəkdir. Başqa sözlə desək, eyni sə
naye mülkiyyəti obyektinə müxtəlif şəxslər iddia sənədi verərlərsə, həmin
şəxslərdən o şəxsin yaratdığı obyekt dövlət tərəfindən tanınacaq və patent ve
riləcəkdir ki, ilkinlik ona məxsus olsun. İlkinlik patent almaq üçün iddia sə
nədi verilm əsində b irin c ilik deməkdir. Buna görə də kim birinci olaraq iddia
sənədi verərsə, ona da patent veriləcəkdir. İddia sənədi verilməsində birincilik,
yəni iddia sənədinin birinci olaraq verilməsi sənaye mülkiyyəti obyektinin yeni
(təzə) olmasını təmin edir. Belə ki, iddia sənədində göstərilən (təklif edilən)
nailiyyətin (həllin) yeni olması qiymətləndirilərkən yalnız ilkinlik müəyyənləşdi
rilən ana kimi mövcud olan materiallar tutuşdurula və müqayisə edilə bilər.
Patent sahibini m üstəsna hüquqla təmin etmək patentin yerinə yetirdiyi
əlavə funksiyalardan biridir. Belə ki, patent sənaye mülkiyyəti obyektlərindən
istifadə etmək üçün patent sahibinə müstəsna hüquq verir. İddiaçı patent ala
raq sənaye mülkiyyəti obyektindən istifadə üçün müstəsna hüquq əldə edir.
Müstəsna hüquq patent sahibinin sənaye mülkiyyəti obyektinə qanuni inhisar
hüququnu ifadə edir1.
Patent sahibi sənaye mülkiyyəti obyektindən özü istifadə edə və ya sənaye
mülkiyyəti obyektindən başqa şəxsin istifadə etməsinə icazə verə bilər və ya
ümumiyyətlə, ondan istifadə olunmasına heç kəsə icazə verməz. Onun razılığı
olmadan heç kəs sənaye mülkiyyəti obyektindən istifadə edə bilməz. Əgər hər
hansı şəxs patent sahibinin icazəsi (razılığı) olmadan istifadə edərsə, belə hal
qanunsuz istifadə olub, patent hüququnun (müstəsna hüququn) pozulması sa
yılır. Patent sahibi zərərin əvəzinin ödənilməsi və patent hüququnun pozulma
sına yönələn hərəkətlərin qadağan olunması barədə iddia ilə məhkəməyə mü
raciət edə bilər. Məhkəmə qərarı əsasında patent hüququnu pozan şəxsdən
onun vurduğu zərərin əvəzi alına, habelə həmin şəxsin ixtiradan və s. istifadə
nəticəsində yaratdığı məmulata həbs qoyula bilər və s. Deməli, sənaye mül
kiyyəti obyektindən patent sahibinin icazəsi (razılığı) olmadan istifadə olunma
sı qanunsuz (hüquqazidd) istifadə sayılır və məsuliyyətə səbəb olur. Patent
sahibinin müstəsna hüququnu pozan şəxs pozuntunu dayandırmalı və vurdu
ğu zərərin əvəzini ödəməlidir.
Patentin yerinə yetirdiyi əlavə funksiyalardan biri ondan ibarətdir ki, o, yeni
elm i-texniki nailiyyətlər barədə fasiləsiz informasiya mənbəyidir. Belə ki,
patent fondlarının köməyi ilə sənaye mülkiyyəti obyektindən istifadə olunması
na verilən icazə (lisenziya) barədə leqal yolla konkret materiallar toplanıla, ya
radılan yeni sənaye mülkiyyəti obyektləri haqqında müntəzəm surətdə infor
masiya əldə oluna və elmi-texniki tədqiqatlar təhlil edilə bilər.
1
Гражданское и торговое право зарубежных государств. Учебник. Том
1/Отв.рсд.
Е. А.Васильев, А.С.Комаров.
М., 2005, с. 483.
357
Dövlət adından patent verilməsi patent sahibi üçün sub-
Subyektiv
yektiv hüquqlar yaradır. Həmin hüquqlar patentlə bağlı
patent hüququ
olduğuna və patentdən irəli gəldiyinə görə subyektiv pa
tent hüquqları adlanır. Subyektiv patent hüquqları patent sahibinin malik oldu
ğu hüquqlardır ki, rəsmi surətdə patentlə təsdiq edilir. Yalnız iddiaçı şəxsə pa
tent verilməsi barədə dövlət tərəfindən fərdi akt qəbul edildikdə, subyektiv pa
tent hüquqları yaranır. Məhz patent iddiaçını subyektiv hüquqlarla təmin edir.
Bu cəhəti ilə onlar subyektiv müəlliflik hüquqlarından fərqlənir. Müəllifin əsər
barəsində subyektiv hüquqlarının əmələ gəlməsi üçün Avropa ölkələrində qə
bul edilən konsepsiyaya görə, yalnız bircə əsərin yaradılması faktı kifayət
edər. Azərbaycan Respublikasının müəlliflik hüququ analoji mövqedən çıxış
edərək məsələyə bu cür yanaşır.
Subyektiv patent hüquqları dedikdə, patent sahibinin d ö vlə t tə rəfin
dən ona verilm iş patentlə bağlı olaraq m alik olduğu hüquqi im kanlar (sə
lahiyyətlər) başa düşülür.
Subyektiv patent hüquqları bir sıra xüsusiyyətlərə malikdir. Onlar hər şey
dən əvvəl, qeyd etmək lazımdır ki, m ütləq hüquq növünə aid olan hüquqdur.
Belə ki, sənaye mülkiyyəti obyekti üçün iddiaçı şəxsə patent verildiyi halda hə
min şəxs patent sahibi olur və onunla sayı bilinməyən qeyri-müəyyən dairə
şəxslər («hamı və hər kəs») arasında patent barəsində (rəsmi surətdə tanı
nan sənaye mülkiyyəti obyekti barəsində) m ütləq xa ra kte rli patent hüquq
m ünasibəti əmələ gəlir. Bu münasibətin səlahiyyətli şəxsi sayılan patent sahi
bi borclu tərəfdən - sayı bilinməyən qeyri-müəyyən dairə şəxslərdən («hamı
dan və hər kəsdən») patenti (patentlə bağlı hüquqlarını) pozmamalarını tələb
etmək hüququna malikdir. Borclu tərəf («hamı və hər kəs») isə patenti pozma
ğa yönələn hərəkətlərdən çəkinmək kimi passiv vəzifə daşıyır.
İkincisi, subyektiv patent hüququ m üddətli hüquqdur. Bu o deməkdir ki,
patent sahibinin sənaye mülkiyyəti obyektindən istifadə üçün patentlə verilən
müstəsna hüququ (inhisar hüququ) müddətsiz yox, müəyyən müddətə qüvvə
də olur, yəni sənaye mülkiyyəti obyekti patentlə müəyyən müddətə qorunur,
hüquqi mühaflzə ilə təmin edilir. Deməli, patent müddətli sənəddir.
Patentin m üddətli sənəd olması dedikdə, patentin m üəyyən müddətə
qüvvədə olaraq sənaye m ülkiyyəti obyektini qorum ası, hüquqi m ühafizə
ilə təmin etməsi başa düşülür.
Patent müəyyən müddətə qüvvədə olan sənəddir. Məhz patentin qüvvə
də olduğu müddət ərzində patent sahibi sənaye mülkiyyəti obyektindən istifa
də üçün müstəsna hüquqa malik olur. Patentin qüvvədə olm a m üddəti sə
naye mülkiyyəti obyektinin qorunma müddətidir.
Patentin qüvvədə olma müddəti qanunla müəyyən edilir'. Özü də sənaye
mülkiyyəti obyektinin növündən asılı olaraq patentin qüvvədə olma müddətləri
eyni olmayıb, fərqlənir:
• ixtira üçün - 20 il;
• faydalı model üçün - 10 il; 1
1 «Patent haqqında» qanunun 10-cu maddəsi.
358
» sənaye nümunəsi üçün - 10 il.
Göstərilən müddətlər beynəlxalq sazişlərdə nəzərdə tutulan müddətlərə əsa
sən uyğun gəlir. Məsələn, TRİPS sazişinə görə ixtiranın qorunma müddəti 20 ii,
sənaye nümunəsinin qorunma müddəti isə 10 ildən ibarətdir'. Bəzi ölkələrdə
sənaye nümunəsi üçün 5 və ya 15 illik qorunma müddəti müəyyən edilir1
2.
Patentin qüvvədə olma müddətinin hesablanması (başlaması) barədə qa
nun göstəriş ifadə edir. Belə ki, patentin qüvvədə olma müddəti iddia sənədi
nin səlahiyyətli dövlət orqanına (patent idarəsinə) verildiyi gündən hesablanır.
Məsələn, tutalım ki. ixtiraya patent almaq məqsədi ilə iddiaçı 1 mart 2000-ci il
tarixində patent idarəsinə iddia sənədi verir. Patent 1 mart 2020-ci ilə kimi (1
mart 2000-ci il + 20 il) qüvvədə olacaqdır.
Qeyd etmək lazımdır ki, patentin qüvvədə olma müddəti başa çatdıqda (yə
ni qurtardıqda) sənaye mülkiyyəti obyekti qorunmur, hüquqi mühafizə ilə təmin
edilmir və patent sahibinin həmin obyektindən müstəsna (inhisar) istifadə hü
ququ öz qüvvəsini itirir. Sənaye mülkiyyəti obyekti cəmiyyətin ümumi istifadə
sinə verilir.
Üçüncüsü, subyektiv patent hüququ ərazi xarakterli hüquqdur. Bu, o de
məkdir ki, patent yalnız onun verildiyi dövlətin ərazisində qüvvədə olan sub
yektiv hüquq yaradır. O, başqa dövlətin ərazisində patent sahibi üçün subyek
tiv hüquq əmələ gətirmir. Deməli, patent yalnız onun verildiyi dövlətin ərazisin
də qüvvədə olan sənəddir. Buna görə də patentin eksterritorial qüvvəsi
yo xd u r3. Hətta sənaye mülkiyyəti obyektinin qorunmasına yönələn beynəlxalq
konvensiyalar da patenti eksterritorial qüvvə ilə təmin edə, onun ərazi xarakte
rini dəyişdirə bilmir. Belə konvensiyalar beynəlxalq patent verilməsini nəzərdə
tutmur. Beynəlxalq patent dedikdə, konvensiya iştirakçısı olan dövlətlərin
ərazisində qüvvədə olan patent başa düşülür. Konvensiyalar iştirakçı dövlətlə
rin üzərinə belə bir vəzifə də qoymur ki, onların verdiyi patent başqa iştirakçı
dövlətlərin ərazisində qarşılıqlı surətdə tanınsın. Hər bir dövlət sənaye mülkiy
yəti obyekti üçün özünün daxili (milli) qanunu əsasında patent verir. Konvensi
yaların isə əsas məqsədi ayrı-ayrı dövlətlərin şəxslərinin bütün qalan iştirakçı
dövlətlərin ərazisində subyektiv patent hüquqları əldə etmələri və onları qoru
maları məsələsində asan şərtlər müəyyən etməkdən ibarətdir. Bəs, vəziyyət
dən necə çıxmalı?
Sənaye mülkiyyəti obyekti barəsində xarici dövlət ərazisində subyektiv pa
tent hüququ əldə etmək üçün iddiaçı şəxsin patent almaq məqsədilə həmin
dövlətin səlahiyyətli orqanına iddia ərizəsi verməsi və müstəqil surətdə
patentə sahib olması tələb edilir. Məhz bu patent əsasında xarici dövlət əra
zisində sənaye mülkiyyəti obyekti qorunur, həmin obyekt barəsində subyektiv
patent hüququ yaranır. Belə halda söhbet sənaye mülkiyyəti obyekti barədə
əvvəllər başqa dövlətdə yaranan subyektiv patent hüququnun xarici dövlətdə
tanınmasından yox, həmin xarici dövlətdə yeni subyektiv patent hüququnun
1 Bax: раздел 4 и 5. Соглашения о торговых аспектах прав на интеллектуальную
собственность (ТРИПС).
:
Андрей Мчнко
- Международная охрана интеллектуальной собственности. М. 2001. с 26.
3Лупц Л.А.
Курс ^еждународного частного права. М. 2002. с. 675.
359
Dövlət adından patent verilməsi patent sahibi üçün sub-
Subyektiv
yektiv hüquqlar yaradır. Həmin hüquqlar patentlə bağlı
patent huququ
olduğuna və patentdən irəli gəldiyinə görə subyektiv pa
tent hüquqları adlanır. Subyektiv patent hüquqları patent sahibinin malik oldu
ğu hüquqlardır ki, rəsmi surətdə patentlə təsdiq edilir. Yalnız iddiaçı şəxsə pa
tent verilməsi barədə dövlət tərəfindən fərdi akt qəbul edildikdə, subyektiv pa
tent hüquqları yaranır. Məhz patent iddiaçını subyektiv hüquqlarla təmin edir.
Bu cəhəti ilə onlar subyektiv müəlliflik hüquqlarından fərqlənir. Müəllifin əsər
barəsində subyektiv hüquqlarının əmələ gəlməsi üçün Avropa ölkələrində qə
bul edilən konsepsiyaya görə, yalnız bircə əsərin yaradılması faktı kifayət
edər. Azərbaycan Respublikasının müəlliflik hüququ analoji mövqedən çıxış
edərək məsələyə bu cür yanaşır.
Subyektiv patent hüquqları dedikdə, patent sahibinin dövlət tə rə fin
dən ona verilm iş patentlə bağlı olaraq malik olduğu hüquqi im kanlar (sə
lahiyyətlər) başa düşülür.
Subyektiv patent hüquqları bir sıra xüsusiyyətlərə malikdir. Onlar hər şey
dən əvvəl, qeyd etmək lazımdır ki, mütləq hüquq növünə aid olan hüquqdur.
Belə ki, sənaye mülkiyyəti obyekti üçün iddiaçı şəxsə patent verildiyi halda hə
min şəxs patent sahibi olur və onunla sayı bilinməyən qeyri-müəyyən dairə
şəxslər («hamı və hər kəs») arasında patent barəsində (rəsmi surətdə tanı
nan sənaye mülkiyyəti obyekti barəsində) m ütləq xarakterli patent hüquq
münasibəti əmələ gəlir. Bu münasibətin səlahiyyətli şəxsi sayılan patent sahi
bi borclu tərəfdən - sayı bilinməyən qeyri-müəyyən dairə şəxslərdən («hamı
dan və hər kəsdən») patenti (patentlə bağlı hüquqlarını) pozmamalarını tələb
etmək hüququna malikdir. Borclu tərəf («hamı və hər kəs») isə patenti pozma
ğa yönələn hərəkətlərdən çəkinmək kimi passiv vəzifə daşıyır.
ikincisi, subyektiv patent hüququ m üddətli hüquqdur. Bu o deməkdir ki,
patent sahibinin sənaye mülkiyyəti obyektindən istifadə üçün patentlə verilən
müstəsna hüququ (inhisar hüququ) müddətsiz yox, müəyyən müddətə qüvvə
də olur, yəni sənaye mülkiyyəti obyekti patentlə müəyyən müddətə qorunur,
hüquqi mühafizə ilə təmin edilir. Deməli, patent müddətli sənəddir.
Patentin müddətli sənəd olması dedikdə, patentin müəyyən müddətə
qüvvədə olaraq sənaye m ülkiyyəti obyektini qorum ası, hüquqi mühafizə
ilə təmin etməsi başa düşülür.
Patent müəyyən müddətə qüvvədə olan sənəddir. Məhz patentin qüvvə
də olduğu müddət ərzində patent sahibi sənaye mülkiyyəti obyektindən istifa
də üçün müstəsna hüquqa malik olur. Patentin qüvvədə olma m üddəti sə
naye mülkiyyəti obyektinin qorunma müddətidir.
Patentin qüvvədə olma müddəti qanunla müəyyən edilir1. Özü də sənaye
mülkiyyəti obyektinin növündən asılı olaraq patentin qüvvədə olma müddətləri
eyni olmayıb, fərqlənir:
• ixtira üçün - 20 il;
• faydalı model üçün - 10 il;
«Patent haqqında» qanunun 10-cu maddəsi.
358
• sənaye nümunəsi üçün - 10 il.
Göstərilən müddətlər beynəlxalq sazişlərdə nəzərdə tutulan müddətlərə əsa
sən uyğun gəlir. Məsələn, TRİPS sazişinə görə ixtiranın qorunma müddəti 20 il,
sənaye nümunəsinin qorunma müddəti isə 10 ildən ibarətdir'. Bəzi ölkələrdə
sənaye nümunəsi üçün 5 və ya 15 illik qorunma müddəti müəyyən edilir1
2.
Patentin qüwədə olma müddətinin hesablanması (başlaması) barədə qa
nun göstəriş ifadə edir. Belə ki, patentin qüwədə olma müddəti iddia sənədi
nin səlahiyyətli dövlət orqanına (patent idarəsinə) verildiyi gündən hesablanır.
Məsələn, tutalım ki, ixtiraya patent almaq məqsədi ilə iddiaçı 1 mart 2000-ci il
tarixində patent idarəsinə iddia sənədi verir. Patent 1 mart 2020-ci ilə kimi (1
mart 2000-ci il + 20 il) qüvvədə olacaqdır.
Qeyd etmək lazımdır ki, patentin qüvvədə olma müddəti başa çatdıqda (yə
ni qurtardıqda) sənaye mülkiyyəti obyekti qorunmur, hüquqi mühafizə ilə təmin
edilmir və patent sahibinin həmin obyektindən müstəsna (inhisar) istifadə hü
ququ öz qüvvəsini itirir. Sənaye mülkiyyəti obyekti cəmiyyətin ümumi istifadə
sinə verilir.
Üçüncüsü, subyektiv patent hüququ ərazi xarakterli hüquqdur. Bu, o de
məkdir ki, patent yalnız onun verildiyi dövlətin ərazisində qüvvədə olan sub
yektiv hüquq yaradır. O, başqa dövlətin ərazisində patent sahibi üçün subyek
tiv hüquq əmələ gətirmir. Deməli, patent yalnız onun verildiyi dövlətin ərazisin
də qüvvədə olan sənəddir Buna görə də patentin eksterritorial qüwəsi
yo xd u r3. Hətta sənaye mülkiyyəti obyektinin qorunmasına yönələn beynəlxalq
konvensiyalar da patenti eksterritorial qüvvə ilə təmin edə, onun ərazi xarakte
rini dəyişdirə bilmir. Belə konvensiyalar beynəlxalq patent verilməsini nəzərdə
tutmur. Beynəlxalq patent dedikdə, konvensiya iştirakçısı olan dövlətlərin
ərazisində qüwədə olan patent başa düşülür. Konvensiyalar iştirakçı dövlətlə
rin üzərinə belə bir vəzifə də qoymur ki, onların verdiyi patent başqa iştirakçı
dövlətlərin ərazisində qarşılıqlı surətdə tanınsın. Hər bir dövlət sənaye mülkiy
yəti obyekti üçün özünün daxili (milli) qanunu əsasında patent verir. Konvensi
yaların isə əsas məqsədi ayrı-ayrı dövlətlərin şəxslərinin bütün qalan iştirakçı
dövlətlərin ərazisində subyektiv patent hüquqları əldə etmələri və onları qoru
maları məsələsində asan şərtlər müəyyən etməkdən ibarətdir. Bəs, vəziyyət
dən necə çıxmalı?
Sənaye mülkiyyəti obyekti barəsində xarici dövlət ərazisində subyektiv pa
tent hüququ əldə etmək üçün iddiaçı şəxsin patent almaq məqsədilə həmin
dövlətin səlahiyyətli orqanına iddia ərizəsi verməsi və müstəqil surətdə
patentə sahib olması tələb edilir. Məhz bu patent əsasında xarici dövlət əra
zisində sənaye mülkiyyəti obyekti qorunur, həmin obyekt barəsində subyektiv
patent hüququ yaranır. Belə halda söhbət sənaye mülkiyyəti obyekti barədə
əvvəllər başqa dövlətdə yaranan subyektiv patent hüququnun xarici dövlətdə
tanınmasından yox, həmin xarici dövlətdə yeni subyektiv patent hüququnun
1 Bax: раздел 4 и 5. Соглашения о торговых аспектах прав на интеллектуальную
собственность (ТРИПС).
2
Андрей Минко'
Международная охрана интеллектуальной собственности. М. 2001 с 26.
1
ЛунцЛ.А.
Курс международного частного права. М 2002, с. 675.
359
əmələ gəlməsindən gedir1. Deməli, eyni bir sənaye m ülkiyyəti obyekti üçün
m üxtəlif dövlətlərdə ayrıca olaraq patent alınmalıdır. Paris konvensiyası da
belə halı nəzərdə tutur-1
2. Konvensiyaya uyğun olaraq patentlər, necə deyərlər,
«milli müstəqillik» əldə edi'. Bu onu ifadə edir ki, müəyyən bir dövlətdə verilən
patent eyni obyektə başqa dövlətlərdə alınan patentin taleyindən asılı deyildir.
Dördüncüsü, subyektiv patent hüququ m üstəsna hüquq növünə aid olan
hüquqdur. Bu, o deməkdir ki, heç kəs, heç vaxt və heç bir halda patent sahibi
nin razılığı olmadan sənaye mülkiyyəti obyektindən istifadə edə bilməz; başqa
şəxslər sənaye mülkiyyəti obyektindən yalnız patent sahibinin razılığı ilə istifa
də edə bilərlər.
Digər tərəfdən, subyektiv patent hüququnun müstəsna hüquq olması onda
ifadə edilir ki, müəyyən bir dövlətin ərazisində subyektiv patent hüququ yalnız
bir patent sahibinə məxsus ola bilər; eyni bir sənaye mülkiyyəti obyekti uçün
müəyyən bir dövlətdə iki patent verilməsinə, yəni ikiqat patentləşdirməyə yol
verilmir.
Subyektiv patent hüququnun məxsus olduğu şəxs
u ye ıv pa en
(patent sahibi) üçün patentlə təm in olunan hüquqi
m ühafizənin həcmi boyuk rol oynayır. Qanun səna
ye mülkiyyəti obyektinə patentlə verilən hüquqi mühafizənin həcmini müəyyən
edir3.
İxtira və faydalı modelə patentlə verilən hüquqi mühafizənin həcmi onların
düsturu ilə müəyyən edilir. Sənaye nümunəsinə patentlə verilən hüquqi mü
hafizənin həcminə gəldikdə isə qeyd etmək lazımdır ki, o, məmulatın (make
tin, rəsmin) fotoşəklində göstərilən mühüm əlam ətlərin m əcm usu ilə mü
əyyən olunur.
Sənaye mülkiyyəti
obyektinin müvəqqəti
hüquqi mühafizə
edilməsi
Qeyd etdik ki, Azərbaycan Respublikasının yeni
mülki qanunvericiliyində sənaye mülkiyyəti obyek
tinin yalnız patent formasında qorunması nəzərdə
tutulur. Başqa sözlə desək, iddia sənədində təklif
olunmuş (göstərilmiş) sənaye mülkiyyəti obyekti
patent əsasında qorunur, hüquqi mühafizə ilə təmin edilir. Sual olunur; təklif
olunmuş nailiyyətin (həllin) patentsiz qorunması mümkündürmü?
Qeyd etmək lazımdır ki, patent almaq üçün verilən iddia sənədində təklif
edilən (göstərilən) obyektin qanunun tələblərinə uyğunluğu ekspertiza tərəfin
dən müəyyənləşdirildikdə iddia sənədi barəsində məlumatlar (materiallar) pa
tent idarəsinin rəsmi bülletenində dərc edilir. İddia sənədinə dair melumat
(materiallar) dərc olunduqdan sonra marağı olan hər bir şəxs iddia sənədinin
materialları ilə tanış ola bilər. Məlum məsələdir ki, patent alınmasına kimi iddi
açının təklif olunmuş nailiyyətindən (həlidən) istifadə üçün müstəsna hüququ
əmələ gəlmir. Belə halda başqa şəxslərin həmin nailiyyətdən (həlidən) istifadə
etmələri üçün imkan yaranır. Bu cür istifadə isə iddiaçının əmlak mənafeyinə
zərər vurulması deməkdir. Təklif olunmuş nailiyyətdən (həlidən) başqa şəxslə
1
Богусловский M.M.
Международное частное право. Учебник. M . 2002, с. 309.
2 Вах: ст.4 (бус) Парижской Конвенции по охране промышленной собственности.
3 «Patent haqqında» qanunun 10-cu maddosi.
360
rin istifadə etmələrinin qarşısı yalnız patentin köməyi ilə alına bilər. Patent isə
hələlik verilməmişdir. Vəziyyətdən çıxış yolu təklif olunmuş nailiyyəti (həlli)
müvəqqəti hüquqi mühafizə ilə təmin etməkdən ibarətdir. Azərbaycan Res
publikasının patent hüququ məsələni məhz bu cür həll edir’ .
M üvəqqəti hüquqi mühafizə dedikdə, iddia sənədi barədə məlumatın
(materialların) rəsmi bülletendə dərc olunduğu tarixdən patentin verildiyi
tarixə kim i tə k lif olunm uş nailiyyətin (həllin) qorunması başa düşülür
Təklif olunmuş nailiyyətə (həllə) patent verildiyi halda o, iddia sənədi veril
diyi tarixdən geriyə qüvvəyə malik olur. Buna görə də müvafiq nailiyyətin
(həllin) qorunması müvəqqəti hüquqi mühafizə adlanır.
Təklif olunmuş nailiyyətə (həllə) patent verilməyə də bilər, yəni patent ida-
iə s
İ
patent verilməsindən imtina edilməsi barədə qərar qəbul edə bilər. Belə
hal təklif olunmuş nailiyyətin (həllin) müvəqqəti hüquqi mühafizə ilə təmin
olunmasını istisna edir. Bu cür vəziyyət yarandıqda müvəqqəti hüquqi mü
hafizə başlanm am ış sayılır.
Müvəqqəti hüquqi mühafizə zamanı iddiaçının təklif edilmiş nailiyyət (həll)
uçün müstəsna hüququ yaranmır. Buna görə də başqa şəxslər ondan istifadə
edə bilərlər. Belə halda hüquq pozuntusuna yol verilməsindən danışmaq ol
maz, yəni həmin istifadə qanunsuz istifadə sayılmır.
İddiaçıya patent verilərsə, onda başqa şəxslərin nailiyyətindən (həlidən) is
tifadə etmələri (daha doğrusu, istifadə etməkdə davam etmələri) artıq subyek
tiv patent hüququnun (nailiyyətdən istifadə üçün müstəsna hüququn) pozul
ması (patentin pozulması) hesab olunacaqdır. Belə halda patent sahibi istifa
dəçilərdən sənaye m ülkiyyəti obyektindən istifadə etmələrini dayandır
mağı tələb edə bilər. Digər tərəfdən, patent sahibi müvəqqəti hüquqi mühafizə
dövründə təklif olunmuş nailiyyətdən (sənaye mülkiyyəti obyektindən) istifadə
yə görə onlardan pul kompensasiyası tələb edə bilər2. İstifadəçilər belə
kompensasiyanı ödəməyə borcludurlar. Pul kompensasiyasının məbləği tərəf
lərin razılığı ilə müəyyən edilir. Patent sahibi ilə istifadəçi arasında mübahisə
yaranarsa, məsələ məhkəmə qaydasında həll olunur.
Sənaye mülkiyyəti obyektinin hüquqi mühafizəsi dövründə ondan istifadə
etmiş şəxslər iddiaçı şəxs tərəfindən patent alındıqdan sonra ondan istifadəni
davam etdirə bilərlər. Bu zaman istifadəçilər patent sahibi ilə lisenziya mü
qaviləsi bağlamalıdırlar.
Təklif edilmiş nailiyyət (həll) üçün patent verilmədiyi hallarda, istifadəçilər
hər hansı pul kompensasiyası ödəməyə borclu deyillər.
Qeyd etmək lazımdır ki, bir sıra hallarda patent sahibi- 1
Oolayı yolla
hüquqi mühafizə
nin sənaye mülkiyyəti obyektindən istifadə üçün müs
təsna hüququ (patent hüquqları) pozulur. Patent sahibi
nin patent hüquqlarının pozulması halına kifayət qədər misallar çəkmək olar.
Məsələn, müəyyən hər hansı məhsulun (məmulatın) hazırlanma üsulu (texno
logiyası), məsələn, ixtira obyekti olan üsul patentlə mühafizə edilir, yəni üsul
1 «Palcnl haqqında» qanunun 30-cu
maddəsinin S-ci
bəndi.
:
Сергеев ATI.
Право интеллектуальной собственности, с. 514.
361
(texnologiya) patentləşdirilir. Hər haıısı müəssisə bilavasitə patentləşdirilmiş
həmin üsuldan istifadə etməklə, necə deyərlər, onun köməyi ilə yeni məhsul
(məmulat) hazırlayır. Əgər müəssisə hazırlanmış məhsulu təsərrüfat dövriyyə
sinə daxil edərsə (məsələn, satarsa və s.), yaxud bu məqsədlə saxlayarsa,
belə hal patent sahibinin müstəsna hüququnun pozulması hesab edilir. Ona
görə ki, bilavasitə patentlə mühafizə olunan üsulla (patentləşdirilmiş üsulla) bila
vasitə hazırlanan məhsulun təsərrüfat dövriyyəsinə daxil edilməsi, yaxud bu
məqsədlə saxlanması patent sahibinin müstəsna hüququnun pozulması sayılır'.
Göstərilən halda məhsulun (məmulatın) hazırlanma (alınma) üsuluna (tex
nologiyasına) patent alan şəxsin (patent sahibinin) əmlak mənafeyi necə tə
min olunur və onun müstəsna hüququ hansı qaydada qorunur? Məsələ bura
sındadır ki, patentləşdirilmiş üsuldan (texnologiyadan) istifadə etməklə hazırla
nan məhsulu (məmulatı) yalnız aşkar etmək yolu ilə patent sahibi öz müstəs
na hüququnun pozulmasını müəyyənləşdirə bilər. Bu isə kifayət qədər çətinlik
lə bağlı olub, heç də asan məsələ deyil. Belə ki, patent sahibinin müəssisəyə
sərbəst giriş hüququ yoxdur. Buna görə də məlum məsələdir ki, patent sahibi
onun yaratdığı üsuldan (texnologiyadan) müəssisənin istifadə etməsini yoxla
yıb müəyyənləşdirə bilməz.
Məhz bu səbəbdən qanun məhsula (məmulata) dolayı yolla hüquqi mühafi
zə kimi xüsusi qoruma qaydası müəyyən edir2. Dünya patent praktikasının ta
nıdığı həmin qayda Azərbaycan Respublikasının qanunvericiliyi üçün yeni hal
dır. Məsələn, TRIPS sazişinə görə məhsulun hazırlanma üsulu üçün patent al
mış şəxs belə müstəsna hüquqa malikdir ki, bu hüquqa görə üçüncü şəxslər
onun icazəsi olmadan həmin üsuldan istifadə edə bilməzlər (28-ci maddə).
Dolayı yolla hüquqi mühafizə dedikdə, m əhsulun (m əm ulatın) alınma
üsuluna verilm iş patentin bilavasitə həmin üsulla alınan digər məhsul
(məmulat) barəsində qüvvədə olması, yəni onu qorum ası başa düşülür.
Dolayı yolla hüquqi mühafizənin əsas mahiyyəti ondan ibarətdir ki, məhsu
lun (məmulatın) hazırlanma (alınma) üsulu (texnologiyası) üçün patent alan
şəxs (patent sahibi) bilavasitə həmin üsulla alman digər m əhsula (məm ula
ta) da müstəsna hüquqa m alikdir. Başqa sözlə desək, məhsulun (məmula
tın) alınma üsulu üçün patent əldə edən şəxsin (patent sahibinin) patentlə ona
verilən hüququ bilavasitə həmin üsulla hazırlanan digər (yeni) məhsula (mə
mulata) da şamil edilir. Əgər patent sahibi yeni məhsula (məmulata) patent
ala bilsəydi, məhsulun (məmulatın) alınma üsuluna olan analoji (eyni) hüquq
əldə edəcəkdi. Məsələn, südü pendirə çevirmək üsulunu ixtira edən şəxs hə
min üsula patent alır. Başqa şəxs həmin üsuldan istifadə edərək yeni məhsul
(məsələn, soyuducusuz saxlana bilən pendir) hazırlayır. Patent həmin məhsu
la da aiddir.
Azərbaycan Respublikasının patent qanunvericiliyi yeni m əhsulun patent
ləşdirilm iş üsulla alınması prezum psiyasından çıxış edir. Bu prezumpsiya-
ya görə, əksi sübut edilənə kimi, yəni əksini sübut edən hal olmadıqda yeni
«Patent haqqında» qanunun 22-ci maddəsi.
‘ «Patent haqqında» qanunun 10-cu maddəsinin 3-cü bəndi.
362
məhsul patentləşdirilmiş üsulla alınmış hesab edilir. Əgər əksi sübut olunarsa,
onda belə hesab edilir ki. məhsul (məmulat) patentləşdirilmiş üsulun köməyi
ilə hazırlanmamışdır, yəni məhsul hazırlanarkən patent sahibinə məxsus olan
patentləşdirilmiş üsuldan istifadə edilməmişdir. Sübut etmə yükünü sözsüz,
məhsul hazırlayan şəxs çəkir. Əgər o, həmin halı sübut edə bilməsə, patent
sahibinin müstəsna hüququnun pozulması göz qabağındadır. Buna görə də
başqasının patentləşdirilmiş üsulundan istifadə etməklə yeni məhsul hazırla
yan şəxslər hökmən patent sahibindən icazə almalıdırlar. Çünki patent sahi
binin m əhsulunun alınma üsuluna müstəsna hüququ vardır.
Dostları ilə paylaş: |