§ 8. S u b y e k tiv patent hüququnun m əzm unu
Subyektiv patent
hüququnun
məzmununu təşkil
edən elementlər
Subyektiv patent hüququ patent hüquq münasibətinin
hüquqi məzmununu təşkil edən elementlərdən biridir.
Subyektiv mülki hüququn növlərindən biri olan patent
hüququnun özü bir neçə səlahiyyətdən (hüquqi im
kandan) ibarətdir ki, onlar səlahiyyətli şəxsə (patent
sahibinə) məxsusdur. Həmin səlahiyyətlərə aiddir:
• tələb etmək səlahiyyəti;
• istifadə səlahiyyəti:
• sərəncam səlahiyyəti;
• müdafiə səlahiyyəti.
Tələb etmək səlahiyyəti dedikdə, patent sahibinin borclu tərəfdən, yəni
əhatə dairəsi bilinməyən, qeyri-məhdud saylı şəxslərdən («hamıdan və hər
kəsdən») onun patent hüququnu pozmaqdan çəkinməyi tələb etmək imkanı
başa düşülür. Belə ki, subyektiv patent hüququ qeyd etdiyimiz kimi, mütləq
xarakterli hüquqdur.
İstifadə səlahiyyəti patent sahibinə verilən əsas hüquqi imkanlardan biri
dir. Söhbət patentlə təmin olunan istifadə hüququndan gedir. Növbəti yarım-
başlıq istifadə hüququnun mahiyyətinə aydınlıq gətirir.
Sərəncam səlahiyyəti dedikdə, patent sahibinin patentə sərəncam ver
mək hüququ (hüquqi imkanı) başa düşülür. Ona çox vaxt patentə sərəncam
verm ək hüququ deyilir. Bu hüquq əsasında patentin necə deyərlər, hüquqi
taleyi və müqəddəratı həll olunur.
Müdafiə səlahiyyəti dedikdə, patent hüququ pozulduğu halda patent sahi
binin qanunla müəyyən edilmiş müdafiə tədbirlərinə əl atmaq hüququ (hüquqi
imkanı) başa düşülür.
İstifadə hüququ (səlahiyyəti) haqlı olaraq patent sahibinin əm-
Istıfadə
|ak hüquqlarından biri hesab edilir'. Məlum məsələdir ki, istifa-
huququ
də hdqUqU paten( sahibinin əmlak mənafeyini təmin edir. İsti
fadə hüququ patent sahibinə sənaye mülkiyyəti obyektini (ixtiranı, faydalı mo
deli və ya sənaye nümunəsini) tətbiq etmək üçün patentlə verilən hüquqi im
kandır, səlahiyyətdir. O, müstəsna hüquqdur.
İstifadə hüququ dedikdə, sənaye mülkiyyəti obyektini tətbiq etmək
Гуев A.H.
Гражданское право. Учебник. Том 3. 2003, с. 242.
363
üçün patent sahibinə verilən müstəsna hüquq (hüquqi imkan, səlahiy
yət) başa düşülür. Yalnız və yalnız patent sahibi sənaye mülkiyyəti obyektini
tətbiq edə bilər; digər şəxslərin buna ixtiyarı çatmır; heç kəs patentlə qorunan
sənaye mülkiyyəti obyektini tətbiq edə bilməz; başqa şəxslər yalnız patent sa
hibinin razılığı (icazəsi) ilə ondan istifadə edə, onu tətbiq edə bilər.
İstifadə hüququ özündə iki əsas hüquqi imkanı (səlahiyyəti) birləşdirir:
• müsbət hüquqi imkanı (səlahiyyəti);
• mənfi hüquqi imkanı (səlahiyyəti).
Müsbət hüquqi imkana (səlahiyyətə) görə, patent sahibi sənaye mülkiy
yəti obyektindən öz istəyinə uyğun sərbəst surətdə istifadə edə bilər. Bu za
man o, özü obyektin sənaye istehsalını və patentlə qorunan məmulatın satışı
nı təşkil edir, başqa şəxslərin köməyindən istifadə etmir. Patent sahibi sənaye
mülkiyyəti obyektindən sərbəst şəkildə o halda istifadə edə bilər ki, maliyyə
(maddi), iqtisadi və istehsal resurslarına malik olsun. Sənaye mülkiyyəti ob
yektinin sənaye istehsalı belə resursların olmasını tələb edir.
Mənfi hüquqi imkana görə, patent sahibi başqa şəxslərin sənaye mülkiy
yəti obyektindən istifadə etmələrini qadağan edə bilər. Əgər qadağan edərsə,
heç kəs sənaye mülkiyyəti obyektindən istifadə edə bilməz. Ümumi prinsip bun
dan ibarətdir ki, patent sahibinin razılığı (icazəsi) olmadan başqa şəxslərin sə
naye mülkiyyəti obyektindən istifadə etmələrinə yol verilmir, yəni icazəsiz (qa
nunsuz) istifadə qadağan edilir, icazəsiz istifadə hüquq pozuntusu sayılır.
Bununla belə, qanunda nəzərdə tutulan hallarda sənaye mülkiyyəti obyek
tindən patent sahibinin razılığı olmadan istifadə oluna bilər. Lakin belə istifadə
qanun yol verdiyinə görə hüquq pozuntusu sayılmır.
Patent sahibinin sənaye mülkiyyəti obyektindən istifadə üçün müstəsna hü
quq digər patent sahiblərinin hüquqlarını pozmamalıdır, digər tərəfdən, qanu
na uyğun olmalıdır. Bunlar sənaye mülkiyyəti obyektindən bilavasitə istifadə
etmənin vacib şərtləridir.
Qanun sənaye mülkiyyəti obyektindən istifadəyə leqal anlayış verir'. Bu an
layış sənaye mülkiyyəti obyektindən istifadənin mahiyyətinə aydınlıq gətirir.
Sənaye m ülkiyyəti obyektindən istifadə dedikdə, p a ten tlə şd irilm iş sə
naye m ülkiyyəti obyektinin tətbiqi ilə hazırlanan m əhsulun təsərrüfat
dövriyyəsinə daxil edilm əsi, habelə pa ten tlə şd irilm iş sənaye m ülkiyyəti
obyektinin bütün mühüm əlam ətlərini birləşdirən üsulun tə tb iq edilməsi
başa düşülür.
Sənaye mülkiyyəti obyektindən müxtəlif məqsədlər üçün istifadə oluna bilər.
Söhbət vaxta qənaət etmək, məhsulun (məmulatın) keyfiyyətini yaxşılaşdırmaq,
istehsalı sadələşdirmək, əmək şəraitini yaxşılaşdırmaq, texniki təhlükəsizliyi tə
min etmək, əl əməyini yüngülləşdirmək və digər məqsədlərdən gedir.
Sənaye mülkiyyəti obyektindən istifadə əsasən iqtisadi fayda əldə etməyə
yönəlir. İqtisadi fayda əldə etmək dedikdə, gəlir (mənfəət) əldə etmək başa
düşülür İqtisadi fayda həm pul, həm də natura formasında ola bilər.
Sənaye mülkiyyəti obyektindən istifadə iki əsas hərəkətdən (elementdən) 1
1 "Patent haqqında» qanunun 15*ci maddəsinin l-ci həndi.
364
bərətdir:
• təsərrüfat dövriyyəsinə buraxmaq;
• üsulu tətbiq etmək.
Təsərrüfat dövriyyəsinə buraxmaq dedikdə, patentləşdirilmiş sənaye
mülkiyyəti obyektinin köməyi ilə (yəni ondan istifadə olunması ilə) hazırlanmış
məhsul barədə qanunla icazə verilən istənilən hərəkətin edilməsi başa düşü-
lur. Söhbət həm faktiki hərəkətlərdən (belə hərəkətlər hüquqi nəticəyə səbəb
ılmur, yəni mülki hüquq və vəzifələr yaratmır, dəyişdirmir və ya ləğv etmir),
bəm də hüquqi hərəkətlərdən (belə hərəkətlər isə hüquqi nəticəyə səbəb olur,
yəni mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və ya ləğv edir) gedir.
Həmin hərəkətlərin təxmini (qəti və dəqiq olmayan) siyahısı qanunda gös
tərilmişdir’ . Onlara aiddir;
• məhsulun (məmulatın) hazırlanması;
• məhsulun (məmulatın) tətbiqi;
• məhsulun (məmulatın) idxalı;
• məhsulun (məmulatın) satış üçün təklif olunması;
• məhsulun (məmulatın) satışı;
• məhsulun (məmulatın) saxlanması;
• məhsulun (məmulatın) təsərrüfat dövriyyəsinə digər şəkildə daxil edilməsi.
M əhsulun (məmulatın) hazırlanması dedikdə, onun gəlir götürmək (mən
fəət əldə etmək) məqsədi ilə istehsal olunması başa düşülür. Məhsul kommer
siya məqsədi ilə istehsal olunmalıdır.
M əhsulun (məmulatın) tətbiqi dedikdə, kommersiya məqsədi ilə onun is
tehsal-təsərrüfat istifadəsinin bütün halları başa düşülür.
M əhsulun (məmulatın) idxalı dedikdə, import, yəni onun xarici ölkədən
gömrük ərazisi vasitəsilə Azərbaycan Respublikasına gətirilməsi başa düşü
lür. Bundan əlavə, gömrük qanunvericiliyi normalarına görə ölkə ərazisinə elə
yolla mal gətirilir ki, bu, idxala bərabər tutulur.
M əhsulun (məmulatın) satış üçün tə klif olunması dedikdə, onun reklam
olunması başa düşülür. Məhsul isə müxtəlif formalarda reklam oluna bilər. Hə
min formalara aiddir2:
• məhsulun (məmulatın) nümunəsinin ticarət zalında kütləvi nümayiş etdi
rilməsi;
• məhsulun (məmulatın) piştaxtalarda, vitrinlərdə və digər satış yerlərində
qoyulması;
• məhsula (məmulata) dair məlumat təsvirinin , kataloqunun, fotoşəklinin
və s. təqdim edilməsi;
• reklam klipi və s.
M əhsulun (məmulatın) satışı dedikdə, onun realizə olunması başa düşü
lür. Bu zaman mal göndərmə, pərakəndə alqı-satqı və xüsusi mənada alqı-
satqı kimi müqavilələrdən istifadə olunur.
1 «Patent haqqında» qanunun 22-ci maddəsi.
: H əm in form alar barədo bax:
A lla h v e rd iy e v S.S.
Azərbaycan Respublikasının mülki hüququ.
Dərslik. II cild . Bakı. 2001, s. 85;
Сергеев А.П .
Право интеллектуальной собственности, с. 517.
365
Sənaye mülkiyyəti
obyektinə sərəncam
vermək hüququ
(səlahiyyəti)
Göstərilənlər (məhsulun hazırlanması, tətbiqi, idxalı, satışı və s.)1 əlbəttə,
məhsulun (məmulatın) təsərrüfat dövriyyəsinə daxil olunmasını ifadə edən hə
rəkətlərin hamısı demək deyildir. Sözsüz ki, məhsul (məmulat) təsərrüfat döv
riyyəsinə digər formalarda da daxil edilə bilər. Məsələn, sənaye mülkiyyəti ob
yektindən istifadə üçün müstəsna hüquq maya kimi müəssisənin (təsərrüfat
cəmiyyəti və ortaqlığı kimi formada yaradılan kommersiya təşkilatının) nizam
namə kapitalına qoyula bilər. Məsələ burasındadır ki, Almaniya hüquq doktri
nasına görə, sənaye mülkiyyəti obyektlərinə müstəsna hüquq (patent və s.)
müəssisənin qeyri-maddi (ideal) elementinə (əmlakına) aiddir2.
Bundan əlavə, patentləşdirilmiş sənaye mülkiyyəti obyektinin istifadəsi ilə
hazırlanmış məhsul (məmulat) barəsində kirayə, icarə, ssuda, lizinq, podrat,
dəyişmə və digər mülki-hüquqi müqavilələr bağlana bilər. Bunlar onu ifadə
edir ki, məhsul (məmulat) təsərrüfat dövriyyəsinə daxil edilmişdir.
Sənaye mülkiyyəti obyektinə sərəncam vermək hü
ququ (səlahiyyəti) subyektiv patent hüququnun
məzmununu təşkil edən hüquqi imkanlardan biridir.
Bu, patent sahibinin malik olduğu əm lak hüquqla
rından biridir.
Elə hal yaranır ki, patent sahibi sənaye mülkiyyəti obyektindən sərbəst şə
kildə özü istifadə etmir. Bu, müxtəlif səbəblərlə izah oluna bilər. Belə səbəblə
rə misal olaraq göstərmək oiar:
• sənaye mülkiyyəti obyektini tətbiq etmək üçün patent sahibinin maddi
(maliyyə) və istehsal resurslarına malik olmaması və ya onların kifayət
etməməsi (çatışmaması);
• sənaye mülkiyyəti obyektini tətbiq etmək məsələsində patent sahibinin
təcrübəyə malik olmaması, onun necə deyərlər, səriştəsizliyi;
• patent sahibinin daha vacib məsələlərlə məşğul olması;
• patent sahibinin xammala malik olmaması;
• patent sahibinin sənaye mülkiyyəti obyektindən özünün istifadə etməsinə
həvəs və istəyin olmaması və ya bunun sadəcə olaraq mümkün olma
ması;
• yüksək ixtisaslı mütəxəssislərin (personalın) olmaması;
• patent sahibinin kommersiya və istehsal xarakterli məsələləri həll etmək
iqtidarında və qabiliyyətində olmaması;
• istehsal sahəsinin olmaması və s.
Bu və ya digər hallardan biri olduqda, patent sahibi sənaye mülkiyyəti ob
yektindən istifadə hüququnu (patent hüququnu) başqa şəxsə verə bilər. Məhz
belə hüquqi imkana sənaye mülkiyyətinə sərəncam vermək hüququ və ya pa
tentə sərəncam vermək hüququ deyilir.
Sənaye m ülkiyyəti obyektinə sərəncam hüququ dedikdə, patent sahi
binin sənaye m ülkiyyəti obyektindən istifadə hüququnu özgəninkiləşdir-
mək, yəni başqa şəxslərə vermək imkanı başa düşülür.
1
М эггс Г/.Б.. Сергеев А .П .
Интеллектуальная собственность. М . 2000, с. 142-143.
' Гражданское и торговое право зарубежных государств. У чебник. Том I . М . 2004, с. 176.
Sənaye m ülkiyyə ti obyektindən istifadə hüququnun özgəninkiləşdiril-
məsi (başqa şəxsə verilməsi) patentə sərəncam verilməsi deməkdir. Mülki
hüquq elmində və qanunvericilikdə patentə sərəncam verilməsinin isə iki for
ması (növü) fərqləndirilir. Həmin formalara aiddir:
• patentin güzəşti;
• lisenziya verilməsi.
Göstərilən formalar beynəlxalq sazişlərə, məsələn, TRIPS sazişinə də mə
lumdur. Həmin sazişdə göstərilir ki, patent sahibi öz patent hüquqlarını güzəşt
edə və ya onlardan istifadə olunmasına icazə verə bilər (28-ci maddə).
Patentin güzəşti dedikdə, patent sahibinin sənaye mülkiyyəti obyektini qo
ruyan sənədi tamamilə başqa şəxsə verməsi, onu özgəninkiləşdirməsi başa
düşülür. Azərbaycan Respublikasının patent hüququna, patentə sərəncam ve
rilməsinin bu forması (növü) məlumdur. Qanunda göstərilir ki, patent tamami
lə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qayda
da ö zg ə n in kilə şd irilə b ilə r1
Patentin güzəşti patent hüquqlarının güzəşti deməkdir. Patent hüquqları isə
əmlak hüququnun bir növüdür.
Patentin güzəşti zamanı patent sahibi sənaye mülkiyyəti obyektinə olan hü
ququndan (subyektiv patent hüququndan, müstəsna istifadə hüququndan) ta
mamilə imtina edir və bütövlükdə onu başqa şəxsə verir. Patenti əldə edən
şəxsə patent sahibinin malik olduğu hüquqlar qismən yox, necə deyərlər, tam
həcmdə, bütöv və kompleks halında keçir. Buna görə də patentin sahibi malik
olduğu hüquqların bəzilərini özündə saxlayıb, digərlərini isə başqa şəxsə verə
bilməz. Patent güzəşt edilərkən patent sahibi patenti əldə edən şəxslə (paten
tin yeni sahibi ilə) əvəz olunur. Patentin yeni sahibi əvvəlki (köhnə) sahibinin
malik olduğu bütün hüquqları əldə edir.
Patentin güzəşti öz hüquqi təbiətinə görə se ssiya d ır və buna görə müna
sibətlər sessiya m üqaviləsi (patentin və ya patent hüquqlarının güzəşti mü
qaviləsi) ilə rəsmiləşdirilir. Sessiyanın hüquqi əsası rolunda isə müxtəlif
növ m ü lki-h ü q u q i ə qdlər çıxış edə bilər. Belə əqdlərə misal olaraq göstərə
bilərik:
• alqı-satqı müqaviləsi;
• bağışlama müqaviləsi;
• dəyişmə müqaviləsi və s.
• vəsiyyətnamə1
2
3 və s.
Sessiya müqaviləsi (patent hüquqlarının güzəşti müqaviləsi) yazılı forma
da bağlanmalıdır. Müqavilə həm də səlahiyyətli dövlət orqanında (patent
idarəsində) qeydiyyata alınmalıdır. Patent haqqında qanunda göstərilir ki,
patentin və ya onunla bağlı hüquqların başqasına verilməsi müvafiq icra haki
miyyəti orqanında qeydiyyata alınır (qanunun 17-ci maddəsinin 3-cü bəndi).
Qeydiyyata alınmayan müqavilə qüvvəyə minmir və buna görə də etibarsız
sayılır.
1 «Patent haqqında» qanunun 17-ci maddəsinin 1-ci bəndi.
2
Иоффе О.C.
Советское гражданское право. Курс лскиин. Часть 3. Л ., 1965, с. 133.
2 TR.İPS sazişinin 18-ci maddəsinə görə patent sahibi patent hüquqlarını vərəsəlik uzrə verə bilər.
367
Patents sərəncam verilməsinin ikinci forması (növü) lisenziya vermək adla
nır. Lisenziya
v e r m ə k
dedikdə, patent sahibinin sənaye mülkiyyəti obyektin
dən (patent hüquqlarından) başqa şəxslərin istifadə etməsinə icazə verməsi
başa düşülür. Təsadüfi deyildir ki, «lisenziya» termini latınca «hər hansı hərə
kətin edilməsinə icazə» mənasını ifadə edir. Lisenziya vermək başqa şəxsin
sənaye mülkiyyəti obyektindən (patent hüquqlarından) istifadə etməsinə pa
tent sahibinin hüquq verməsi deməkdir.
Sənaye mülkiyyəti obyektindən istifadə olunmasına lisenziya verilməsi ilə
bağlı yaranan münasibətlər müqavilə ilə rəsmiləşdirilir. Ona lisenziya müqa
viləsi və ya lisenziya verilməsi barədə m üqavilə deyilir. TRIPS sazişində
göstərilir ki, patent sahibi lisenziya müqaviləsi bağlamaqla patent hüquqlann-
dan istifadəyə icazə verə bilər. Lisenziya müqaviləsi öz xarakterinə görə mül
ki-hüquqi müqavilə olub, onun müstəqil növlərindən biri sayılır. Bu müqavilə
dən əqli m ülkiyyət obyektindən istifadə hüququnun verilm əsi üzrə öhdə
lik yaranır ki, o, mülki-hüquqi öhdəliyin müstəqil növlərindən (tiplərindən) biri
sayılır.
Sənaye mülkiyyəti obyektindən istifadə hüququnun verilməsi barədə lisen
ziya müqaviləsini bağlayan tərəflər lisenziar və lisenziat adlanır. Lisenziar de
dikdə, sənaye mülkiyyəti obyektindən istifadəyə müstəsna hüququ olan patent
sahibi başa düşülür. İstifadəçi, yəni sənaye mülkiyyəti obyektindən istifadə hü
ququnun verildiyi şəxs isə lisenziat adlanır. Lisenziat obyektdən istifadə hü
ququnu əldə edən, lisenziya alan şəxsdir. Lisenziya müqaviləsi patent haqqın
da qanunun 19-cu maddəsi ilə tənzimlənir. Məhz burada lisenziya müqaviləsi
nin leqal anlayışı verilir.
Lisenziya m üqaviləsinə görə, patent sahibi (lisenziar) sənaye m ü lk iy
yəti obyektindən istifadə hüququnu m üqavilədə nəzərdə tu tu lm u ş həcm
də başqa hüquqi və ya fiziki şəxsə (lisenziata) verir.
Lisenziya müqaviləsinin predm etini sənaye mülkiyyəti obyektindən isti
fadə hüququnun verilməsi təşkil edir. Sənaye mülkiyyəti obyektinin özü isə
müqavilənin predmeti ola bilməz. Ona görə ki, sənaye mülkiyyəti obyekti qey
ri-maddi (ideal) xarakterə malik olub, başqa şəxsə verilmir.
Sənaye mülkiyyəti obyektindən istifadə hüququ lisenziata (istifadəçiyə) ve
rildiyi halda müqavilə bağlanmış hesab edilir. Məhz həmin halda tərəflər üçün
hüquq və vəzifələr əmələ gəlir. Buna görə də söyləyə bilərik ki, lisenziya mü
qaviləsi real m üqavilədir.
Lisenziya müqaviləsinə verilən anlayışdan onun əvəzli olması barədə hər
hansı bir göstəriş ifadə edilmir. Amma, bir qayda olaraq, lisenziar (patent sahi
bi) sənaye mülkiyyətindən istifadə hüququnu lisenziata (istifadəçiyə) haqq mü
qabilində verir. Hər hansı şəxsə ixtiradan və diger obyektlərdən istifadə etmək
hüququ verildiyinə görə patent sahibinə haqq ödənilməlidir'. Buna görə lisen
ziya müqaviləsini əvəzli m üqavilə hesab etmək olar2.
Beynəlxalq ticarət dövriyyəsində lisenziya ticarəti geniş yayılmışdır. Müasir 1
1
Иоффе О.C
Советское гражданское право. К ур с лекций. Л. Часть 3, с. 133.
'
Ты цель А.. Функ Я.. Хвален В
Курс международного торгового права. У чебник. М и нск. 2000.
с. 514;
Фомичев В.И.
Международная торговля. М . 2001, с. 361.
368
elmi-texniki inqilab şəraitində lisenziya ticarəti hazır məhsulun ticarətinə nisbə
tən daha tez inkişaf edir'. Bəzən isə lisenziya ticarəti (məmulatı istehsal et
mək hüququ verən lisenziyanın satışı) hazır məmulatın satışından daha sərfəli
və əlverişli olur. Belə ki, xüsusi (şəxsi) istehsalın kifayət etməməsi üzündən
hazır məhsulu satmaq və ya xarici bazara çıxmaqla bağlı olaraq problem yara
na bilər (xammal çatışmazlığı, yüksək ixtisaslı personalın və istehsal sahəsinin
olmaması və s.) Bunlardan əlavə, bir sıra faktlar da patentləşdirilmiş məmulatı
ixrac etməyə mane ola bilər məmulatın ixrac olunduğu ölkənin hökuməti tərə
findən proteksionizm siyasəti yeridilməsi, gömrük rüsumunun yüksək olması;
idxal kvotası və s. Belə hallarda lisenziya ticarəti kimi münasib vasitədən isti
fadə olunur. Lisenziya ticarəti faydalı və sərfəli olub, beynəlxalq elmi-lexniki
əməkdaşlığın inkişafına kömək edir.
Lisenziatın (istifadəçinin) lisenziara (patent sahibinə) ödədiyi haqqa lisenziya
haqqı deyilir. Lisenziya haqqı dedikdə, sənaye mülkiyyəti obyektindən (patent
ləşdirilmiş obyektdən) istifadə hüququ verməyə görə lisenziatın (istifadəçinin) li
senziara ödədiyi pul məbləği başa düşülür. Lisenziya haqqının məbləğini tərəf
lər özləri müəyyən edirlər. Bu barədə müqavilədə şərt nəzərdə tutulur.
Lisenziya müqaviləsində tərəflər həm də lisenziya haqqının ödənilməsi for
ması barədə şərt nəzərdə tuturiar. Ödəniş əsasən iki formada heyata keçirilir;
pauşal ödəniş; royalti ödənişi. Pauşal ödənişə görə, lisenziat (istifadəçi) mü
əyyən edilən pul məbləğini birdəfəlik ödəyir. Royalti ödənişə görə, lisenziat
(istifadəçi) nəzərdə tutulan pul məbləğini hissə-hissə (məsələn, aylıq, rüblük,
illik və s.) ödəyir.
ödəniş satış pulundan faiz şəklində ödəmə formasında da həyata keçi
rilə bilərL Belə ki, patentləşdirilmiş məhsulun satışından əldə olunan pul məb
ləğinin bir hissəsi faiz şəklində (10 %-i, 15 %-i. 5%-i və s.) lisenziara verilir.
Bu, daha ədalətli ödəniş formasıdır.
Lisenziya müqaviləsi sənaye mülkiyyəti hüququnun verilməsi barəsində
bağlanılır. Başqa sözlə desək, sənaye mülkiyyəti obyektindən istifadəyə icazə
verilməsi lisenziya müqaviləsi bağlamaqla həyata keçirilir. Buna görə də lisen
ziya müqaviləsi hüquq ədəbiyyatında haqlı olaraq göstərildiyi kimi, yazılı for
mada bağlanmalıdır3. Patent haqqında qanunda lisenziya müqaviləsinin for
ması barədə hər hansı göstəriş olmasa da, onun şifahi formada bağlanması
istisna edilir. Məsələ burasındadır ki, qanuna görə, lisenziya müqaviləsi səla
hiyyətli dövlət orqanında (patent idarəsində) qeydiyyata alınmalıdır4. Şifahi for
mada yox, yalnız yazılı formada bağlanan müqavilə qeydiyyata alına bilər. Bu
isə onu gösterir ki. lisenziya müqaviləsi sadə yazılı formada bağlanılır.
Yalnız qeydiyyata alındıqdan sonra lisenziya müqaviləsi qüvvəyə minir. Qey
diyyata alınmamış müqavilə isə hüquqi əhəmiyyət kəsb etmir, tərəflər üçün hü
quqi nəticə (hüquq və vəzifələr) yaratmır və buna görə də etibarsız sayılır
' Богуымский М М Международное частное право Учебник. M 2002. с I I 4.
2 A.P .S crgcycv
sehvon
pauşal vo ro ya lti ödənişi
formalarını bır-hin ilə qarışdırır (Сергеев А П
Право интеллектуальной собственности, с. 521)
5
Мэггс П.Б.. Сергеев А.П.
Интеллектуальная
собственность М. 2000, с 160
*
«Patent haqqında» qanunun
19-cu
maddəsinin
l-cı Kəndi
369
Sənaye mülkiyyəti obyektindən (patent hüquqlarından) istifadə olunması
barədə lisenziya müqaviləsi ayrı-ayrı meyarlara (əlamətlərə) görə müxtəlif
növlərə bölünür Verilən patent hüquqlarının həcmi kim i meyara (əlamətə)
görə onun üç növü fərqləndirilir:
• sadə lisenziya müqaviləsi;
• müstəsna lisenziya müqaviləsi;
• tam lisenziya müqaviləsi.
Sadə lisenziya m üqaviləsinə görə, lisenziar (patent sahibi) sənaye mül
kiyyəti obyektindən istifadə hüququnu lisenziata (istifadəçiyə) verir, amma pa
tentlə təsdiq edilən bütün hüquqları, o cümlədən üçüncü şəxslərə lisenziya
vermək hüququnu özündə saxlayır'. Bu növ müqavilə bağlananda lisenziar
(patent sahibi) sənaye mülkiyyəti obyektinə olan hüquqlarını (patent hüquqları
nı) itirmir. O, yeni lisenziya verə və ya patenti sata bilər. Lisenziya alan şəxs
(lisenzıat) sənaye mülkiyyəti obyektindən (patent hüquqlarından) istifadə hü
ququ əldə edir. Əgər sonradan patent satılarsa, o, əldə etdiyi istifadə hüququ
nu itirmir.
Sadə lisenziya müqaviləsi lisenziata (istifadəçiyə) sənaye mülkiyyəti obyek
tindən müstəsna istifadə hüququ vermir. Buna görə də o, çox vaxt qeyri-m üs-
təsna lisenziya m üqaviləsi adlanır. Ona bəzən adi lisenziya m üqaviləsi də
deyilir2.
Sadə lisenziya müqaviləsi əsasında sənaye mülkiyyəti obyektindən istifa
dənin mümkün olan bütün üsulları yox, yalnız onların bir hissəsi (qismi) keçir.
Belə ki, bu müqavilə ilə sənaye mülkiyyəti obyektindən istifadə hüququ lisenzi
ata tam həcmdə yox, qismən halda verilir (məsələn, məmulatın satış hüququ,
idxal hüququ və digər hüququnun keçməsi).
Müstəsna lisenziya müqaviləsinə görə, lisenziar (patent sahibi) lisenzia
ta sənaye mülkiyyəti obyektindən müqavilədə nəzərdə tutulmuş həcmdə müs
təsna istifadə hüququ verir3. Lisenziar artıq analoji (eyni) lisenziyanı üçüncü
şəxslərə verə bilməz. Başqa sözlə desək, lisenziarın (patent sahibinin) üçüncü
şəxsə analoji lisenziya vermək hüququ imkanı məhdudlaşır. Amma lisenziar
(patent sahibi) lisenziata verilməyən hüquqlardan istifadə imkanını özündə
saxlayır. Müstəsna lisenziya beynəlxalq praktikada daha tez-tez hallarda tət
biq edilir.
Tam lisenziya müqaviləsinə görə, lisenziar (patent sahibi) müqavilənin
qüvvədə olduğu müddət ərzində sənaye mülkiyyəti obyektindən istifadə hüqu
qundan tamamilə məhrum olur. Sənaye mülkiyyəti obyektindən istifadənin
mümkün olan bütün üsulları lisenziata keçir. Lisenziya müqaviləsi lisenziata
sənaye mülkiyyəti obyektindən müəyyən məkanda və müddət ərzində istifadə
etmək hüququ verir. Buna görə də lisenziya müqaviləsində hökmən iki məsələ
barəsində şərt göstərilməlidir;
• lisenziya məkanı barədə;
• lisenziya müddəti barədə.
1 «Palcnl haqqında» qanunun 19-cu maddəsinin 3-cü bandı.
'
Ты чем
.
A . Ф у н к Я
,
X a a u ’ i i В.
Курс международного торгового права. М и н с к. 2000, с. 512.
’ «Patent haqqında» qanunun 19-cu maddəsinin 2-ci bondi.
370
Lisenziya məkanı dedikdə, müqavilə əsasında lisenziata verilən patent
hüquqlarının (sənaye mülkiyyəti obyektindən istifadə hüququnun) qüvvədə ol
duğu ərazi başa düşülür. Məhz bu ərazidə lisenziat ona verilmiş hüquqlardan
istifadə edir. Deməli, lisenziya məkanı lisenziyanın (lisenziya müqaviləsinin)
qüvvədə olduğu ərazidir. Müstəsna lisenziya üçün lisenziya ərazisinin (məka
nının) maksimum dərəcədə məhdudlaşdırılması xarakterikdir.
Lisenziya müqaviləsində tərəflər lisenziata verilmiş patent hüquqlannın
qüvvədə olduğu ərazi barədə şərt nəzərdə tutmaya bilərlər. Belə halda həmin
hüquqlar Azərbaycan Respublikasının ərazisində qüvvədə olur. Ona görə ki,
Azərbaycan Respublikası patent idarəsinin verdiyi patentin hüquqi qüvvəsi
Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşır. Bununla belə, tərəflər li
senziyanın hansı ərazi hüdudlarında qüvvədə olması barədə razılığa gələ bi
lərlər. Yalnız həmin ərazi hüdudlarında lisenziat ona verilmiş patent hüquqla
rından (məsələn, məhsulu istehsal etmək, satmaq və s. hüquqlardan) istifadə
edə bilər. Lisenziya m üddəti dedikdə, müqavilə əsasında istifadə olunmasına
lisenziata (istifadəçiyə) icazə verilən patent hüquqlarının qüvvədə olma müddəti
başa düşülür. Bu, verilmiş lisenziyanın qüvvədə olma müddəti deməkdir. Məhz
bu müddət ərzində lisenziat ona verilmiş patent hüquqlarından istifadə edir.
Lisenziya müddətini tərəflər özləri müəyyənləşdirirlər. Onlar istənilən müddə
tə lisenziya verilməsi barədə razılığa gələ bilərlər. Beynəlxalq ticarət dövriyyəsi
praktikasında, adətən, lisenziya müddəti 3-7 il müddətinə müəyyən edilir’ .
Lisenziya müddətini müəyyənləşdirərkən tərəflər belə bir şərtə əməl etməli
dirlər ki, lisenziya m üddəti patentin özünün qüvvədə olma müddətindən
çox ola bilməz. Məsələn, ixtira üçün alınmış patentin qüvvədə olma müodətı
20 ildir. Tərəflər 20 ildən artıq olan müddətə lisenziya müddəti müəyyən edə
bilməzlər.
Patent haqqında qanun m əcburi olmaq kimi əlamətə (meyara) görə li
senziya müqaviləsinin iki növünü fərqləndirir:
• məcburi lisenziya müqaviləsi,
• qeyri-məcburi lisenziya müqaviləsi.
Məcburi lisenziya müqaviləsi patent haqqında qanunun 20-ci maddəsi ilə
tənzimlənir. Könüllü surətdə bağlanmadığına görə o, məcburi lisenziya müqa
viləsi adlanır.
M əcburi lisenziya m üqaviləsi dedikdə, qanunda nəzərdə tutulan hallar
dan biri olduqda istənilən maraqlı şəxsə məhkəmə qaydasında sənaye mülkiy
yəti obyektindən istifadə üçün məcburi lisenziya verilməsini müəyyənləşdirən
müqavilə başa düşülür. Bu növ lisenziya müqaviləsinin bağlanması üçün iki
haldan birinin mövcudluğu tələb edilir:
• birincisi, patent sahibinin və ya onun varisinin patentin verildiyi tarixdən 3
il m üddətində sənaye m ülkiyyəti obyektindən üzrsüz səbəbə gör? isti
fadə etməm əsi, istifadəyə ciddi hazırlıq görməməsi;
• ikincisi, patent sahibinin sənaye mülkiyyəti obyektindən istifadəni 3 ildən
:
Тыпель А . Функ Я.. Хвалсй В
Курс международного торгового права. Учебник. Минск. 2000.
с. 513.
371
artıq dayandırması və bu müddət qurtardıqdan sonra lisenziya vermək
dən imtina etməsi.
Göstərilən hallardan biri mövcud olduqda istənilən maraqlı şəxs sənaye
mülkiyyəti obyektindən istifadə üçün məcburi lisenziya verilməsi barədə məh
kəməyə iddia ilə müraciət edə bilər. İddiaçı rolunda həm fiziki şəxsin, həm də
hüquqi şəxsin çıxış etməsi mümkündür. Məhkəmə iddiaya baxaraq iddiaçıya
sənaye mülkiyyəti obyektindən istifadə üçün məcburi lisenziya verilməsi barədə
qərar qəbul edir. Məhkəmə belə qərarı yalnız o halda qəbul edə bilər ki, patent
sahibinin lisenziya müqaviləsi bağlamaqdan imtina etməsini müəyyənləşdirsin.
Həmin qərar əsasında patent sahibi iddiaçı ilə lisenziya müqaviləsi bağlayır. Bu
müqavilə məcburi lisenziyanın verilməsini ifadə edir. İddiaçı məcburi lisenziya
almış şəxs (məcburi lisenziat) sayılır. Patent sahibi ilə onun arasında münasi
bətlər lisenziarla lisenziat arasındakı münasibətlərə bərabər tutulur.
Lisenziat məcburi lisenziyanın verildiyi tarixdən 2 il ərzində sənaye mülkiy
yəti obyektindən istifadə etməlidir. Əgər etməsə, patent sahibi lisenziyanın
ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər.
Məcburi lisenziya müqaviləsini bir çox dünya ölkələrinin qanunvericiliyi və
beynəlxalq sazişlər də tanıyır. Məsələn, məcburi lisenziyalaşdırma TRİPS sa
zişinə məlumdur'. Xarici ölkələrin qanunvericiliyinə görə, məcburi lisenziya
əsasında sənaye mülkiyyəti obyektindən istifadəyə yalnız qanunda birbaşa
nəzərdə tutulan məhdud hallarda yol verilir. Ancaq o halda yol verilir ki, səna
ye mülkiyyəti obyektindən istifadə etmək istəyən şəxs patent sahibindən icazə
ala bilməsin. Məcburi lisenziya ixtiradan və s. istifadə etməyə hökumət təşkila
tı tərəfindən verilən icazədir. Həmin təşkilat məcburi lisenziya verilməsi barə
də qərar qəbul edir. Qərarda patent sahibinə haqq verilməsi nəzərdə tutulur2.
Qeyri-məcburi lisenziya m üqaviləsi dedikdə, iddiaçının patent alanadək
sənaye mülkiyyəti obyektindən istifadə hüququnu istənilən fiziki və ya hüquqi
şəxsə verməsini nəzərdə tutan müqavilə başa düşülür. Qanun müəyyən edir
ki, iddiaçı patent alanadək sənaye mülkiyyəti obyektindən istifadə hüququnu
istənilən hüquqi və ya fiziki şəxsə verə bilər3. Onlar arasında münasibətlər li
senziya müqaviləsi ilə rəsmiləşdirilir. Bu, qeyri-məcburi lisenziya müqaviləsi
dir. Ona açıq lisenziya m üqaviləsi də deyilir. Müqavilə səlahiyyətli dövlət or
qanında (patent idarəsində) qeydiyyata alınır4. Məhz bu andan müqavilə qüv
vəyə minir.
Müstəqil olm aq kimi əlamətə görə, lisenziya müqaviləsinin iki növü fərq
ləndirilir:
• müstəqil lisenziya müqaviləsi:
• asılı lisenziya müqaviləsi.
Müstəqil lisenziya m üqaviləsi odur ki, bu müqavilə maddi daşıyıcısından
asılı olmayaraq texnologiyanın və ya texniki vasitənin (nailiyyətin) verilməsini 1
1 Bax:
c t
.
30 и 3 1 соглашения ТРИПС.
Андрей Минное. Международная охрана интеллектуальной собственности. Минск. 2001, с.
«Patent haqqında» qanunun 15-ci maddosinin 3-cü bəndi.
Yenə orada.
20
.
nəzərdə tutur.
Asılı lisenziya m üqaviləsi odur ki, bu müqavilə müəssisənin tikilməsi, tex
noloji avadanlığın göndərilməsi (satılması) və məsləhət xidməti göstərilməsi
kontraktı ilə eyni vaxtda bağlanılır. Ona törəmə və ya əlavə lisenziya müqavi
ləsi də deyilir. Bu növ müqavilə asılı və törəmə xarakterli müqavilədir. Göstər
diyimiz müqavilələrin hamısı patent lisenziya müqavilə növünə aiddir. Bey
nəlxalq praktikada patent lisenziya müqaviləsindən başqa, həm də patentsiz
lisenziya müqaviləsindən də istifadə olunur.
Patent lisenziya m üqaviləsinin əsas funksiyası sənaye mülkiyyəti ob
yektindən istifadə hüququnun başqa şəxsə verilməsini təmin etməkdən ibarət
dir. Bundan fərqli olaraq, patentsiz lisenziya müqaviləsi kommersiya (texni
ki) sirrinin («nou-hau»nun) verilməsinə yönəlir. Ona bəzən «nou-hau» lisen
ziya m üqaviləsi də deyilir.
Beynəlxalq praktikada həm də qarışıq lisenziya müqaviləsindən istifadə
olunur. Qarışıq lisenziya müqaviləsi eyni vaxtda həm sənaye mülkiyyəti ob
yektindən istifadə hüququnun, həm də kommersiya (texniki) sirrinin («nou-
hau»nun) verilməsinə yönəlir.
D , , . . . . .
Patent lisenziya müqaviləsinin məqsədi lisenziata
məhdudlaşdırılması
lls®n^ a alan ?əxf > f naf mülkiyyətinin patent-
ləşdırılmış obyektindən texniki və təsərrüfat fəaliyyə
ti sferasında istifadə etməyə imkan verməkdən ibarətdir'.
Patentləşdirmə (patent almaq) yaratdığı sənaye mülkiyyəti obyekti barəsində
şəxsin özünü hüquqla təmin etməyin elə bir üsuludur ki, bu üsulun köməyi ilə
həmin obyektdən başqa şəxslərin istifadə etmələri istisna edilir, yəni mümkün
olmur. Patent inhisarçılıq, inhisar hüququ deməkdir. Inhisarçılığın (inhisar
hüququnun) mahiyyəti ondan ibarətdir ki, sənaye mülkiyyəti obyektini tətbiq
etməkdə, ondan istifadə olunmaqda patent sahibi müstəsna hüquqa malikdir,
yəni patent sahibinin icazəsi (razılığı) olmadan heç kəs patentlə qorunan sə
naye mülkiyyəti obyektindən istifadə edə bilməz. Əgər istifadə edərsə, bu,
subyektiv patent hüququnun pozulması (hüquq pozuntusu) sayılır. Azərbay
can Respublikasının patent hüququ (qanunvericiliyi) məhz belə prinsipdən çı
xış edir. Hüquq institutu kimi patent hüququnun yerinə yetirdiyi əsas funksiya
lardan biri patent sahibini sənaye mülkiyyəti obyektindən istifadə etmək məsə
ləsində m üstəsna hüquqla (inhisar hüququ ilə) təmin etməkdən ibarətdir
Bu. patent sahibinin şəxsi mənafeyinə uyğundur.
Bununla belə, Azərbaycan Respublikasının patent hüququ (qanunvericiliyi)
göstərilən prinsipdən istisnaya yol verərək elə hallar nəzərdə tutur ki, həmin
hallara görə başqa şəxslər patent sahibinin razılığı olmadan, ondan icazə al
madan sənaye mülkiyyəti obyektindən sərbəst şəkildə istifadə edə bilərlər və
belə istifadə patent hüquqlarının pozulması sayılmır. Belə vəziyyətə mülki hü
quq elmində (doktrinasında) patent hüququnun məhdudlaşdırılması, patent
qanunvericiliyində isə patent sahibinin müstəsna hüquqlarının pozulma- 1
1 Patent, patentsiz vo qarışıq lisenziya m üqavilələri barədə bax.
Богусловский M.M.
Международ
ное частное право. Учебник. M . 2002. с. 314;
Тынель А . Функ Я. .Хвалой В.
Курс международного
торгового права. М инск. У чебник. 2000, с. 502-504
373
ması deyilir. Həmin vəziyyətdə patent sahibinin müstəsna (inhisar) istifadə
hüququna məhdudiyyət qoyulur. Bunlar onu göstərir ki, sənaye mülkiyyəti ob
yektindən istifadə üçün patent sahibinə verilən müstəsna (inhisar) hüquq müt
ləq yox, nisbi xarakter daşıyır.
Subyektiv patent hüququnun (müstəsna istifadə hüququnun) məhdudlaşdı
rılması halı beynəlxalq sazişlərdə nəzərdə tutulur və patentləşdirilmiş obyekt
lərdən sərbəst istifadə adlanır. Məsələn, TRIPS sazişi patentləşdirilmiş ob
yektlərin sərbəst istifadəsinə yol verir1. Belə adlanma dünya patent praktikası
na uyğundur.
Patentləşdirilm iş obyektlərdən sərbəst istifadə dedikdə, patent sahibi
nin razılığı (icazəsi) olmadan həmin obyektləri başqa şəxslərin elə tətbiq
etmələri başa d üşülür ki, belə tətbiq etmə patent sa h ib in in m üstəsna (in
hisar) hüququnun pozulması sayılmır.
Sərbəst istifadə patentin hüquqi mühafizə sferasına daxil olmayan haldır.
Belə hal üçüncü şəxslərin - hamının və hər kəsin, bir sözlə, cəm iyyətin mə
nafeyinə xidm ət edir. Məsələn, müəllim patentləşdirilmiş kimyəvi prosesi
kimya dərsində nümayiş etdirir. Bu, sərbəst istifadə halı olub, əlbəttə, cəmiy
yətin mənafeyinə uyğundur. Lakin sərbəst istifadə patentin normal istifadəsinə
mane olmamalı və patent sahibinin qanunla qorunan mənafeyinə zərər vur
mamalıdır.
Dünya ölkələrinin qanunvericiliyi kimi Azərbaycan Respublikasının patent
hüququ (qanunvericiliyi) da sərbəst istifadə hallarının siyahısını verir2. Bu
siyahı təxmini yox, dəqiq və qəti xarakterə malik olan siyahıdır. Ona görə də
onu nə genişləndirmək, nə də məhdudlaşdırmaq olar.
Birinci sərbəst istifadə halı ondan ibarətdir ki, istənilən maraqlı şəxs tərki
bində patentləşdirilm iş sənaye m ülkiyyəti obyekti olan vasitələrdən qey
ri-kommersiya məqsədləri üçün gəlir əldə etmədən patent sahibinin razılığı
olmadan istifadə edə bilər. İstifadənin məqsədi qeyri-kommersiya, məsələn,
ailə-məişət, şəxsi, tədris, təhsil və digər məsələlərlə bağlı olmalıdır. Əgər vasi
tələrdən kommersiya məqsədi ilə, gəlir əldə etmək üçün istifadə olunarsa, be
lə hal patent hüququnun pozulması sayılır. Məsələn, əczaxanalıq şirkəti ürək
dərman preparatı hazırlayır. Əgər hər hansı şəxs həmin preparatdan ailə və
məişətdə şəxsi məqsədlər üçün istifadə edərsə, belə hal patent hüququnun
pozulması sayılmır. Göstərilən preparatdan satış məqsədi üçün istifadə olun
duğu halda isə patent hüququnun pozulması göz qabağındadır.
ikincisi, tərkibində patentləşdirilm iş sənaye m ülkiyyəti obyekti olan va
sitələrin elmi eksperim ent və ya tədqiqat məqsədləri, həm çinin patent
ləşdirilm iş sənaye m ülkiyyəti obyektinin yoxlanılm ası üçün istifadəsi
sərbəst istifadə hesab edilir və patent hüququnun pozulması sayılmır. İcazə
verilmiş istifadə növləri ibarətdir:
• elmi eksperiment keçirməkdən;
• elmi tədqiqat aparmaqdan;
1 Bax:
CT.30
соглашения ТРИПС.
* «Patent haqqında» qanunun 23-cü maddəsi.
374
• patentləşdirilmiş sənaye mülkiyyəti obyektini yoxlamaqdan.
Vasitədən bir sözlə, elmi eksperiment, elmi tədqiqat və ya yoxlama obyekti
kimi istifadə olunmalıdır. Məsələn, mühəndisin etdiyi ixtiranın iş qabiliyyətini və
effektli olmasını müəyyən etmək üçün hər hansı şəxs onu yoxlayır. Belə istifa
də patent hüququnun pozulması sayılmır.
Üçüncüsü, həkimin resepti üzrə patentləşdirilmiş vasitədən istifadə
üçün b irdəfəlik dərman hazırlanması sərbəst istifadə halıdır və buna görə
də patent hüququnun pozulması sayılmır. Əgər patentləşdirilmiş vasitədən isti
fadə məqsədi üçün yox, satış məqsədi üçün dərman hazırlanarsa, belə hal
patent hüququnun pozulması sayılır. Bundan əlavə, patentləşdirilmiş vasitə
dən dərmanın sənaye üsulu ilə hazırlanması da patent hüququnun pozulması
hesab edilir. Əsas şərt ondan ibarətdir ki, dərman birdəfəlik hazırlanmalıdır.
Məsələn, həkimin resepti üzrə xəstənin istifadə etməsi üçün aptek patentləş
dirilmiş vasitənin köməyi ilə dərman hazırlayır. Belə halda patent sahibinin bu
na razılıq verməsi tələb olunmur.
Dördüncüsü, xarici ölkələrin hüquqi və ya fiziki şəxslərinə məxsus olan
nəqliyyat vasitələrinin ehtiyacları üçün patentləşdirilm iş sənaye mülkiy
yəti obyektindən həmin nəqliyyat vasitələrinin konstruksiyasında və ya
istism arı zamanı istifadə sərbəst istifadə halıdır. Buna görə də belə istifadə
patent hüququnun pozulması sayılmır. Bunun üçün bir neçə şərtə əməl olun
ması tələb edilir. Birincisi, istifadə hüququna o xarici ölkələrin şəxsləri malik
ola bilərlər ki. həmin ölkələr də Azərbaycan Respublikasının nəqliyyat vasitə
ləri sahiblərinə eyni (analoji) hüquqlar vermiş olsun. Paris konvensiyasının işti
rakçısı olan dövlətlər bir-birinə belə hüquq verirlər.
İkincisi, patentləşdirilmiş sənaye mülkiyyəti obyekti yalnız nəqliyyat vasi
təsinin ehtiyacları üçün istifadə edilməlidir.
Üçüncüsü, patentləşdirilmiş sənaye mülkiyyəti obyektindən nəqliyyat vasitə
sinin yalnız bilavasitə konstruksiyasında və ya istismarı zamanı (məsələn, kor
pusunda, maşınında, mexanizmində, avadanlığında və s.) istifadə edilməlidir.
D ördüncüsü, patentləşdirilmiş sənaye mülkiyyəti obyekti yalnız xarici ölkə
lərin nəqliyyat vasitələrində istifadə oluna bilər.
Beşincisi, istifadə müvəqqəti və ya təsadüfən Azərbaycan Respublikasının
ərazisində olan nəqliyyat vasitələrinə aid olmalıdır.
Sərbəst istifadənin göstərilən növünü təxminən bütün dünya ölkələrinin pa
tent hüququ da tənzimləyir. O, Paris konvensiyasına da məlumdur. (5-ci maddə)
Sərbəst istifadənin beşinci növü (halı) ilkin istifadə hüququ adlanır. O, pa
tentin hüquqi mühafizə sferasına daxil deyil. İlkin istifadə hüququ patent haq
qında qanunun 16-cı maddəsi ilə tənzimlənir.
Bəzən m üstəqil paralel yaradıcılıq fəaliyyəti nəticəsində sənaye mülkiy
yəti obyektinin müəllifindən asılı olmayaraq müəyyən şəxs eyni həll (sənaye
mülkiyyəti obyekti) yaradır. Sənaye mülkiyyəti obyekti patentlə mühafizə edilir.
Şəxs yaratdığı həlidən (sənaye mülkiyyəti obyektindən) vicdanla Azərbaycan
Respublikası ərazisində istifadə etmişsə və ya ondan istifadə üçün zəruri ha
zırlıq işlərini görmüşsə, maneəsiz olaraq və patent sahibinə haqq ödəmədən
həmin həlidən (sənaye mülkiyyəti obyektindən) müstəqil istifadəni davam etdi
375
rə bilər. Bu zaman o, istifadə həcmini genişləndirə bilməz. Bununla istifadəçi
hüquq əldə edir ki, ona patent hüququnda (qanunvericiliyində) ilkin istifadə hü
ququ deyilir. İlkin istifadə hüququ yalnız o halda əmələ gələ bilər ki, həll pa
tentlə mühafizə olunan sənaye mülkiyyəti obyektinin ilk in lik ta rixinə qədər
yaransın, ondan istifadə edilsin və ya ondan istifadə üçün zəruri hazırlıq
işləri görülsün. Belə hərəkətlər məhz ilkinlik tarixinə kimi həyata keçirilməli
dir. Bu, ilkin istifadə hüququnun yaranması üçün əsas şərtlərdən biri sayılır.
Şəxsin həlidən (sənaye mülkiyyəti obyektindən) istifadəni davam etdirərkən
patent sahibindən razılıq (icazə) alması, onunla m üqavilə bağlaması tələb
edilmir. Digər tərəfdən, o, patent sahibinə haqq ödəmir. Belə ki, patentləşdiril-
miş obyektdən, yəni patentlə mühafizə olunan sənaye mülkiyyəti obyektindən
şəxsin istifadə etməsi əvəzsiz xarakter daşıyır. Bunlardan əlavə, qanuna gö
rə, ilkin istifadə halı patent hüququnun pozulması sayılmır. Buna görə də belə
hal sərbəst istifadənin növlərindən biri hesab edilir.
İlkin istifadə hüququ rəsmən tanınm alıdır. Bundan ötrü ilkin istifadəçi
səlahiyyətli dövlət orqanına (patent idarəsinə) vəsatət verir. O, müəyyən edil
miş rüsumu ödəməlidir. Bunu təsdiq edən sənəd vəsatətə qoşulmalıdır.
Patent idarəsi vəsatətə baxır və bu barədə patent sahibinə 1 ay ərzində bil
diriş göndərir.
Patent sahibinin ilkin istifadə barəsində etiraz etmək hüququ vardır. Əgər
o, bildiriş aldıqdan sonra 2 ay ərzində bu hüquqdan istifadə etməzsə, patent
idarəsi ilkin istifadəçinin hüquqlarının tanınmasına dair qərar qəbul edir və on
ları dövlət reyestrində qeydə alır və rəsmi bülletendə dərc edir.
Qeyd etdik ki, patent sahibi ilə ilkin istifadəçi arasında lisenziya müqaviləsi
bağlanmır. Buna görə də onlar arasındakı qarşılıqlı münasibətlər müqavilə
əsasında tənzimlənmir. Məhz bu səbəbdən münasibətlər danışıqlar yolu ilə
nizamlanır. Əgər danışıqlar zamanı onlar arasında mübahisə yaranarsa, mə
sələ məhkəmə qaydasında həll edilir.
İlkin istifadə hüququ ayrılıqda başqa şəxslərə verilmir. Buna görə də o, nə
vərəsəliyin, nə də hər hansı özgəninkiləşdirmə müqaviləsinin predmeti (ob
yekti) ola bilər. Bir sözlə, ilkin istifadə hüququ ayrılıqda özgəninkiləşdirilmir.
Bu, ümumi qaydadır.
Bununla belə, qanun müəyyən edir ki, ilkin istifadə hüququ vərəsəyə (istifa
dəçi hüququ şəxs olduqda hüquqi varisə), başqa hüquqi və ya fiziki şəxsə ve
rilə bilər, bu şərtlə ki, o, istehsalatla b irlikdə v e rilsin . Deməli, ilkin istifadə
hüququ yalnız istehsalatla birlikdə özgəninkiləşdirilə bilər. Söhbət sənaye mül
kiyyəti obyektinin istifadə edildiyi və ya onun istifadəsi üçün hazırlıq işləri gö
rüldüyü istehsalatdan gedir.
Nəhayət, milli təhlükəsizlik maraqlarını təm in etmək məqsədi ilə sənaye
mülkiyyəti obyektindən istifadə olunması sərbəst istifadənin altıncı halıdır
(növüdür). Sərbəst istifadənin bu halı patent haqqında qanunun 18-ci maddəsi
ilə tənzimlənir. Belə halı bir çox xarici ölkələrin patent hüququ da tanıyır.
Milli təhlükəsizlik maraqlarını təmin etməyə və bundan ötrü müəyyən səna
ye mülkiyyəti obyektindən istifadə olunmağa zərurət yarana bilər. Belə halda
Nazirlər Kabineti patent sahibinin razılığı olmadan həmin obyektdən istifadəyə
376
razılıq verə bilər. Sənaye mülkiyyəti obyektindən istifadə olunmaqla milli təhlü
kəsizlik maraqları təmin edilir. Belə istifadə patent hüququnun pozulması sayıl
mır. Sərbəst istifadənin göstərilən növünün mahiyyəti də bunlardan ibarətdir.
İstifadəyə görə patent sahibinə istifadəyə uyğun olan münasib kompen
sasiya ödənilir. Patent sahibi kompensasiya məbləğindən razı olmaya bilər.
Belə halda onun məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə müra
ciətə baxaraq kompensasiya məbləği barədə müvafiq qərar qəbul edir.
Bunlardan əlavə, patentin qüvvədə olma müddəti başa çatdıqda, yəni
qurtardıqda sənaye m ülkiyyəti obyekti hüquqi mühafizə ilə təmin edil
mir, ictimai varidata keçir, yəni cəmiyyətin ümumi istifadəsinə verilir. Buna gö
rə də istənilən maraqlı şəxs ondan sərbəst istifadə edə bilər. Deməli, patentin
qüvvədə olma müddətinin qurtarması sərbəst istifadənin xüsusi halıdır.
Dünya patent praktikasında sərbəst istifadənin «hüququn qurtarması»
kimi halı geniş yayılmışdır. Belə hal bir çox xarici ölkələrin patent hüququna
(qanunvericiliyinə) məlumdur.
Sərbəst istifadənin göstərilən növünün mahiyyəti ondan ibarətdir ki, patent
sahibindən yalnız patentləşdirilmiş vasitəni birinci olaraq hazırlayan və ya sa
tan şəxs icazə almalıdır. Onun sonrakı bütün sahiblərinin patent sahibindən is
tifadəyə icazə alması tələb edilmir, bu şərtlə ki, vasitə təsərrüfat dövriyyəsinə
qanuni yolla daxil edilsin. Digər tərəfdən, patentləşdirilmiş vasitə maddi (əşya)
formada (məmulat, məhsul, maddə və digər formada) olmalıdır.
Azərbaycan Respublikasının patent hüququ sərbəst istifadənin göstərilən
halını tanımır. Azərbaycan Respublikasının müəlliflik hüququna isə belə hal
məlumdur.
Əvvəldə qeyd etdiyimiz kimi, patent müddətli (müd-
Patentın qüvvəsinə
^ эцэ mahdudlaşdırılan) hüquqi mühafizə sənədi-
xı am veri məsi
, j j r _
в е|е
patent qanunda nəzərdə tutulan müddət
də qüvvədə olur, yəni qanun patentin qüvvədə olmasını müddətlə məhdudlaş
dırır. Həmin müddət ötdükdə (qurtardıqda) patentin qüvvəsinə xitam verilir.
Patent bundan sonra sənaye mülkiyyəti obyektini qorumur, onu hüquqi müha
fizə ilə təmin etmir. Sənaye mülkiyyəti obyekti cəmiyyətin ümumi istifadəsinə
(ictimai varidata) keçir, ictimaiyyətin malı olur.
Qanun patentin qüvvədə olmasını müddətlə ona görə məhdudlaşdırır ki.
həmin müddət qurtardıqda cəmiyyət (hamı və hər kəs) sənaye mülkiyyəti ob
yektindən sərbəst surətdə istifadə edə bilsin. Hər kəs patent sahibinin razılığı
nı (icazəsini) almadan ondan istifadə edə bilər. Bu, qanunsuz istifadə (patent
hüququnun pozulması) sayılmır. Ayrı cür də ola bilməz. Məsələ burasındadır
ki, Azərbaycan Respublikasının patent hüququ patent sahibinin şəxsi mənafe
yi ilə cəmiyyətin ümumi mənafeyini (ictimai mənafeyi) uyğunlaşdırmaq (taraz
laşdırmaq, balanslaşdırmaq) prinsipindən çıxış edir.
Patentin qüvvəsinə xitam verilməsi dedikdə, qanunda göstərilən müd
dətin başa çatmasına (qurtarmasına) görə patentin qüvvədən düşməsi,
onun hüquqi mühafizə etdiyi sənaye m ülkiyyəti obyektini bir daha qoru-
maması və həmin obyektin cəmiyyətin ümumi istifadəsinə (ictimai vari
data) verilm əsi başa düşülür.
377
Bununla belə, müəyyən hallarda patentin qüvvəsinə vaxtından əvvəl də xi
tam verilə bilər. Qanun buna yol verir. Patent haqqında qanunun ayrıca olaraq
iki maddəsi məhz həmin məsələnin tənzimlənməsinə həsr edilmişdir'.
Patentin qüvvəsinə vaxtından əvvəl xitam verilm əsi dedikdə, müəy
yən hallara görə qanunda nəzərdə tutulan m üddət başa çatmadan paten
tin qüvvədən düşməsi başa düşülür.
Qanun patentin qüvvəsinə vaxtından əvvəl xitam verilməsinə səbəb olan
halların dəqiq və qəti siyahısını verir. Buna görə də həmin siyahını genişləndir
mək olmaz.
Patent sahibinin patentdən öz istək və m ülahizəsi ilə im tina etməsi
patentin qüvvəsinə vaxtından əvvəl xitam verilməsinə səbəb olan hallardan bi
ridir. Patentdən imtina patent hüquqlarından imtina deməkdir. Patent verildik
dən sonra patent sahibi istənilən vaxt heç bir dəlil-arqument gətirmədən, sə
bəbini göstərmədən patentdən imtina edə bilər. O, patentdən hansı səbəbə
görə imtina etməsini əsaslandırmağa borclu deyildir. Patentdən imtina həm
üzrlü, həm də üzrsüz ola bilər. Bunun mətləbə dəxli yoxdur.
Patent sahibi patentdən müxtəlif səbəblərə görə imtina edə bilər. Qanunda
bu səbəblər göstərilmir. Amma praktikada bir sıra amillər (faktlar) patentdən
imtina olunmasına səbəb ola bilər. Onlara aiddir: sənaye mülkiyyəti obyektinin
tətbiq edilməsi üçün patent sahibinin maliyyə (maddi) və istehsal resurslarının
kifayət etməməsi; xarici bazara çıxmağın mümkün olmaması; patentləşdirilmiş
vasitənin (məmulatın) gəlir əldə etmək məqsədi ilə satış perspektivinin olma
ması və müştəri kontingentinin həmin vasitəyə (məmulata) tələbatının olma
ması; xammalın çatışmaması; sənaye mülkiyyəti obyektinin başqasına istifa
dəyə verilməsinin mümkün olmaması; patentləşdirilmiş vasitəni (məmulatı) is
tehsal etmək üçün mütəxəssis personalının kifayət etməsi; obyektin köhnəl
məsi və maraq doğurmaması; patent rüsumu ödəməyin çətinliyi və ağır yükə
çevrilməsi və s.
Patentdən imtina olunmasını rəsmiləşdirmək üçün patent sahibi səlahiyyətli
dövlət orqanına (patent idarəsinə) ərizə verm əlidir. Həmin ərizə patentin qüv
vəsinə vaxtından əvvəl xitam verilməsi üçün əsasdır. Patent idarəsi öz rəsmi
bülletenində bu barədə məlumat dərc edir.
Patentin qüvvəsinə vaxtından əvvəl xitam verilməsinə səbəb olan hallardan
digəri patentin qüvvədə saxlanması üçün rüsum un vaxtında ödənilməmə-
sindən ibarətdir. Bildiyimiz kimi, patent sahibi patentin qüvvədə saxlanması
üçün illik rüsum ödəməlidir. Bu, onun üzərinə düşən əsas vəzifələrdən biridir.
Patentin qüvvədə saxlanması üçün ödənilən rüsumu patentin alınması
üçün edilən hüquqi hərəkətlərə görə ödənilən rüsum lardan fərqləndirmək
lazımdır. Belə rüsumlara aiddir; iddia sənədi verilməsinə görə ödənilən rü
sum2; sənaye mülkiyyəti obyektinin mahiyyətini dəyişmədən iddia sənədinin
materiallarına düzəlişlər və əlavələr etməyə görə ödənilən rüsum3; iddia sənə-
1 «Patent haqqında» qanunun 36-37-ci maddələri.
• «Patcnl haqqında» qanunun 27-ci maddəsinin 5-ci bəndi.
5 «Patent haqqında» qanunun 27-ci maddəsinin 8-ci bəndi.
dinin mahiyyətcə ekspertizası üçün ödənilən rüsum'; sənaye mülkiyyəti ob
yektinin patent qabiliyyətini müəyyənləşdirmək üçün məlumat axtarışı aparma
ğa görə ödənilən rüsum1
2 və s. Bu rüsumların yox, yalnız illik rüsumun vaxtında
ödənilməməsi patentin qüvvəsinə vaxtından əvvəl xitam verilməsinə səbəb
ola bilər.
illik rüsum dedikdə, patentin qüvvədə saxlanması üçün patent sahibinin
hər il ödəməli olduğu rüsum başa düşülür. Patent sahibi illik rüsumu patentin
qüvvədə olmasının üçüncü ilindən başlayaraq ödəyir. Patentin qüvvədə olma
sı isə sənaye mülkiyyəti obyektinə dair iddia sənədinin verildiyi tarixdən he
sablanır (başlayır)3.
İllik rüsum patentin qüvvədə olduğu hər il üçün ödənilir. Özü də ödəniş qa
baqcadan həyata keçirilir. Əgər patent sahibi patentin saxlanması üçün növ
bəti ilə görə illik rüsumu vaxtında ödəməzsə, patentin qüvvəsinə avtomatik su
rətdə xitam verilir. Patent idarəsi öz rəsmi bülletenində bu barədə məlumat
dərc etdirir.
Patentin etibarsız sayılması onun qüvvəsinə vaxtından əvvəl xitam veril
məsinə səbəb olan başqa bir haldır. Patent haqqında qanunun ayrıca bir mad
dəsi məhz patentin etibarsız sayılması kimi məsələnin tənzimlənməsinə həsr
edilmişdir4.
Qanun sənaye mülkiyyəti obyektinə patent almaq üçün bir sıra şərtlər mü
əyyən edir. Əgər patentin alınması qanunla müəyyən edilmiş həmin şərtlərin
pozulması, onlara riayət edilməməsi ilə bağlı olmuşdursa, o, etibarsız sayılır.
Patentin etibarsız hesab edilməsi dedikdə, patentin qüvvəyə mindiyi
andan (əvvəldən) qanunauyğun olmaması, yəni ümumiyyətlə, mövcud
olm aması başa düşülür.
Patent müəyyən hallara görə etibarsız hesab edilə bilər. Qanun həmin hal
ların qəti və dəqiq siyahısını verir.
Birinci hal sənaye m ülkiyyəti obyektinin (ixtira, faydalı model və ya sə
naye nüm unəsinin) qanunla müəyyən edilmiş patent qabiliyyəti şərtləri
nə (yenilik, sənayedə tətbiq edilə bilmək və s. şərtlərə) uyğun olmama
sından ibarətdir.
Bildiyimiz kimi, həmin şərtlər qanunda göstərilmişdir (7-9-cu maddələr).
Əgər sənaye mülkiyyəti obyektinə patent verildikdən sonra həmin obyektin
göstərilən şərtlərə uyğun olmadığı müəyyənləşdirilərsə (təsdiq olunarsa), pa
tent etibarsız sayılır.
İkinci hal patentlə verilən hüququn (hüquqi mühafizənin) həcminin il
kin iddia sənədinin hüdudlarından kənara çıxmasından ibarətdir. Qeyd et
mək lazımdır ki, ixtira və faydalı model üçün patentlə verilən hüquq (hüquqi
mühafizə) onların düsturu ilə, sənaye nümunəsi üçün isə mühüm əlamətlərin
məcmusu ilə müəyyən edilir. Bildiyimiz kimi, düstur ixtiranın və ya faydalı mo
delin mahiyyətini tam açıqlayan təsvirinə, mühüm əlamətlərin məcmusu isə
1 «Patent haqqında» qanunun 29-cu maddəsinin 10-cu bəndi.
2 Yenə orada.
3 «Patent haqqında» qanunun 32-ci maddəsinin 2-ci bəndi.
4 «Patent haqqında» qanunun 37-ci maddəsi.
379
sənaye nümunəsinin təsvirinə əsaslanır. Düstur və təsvir, habelə mühüm əla
mətlərin məcmusu və təsvir arasında uyğunsuzluq (ziddiyyət) olmamalıdır. Uy
ğunsuzluq (ziddiyət) olması isə patentlə verilən hüququn (hüquqi mühafizənin)
həcminin ilkin iddia sənədinin hüdudlarından kənara çıxmasına gətirib çıxanr.
Belə hal isə patentin etibarsız hesab edilməsinə səbəb olur Məsələn, iddiaçı ix
tiranın düsturuna ilkin iddia sənədində göstəriləndən fərqlənən dəyişiklik edir.
Üçüncü hal patentin onu almaq hüququna m alik olm ayan şəxsə ve ril
məsindən ibarətdir. Söhbət patent haqqında qanunun patent sahibi olmaq
hüququna malik olan şəxslər barədə tələbinin pozulmasından gedir (12-cı
maddə). Bu tələbə görə, patent sənaye mülkiyyəti obyektinin müəllifinə (müəl
liflərinə). onun (onların) varisinə, habelə müəllifin və ya onun huquqı varisinin
göstərdiyi şəxsə verilə bilər. Yalnız onların patent almaq hüququ vardır. Patent
həmin şəxslərdən başqa digərlərinə verilərsə, etibarsız sayılır.
Dördüncü hal patentin təsvirinin mütəxəssis tərəfindən həyata keçirilmə
si üçün aydın və tam açıqlanması halından ibarətdir. Patentin təsviri aydın və
tam açıqlanmalıdır. Elə açıqlanmalıdır ki, təsvirin mütəxəssis tərəfindən həyata
keçirilməsi mümkün olsun. Əgər mümkün olmazsa, patent etibarsız sayılır.
Patent iki formada etibarsız sayıla bilər. Həmin formalara aiddir:
• inzibati forma (inzibati yurisdiksiya);
• məhkəmə forması (məhkəmə yurisdiksiyası).
İnzibati form a patentin Apellyasiya Komissiyası tərəfindən etibarsız hesab
edilməsini nəzərdə tutur. Belə formada istifadə olunan əsas huquqi vasitə ve
rilmiş patentə etirazdır. Patent haqqında qanunun 34-cu maddəsi bu məsələ
nin tənzimlənməsinə həsr edilmişdir.
Patentə etiraz etməyin əsasları qanunda göstərilmişdir. Həmin əsaslara
aiddir: patentin ictimai mənafeyə, humanizm və əxlaq prinsiplərinə zidd olma
sı; obyektin ixtira sayılmaması, sənayedə tətbiq oluna bilməməsi və ixtira he
sab olunmayan obyektlərə patent verilməsi; vaxta qənaət etməməsinə, əl
əməyini yüngülleşdirməməsinə və digər əlamətlərə görə obyektin faydalı mo
del sayılmaması, faydalı modelin sənayedə tətbiq oluna bilməməsi, faydalı
model sayılmayan obyektlərə patent verilməsi; məmulatın xarici görkəmini
müəyyən etməyən həllin sənaye nümunəsi hesab edilməsi, sənaye nümunə
sinin orijinal olmaması və sənayedə tətbiq oluna bilməməsi; patent almaq
üçün iddia sənədinin verilməsinə dair qanunun tələblərinin pozulması (qanu
nun 27-ci maddəsi); iddia sənədinin ekspertizasına aid qanunun tələblərinin
pozulması (qanunun 29-cu maddəsi); ixtiranın, faydalı modelin düsturunda və
sənaye nümunəsinin mühüm əlamətlərinin məcmusunda əvvəlki iddia sənə
dində göstərilmiş əlamətlərin olmaması.
Göstərilən hallardan biri olduqda istənilən hüquqi və ya fiziki şəxs patentin
verilməsinə etirazla Apellyasiya Komissiyasına müraciət edə bilər. Etirazın ve
rilməsi üçün 6 aylıq müddət müəyyən edilir. Belə ki, şəxs yalnız 6 ay müddəti
ərzində etirazla müraciət edə bilər. 6 aylıq müddət isə patent barəsində məlu
matın rəsmi bülletendə dərc edildiyi tarixdən (gündən) hesablanır, yəni başla
yır. 6 aylıq müddət ötdükdən (keçdikdən) sonra Apellyasiya Komissiyası eti
razları qəbul etmir.
380
Qanun etirazın forması barədə göstəriş ifadə etmir. Sözsüz ki. etiraz yalnız
yazılı form ada olmalıdır.
Şəxs Apellyasiya Komissiyasına əsaslandırılmış etirazla müraciət etməlidir.
Əsaslandırılmış etiraz odur ki, burada qanunda nəzərdə tutulmuş hallara gö
rə patentin etibarsız sayılması üçün lazım olan tutarlı dəlillər gətirilir, özü də
əsaslandırılmış etiraz patentin qüvvədə olma müddətinin (məsələn, ixtira üçün
20 illik müddətin və s.) istənilən anında verilə bilər.
Apellyasiya Komissiyası etiraza baxmalıdır. Qanun etiraza baxılmaq müd
dətini müəyyən etmir. Etiraza baxılmasında maraqlı şəxslərin (etiraz etmiş
şəxsin, patent sahibinin və s ) iştirak etmələn vacibdir,
Apellyasiya Komissiyası etiraza baxaraq iki alternativ qərardan birini qəbul
edir Əgər etiraz əsassız olarsa və patentin etibarsız sayılması üçün gətirilən
dəlillər təsdiqlənməzsə, onda Apellyasiya Komissiyası etirazı təmin etmək
dən im tina edərək patenti qüvvədə saxlayır
Əksinə, etiraz əsaslı olarsa və patentin etibarsız sayılmasına dəlalət edən
hallar təsdiqlənərsə. Apellyasiya Komissiyası etirazı təmin edərək patentin ta
m amilə və ya qismən etibarsız hesab edilməsi barədə qərar qəbul edir
Apellyasiya Komissiyasının qəranndan həm etiraz etmiş şəxs, həm de pa
tent sahibi məhkəməyə şikayət verə bilər.
Məhkəmə form ası patentin məhkəmə qaydasında etibarsız sayılmasını nə
zərdə tutur Belə halda iddia kimi hüquqi vasitədən istifadə olunur, yəni pa
tentin etibarsız sayılması barədə tələb məhkəməyə verilən iddia formasında
irəli surulur
Etirazın edilməsinə əsas olan hallardan başqa, digər hallara görə patentin
etibarsız sayılması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məsələn,
patentin onu almaq hüququna malik olmayan şəxsə verilməsi kimi hal patentin
məhkəmə qaydasında etibarsız sayılması üçün əsasdır. Belə hal müəyyən
edildikdə sənaye mülkiyyəti obyektinin həqiqi patent sahibi iddia ərizəsi ilə
məhkəməyə müraciət edə bilər. Məhkəmə həmin ərizəyə baxaraq iddianı tə
min etməyərək patentin qüvvədə saxlanması, ya da iddianı təmin edərək pa
tentin etibarsız sayılması barədə qərar çıxanr.
Patentin etibarsız sayılması sözsüz ki. müəyyən hüquqi nəticəyə səbəb
olur. Hüquqi nəticə patentin tamamilə və ya qismən etibarsız hesab edilməsin
dən asılı olaraq müəyyənləşdirilir.
Patentin tamam ilə etibarsız sayılması dedikdə, qüvvəyə mindiyi andan
patentin bütövlükdə qanunauyğun olmaması, yəni ümumiyyətlə, mövcud ol
maması başa düşülür. Onun hüquqi nəticəsi bundan ibarətdir ki. patentdən
əmələ gələn bütün hüquqlar, yəni subyektiv patent hüquqlarının hamısı
ləğv edilir, özü də subyektiv patent hüquqlan patent etibarsız hesab edildiyi
vaxtdan yox, patent qüvvəyə mindiyi (patent verildiyi) müddətdən ləğv olunur
Ona görə ki, patentin etibarsız sayılmasının geriyə qüvvəsi vardır, yəni pa
tentin etibarsız sayılmasının qüvvəsi geriyə şamil edilir. Başqa sözlə desək, eti
barsız hesab edilmiş patent verildiyi (qüvvəyə mindiyi) vaxtdan etibarsız sayılır.
Patentin məhz tamamilə etibarsız sayılması onun qüvvəsinə vaxtından əv
vəl xitam verilməsinə səbəb olur. Patent haqqında qanunun 37-ci maddəsində
381
patentin etibarsız sayılmasına əsas ola bilən hallar göstərilir ki, biz, bir az öncə
həmin hallardan danışdıq.
Patentin qismən etibarsız sayılması dedikdə, patentin yalnız bir hissəsi
nin ümumiyyətlə qüvvəyə mindiyi andan mövcud olmaması başa düşülür.
Onun hüquqi nəticəsi isə bundan ibarətdir ki, subyektiv patent hüquqlarının bir
hissəsi ləğv edilir, digər hissəsi isə qüvvədə qalmaqda davam edir. Məsələn,
ixtiranın düsturunun bir və ya bir neçə bəndinin ləğv edilməsi patentin qismən
etibarsız sayılmasına səbəb olur.
Patentin etibarsız sayılması həm də patentə sərəncam verilm əsinə yönə
lən mülki-hüquqi m üqavilələrin etibarsızlığına səbəb olur. Söhbət hər
şeydən əvvəl, patentin (patent hüquqlarının) güzəşti (sessiya) müqaviləsin
dən, habelə sənaye mülkiyyəti obyektindən istifadə hüququnun verilməsi ba
rədə lisenziya müqaviləsindən gedir. Patent hüququnu özgəninkiləşdirən şəxs
əldə etdiklərinin hamısını müqavilə üzrə kontragentinə (patent hüququnu əldə
edən şəxsə və ya istifadəçiyə) qaytarmalıdır (restitusiya).
Dostları ilə paylaş: |