§ 1. Vəsiyyət üzrə vərəsəliyin anlayışı,
əsasları və subyektləri
Vəsiyyət üzrə
vərəsəliyin
anlayışı və
əsas cəhətləri
Azərbaycan Respublikasının vərəsəlik hüququ qanun üz
rə vərəsəliklə bərabər və yanaşı, vəsiyyət üzrə vərəsəliyi
də nəzərdə tutur (MM-in 1133-cü maddəsinin 1-ci bəndi).
Vəsiyyət üzrə vərəsəlik vərəsəliyin növlərindən biri sayı
lır.
Şəxs hələ öz sağlığında ölüm hadisəsi olacağı halda öz əmlakının hüquqi
taleyi barədə sərəncam verə bilər. Göstərilən şəxs öldükdə onun hüquq və
vəzifələri həmin sərəncamda göstərilən şəxslərə keçir. Bu cür vərəsəlik mülki
hüquq elmində (doktrinasında), qanunvericilikdə və məhkəmə praktikasında
vəsiyyət üzrə vərəsəlik adlanır.
Vəsiyyət üzrə vərəsəlik, onu ifadə edir ki, vəsiyyət edənin (miras qoyanın)
vərəsələri olan şəxslərin dairəsi, vərəsəliyin şərtləri və qaydası bilavasitə qa
nunun özü ilə yox, miras qoyanın iradəsi ilə müəyyən edilir. Amma miras
qoyanın (vəsiyyət edənin) iradəsi öz ifadə formasına görə qanuna uyğun ol
malı, məzmununa görə isə qanunla ziddiyyət təşkil etməməlidir. Əgər qanuna
uyğun olmazsa, miras qoyanın iradəsi hüquqi əhəmiyyətə malik olmur. Buna
görə də vəsiyyət üzrə vərəsəlik yaranmır.
Digər tərəfdən, vəsiyyət edən (miras qoyan) şəxsin ölüm hadisəsi olacağı
halda öz əmlakının hüquqi taleyi barədə etdiyi sərəncam iradəvi aktdır. Iradə-
vi aktın isə hüquqi əhəmiyyət kəsb etməsi, hüquqi nəticə doğurması üçün
onun qanuna, hüquqa uyğun olması lazımdır. Əgər qanuna zidd olarsa, miras
qoyanın iradəsi vəsiyyət üzrə vərəsəliyin yaranmasına səbəb olmur. Deməli,
miras qoyanın sərəncamı hüquqa uyğun iradəvi akt kimi qanunla ziddiyyət
təşkil etməməlidir. Bu isə onu göstərir ki, vəsiyyət üzrə vərəsəlik sözün həqiqi
mənasında qanuna uyğun olan vərəsəlikdir. Bu vərəsəlik qanun əsasında və
ona müvafiq olaraq həyata keçirilir.
Şərtləri və qaydaları qanuna uyğun olaraq miras qoyanın iradəsi ilə
müəyyən edilən vərəsəliyə vəsiyyət üzrə vərəsəlik deyilir'.
Azərbaycan Respublikasının vərəsəlik hüququ vəsiyyət üzrə vərəsəliyin
tənzimlənməsinə lazımi diqqət yetirir. Mülki Məcəllənin 64-69-cu fəsillərinə da
xil olan normalar (1166-1242-ci maddələr) xüsusi olaraq vəsiyyət üzrə vərəsə
lik münasibətlərinin nizama salınmasına həsr edilmişdir.
MM-in vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyən normalarının sa
yı kifayət qədər artmışdır. Burada vəsiyyət azadlığı, vəsiyyətnamənin qapalı ol
ması kimi prinsiplər təsbit edilir, vəsiyyətnamənin gizli saxlanmasına təminat 1
1
Иоффе O.C.
Советское гражданское право (курс лекций). Л ., част 3, 1965. C.30S.
591
verilir, məcburi miras payının miqdarı azaldılır, onun müəyyənləşdirilməsi qay
dası dəyişir, vəsiyyət edənə vəsiyyətnamənin formasını seçmək imkanı verilir
və s. Mülki Məcəllənin əsas istiqaməti vəsiyyət azadlığı ideyasından çıxış et
məkdən ibarətdir. Lakin bunlar əsas vermir ki, vəsiyyət üzrə vərəsəlik əsas və
aparıcı rola malik olan vərəsəlik növü hesab edilsin.
Vəsiyyət üzrə vərəsəlik dedikdə, vərəsəlik hüquq müna-
Voslyyat üzrə
sibəti başa düşülür. Hüquq münasibəti isə müəyyən hü-
vərəsəlıyin
f a ^ \ a r
esasında əmələ gəlir. Həmin faktlar vəsiyyət
osası
üzrə
v e r e s e |iyjn
asası hesab edilir.
Vəsiyyət üzrə vərəsəliyin əsası dedikdə, elə hüquqi faktlar başa düşülür ki,
bu faktlar vərəsəlik hüquq münasibətinin əmələ gəlməsinə səbəb olur.
Vəsiyyət üzrə vərəsəliyin yaranması üçün bir neçə hüquqi faktın olması tə
ləb edilir. Bu faktların məcmusu mürəkkəb hüquqi tərkib əmələ gətirir.
Vəsiyyət üzrə vərəsəliyin yaranmasını şərtləndirən mürəkkəb hüquqi tərki
bə daxil olan birinci hüquqi fakt vəsiyyətnamədir'. Vəsiyyətnamədə vərəsəlik
hüquq münasibətinin əmələ gəlməsi əsasının spesifikliyi ifadə olunur2. O, mi
ras qoyanın (vəsiyyət edənin) sağlığında tərtib edilir. Amma vəsiyyətnamə öz
lüyündə avtomatik olaraq, vəsiyyət üzrə vərəsəliyin əmələ gəlməsinə səbəb
olmur. Bunun üçün digər hüquqi faktların da olması vacibdir.
Mürəkkəb hüquqi tərkibə daxil olan ikinci hüquqi fakt vəsiyyət edənin (mi
ras qoyanın) ölməsidir. Əgər vəsiyyət edən ölməzsə, onda vəsiyyət üzrə və-
reseliyin yaranmasından söhbət gedə bilməz. Azerbaycan Respublikasının və
rəsəlik hüququna vəsiyyət edənin sağlığında vəsiyyət üzrə vərəsəliyin yaran
ması halı məlum deyildir. Digər tərəfdən, vəsiyyət edənin ölmüş elan edilməsi
də vəsiyyət üzrə vərəsəliyin yaranmasına səbəb ola bilər.
Mürəkkəb hüquqi tərkibə daxil olan üçüncü hüquqi fakt vəsiyyət olunan
şəxsin miras açılan anda vərəsə olmaq hüququnun olmasından ibarətdir.
Başqa sözlə desək, müəyyən şəxs miras açılan zaman xeyrinə vəsiyyət edilə
bilən şəxslərin sırasına daxil edilməlidir3. Əgər daxil edilməzsə, həmin şəxs
vəsiyyət üzrə verəsə statusu əldə etmir və beləliklə də vərəsəlik yaranmır.
Məsələn, ləyaqətsiz vərəsələr xeyrinə vəsiyyət edilə bilən şəxslər dairəsinə
aid edilmirlər. Buna görə de həmin şəxslərin vəsiyyət üzrə vərəsə olmaq hü
ququ yoxdur.
Vəsiyyət üzrə
vərəsəliyin
subyektləri
Vəsiyyət üzrə vərəsəliyin subyektləri dedikdə, vərəsəlik
hüquq münasibətinin iştirakçıları başa düşülür, Onlar və
siyyət üzrə vərəsələr adlanırlar. Vəsiyyət üzrə vərəsələr
o şəxslərdir kl, məhz onların xeyrinə vəsiyyətnamə tərtib
edilir. Bu şəxslər vəsiyyətnamədə miras qoyanın hüquq varisi kimi göstərilir.
Vəsiyyət edən şəxsə gəldikdə isə, o, vərəsəlik hüquq münasibətinin sub
yekti ola bilmir. Belə ki, vəsiyyət edənin ölümü hüquqi fakt kimi vərəsəlik hüquq
münasibətinin əmələ gəlməsini şərtləndirir, ölən şəxsin İsə mülki hüquq qabilly-
'I
i
'
im
’
hiixuii
UM.
Пракомрссмсчко м о со ка ско м у ı раждамекому мраку. M ., I% 2 .// M к и т е :
414
mm
лип li li
I рулы no
1
раждамекому мраку. M ,, 7.001, с, 409.
\ Иофф1‘ ОС.
(!окек;к«к: фаждамское мрако^курс лекмий). Л., част 3, 1%*),
с .
ЗОИ,
' ( ‘i’/K'0//tıtK:nııh
Н И
Очерки с о кс тс ко ю иаслсдетисммого мрака. М ., 1953, с. 7.5.
yətlnə, bununla da mülki hüquq subyektliyine xitam verilir. Mülki hüquq subyekt-
liyi xitam olunmuş şəxs isə vərəsəlik hüquq münasibətinin subyekti ola bilməz.
Vəsiyyət edən rolunda yalnız fiziki şəxslər çıxış edə bilər. Bu. məlum
məsələdir. Biz bu barədə danışmışıq (bax: fesli 1, «Miras qoyan və verəsə»
adlı yarımbaşlığa). Hüquqi şəxslərin, bələdiyyələrin və dövlətin vəsiyyət edən
rolunda çıxış etməsi istisna olunur, yəni mümkün deyildir.
Vəsiyyət edən qismində bir qayda olaraq, yalnız tam mülki fəaliyyət qabiliy
yətli şəxslər çıxış edə bilərlər. Tam mülki fəaliyyət qabiliyyətinə malik olmayan
şəxs vəsiyyət edə bilməz.
Vəsiyyət üzrə verəsə qismində mülki hüququn istənilən subyekti çıxış edə bi
lər. Söhbət hüquqi şəxslərdən, bələdiyyələrdən, fiziki şəxslərdən və dövlətdən
gedir. Onların hər birinin vəsiyyət üzrə vərəsə olmalarına qanunla yol verilir.
Vəsiyyət edənin sağlığında mayası bağlanmış və onun ölümündən sonra
doğulan uşaqlar vəsiyyət üzrə vərəsə ola bilərlər. Azərbaycan Respublikasının
mülki qanunvericiliyi onların vərəsə olmaq hüququnu tanıyır (MM-in 1134-cü
maddəsinin 2-ci bəndi). Miras qoyanın uşaqları olmayan şəxslər de belə halda
vəsiyyət üzrə verəsə ola bllərlərmi? Başqa sözlə desək, miras qoyan öz əmla
kını başqa kişidən mayası bağlanmış, başqa ananın bətnində olan və hələ do
ğulmayan uşağa vəsiyyət edə bilərml? Bu məsələ sovet dövrünün mülki hüqu
qunda müəyyən müddət mübahisə predmeti olmuşdu. Bəzi müəlliflər göstə
rirdilər ki, təkcə miras qoyanın uşaqları yox, həm də bütün uşaqlar miras qo
yan öldükdən sonra onun vəsiyyət üzrə vərəsəsi ola bilərlər’ . Azerbaycan
Respublikasının vərəsəlik hüququ həmin müəlliflərin mövqeyini qanunvericilik
səviyyəsində nəzərə almışdır: miras qoyanın sağlığında mayası bağlanmış və
onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin miras qoyanın uşaqları
olub-olmamasına baxmayaraq, onun vəsiyyət üzrə vərəsəsi ola bilərlər (MM-
In 1134-cü maddəsinin 2-cl bəndi). Bu göstərişə əsasən şəxs tamamilə başqa
ailəyə mənsub olan ananın bətnində olan uşağı özünün vəsiyyət üzrə vərəsəsi
kimi göstərə bilər.
Vəsiyyət üzrə vərəsə rolunda yalnız artıq doğulmuş və miras açılan anda
sağ olan (ölməmiş) şəxslər çıxış edə bilər, Vəsiyyət edən ölən anda vəsiyyət
üzrə verəsə sağ olmalıdır. Əgər verəsə sağ olmazsa, yəni vərəsə vəsiyyət
edəndən əvvəl ölərsə, onda əmlak qanun üzrə vərəsələrə keçir.
Bəzi kateqoriya şəxslər vəsiyyət üzrə vərəsə ola bilməzlər. Söhbet ləyaqət
siz vərəsələrdən gedir.
§ 2. Vəsiyyətnamənin anlayışı, məzmunu,
formaları və əsas xüsusiyyətləri
Əmlakı vəsiyyət etmək klml hüquqi imkan fiziki şexs-
Voslyyotnamonln
|0r|n mü|k| ^[jqyq qabiliyyətinin məzmununa daxildir.
anlayışı vo osas
Bu İS0
fjz jk j ş 0XS|e r ə
hüquq verir ki, onlar özlərinə
cehotlorl
məxsus olan əmlak barəsində öz istəyinə və mülahi
zəsinə görə sərəncam versinlər. Onlar vərəsəlik hüququnun qanun üzrə vərə- 1
1 Антимонаa ИХ'.. Г/ш т K A Сойотское
ımcııcAcnıcııııoc
пряно. M,,
1955,
e. Mt,
593
səlik barədə hüquqi göstərişləri ilə razılaşmayaraq, əmlakın bölünməsi qayda
sını dəyişə, yeni vərəsələr təyin edə bilərlər. Bunun üçün fiziki şəxslər yazılı
sərəncam yazmalıdırlar. Həmin sərəncam vəsiyyət adlanır. Beləliklə, fiziki şəx
sə hüquqi imkan verilir ki, o, özünəməxsus olan əmlakın hüquqi taleyini öz
mülahizəsinə görə həll etsin.
Hüquq ədəbiyyatı səhifələrində «vəsiyyət» termini iki mənada işlədilir1:
• birincisi, sənəd mənasında;
• ikincisi, hüquqi akt mənasında.
Sənəd mənasında vəsiyyət dedikdə, vəsiyyət edənin iradəsini xaricən ifa
də edən yazılı sənəd başa düşülür. Bu baxımdan həmin sənəd «vəsiyyətna
mə» anlayışı ilə əhatə olunur. Deməli, vəsiyyətnamə dedikdə, vəsiyyət edə
nin iradəsini xaricən ifadə edən yazılı sənəd başa düşülür.
Hüquqi akt mənasında vəsiyyət dedikdə isə vəsiyyət edənin iradəsini ifa
də edən iradəvi hərəkət başa düşülür. Bu baxımdan o, mülki-hüquqi əqd he
sab edilir. Belə ki, vəsiyyət xüsusi olaraq hüquqi nəticə doğurmaq və yarat
maq məqsədilə edilir.
Vəsiyyətdə yalnız bir şəxsin - miras qoyan şəxsin iradəsi ifadə olunur. Və
siyyətin edilməsi və onun hüquqi qüvvəyə minməsi üçün yalnız həmin şəxsin
iradə ifadəsi kifayətdir. Buna görə də vəsiyyət öz hüquqi təbiətinə görə birtərəf
li əqddir. Məhz bu səbəbdən onun hüquqi qüvvəyə minməsi üçün hər hansı
şəxsin iradə ifadəsi tələb edilmir. Başqa sözlə desək, vəsiyyətin hüquqi əhəmiy
yət kəsb etməsi və etibarlı sayılması üçün vəsiyyətnamədə göstərilən şəxslərin
- vərəsələrin razılıq vermələrinə ehtiyac yoxdur. Bu şəxslərin razılıq verməmə
ləri vəsiyyətin etibarsız hesab edilməsinə qətiyyən təsir göstərmir. Hətta vəsiy
yət edən öldükdən və bununla miras açıldıqdan sonra həmin şəxslərin mirasın
qəbulundan imtina etmələri də vəsiyyətin etibarsızlığına səbəb olmur.
Vəsiyyətin etibarlı sayılması üçün həm də belə bir halın əhəmiyyəti yoxdur
ki, onun məzmunu ümumiyyətlə, vərəsələrə məlumdur və ya məlum deyil. Və
rəsələrin vəsiyyətin məzmunu ilə razı olmamaları da onun etibarsız sayılması
na dəlalət edə bilməz. Bundan əlavə, vəsiyyətin mövcud olma faktının özü
onu rəsmiləşdirən və ya onun rəsmiləşdirilməsində iştirak edən şəxslərdən
gizli saxlanılır. Ümumiyyətlə, vəsiyyət belə bir haldan asılı olmayaraq həmişə
etibarlıdır ki, vəsiyyətnamədə göstərilən şəxs vərəsə olmağa razıdırmı? Vəsiy
yət edənin özünün hüququ var ki, o, maraqlı şəxsləri vəsiyyətnamənin məz
munu ilə tanış etsin və vəsiyyətnaməni onlara versin.
Vəsiyyət bir neçə hüquqi əlamətə malikdir. Həmin əlamətlər vəsiyyətə
mülki-hüquqi xarakteristika verilməsinə hərtərəfli imkan verir.
Birinci hüquqi əlamətə görə, vəsiyyət şəxsi xarakterli əqddir, yəni və
siyyət edənin şəxsiyyətilə bilavasitə bağlı olan əqddir. Ona görə ki, həmin əqd
yalnız və yalnız, müstəsna olaraq miras qoyanın şəxsi iradəsini ifadə edir2.
Vəsiyyətdə miras qoyanın şəxsi iradəsinin tam və dəqiq ifadəsi öz əksini tap
Серебровский В.И.
Очерки советского наследственного права. М ., 1953, с.93;
Никитюк П.С.
Наследственное право и наследственный процесс. Киш инев. 1973, с. 113;
Эйдинова Э.Б.
Наследо
вание по закону и по завещанию. М ., 1984, с. 38.
Иоффе О С.
Советское гражданское право (кур с лекций). Л ., част 3, 1965, с.309.
594
malıdır. Ona görə də vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir
(MM-in 1168-ci maddəsi)'. Başqa sözlə desək, vəsiyyətnaməni yalnız o şəxs
tərtib edə bilər ki, məhz həmin şəxsin adından sərəncam verilir. Məhz bu sə
bəbdən Azərbaycan Respublikasının vərəsəlik hüququ vəsiyyətnamənin nü
mayəndə vasitəsilə tərtibinə yol vermir (MM-in 1168-ci maddəsi)1
2. Söhbət
həm könüllü (müqavilə), həm də məcburi (qanuni) nümayəndələrdən (məsə
lən, qəyyumlardan, valideynlərdən) gedir. Məsələn, qəyyumlar qəyyumluq al
tında olan şəxslərin adından vəsiyyətnamə yaza bilməzlər. Etibarnamə əsa
sında da vəsiyyətnamənin tərtib edilməsi mümkün deyil. Son dərəcə şəxsi hü
quq olan vəsiyyət etmək hüququ başqa şəxslərin razılığı və sazişi ilə məhdud
laşdırıla bilməz. Vəsiyyət etmək hüququndan imtina etmək və vəsiyyətin ləğv
edilməzliyi haqqında qeyd-şərt də etibarsızdır3. Bundan əlavə, vəsiyyətnamə
nin vasitəçi tərəfindən də tərtib olunması mümkün deyil4.
ikinci hüquqi əlamətə görə, vəsiyyət ölüm hadisəsi baş verəcəyi hal
üçün nəzərdə tutulan əqddir. Vəsiyyət yalnız və yalnız ölüm hadisəsi baş
verəcəyi hal üçün edilir. Söhbət vəsiyyət edənin ölüm halından gedir. Məhz
vəsiyyət edənin ölüm anından vəsiyyət üzrə vərəsəlik əmələ gəlir, vəsiyyətdə
adı göstərilən şəxslərin vərəsə olmaq hüququ yaranır. Məhz bu andan vəsiy
yət hüquqi təsirə və effektə malik olur, onun hüquqi nəticəsi realizə edilir.
Azərbaycan Respublikasının vərəsəlik hüququ müəyyən edir ki, vəsiyyət fi
ziki şəxsin ölüm halı üçün edilir (MM-in 1166-cı maddəsi). Buna görə də vəsiy
yət onda göstərilən hüquqi nəticənin əmələ gəlməsinə yalnız vəsiyyət edənin
ölməsi anından səbəb olur. Vəsiyyət edənin sağlığında həmin hüquqi nəticə
yaranmır. Azərbaycan Respublikasının vərəsəlik hüququna vəsiyyət edənin
sağlığında vəsiyyət üzrə vərəsəliyin yaranma halı məlum deyildir. Deməli, və
siyyət, vəsiyyət edənin ölüm halı üçün nəzərdə tutulan əqddir.
Bəzi müəlliflər göstərirlər ki, vəsiyyət öz hüquqi təbiətinə görə, təxirəsalıcı
şərtlə bağlanan əqddir5. Bu, həqiqətə uyğun olmayan mövqedir. Ona görə ki,
birincisi, təxirəsalıcı şərtlə bağlanan əqdlərdə şərt kimi götürülən hal ehtimala
əsaslanmalıdır, həmin halın baş verib-verməyəcəyi yəqin olunmalıdır. O, qeyri-
müəyyənlik əlaməti ilə xarakterizə edilir. Ona görə də baş verməsi mütləq
gözlənilən və labüd olan hallar şərt kimi çıxış edə bilməz. Məhz bu səbəbdən
müddət, tarix və s. hallardan şərt kimi istifadə etmək olmaz6. Vəsiyyətə müna
1 A lm a n iya M ü lk i Qanunnaməsi belə b ir im perativ norma nəzərdə tutur k i, bu normaya görə miras
qoyan və siyyətn am ən i şəxsən özü tə rtib etm əlidir (§ 2 0 6 4 )
II
Германское право. Гражданское уложс-
ние. М ., Часть 1, 1996.
2 Bu qayda bəzi xa rici ö lk ə lə rin qanunvericiliyində də nəzərdə tutulm uşdur. Alm aniya M ü lki
Qanunnaməsi (§2064); İspaniya M ü lk i M əcəlləsi (669-cu maddə); Polşa M ü lk i Məcəlləsi (94I-ci
maddə). Bu barədə bax:
ГрудцинаЛ.Ю.
Наследование. M ., 2002, c. 63.
3
Эйдинова Э.Б.
Наследование по закону и по завещанию. М ., 1984, с. 38.
Bu qayda bəzi xa rici ö lk ə lə rin qanunvericiliyində də nəzərdə tutulmuşdur. A lm aniya M ü lk i Qanun
naməsi (§2064); İspaniya M ü lk i M əcəlləsi (669-cu maddə); Polşa M ü lk i M əcəlləsi (941-ci maddə). Bu
barədə bax:
ГрудцинаЛ.Ю.
Наследование. M ., 2002, c. 63.
4
Гомола А.И.
Нотариат. Учебное пособие. M ., 2003, с. 129.
5 M əsələn, bax:
Хитев B.K.
Вопросы наследственного права в судебной практике.
6
Allahverdiyev S.S.
Azərbaycan Respublikasının m ü lki hüququ. I cild .I kitab. Dərslik. Bakı. 2003,
s. 748-749.
595
sibətdə isə vəsiyyət edənin ölümü müddət kimi çıxış edir. Elə bir müddət ki, o,
təqvim tarixi ilə yox, hadisə ilə müəyyənləşdirilir. Vəsiyyət edənin ölümü la
büddür (ehtimala əsaslanmır), amma onun dəqiq ölüm anı bilinmir.
İkincisi, təxirəsalıcı şərtlə bağlanan əqdlərdə şərt kimi götürülən halın əsas
əlaməti onun əlavə xarakterə malik olmasından ibarətdir. Bu hal tərəflərin razı
lığı ilə müəyyən edilən əlavə andır. Buna görə də həmin hal olmazsa, əqd adi
(şərti olmayan) əqd kimi çıxış edir. Ölüm halı isə vəsiyyətin təsadüfi yox, məc
buri, zəruri və labüd elementi sayılır, onun ayrılmaz hissəsi hesab edilir'.
Üçüncü hüquqi əlamətinə görə, vəsiyyət bir qayda olaraq, müddətli
əqd kateqoriyasına aid edilir1
2. Belə ki, qeyd etdiyimiz kimi, vəsiyyət edənin
ölümü vəsiyyətə münasibətdə müddət kimi çıxış edir. Özü də o, təxirəsalıcı
müddət hesab edilir. Vəsiyyətdə nəzərdə tutulan hüquqi nəticənin yaranması
məhz həmin müddətdən asılı olub, onunla bağlıdır. Məlum məsələdir ki, vəsiy
yətdə nəzərdə tutulan hüquqi nəticənin əmələ gəlməsi bu müddətə kimi
təxirə salınır. Həmin müddət yetişdikdə hüquqi nəticə də yaranır.
Dördüncü hüquqi əlamətinə görə, vəsiyyət sərəncam əqdidir. Ona gö
rə ki, miras qoyan (vəsiyyət edən) onun vasitəsilə öz əmlakı (hüquq və vəzifə
ləri) barədə sərəncam verir. Vəsiyyət miras qoyana (vəsiyyət edənə) imkan
verir ki, o, ölüm hadisəsi olacağı halda öz əmlakının (hüquq və vəzifələrin) hü
quqi taleyi barədə sərəncam versin. O, vəsiyyət edənə məxsus əmiak və
şəxsi qeyri-əmlak hüquqlarının mülki-hüquqi müqəddəratını müəyyənləşdi
rir. Qeyd etmək lazımdır ki, mülkiyyətçinin ölüm hadisəsi olacağı halda öz əm
lakının (hüquq və vəzifələrin) hüquqi taleyini müəyyənləşdirən hər hansı sə
rəncamına vəsiyyət kimi baxmaq lazımdır. Həmin sərəncam aktının etibarlı ol
ması vərəsəlik haqqında qaydalarla müəyyən edilir. Məsələn, ölüm hadisəsi
olacağı hal üçün nəzərdə tutulan bağışlama müqaviləsi əslində, həqiqətən və
siyyətdir3. Bu müqavilədə
hədiyyənin (bağışlamanın predmetinin) hədiyyə
alanın mülkiyyətinə yalnız hədiyyə verənin ölümündən sonra keçməsi nəzərdə
tutulur. Burada söhbət mahiyyətcə, vəsiyyətdən gedir. Ölüm hadisəsi olacağı
halda şəxsin (mülkiyyətçinin) öz əmlakının hüquqi taleyi barədə sərəncam ver
məsi üçün nəzərdə tutulan vəsiyyət olan yerdə başqa əqdlərdən istifadə et
məyə ehtiyac varmı? Zənn edirik ki, bağlanması prinsip etibarı ilə mümkün
olan həmin əqdlər, həqiqətdə vəsiyyət olduqlarına görə, etibarsızdır. Bağışla
ma müqaviləsi şəxsin ölüm halı üçün yox, onun sağlığı müddəti üçün nəzərdə
tutulan əqddir.
Vəsiyyət sərəncamının predmeti vəsiyyət edənə məxsus olan istənilən
əmlak (əmlak hüquqları) ola bilər (məsələn, yaşayış evi, minik avtomobili, mə
1
Серебровский В.И.
Очерки советского наследственного права. М ., 1953, с.94-95;
Иоффе О.С.
Советское гражданское право (кур с лекций). Л ., част 3, 1965, с. 308.
2
Гражданское право. У чеб ник. Часть 3 / П од ред.
А.П.Сергеева, Ю.К.Толстого.
М ., 1998, с.
542;
Гущин В.В.
Наследственное право. Учебное пособие. М ., 2003, с. 27.
3 Ö lüm halı üçün bağışlama m üqaviləsi bəzi xa rici ö lk ə lə rin (A lm a n iya n ın , M acarıstanın və s.), o
cümlədən b izim ö lkən in qan un ve riciliyin ə də (M M -in 670-ci m addəsinin 2 -ci bən di) m əlum dur. M ü ə l
liflə r haqlı olaraq göstə rirlər k i, həm in əqd vəsiyyətdən başqa ayrı b ir şey d e y ild ir
(Иоффе O.C.
Советское гражданское право (кур с лекций). Л ., часть 2, 1961, с. 143; Г
ордон М В.
Наследование
по закону и по завешанию. М ., 1967, с. 38).
596
işət predmetləri, ev avadanlıqları və s.). Şəxsi xarakter daşıyan və yalnız və
siyyət edənə mənsub ola bilən əmlak hüquqları (məsələn, aliment almaq hü
ququ və s.) vəsiyyət sərəncamının predmeti qismində çıxış edə bilməz.
Qeyri-əmlak xarakterli məsələlər də (məsələn, vəsiyyət edənin harda bas
dırılması barədə, əsərin əlyazmasının qaydaya salınması barədə, uşaqların
tərbiyə olunması barədə, uşaqların bir-biri ilə qarşılıqlı şəxsi münasibətləri ba
rədə və s. məsələlər) vəsiyyət sərəncamının predmeti ola bilər. Bu baxımdan
və belə halda həmin sərəncam sözün əsl mənasında mülki-hüquqi vəsiyyət
Dostları ilə paylaş: |