Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  5.  Şəxsiyyətin  mənəvi-sosial



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   54
§  5.  Şəxsiyyətin  mənəvi-sosial 

əmin-amanlığını  təmin  etməyə yönələn  şəxsi 

qeyri-əmlak  hüquqları

Şəxsi  həyat  sirrini  saxlamaq  hüququ  vətəndaşların

Şəxsi həyat sirrin i 

konstitusion  hüquqlarından  biridir.  Konstitusiyanın 32-

saxlamaq hüququ 

ci  maddəsinin  2-ci  hissəsində  göstərilir  ki.  hər  kəsin 

şəxsi  həyatının  s irrin i  saxlamaq  hüququ  vardır.

Şəxsi  həyat sirrini  saxlamaq  hüququ (və ya  şəxsi  həyat sirrinə olan hüquq) 

həm  də  mülki-hüquqi  əhəmiyyətə  malikdir.  Belə  ki,  o,  mürəkkəb  xarakterli 

m ülki  h ü q u q d u r5  Bu  hüquq  özündən  daha  geniş  hüquq  olan  şəxsi  həyat hü­

ququnun  tərkibinə  daxil olan  hüquq  kimi  tanınır.6 Şəxsi  həyat hüququ  isə sub­

yektiv şəxsin  qeyri-əmlak hüquqlarından  biridir.

1  Гражданское праоо- Учебник. Часть  I  /  Под рсд. Г.И.Илларионовой и др. M ,  I99S. с. 

1

ST.



2 Советское гражданское право.  Учебник. Том  I  /  Под рсд. О.Л.Красавчикова. M..  I9S5. с.  193

3 Гражданское право.  Учебник. /  Под рсд. В.В.Зшесского.  М., 2002, с. 46-47.

" Гражданское право России.  Курс лекции.  Часть  I  /  Отв. рсд. О.Н.Садиков.  М., 2001. с.  127.

* Гражданское право. Учебник.  Часть  I  / Под рсд. А.Г.Калчина. А.ИМаслясва. М ,   1997, с. 142



’’  Гражданское  право.  Учебник.  Часть  I  /   Под  ред.  H.IUЛарионовой  и  др.  M..  I99S.  с.  181: 

Советское гражданское право. Учебник. Том  I  /  Пол ред О.А.Красавчикова. М.,  1985. с. 196

55


Şəxsi  həyat  hüququ  dedikdə,  vətəndaşın  elə  bir azadlığı  başa  düşülür ki, 

bu  azadlıq  ona  fərdi  həyat  fəaliyyəti  sferasında  öz  davranışını  istəyinə  uyğun 

olaraq  müəyyən  etmək imkanı verir və şəxsi  həyata  başqa  şəxslərin  hər hansı 

müdaxiləsini  istisna  edir.'  Şəxsi  həyata  yalnız  qanunda  birbaşa  nəzərdə  tutu­

lan  hallarda  müdaxilə etmək olar.

Şəxsi  həyat  sirrini  saxlamaq  hüququnun  obyektini  şəxsi  həyat  sirri  təşkil 

edir.  Şəxsi  həyat  s irri  isə  müəyyən  şəxs  barəsində  onun  peşəkar və  ya  icti­

mai  fəaliyyəti  ilə  bağlı  olmayan  elə  məlumatlardan  ibarətdir  ki,  bu  məlumatlar 

həmin  şəxsin  yaşayış  tərzi,  ailə  vəziyyəti,  maddi  (əmlak)  durumu,  sağlamlığı, 

tərcümeyi-halının  ayrı-ayrı  faktları,  qohumları  ilə  əlaqə,  tanış-bilişləri  ilə  müna­

sibət və  digər məsələlərə  aiddir.  Onun,  yəni  şəxsin  həyat  sirrinin  bir  neçə  nö­

vü  vardır.  Həmin  növlərə  aiddir:  vəkil  sirri,  notariat  sirri,  bank  sirri,  həkim  sirri, 

övladlığa  götürmə  sirri;  digər  professional  (peşəkar)  sirlər.1

 2  Vətəndaşların  hə­

yat sirləri professionallara  (vəkillərə,  həkimlərə,  notariuslara,  bank  işçilərinə və 

s.)  məlum  olduğu  üçün  onlar  həm  də  p ro fe ssio n a l  (peşəkar)  s irlə r  sayılır. 

Belə  ki,  vətəndaşlar öz  hüquqlarını  həyata  keçirərkən  (məsələn,  müalicə olu­

narkən,  hüquqi  xidmət  göstərilən  zaman,  banka  əmanət  qoyarkən  və  s.)  pro­

fessionalların  yardımı  tələb olunur,  yəni  professionallar öz  professional  vəzifə­

lərini yerinə yetirərkən vətəndaşların  şəxsi  həyatı  barədə məlumat əldə edirlər. 

Məsələn,  vətəndaş müalicə olunarkən  həkim  onun xəstəliyi  barədə  məlumata 

malik olur.  Bu,  həkim  sirridir.  Başqa  bir misalda  vətəndaş  pulunu  banka  əma­

nətə qoyduqda  bank  bu  barədə  məlumata  malik  olur.  Bu,  bank  sirridir.  Vətən­

daş  üçün  notariat  kontorunda  notarial  əməliyyat  aparılır  (məsələn,  vətəndaş 

vəsiyyətnamə tərtib edir və ya  etibarnamə verir).  Bu,  notariat sirridir.

Üçüncü  şəxslərdən  (pro fe ssio n allard a n )  şəxsi  həyat  s irrin in   s a xla n ­

masını  tələb  etm ək  səlahiyyəti  göstərilən  hüququn  (yəni  şəxsi  həyat  sirrini 

saxlamaq  hüququnun)  məzmununa  daxil  olan  əsas  elementlərdən  biridir.  Bu 

səlahiyyətə  professionalların  (notariusların,  həkimlərin,  vəkillərin  və  s.) öz pro­

fessional  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  bağlı  olaraq  onlara  məlum  olan 

məlumatların  sirrini  saxlamaq  vəzifəsi  uyğun  gəlir.  Belə  ki,  professionallar  öz 

professional  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  bağlı  olaraq  onlara  məlum  olan 

m əlum atları  gizli  saxlam aq  vəzifəsi  daşıyırlar.  Söhbət onların  ayrı-ayrı  şəxs­

lərin  şəxsi  həyatı  barədə  məlumatların  sirrini  saxlamaq  borcundan  və  öhdəli­

yindən gedir.

Bankın üstünə bank sirri təşkil edən  məlumatları (bank hesabını,  bank əmanə­

tini, hesab əməliyyatları və müştərilər haqqında  məlumatlan açıqlamamaq vəzifə­

si düşür. O, həmin məlumatların sirrinə təminat verir (MM-in 967-ci maddəsi)3.

Notariuslar (notariat hərəkətləri  aparan digər vəzifəli  şəxslər,  habelə  öz xid­

məti  vəzifələrini  yerinə  yetirmələri  ilə  əlaqədar  notariat  hərəkətlərindən  xəbər­

dar  olan  şəxslər)  apardıqları  no taria t  hə rə kə tlə rin in   s irrin i  saxlamağa  borc­

ludurlar (Notariat haqqında»  qanunun  32-ci maddəsi).

1 Гражданское право.  Учебник.  Часгь  1  /  Под рсл. Н.Илларионовой и др. М .,  1998. с.  195

1  Малаша  М П.  Зашита  личных  неимущественных  прав советских  граждан.  М.,  1991, с.73-85 

Гражданское право. Учебник. Часы, I /  Под рсд.  Л.Г.Калпина. А.И.Масляево.  М.,  1997, с. 142.

3 Banklar və bank fəaliyyəti haqqında qanun.

56


Rabitə vasitələri  ilə 

ötürülən məlumatın 

sirrin i  saxlamaq 

hüququ


Vəkil  s irrin i  qorumaq vəkilin daşıdığı əsas vəzifələrindən biridir. Vəkilin pe­

şə  vəzifələrinin  həyata  keçirilməsi  ilə əlaqədar  aldığı  məlumatlar,  verdiyi məs­

ləhətlər və arayışlar vəkil sirrini təşkil edir.’

Həkimlər həkim  s irrin i təşkil edən məlumatları (yəni vətəndaşın tibbi yardım 

üçün  müraciət  etməsi  faktı,  onun  xəstəliyinin  diaqnozu,  sağlamlığının  vəziyyəti, 

müayinə  və  müalicə  vaxtı  əldə  edilən  digər  məlumatlar)  açıqlamamaq vəzifəsi 

daşıyırlar. Onlar bu məlumatların gizlin saxlanılmasına təminat verirlər.1

 2

Professionalların vətəndaşların şəxsi həyat sirrini  (bank sirrini,  həkim sirrini, 



vəkil  sirrini və s.) təşkil  edən məlumatları gizli saxlamaq vəzifəsini yerinə yetir­

məməsi,  yəni  həmin  məlumatları  açıqlaması  m ülki-hüquqi  məsuliyyətə  sə­

bəb  olur.  Təqsirkar şəxslər bunun  nəticəsində vətəndaşlara  vurulmuş zərərin 

əvəzini  ödəyirlər.  Məsələn,  bank  sirri  təşkil  edən  məlumatlar  bank  tərəfindən 

açıqlandığı  halda  hüquqları  pozulmuş  müştəri  bankdan  vurulmuş zərərin  əvə­

zini  ödəməyi  tələb  edə  bilər  (MM-in  967-ci  maddəsi).  Bundan  əlavə  mənəvi 

zərər də  kompensasiya edilir.

Rabitə  vasitələri  ilə  ötürülən  məlumatın  sirrini  sax­

lamaq  hüququ  vətəndaşların  Konstitusiyada  təsbit 

olunan  əsas  hüquqlarından  biridir.  Konstitusiyanın 

32-ci  maddəsinin  4-cü  hissəsinə  görə,  bu  hüquqa 

dövlət tərəfindən təminat verilir.

Göstərilən  hüquq  in form asiya  (məlumat)  m übadiləsi  ilə bağlıdır.  İnforma­

siya  (məlumat)  mübadiləsi  isə  şəxsi  həyatın  vacib  elementlərindən  biridir. 

Şəxs  digər  şəxslərlə  ünsiyyətdə  olmaq  üçün  informasiya  (məlumat)  ötürə  bi­

lər.  Bunun  üçün  o,  telefon,  poçt,  teleqraf və  digər rabitə vasitələrindən  istifadə 

edir.  Bu  zaman  məlumat  vermək  (ötürmək)  hüququnu  həyata  keçirmək  üçün 

şəxs  rabitə  təşkilatına  müraciət edir.  Rabitə təşkilatı  öz  professional fəaliyyəti­

ni  və  vəzifəsini  yerinə  yetirərkən  (məsələn,  teleqram  ötürülən  zaman)  vətən­

daşın  rabitə  vasitələri  ilə  ötürdüyü  məlumatın  məzmunu  ilə  tanış  olur.  Vətən­

daş  həmin  məlumatın  sirrinin  saxlanılmasını  tələb  edə  bilər.  Bu,  onun  sub­

ye k tiv   şəxsi  qeyri-əm lak  hüququdur.  Söhbət  vətəndaşın  telefon  danışıqları, 

poçt,  teleqraf  və  digər  rabitə  vasitələri  ilə  ötürülən  məlumatın  sirrinin  saxlan­

masını  tələb  etmək  hüququndan  gedir.  Rabitə  təşkilatının  professional  fəaliy­

yəti  ilə  bağlı  olduğuna  görə  həmin  sirr  rabitə  sirri  (professional  sirr)3  hesab 

edilir.  Rabitə  s irri  (rabitənin  m əxfiliyi),  yəni  elektrik  və  poçt  şəbəkələri  vasi­

təsi  ilə  ötürülən  məktubların,  telefon  danışıqlarının,  poçt göndərişlərinin,  teleq­

ramların  və  digər məlumatların  məxfiliyi Azərbaycan  Respublikasının qanunları 

ilə qorunur.4

Göstərilən  hüququn  obyektini  rabitə  vasitəsi  ilə  ötürülən  məktubların,  tele­

fon  danışıqlarının,  poçt  göndərişlərinin,  teleqramların  və  s.  məzmunu  barədə 

informasiya  təşkil  edir.  Bu  informasiya  yalnız  onları  göndərənlərə,  ünvan  sa­

1  «Vəkillər və vəkillik fəaliyyəti haqqında»  qanunun  16 və  17-ci maddələri.

2 «Əhalinin sağlamlığının qorunması haqqında» qanunun 53-cö maddəsi.



Гражлаиское право  Учебник.  Часть  I  /  Пол рсл. А.Г.Каятша. АММасяясва. М.,  1997. с.  М2.

4  «Rabitə haqqında»  qanunun 31-ci maddəsi.

57


hiblərinə  və  onların  qanuni  nümayəndələrinə  verilə  bilər.'  Məhz  həmin  infor­

masiya  barəsində  informasiya  göndərən  şəxslə  «hamı  və  hər  kəs»  arasında 

şəxsi  qeyri-əmlak  münasibəti  yaranır.  Borclu  şəxs  rolunda  çıxış  edən  «hamı 

və  hər  kəs»  informasiya  sirrini  saxlamaq  vəzifəsi  daşıyır.  Belə  vəzifə  məlum 

məsələdir  ki,  rabitə  təşkilatı  işçilərinin  də  üzərinə  düşür.* 2  Bütün  rabitə  opera­

torları  rabitə  sirrin in   (m ə xfiliyin in )  qorunm asını  tə m in   e tm ə lid irlə r.3  Onlar 

vətəndaşın  razılığı  oimadan  məktublarla,  telefon  danışıqları  ilə,  poçt  göndəriş­

ləri  ilə  və  s.  tanış  olmaqdan  çəkinməlidirlər.  Rabitə  təşkilatı  işçilərinin  üzərinə 

həm  də  inform asiyanı  açıqlamam aq  kim i  əlavə  vəzifə  düşür.  Bunlar  onu 

göstərir  ki.  vətəndaşların  məlumat  sirrini  saxlamaq  hüququ  m ütlə q   xarakterli 

h ü q u q d u r4

Bəzi  hallarda  rabitə  sirri  (məxfiliyi)  hüququ  məhdudlaşdırıla  bilər.  Söhbət 

telefon  danışıqlarına  qulaq  asmaq,  elektrik  rabitə  məlumatları  ilə  tanış  olmaq, 

poçt  göndərişlərini  və  bağlamalarını  açmaq  və  götürmək,  onlar  haqqında  mə­

lumat almaq  və  digər  məhdudlaşdırma  hallarından  gedir.5 * Belə  məhdudlaşdır­

ma  halları  qanunla  müəyyən  edilir.  Məsələn,  Konstitusiyanın  32-ci  maddəsinin 

4-cü  hissəsinə  görə,  rabitə  sirri  (məxfiliyi)  hüququ  qanunla  nəzərdə  tutulmuş 

qaydada  cinayətin  qarşısını  almaqdan  və ya  cinayət  işinin  istintaqı  zamanı  hə­

qiqəti  üzə çıxarmaqdan ötrü  məhdudlaşdırıla  bilər.

Şəxsi  həyat  hüququnun  digər  tərkib  hissəsi  şəxsi  hə- 

şəxsı  эуэ  ın 

yatm toxunulmazlığı  hüququ  adlanır.5  Bu  hüquq  vətən- 

hünuou  9 

daşların şəxsi  həyatının toxunulmazlığını təmin  edir.

4  4 

Şəxsi  həyatın  to xu nu lm a zlığ ı  h ü q uq u   dedikdə,



vətəndaşların  öz  şəxsi  həyatına  aid  olan  bütün  məsələləri  sərbəst  (müstəqil, 

heç  kəsdən  asılı  olmadan)  həll  etmək  və  ona  əsassız  müdaxiləni  qadağan  et­

mək  imkanı  başa  düşülür.  Yalnız  qanunda  nəzərdə  tutulan  hallarda  vətəndaş­

ların şəxsi  həyatına  müdaxilə oluna  bilər.

Mənzil  toxunulmazlığı  şəxsi  həyatın toxunulmazlığını  təmin  edən  əsas vasi­

tələrindən  biridir.  O.  şəxsi  həyatın elementlərindən  biri  hesab  edilir.  Buna  görə 

də  mənzil  toxunulmazlığı  hüququ  şəxsi  həyatın  toxunulmazlığı  hüququnun 

məzmununa  aid olan  başlıca  elementlərdən  biri sayılır.7 *

Vətəndaşların  m ənzil  to xu nu lm a zlığ ı  hüququ  konstitusion  hüquqlardan 

biridir.  Konstitusiyanın  33-cü  maddəsi  həmin  hüququ  təsbit  edir:  hə r  kəsin 

m ənzil  toxunulm azlığı  hüququ  vardır.  Bu  hüquq  beynəlxalq  sənədlərdə  də

'  «Rabitə haqqında»  qanunun 31-ci maddəsi.

2 Гражлапскос  право.  Учебник. Часть  I/  Под рел. Н.Илларионовой и др.  М .   1998. с.  134.

3  «Rabitə haqqında»  qanunun 31-ci maddəsi.



* Maıeuııa M.H. Зашита  личных неимущественных прав советских граждан.  М..  1990. с.  8S .

5 «Rabitə haqqında»  qanunun 32-ci maddəsi.



ь Советское гражданское  право.  Учебник. Том  I  / Под рел О. А  Красавчикова  М „   I9S5. с.  196; 

Гражданское право  Учебник.  Часть  I  / Пол рел. I{.Илларионовой и др.  M .   I99S.

Красавчикова Л.О.  Личная  жизнь граждан  пол охраной закона.  М .,  1983, с.64;  Красавчикова 

Л.О  Понятие и система личных неимущественных прав граждан (физических лиц) в гражданском

праве  Российской  Федерации.  Екатеринбург,  1994;  Гражданское  право.  Учебник.  Часть  1  /  Пол

рсд. А.Г.Катина. А.И.Масяяева,  М.,  1997, с.  142.

58


ifadə olunmuşdur.'

Mənzil  toxunulmazlığı  dedikdə,  bir  tərəfdən,  mənzilin  fiziki  cəhətdən  toxu­

nulmazlığı  (məsələn,  qapının  sındırılmaması,  pəncərə  şüşələrinin  sındınlma- 

ması  və  s.)  başa  düşülür.  Əgər  belə  olardısa,  onda  söhbət  mülkiyyətçinin  və 

ya  kirayəçinin əmlak hüquqlarından  gedərdi.

Mənzil  toxunulmazlığı  dedikdə,  digər tərəfdən vətəndaşlann  şəxsi həyatının 

elementlərindən  biri  başa  düşülür.  Qanunverici fiziki toxunulmazlığı yox,  məhz 

həmin  elementi  nəzərdə  tutmuşdur.2  Mənzillərin  fiziki  toxunulmazlığı  kimi  mə­

sələ  ilə mülki  hüququn  mülkiyyət hüququ,  habelə  delikt hüququ kimi institutları 

məşğul olur.



Mənzil  toxunulmazlığı  dedikdə,  şəxsin ona  məxsus olan mənzildə öz istə­

yinə  uyğun  hərəkət  etmək  və  mənzildə  yaşayanların  iradəsi  ziddinə  olaraq 

ona  daxil olmağa yol verməmək imkanı başa  düşülür.

Mənzil  toxunulmazlığı  hüququ  vətəndaşların  subyektiv  şəxsi  qeyri-əmlak 



hüququdur.  O.  mütləq  hüquqlar sırasına  daxildir.  Belə  ki,  səlahiyyətli  şəxs 

(mənzil  sahibi)  onun  mənzil  toxunulmazlığı  hüququnu  pozmamağı  istənilən 

şəxsdən  («hamı  və  hər kəs»dən) tələb etmək hüququna  malikdir.  Səlahiyyətli 

şəxsin  bu  hüququna  əhatə  dairəsi  məlum  olmayan  şəxslərin  («hamı  və  hər 

kəs»in),  yəni  borclu  şəxslərin  onun  mənzil  toxunulmazlığı  hüququnu  pozma­

maq  kimi vəzifəsi  uyğun gəlir.

Qanunda  nəzərdə  tutulan  hallarda  vətəndaşların  mənzil  toxunulmazlığı  hü­

ququ  məhdudlaşdırıla  bilər.  Belə  hallarda  mənzildə yaşayanların  iradəsi ziddi­

nə  olaraq  mənzilə  daxil  olunmasına  yol  verilir.  Həmin  halları  faktiki  olaraq  üç 

yerə  bölmək olar:

•   hüquqi zərurət halları;

•   faktiki zərurət halları;

•   fövqəladə  hallar.

Hüquqi  zərurət  halları  o  hallardır  ki,  həmin  hallarda  müəyyən  prosessual 

hərəkətlərin  edilməsi  lazım  gəlir  və  buna  görə  də  icazəsiz  mənzilə  daxil  olu­

nur.  Söhbət  axtarış,  götürmə,  əmlaka  həbs  qoyma  və  digər  prosessual  hərə­

kətlərdən  gedir.  Həmin  hərəkətlər yalnız səlahiyyətli  vəzifəli  şəxslər tərəfindən 

müəyyən  qaydada  edilə  bilər.  Bu  hərəkətlər CPM-in  normaları ilə tənzimlənir.

Faktiki  zərurət  halları  elə  hallardır  ki,  həmin  hallarda  qarşısını  alan  (ehti­

yat) və digər profilaktik tədbirlərin görülməsi lazım gəlir.  Buna görə də icazəsiz 

mənzilə  daxil olunur.  Qaz,  su və digər avadanlıqlara  baxma faktiki zərurət ha­

lına  misal  ola  bilər.



Fövqəladə  hallar qeyri-adi hallardır.  Məsələn, yanğın,  mənzildə qaz partla- * 1

'   Heç  kəsin  m ənzil  toxunulmazlığına  əsassız  olaraq  qəsd  etmək  olmaz  (İnsan  hüquqları 

barədə üm umi  bəyannam ənin  12-ci maddəsi).

1  Советское  гражданское  право.  Учебник.  Том  I /Пол  рсд  О.А.Красавчикова  M..  I9S5, с.196; 

Гражданское  право.  Учебник.  Часть  I  /Под  рсд.  //.Илларионовой  и  др.  M.,  1998,  C.ISI; 

Гражданское право.  Учебник. Том  I  /  Под рсд Е-А.С^аиова.  М..  1998, с.740.

59


yışı və digərləri həmin  hallara  misal ola  bilər.'

Göstərilən  hallardan  hər hansı  biri  mövcud  olduqda,  mənzildə yaşayanların 

iradəsi  ziddinə  olaraq  mənzilə  daxil  oluna  bilər.  Lakin  bu,  mənzilə  daxil  olma 

üçün  kifayət  etmir.  Bunun  üçün  digər  tələblərin  də  olması  vacibdir.  Həmin  tə­

ləblərə  aiddir:  mənzilə  daxil  olma  barədə  qanunda  birbaşa  göstərişin  olması; 

mənzilə daxil olan şəxsin  mənzilə  daxil olmağa  səlahiyyəti  çatması  (səlahiyyə­

ti olması).

. . .  



Şəxsi  sənədlərin  toxunulmazlığı  hüququ  şəxsi  həyatın

toxunulmazк ГT  

toxunulmazlığı  hüququnun  elementlərindən  biridir.  Bu

hü 

hüquq  vətəndaşların  şəxsi  həyatının  toxunulmazlığını



təmin edir.

Şəxsi  sənədlərin  toxunulmazlıq  hüququ  Azərbaycan  Respublikasının  (eləcə 

də  RF və digər MDB  respublikalarının)  mülki  qanunvericiliyində formula  edilmə­

mişdir.  Bu  hüquq  sovet dövrünün  bəzi mülki  məcəllələrində  (məsələn,  Qazaxıs­

tan SSR-in MM-nin 491-ci və Özbəkistan SSR-in  MM-in  540-1-ci  maddələrində) 

ifadə  olunmuşdu.1

 2  Həmin  məcəllələrdə  göstərilən  hüquq  barədə  nəzərdə  tutu­

lan qaydalar digər respublikaların praktikasında da tətbiq  edilirdi.

Şəxsi  sənədlərin  toxunulmazlığı  hüququnun  obyektini  məktub,  gündəlik, 

qeydlər,  xatirat  (xatirələr),  qeyd  kitabçası  və  digər  yazılar  təşkil  edir.3 * Onlar 

qeyri-maddi  (qeyri-əmlak)  nemətlər  olub,  mənəvi  xarakterə  malikdir.  Həmin 

nemətlər  şəxsi  sənədlər adlanır.

Şəxsi  sənədlər dedikdə,  elə  sənədlər başa  düşülür ki,  bunlarda  şəxsiyyə­

tə  aid  faktlar,  münasibətlər  və  vətəndaşların  şəxsi  həyatı  ilə  bağlı  olan  digər 

hallar  barədə  informasiya  ifadə  olunur."  Onlar  sosial  qiyməti  olan  neymətlər- 

dir.  Belə  ki,  şəxsi  sənədlər  müəyyən  şəxslə  bağlı  olan  faktlar  barədə  informa­

siya  daşıyıcısı  olub,  zamanın  xüsusi  «şahidləridir».  Onlar  tarixi  baxımdan  xü­

susi əhəmiyyət kəsb edir.

Şəxsi  sənədlərin  toxunulmazlığı  hüququnun  hüquqi  təbiəti  mülki  hüquq  el­

mində  mübahisə  doğuran  məsələdir.  Məsələ  burasındadır  ki,  bəzi  müəlliflər 

şəxsi sənədlərin toxunulmazlığı  hüququnu  müəlliflik  hüququ  ilə,  şəxsi  sənədlə­

rin özünü  isə  müəlliflik  hüququnun  obyekti olan əsərlə qarışdırırlar.5

Hesab edirik ki, əgər şəxsi  sənədlər müəllif hüququnun  obyekti  üçün  müəy­

yən edilən  iki  əlamətə  (birinci  əlamət  nəticənin  yaradıcılıq  xarakterinə  malik ol­

masından,  ikinci  əlamət  isə  nəticənin  hər  hansı  obyektiv  formada  mövcud  ol­

1  Bir sıra  qanunlarda  m ənzilə daxil olmanı  şərtləndirən  hallar nəzərdə  tutulm uşdur:  «Fövqəl­

adə  vəziyyət  haqqında»  qanun  (17-ci  maddə);  «Ə m əliyyat-axtarış  fəaliyyəti  haqqında»  qanun 

(10-cu  maddə);  «Terrorçuluğa  qarşı  m übarizə  haqqında»  qanun  (9-cu  m addə);  «M əhkəm ə  nə­

zarətçiləri və m əhkəm ə icraçılan  haqqında»  qanun (8-cr maddə).

2  Мадеии  H.C.  Гражданский  закон  и  права  личности  а  СССР.  М .,  1981,  с. 157;  Малаш  Н.С. 

Охрана прав личности советским законодательством.  М.,  1985, с. 59.

Маяеина М П  Зашита  личных неимущественных нрав советских граждан. M.,  1991, с. 94.

Красавчикова Л.О.  Личная жизнь граждан под охраной закона.  M ,   1983. с. 99-100.

'  Bu  hüquqların  hüquqi  xarakteri  barədə  Красавчикова  Л.О.  Авторское  право  и  права  на 

письма,  дневники,  записки,  заметки  //  Проблемы  советского  авторского  права.  М.,  1979,  с. 107- 

108; Красавчикова Л.О.  Личная жизнь граждан под охраной закона, с.  102-107.

60


masından  ibarətdir)’  cavab verərsə, onda  şəxsi sənədlər müəlliflik hüququnun 

obyekti  olan  əsər,  onlar  barəsində  yaranan  hüquq  isə  müəlliflik  hüququ  kimi 

tanınacaqdır.  Məsələn,  məşhur  rus  tənqidçisi  V.Q.Belinskinin  görkəmli  və ta­

nınmış yazıçı  N.V.Qoqola yazdığı  15 iyul  1847-ci  il tarixli  məktub şəxsi sənəd­

dir.  Amma  bu  məktub  yaradıcılıq  fəaliyyətinin  nəticəsidir,  yəni  yaradıcılıq  xa­

rakterinə  malikdir.  Buna  görə  də həmin  məktub şəxsi sənəd yox,  müəlliflik hü­

ququnun  obyekti  olan  əsərdir.  Buna görə sovet dövlətinin banisi V.I.Lenin onu 

«senzurasız demokratik mətbuatın ən yaxşı əsərlərindən biri» hesab edirdi.1

 2

Əgər  şəxsi  sənədlər  (məsələn,  məktub,  xatirat və  s.)  bu  sənədlərin  sahibi­



nin,  yəni  müəllifin yaradıcılıq fəaliyyətinin nəticəsini ifadə etməzsə,  habelə ide­

yaların,  fikirlərin  və  obrazların  məcmusu  olmazsa,  onda  əsər,  yəni  müəlliflik 

hüququnun  obyekti  yox3,  şəxsi  sənədlərin  toxunulmazlıq  hüququnun  obyekti 

hesab  edilir.  Əsərdən  fərqli  olaraq,  şəxsi  sənədlər müəlliflik  hüququnun  hüqu­

qi  mühafizə  sferasına daxil olmur, yəni müəlliflik hüququ ilə qorunmur.

Şəxsi  sənədlərin  toxunulmazlığı  hüququ  subyektiv  mülki  hüquqdur.  O. 



mütləq  hüquqlar sırasına  aiddir.4  Buna  görə  də  səlahiyyətli  şəxs,  yəni  şəxsi 

sənədlərin  müəllifi  bütün digər şəxslərdən  («hamıdan və hər kəs»dən) -  bütün 

cəmiyyət  üzvlərindən  sənədlərin  toxunulmazlığını  pozmamağı  tələb etmək hü­

ququna  malikdir.  Əhatə  dairəsi  məlum  olmayan  borclu  şəxslər  isə  göstərilən 

hüququ  pozan  hərəkətlərdən çəkinməlidirlər.

Subyektiv mülki  hüquq  olan  şəxsi sənədlərin toxunulmazlığı hüququ müəy­

yən  məzmuna  malikdir.  Onun  məzmunu  bir  neçə  elementdən  -   hüquqi  im­

kandan  (səlahiyyətdən)  ibarətdir.  Şəxsi  sənədlərin  müəllifi  kimi  tanınmaq 



hüququ  həmin  hüquqi  imkanlardan  (səlahiyyətlərdən)  biridir.  Bu  səlahiyyət 

konkret  şəxsi  sənədin  müəyyən  müəllif  tərəfindən  yaradılma  faktını  hüquqi 

cəhətdən  ifadə  edir.  Əgər  şəxsi  sənəd  başqa  şəxsə  verilərsə,  onu  yaradan 

şəxs  yenə  də  müəllif  kimi  tanınır.  Ona  görə  ki,  şəxsi  sənədin  müəllifi  kimi  ta­

nınmaq  hüququ  şəxsi  hüquq  olub,  özgəninkiləşdirilmir  və  müəllifin  özündən 

ayrılmazdır.



Şəxsi  sənədlərin  toxunulmazlıq  hüququnun  obyektindən,  yəni  şəxsi 

sənədlərin  özündən  istifadə  etmək  və  ona  sərəncam  vermək  hüququ  həmin 

hüququn  məzmununu  təşkil  edən  səlahiyyətlərdən  biridir.  Söhbət  şəxsi  sə­

nədlərdə  ifadə  olunan  informasiyanın  başqa  şəxslərə  verilməsi  imkanından 

gedir.  Belə  ki,  şəxsi  sənədlər əşya  olmaqdan  əvvəl,  ilk  növbədə,  informasiya 

daşıyıcısıdır.  Həmin  informasiyanı  başqa  şəxslərə  vermək  şəxsi  sənədlərdən 

istifadə  və  onlara  sərəncam  vermək  səlahiyyətlərinin  həyata  keçirilməsini  ifa­

də edir.


1  M üəlliflik  hüququnun  obyektinin  iki  əlaməti  barədə  Allahverdiyev  S.S.  Azərbaycan 

Respublikasının  m üəlliflik  və  patent  hüququ.  Mühazirə  kursu.  8akı,  2000.  s.  84-92; 



Allahverdiyev S.S.  Əqli mülkiyyət hüququ.  Dərs vəsaiti.  Bakı. 2006.

Ленчи В.И.  Поли. собр. соч. том 25, с. 94.

3  Tanınmış  sovet  alim i  В.И.Серсбровски  əsərə  anlayış  verərkən  məhz  bu  iki  cəhəti  nəzərə 

alır 1Серсброаскиы B.H.  Вопросы советского авторского права. M.,  1956, с, 32).

4  Həmin  hüququn  subyektiv  mülki  hüquq,  habelə  mütləq  hüquq  olması  barədə  bax: 

Советское гражданское право. Учебник. Том  I  /  Под рсд О.А.Красавчикова. M.,  I9S5, с. 200.

61


Şəxsi  sənədlər yalnız müəllifin  razılığı və icazəsi  ilə dərc edilə  bilər (məktub 

isə  müəllifin  və  məktubun  ünvanlandığı  şəxsin  icazəsi  ilə  dərc  oluna  bilər). 

Müəllif  öldükdə  isə  şəxsi  sənədlərin  dərc  olunmasına  razılığı  onun  arvadı, 

uşaqlan. valideynləri,  bir sözlə,  yaxın  adamları verirlər.

Digər hüquqi imkan  isə d is p o z itiv  səlahiyyət adlanır.'  Bu  səlahiyyət şəxsə 

hüquqi  imkan  verir ki,  o,  sərbəst  surətdə  şəxsi  sənədlər yaratsın,  onlan  topla­

sın və saxlasın.

Şəxsi  sənədlərin  toxunulmazlığı  hüququnun  məzmununa  daxil  olan  ele­

mentləri -  hüquqi  imkanları  (səlahiyyətləri) müəyyən etdikdən  sonra  göstərilən 

hüquqa anlayış verə bilərik.

Şəxsi  sənədlərin  toxunulmazlığı  hüququ  elə  bir  subyektiv  mülki  hüquqdur 

ki.  bu  hüquq  şəxsi  sərbəst  surətdə  şəxsi  sənədlər  yaratmaq,  öz  istəyinə  uy­

ğun  şəxsi  sənədlərdən  istifadə  və  onlara  sərəncam  vermək  səlahiyyəti  ilə  tə­

min edir.



Tövsiyə  olunan  əlavə  ədəbiyyat

Красавчикова  Л.О.  Личная  жизнь  граждан  под  охраной  закона.  М.,

1983;

Малеина  М.Н.  Защита  личных  неимущественных  прав  советских



граждан.  М.,  1991;

Ярощенко  К.Б. Жизнь и здоровье под охраной закона.  М.,  1990; 

Б еляцкий  С.А.  Возмещение  морального  (неимущественного)  вреда.

М „  2005;

Эрделевский  А.М.  Моральный  вред  и  компенсация  за  страдания.  М.,

1997;


Красавчикова  Л.О.  Понятие  и  система  личных  неимущественных 

прав  граждан  (физических  лиц)  в  гражданском  праве.  Екатеринбург.

1994;

Гражданское  право.  Учебник.  Том  1  /  Под  ред.  А.П.  Сергеева,  Ю.К. 



Толстого.  М.,  1998 (гл.  15);

Гражданское  право.  Учебник.  Том  1  / Под  ред.  Е.А.  С уханова  М.,  1998

(гл.  26-27);

Гражданское право.  Учебник.  Часть  1  / Под ред.  Т.И.  И лл а р ио но во й  и 

др.  М.,  1998 (гл.  9);

Советское  гражданское  право.  Учебник.  Том  1/Отв.  ред.  О.А. 

Красавчиков.  М.,  1985 (гл 8);

Гражданское  право.  Учебник.  Часть  1  /  Под  ред.  А.Г.  Калпина,  А.И. 

Масляева.  М.,  1997 (гл.  «Личные неимущественные  права»).

'  Советское гражданское право.  Учебник. Том  I  /  Под ред О.А.Красавчикова.  М.,  1985, с.  200; 

Гражданское право.  Учебник.  Часть  I  /  Под ред.  Т.И.  Илларионовой.  М.,  1998. с.  183.

62


II  FƏSİL

ŞƏRƏF,  LƏYAQƏT VƏ İŞGÜZAR NÜFUZ 

HÜQUQLARININ  MÜLKİ-HÜQUQU  MÜDAFİƏSİ


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin