§ 2. Şəxsi qeyri-əmlak hüquqlarının
(şəxsi qeyri-əmlak münasibətlərinin) tənzimlənməsi,
qorunması və həyata keçirilməsi
Şəxsi qeyri-əmlak
hüquqlarının
(m ünasibətlərinin)
hüquqi tənzimlənməsi
Şəxsi qeyri-əmlak hüquqları (münasibətləri) kifa
yət dərəcədə geniş anlayışdır. Buna görə də onlar
yalnız hər hansı bir hüquq sahəsinin normaları ilə
tənzimlənə bilməz. Məhz bu səbəbdən şəxsi qey
ri-əmlak hüquqlarının (münasibətlərinin) hüquqi
tənzimlənməsində bir neçə hüquq sahəsi iştirak edir. Şəxsi qeyri-əmlak hü-
quqlannın hüquqi tənzimlənməsi həm humanitar, həm beynəlxalq, həm siyasi,
həm də iqtisadi xarakterli mülahizələrlə şərtlənir. Özü də son zamanlar iqtisa
di, siyasi, beynəlxalq və humanitar xarakterli bir çox amillərin təsiri altında
şəxsi qeyri-əmlak münasibətlərinin hüquqi nizamlanması genişlənmişdir.
Şəxsi qeyri-əmlak hüquqlarının (münasibətlərinin) tənzimlənməsində başlıca
və aparıcı rol konstitusiya hüququna məxsusdur. Məhz konstitusiya hüquq
normaları bu hüquqların (münasibətlərin) hüquqi tənzimlənməsinin əsasını təşkil
edir, insan hüquqları və azadlıqları konstitusiya hüququnun mühüm institutla
rından biridir. İnsan hüquqları (azadlıqları) şərti olaraq bir neçə növə bölünür ki,
şəxsi hüquqlar (azadlıqlar) onlar arasında vacib yer tutur. Konstitusiyada yaşa
maq hüququ (27-ci maddə), təhlükəsiz yaşamaq hüququ (31-ci maddə), şəxsi
toxunulmazlıq hüququ (32-ci maddə), şəxsi və ailə həyatının sirrini saxlamaq
hüququ (32-ci maddə), sağlamlığın qorunması hüququ (41-ci maddə) və digər
şəxsi qeyri-əmlak hüquqları təsbit edilmişdir. Göstərilən hüquqlar şəxsin özün
dən ayrılmazdır. Heç kim şəxsi öz şəxsi hüquqlarından məhrum edə bilməz.
Konstitusiya təkcə vətəndaşların şəxsi hüquqlarını təsbit etməklə kifayət
lənmir. O, həm də şəxsi hüquqların real surətdə həyata keçirilməsinə hüquqi
təminat verir.
Şəxsi qeyri-əmlak hüquqlarının (münasibətlərinin) tənzimlənməsində inzi
bati hüququn da müəyyən rolu vardır. Məsələn, ad şəxsi qeyri-əmlak hüqu
qunun obyektlərindən biridir. Ad verilməsi və adın dəyişdirilməsi kimi məsələ
lər məhz inzibati hüquq normaları ilə müəyyən edilir. Bundan əlavə, inzibati
hüquq normaları şəxsi hüquqların tənzimlənməsi üzrə dövlət orqanlarının səla
hiyyətlərini də müəyyən edir.
Şəxsi qeyri-əmlak hüquqlarının (münasibətlərinin) tənzimlənməsində iştirak
edən hüquq sahələrindən biri ekologiya hüququ hesab edilir. Ekologiya hü
quq normaları ilə, hər şeydən əvvəl, ilk növbədə sağlam ətraf mühitdə yaşa
maq, sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq, ətraf
təbii mühitin mənfi təsirindən sağlamlığı qorumaq və ekoloji məlumat almaq ki
mi ekoloji hüquqlar tənzimlənir ki, bu hüquqlar şəxsi xarakterli hüquqlardır. Bu
hüquqların tənzimlənməsi üzrə dövlət orqanları müəyyən səlahiyyətlərə malik
dir ki, həmin səlahiyyətlər ekologiya hüquq normaları ilə müəyyən edilir.
Şəxsi qeyri-əmlak hüquqlannın (münasibətlərinin) tənzimlənməsində cinayət
hüququnun da əhəmiyyətini və rolunu qeyd etmək lazımdır. Cinayət hüququ ilə
şəxsiyyətin hüquq və azadlıqlannın qorunmasına yönəlmiş ictimai münasibətlər
29
tənzimlənir. Bu hüquq sahəsi yalnız müvafiq münasibətləri, o cümlədən şəxsi
qeyri-əmlak münasibətlərini tənzimləmək yolu ilə öz vəzifəsini yerinə yetirə bilər’ .
Cinayət hüququ şəxsi qeyri-əmlak münasibətlərini necə tənzim edir? Cina
yət hüququ cəmiyyət üzvlərinin («hamının və hər kəsin») üzərinə başqalarının
şəxsi qeyri-əmlak hüquqlarına (məsələn, yaşamaq hüququna, şərəf və ləya
qət hüququna, sağlamlığın qorunması hüququna və s.) qəsd etməmək, cina
yət törətməmək vəzifəsi qoyur. Cinayət hüququ şəxslərə eyni zamanda belə
bir hüquq verir ki, əgər şəxsi qeyri-əmlak hüquqlarına başqası tərəfindən qəsd
olunarsa, onlar qəsd edənin cəzalandırılmasını tələb etsinlər. Göründüyü kimi,
cinayət hüququ şəxsi qeyri-əmlak münasibətlərində iştirak edən tərəflər (şəxs
lər) üçün hüquq və vəzifələr müəyyən edir. Deməli, o, həmin münasibətləri
tənzim edir. Axı, əvvəldə qeyd etdiyimiz kimi, tənzimləmək müəyyən etmək
deməkdir. Əgər müəyyən ictimai münasibət iştirakçıları (tərəfləri) üçün hüquq
və vəzifələr müəyyən olunursa, onda həmin münasibət tənzimlənir.
Digər tərəfdən, cinayət hüququ şəxsiyyətin hüquq və azadlıqlarına qəsd
edən şəxslərə cəza verməklə, onları cəzalandırmaqla hədələyir. Hədələmək
vasitəsilə şəxsləri o, cinayət etməkdən çəkindirir. Bu yolla cinayət hüququ cə
miyyətdə insanların davranışını tənzimləyir. Hüquq ədəbiyyatında göstərilir ki,
cəza hədəsi (qorxusu) vasitəsilə şəxsləri cinayət etməkdən çəkindirməklə
bağlı münasibətlər cinayət hüququnun tənzimetmə (nizamasalma) predmetinə
aid olan münasibətlərdir2.
Şəxsi qeyri-əmlak hüquqlarının (münasibətlərinin) tənzimlənməsində m ülki
hüquq xüsusi rol oynayır. O, bu məsələnin həllində kifayət dərəcədə fəal işti
rak edir. O.S.loffenin belə bir fikri ilə razılaşmaq olmaz ki, şəxsi qeyri-əmlak
münasibətləri mülki hüquqla yox, hüququn başqa sahələri ilə tənzimlənir3.
Şəxsi qeyri-əmlak hüquqlarının mülki hüquqla tənzimlənməsi məsələsi xeyli
müddətdir ki, alimlər arasında qızğın diskussiya predmetinə çevrilmişdir. Üs
tün və geniş yayılmış konsepsiyaya görə, şəxsi q e yri-əm lak m ün a sib ə tlə ri
m ülki hüquqla həm tə n zim lənir, həm də q o ru n u r (m ü d a fiə o lu n u r). Bu
məsələyə biz əvvəldə toxunmuşuq. Bir daha qeyd edərək göstəririk: o ictimai
münasibət qoruna (müdafiə edilə) bilər ki, həmin münasibət hüquq norması ilə
tənzimlənsin, mülki hüququn nizamasalma (tənzimetmə) predmetinə aid ol
sun; əgər ictimai münasibət qorunmazsa (müdafiə edilməzsə), onda ictimai
münasibətin tənzimlənməsinin mənası olmazdı. İctimai münasibəti tənzimlə
mək elə həmin münasibəti qorumağın (müdafiə etməyin) forması və üsuludur.
Şəxsi qeyri-əmlak hüquqları (münasibətləri) hü
ququn ayrı-ayrı sahələri tərəfindən tənzimlən
məkdən başqa, həm də qorunur və müdafiə
edilir. Mülki hüquq elmində göstərilir ki, şəxsi
qeyri-əmlak hüquqları hüququn bir neçə sahəsi
tərəfindən qorunur4. Söhbət hər şeydən ə w əl, konstitusiya hüququndan gedir. * 1
Şəxsi qeyri-əmlak
hüquqlarının
(münasibətlərinin)
qorunması və müdafiəsi
1 Naumov A.V. Cinayəl hüququ. M ühazirə kursu. Bakı, 1998, s. 23.
1 Naumov A.V. Cinayat hüququ. M ühazira kursu. Bakı, 1998, s. 25.
И<х/)фе О С. Советское гражданское право. M., 1967.
Маяеииа М.Н. Зашита личных неимущественных прав советских граждан. М., 1991, с. 5.
30
Konstitusiya hüququ şəxsi qeyri-əmlak hüquqlarını (münasibətlərini) qoruyur
və müdafiə edir.
Hüquqların (münasibətlərin) qorunması və müdafiə edilməsi dedikdə nə ba
şa düşülür? Bu suala cavab vermək üçün ilk növbədə hüquqlann (münasibət
lərin) qorunmasının nə demək olduğunu izah edək.
Hüquqların (münasibətlərin) qorunması iki mənada işlədilir:
• geniş mənada;
• məhdud (bilavasitə) mənada.
Hüquqların (münasibətlərin) geniş mənada qorunması dedikdə, bütün hü
quq normalarının tətbiqi başa düşülür. Bunun nəticəsində cəmiyyətdəki hüquqla
nn (münasibətlərin) normal və maneəsiz inkişafı (mövcud olması) təmin edilir.
Hüquqların (münasibətlərin) məhdud (bilavasitə) mənada qorunması
dedikdə, onların müdafiə olunması başa düşülür. Hüquqların (münasibətlə
rin) müdafiə olunması dedikdə isə yalnız elə üsul və vasitələr başa düşülür
ki, onlar hüquq pozuntusuna yol verildiyi hallarda tətbiq edilir. Deməli, hüquq
ların (münasibətlərin) müdafiəsi anlayışından yalnız o halda danışmaq olar ki,
hüquq pozuntusu törədilsin’ .
Konstitusiya hüququ, hər şeydən əvvəl, şəxsi qeyri-əmlak hüquqlarını (mü
nasibətlərini) qoruyur. Belə ki, əgər konstitusiya hüququ həmin hüquqları (mü
nasibətləri) tənzimləyirsə, bu, onların qorunmasını ifadə edir. Çünki hüququn
qorunması, ümumiyyətlə, hüququn tənzimlənməsi kimi başa düşülməlidir* 2.
Konstitusiya hüququ şəxsi qeyri-əmlak hüquqlarını (münasibətlərini) həm
də müdafiə edir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər bir şəxs qanunla
qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə
edə bilər. Konstitusiya həm də hər kəsin hüquqlarinın və azadlıqlarının müdafi
əsinə, o cümlədən məhkəmə müdafiəsinə təminat verir (26-cı maddənin 2-ci
hissəsi, 60-cı maddənin 1-ci hissəsi).
Konstitusiya hər bir vətəndaşa hüquq verir ki, o, öz şərəf və ləyaqətini mü
dafiə etsin. Şəxsiyyətin ləyaqətinin alçaldılmasına yol verilmir.
Şəxsi qeyri-əmlak hüquqlarının qorunmasında və müdafiə edilməsində c i
nayət hüququ vacib rol oynayır. Bu hüquq sahəsinə daxil olan hüquq norma
ları yaşamaq hüququ, sağlamlığın qorunması hüququ, fiziki toxunulmazlıq hü
ququ və digər hüquqları qorumaq vasitəsidir. Bu normalarda nəzərdə tutulan
sanksiyalar (cinayət-hüquqi sanksiyalar) şəxsiyyət, dövlət və cəmiyyət üçün
daha mühüm sayılan hüquqları, o cümlədən şəxsi qeyri-əmlak hüquqlarını mü
dafiə edir. Cinayət-hüquqi sanksiyalar həmin hüquqlara qəsd edən ictimai təh
lükəli əməllərlə mübarizəyə yönəlmişdir. Bu sanksiyalarda həyat və sağlamlıq,
şəxsiyyətin azadlığı, ləyaqəti və şəxsi həyatın toxunulmazlığı əleyhinə olan ci-
' Sovet dövrünün hüquq ədəbiyyatında mülkiyyət hüququna münasibətdə mülki hüquq tərə
findən hüquqlann qorunm ası (həm geniş mənada, həm də məhdud mənada) məhz bu planda
izah edilir (m əsələn, bax. Венедиктов А.В. Гражданско-правовая охрана социалистической собст-
ценности и СССР. М .-Л., 1954; Запасцев А.И. Охрана социалистической собственности по совет
скому гражданскому праву; с. 9-30; Иоффе О.С. Советское гражданское право. М , 1967, с. 473).
2
Мезрип В. И. Состав механизма охраны прав граждан / / Гражданско-правовая охрана
интересов
личности
в СССР, Свердловск, 1977, с. 47-59.
31
nayəllərə görə cəza növləri nəzərdə tutulur.
Şəxsi qeyri-əmlak hüquqlarının qorunmasında inzibati hüquq və ekologiya
hüququ kimi hüquq sahələri də iştirak edir. İnzibati hüquq sağlamlıq kimi va
cib nemət əleyhinə olan inzibati xətaya görə inzibati tənbeh tədbirləri nəzərdə
tutur (İXM-İn VII fəsli). Sağlamlığın qorunması kimi mühüm qeyri-əmlak hüqu
qunun, sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiə edilməsində eko
logiya hüququnun da müəyyən rolu vardır.
Mülki hüquq şəxsi qeyri-əmlak hüquqlarının qorunmasında və müdafiə
edilməsində xüsusi rol oynayır. Şəxsi qeyri-əmlak hüquqlarının mülki hüquq
tərəfindən qorunmasına mülki-hüquqi mühafizə (qoruma), müdafiə edilmə
sinə isə mülki-hüquqi müdafiə deyilir.
Şəxsi qeyri-əmlak hüquqlarının (münasibətlərinin) mülki-hüquqi müda
fiəsi dedikdə, həmin hüquqlar pozulduğu hallarda onların mülki hüquqa xas
üsullarla (mülki-hüquqi üsullarla) bərpa edilməsi və ya tanınması başa düşülür.
Şəxsi qeyri-əmlak hüquqlarının mülki-hüquqi müdafiəsi üçün həmin hüquq
ların iki əsas əlamətə uyğun gəlməsi tələb edilir. Birinci əlamət şəxsi qeyri-
əmlak hüquqlarının bərpa olunmaq xüsusiyyətinə malik olmasından ibarətdir.
Pozulduğu hallarda həmin hüquqlar, bir qayda olaraq, iddia qaydasında bər
pa olunur.
Bununla belə, bəzi hallarda pozulmuş şəxsi qeyri-əmlak hüququ (məsələn,
övladlığa götürmə sirrinin pozulması və s.), ümumiyyətlə, bərpa olunmur. Bu
qəbildən olan hüquqlar heç olmazsa, onların gələcəkdə pozulmasının aradan
qaldırılması (qarşısının alınması) kimi əlamətə cavab verməlidir ki, mülki hü
quqla müdafiə oluna bilsin.
İkinci əlamət isə şəxsi qeyri-əmlak hüquqlarının şəxsi-fərdi yönümlü ol
masından ibarətdir. Bu əlamət onda ifadə olunur ki, həmin hüquqlar məxsus
olduğu subyektin şəxsiyyətindən ayrılmazdır. Onları özgəninkiləşdirmək və
başqa şəxslərə vermək olmaz. Digər tərəfdən şəxsi qeyri-əmlak hüquqları
subyektin şəxsiyyətini fərdiləşdirir. Elə götürək obyekti şəxsi həyat olan qeyri-
əmlak hüququnu. Dünyada elə iki şəxs (subyekt) tapmaq olmaz ki, onların
şəxsi həyatı eyni olsun.
Qeyd etdik ki, şəxsi qeyri-əmlak hüquqları subyektiv mülki hüquq kimi yal
nız hüquq münasibətləri çərçivəsində mövcud olur və onun elementi kimi çıxış
edir. Söhbət şəxsi qeyri-əmlak hüquq münasibətlərindən gedir. Bunlar mütləq
hüquq münasibətləridir. Buna görə də səlahiyyətli şəxsin (hüquq daşıyıcısının)
subyektiv şəxsi qeyri-əmlak hüquqlarını həmin münasibətlərdə qarşı (ikinci) tə
rəf rolunda çıxış edən istənilən borclu şəxs («hamı və hər kəs») poza bilər.
Belə halda hüquq pozuntusu törədən şəxs konkret olaraq müəyyən olunur və
onun üzərinə səlahiyyətli şəxsin subyektiv hüququnu bərpa etməyə yönələn
hərəkətlər etmək vəzifəsi qoyulur. Bu zaman səlahiyyətli şəxs hüquq pozuntu
su törədən konkret məlum şəxslə nisbi hüquq münasibətinə girir.
Deməli, səlahiyyətli şəxsə şəxsi qeyri-əmlak hüquq münasibəti çərçivəsin
də məxsus olan subyektiv mülki hüquq (şəxsi qeyri-əmlak hüququ) borclu
şəxslərdən biri tərəfindən pozulana kimi həmin hüquq münasibəti mütləq xa
rakterə malik olur, göstərilən hüquq pozulduqda isə nisbi hüquq münasibətinə
32
çevrilir'. Pozulmuş hüququ müdafiə etmək üçün isə mülki-hüquqi üsullardan
istifadə olunur. Məsələn, ad hüququ subyektiv şəxsi qeyri-əmlak hüququdur.
O, obyekti ad kimi qeyri-maddi nemət olan şəxsi qeyri-əmlak hüquq münasi
bəti çərçivəsində mövcud olur və həmin münasibətin elementi sayılır. Borclu
şəxslər («hamı və hər kəs») səlahiyyətli şəxsə məxsus olan ad hüququnu
pozmamalıdır. Səlahiyyətli şəxs isə ona məxsus ad hüququnu pozmamağı
borclu şəxslərdən («hamıdan və hər kəsdən») tələb etmək hüququna malikdir.
Mütləq hüquq münasibəti göz qabağındadır. Borclu şəxslərdən biri (məsələn,
jurnalist) səlahiyyətli şəxsin ad hüququnu pozur (tutaq ki, mətbuatda adı təhrif
edir). Bu zaman nisbi hüquq münasibəti yaranır. Səlahiyyətli şəxs bu pozuntu
nu aradan qaldırmaq üçün məhkəməyə müraciət edir.
Şəxsi qeyri-əmlak hüquqlarını mülki hüquqla müdafiə etmək üçün iki cür
üsuldan (müdafiə üsulundan) istifadə olunur:
• ümumi mülki-hüquqi müdafiə üsulundan;
• xüsusi müdafiə üsulundan.
Ümumi mülki-hüquqi müdafiə üsulları odur ki, mülki hüquqların (həm
əmlak, həm də qeyri-əmlak hüquqlarının) hamısı əsasən bu üsullarla müdafiə
olunur. Özü də dərhal buradaca qeyd etməliyik ki, ümumi üsulların bəzisi şəx
si qeyri-əmlak hüquqlarının müdafiəsində tətbiq edilə bilməz. Söhbət o müda
fiə üsullarından gedir ki, onlar zərər çəkmiş şəxsin əmlak sferasını bərpa et
mək məqsədi güdməsin.
Hüquqların tanınması şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsində tətbiq
olunan üsullardan biridir. Göstərilən üsul subyektiv hüquq hələ birbaşa pozul
madığı məqamlarda tətbiq edilir. Bu üsuldan o hallarda istifadə oluna bilər ki,
şəxsin subyektiv şəxsi qeyri-əmlak hüququna malik olması şübhə altına alın
sın və ya subyektiv şəxsi qeyri-əmlak hüququnun məxsusluğu barədə müba
hisə yaransın və ya subyektiv şəxsi qeyri-əmlak hüququ inkar edilsin və ya bu
cür hərəkətlərin edilməsi üçün təhlükə yaransın. Məlum məsələdir ki, göstəri
lən hallarda şəxslərin qarşılıqlı münasibətlərində qeyri-müəyyənlik yaranır,
subyektiv qeyri-əmlak hüququnun normal həyata keçirilməsinə maneçilik törə
dilir. Bu zaman müdafiə üçün iddiaçı hüququn tanınması barədə tələblə
məhkəməyə müraciət edir. Məhkəmə mübahisəli hüququn iddiaçıya məxsus
olması barədə qərar qəbul edir. Bununla mübahisəli hüquq tanınır. Belə halda
hüququn tanınması müdafiə üsulu kimi çıxış edir. Məsələn, əsərin müəllifi kimi
tanınmaq hüququ (müəlliflik hüququ) müəllifin subyektiv şəxsi qeyri-əmlak hü
ququdur. Başqa hər hansı şəxs əsərin müəllifə yox, ona məxsus olmasını id
dia edir. Bununla müəllifin əsərə olan müəlliflik hüququ barədə mübahisə ya
ranır. Müəllif əsərə olan müəlliflik hüququnun tanınması barədə iddia ilə məh
kəməyə müraciət edir. Məhkəmə əsərə müəlliflik hüququnun müəllifə məxsus
olması barədə qərar qəbul edir. Başqa bir misalda şəxs qanunsuz olaraq ixti
ranı öz adına rəsmiləşdirir. İxtiranın həmin yaradıcısı olan şəxs məhkəmədən
ixtiraya müəlliflik hüququnun tanınmasını tələb edir. 1
1 Гражданское право. Учебник. Часть 1 / Под рея.
А.П.Сергеееа, Ю К Толстого.
М., 199$, с.
3 14; Гражданскос право. Учебник. Том I / Подрсд.
1. ЛХл'ганоса
M., 1998, с. 730.
33
Hüquqları pozan hərəkətlərin qarşısının alınm ası (dayandırılması, ara
dan qaldırılması) şəxsi qeyri-əmlak hüquqlarının müdafiə edilməsində istifadə
olunan ümumi üsullardan biridir. Bu müdafiə üsulunun əsas məqsədi hüquqa
zidd hərəkətin və ya hüququn pozulması üçün təhlükə yaradan hərəkətin qar
şısını almaqdan ibarətdir. Məsələn, hər hansı şəxs əsər müəllifinin müəlliflik
hüququnu təhrif edir. Müəllif həmin hərəkətlərin dayandırılmasını tələb edə bi
lər. Başqa bir misalda tanınmış və məşhur şəxsin adından icazəsiz olaraq sa
hibkarın istehsal etdiyi malın əmtəə nişanında və ya sahibkarın firma adında
istifadə olunur. Şəxs bu hərəkətin dayandırılmasını tələb edə və onun adından
icazəsiz istifadəni qadağan edə bilər.
Hüquqların pozulm asınadək m övcud olan və ziyyə tin bərpa edilm əsi
ümumi müdafiə üsulu kimi şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsində istifa
də edilə bilər. Bu üsulun həm yurisdiksiya formasında, həm də qeyri-yurisdik-
siya formasında həyata keçirilməsi mümkündür.
Zərərin əvəzinin ödənilm əsi ümumi müdafiə üsullarından biri olub, hüqu
qu pozmuş şəxsdən (hüquq pozuntusu törətmiş şəxsdən) vurduğu zərərin
əvəzinin alınmasını nəzərdə tutur. Bu müdafiə üsulundan şəxsi qeyri-əmlak
hüquqlarının müdafiəsində istifadə etmək olarmı? Axı, ümumi qaydaya görə,
zərərin əvəzini ödəmə üsulunun vasitəsi ilə əmlak hüquqları müdafiə olunur.
Başqa sözlə desək, zərərin əvəzini ödəmə əmlak hüquqlarının bilavasitə mü
dafiə üsulu hesab edilir. Buna görə də müəlliflərdən bəzisi zərərin əvəzini
ödəməni şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsində tətbiq edilən üsullar sı
rasına daxil etmir’ .
Bununla belə, zərərin əvəzini ödəmə üsulu şəxsi qeyri-əmlak hüquqlarının
müdafiəsi ilə sıx surətdə bağlı ola bilər. Belə ki, şəxsi qeyri-əmlak hüquqlarının
obyekti olan qeyri-maddi nemətlər pozula bilər. Bunun nəticəsində hüququ po
zulmuş şəxsə (zərərçəkən şəxsə) maddi (əmlak) zərər vurulur. Belə halda zə
rərçəkən şəxs ona vurulmuş zərərin əvəzinin (çəkdiyi xərclərin əvəzinin) ödə
nilməsini tələb edə bilər. Bu tələbin zəruri əsaslarından biri isə qeyri-maddi
nemətin pozulması hesab edilir. Bununla zərərin əvəzini ödəmə üsulu pozul
muş qeyri-maddi nemətin müdafiəsinə xidmət edir1
2. Məsələn, sağlamlıq qeyri-
maddi nemətdir. Fiziki şəxsə xəsarət yetirilir və onun sağlamlığı pozulur. Bu
nun nəticəsində həmin şəxs işə çıxmır, qazancdan (gəlirdən) məhrum olur,
habelə sağlamlığının pozulması ilə bağlı əlavə xərclər çəkir, o cümlədən müa
licəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına və s. xərclər çəkir. Zərər-
vuran şəxs çəkilən bu cür xərclərin əvəzini ödəməlidir3 (MM-in 1118-ci mad
dəsinin 1-ci bəndi). Belə halda zərərin əvəzini ödəmək məsələsinin əsasını isə
sağlamlıq kimi qeyri-maddi nemət təşkil edir.
1 Гражданское право. Учебник. Том 1 / Под рсд. Е. А.Суханова. М., 1998, с. 730-731.
Гражданское право России. Курс лекций. Общая часть / Отв. рсд. О Н.Садиков. М.. 2001, с.
283-284.
3
Hələ sovet dövrünün hüquq ədəbiyyatında bəzi alim lər təklif edirdilər ki. əgər qeyri-m addi
nemətin pozulması çəkilən xərc formasında zərər vurulm asına səbəb olarsa, onda zərərin əvəzi
ödənilməlidir (məsələn, bax: Малеина M.H. Защита личных неимущественных прав советских
граждан. М.. 1991, с. 17).
34
Göründüyü kimi, şəxsi qeyri-maddi nemətlərin (şəxsi qeyri-əmlak hüquqla
rının) pozulması nəticəsində maddi (əmlak) zərər vurularsa, onda zərərin əvə
zini ödəmə kimi ümumi müdafiə üsulundan istifadə olunur. Bu zaman mülki
qanunvericiliyin delikt məsuliyyətini tənzimləyən normaları tətbiq edilir (MM-in
9-cu bölməsi). Vurulmuş maddi (əmlak) zərərin əvəzi məhz həmin normalar
əsasında ödənilir.
Mənəvi zərərin kompensasiyası şəxsi qeyri-əmlak hüquqlarının müdafiə
sində istifadə olunan ümumi üsullardan biridir. Bu üsulun şəxsi qeyri-əmlak
hüquqlarının müdafiəsində xüsusi rolu və əhəmiyyəti vardır (mənəvi zərərin
kompensasiyası barədə növbəti yarımbaşlıqda).
Şəxsi qeyri-əmlak hüquqları ümumi üsullardan başqa, həm də xüsusi üsul
larla müdafiə edilir. Əgər ümumi müdafiə üsulları ilə həm əmlak, həm də qeyri-
əmlak hüquqları təmin edilirsə, xüsusi müdafiə üsulları ilə yalnız şəxsi qey
ri-əmlak hüquqları müdafiə olunur.
Xüsusi mülki-hüquqi müdafiə üsulları odur ki, bu üsullar xüsusi olaraq
şəxsi qeyri-əmlak hüquqları üçün müəyyən edilmişdir1. Söhbət hər şeydən əv
vəl, təkzibetmə kimi müdafiə üsulundan gedir. Bu üsulla şərəf, ləyaqət və iş
güzar nüfuz kimi qeyri-maddi nemətlər müdafiə edilir.
.
Mənəvi zərərin kompensasiyası mülki-hüquqi müdafiə
Mənəvi zərərin
üsullarından biridir. Mülki-hüquqi müdafiə üsulu kimi
ompensasıyası
onun əsas cəhətləri dərsliyin «Mülki hüquqlann müdafi
əsi» adlı fəslində nəzərdən keçirilmişdir. (I cild, I kitab) Mənəvi zərərin kom
pensasiyası digər tərəfdən məsuliyyət tədbiridir. Bu baxımdan onun başlıca
xüsusiyyətləri ilə dərsliyin «Mülki hüquq məsuliyyəti» adlı fəslində tanış olmu
şuq (I cild, II kitab). Bunlardan əlavə, mənəvi zərərin kompensasiyası ilə bağlı
müəyyən hüquq münasibəti əmələ gəlir ki, həmin hüquq münasibəti delikt öh
dəliyi kimi forma alır. Bu baxımdan mənəvi zərərin kompensasiyası barədə
dərsliyin delikt öhdəlikləri adlı fəslində söhbət açmışıq (II cild).
Bunlarla bərabər, mənəvi zərərin kompensasiyası şəxsi qeyri-əmlak hü
quqlarını müdafiə etməyin ən effektiv və münasib üsuludur. Belə ki, həmin
üsulla, bir qayda olaraq, pozulmuş şəxsi qeyri-əmlak hüquqları müdafiə edilir.
Başqa sözlə desək, mənəvi zərərin kompensasiyası kimi müdafiə üsulunun
tətbiqi belə bir əsas halla məhdudlaşır ki, pozulmuş hüquq, adətən, şəxsi qey
ri-əmlak xarakterinə malik olsun1
2. Hüquq ədəbiyyatında göstərilir ki, əgər və
təndaşın şəxsi qeyri-əmlak hüquqlarını pozan hərəkətlərlə ona mənəvi zərər
vurularsa, onda mənəvi zərərin kompensasiyası kimi müdafiə üsulu tətbiq edi
lir3. Bu üsulla vətəndaşa məxsus istənilən şəxsi qeyri-əmlak hüququ (qeyri-
maddi nemət) müdafiə oluna bilər.
Sovet dövrünün qanunvericiliyi mənəvi zərərin kompensasiyası kimi müda
fiə üsulunu tanımırdı. Amma bir sıra xarici ölkələrin qanunvericiliyində şəxsi
nemətlərin pozulmasına görə mənəvi zərərin pulla kompensasiya edilməsinin
nəzərdə tutulmasına əsaslanaraq bəzi alimlər şəxsi hüquqların bu kimi müda
1 Иоффе O.C. Советское гражданское право. M., 1967. с. 320.
2 Гражданскос право. Учебник. Часть I / Под рсд. А.П.Сергесва, Ю.К.Толстого. М.. 1998.с. 291
3 Гражданское право. Учебник. Часть I / Под рсд. Т.И.Илларионовой и др. M , I99S.
35
fiə üsulunun sovet qanunvericiliyində də formula olunmasını təklif edirdilər1.
Keçən əsrin 90-cı illərinin əvvəllərində sovet qanunvericiliyi mənəvi zərərin
kompensasiyası anlayışını tanımağa başladı1
2. Mənəvi zərərin əvəzinin ödənil
məsi ilk dəfə mətbuat və digər kütləvi informasiya vasitələri haqqında qanun
da nəzərdə tutuldu.
Son zamanlar Azərbaycan Respublikasında mənəvi zərərin kompensasiya
sı ilə bağlı məsələni tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edilmişdir.
Bu aktların hansı qanunvericilik massivinə (sahəsinə) (məsələn, hərbi qanun
vericilik sahəsinə, ekologiya qanunvericiliyi sahəsinə, KİV haqqında qanunve
riciliyə və s.) aid edilməsindən asılı olmayaraq, mənəvi zərərin kompensasiya
sı həmişə mülki-hüquqi müdafiə üsulu kimi qalır3.
Mənəvi zərər dedikdə, fiziki şəxsin şəxsi qeyri-əmlak hüquqlarını pozan
və yaxud fiziki şəxsə məxsus olan qeyri-maddi nemətlərə qəsd edən hərə
kətlərlə ona verilən mənəvi və ya fiziki əzab-əziyyət (iztirab, sarsıntı) başa
düşülür4. Mənəvi zərər özündə hər hansı bir əmlak elementi birləşdirmir. O, ya
fiziki iztirab (əzab-əziyyət), ya da mənəvi iztirab (sarsıntı) deməkdir5.
Anlayışdan görürük ki, yalnız fiziki şəxslər mənəvi zərərin kompensasiyası6
barədə tələb irəli sürə bilərlər. Çünki ancaq onlara əzab-əziyyət (iztirab) verilə
bilər. Məhz bu səbəbdən hüquqi şəxslərin xeyrinə mənəvi zərərin kompen
sasiyası mümkün deyildir. Belə ki, canlı bioloji və psixoloji (fizioloji) varlıq sa
yılmayan hüquqi şəxslərə nə mənəvi, nə də fiziki əzab-əziyyət (iztirab) vermək
olar. Buna görə də mənəvi zərərin kompensasiyası hüququna yalnız fiziki
şəxslər malikdirlər. Məhkəmə praktikası da məhz belə mövqedə durur7.
Mənəvi zərər qeyri-əmlak (qeyri-maddi) zərərdir. Lakin buna baxmayaraq
o, pul formasında kompensasiya edilir, yəni mənəvi zərərin əvəzi pulla ödəni
lir. Bununla belə, mənəvi zərər puldan başqa, digər maddi formalarda da kom
pensasiya edilə bilər8. Buna görə də mənəvi zərərin kompensasiyası mülki-
hüquqi müdafiə üsulu kimi əmlak xarakterlidir.
1
Məsələn, bax:
Маяеин H.C.
Возмещение врела, причиненного личности. M., 1965;
Белякова
А.М.
Возмещение
причиненного
вреда.
М.,
1972;
Шилшнова М.Я.
Имущественная
ответственность за моральный вред // Советское государство и право. 1970.
Ns
I ;
Малеина
А/. И.
Защита личных неимущественных прав советских граждан. М.. 1991.
Məsələn, bax: п. 6, ст. 7 и ст. 131. Основ гражданского законодательства. 1991 г.
3 Гражданское право России. Курс лекций. Общая часть / Отв. рсд. О.И.Садиков. М., 2001, с. 284.
4 RF MM-də (151-ci m addədə) və mülki hüquq barədə dərsliklərdə m ənəvi zərərə bu cür
anlayış verilir. Məsələn. Гражданское право России. Учебник. Масть I / Под рсд. З.П.Цыбулеико.
M., I99S, с. 163; Гусе А Н. Гражданское право. Учебник. Том 2. М ., 2003, с. 436.
5
Беяяцкий
С.А Возмещение морального (неимущественного) вреда. М., 2005, с. 17
Mənəvi zərər barədə bax:
Малеин H.C. О
моральном вреде
//
Государство и право. 1993.
Ns
3;
Эрделевский
А. А/. Компенсация моральною вреда в России н зарубежом. М ., 1997;
Мепглиев Ш.
Возмещение морального вреда. Душанбе. 1998.
Вах: п. 2 постановления Пленума ВС РФ от 18 августа 1992 г. «О некоторых вопросах,
возникаюшихся при рассмотрении судами дел о защите чести и достоинства граждан, а также
деловой репутации юридических лиц» // Сборник постановлений Пленума Верховного Суда РФ.
1961-1996. М.. 1997. с. 117.
Вах: п. 10 постановления Пленума Верховного Суда РФ «Некоторые вопросы применения
законодательства о компенсации морального вреда» от 20 декабря 1994 г. / / ВВС РФ. 1995.
Ns
3.
36
Mənəvi zərərin kompensasiyası pul formasında həyata keçirilsə də, kom
pensasiya mənəvi zərərin dəqiq pul ölçüsünü ifadə etmir. Başqa sözlə desək,
kompensasiya mənəvi zərərin pul ekvivalenti deyildir. Məsələ burasında
dır ki, zərərin əvəzinin ödənilməsi pozulmuş nemətin onun pozulmasınadək
mövcud olan vəziyyətə gətirilməsidir. Deməli, belə çıxır ki, sözün əsl mənasın
da mənəvi zərərin əvəzi ödənilmir. Pul ekvivalenti əmlak (maddi) zərərini ara
dan qaldırmaq qabiliyyətinə malik olsa da, mənəvi zərərin əvəzini ödəmək iqti
darında deyildir. Şərəf və ləyaqətin pozulması nəticəsində şəxsin ruhi dinclik
və əmin amanlığı əlindən alınır. Bunu necə pulla qiymətləndirmək və əvəz et
mək, alıb-satmaq olar?
Zərərçəkənin düşdüyü mənəvi zərəri restitusiya etmək, yəni pozulmuş ne
məti (şərəfi, ləyaqəti və ya işgüzar nüfuzu) onun pozulmasından əvvəl möv
cud olan vəziyyətinə gətirmək (bərpa etmək), zərəri yox etmək qeyri-mümkün
dür. Lakin necə olur-olsun şərəf və ləyaqəti ləkələnmiş zərərçəkən şəxsi tə
min etmək lazımdır. Bunun ən münasib vasitəsi puldur. Belə halda pul zərər
çəkən şəxsi təmin etmək vasitəsi kimi çıxış edir. Amma ödənilən pul məbləği
burada restitusiya yox, kompensasiya rolunu oynayır.
Fiziki şəxsə mənəvi zərər ona məxsus olan qeyri-maddi nemətin (məsələn,
həyatın, sağlamlığın və s.) pozulması nəticəsində vurulur. Belə ki, birinci ola
raq qeyri-maddi nemətin özünə qeyri-əmlak zərəri vurulur. Bunun nəticəsində
zərərçəkən şəxs iztirab (sarsıntı) keçirir, əzab-əziyyətə düçar olur. Əzab-əziy
yət (iztirab) çəkmək isə mənəvi zərər deməkdir. Məsələn, hər hansı şəxs baş
qa şəxsin sağlamlıq kimi qeyri-maddi nemətinə xəsarət yetirir. Bunun nəticə
sində onun sifəti eybəcər hala düşür. Bu, sağlamlıq kimi qeyri-maddi nemətin
özünə vurulan qeyri-əmlak zərəridir. Şəxs sifətinin eybəcər hala düşməsindən
əzab-əziyyət çəkir, iztirab və sarsıntı keçirir. Bu isə ona vurulmuş mənəvi zə
rəri ifadə edir.
Mənəvi zərər xüsusən mənəvi cəhətdən iztirab keçirmədə (əzab-əziyyət
çəkmədə) ifadə oluna bilər. Mənəvi iztirab keçirmənin (əzab-əziyyət çəkmə
nin) isə formaları müxtəlifdir. Həmin formalara aiddir: qohumlarını itirməsindən
şəxsin mütəəssir olması; fəal ictimai həyat sürməyin mümkün olmamasından
şəxsin həyəcanlanması, sarsıntı keçirməsi; iş yerini itirməsindən, yəni işdən
çıxarılmasından şəxsin mütəəssir olması; şəxsin ailə, həkim sirrinin açılmasın
dan həyəcanlanması və sarsıntı keçirməsi; vətəndaşın şərəfini, ləyaqətini və
ya işgüzar nüfuzunu ləkələyən yalan məlumatların yayılmasından həyəcanlan
ması. sarsıntı keçirməsi; şəxsin hər hansı bir hüquqdan məhrum edilməsindən
mütəəssir olması; əlil (şikəst) olmasından şəxsin həyəcanlanması və sarsıntı
keçirməsi; xarici görkəminin dəyişməsindən (məsələn, sifətinin eybəcər hala
salınmasından) şəxsin həyəcanlanması və əzab-əziyyət çəkməsi. Məsələn,
hər hansı bir şəxsin impotent olmasına görə uşağı olmur. Həmin şəxsə yaxın
olan başqa bir şəxs onun ailə sirrini (həkim sirrini) yayır. Bundan həmin şəxs
çox müqəssir olur, sarsıntı keçirir. Bu isə mənəvi cəhətdən iztirab keçirmənin
formalarından biridir.
Mənəvi zərər fiziki cəhətdən iztirab keçirmədə (əzab-əziyyət çəkmədə) də
37
ifadə oluna bilər'. Hər hansı şəxsin digər şəxsə xoşagəlməz və dözülməz də
rəcədə ağrılar yetirməsi fiziki cəhətdən əzab-əziyyəti (iztirabı) ifadə edir (mə
sələn, yandırma, güclü qaşıma və s.).
Mənəvi zərərin kompensasiyası dedikdə, mənəvi zərərin əvəzinin ödənil
məsi başa düşülür. Əvəz ödəmənin miqdarı isə məhkəmə tərəfindən müəyyən
edilir. Məhkəmə bu məsələni həll edərkən nəzərə alır: zərərçəkmiş şəxsin ke
çirdiyi fiziki iztirabın xarakter və dərəcəsini: şəxsin keçirdiyi mənəvi iztirabın
xarakterini: zərərçəkmiş şəxsin fərdi xüsusiyyətlərini.
Mənəvi zərərə görə əvəz ödəmənin miqdarını (pul məbləğini) müəyyənləş
dirmək çox mürəkkəb işdir. Qanun mənəvi zərərə görə zərərvuran şəxsdən
alınan pul məbləğinin müəyyənləşdirilməsi barədə hər hansı meyar nəzərdə
tutmur və həmin məsələnin tam həllini məhkəmənin öhdəsinə buraxır, onun
ixtiyarına verir.
Çox vaxt zərərçəkən şəxs mənəvi zərərin kompensasiyası barədə məhkə
məyə verdiyi iddia ərizəsində pul məbləğinin miqdarını əslində olduğundan yu
xarı və yüksək, həqiqi miqdarından (məbləğindən) artıq göstərir. Belə ki, onun
göstərdiyi məbləğ işin hallarına açıq-aşkar uyğun gəlmir. Bu isə zərərçəkən
şəxsin (iddiaçının) öz hüququndan sui-istifadə etməsinə gətirib çıxarır. Hüquq
dan sui-istifadə xüsusi xarakterli mülki hüquq pozuntusudur.
Mənəvi zərərə görə ödənilməli olan pul məbləğinin miqdarı işin konkret hal
larından asılıdır. Buna görə də həmin halların qiymətləndirilməsinə məhkəmə
nin ağlabatan və ölçülüb-biçilmiş yanaşması tələb edilir. Pul məbləği zərərçə
kən şəxsin keçirdiyi iztirabın (çəkdiyi əzab-əziyyətin) dərəcəsinə uyğun olmalı
dır. Məhkəmə elə qərar çıxarmalıdır ki, pul məbləğinin miqdarı əslində olduğu
miqdardan yüksək və həqiqi miqdardan artıq olmasın. Əvəz ödəmənin miqdarı
zərərçəkənin əsassız varlanmasına (əsassız pul əldə etməsinə) gətirib çıxar
mamalıdır.
Mənəvi zərərin kompensasiyası barədə mübahisələri həll edərkən məhkəmə
aydınlaşdırmalıdır: hansı vəziyyətdə, hansı hərəkətlərlə və nə vaxt şəxsə mənə
vi zərər vurulmuşdur; mənəvi zərərvuran şəxsin təqsirlilik dərəcəsi; mənəvi zə
rər konkret olaraq nədə ifadə olunur; zərərçəkən şəxs hansı mənəvi və ya fiziki
iztirablar (sarsıntılar) keçirmişdir; işin əhəmiyyət kəsb edən digər halları.
Mənəvi zərər əm lak zərərinin əvəzinin ö d ə nilm ə sin d ə n asılı olm ayaraq
kompensasiya e d ilir və əmlak zərərinə görə əvəz ödəmənin miqdarından
asılı edilə bilməz1
2. Belə ki, əgər eyni bir şəxsə həm mənəvi, həm də əmlak zə
rəri vurularsa, zərərvuran şəxs hər iki zərər növünün əvəzini ödəməlidir. Bu o
deməkdir ki, mənəvi zərər əmlak zərəri ilə bərabər və yanaşı kompensasiya
1 Fiziki və ya mənəvi iztirabın formaları barədə bax: n. I ıı 2 постановления Пленума Верхов-
кого Судл РФ «Некоторые вопросы применения законодательства о компенсации морального вре
да» от 20 декабря 1994 г. // БВС РФ. 1995. № 3, с. 9; Малеин Н.С. О моральном вреде // Государ
ство и право 1993. К* 3; Гражданское право России. Учебник. Часть I / Пол рсд. З.И.Цыбуяенко.
М.. 1998, с. 165-166; Гусе А.Н. Гражданское право. Учебник. Том 2. М., 2003, с. 437-438.
2 Жуйков В Возмещение морального вреда // Бюллетень Верховного Суда РФ. 1994. К» I I , с.
15-16; Гражданское право России. Учебник. Часть I / Под рсд. З.И.Цыбуленко. М , 1998. с. 167; п.
8 постановления Пленума Верховного Суда РФ «Некоторые вопросы применения законодатель
ства о компенсации морального вреда» от 20 декабря 1994 г. / / БВС РФ. 1995. № 3.
38
edilə bilər. Mənəvi zərərin müstəqil surətdə də kompensasiya edilməsi müm
kündür.
Qeyd etdik ki, mənəvi zərərin kompensasiyası kimi mülki-hüquqi müdafiə
üsulu ilə, bir qayda olaraq, şəxsi qeyri-əmlak hüquqları müdafiə oiunur. Yalnız
qeyri-maddi (mənəvi) nemətlərin, o cümlədən şərəf, ləyaqət və ya işgüzar nü
fuz kimi nemətlərin pozulması belə pozuntu nəticəsində vurulmuş mənəvi zə
rərə görə zərərçəkən şəxsin kompensasiya almaq hüququnu yaradır’ . Bu
üsulla əmlak hüquqları müdafiə oluna bilərmi? Bu suala cavab olaraq qeyd et
məliyik ki, qanunda vətəndaşların əmlak hüquqlarını pozan hərəkətlərlə vuru
lan mənəvi zərərin kompensasiya edilməsi barədə göstəriş vardır. Söhbət «İs
tehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunda ifadə olunan göstəriş
dən gedir* 2. Həmin qanunda göstərilir ki, istehlakçıların hüquqları (o cümlədən
əmlak hüquqları) istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya
dəyən m ənəvi ziyan tə q sirka r tərəfindən ödənilm əlidir. Bununla göstərilən
qanun müqavilə münasibətləri sahəsində mənəvi zərərə görə mülki-hüquqi
məsuliyyət nəzərdə tutur. Həmin müqavilələrə aiddir3: alqı-satqı müqaviləsi;
əvəzsiz istifadə (ssuda) müqaviləsi; yaşayış evinin kirayə müqaviləsi; podrat
müqaviləsi; daşıma müqaviləsi; komissiya müqaviləsi; saxlama müqaviləsi;
mailiyə xidməti göstərilməsi üzrə müqavilələr və s. Əgər istehlakçıların bu mü
qavilələrdən irəli gələn əmlak hüquqlarını pozan hərəkətlə (hərəkət eləməklə)
onlara mənəvi zərər vurularsa, onda həmin zərərin əvəzi ödənilməlidir. Məsə
lən, kirayəçinin kirayə müqaviləsi üzrə kirayəyə götürdüyü yaşayış evi yandırı
lır. Bununla kirayə verənin (mülkiyyətçinin) mülkiyyət hüququ pozulur. Bundan
mütəəssir olan mülkiyyətçi mənəvi iztirablar (sarsıntılar) keçirir və ona mənəvi
zərər vurulur. Belə halda əmlak zərəri ilə bərabər, mənəvi zərərin də əvəzi
ödənilməlidir.
Başqa bir misalda sərnişin daşıma müqaviləsi üzrə daşıyıcı təqsirli hərəkə
tə yol verərək sərnişinin təyinat yerinə çatdırılmasını gecikdirir; bu səbəbdən
sərnişin son dərəcə əhəmiyyəti olan müəyyən tədbirdə iştirak edə bilir. Buna
görə daşıyıcıdan cərimə alınır. Bundan əlavə, sərnişin (istehlakçı) ona vurul
muş mənəvi zərərin kompensasiyasını tələb edə bilər (vacib tədbirə gecikdiyi
üçün ona mənəvi zərər vurulur).
Bir qayda olaraq, zərərvuranın tə q siri olduqda, mənəvi zərər kompensasi
ya edilir. Bununla belə, bəzən mənəvi zərərin əvəzi zərərvuran şəxsin təqsi
rindən asılı olmayaraq ödənilir. Məsələn, sərnişin daşıma müqaviləsi üzrə da
şıyıcı sərnişinin sağlamlığına zərər vurur. Daşıyıcı yüksək təhlükə mənbəyi ki
mi təqsirdən asılı olmayaraq məsuliyyət daşıyır (MM-in 1108-ci maddəsinin 1-
ci bəndi). O, təqsirdən asılı olmayaraq sərnişinin sağlamlığına vurduğu zərərin
əvəzini ödəməlidir. Belə halda həm də mənəvi zərərin kompensasiyasına yol
verilir.
’ Эрдеяевский A.M. Моральны!! пред и компенсация за страдания. M., I997, с.91.
2 «istehlakçıların hüquqlarının m üdafiəsi haqqında» qanunun 12-ci maddəsi.
3 Bax: n. I постановления Пленума Верховного Суда РФ «О практике рассмотрения судами
дел о зашито прав потребителей» от 29 сентября 1994 г. // Бюллетень Верховного Суда РФ. 1995
S i I , с. 4; 1997, S i 3. с. 4.
39
Şəxsi qeyri-əmlak
hüquqlarının
həyala keçirilməsi
Subyektiv mülki hüquq kimi şəxsi qeyri-əmlak hüquq
ları sosial dəyərə malikdir. Hüquqların sosial dəyərə
malik olması özünü yalnız o halda büruzə verə bilər
ki, onlar həyata keçirilsin, realizə olunsun, gerçəkləş-
dirilsin. Məhz həyata keçirilmə prosesində subyektiv şəxsi qeyri-əmlak hüquq
larının sosial dəyəri üzə çıxır, müəyyən edilir.
Şəxsi qeyri-əm lak hüquqlarının həyata k e ç irilm ə si dedikdə, səlahiyyətli
şəxsin həmin hüququn məzmununu təşkil edən hüquqi imkanları (səlahiyyət
ləri) gerçəkləşdirməsi başa düşülür. Söhbət səlahiyyətli şəxsin tələb etmək,
müdafiə və istifadə etmək kimi üç hüquq imkanını (səlahiyyəti) həyata keçir
məsindən gedir. Məsələn, müəlliflik hüququ şəxsi qeyri-əmlak hüquqlarından
biridir. Müəllif (səlahiyyətli şəxs) tələb edir ki, cəmiyyət üzvləri («hamı və hər
kəs») onun müəlliflik hüququnu pozan hərəkətlərdən çəkinsinlər (tələb etmək
hüquqi imkanı). Əgər müəllifin müəlliflik hüququ pozularsa, onda o, pozul
muş hüququ müdafiə edir (m üdafiə etmək im kanı). Müəlliflik hüququndan is
tifadə etməklə əsərin yaradıcısı olan şəxs cəmiyyətdə özünü müəllif kimi tanı
dır (istifadə hüquqi im kanı).
Subyektiv şəxsi qeyri-əmlak hüquqlarının həyata keçirilməsi müəyyən bir
proses deməkdir. Bunun nəticəsində səlahiyyətli şəxs malik olduğu hüquqi im
kanlar (səlahiyyətlər) əsasında öz tələbat və ehtiyacını təmin edir.
Səlahiyyətli şəxs subyektiv qeyri-əmlak hüquqlarını öz mənafe və maraqla
rını təmin etmək üçün həyata keçirir. Özü də hüquqlar onun istək və mülahizə
sinə görə realizə olunur.
Şəxsi qeyri-əmlak hüquqlarının həyata ke ç irilm ə s in in həm üm um i, həm
də xüsusi həddi vardır. Ümumi hədd ondan ibarətdir ki, dövlət və ictimai təh
lükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qo
runması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəf və təmiz adının müdafi
əsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər
(MM-in 6-cı maddəsinin 3-cü bəndi).
Subyektiv şəxsi qeyri-əmlak hüququnun ümumi həddinin pozulmasına h ü
quqdan sui-istifadə deyilir. Hüquqdan sui-istifadənin formalarından biri şika-
na adlanır. Şikana dedikdə, müəyyən bir şəxsin yalnız və yalnız başqa şəxsə
ziyan vurmaq niyyəti ilə həyata keçirdiyi hərəkət başa düşülür (MM-in 16-cı
maddəsinin 1-ci bəndi). Məsələn, telefonla danışmaq hər kəsə məxsus olan
qeyri-əmlak hüququdur. Əgər şəxs başqa şəxsin rahatlığını pozmaq məqsədi
ilə günün müxtəlif vaxtlarında dəfələrlə telefonla zəng edib onu hədələyər və
təhqir edərsə, bu hərəkət şikana hesab edilir. Belə ki, şəxsin telefon aparatın
dan qəsdən başqa şəxslərin rahatlığını pozmasına yol verilmir.
Xüsusi hədd onunla xarakterizə olunur ki, şəxsi qeyri-əmlak hüquqlarının
ayrı-ayn növləri qanunda nəzərdə tutulan bəzi hallarda məhdudlaşdırıla bilər.
Məsələn, yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə
ötürülən məlumatın sirrini saxlamaq hüququ cinayətin qarşısını almaqdan və ya
cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bi-
40
lər’ . Başqa bir misalda fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz
adını dəyişdirmək hüququ vardır (MM-in 26-cı maddəsinin 4-cü bəndi). Bununla
ad hüququnun həyata keçirilməsinin xüsusi həddi müəyyən edilir.
Bununla belə, qanun şəxsi qeyri-əmlak hüquqlarının konkret növlərinin hə
yata keçirilməsinin xüsusi hədlərini müəyyən etmir, hüquq daşıyıcısı olan səla
hiyyətli şəxsin mümkün davranış həddinin özünü qaydaya salmır və nizamla
mır. Qanun yalnız şəxsi sferaya kənar şəxslərin müdaxilə etməsinin və
qarışmasının sərhədlərini müəyyənləşdirir
* 2
(bu cəhət şəxsi qeyri-əmlak
hüquqlarının həyata keçirilməsinin xüsusiyyəti hesab edilir). Əgər bu sərhədlər
pozularsa, onda təqsirkar şəxsə mülki-hüquqi sanksiyalar (mülki-hüquqi təd
birlər) tətbiq olunur. Məsələn, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına
qəsd etmək qadağandır3; şəxsi həyata müdaxilə etmək qadağandır4; öz razılı
ğı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlan
masına, istifadəsinə və yayılmasına yol verilmir5 və s. Göründüyü kimi, şəxsi
sferaya müdaxilə olunmağın sərhədləri müəyyənləşdirilir və əgər bu sərhədlər
pozularsa, təqsirkar şəxslər məsuliyyətə cəlb edilir.
Səlahiyyətli şəxs subyektiv şəxsi qeyri-əmlak hüquqlarını elə həyata keçir
məlidir ki, bu. başqa şəxslərin hüquqlarını pozmasın.
Fiziki şəxslər üçün təkcə subyektiv qeyri-əmlak hüquqları müəyyənləşdiril
mir. Onların həm də real surətdə həyata keçirilməsinə Konstitusiya səviyyə
sində hüquqi təminat verilir.
Şəxsi qeyri-əmlak hüquqlarının həyata keçirilməsinin başqa bir xüsusiyyəti
də vardır. Belə ki, mülki hüquqlar, bir qayda olaraq, nümayəndənin (təmsilçinin)
vasitə və köməyi ilə həyata keçirilir. Şəxsi qeyri-əmlak hüquqlanna gəldikdə isə
qeyd etməliyik ki, onların, adətən, nümayəndənin vasitəsilə həyata keçirilməsi
mümkün olmur. Bu, onunla izah edilir ki, şəxsi qeyri-əmlak hüquqları son dərə
cə şəxsi xarakter daşıyır. Məsələn, yaşamaq hüququ, ad hüququ, şərəf və lə
yaqət hüququ və digər qeyri-əmlak hüquqlarını nümayəndənin köməyi ilə necə
həyata keçirmək olar? Bunu hətta təsəvvürə gətirmək mümkün deyildir.
Dostları ilə paylaş: |