Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§  2.  Şəxsi  qeyri-əmlak hüquqlarının



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   54
§  2.  Şəxsi  qeyri-əmlak hüquqlarının 

(şəxsi  qeyri-əmlak münasibətlərinin) tənzimlənməsi, 

qorunması  və həyata keçirilməsi

Şəxsi  qeyri-əmlak 

hüquqlarının 

(m ünasibətlərinin) 

hüquqi tənzimlənməsi

Şəxsi  qeyri-əmlak  hüquqları  (münasibətləri)  kifa­

yət dərəcədə  geniş anlayışdır.  Buna görə də onlar 

yalnız  hər hansı  bir hüquq  sahəsinin  normaları  ilə 

tənzimlənə  bilməz.  Məhz  bu  səbəbdən  şəxsi  qey­

ri-əmlak  hüquqlarının  (münasibətlərinin)  hüquqi 

tənzimlənməsində  bir  neçə  hüquq  sahəsi  iştirak  edir.  Şəxsi  qeyri-əmlak  hü- 

quqlannın  hüquqi  tənzimlənməsi  həm  humanitar,  həm  beynəlxalq,  həm siyasi, 

həm  də  iqtisadi  xarakterli  mülahizələrlə  şərtlənir.  Özü  də son  zamanlar iqtisa­

di,  siyasi,  beynəlxalq  və  humanitar  xarakterli  bir  çox  amillərin  təsiri  altında 

şəxsi  qeyri-əmlak münasibətlərinin  hüquqi nizamlanması genişlənmişdir.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  (münasibətlərinin) tənzimlənməsində  başlıca 

və  aparıcı  rol  konstitusiya  hüququna  məxsusdur.  Məhz  konstitusiya  hüquq 

normaları bu  hüquqların (münasibətlərin) hüquqi tənzimlənməsinin əsasını təşkil 

edir,  insan  hüquqları  və azadlıqları  konstitusiya  hüququnun  mühüm institutla­

rından  biridir.  İnsan  hüquqları  (azadlıqları)  şərti olaraq  bir neçə növə bölünür ki, 

şəxsi  hüquqlar  (azadlıqlar) onlar arasında  vacib  yer tutur.  Konstitusiyada yaşa­

maq  hüququ  (27-ci  maddə),  təhlükəsiz  yaşamaq  hüququ  (31-ci  maddə),  şəxsi 

toxunulmazlıq  hüququ  (32-ci  maddə),  şəxsi  və  ailə  həyatının  sirrini  saxlamaq 

hüququ  (32-ci  maddə),  sağlamlığın  qorunması  hüququ  (41-ci  maddə) və  digər 

şəxsi  qeyri-əmlak  hüquqları  təsbit  edilmişdir.  Göstərilən  hüquqlar şəxsin  özün­

dən ayrılmazdır.  Heç kim şəxsi öz şəxsi hüquqlarından məhrum edə bilməz.

Konstitusiya  təkcə  vətəndaşların  şəxsi  hüquqlarını  təsbit  etməklə  kifayət­

lənmir.  O,  həm  də  şəxsi  hüquqların  real  surətdə  həyata  keçirilməsinə  hüquqi 

təminat verir.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  (münasibətlərinin)  tənzimlənməsində  inzi­

bati  hüququn  da  müəyyən  rolu  vardır.  Məsələn,  ad  şəxsi  qeyri-əmlak  hüqu­

qunun  obyektlərindən  biridir.  Ad  verilməsi  və  adın  dəyişdirilməsi  kimi  məsələ­

lər  məhz  inzibati  hüquq  normaları  ilə  müəyyən  edilir.  Bundan  əlavə,  inzibati 

hüquq  normaları şəxsi  hüquqların tənzimlənməsi üzrə dövlət orqanlarının səla­

hiyyətlərini  də  müəyyən edir.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  (münasibətlərinin) tənzimlənməsində  iştirak 

edən  hüquq  sahələrindən  biri  ekologiya  hüququ  hesab  edilir.  Ekologiya  hü­

quq  normaları  ilə,  hər  şeydən  əvvəl,  ilk  növbədə  sağlam  ətraf  mühitdə  yaşa­

maq,  sağlamlıq  və  həyat  üçün  əlverişli  olan  ətraf təbii  mühitdə  yaşamaq,  ətraf 

təbii  mühitin  mənfi təsirindən sağlamlığı qorumaq və ekoloji məlumat almaq ki­

mi  ekoloji  hüquqlar tənzimlənir ki,  bu  hüquqlar şəxsi xarakterli hüquqlardır.  Bu 

hüquqların  tənzimlənməsi  üzrə  dövlət orqanları  müəyyən  səlahiyyətlərə  malik­

dir ki,  həmin səlahiyyətlər ekologiya  hüquq normaları  ilə müəyyən edilir.

Şəxsi  qeyri-əmlak  hüquqlannın  (münasibətlərinin)  tənzimlənməsində  cinayət 

hüququnun  da  əhəmiyyətini  və  rolunu  qeyd etmək  lazımdır.  Cinayət  hüququ  ilə 

şəxsiyyətin  hüquq  və  azadlıqlannın  qorunmasına  yönəlmiş  ictimai  münasibətlər

29


tənzimlənir.  Bu  hüquq  sahəsi  yalnız  müvafiq  münasibətləri,  o  cümlədən  şəxsi 

qeyri-əmlak münasibətlərini tənzimləmək yolu ilə öz vəzifəsini yerinə yetirə bilər’ .

Cinayət  hüququ  şəxsi  qeyri-əmlak  münasibətlərini  necə  tənzim  edir?  Cina­

yət  hüququ  cəmiyyət  üzvlərinin  («hamının  və  hər kəsin»)  üzərinə  başqalarının 

şəxsi  qeyri-əmlak  hüquqlarına  (məsələn,  yaşamaq  hüququna,  şərəf  və  ləya­

qət  hüququna,  sağlamlığın  qorunması  hüququna  və  s.)  qəsd  etməmək,  cina­

yət  törətməmək  vəzifəsi  qoyur.  Cinayət  hüququ  şəxslərə  eyni  zamanda  belə 

bir hüquq verir ki,  əgər şəxsi qeyri-əmlak  hüquqlarına  başqası  tərəfindən  qəsd 

olunarsa,  onlar qəsd  edənin cəzalandırılmasını  tələb  etsinlər.  Göründüyü  kimi, 

cinayət hüququ  şəxsi qeyri-əmlak  münasibətlərində  iştirak edən  tərəflər (şəxs­

lər)  üçün  hüquq  və  vəzifələr  müəyyən  edir.  Deməli,  o,  həmin  münasibətləri 

tənzim  edir.  Axı,  əvvəldə  qeyd  etdiyimiz  kimi,  tənzimləmək  müəyyən  etmək 

deməkdir.  Əgər  müəyyən  ictimai  münasibət  iştirakçıları  (tərəfləri)  üçün  hüquq 

və vəzifələr müəyyən olunursa,  onda həmin  münasibət tənzimlənir.

Digər  tərəfdən,  cinayət  hüququ  şəxsiyyətin  hüquq  və  azadlıqlarına  qəsd 

edən  şəxslərə  cəza  verməklə,  onları  cəzalandırmaqla  hədələyir.  Hədələmək 

vasitəsilə  şəxsləri  o,  cinayət  etməkdən  çəkindirir.  Bu  yolla  cinayət  hüququ  cə­

miyyətdə  insanların  davranışını  tənzimləyir.  Hüquq  ədəbiyyatında  göstərilir  ki, 

cəza  hədəsi  (qorxusu)  vasitəsilə  şəxsləri  cinayət  etməkdən  çəkindirməklə 

bağlı  münasibətlər cinayət hüququnun tənzimetmə (nizamasalma)  predmetinə 

aid olan münasibətlərdir2.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  (münasibətlərinin)  tənzimlənməsində  m ülki 

hüquq  xüsusi  rol  oynayır.  O,  bu  məsələnin  həllində  kifayət  dərəcədə  fəal  işti­

rak  edir.  O.S.loffenin  belə  bir  fikri  ilə  razılaşmaq  olmaz  ki,  şəxsi  qeyri-əmlak 

münasibətləri  mülki  hüquqla  yox,  hüququn  başqa  sahələri  ilə  tənzimlənir3. 

Şəxsi  qeyri-əmlak  hüquqlarının  mülki  hüquqla  tənzimlənməsi  məsələsi  xeyli 

müddətdir  ki,  alimlər  arasında  qızğın  diskussiya  predmetinə  çevrilmişdir.  Üs­

tün  və  geniş  yayılmış  konsepsiyaya  görə,  şəxsi  q e yri-əm lak  m ün a sib ə tlə ri 

m ülki  hüquqla  həm  tə n zim lənir,  həm  də  q o ru n u r  (m ü d a fiə   o lu n u r).  Bu 

məsələyə  biz  əvvəldə  toxunmuşuq.  Bir  daha  qeyd  edərək  göstəririk:  o  ictimai 

münasibət qoruna  (müdafiə edilə) bilər ki,  həmin  münasibət  hüquq  norması  ilə 

tənzimlənsin,  mülki  hüququn  nizamasalma  (tənzimetmə)  predmetinə  aid  ol­

sun;  əgər  ictimai  münasibət  qorunmazsa  (müdafiə  edilməzsə),  onda  ictimai 

münasibətin  tənzimlənməsinin  mənası  olmazdı.  İctimai  münasibəti  tənzimlə­

mək elə həmin  münasibəti  qorumağın (müdafiə etməyin) forması və  üsuludur.

Şəxsi  qeyri-əmlak  hüquqları  (münasibətləri)  hü­

ququn  ayrı-ayrı  sahələri  tərəfindən  tənzimlən­

məkdən  başqa,  həm  də  qorunur  və  müdafiə 

edilir.  Mülki  hüquq  elmində  göstərilir  ki,  şəxsi 

qeyri-əmlak  hüquqları  hüququn  bir  neçə  sahəsi 

tərəfindən  qorunur4.  Söhbət hər şeydən  ə w əl,  konstitusiya  hüququndan gedir. * 1

Şəxsi  qeyri-əmlak 

hüquqlarının 

(münasibətlərinin) 

qorunması və müdafiəsi

1  Naumov A.V.  Cinayəl hüququ.  M ühazirə kursu.  Bakı,  1998, s.  23.



1 Naumov A.V.  Cinayat hüququ.  M ühazira kursu.  Bakı,  1998, s.  25.

И<х/)фе О С. Советское гражданское право. M.,  1967.

Маяеииа М.Н. Зашита личных неимущественных прав советских  граждан. М.,  1991, с.  5.

30


Konstitusiya  hüququ  şəxsi  qeyri-əmlak  hüquqlarını  (münasibətlərini)  qoruyur 

və  müdafiə edir.

Hüquqların (münasibətlərin) qorunması və müdafiə edilməsi dedikdə nə ba­

şa  düşülür?  Bu  suala  cavab vermək  üçün ilk  növbədə  hüquqlann  (münasibət­

lərin) qorunmasının  nə demək olduğunu izah edək.

Hüquqların  (münasibətlərin) qorunması iki  mənada işlədilir:

•   geniş mənada;

•   məhdud  (bilavasitə) mənada.



Hüquqların  (münasibətlərin) geniş  mənada qorunması dedikdə, bütün hü­

quq  normalarının  tətbiqi  başa  düşülür.  Bunun  nəticəsində cəmiyyətdəki hüquqla­

nn (münasibətlərin) normal və maneəsiz inkişafı (mövcud olması) təmin edilir.

Hüquqların  (münasibətlərin)  məhdud  (bilavasitə)  mənada  qorunması 

dedikdə,  onların  müdafiə  olunması  başa  düşülür.  Hüquqların  (münasibətlə­



rin)  müdafiə  olunması  dedikdə  isə  yalnız  elə  üsul  və  vasitələr  başa  düşülür 

ki,  onlar  hüquq  pozuntusuna  yol  verildiyi  hallarda  tətbiq edilir.  Deməli,  hüquq­

ların  (münasibətlərin)  müdafiəsi  anlayışından  yalnız o  halda  danışmaq olar  ki, 

hüquq  pozuntusu törədilsin’ .



Konstitusiya  hüququ, hər şeydən əvvəl, şəxsi qeyri-əmlak hüquqlarını (mü­

nasibətlərini)  qoruyur.  Belə  ki,  əgər  konstitusiya  hüququ  həmin  hüquqları  (mü­

nasibətləri)  tənzimləyirsə,  bu,  onların  qorunmasını  ifadə  edir.  Çünki  hüququn 

qorunması,  ümumiyyətlə,  hüququn tənzimlənməsi kimi başa düşülməlidir* 2.

Konstitusiya  hüququ  şəxsi  qeyri-əmlak  hüquqlarını  (münasibətlərini)  həm 

də  müdafiə  edir.  Konstitusiyanın  26-cı  maddəsinə  görə,  hər  bir  şəxs  qanunla 

qadağan  olunmayan  üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə 

edə  bilər.  Konstitusiya  həm də hər kəsin  hüquqlarinın və azadlıqlarının müdafi­

əsinə,  o  cümlədən  məhkəmə  müdafiəsinə  təminat  verir  (26-cı  maddənin  2-ci 

hissəsi,  60-cı  maddənin  1-ci  hissəsi).

Konstitusiya  hər  bir vətəndaşa  hüquq verir ki,  o, öz şərəf və ləyaqətini mü­

dafiə etsin.  Şəxsiyyətin  ləyaqətinin alçaldılmasına yol verilmir.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  qorunmasında  və  müdafiə  edilməsində  c i­

nayət  hüququ  vacib rol  oynayır.  Bu  hüquq sahəsinə  daxil  olan  hüquq norma­

ları  yaşamaq  hüququ,  sağlamlığın  qorunması  hüququ,  fiziki  toxunulmazlıq  hü­

ququ  və  digər  hüquqları  qorumaq  vasitəsidir.  Bu  normalarda  nəzərdə  tutulan 

sanksiyalar  (cinayət-hüquqi  sanksiyalar)  şəxsiyyət,  dövlət  və  cəmiyyət  üçün 

daha  mühüm  sayılan  hüquqları, o cümlədən şəxsi qeyri-əmlak hüquqlarını mü­

dafiə edir.  Cinayət-hüquqi  sanksiyalar həmin  hüquqlara qəsd edən ictimai təh­

lükəli əməllərlə  mübarizəyə yönəlmişdir.  Bu  sanksiyalarda  həyat və sağlamlıq, 

şəxsiyyətin  azadlığı,  ləyaqəti  və  şəxsi  həyatın  toxunulmazlığı  əleyhinə olan ci-

'  Sovet dövrünün hüquq  ədəbiyyatında  mülkiyyət  hüququna  münasibətdə  mülki hüquq tərə­

findən  hüquqlann  qorunm ası  (həm  geniş  mənada,  həm  də  məhdud  mənada)  məhz  bu  planda 

izah edilir (m əsələn,  bax.  Венедиктов А.В.  Гражданско-правовая охрана социалистической собст- 

ценности  и СССР.  М .-Л.,  1954;  Запасцев А.И.  Охрана социалистической  собственности  по совет­

скому  гражданскому  праву; с. 9-30; Иоффе О.С.  Советское гражданское право. М ,   1967, с. 473).



Мезрип  В. И.  Состав  механизма  охраны  прав  граждан  / /   Гражданско-правовая  охрана 

интересов 

личности 

в СССР, Свердловск,  1977, с. 47-59.

31


nayəllərə görə cəza  növləri nəzərdə tutulur.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  qorunmasında  inzibati  hüquq  və  ekologiya 

hüququ  kimi  hüquq  sahələri  də  iştirak  edir.  İnzibati  hüquq  sağlamlıq  kimi va­

cib  nemət əleyhinə  olan  inzibati  xətaya  görə  inzibati  tənbeh  tədbirləri  nəzərdə 

tutur (İXM-İn  VII  fəsli).  Sağlamlığın  qorunması  kimi  mühüm  qeyri-əmlak  hüqu­

qunun,  sağlam  ətraf mühitdə  yaşamaq  hüququnun  müdafiə  edilməsində  eko­

logiya  hüququnun  da müəyyən rolu vardır.

Mülki  hüquq  şəxsi  qeyri-əmlak  hüquqlarının  qorunmasında  və  müdafiə 

edilməsində  xüsusi  rol  oynayır.  Şəxsi  qeyri-əmlak  hüquqlarının  mülki  hüquq 

tərəfindən  qorunmasına  mülki-hüquqi  mühafizə  (qoruma),  müdafiə  edilmə­

sinə isə mülki-hüquqi  müdafiə deyilir.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  (münasibətlərinin)  mülki-hüquqi  müda­

fiəsi  dedikdə,  həmin  hüquqlar  pozulduğu  hallarda  onların  mülki  hüquqa  xas 

üsullarla (mülki-hüquqi üsullarla) bərpa  edilməsi və ya tanınması  başa  düşülür.

Şəxsi  qeyri-əmlak hüquqlarının  mülki-hüquqi  müdafiəsi  üçün  həmin  hüquq­

ların  iki  əsas  əlamətə  uyğun  gəlməsi  tələb  edilir.  Birinci  əlamət  şəxsi  qeyri- 

əmlak  hüquqlarının  bərpa  olunmaq  xüsusiyyətinə  malik  olmasından  ibarətdir. 

Pozulduğu  hallarda  həmin  hüquqlar,  bir qayda  olaraq,  iddia  qaydasında  bər­

pa olunur.

Bununla  belə,  bəzi  hallarda  pozulmuş  şəxsi  qeyri-əmlak  hüququ  (məsələn, 

övladlığa  götürmə  sirrinin  pozulması  və  s.),  ümumiyyətlə,  bərpa  olunmur.  Bu 

qəbildən  olan  hüquqlar  heç  olmazsa,  onların  gələcəkdə  pozulmasının  aradan 

qaldırılması  (qarşısının  alınması)  kimi  əlamətə  cavab  verməlidir  ki,  mülki  hü­

quqla  müdafiə oluna  bilsin.

İkinci  əlamət  isə  şəxsi  qeyri-əmlak  hüquqlarının  şəxsi-fərdi  yönümlü  ol­

masından  ibarətdir.  Bu  əlamət  onda  ifadə  olunur  ki,  həmin  hüquqlar  məxsus 

olduğu  subyektin  şəxsiyyətindən  ayrılmazdır.  Onları  özgəninkiləşdirmək  və 

başqa  şəxslərə  vermək  olmaz.  Digər  tərəfdən  şəxsi  qeyri-əmlak  hüquqları 

subyektin  şəxsiyyətini  fərdiləşdirir.  Elə  götürək  obyekti  şəxsi  həyat  olan  qeyri- 

əmlak  hüququnu.  Dünyada  elə  iki  şəxs  (subyekt)  tapmaq  olmaz  ki,  onların 

şəxsi  həyatı eyni olsun.

Qeyd  etdik  ki,  şəxsi  qeyri-əmlak  hüquqları  subyektiv  mülki  hüquq  kimi  yal­

nız  hüquq  münasibətləri  çərçivəsində  mövcud  olur və  onun elementi  kimi çıxış 

edir.  Söhbət  şəxsi  qeyri-əmlak  hüquq  münasibətlərindən  gedir.  Bunlar  mütləq 

hüquq  münasibətləridir.  Buna görə də səlahiyyətli  şəxsin  (hüquq  daşıyıcısının) 

subyektiv şəxsi qeyri-əmlak  hüquqlarını həmin  münasibətlərdə qarşı  (ikinci) tə­

rəf  rolunda  çıxış  edən  istənilən  borclu  şəxs  («hamı  və  hər  kəs»)  poza  bilər. 

Belə  halda  hüquq  pozuntusu  törədən  şəxs  konkret  olaraq  müəyyən  olunur və 

onun  üzərinə  səlahiyyətli  şəxsin  subyektiv  hüququnu  bərpa  etməyə  yönələn 

hərəkətlər etmək vəzifəsi  qoyulur.  Bu zaman səlahiyyətli  şəxs hüquq  pozuntu­

su törədən konkret məlum şəxslə  nisbi  hüquq  münasibətinə  girir.

Deməli,  səlahiyyətli  şəxsə  şəxsi  qeyri-əmlak  hüquq  münasibəti  çərçivəsin­

də  məxsus  olan  subyektiv  mülki  hüquq  (şəxsi  qeyri-əmlak  hüququ)  borclu 

şəxslərdən  biri  tərəfindən  pozulana  kimi  həmin  hüquq  münasibəti  mütləq  xa­

rakterə  malik olur,  göstərilən  hüquq  pozulduqda  isə  nisbi  hüquq  münasibətinə

32


çevrilir'.  Pozulmuş  hüququ  müdafiə  etmək  üçün  isə  mülki-hüquqi  üsullardan 

istifadə  olunur.  Məsələn,  ad  hüququ  subyektiv  şəxsi  qeyri-əmlak  hüququdur. 

O,  obyekti  ad  kimi  qeyri-maddi  nemət  olan  şəxsi  qeyri-əmlak  hüquq  münasi­

bəti  çərçivəsində  mövcud  olur  və  həmin  münasibətin  elementi  sayılır.  Borclu 

şəxslər  («hamı  və  hər  kəs»)  səlahiyyətli  şəxsə  məxsus  olan  ad  hüququnu 

pozmamalıdır.  Səlahiyyətli  şəxs  isə  ona  məxsus  ad  hüququnu  pozmamağı 

borclu  şəxslərdən  («hamıdan və hər kəsdən») tələb etmək hüququna malikdir. 

Mütləq  hüquq  münasibəti  göz  qabağındadır.  Borclu  şəxslərdən  biri  (məsələn, 

jurnalist)  səlahiyyətli  şəxsin  ad  hüququnu  pozur (tutaq  ki,  mətbuatda  adı təhrif 

edir).  Bu zaman  nisbi  hüquq münasibəti yaranır.  Səlahiyyətli  şəxs bu pozuntu­

nu  aradan qaldırmaq üçün  məhkəməyə müraciət edir.

Şəxsi  qeyri-əmlak  hüquqlarını  mülki  hüquqla  müdafiə  etmək  üçün  iki  cür 

üsuldan  (müdafiə  üsulundan) istifadə olunur:

•   ümumi  mülki-hüquqi  müdafiə  üsulundan;

•   xüsusi  müdafiə  üsulundan.

Ümumi  mülki-hüquqi  müdafiə  üsulları  odur  ki,  mülki  hüquqların  (həm 

əmlak,  həm  də  qeyri-əmlak  hüquqlarının)  hamısı  əsasən  bu  üsullarla  müdafiə 

olunur.  Özü  də  dərhal  buradaca  qeyd  etməliyik ki,  ümumi  üsulların bəzisi şəx­

si  qeyri-əmlak  hüquqlarının  müdafiəsində  tətbiq  edilə  bilməz.  Söhbət o  müda­

fiə  üsullarından  gedir  ki,  onlar  zərər  çəkmiş  şəxsin  əmlak  sferasını  bərpa  et­

mək məqsədi güdməsin.



Hüquqların  tanınması  şəxsi  qeyri-əmlak  hüquqlarının  müdafiəsində tətbiq 

olunan  üsullardan  biridir.  Göstərilən  üsul  subyektiv  hüquq  hələ birbaşa  pozul­

madığı  məqamlarda  tətbiq  edilir.  Bu  üsuldan  o  hallarda  istifadə  oluna  bilər  ki, 

şəxsin  subyektiv  şəxsi  qeyri-əmlak  hüququna  malik  olması  şübhə  altına  alın­

sın  və  ya  subyektiv  şəxsi  qeyri-əmlak  hüququnun  məxsusluğu  barədə  müba­

hisə yaransın  və ya  subyektiv şəxsi qeyri-əmlak hüququ  inkar edilsin və ya bu 

cür  hərəkətlərin  edilməsi  üçün  təhlükə  yaransın.  Məlum  məsələdir  ki,  göstəri­

lən  hallarda  şəxslərin  qarşılıqlı  münasibətlərində  qeyri-müəyyənlik  yaranır, 

subyektiv qeyri-əmlak  hüququnun  normal  həyata  keçirilməsinə  maneçilik törə­

dilir.  Bu  zaman  müdafiə  üçün  iddiaçı  hüququn  tanınması  barədə  tələblə 

məhkəməyə  müraciət  edir.  Məhkəmə  mübahisəli  hüququn  iddiaçıya  məxsus 

olması  barədə  qərar qəbul  edir.  Bununla  mübahisəli  hüquq  tanınır.  Belə halda 

hüququn tanınması  müdafiə  üsulu  kimi çıxış edir.  Məsələn,  əsərin  müəllifi kimi 

tanınmaq  hüququ  (müəlliflik  hüququ)  müəllifin  subyektiv şəxsi  qeyri-əmlak  hü­

ququdur.  Başqa  hər  hansı  şəxs  əsərin  müəllifə  yox,  ona  məxsus  olmasını  id­

dia  edir.  Bununla  müəllifin  əsərə  olan  müəlliflik  hüququ  barədə  mübahisə ya­

ranır.  Müəllif əsərə  olan  müəlliflik  hüququnun  tanınması  barədə  iddia  ilə  məh­

kəməyə  müraciət  edir.  Məhkəmə  əsərə  müəlliflik  hüququnun  müəllifə  məxsus 

olması  barədə  qərar qəbul  edir.  Başqa  bir misalda  şəxs  qanunsuz olaraq  ixti­

ranı  öz  adına  rəsmiləşdirir.  İxtiranın  həmin  yaradıcısı  olan  şəxs  məhkəmədən 

ixtiraya  müəlliflik hüququnun  tanınmasını tələb edir. 1

1  Гражданское право.  Учебник.  Часть  1  / Под рея. 



А.П.Сергеееа,  Ю  К  Толстого.

  М.,  199$, с. 

3 14; Гражданскос право. Учебник. Том  I / Подрсд. 

1. ЛХл'ганоса

  M., 1998, с. 730.

33


Hüquqları  pozan  hərəkətlərin  qarşısının  alınm ası  (dayandırılması,  ara­

dan  qaldırılması)  şəxsi  qeyri-əmlak  hüquqlarının  müdafiə  edilməsində  istifadə 

olunan  ümumi  üsullardan  biridir.  Bu  müdafiə  üsulunun  əsas  məqsədi  hüquqa 

zidd  hərəkətin  və  ya  hüququn  pozulması  üçün  təhlükə  yaradan  hərəkətin  qar­

şısını  almaqdan  ibarətdir.  Məsələn,  hər  hansı  şəxs  əsər  müəllifinin  müəlliflik 

hüququnu təhrif edir.  Müəllif həmin  hərəkətlərin  dayandırılmasını  tələb  edə  bi­

lər.  Başqa  bir misalda  tanınmış  və  məşhur şəxsin  adından  icazəsiz olaraq  sa­

hibkarın  istehsal  etdiyi  malın  əmtəə  nişanında  və  ya  sahibkarın  firma  adında 

istifadə olunur.  Şəxs bu  hərəkətin  dayandırılmasını  tələb  edə  və  onun  adından 

icazəsiz istifadəni qadağan edə bilər.

Hüquqların  pozulm asınadək  m övcud  olan  və ziyyə tin   bərpa  edilm əsi

ümumi  müdafiə  üsulu  kimi  şəxsi  qeyri-əmlak  hüquqlarının  müdafiəsində  istifa­

də  edilə  bilər.  Bu  üsulun  həm  yurisdiksiya  formasında,  həm  də  qeyri-yurisdik- 

siya formasında  həyata  keçirilməsi  mümkündür.

Zərərin  əvəzinin  ödənilm əsi  ümumi  müdafiə  üsullarından  biri  olub,  hüqu­

qu  pozmuş  şəxsdən  (hüquq  pozuntusu  törətmiş  şəxsdən)  vurduğu  zərərin 

əvəzinin  alınmasını  nəzərdə  tutur.  Bu  müdafiə  üsulundan  şəxsi  qeyri-əmlak 

hüquqlarının  müdafiəsində  istifadə  etmək  olarmı?  Axı,  ümumi  qaydaya  görə, 

zərərin  əvəzini  ödəmə  üsulunun  vasitəsi  ilə  əmlak  hüquqları  müdafiə  olunur. 

Başqa  sözlə  desək,  zərərin  əvəzini  ödəmə  əmlak  hüquqlarının  bilavasitə  mü­

dafiə  üsulu  hesab  edilir.  Buna  görə  də  müəlliflərdən  bəzisi  zərərin  əvəzini 

ödəməni  şəxsi  qeyri-əmlak  hüquqlarının  müdafiəsində  tətbiq  edilən  üsullar sı­

rasına daxil etmir’ .

Bununla  belə,  zərərin  əvəzini  ödəmə  üsulu  şəxsi  qeyri-əmlak  hüquqlarının 

müdafiəsi  ilə sıx surətdə bağlı ola  bilər.  Belə ki,  şəxsi qeyri-əmlak  hüquqlarının 

obyekti olan qeyri-maddi nemətlər pozula  bilər.  Bunun  nəticəsində hüququ  po­

zulmuş şəxsə  (zərərçəkən  şəxsə)  maddi  (əmlak) zərər vurulur.  Belə  halda zə­

rərçəkən  şəxs ona  vurulmuş zərərin  əvəzinin  (çəkdiyi  xərclərin  əvəzinin) ödə­

nilməsini  tələb  edə  bilər.  Bu  tələbin  zəruri  əsaslarından  biri  isə  qeyri-maddi 

nemətin  pozulması  hesab  edilir.  Bununla  zərərin  əvəzini  ödəmə  üsulu  pozul­

muş qeyri-maddi  nemətin  müdafiəsinə xidmət  edir1

 2.  Məsələn,  sağlamlıq  qeyri- 

maddi  nemətdir.  Fiziki  şəxsə  xəsarət  yetirilir  və  onun  sağlamlığı  pozulur.  Bu­

nun  nəticəsində  həmin  şəxs  işə  çıxmır,  qazancdan  (gəlirdən)  məhrum  olur, 

habelə  sağlamlığının  pozulması  ilə  bağlı  əlavə xərclər çəkir,  o cümlədən  müa­

licəyə,  əlavə  qidalanmaya,  dava-dərman  alınmasına  və  s.  xərclər çəkir.  Zərər- 

vuran  şəxs  çəkilən  bu  cür  xərclərin  əvəzini  ödəməlidir3  (MM-in  1118-ci  mad­

dəsinin  1-ci bəndi).  Belə  halda zərərin əvəzini ödəmək  məsələsinin  əsasını  isə 

sağlamlıq  kimi qeyri-maddi  nemət təşkil edir.

1  Гражданское право. Учебник. Том  1  / Под рсд. Е. А.Суханова.  М.,  1998, с.  730-731.

Гражданское  право  России.  Курс  лекций.  Общая  часть /  Отв.  рсд.  О  Н.Садиков.  М..  2001, с. 

283-284.


Hələ  sovet  dövrünün  hüquq  ədəbiyyatında  bəzi  alim lər  təklif edirdilər  ki.  əgər qeyri-m addi 

nemətin pozulması  çəkilən xərc formasında zərər vurulm asına  səbəb  olarsa, onda zərərin  əvəzi 

ödənilməlidir  (məsələn,  bax:  Малеина  M.H.  Защита  личных  неимущественных  прав  советских

граждан. М..  1991, с. 17).

34


Göründüyü  kimi,  şəxsi  qeyri-maddi  nemətlərin  (şəxsi  qeyri-əmlak  hüquqla­

rının)  pozulması  nəticəsində  maddi  (əmlak) zərər vurularsa,  onda zərərin əvə­

zini  ödəmə  kimi  ümumi  müdafiə  üsulundan  istifadə  olunur.  Bu  zaman  mülki 

qanunvericiliyin  delikt  məsuliyyətini  tənzimləyən  normaları  tətbiq  edilir  (MM-in 

9-cu  bölməsi).  Vurulmuş  maddi  (əmlak)  zərərin  əvəzi  məhz  həmin  normalar 

əsasında ödənilir.



Mənəvi  zərərin  kompensasiyası  şəxsi  qeyri-əmlak hüquqlarının  müdafiə­

sində  istifadə  olunan  ümumi  üsullardan  biridir.  Bu  üsulun  şəxsi  qeyri-əmlak 

hüquqlarının  müdafiəsində  xüsusi  rolu  və  əhəmiyyəti  vardır  (mənəvi  zərərin 

kompensasiyası  barədə  növbəti yarımbaşlıqda).

Şəxsi  qeyri-əmlak  hüquqları  ümumi  üsullardan  başqa,  həm də xüsusi üsul­

larla  müdafiə edilir.  Əgər ümumi  müdafiə üsulları ilə həm əmlak,  həm də qeyri- 

əmlak  hüquqları təmin edilirsə,  xüsusi  müdafiə üsulları  ilə yalnız şəxsi qey­

ri-əmlak  hüquqları  müdafiə olunur.

Xüsusi  mülki-hüquqi  müdafiə  üsulları  odur  ki,  bu  üsullar  xüsusi  olaraq 

şəxsi  qeyri-əmlak  hüquqları  üçün  müəyyən edilmişdir1.  Söhbət hər şeydən əv­

vəl,  təkzibetmə  kimi  müdafiə  üsulundan  gedir.  Bu  üsulla şərəf,  ləyaqət və iş­

güzar nüfuz kimi qeyri-maddi nemətlər müdafiə edilir.

Mənəvi  zərərin  kompensasiyası  mülki-hüquqi  müdafiə 



Mənəvi zərərin 

üsullarından  biridir.  Mülki-hüquqi  müdafiə  üsulu  kimi 



ompensasıyası 

onun  əsas cəhətləri  dərsliyin  «Mülki  hüquqlann  müdafi­

əsi»  adlı  fəslində  nəzərdən  keçirilmişdir.  (I  cild,  I  kitab)  Mənəvi  zərərin  kom­

pensasiyası  digər  tərəfdən  məsuliyyət  tədbiridir.  Bu  baxımdan  onun  başlıca 

xüsusiyyətləri  ilə  dərsliyin  «Mülki  hüquq  məsuliyyəti»  adlı  fəslində tanış olmu­

şuq  (I  cild,  II  kitab).  Bunlardan  əlavə,  mənəvi  zərərin  kompensasiyası ilə  bağlı 

müəyyən  hüquq  münasibəti  əmələ gəlir ki,  həmin  hüquq  münasibəti  delikt öh­

dəliyi  kimi  forma  alır.  Bu  baxımdan  mənəvi  zərərin  kompensasiyası  barədə 

dərsliyin  delikt öhdəlikləri adlı fəslində söhbət açmışıq (II cild).

Bunlarla  bərabər,  mənəvi  zərərin  kompensasiyası  şəxsi  qeyri-əmlak  hü­

quqlarını  müdafiə  etməyin  ən  effektiv  və  münasib  üsuludur.  Belə  ki,  həmin 

üsulla,  bir qayda  olaraq,  pozulmuş şəxsi  qeyri-əmlak  hüquqları  müdafiə edilir. 

Başqa  sözlə  desək,  mənəvi  zərərin  kompensasiyası  kimi  müdafiə  üsulunun 

tətbiqi  belə  bir əsas  halla  məhdudlaşır ki,  pozulmuş hüquq,  adətən,  şəxsi qey­

ri-əmlak  xarakterinə  malik  olsun1

 2.  Hüquq  ədəbiyyatında  göstərilir  ki,  əgər və­

təndaşın  şəxsi  qeyri-əmlak  hüquqlarını  pozan  hərəkətlərlə  ona  mənəvi  zərər 

vurularsa,  onda  mənəvi  zərərin  kompensasiyası  kimi  müdafiə  üsulu tətbiq edi­

lir3.  Bu  üsulla  vətəndaşa  məxsus  istənilən  şəxsi  qeyri-əmlak  hüququ  (qeyri- 

maddi  nemət)  müdafiə oluna  bilər.

Sovet  dövrünün  qanunvericiliyi  mənəvi zərərin  kompensasiyası  kimi müda­

fiə  üsulunu  tanımırdı.  Amma  bir  sıra  xarici  ölkələrin  qanunvericiliyində  şəxsi 

nemətlərin  pozulmasına  görə  mənəvi  zərərin  pulla  kompensasiya  edilməsinin 

nəzərdə  tutulmasına  əsaslanaraq  bəzi  alimlər şəxsi  hüquqların  bu  kimi  müda­

1  Иоффе O.C.  Советское гражданское право. M.,  1967. с. 320.

2 Гражданскос право. Учебник. Часть  I /  Под рсд. А.П.Сергесва, Ю.К.Толстого. М..  1998.с. 291

3 Гражданское право.  Учебник.  Часть  I  /  Под рсд.  Т.И.Илларионовой и др. M ,   I99S.

35


fiə üsulunun sovet qanunvericiliyində də formula olunmasını təklif edirdilər1.

Keçən  əsrin  90-cı  illərinin  əvvəllərində  sovet  qanunvericiliyi  mənəvi  zərərin 

kompensasiyası  anlayışını  tanımağa  başladı1

 2.  Mənəvi  zərərin  əvəzinin  ödənil­

məsi  ilk  dəfə  mətbuat  və  digər  kütləvi  informasiya  vasitələri  haqqında  qanun­

da  nəzərdə tutuldu.

Son zamanlar Azərbaycan  Respublikasında  mənəvi zərərin kompensasiya­

sı ilə  bağlı  məsələni  tənzimləyən  bir sıra  qanunvericilik aktları  qəbul edilmişdir. 

Bu  aktların  hansı  qanunvericilik  massivinə  (sahəsinə)  (məsələn,  hərbi  qanun­

vericilik  sahəsinə,  ekologiya  qanunvericiliyi  sahəsinə,  KİV  haqqında  qanunve­

riciliyə və s.) aid edilməsindən asılı olmayaraq,  mənəvi zərərin  kompensasiya­

sı həmişə mülki-hüquqi müdafiə üsulu  kimi qalır3.



Mənəvi zərər dedikdə, fiziki  şəxsin  şəxsi  qeyri-əmlak  hüquqlarını  pozan 

və yaxud fiziki  şəxsə məxsus olan  qeyri-maddi  nemətlərə  qəsd edən  hərə­

kətlərlə  ona  verilən  mənəvi  və ya  fiziki  əzab-əziyyət  (iztirab,  sarsıntı)  başa 

düşülür4.  Mənəvi zərər özündə  hər hansı bir əmlak elementi  birləşdirmir.  O,  ya 

fiziki iztirab (əzab-əziyyət), ya da mənəvi iztirab (sarsıntı) deməkdir5.

Anlayışdan  görürük  ki,  yalnız  fiziki  şəxslər  mənəvi  zərərin  kompensasiyası6 

barədə  tələb  irəli  sürə  bilərlər.  Çünki  ancaq  onlara  əzab-əziyyət  (iztirab)  verilə 

bilər.  Məhz  bu  səbəbdən  hüquqi  şəxslərin  xeyrinə  mənəvi  zərərin  kompen­

sasiyası  mümkün  deyildir.  Belə  ki,  canlı  bioloji  və  psixoloji  (fizioloji)  varlıq  sa­

yılmayan  hüquqi  şəxslərə  nə  mənəvi,  nə  də  fiziki  əzab-əziyyət  (iztirab)  vermək 

olar.  Buna  görə  də  mənəvi  zərərin  kompensasiyası  hüququna  yalnız  fiziki 

şəxslər malikdirlər.  Məhkəmə praktikası da məhz belə  mövqedə durur7.

Mənəvi  zərər  qeyri-əmlak  (qeyri-maddi)  zərərdir.  Lakin  buna  baxmayaraq 

o,  pul  formasında  kompensasiya  edilir,  yəni  mənəvi  zərərin  əvəzi  pulla  ödəni­

lir. Bununla  belə,  mənəvi zərər puldan  başqa,  digər maddi formalarda  da  kom­

pensasiya  edilə  bilər8.  Buna  görə  də  mənəvi  zərərin  kompensasiyası  mülki- 

hüquqi müdafiə üsulu  kimi əmlak xarakterlidir.

Məsələn,  bax: 



Маяеин H.C. 

Возмещение врела,  причиненного  личности.  M.,  1965; 



Белякова 

А.М. 

Возмещение 

причиненного 

вреда. 


М., 

1972; 


Шилшнова  М.Я. 

Имущественная

ответственность за  моральный  вред // Советское  государство  и  право.  1970. 

Ns 

I ; 


Малеина 

А/. И. 

Защита личных  неимущественных прав советских граждан.  М..  1991.

Məsələn,  bax:  п. 6, ст. 7 и ст.  131. Основ гражданского законодательства.  1991  г.

3 Гражданское право России. Курс лекций. Общая часть /  Отв. рсд. О.И.Садиков. М., 2001, с. 284.

4  RF  MM-də  (151-ci  m addədə)  və  mülki  hüquq  barədə  dərsliklərdə  m ənəvi  zərərə  bu  cür 

anlayış  verilir.  Məsələn.  Гражданское  право  России.  Учебник.  Масть  I  /  Под рсд.  З.П.Цыбулеико. 

M.,  I99S, с.  163; Гусе А Н.  Гражданское право.  Учебник. Том 2. М ., 2003, с. 436.

5

 

Беяяцкий 



С.А  Возмещение морального (неимущественного) вреда.  М., 2005, с. 17

Mənəvi zərər  barədə  bax: 



Малеин H.C.  О 

моральном  вреде 

// 

Государство и  право.  1993. 



Ns 

3; 


Эрделевский 

А. А/.  Компенсация моральною вреда в России н зарубежом. М .,  1997; 

Мепглиев Ш. 

Возмещение морального вреда. Душанбе.  1998.

Вах:  п.  2  постановления  Пленума  ВС  РФ  от  18  августа  1992  г.  «О  некоторых  вопросах, 

возникаюшихся  при  рассмотрении  судами  дел  о  защите  чести  и  достоинства  граждан,  а  также 

деловой  репутации  юридических  лиц» // Сборник  постановлений  Пленума  Верховного Суда  РФ. 

1961-1996. М..  1997. с.  117.

Вах:  п.  10  постановления  Пленума  Верховного  Суда  РФ  «Некоторые  вопросы  применения 

законодательства о компенсации морального вреда» от 20 декабря  1994 г. / /  ВВС РФ.  1995. 



Ns 

3.

36



Mənəvi  zərərin  kompensasiyası  pul  formasında  həyata  keçirilsə  də,  kom­

pensasiya  mənəvi  zərərin  dəqiq  pul  ölçüsünü  ifadə etmir.  Başqa sözlə desək, 



kompensasiya  mənəvi  zərərin  pul  ekvivalenti  deyildir.  Məsələ  burasında­

dır  ki,  zərərin  əvəzinin  ödənilməsi  pozulmuş  nemətin  onun  pozulmasınadək 

mövcud olan vəziyyətə gətirilməsidir.  Deməli,  belə çıxır ki, sözün əsl mənasın­

da  mənəvi  zərərin  əvəzi  ödənilmir.  Pul ekvivalenti əmlak  (maddi) zərərini ara­

dan  qaldırmaq  qabiliyyətinə malik olsa da,  mənəvi zərərin əvəzini ödəmək iqti­

darında  deyildir.  Şərəf  və  ləyaqətin  pozulması  nəticəsində  şəxsin  ruhi  dinclik 

və  əmin  amanlığı  əlindən  alınır.  Bunu  necə  pulla  qiymətləndirmək və əvəz  et­

mək,  alıb-satmaq olar?

Zərərçəkənin  düşdüyü  mənəvi  zərəri  restitusiya  etmək,  yəni  pozulmuş  ne­

məti  (şərəfi,  ləyaqəti  və  ya  işgüzar  nüfuzu)  onun  pozulmasından  əvvəl  möv­

cud olan vəziyyətinə gətirmək (bərpa etmək), zərəri yox etmək qeyri-mümkün­

dür.  Lakin  necə  olur-olsun  şərəf  və  ləyaqəti  ləkələnmiş  zərərçəkən  şəxsi  tə­

min  etmək  lazımdır.  Bunun  ən  münasib  vasitəsi  puldur.  Belə  halda  pul  zərər­

çəkən  şəxsi  təmin  etmək  vasitəsi  kimi  çıxış  edir.  Amma  ödənilən  pul  məbləği 

burada restitusiya yox,  kompensasiya rolunu oynayır.

Fiziki  şəxsə  mənəvi zərər ona  məxsus olan qeyri-maddi  nemətin (məsələn, 

həyatın,  sağlamlığın  və  s.)  pozulması  nəticəsində  vurulur.  Belə  ki,  birinci  ola­

raq  qeyri-maddi  nemətin  özünə  qeyri-əmlak zərəri  vurulur.  Bunun  nəticəsində 

zərərçəkən  şəxs  iztirab  (sarsıntı)  keçirir,  əzab-əziyyətə  düçar olur.  Əzab-əziy­

yət (iztirab) çəkmək isə  mənəvi  zərər deməkdir.  Məsələn,  hər hansı şəxs baş­

qa  şəxsin  sağlamlıq  kimi  qeyri-maddi  nemətinə  xəsarət  yetirir.  Bunun  nəticə­

sində  onun  sifəti  eybəcər  hala  düşür.  Bu,  sağlamlıq  kimi  qeyri-maddi  nemətin 

özünə  vurulan  qeyri-əmlak zərəridir.  Şəxs sifətinin  eybəcər hala  düşməsindən 

əzab-əziyyət  çəkir,  iztirab  və  sarsıntı  keçirir.  Bu  isə  ona  vurulmuş  mənəvi  zə­

rəri  ifadə edir.

Mənəvi  zərər  xüsusən  mənəvi  cəhətdən  iztirab  keçirmədə  (əzab-əziyyət 

çəkmədə)  ifadə  oluna  bilər.  Mənəvi  iztirab  keçirmənin  (əzab-əziyyət  çəkmə­

nin)  isə  formaları  müxtəlifdir.  Həmin formalara  aiddir:  qohumlarını itirməsindən 

şəxsin  mütəəssir  olması;  fəal  ictimai  həyat  sürməyin  mümkün  olmamasından 

şəxsin  həyəcanlanması,  sarsıntı  keçirməsi;  iş  yerini  itirməsindən,  yəni  işdən 

çıxarılmasından  şəxsin  mütəəssir olması;  şəxsin  ailə,  həkim  sirrinin açılmasın­

dan  həyəcanlanması  və  sarsıntı  keçirməsi;  vətəndaşın  şərəfini,  ləyaqətini  və 

ya  işgüzar nüfuzunu  ləkələyən  yalan məlumatların yayılmasından həyəcanlan­

ması.  sarsıntı  keçirməsi;  şəxsin  hər hansı bir hüquqdan  məhrum edilməsindən 

mütəəssir  olması;  əlil  (şikəst)  olmasından  şəxsin  həyəcanlanması  və  sarsıntı 

keçirməsi;  xarici  görkəminin  dəyişməsindən  (məsələn,  sifətinin  eybəcər  hala 

salınmasından)  şəxsin  həyəcanlanması  və  əzab-əziyyət  çəkməsi.  Məsələn, 

hər  hansı  bir  şəxsin  impotent  olmasına  görə  uşağı  olmur.  Həmin  şəxsə  yaxın 

olan  başqa  bir şəxs  onun  ailə  sirrini  (həkim  sirrini)  yayır.  Bundan  həmin  şəxs 

çox  müqəssir olur,  sarsıntı  keçirir.  Bu  isə  mənəvi  cəhətdən  iztirab  keçirmənin 

formalarından  biridir.

Mənəvi  zərər  fiziki  cəhətdən  iztirab  keçirmədə  (əzab-əziyyət  çəkmədə)  də

37


ifadə oluna  bilər'.  Hər hansı  şəxsin  digər şəxsə  xoşagəlməz  və  dözülməz  də­

rəcədə  ağrılar  yetirməsi  fiziki  cəhətdən  əzab-əziyyəti  (iztirabı)  ifadə  edir  (mə­

sələn,  yandırma, güclü qaşıma və s.).

Mənəvi  zərərin  kompensasiyası  dedikdə,  mənəvi  zərərin  əvəzinin  ödənil­

məsi başa düşülür.  Əvəz ödəmənin  miqdarı  isə  məhkəmə tərəfindən  müəyyən 

edilir.  Məhkəmə  bu  məsələni  həll  edərkən  nəzərə  alır:  zərərçəkmiş  şəxsin  ke­

çirdiyi  fiziki  iztirabın  xarakter  və  dərəcəsini:  şəxsin  keçirdiyi  mənəvi  iztirabın 

xarakterini: zərərçəkmiş şəxsin fərdi xüsusiyyətlərini.

Mənəvi  zərərə  görə  əvəz  ödəmənin  miqdarını  (pul  məbləğini)  müəyyənləş­

dirmək  çox  mürəkkəb  işdir.  Qanun  mənəvi  zərərə  görə  zərərvuran  şəxsdən 

alınan  pul  məbləğinin  müəyyənləşdirilməsi  barədə  hər  hansı  meyar  nəzərdə 

tutmur  və  həmin  məsələnin  tam  həllini  məhkəmənin  öhdəsinə  buraxır,  onun 

ixtiyarına verir.

Çox  vaxt  zərərçəkən  şəxs  mənəvi  zərərin  kompensasiyası  barədə  məhkə­

məyə verdiyi  iddia ərizəsində pul  məbləğinin  miqdarını  əslində olduğundan  yu­

xarı və yüksək,  həqiqi  miqdarından  (məbləğindən)  artıq  göstərir.  Belə  ki,  onun 

göstərdiyi  məbləğ  işin  hallarına  açıq-aşkar  uyğun  gəlmir.  Bu  isə  zərərçəkən 

şəxsin  (iddiaçının)  öz  hüququndan  sui-istifadə  etməsinə  gətirib  çıxarır.  Hüquq­

dan sui-istifadə xüsusi xarakterli  mülki  hüquq  pozuntusudur.

Mənəvi zərərə görə ödənilməli olan  pul  məbləğinin  miqdarı  işin  konkret  hal­

larından  asılıdır.  Buna  görə  də  həmin  halların  qiymətləndirilməsinə  məhkəmə­

nin  ağlabatan  və  ölçülüb-biçilmiş  yanaşması  tələb  edilir.  Pul  məbləği  zərərçə­

kən  şəxsin  keçirdiyi iztirabın  (çəkdiyi əzab-əziyyətin) dərəcəsinə  uyğun  olmalı­

dır.  Məhkəmə  elə  qərar çıxarmalıdır  ki,  pul  məbləğinin  miqdarı  əslində  olduğu 

miqdardan yüksək və  həqiqi  miqdardan  artıq  olmasın.  Əvəz ödəmənin  miqdarı 

zərərçəkənin  əsassız  varlanmasına  (əsassız  pul  əldə  etməsinə)  gətirib  çıxar­

mamalıdır.

Mənəvi zərərin  kompensasiyası  barədə  mübahisələri  həll edərkən  məhkəmə 

aydınlaşdırmalıdır:  hansı vəziyyətdə,  hansı  hərəkətlərlə  və  nə vaxt  şəxsə  mənə­

vi  zərər vurulmuşdur;  mənəvi  zərərvuran  şəxsin  təqsirlilik  dərəcəsi;  mənəvi  zə­

rər konkret olaraq  nədə  ifadə olunur;  zərərçəkən  şəxs  hansı  mənəvi  və ya  fiziki 

iztirablar (sarsıntılar) keçirmişdir; işin əhəmiyyət kəsb edən  digər halları.

Mənəvi zərər əm lak zərərinin  əvəzinin  ö d ə nilm ə sin d ə n   asılı  olm ayaraq 

kompensasiya  e d ilir  və  əmlak  zərərinə  görə  əvəz  ödəmənin  miqdarından 

asılı edilə  bilməz1

 2.  Belə  ki, əgər eyni  bir şəxsə  həm  mənəvi,  həm  də əmlak zə­

rəri  vurularsa,  zərərvuran  şəxs  hər iki  zərər  növünün  əvəzini  ödəməlidir.  Bu  o 

deməkdir  ki,  mənəvi  zərər  əmlak  zərəri  ilə  bərabər  və  yanaşı  kompensasiya

1  Fiziki  və ya  mənəvi  iztirabın  formaları  barədə  bax:  n.  I ıı 2  постановления  Пленума  Верхов- 

кого Судл РФ «Некоторые вопросы применения законодательства о компенсации морального вре­

да» от 20 декабря  1994  г. // БВС  РФ.  1995. №  3, с. 9;  Малеин Н.С.  О моральном  вреде // Государ­

ство и  право  1993.  К* 3;  Гражданское  право  России.  Учебник.  Часть  I  /  Пол рсд.  З.И.Цыбуяенко. 

М..  1998, с.  165-166; Гусе А.Н.  Гражданское право.  Учебник. Том 2.  М., 2003, с. 437-438.

Жуйков В  Возмещение  морального вреда //  Бюллетень  Верховного  Суда  РФ.  1994.  К»  I I ,  с. 

15-16;  Гражданское право России.  Учебник.  Часть  I  /  Под рсд.  З.И.Цыбуленко.  М ,   1998. с.  167; п. 

8  постановления  Пленума  Верховного  Суда  РФ  «Некоторые  вопросы  применения  законодатель­

ства о компенсации морального вреда» от 20 декабря  1994 г. / /  БВС РФ.  1995. № 3.

38


edilə  bilər.  Mənəvi  zərərin  müstəqil  surətdə  də  kompensasiya  edilməsi  müm­

kündür.


Qeyd  etdik  ki,  mənəvi  zərərin  kompensasiyası  kimi  mülki-hüquqi  müdafiə 

üsulu  ilə,  bir qayda  olaraq,  şəxsi  qeyri-əmlak  hüquqları müdafiə oiunur. Yalnız 

qeyri-maddi  (mənəvi)  nemətlərin,  o cümlədən şərəf,  ləyaqət və ya işgüzar nü­

fuz  kimi  nemətlərin  pozulması  belə  pozuntu  nəticəsində vurulmuş  mənəvi zə­

rərə  görə  zərərçəkən  şəxsin  kompensasiya  almaq  hüququnu  yaradır’ .  Bu 

üsulla  əmlak  hüquqları  müdafiə oluna  bilərmi? Bu suala cavab olaraq qeyd et­

məliyik  ki,  qanunda  vətəndaşların  əmlak  hüquqlarını  pozan  hərəkətlərlə  vuru­

lan  mənəvi  zərərin  kompensasiya edilməsi  barədə göstəriş vardır. Söhbət «İs­

tehlakçıların  hüquqlarının  müdafiəsi  haqqında»  qanunda ifadə olunan göstəriş­

dən  gedir* 2.  Həmin  qanunda  göstərilir ki,  istehlakçıların  hüquqları  (o cümlədən 

əmlak  hüquqları)  istehsalçı  (icraçı,  satıcı)  tərəfindən  pozularsa,  istehlakçıya 

dəyən  m ənəvi  ziyan  tə q sirka r tərəfindən  ödənilm əlidir.  Bununla göstərilən 

qanun  müqavilə  münasibətləri  sahəsində  mənəvi  zərərə  görə  mülki-hüquqi 

məsuliyyət  nəzərdə  tutur.  Həmin  müqavilələrə  aiddir3:  alqı-satqı  müqaviləsi; 

əvəzsiz  istifadə  (ssuda)  müqaviləsi;  yaşayış  evinin  kirayə  müqaviləsi;  podrat 

müqaviləsi;  daşıma  müqaviləsi;  komissiya  müqaviləsi;  saxlama  müqaviləsi; 

mailiyə  xidməti  göstərilməsi  üzrə  müqavilələr və s.  Əgər istehlakçıların bu  mü­

qavilələrdən  irəli  gələn  əmlak  hüquqlarını  pozan  hərəkətlə  (hərəkət eləməklə) 

onlara  mənəvi  zərər vurularsa,  onda  həmin  zərərin  əvəzi  ödənilməlidir.  Məsə­

lən,  kirayəçinin  kirayə  müqaviləsi  üzrə  kirayəyə götürdüyü yaşayış evi yandırı­

lır.  Bununla  kirayə verənin  (mülkiyyətçinin) mülkiyyət hüququ  pozulur.  Bundan 

mütəəssir olan  mülkiyyətçi  mənəvi  iztirablar  (sarsıntılar)  keçirir və ona  mənəvi 

zərər  vurulur.  Belə  halda  əmlak  zərəri  ilə  bərabər,  mənəvi  zərərin  də  əvəzi 

ödənilməlidir.

Başqa  bir misalda  sərnişin  daşıma  müqaviləsi  üzrə  daşıyıcı  təqsirli  hərəkə­

tə  yol  verərək  sərnişinin  təyinat  yerinə  çatdırılmasını  gecikdirir;  bu  səbəbdən 

sərnişin  son  dərəcə  əhəmiyyəti  olan  müəyyən  tədbirdə  iştirak  edə  bilir.  Buna 

görə  daşıyıcıdan  cərimə  alınır.  Bundan  əlavə,  sərnişin  (istehlakçı)  ona  vurul­

muş  mənəvi  zərərin  kompensasiyasını  tələb  edə  bilər  (vacib  tədbirə  gecikdiyi 

üçün ona  mənəvi  zərər vurulur).

Bir qayda  olaraq, zərərvuranın tə q siri  olduqda,  mənəvi zərər kompensasi­

ya  edilir.  Bununla  belə,  bəzən  mənəvi  zərərin  əvəzi  zərərvuran  şəxsin  təqsi­

rindən  asılı olmayaraq  ödənilir.  Məsələn,  sərnişin  daşıma  müqaviləsi  üzrə  da­

şıyıcı  sərnişinin  sağlamlığına  zərər vurur.  Daşıyıcı  yüksək  təhlükə  mənbəyi  ki­

mi  təqsirdən  asılı  olmayaraq  məsuliyyət daşıyır (MM-in  1108-ci  maddəsinin  1- 

ci  bəndi).  O,  təqsirdən  asılı  olmayaraq  sərnişinin  sağlamlığına  vurduğu zərərin 

əvəzini  ödəməlidir.  Belə  halda  həm  də  mənəvi  zərərin  kompensasiyasına  yol 

verilir.


’  Эрдеяевский A.M.  Моральны!! пред и компенсация за страдания. M.,  I997, с.91.

2  «istehlakçıların  hüquqlarının m üdafiəsi haqqında» qanunun  12-ci maddəsi.

3  Bax:  n.  I  постановления  Пленума  Верховного  Суда  РФ  «О  практике рассмотрения  судами 

дел о зашито  прав  потребителей» от 29 сентября  1994  г. // Бюллетень  Верховного Суда  РФ.  1995 

S i  I , с. 4;  1997, S i 3. с. 4.

39


Şəxsi qeyri-əmlak 

hüquqlarının 

həyala keçirilməsi

Subyektiv  mülki  hüquq  kimi  şəxsi  qeyri-əmlak  hüquq­

ları  sosial  dəyərə  malikdir.  Hüquqların  sosial  dəyərə 

malik  olması  özünü  yalnız  o  halda  büruzə  verə  bilər 

ki,  onlar həyata  keçirilsin,  realizə  olunsun,  gerçəkləş- 

dirilsin.  Məhz həyata  keçirilmə  prosesində  subyektiv şəxsi qeyri-əmlak  hüquq­

larının sosial dəyəri üzə çıxır,  müəyyən edilir.

Şəxsi  qeyri-əm lak  hüquqlarının  həyata  k e ç irilm ə si  dedikdə,  səlahiyyətli 

şəxsin  həmin  hüququn  məzmununu  təşkil  edən  hüquqi  imkanları  (səlahiyyət­

ləri)  gerçəkləşdirməsi  başa  düşülür.  Söhbət  səlahiyyətli  şəxsin  tələb  etmək, 

müdafiə  və  istifadə  etmək  kimi  üç  hüquq  imkanını  (səlahiyyəti)  həyata  keçir­

məsindən  gedir.  Məsələn,  müəlliflik  hüququ  şəxsi  qeyri-əmlak  hüquqlarından 

biridir.  Müəllif (səlahiyyətli  şəxs)  tələb  edir  ki,  cəmiyyət  üzvləri  («hamı  və  hər 

kəs») onun  müəlliflik hüququnu  pozan  hərəkətlərdən  çəkinsinlər  (tələb  etmək 

hüquqi  imkanı).  Əgər  müəllifin  müəlliflik  hüququ  pozularsa,  onda  o,  pozul­

muş  hüququ  müdafiə edir (m üdafiə  etmək  im kanı).  Müəlliflik  hüququndan  is­

tifadə  etməklə  əsərin  yaradıcısı  olan  şəxs  cəmiyyətdə  özünü  müəllif kimi  tanı­

dır (istifadə  hüquqi  im kanı).

Subyektiv  şəxsi  qeyri-əmlak  hüquqlarının  həyata  keçirilməsi  müəyyən  bir 

proses deməkdir.  Bunun  nəticəsində  səlahiyyətli  şəxs malik olduğu  hüquqi  im­

kanlar (səlahiyyətlər) əsasında öz tələbat və ehtiyacını təmin  edir.

Səlahiyyətli  şəxs subyektiv  qeyri-əmlak  hüquqlarını  öz  mənafe  və  maraqla­

rını təmin  etmək üçün  həyata  keçirir.  Özü də  hüquqlar onun  istək və  mülahizə­

sinə görə  realizə olunur.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  həyata  ke ç irilm ə s in in   həm  üm um i,  həm 

də xüsusi  həddi  vardır.  Ümumi  hədd ondan  ibarətdir ki,  dövlət və  ictimai təh­

lükəsizliyin,  ictimai  qaydanın,  cəmiyyətin  sağlamlığının  və  mənəviyyatının  qo­

runması,  digər şəxslərin  hüquq  və  azadlıqlarının,  şərəf və  təmiz adının  müdafi­

əsi  üçün  zəruri  olduqda  mülki  hüquqlar  yalnız  qanunla  məhdudlaşdırıla  bilər 

(MM-in 6-cı maddəsinin  3-cü  bəndi).

Subyektiv  şəxsi  qeyri-əmlak  hüququnun  ümumi  həddinin  pozulmasına  h ü ­

quqdan  sui-istifadə  deyilir.  Hüquqdan  sui-istifadənin  formalarından  biri  şika- 

na  adlanır.  Şikana  dedikdə,  müəyyən  bir şəxsin  yalnız  və  yalnız  başqa  şəxsə 

ziyan  vurmaq  niyyəti  ilə  həyata  keçirdiyi  hərəkət  başa  düşülür  (MM-in  16-cı 

maddəsinin  1-ci  bəndi).  Məsələn,  telefonla  danışmaq  hər  kəsə  məxsus  olan 

qeyri-əmlak  hüququdur.  Əgər  şəxs  başqa  şəxsin  rahatlığını  pozmaq  məqsədi 

ilə  günün  müxtəlif  vaxtlarında  dəfələrlə  telefonla  zəng  edib  onu  hədələyər  və 

təhqir edərsə,  bu  hərəkət  şikana  hesab  edilir.  Belə  ki,  şəxsin  telefon  aparatın­

dan qəsdən başqa  şəxslərin  rahatlığını  pozmasına yol  verilmir.

Xüsusi  hədd  onunla  xarakterizə  olunur  ki,  şəxsi  qeyri-əmlak  hüquqlarının 

ayrı-ayn  növləri  qanunda  nəzərdə  tutulan  bəzi  hallarda  məhdudlaşdırıla  bilər. 

Məsələn,  yazışma,  telefon danışıqları,  poçt,  teleqraf və  digər  rabitə vasitələri  ilə 

ötürülən  məlumatın  sirrini  saxlamaq  hüququ  cinayətin  qarşısını  almaqdan  və  ya 

cinayət işinin istintaqı zamanı  həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bi-

40


lər’ .  Başqa  bir  misalda  fiziki  şəxsin  qanunla  müəyyənləşdirilmiş  qaydada  öz 

adını  dəyişdirmək hüququ vardır (MM-in  26-cı maddəsinin 4-cü bəndi).  Bununla 

ad hüququnun həyata keçirilməsinin xüsusi həddi müəyyən edilir.

Bununla  belə,  qanun  şəxsi  qeyri-əmlak  hüquqlarının  konkret  növlərinin hə­

yata  keçirilməsinin xüsusi  hədlərini müəyyən etmir, hüquq daşıyıcısı olan səla­

hiyyətli  şəxsin  mümkün  davranış  həddinin  özünü  qaydaya  salmır və  nizamla­

mır.  Qanun  yalnız  şəxsi  sferaya  kənar  şəxslərin  müdaxilə  etməsinin  və 

qarışmasının  sərhədlərini  müəyyənləşdirir

* 2


  (bu  cəhət  şəxsi  qeyri-əmlak 

hüquqlarının  həyata  keçirilməsinin xüsusiyyəti hesab edilir).  Əgər bu sərhədlər 

pozularsa,  onda  təqsirkar  şəxsə  mülki-hüquqi  sanksiyalar  (mülki-hüquqi  təd­

birlər)  tətbiq  olunur.  Məsələn,  şəxsin  həyatına,  fiziki  və  mənəvi  sağlamlığına 

qəsd  etmək  qadağandır3;  şəxsi  həyata  müdaxilə  etmək  qadağandır4;  öz razılı­

ğı  olmadan  kimsənin  şəxsi  həyatı  haqqında  məlumatın  toplanmasına,  saxlan­

masına,  istifadəsinə  və  yayılmasına  yol  verilmir5 və  s.  Göründüyü  kimi,  şəxsi 

sferaya  müdaxilə olunmağın  sərhədləri  müəyyənləşdirilir və əgər bu sərhədlər 

pozularsa,  təqsirkar şəxslər məsuliyyətə cəlb edilir.

Səlahiyyətli  şəxs  subyektiv  şəxsi  qeyri-əmlak  hüquqlarını  elə  həyata  keçir­

məlidir ki,  bu.  başqa  şəxslərin  hüquqlarını  pozmasın.

Fiziki  şəxslər  üçün  təkcə  subyektiv  qeyri-əmlak  hüquqları  müəyyənləşdiril­

mir.  Onların  həm  də  real  surətdə  həyata  keçirilməsinə  Konstitusiya  səviyyə­

sində  hüquqi təminat verilir.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  həyata  keçirilməsinin  başqa  bir  xüsusiyyəti 

də vardır.  Belə ki,  mülki hüquqlar,  bir qayda olaraq,  nümayəndənin (təmsilçinin) 

vasitə  və  köməyi  ilə  həyata  keçirilir.  Şəxsi qeyri-əmlak hüquqlanna  gəldikdə isə 

qeyd  etməliyik  ki,  onların,  adətən,  nümayəndənin  vasitəsilə  həyata  keçirilməsi 

mümkün olmur.  Bu,  onunla  izah  edilir ki,  şəxsi qeyri-əmlak hüquqları son  dərə­



cə şəxsi  xarakter daşıyır.  Məsələn, yaşamaq  hüququ, ad  hüququ, şərəf və lə­

yaqət  hüququ  və  digər  qeyri-əmlak  hüquqlarını  nümayəndənin  köməyi ilə  necə 

həyata  keçirmək olar? Bunu hətta təsəvvürə gətirmək mümkün deyildir.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin