Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 2.  Şərəf,  ləyaqət və işgüzar nüfuzun



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   54
§ 2.  Şərəf,  ləyaqət və işgüzar nüfuzun 

mülki-hüquqi  müdafiəsinin  həyata  keçirilməsi

Şərəf,  ləyaqət 

və işgüzar nüfuz 

mülki-hüquqi 

mühafizənin 

obyekti  kimi

Vətəndaşların  şərəf və  ləyaqəti  uzun  müddət yalnız ci­

nayət-hüquq  xarakterli  tədbirlərlə  müdafiə  edilmişdir. 

Lakin  müəyyən  müddət  keçdikdən  sonra  məlum  ol­

muşdur  ki,  cinayət-hüquqi  müdafiə  vasitələri  şərəf  və 

ləyaqəti  qorumaq  üçün  kifayət  etmir  və  yetərli  deyildir. 

Belə  ki,  sovet  dövrünün  cinayət  məcəllələri  şərəf  və 

ləyaqətin  hüquqi  mühafizəsini  həyata  keçirmək  üçün  bəzi  normalar,  məsələn, 

böhtana  görə  cinayət  məsuliyyəti  nəzərdə  tutan  norma  müəyyən  edirdi.  Lakin 

böhtan  subyektiv  cəhətdən  birbaşa  qəsdlə  xarakterizə  olunan  cinayət  tərkibi 

sayılırdı;  şərəf və  ləyaqət  isə  onları  ləkələyən  və  pozan  şəxsin  təqsirli bilinmə­

diyi  halda  da  müdafiə olunmağı tələb edirdi.

Bundan  əlavə,  böhtan  atan şəxsin cinayət qaydasında  mühakimə olunması 

heç də  həmişə zərərçəkən  şəxsin təmiz adını  bərpa etmirdi.  Çox vaxt məh­

kəmə  hökmü  şəxslərin  nəzərinə  çatdırılmırdı;  o şəxslərin  ki,  onlar böhtan atan 

tərəfindən  zərərçəkənin  şərəf və  ləyaqətinin  ləkələndiyini  bilirdilər.  Digər tərəf­

dən,  böhtan  atan  şəxsi  (şərəf və  ləyaqəti  ləkələyən  məlumatlar  yayan  şəxsi) 

bu və ya  digər səbəbə görə  (məsələn,  təqsiri olmadığına  və digər əsaslara gö­

rə)  mühakimə  etmək  mümkün  olmurdu.  Belə  halda  isə  zərərçəkən  öz  təmiz 

adını  bərpa  etmək  üçün  hüquqi  vasitə tapa  bilmirdi.  Ümumiyyətlə,  böhtan  atıl-

'  Гражданское праао. Учебник.  Часть  1/Под рсл. А.П.Сергееса. Ю.К.Толстого.  М-,  I99S, с.317; 

Гражданское право России.  Курс лекций. Часть общая/Отв.рсд. О М  Садиков, М., 2002, C.2S5.



2  Гражданское  право  России.  Часть  1/Под  рсл.  З.И.Цыбуленко.  М-,  1998,  с. 169:  Гражданское 

право.  Учебник. Том  1/Под рсл.  Е.А.Суханова.  М.,  1998, с .!69.

3 Гражданское право.  Учебник.  Часть  1/Под рсл.  Т.ИМ.иарионовой и др.  М.,  1998, с. 187.

1  Комментарий к Г К  РФ.  Часть  l /Пол рсд. ОМ.Садикова.  М.,  1999.

71


mış  şəxsin  təmiz  adı  bərpa  olunmurdu’ .  Buna  görə  də  cinayət  hüququ  və­

təndaşların  şərəf və  ləyaqətinin  m üdafiə  olunm asına  kifa yə t  qədər  tə m i­

nat vermirdi.

Böhtan  atan  şəxsi,  yəni  şərəf və  ləyaqəti  ləkələyən  məlumatlar yayan  təq­

sirkar şəxsi yalnız cəzalandırmaq  yox,  həm  də böhtan  atılmış şəxsin təmiz adı­

nı  bərpa  etmək  lazım  idi.  Bunu  isə  yalnız  mülki-hüquqi  müdafiə  üsulunun  kö­

məyi  ilə  etmək  olardı.  Axı,  m ülki-hüquqi  m üdafiənin  m əqsədi  pozulm uş 

mənafeyi  bərpa  etməkdən  ibarətdir.

Şərəf və  ləyaqəti  ləkələnmiş şəxsin  təmiz adını  bərpa  etmək  məqsədilə  60- 

cı  illərin  əvvəllərində  SSRİ  və  müttəfiq  respublikaların  mülki  qanunvericiliyinin 

Əsaslarına (1961) 7-ci  maddə daxil edildi2.  Bu  norma  demək olar ki, olduğu  ki­

mi  1964-1965-ci  il  sovet  dövrünün  bütün  mülki  məcəllələrində  də  nəzərdə  tu­

tulmuşdu.

Qeyd  etmək  lazımdır  ki,  şərəf və  ləyaqətin  mülki-hüquqi  müdafiəsi  barədə 

norma  sovet  hüquq  elmi  tərəfindən  hazırlanmışdı.  Həmin  normanın  mülki  qa­

nunvericiliyə  daxil  edilməsindən  xeyli  əvvəl  sovet  sivilist  alimləri  (E.A.Fleyşits, 

S.N.Bratus,  V.A.Ryasentsev.  S.Ə.Asknazi.  M.M.Aqarkov və  b.) göstərilən  nor­

manın vacibliyini,  mümkünlüyünü  və  məzmununu  əsaslandırmışdılar3.  Bu  nor­

ma  müstəsna  olaraq  sovet  insanının  şərəf və  ləyaqətini,  daha  doğrusu,  onun 

qeyri-əmlak  mənafelərini  daha  geniş  və  əhatəli  müdafiə  etmək  zərurətindən 

yaranmışdı.

Sovet dövrünün  1964-1965-ci il  mülki  məcəllələri  ilk dəfə olaraq şərəf və lə­

yaqətin  mülki-hüquqi  müdafiəsini  nəzərdə  tutdu.  Şərəf və  ləyaqət  də  daxil  ol­

maqla  şəxsiyyətin  mənafeləri  nəinki  cinayət  hüququ  (qanunvericiliyi)  ilə,  həm­

çinin  mülki  hüquqla  (qanunvericiliklə)  müdafiə olunmağa  başladı.

Müstəqil  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  şərəf  və  ləyaqətin 

müdafiəsi  barədə  sovet  hüquq  elminin  hazırladığı  və  sovet  mülki  məcəllələri­

nin nəzərdə tutduğu  normanı təsbit etmişdir.  Məcəllə  şərəf və  ləyaqətin,  habe­

lə  işgüzar  nüfuzun  müdafiəsi  barədə  xüsusi  norma  nəzərdə  tutur  (MM-in  23- 

cü  maddəsi). * 7

'  M.M.Агарков.  Предмет  и система советского  гражданского  права //Совегскос  государство  и 

право  1940, К : 8-9, с.67;  Веяявскии Л.В..Придаороа  П.А.  Охрана  чести  и достоинства  личности  в 

СССР. М..  1971. с.26.

Şərəf  və  ləyaqətin  mülki-hüquqi  müdafiəsi  barədə  norm anın  m ülki  qanunvericiliyə  daxil 



edilməsini  şərtləndirən  arqum entlər  barədə  bax.  Ф.пчацш!  EA.  Личные  права  в  гражданском 

нраве СССР и капиталистических стран.  М.,  1941, с.  147-148; Иоффе О.С.  Советское гражданское 

право.  М ..  1967, с.321; Ярощемко К.И.  Жили, и здоровье под охраной  закона. М .,  1990, с. 155.

Фяейщиц  ЕЛ  Личные  права  в  гражданском  праве  СССР  и  капиталистических  стран.  М.. 

1941.  с.  147-148;  Прошусь  С.И.  К  дискуссии  о  системе  права//Советское  государство  и  право 

1940, K i 8-9, с.203; В.Рясащев.  Неимущественный  интерес  в советском  гражданском  праве // Уче­

ные записки М Ю И, выи.1,  1939, с.22-49; С. А скиазий. Личные права должны защищаться судом от 

существенных  нарушений  //Советская  юстиция,  1939, №14;  М  М.Агарков.  Обязательства  из  при­

чинения  вреда //Проблемы  социалистического  права.  1939,  №1,  с.71;  М.М.Агарков.  Предмет  и 

система советского гражданского права. //Советское государство и право.  1940, №8-9, с.52-72.

72


Şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  şəxsiyyəti  xarakterizə 

edən  nemətlərdir.  Digər tərəfdən, onlar şəxsiyyətlə cə­

miyyət  arasında  yaranan  ictimai  münasibətləri  əks  et­

dirir.  Buna  görə  də  həmin  nemətlər  böyük ictimai əhə­

miyyətə  malik  olub,  mülki  qanunvericiliklə  pozulmaq­

dan qorunur.

Bazar  münasibətləri  şəraitində,  köklü  iqtisadi-siyasi  islahatlar  aparıldığı  və 

demokratik  dəyişikliklər həyata  keçirildiyi dövrdə şəxslərin  şərəf,  ləyaqət və iş­

güzar nüfuzunun  mülki-hüquqi  müdafiəsi xüsusi aktuallıq kəsb edərək, ictimai- 

siyasi əhəmiyyətə  malik olur.  Buna görə də şərəf və ləyaqətin müdafiəsi hüqu­

qu  Azərbaycan  Respublikasının  qüvvədə  olan  mövcud 

qanunvericiliyində 



konstitusion  prinsip səviyyəsinə yüksəlir.  Belə ki,  Konstitusiyanın 46-cı mad­

dəsinə  görə,  hər  kəsin  öz  şərəf  və  ləyaqətini  müdafiə  etmək  hüququ  vardır. 

Mühüm  əhəmiyyət  kəsb  edən  bu  konstitusion  müddəa  hüququn  müxtəlif sa­

hələri,  o cümlədən  mülki  hüquq tərəfindən həyata keçirilir.

Şərəf  və  ləyaqətin  müdafiəsi  barədə  mülki  hüquq  normalarının  məna  və 

məzmununu  düzgün  başa  düşülməsində,  habelə  praktikada  həmin normaların 

eyni  qaydada  tətbiq  olunmasında  məhkəmə  plenumu  qərarlarının  böyük 

əhəmiyyəti  vardır.  Sovet  dövründə  bu  məsələ  barədə  iki  dəfə  (1971-ci  ildə 

və  1989-cu  ildə)  SSRİ  Ali  Məhkəməsinin  Plenumu  qərar qəbul  etmişdi'.  Düz­

dür.  hal-hazırda  həmin  qərarlar  öz  hüquqi  qüvvəsini  itirmişdir.  Amma  onların 

bir  sıra  müddəaları  indiki  şəraitdə  öz  əhəmiyyətini  itirməyərək  aktuallığı­

nı  saxlayır.

Müasir  dövrdə  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun  müdafiəsi  barədə  mülki 

qanunvericiliyin  mənasını  düzgün  başa  düşmək  üçün  RF-in  Ali  Məhkəməsinin 

18 avqust  1992-ci  il tarixli  plenum  qərarı  mühüm  rol oynayır* 2.  Bu  məsələ  barə­

sində  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  də  Plenum  qərarı,  habelə 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  müvafiq qərarı vardır3.

Şərəf,  ləyaqət  və  işgüzar nüfuzun  mülki-hüquqi  müdafiəsinin  mahiyyəti  nə­

dən  ibarətdir?  Qeyd  etmək  lazımdır ki,  şərəf,  ləyaqət  və  işgüzar  nüfuz hər bir 

şəxsə  məxsus  olan  vacib  qeyri-maddi  nemətlərdir  (və  ya  mənəvi  dəyərlərdir). 

Hər hansı  vətəndaş fiziki  şəxsin  həmin  nemətlərini  ləkələyən,  həqiqətə  uyğun 

və  doğru  olmayan  məlumatlar yaya  bilər.  Bunun  nəticəsində fiziki şəxsin şərə-

'  NocTUHofittcııın:  Пленума Верховного Сула СССР от  17 лскабрх  1971  г.  <*0 применении  в су- 

лобной  практике ст.  7 Оспой гражданского законолатсльстпа СССР и союзных республик о мши­

те мести  и достоинства  граждан  и организаций» //Бюллетень Верх.Сула СССР.  1972, А»  1; Поста­

новление Пленума Верховного Сула СССР «О применении в судебной практике ст. 7 Основ граж­

данского  законодательства СССР  и  союзных  республик о  мшите  мести  и достоинства граждан  и 

организаций» от  1989 гУ/Бюллстснь Всрх.Суда СССР.  1989, № 3.

2 Постановление  Пленума  Верховного Суда РФ от  18 aBiycra  1992  г.  «О некоторых  вопросах, 

возникающих  при  рассмотрении  судами дел о защите  мести  и достоинства  граждан  и орга-ним- 

пий» (Бюллетень Верх.  Суда РФ  1992, А»  11).

3  «Şərəf  və  ləyaqətin  m üdafiəsi  barədə  qanunvericiliyin  məhkəmələr  tərəfindən  tətbiq  edil­

məsi  təcrübəsi  haqqında».  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsi  Plenumunun  14  may 

1999-cu  il  tarixli  qərarı;  Azərbaycan  Respublikası  Konstitusiya Məhkəməsinin Azərbaycan Res­

publikası  Mülki  Məcəlləsinin  21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair 31  may 2002-ci il 

arixli qərarı.



Şərəf,  ləyaqət və 

işgüzar nüfuzun 

mülki-hüquqi 

müdafiəsinin 

mahiyyəti

73


fı,  ləyaqəti  və  ya  işgüzar  nüfuzu  pozulur.  Belə  halda  təkzibetm ə  kim i  qeyri- 

əmlak xarakterli xüsusi  m ülki-hüquqi  m üdafiə üsu lu   tətbiq edilir və bunun­

la pozulmuş nemət müdafiə olunur,  pozulmuş mənafe  bərpa  edilir'.  Şərəf,  lə­

yaqət  və  işgüzar  nüfuz  kimi  nemətlərin  mülki-hüquqi  müdafiəsinin  mahiyyəti 

də  məhz  bundan  ibarətdir.  Məsələn,  ali  məktəb  müəlliminin  əldə  etdiyi  lotere­

ya  uduşa  düşür.  Uduşdan  əldə  olunan  gəlir hesabına  o,  xarici  markalı  bahalı 

minik avtomobili alır. Jurnalistlərdən  biri qəzetdə yazır ki,  müəllim  sessiyalarda 

tələbələrdən  yığdığı  pul  hesabına  minik avtomobili  almışdır.  Bununla  o,  müəlli­

min  şərəf  və  ləyaqətini  ləkələyən,  həqiqətə  uyğun  gəlməyən  məlumat  yayır. 

Müəllim  onun  şərəf və  ləyaqətini  ləkələyən  məlumatın  məhkəmə  qaydasında 

təkzib olunmasını tələb edir.  Məhkəmə həmin tələbə  baxaraq  müəllim  barəsin­

də yayılmış  həqiqətə  uyğun  olmayan  məlumatın  təkzib olunması  haqqında  qə­

rar qəbul edir.  Həqiqətə  uyğun  olmayan  məlumat qəzetdə yayıldığına  görə  hə­

min  qəzetdə  də  təkzib  edilir.  Bu  üsulla  müəllim  öz  şərəf və  ləyaqətinin  mülki- 

hüquqi  müdafiəsini  həyata  keçirir.

Başqa  bir  misalda  vətəndaş  televiziya  vasitəsilə  həqiqətə  uyğun  və  doğru 

olmayan  belə  bir  məlumat  yayır  ki,  guya  şəhər xəstəxanasının  həkimi  düzgün 

diaqnoz qoymur, xəstələri  düzgün  müalicə etmir və  onları  aldadır və s.  Bunun­

la  o,  həkimin  işgüzar  nüfuzunu  ləkələyən  məlumatlar  yayır.  Həkim  özünün  iş­

güzar nüfuzunu müdafiə etmək üçün  həmin məlumatların  məhkəmə  qaydasın­

da  təkzib olunmasını  tələb edir.  Məhkəmə  tələbə  baxaraq  təkzib  olunma  ba­

rədə  qərar qəbul edir.  Həmin  məlumat televiziya vasitəsilə də təkzib olunur.



§ 3.  Şərəf,  ləyaqət  və  işgüzar 

nüfuzun  müdafiəsində istifadə olunan 

mülki-hüquqi  üsullar

Hər  bir şəxsin  şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  hüquqla- 

nnı,  əgər həmin  hüquqlar pozularsa,  müdafiə  etmək hü- 

mulkı-huquqı 

qUqU varc)lr  M üdafiə  hüququ  dedikdə,  hüquq  sahibinə 

mu  a 


 

usu  arı 



^ ü q u q   daşıyıcısına,  səlahiyyətli  şəxsə)  öz  pozulmuş 

şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  hüquqlarını  bərpa  etmək  məqsədilə  hüquqqo- 

ruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən  imkan  başa  düşülür.

Müdafiə  predm etini  subyektiv  şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  hüquqları 

təşkil  edir.  Bununla yanaşı,  bəzən  mənafe  də  müdafiə  predmeti ola  bilər.  Belə 

ki,  subyektiv  şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  hüquqları  şəxsi  hüquqlardır  və 

buna  görə  də  onlar  şəxsin  (hüquq  sahibinin)  ölümü  ilə  ləğv  edilir,  əmlak  hü­

quqlarından  fərqli  olaraq  vərəsələrə  keçmir.  Şəxsin  ölümündən  sonra  onun 

şərəf və ləyaqəti qoruna  (müdafiə oluna) bilər.  Belə  halda  müdafiənin  predme- 1



O.C.Иоффе haqlı olaraq yazır ki.  şərəf və ləyaqət üm um i  m üdafiə  üsulu  ilə yox,  xüsusi  mü­

dafiə üsulu ilə, yəni təkzibetmə ilə müdafiə olunur (bax:  Иоффе O.C  Советское гражданское пра­

во.  M.,  1967, c.320).  Təkzibetmə  hüquq  ədəbiyyatında göstərildiyi  kimi,  xüsusi  m ülki-hüquqi m ü­

dafiə  üsuludur  (Гражданское  право  России.  Курс  лекций.  Часть общая/отв.рсд.  О.Н.Садикоо,  М., 

2001,  с.285;  Гражданское  право.  Учебник.  Часть  1/Под  рсд.  Л.П.Сергеева,  Ю.К.Толстого.  М., 

I998.C.3I7).

74


tini ictimai əhəmiyyəti olan mənafe təşkil edir.

Müdafiə hüququnun  subyekti rolunda ilk növbədə, şərəf,  ləyaqət və işgü­

zar nüfuz hüququnun daşıyıcısı (sahibi) olan şəxsin özü çıxış edir.  Bununla bə­

rabər,  digər maraqlı  şəxslər də (məsələn,  ailə üzvləri,  vərəsələr,  yaxın qohum­

lar və  s.) başqasının  pozulmuş şərəf,  ləyaqət və işgüzar nüfuz hüquqlarını mü­

dafiə edə  bilərlər.

Qeyd etdiyimiz kimi,  şərəf,  ləyaqət və işgüzar nüfuz hüquqlan öz hüquqi tə­

biətinə  görə  subyektiv  mülki  hüquqlardır.  Buna  görə  də  onlar  subyektiv  mülki 

hüquqların  müdafiəsində  istifadə  olunan  üsulların  köməyi  ile  qoruna  (müdafiə 

oluna)  bilər.  Həmin  üsulları iki yerə bölmək olar:

•   ümumi  mülki-hüquqi  müdafiə üsulları;

•   xüsusi  mülki-hüquqi  müdafiə üsulları.

Ümumi  mülki-hüquqi  müdafiə  üsulları  dedikdə,  məcburi  xarakterli  elə 

tədbirlər başa  düşülür ki,  bu tədbirlərin vasitəsilə  pozulmuş istənilən subyektiv 

mülki  hüququ  bərpa  etmək  olar.  Onların  həm  də  şərəf,  ləyaqət və  işgüzar  nü­

fuz hüquqlarının  müdafiəsində tətbiqi mümkündür.  Belə  üsullara aiddir:

•   zərərin əvəzini ödəmə;

•   mənəvi zərərin  kompensasiyası;

•   hüquqları  pozan  hərəkətlərin  qarşısının alınması.

Göstərilən  müdafiə  üsullarının  şərəf,  ləyaqət və  işgüzar nüfuz hüquqlannın 

müdafiəsində  istifadə  edilməsinin  xüsusiyyətləri  ilə  fəslin  sonuncu  paraqrafın- 

da  tanış olacağıq.



Xüsusi 

mülki-hüquqi 

müdafiə  üsulları

Şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  hüquqlarının  müdafiə­

sində  həm  də  xüsusi  üsullar  tətbiq  edilə  bilər.  Xüsusi 

üsullarla  yalnız şəxsi  qeyri-əmlak  hüquqları,  xüsusən də 

hər  şeydən  əvvəl,  şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  hü­

quqları  müdafiə olunur.



Xüsusi  mülki-hüquqi  müdafiə  üsulları  odur  ki,  bu  üsullar  yalnız  şəxsi 

qeyri-əmlak  hüquqlarının,  ilk növbədə,  şərəf,  ləyaqət və  işgüzar nüfuz  hüquq­

larının  qorunması  üçün  nəzərdə  tutulur'.  Azərbaycan  Respublikasının  mülki 

hüququ  bir neçə  belə  üsul  müəyyən  edir (MM-in  23-cü  maddəsi).  Həmin üsul­

lara aiddir:

•   təkzibetmə;

•   yayılmış  məlumatların  məhkəmə tərəfindən  yalan  məlumat  kimi tanınma­

sı;


•   cavabı dərc etdirmə.

Göstərilən  üsulları  belə bir ümumi əlamət birləşdirir ki, onların hamısı qeyri- 

əm lak  xa ra kte rli  ü sullardır.  Fəslin axırıncı paraqraflarında  məhz Həmin üsul­

ların əsas cəhətləri  ilə tanış olacağıq.

'  Иоффе  О.C.  Советское гражданское право. M.,  1967, с. 320.

75


§ 4. Təkzib olunma  münasibətlərində 

iştirak edən  subyektlər və həmin  münasibətlərin 

yaranma  əsası

Təkzib  olunma  kimi  xüsusi  mülki-hüquqi  müdafiə 

Təkzib olunmanı 

üsulunun  tətbiqi zamanı  müəyyən  münasibət yara- 

tələb etmək 

nır kj  həmin  münasibətdə  iştirak  edən  şəxslər tək-

hüququnun  subyekti 

2İb  olunma  subyektləri  adlanır.  Təkzib  olunma 

subyektləri  dedikdə,  iki  kateqoriya  şəxs  başa  düşülür.  Bunlardan  biri  təkzib 

olunmanı  tələb  etmək  hüququnun  subyekti  adlanır.  Digəri  isə  təkzibetməyə 

borclu olan,  yəni  təkzib etmək vəzifəsi daşıyan  subyektdir.

Təkzib  olunmanı  tələb etmək  hüququnun  subyekti  dedikdə,  özünün  po­

zulmuş  nüfuzunun  müdafiəsi  üçün  məhkəməyə  iddia  ilə  müraciət  etmək  səla­

hiyyəti  olan  şəxs  başa  düşülür.  O,  şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  barəsində 

mülki  iş  üzrə  iddiaçıdır.  Məhz həmin  şəxsin  şərəfini,  ləyaqətini  və ya  işgüzar 

nüfuzunu  ləkələyən,  doğru və həqiqətə uyğun olmayan  məlumatlar yayılır.

Şərəf,  ləyaqət və  işgüzar nüfuz barəsində  mülki  işlər üzrə  məhkəmədə 

iddiaçı  qismində  həm  fiziki  şəxslər,  həm  də  təşkilatlar  çıxış  edə  bilərlər.  Elə 

dərhal  buradaca  qeyd  etməliyik  ki,  təşkilatların  yalnız  işgüzar  nüfuz  barə­

də  işlər üzrə  iddiaçı  olması  mümkündür'.  Sovet  dövrünün  qanunvericiliyinə 

görə  isə,  təşkilatlar  şərəf  və  ləyaqətin  müdafiəsi  barədə  işlər  üzrə  də  iddiaçı 

rolunda çıxış edə bilərdi.

Hüquq  ədəbiyyatında  haqlı  olaraq  göstərildiyi  kimi,  qanunda  (yəni  RF  MM- 

in  152-ci  maddəsində;  analoji  maddə  bizim  ölkənin  MM-də  də  nəzərdə  tutul­

muşdur)  yalnız  vətəndaşların  (hüquqi  şəxsin  yox)  şərəf  və  ləyaqətinin 

m üdafiəsi  nəzərdə  tutulur;  işgüzar  nüfuzun  müdafiəsi  isə  həm  vətəndaş­

lara,  həm  də hüquqi  şəxslərə aiddir1

 2.

İddiaçı kimi çıxış etməsi  üçün təşkilatın  hüquqi  şəxs  statusuna  (hüququ­

na)  malik  olması  tələb  edilir.  Əgər  onun  hüquqi  şəxs  statusu  yoxdursa, 

məhkəmədə iddiaçı qismində  çıxış edə  bilməz.  Məhz  bu  səbəbdən,  əgər ləkə- 

ləyici  məlumatlar  təşkilatın  struktur  bölmələrinin  (onların  hüquqi  şəxs  statusu 

yoxdur)  mənafeyinə,  məsələn,  təşkilatın  şöbə,  idarə,  laboratoriya,  sex,  filial, 

nümayəndəliyin və s.  mənafeyinə toxunarsa, onlar məhkəməyə iddia ilə  müra­

ciət  edə  bilməzlər.  Belə  hallarda  iddiaçı  kimi  həmin  bölmələrin  aid  olduğu  təş­

kilatın  (onun  hüquqi  şəxs  statusu  vardır)  özü  çıxış  edir.  Bu,  məlum  məsələdir, 

çünki  mülki  qanunvericilikdə  ifadə  olunan  göstərişə  görə  yalnız  hüquqi  şəxs 

statuslu  qurumlar  məhkəmədə  iddiaçı  olmaq  hüququna  malikdir (MM-in 43-cü 

maddəsi).

İddiaçı  kimi  məhkəməyə  müraciət  etməsi  üçün  fiziki  şəxsin  tam  mülki  fəa­

liyyət  qabiliyyətli  olması,  yəni  18  yaşına  çatması  tələb  edilir.  Əgər fiziki  şəxsin

1  Moskva  atimlarindən  Şerstobilovun  belə  bir  fikri  dəqiq  söylənilm əm işdir  ki,  gııya  şərəf və 

ləyaqətin  müdafiəsi  barədə  işlər  üzrə  təşkilatlar  məhkəm əyə  m üraciət  edə  bilər  (Гражданское

право.  Учебник. Часть  1/Полрсл. Е.Л.Сухачова.  М.,  1998, с.738).

Гусе Л I I   Гражданское право.  Учебник. Том  I. М., 2003, с. 191; Гусе А.II.  Комментарий  к час­

ти  первой Гражданского кодекса Российской Фслсраиии (постатейный).  М., 2000, с.289.

76


tam  mülki  fəaliyyət  qabiliyyəti  yoxdursa,  o,  müstəqil  surətdə  şərəf,  ləyaqət və 

işgüzar  nüfuzun  müdafiəsi  barədə  məhkəməyə  iddia  verə  bilməz.  Yalnız tam 



mülki  fəaliyyət  qabiliyyətli  şəxslər  məhkəmədə  iddiaçı  olmaq  hüququna 

malikdirlər. Bu,  məlum  məsələdir.  Belə ki, fiziki şəxslərin  prosessual fəaliyyət 

qabiliyyəti  (yəni  fiziki  şəxsin  öz  mülki  prosessual  hüquqlarını  bilavasitə  məh­

kəmədə  həyata  keçirmək  qabiliyyəti) tam  həcmdə  onlann  18 yaşa  çatması ilə 

yaranır'.



Emansipasiyalaşmış  fiziki  şəxslərə  gəldikdə  isə  qeyd  etmək  lazımdır ki, 

18  yaşa  çatmalarına  baxmayaraq,  onlar  tam  mülki-hüquqi  status  əldə  edən 

şəxslərdir.  Məhz bu  səbəbdən onlar şərəf,  ləyaqət və işgüzar nüfuzun müdafi­

əsi  barədə  işlər üzrə  məhkəmədə  bilavasitə,  müstəqil  surətdə iddiaçı ola bilər­

lər* 2.  ö z   şərəf  və  ləyaqətinin  müdafiəsinə  ehtiyacı  olan  qismən  mülki  fəaliy­

yət  qabiliyyətli  şəxslərin  (7  yaşından  14  yaşadək  yetkinlik yaşına çatmayan 

şəxslərin),  habelə fəaliyyət qabiliyyəti olmayan  azyaşlıların (7 yaşadək azyaş­

lıların)  mənafelərini  məhkəmədə  onların  qanuni  nümayəndələri,  yəni  vali­

deynləri,  əgər övladlığa  götürülmüşlərsə,  övladlığa  götürənlər,  onlar üzərin­

də qəyyumluq  müəyyən edilmişsə,  qəyyumları  ifadə edirlər.  Məlum  məsələdir 

ki,  həmin  kateqoriya  şəxslər  tam  mülki  prosessual  fəaliyyət  qabiliyyətli  olma­

dıqlarına  görə  məhkəmədə  bilavasitə,  müstəqil  surətdə  iddiaçı  ola  bilməzlər, 

Məsələn,  orta  məktəbin  dördüncü  sinfində oxuyan şagirdə (və ya uşaq bağça­

sına  gedən  azyaşlıya)  verilən  xasiyyətnamədə  onu  ləkələyən  məlumat  yayılır. 

Belə  halda  həmin  məlumatın təkzib olunmasını  məhkəmə  qaydasında  şagirdin 

(azyaşlının) özü yox,  onun  qanuni  nümayəndəsi olan valideynləri tələb edə bi­

lərlər3.

Nisbi  (natamam)  mülki  fəaliyyət  qabiliyyətli  şəxslər (14 yaşdan  18 yaşa 

kimi  yetkinlik  yaşına  çatmayan  şəxslər)  də  öz  şərəf  və  ləyaqətinin  müdafiəsi 

ilə  bağlı  işlər  üzrə  məhkəmədə  bilavasitə,  müstəqil  surətdə  iddiaçı  ola  bilməz­

lər.  Bu  kateqoriya  şəxslərin  şərəf  və  ləyaqətinin  müdafiə  edilməsinə  zərurət 

yarandıqda,  onların  mənafelərini  məhkəmədə  valideynləri,  övladlığa  götü­

rənlər və ya  himayəçilər  ifadə  edirlər.

’  Гражданский процесс. Учсбннк/Отп. рсд. Н А   Чечина.Д М   Чечет  М.,  1968. с.67.

2  Гражданское право.  Учебник. Том  1/Полрсд. Е.А.Суханова.  М..  1998. с.738.

3  Hüquq  ədəbiyyatında  belə  bir  fikir  söylənilir  ki,  14  yaşdan  başlayaraq  vətəndaşlar  mülki 

qanunvericilik  üzrə  şərəf və  ləyaqətin  müdafiəsi ilə  bağlı  münasibətlərdə qismən  fəaliyyət qabi­

liyyətli  hesab  edilm əlidirlər.  Buna görə  də göstərilir ki.  14  yaşına  kimi yetkinlik yaşına çatmayan 

şəxslərin  şərəf  və  ləyaqətini  ləkələyən  məlumatlar  məhkəmə  qaydasında  onların  valideyn  və 

qəyyumlarını  ləkələyən  m əlum atlar kimi  təkzib edilə  bilər (Белявский А В .  Придворое Н  А  Охра­

на чести  и достоинства личности в СССР.  M.,  I97I, с.44).  Hesab edirik  ki,  yuxarıda  söylənilən  fi­

kirlər dəqiqlikdən  uzaqdır.  Belə ki.  şəxsin  dəqiq  hansı yaşdan  şərəf və  ləyaqət  hüququna  malik 

olması  barədə danışmaq,  bu  hüququn dəqiq əmələ gəlmə anını müəyyən etmək  məntiqsizlikdir 

Digər tərəfdən,  şəxsin doğulduğu  andan dərhal şərəf və ləyaqət  hüququna malik olması barədə 

fikir  söyləmək  də  həqiqətdən  uzaqdır.  Ona  görə  ki.  şərəf və  ləyaqət  şəxsin  davranışına  əxlaqı 

qayda  və  norm alar  (tələblər)  baxımından  verilən  mənəvi  qiymətdir.  Bizim  fikrimizcə.  azyaşlının 

şərəf və  ləyaqət  hüququ  onun,  necə  deyərlər,  «ağlının  kəsməyə  başladığı  vaxtdan»  əmələ gə­

lir.  Məsələn,  uşaq  bağçasına  gedən  azyaşlının,  orta  məktəbdə  oxuyan  şagirdin  şərəf və  ləya­

qət  hüququndan  danışmaq  olar.  Amma  şərəf  və  ləyaqətin  ayn-ayn  elementləri  (tərəfləri)  eyni 

vaxtda yox. m üxtəlif vaxtlarda əmələ gəlir.

77


Ruhi  xəstəliyə  və  ya  ağıl  zəifliyinə  görə  fə a liyyə t  q a b iliy y ə tli  sayılm a­

yan  şəxslər də məhkəmədə  müstəqil  surətdə,  bilavasitə  iddiaçı  ola  bilməzlər. 

Əgər bu  kateqoriya  şəxslərin  şərəf və  ləyaqəti  pozularsa,  məhkəmədə  iddiaçı 

qismində onların  qəyyumları  iştirak edirlər.

Spirtli  içkilərdən  və  ya  narkotik  vasitələrdən  sui-istifadə  etməsinə  və  başqa 

hala  görə  məhkəmə  tərəfindən  m əhdud  fəaliyyət  q a b iliy y ə tli  hesab  olunan 

şəxslərin  şərəf və  ləyaqətinin  müdafiəsini  məhkəmədə  onlann  him ayəçiləri 

həyata  keçirirlər.

Bəzən  fiziki  şəxsin  şərəf və  ləyaqətini  ləkələyən  məlumatlar onun  ölümün­

dən  sonra  yayılır.  Belə  hallarda  həmin  şəxsin  şərəf  və  ləyaqətini  müdafiə  et­

mək, eləcə də  məhkəmə qaydasında  müdafiə etmək mümkündürmü? Axı,  fizi­

ki  şəxs  ölmüşdür  və  ölümü  ilə  onun  subyektiv  şəxsi  qeyri-əmlak  hüquqları  (o 

cümlədən  şərəf  və  ləyaqət  hüququ)  əmlak  hüquqlarından  fərqli  olaraq  vəsiy­

yət  üzrə  vərəsələrə  keçmir,  ləğv  olunur  (məlum  olduğu  kimi,  ölümü  ilə  vətən­

daşın  şəxsi  hüquqları  ləğv edilir).  Əgər mümkün  olarsa,  ölmüş  fiziki  şəxsin  şə­

rəf və ləyaqətinin  müdafiəsini  kimlər həyata  keçirə  bilərlər?

Qeyd  etmək  lazımdır ki,  şərəf və  ləyaqət  hüququ  şəxsi  qeyri-əmlak  hüquq­

ları sırasına daxildir.  Bu  növ hüquqlar isə müddətsiz müdafiə olunur,  yəni onla­

rın  müdafiə  edilməsi  müddətlə,  vaxtla  (zamanla)  məhdudlaşdırılmır.  Buna  gö­

rə  də  qanun  göstərir  ki,  fiziki  şəxsin  şərəf  və  ləyaqətinin  müdafiəsinə  onun 

ölümündən  sonra  da  yol  verilir  (MM-in  23-cü  maddəsinin  1-ci  bəndi)'.  Belə 

halda  şərəf və  ləyaqət  hüququ  subyektiv  hüquq  kimi  yox,  (axı,  o,  fiziki  şəxsin 

ölümü ilə  ləğv olunmuşdur),  ictim ai  əhəm iyyətli  m ənafe və  h ü q uq i  fa k t kim i 

müdafiə olunur.  1964-cü il  MM-də  belə  normaya  rast gəlmirik.  Lakin  keçən əs­

rin  70-80-ci  illərində  sovet  dövrünün  hüquq  ədəbiyyatı  səhifələrində  ölmüş 

şəxsin  şərəf və  ləyaqətinin  müdafiə  olunmasının  mümkünlüyü  geniş  müzakirə 

predmetinə çevrilmişdi2.

Ölmüş  fiziki  şəxsin  şərəf və  ləyaqətini  müdafiə etmək  barədə  məhkəmə  id­

diasını  isə  istənilən  maraqlı  şəxs  verə  bilər.  Maraqlı  ş ə xslə r  dedikdə,  ilk  növ­

bədə,  ölən fiziki  şəxsin  qohumları,  onun  ailə  üzvləri  başa  düşülür3.  Söhbət ay­

dın  məsələdir  ki,  ölmüş fiziki  şəxsin  vərəsələrindən  (ər-arvadından,  uşaqların­

dan,  valideynlərindən və  s.) gedir.  Bundan əlavə,  ölmüş fiziki  şəxsin  hələ sağ­

'  Tanınmış  rus  şairi  Sergey  Yeseninin  bacısı  nə  vaxtsa  öz  qardaşının  şərəf  və  ləyaqətinin 

müdafiəsini  məhkəmə qaydasında  tələb etmişdi  və onu  ləkələyən  m əlum atların  təkzib edilm əsi­

nə  nail  olmuşdu.  Bundan  əlavə,  vətəndaş  Ş.  yazıçı  A.-ya  və  «Literatum aya  qəzetanya  qarşı 

I.V.Slalinin  şərəf və  ləyaqətinin  m üdafiəsi  barədə  Moskva  şəhərinin  Dzerjinski  rayon  xalq  m əh­

kəməsində iddia vermişdi (Литературная газета,  I9 8 7 ,23 декабря; Известия,  19S8.23 сентября).

Белявский  А.В.,  Придворов  НА.  Охрана  чести  и  достоинства  личности  в  СССР.  M.,  1971. 

с.89;  Трубников  П.  Гражланско-правовая  защита  чести  и достоинства  гражданина // Социалисти­

ческая  законность.  I974, №  3;  Малсин И.С.  Охрана  прав  личности  советским законодательством. 

M.,  1985, с.35; Ярощенко К  Б. Жизнь и здоровье под охраной  закона.  М.,  1990, с. 165. Q eyd etmək 

lazımdır ki,  bu  m əsələ  ilk dəfə olaraq öz  həllini  SSRİ  Ali  Məhkəm əsi  Plenum unun  2  m art  1989- 

cu il tarixli qərannda tapmışdır.

Бюллетень Верховного Суда СССР,  1979, № б, с.21; Советское гражданское  право.  Учебник. 



Том  1/Под ред. О.А.Красавчикова.  М.,  1985, с.203; Гражданское право.  Учебник.  Часть  1/Под рсд. 

Т. И.Илларионовой и др.  М.,  1998, с .188.

78


lığında  ikən təsisçisi olduğu (təsis etdiyi) hüquqi şəxs d ə ', yaratdığı şərikli əsə­

rin şərik  müəllifləri  də* 2 maraqlı şəxs kimi məhkəməyə iddia verə bilərlər.

Maraqlı  şəxslər tərəfindən ölmüş fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsi 

istənilən  vaxt  mümkündür.  Müdafiənin  həyata  keçirilməsinə  iddia  müddəti 



haqqında  qayda  mane  ola  bilməz.  Ona  görə  ki,  şərəf  və  ləyaqət  hüququ 

şəxsi qeyri-əmlak  hüququdur və mülki qanunvericiliyə görə, bu hüquqların mü­

dafiəsi  haqqında  tələblərə,  yəni  şərəf  və  ləyaqətin  pozulmasından  əmələ 

gələn  tələblərə  iddia  müddəti  şamil  edilmir (MM-in  384-cü  maddəsinin  1-ci 

bəndi).  Hüquq  ədəbiyyatında3 və  məhkəmə plenumu  qərannda4 da  məsələyə 

məhz  bu  cür  yanaşılır.  Buna  görə  də  maraqlı  şəxslər  iddia  müddətindən  asılı 

olmayaraq  ölmüş  fiziki  şəxsin  şərəf  və  ləyaqətinin  müdafiəsini  həyata  keçirə 

bilərlər.

Maraqlı  şəxslər  ölmüş  şəxsin  şərəf  və  ləyaqətini  müdafiə  etməklə  nəinki 

onların  xatirəsi  qarşısında  öz  mənəvi  borclarını  yerinə  yetirirlər,  habelə  özləri­

nin  mənafelərini  qoruyurlar.  Şübhəsiz  ki,  vətəndaşa  yaxın  olan  insanların  tə­

miz  adı  onun  şərəf  və  nüfuzuna  təsir  göstərir.  Vətəndaşın  şərəf  və  ləyaqəti 

ona yaxın olan ölmüş şəxsin adı və  nüfuzu ilə sıx surətdə bağlıdır.



Təkzib etmək vəzifəsinin  subyekti  dedikdə,  şəxsin şərə­

fi,  ləyaqəti  və  işgüzar  nüfuzunun  müdafiəsi  barədə  işlər 

üzrə  cavabdeh  başa  düşülür.  Söhbət  şəxsin  şərəfi,  ləya­

qəti  və  işgüzar  nüfuzunu  ləkələyən  məlumatların  təkzib 

olunması  barədə  iddia  üzrə  cavabdehdən  gedir.  Cavabdeh  qismində  məhkə­

mə  prosesinə  o  şəxs  cəlb  edilə  bilər  ki,  həmin  şəxs  başqa  şəxsin  şərəf,  ləya­

qət  və  işgüzar  nüfuzunu  ləkələyən  məlumatlar  yaymış  olsun.  Deməli,  təkzi- 

betmə  vəzifəsinin  subyekti  dedikdə,  bu  və  ya digər  şəxsin  şərəf,  ləyaqət 

və  işgüzar nüfuzunu  ləkələyən  məlumatları  yayan  şəxs  başa  düşülür.

Cavabdeh  qismində  şərəf,  ləyaqət və işgüzar nüfuzun  müdafiəsi  barədə iş­

də iştirak etməyə  həm fiziki  şəxslər,  həm də  hüquqi şəxslər cəlb edilə bilərlər.

Fiziki  şəxsin cavabdeh  kimi  işdə  iştirak etməsi üçün onun  prosessual  fəa­



liyyət  qabiliyyətli  olması  tələb  edilir ki,  həmin  qabiliyyət  18 yaşdan  yaranır. 

Məhz  bu  andan  onlar  məhkəmədə  tərəf  kimi  çıxış  edə  bilərlər.  Söhbət  mülki 

işin  (mülki  prosesin)  tərəflərindən  gedir.  Cavabdeh  isə  mülki  prosesin  (mülki 

işin)  tərəflərindən  biridir5.  Deməli,  şərəf,  ləyaqət  və  işgüzar nüfuzun  müdafiəsi 

barədə  işlərdə  fiziki  şəxsin  cavabdeh  qismində  iştirak  etməsi  üçün  onun 

18 yaşa  çatması  tələb olunur.

Hüquqi  şəxslərə  gəldikdə  isə  qeyd edə  bilərik  ki,  mülki  qanunvericilikdə  ifa­

də  olunan  göstərişə  görə,  yalnız  hüquqi  şəxs  statuslu  qurumlar  məhkəmədə

’  Гусе A.H.  Гражданское право.  Учебник. Том  I. M., 2003, C.I9I; Комментарий к части  первой 

Гражданского Кодекса Российской Федерации. М.. 2000, с.289.

2 Гражданское право.  Учебник. Том  l /Под рсд. Е.А.Суханова  М.,  1998, C.2S9.

3  Советское  гражданское  право.  Учебник.  Том  I/Под рсд.  В.П.Грибанова.  С.М.Корнеева.  М , 

1979, с. 199; Гусе А.Н.  Гражданское право. Учебник. Том  1. М-, 2003, с. 192.

4  Пункт 7 постановления  Пленума  Верховного Суда РФ от 20 декабря  1994  г. №  10.  «Некото­

рые  вопросы  применения законодательства о компенсации морального врсда»//Судсбная  практи­

ка по гражданским делам. М., 2001, с. 188.

5 Гражданский  процесс.  Учебник/ Под рел. Н.А.Чечшю.ДМ.  Чечет.  М.,  1968, с.67,68,69.

79

Təkzib etmək 

vəzifəsinin 

subyekti


cavabdeh olmaq  hüququna  malikdir (MM-in 43-cü  maddəsinin  1-ci bəndi).

Cavabdeh  qismində  işdə  iştirak  etməyə  cəlb  oluna  bilən  hüquqi  şəxslərə 

kütləvi  informasiya  vasitəsinin  redaksiyasını  (məsələn,  mətbuat  orqanının  re­

daksiyasını),  nəşriyyatı,  kinostudiyanı,  efir və  ya  kabel  yayımı  təşkilatlarını  (ra­

dio  və  telestudiyanı)  misal  göstərmək  olar.  Belə  ki,  fiziki  şəxsin  şərəfini,  ləya­

qətini  və  işgüzar  nüfuzunu  ləkələyən  məlumatlar  kütləvi  informasiya  vasitələ­

rində  yayıla  bilər.  Onda  işə  cavabdeh  qismində  müəllif  və  müvafiq  kütləvi  in­

formasiya vasitəsinin redaksiyası cəlb edilir1.

Bəzən  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzu  ləkələyən  məlumatlar  müəllifin  adı 

ifadə  edilmədən  (yəni  müəllifin  adı  göstərilmədən,  adsız,  anonim)  dərc olunur 

və ya  başqa  qaydada yayılır (məsələn,  redaksiya  məqaləsində  müəllifin adı ol­

mur və  redaksiya  onun  adını  göstərmir) və  yaxud  ləkələyici  məlumatın  olduğu 

materialda  şərti  addan  (təxəllüsdən)  istifadə  olunur* 2.  Belə  hallarda  yayılmış 

məlumatların təkzib olunm ası  barədə  iddia  üzrə cavabdeh  m üva fiq   kütləvi 

inform asiya  vasitəsinin  redaksiyası  olur3.  Təxəllüsdən  istifadə  olunan  za­

man  (yəni  ləkələyici  məlumatın  olduğu  material  təxəllüslə  dərc  olunan  za­

man),  müəllif  öz  adını  aça  bilər  (təxəllüs  və  ya  anonim  nəşriyyat  tərəfindən 

açıqlanmalıdır)4.  Belə  halda  m üə llif  birgə  cavadbeh  k im i  işdə  iş tira k   etm ə­

yə cəlb olunur.

Yuxarıda  göstərilən  məqamlarda  müvafiq  kütləvi  informasiya  vasitəsi  re­

daksiyasının  hüquqi  şəxs  statusu  olmaya  da  bilər.  Belə  halda  məsələ  necə 

həll  olunur?  Axı,  qeyd  etdiyimiz  kimi,  yalnız  hüquqi  şəxslər  məhkəmədə  ca­

vabdeh ola  bilər.

Məhkəmə  plenumu  qərarında  bu  məsələ  barədə  göstərilir  ki,  əgər  kütləvi 

informasiya  vasitəsinin  redaksiyası  hüquqi  şəxs  olm azsa,  cavabdeh  q is ­

mində  işdə  iştirak  etməyə  həmin  kütləvi  in fo rm a siya   v a s itə s in i  tə sis 

edən  şəxs  (təsisçi)  cəlb o lu n u r5.

Ləkələyici  məlumatlar  divar  qəzetində  (mətbuatında)  yayıla  bilər.  Belə  hal­

da cavabdeh  kimi  işə  həm  dərc  olunmuş  materialın  müəllifi,  həm  də  divar qə­

zetinin məxsus olduğu təşkilatlar cəlb  edilir.

Şəxsin  şərəf,  ləyaqət və  işgüzar nüfuzunu  ləkələyən  məlumatlar ona  verilən 

xasiyyətnamədə  ifadə  oluna  bilər.  Söhbət  şəxsə  iş  yerindən,  təhsil  aldığı  ali 

məktəbdən,  oxuduğu  orta  məktəbdən verilən  xasiyyətnamədən  gedir.  Belə  hal­

da  şərəf,  ləyaqət və  işgüzar nüfuzun  müdafiəsi  barədə  iddia  üzrə  cavabdeh  ki­

mi  işdə  iştirak  etməyə  iki  kateqoriya  şəxs  cəlb  olunur6:  xasiyyətnam əni  imza-

Bax:  пункт 6  постановления  Пленума  Верховного  Суда  РФ от  18  августа  1992  г.  №  I I .   «О 

некоторых  вопросах,  возникающих  при  рассмотрении  судами  дел  о защите  чести  и  достоинства 

граждан,  а также  деловой  репутации  граждан  и  юридических  лиц» //Судебная  практика  по граж­

данским делам. М.. 2001. с. 183.

«Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar haqqında»  qanunun  14-cü  m addəsinə  görə,  m üəlli­



fin əsərdən həm öz adı ilə. həm təxəllüslə,  həm də adsız (anonim)  istifadə etmək  hüququ vardır.

Bax:  пункт 6 постановления Пленума Верховного Суда РФ от  18 августа  1992 г. №  11.

Научно-практический  комментарий  к  Основам  гражданского  законодательства  СССР  и 

союзных республик. М.,  1962, с.60.

J Вах:  пункт 6 постановления Пленума Верховного Суда РФ от  18 августа  1992 г. Нм  I I .

Вах:  пункт 6 данного постановления Пленума Верховного Суда РФ от  18 августа  1992 г. №11.

80


layan  şəxs;  adından  xasiyyətnamə verilən təşkilat, idarə və müəssisə.

Məlumatlar  xasiyyətnamədən  başqa  digər  sənədlərdə  (rəsmi  sənədlərdə) 

də  yayıla  bilər.  Belə  halda  da  iki  kateqoriya  şəxs  (sənədi  imzalayan  şəxs  və 

sənədi verən təşkilatın özü) cavabdeh qismində işə cəlb edilir.  Məlumatlar təş­

kilatın  (məsələn,  həmkarlar  ittifaqının)  yığıncağında  vətəndaşın  çıxışında  da 

yayıla  bilər.  Bu cür vəziyyətdə  vətəndaşla  bərabər təşkilatın  özü də  cavab­



deh  qismində  işə cəlb edilməlidir.

Şəxsin  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzunu  ləkələyən  məlumatların  yayılma 

faktını  kim  sübut  etməlidir:  iddiaçı,  yoxsa  cavabdeh?  Qeyd  etmək  lazımdır  ki, 

barəsində  ləkələyici  məlumatlar  yayılan  şəxs  (iddiaçı)  öz  şərəf,  ləyaqət  v'ə  iş­

güzar  nüfuzunu  müdafiə  etmək  üçün  bu  məlumatları  yayan  şəxsə  (cavabde­

hə)  məhkəmə  qaydasında  iddia  verir.  Buna  görə  də özü  haqqında  ləkələyici 



məlumatlar  yayılması  faktını  cavabdeh  yox,  iddiaçı  sübut  etməlidir1.  Bu, 

iddiaçının  hüququ  yox,  vəzifəsidir.  İddiaçı  sübut  etməlidir  ki,  cavabdeh 

onun  şərəf,  ləyaqət və  işgüzar nüfuzunu  ləkələyən  məlumatlar yaymışdır.  Əs­

lində  o,  iki  faktı  sübut etməlidir:  birincisi,  onun barəsində  məlumatlar yayılması 

faktını;  ikincisi,  bu  məlumatların onun  şərəf,  ləyaqət  və işgüzar nüfuzunu ləkə­

ləməsi faktını.

Nə  üçün  kütləvi  informasiya vasitələrinin orqanı  və təşkilat (məsələn,  xasiy­

yətnamə  verən  təşkilat,  divar  qəzetinin  aid  olduğu  təşkilat,  yığıncağı  keçirilən 

təşkilat və s.) cavabdeh  kimi işə cəlb edilir?  Hüquq ədəbiyyatında  haqlı olaraq 

göstərildiyi  kimi,  onlar cavabdeh  qismində  işdə  iştirak  etməyə  məhz ona  görə 

cəlb  olunur  ki.  yayılmış  məlumatların  təkzib  olunmasını  təmin  edə  bilsin1

 2.  Axı, 

çox vaxt təkzib olunmanı  təmin etmək onlardan asılı olur.



Cavabdehə  gəldikdə  isə o,  yaydığı  məlumatların  həqiqətə  uyğun, doğ­

ru  olduğunu  sübuta  yetirməlidir.  Bu,  onun  hüququ  yox,  vəzifəsidir  Ca­

vabdeh  məhkəməni  inandırmalıdır ki,  onun yaydığı  məlumatlar doğru olub,  hə­

qiqətə  uyğundur.

Mülki  qanunvericilik  yayılan  məlumatların  həqiqətə  uyğun  olmasını  sübuta 

yetirmək  vəzifəsini  məhz  onun  üzərinə  qoyur,  ona  həvalə  edir  (MM-in  23-cü 

maddəsinin  1-ci  bəndi).  Buradaca  dərhal  qeyd  etməliyik  ki,  bununla  mülki  qa­

nunvericilik  məlumatların  həqiqətə  uyğun  olmaması  prezumpsiyası  müəy­

yənləşdirir3.  Buna  görə  əksi  sübut  olunana  kimi,  şəxsin  (cavabdehin)  yaydığı 

ləkələyici  məlumatlar həqiqətə  uyğun  hesab edilmir.  Həmin  prezumpsiya iddi­

açı  üçün  münasib  və əlverişli  olub,  onun  mənafeyinə xidmət edir.  Çünki yuxa­

rıda  qeyd  etdiyimiz  kimi,  ləkələyici  məlumatların  həqiqətə  uyğun  olmasını  sü­

buta yetirmək  vəzifəsi cavabdehin üzərinə  qoyulur.

Bununla  belə,  iddiaçı  onun  barəsində  yayılmış  məlumatların  həqiqətə  uy­

1  Советское гражданское  право.  Учебник.  Том  1/Под рсл.  О. А Красавчикова.  M.,  1985, с.204; 

Гражданское  право.  Учебник.  Том  1/Под  рсд.  ЕА.Сухаиоса.  М.,  1998, с.739;  Гражданское  право. 

Часть  I/Пол  рсд  З.И.Цыбу.чеико.  M.,  I99S. с.173;  ВВС  РФ.  1995.  № 7, с.6-7;  пункт 7 постановле­

ния  Пленума Верховного Суда РФ от  18 августа  1992 г

Ярощсико К.Я. Жизнь и здоровье под охраной  закона. М.,  1990, с.162.

3  Ярощсико  К.Б.  Жизнь  и  здоровье  иол  охраной 

закона.  М.,  1990.  с. 159;  Иофифс  О.С. 

Советское гражданское право. М.,  1967. с.323.

81


ğun  olmamasını  təsdiqləyən  sübutlar təqdim  edə  bilər.  Bu.  onun  vəzifəsi  yox, 

hüququdur’.  Ona  görə ki, mülki qanunvericilik sübut  etmək vəzifəsini iddiaçıya

həvalə etmir.

Məlumatların  həqiqətə  uyğun  olmamasını  sübuta  yetirmək  vəzifəsi  cavab­

dehin  üzərinə  onun  hərəkətlərində  tə q sir  olub-olm am asından  asılı  olm a­

yaraq  qoyulur.  Belə  ki,  cavabdehin  təqsirinin  olmaması  həmin  vəzifənin,  ha­

belə  təkzibetmə  vəzifəsinin  onun  üzərinə  qoyulması  baxımından  əhəmiyyət 

kəsb  etmir* 1

 2.  Cavabdehin  ləkələyici  məlumatların  yayılmasında  təqsiri  olmasa 

da, o,  həmin vəzifəni daşıyır.

Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsində təqsirin nəzərə alınmaması 

və  ona  əhəmiyyət  verilməməsi  iki  amillə  bağlıdır.  Birinci  amil  ondan  ibarətdir 

ki,  m ülki-hüquqi  sanksiya  olan  təkzibetm ə  m ü lki-h ü q u q i  m əsu liyyət  tə d ­

biri  yox,  m ülki-hüquqi  m üdafiə  tə d b irid ir.  O.S.loffe  haqlı  olaraq  göstərir ki, 

qanuna  görə  təkzibetmə  mülki-hüquqi  məsuliyyət tədbiri  yox,  ləkələnmiş şərəf 

və  ləyaqəti  bərpa  etmək  metodudur3.  Təqsir  isə  mülki-hüquqi  məsuliyyətin 

subyektiv  şərtidir.  İkinci  amil  isə  ondan  ibarətdir  ki,  şərəf  və  ləyaqətin  mülki 

qanunvericilik  normaları  ilə  müdafiəsi  cavabdehin  (ləkələyən  məlumatlar  ya­

yan  şəxsin)  təqsirindən  asılı  deyildir4.  Ləkələyici  məlumat  yayan  cavabdehin 

təqsirli  olmasının  əhəmiyyəti  yoxdur.  Məhz  buna  görə  göstərə  bilərik  ki,  mülki 

qanunvericilik  cavabdehin  təqsirlilik  (təqsir)  prezumpsiyasından  çıxış  etmir, 

belə prezumpsiya  müəyyənləşdirmir5.

Təkzib  olunma  üzrə  hüquq  münasibəti  dedikdə, 

şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun  müdafiəsi  ilə 

bağlı  yaranan  qoruyucu  (mühafizəedici)  xarakterli 

hüquq  münasibəti  başa  düşülür.  Bu  hüquq  müna­

sibəti  hüquqi  faktdan  əmələ  gəlir.  Həmin  hüquqi 

fakt  təkzib  olunma  üzrə  hüquq  münasibətinin  yaranma  əsası  adlanır.  Deməli, 

təkzib  olunma  üzrə  hüquq  münasibətinin  yaranma  əsası  şərəf,  ləyaqət  və  iş­

güzar nüfuzun  müdafiəsi  ilə bağlı  hüquq  münasibətinin  əmələ  gəlmə əsasıdır.

Şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun  müdafiəsi  ilə  bağlı  hüquq  münasibətinin 

əsası  üç əsas  şərtdən  ibarətdir.  Hüquq  ədəbiyyatı  səhifələrində  həmin  şərtlər

Təkzib olunma  ilə 

bağlı əmələ gələn 

hüquq münasibətinin 

yaranma əsası

Гражданское право.  Учебник.  Часть  I /Под рсл.  Т. И. Илларионовой и др.  М ,   1998, с. 189.

1  Гражданское  право  России.  Курс  лекций.  Часть  общая/  Под  рсд.  О.И.Собинова,  М.,  2001,

с.286.


Иоффе О С. Охрана чести и лостоннстпа//Совстскос государство и право.  1962, № 7, с.66.

Ярощеико К  Г>  Жизнь и злоропье иол охраной  закона.  М.,  1990, с. 162.

Quev  A N .  dəqiq  olmayan  belə  bir  fikir  söyləyir  ki,  guya  mülki  qanunvericilik  cavabdehin 



ləqsirliliyi  (təqsiri)  prezumpsiyasından  çıxış  edir  (bax:  Гусе  A.H.  Гражданское  право.  Учебник. 

Том  I.  M..  2003,  с. 192;  Комментарий  к  части  первой  Гражданского  кодекса  Российской  Фе­

дерации  М.,  2000,  с.290).  Başqa  müəllifin  fikrincə,  mülki  qanunvericilik  guya  zərərçəkənin 

(iddiaçının)  təqsirsizliyi  prezumpsiyasını  müəyyən  edir  (bax:  Комментарий  к  Г К  РФ.  Часть 

1/Отв.рсл  О И Садиков  М ,   1999, с.335).

82


şərəf və  ləyaqətin  m üdafiə şərtləri  adlanır’ .

Həmin şərtlərə  aiddir:

•  şəxs (iddiaçı)  barədə məlumatlar yayılması;

•   yayılmış  məlumatların  şəxsin  (iddiaçının)  şərəf,  ləyaqət  və  işgüzar  nüfu­

zunu  ləkələməsi:

•  yayılmış məlumatların  həqiqətə uyğun  (doğru) olmaması.

Məhz  bu  şərtlərin  hamısı  mövcud  olduqda  şəxsin  şərəf,  ləyaqət  və  işgüzar 

nüfuzu  barədə  məhkəmə  iddiası təmin  edilir.  Həmin  şərtlər məhkəmə  plenumu 

qərarlarında  da  göstərilmişdir.  Onlardan  biri  olmazsa,  iddia  təmin  olunmur. 

Məhkəmə  aydınlaşdırmalıdır ki,  məlumatlar yayılmışdırmı.  əgər yayılmışsa,  şəx­

sin şərəf,  ləyaqət və işgüzar nüfuzunu ləkələyirmi və həqiqətə uyğundurmu.


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin