Oftware və onun təSNİfati


Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD –



Yüklə 163,68 Kb.
səhifə19/34
tarix02.01.2022
ölçüsü163,68 Kb.
#47952
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
4 proqram-temin 2020

Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD – Computer Aided Design). CAD sis­tem­ləri əsasən layihə-konstruktor işlərinin avto­­mat­laş­dırılması üçün istifadə edilir. Müasir CAD sis­tem­lərindən adətən avtomatlaşdırılmış mühəndis hesabatları və təhlili – CAE (Computer Aided Engineering) ilə birlikdə istifadə olunur. CAD sis­tem­ləri əsasən maşın­qayırma, cihaz­qa­yırma və memarlıq sahə­lə­rində tətbiq edilir.

CAD sistemlərinin əsas xüsusiyyəti layihələndirmənin bü­tün mərhələ­lərin­də texniki şərtləri, norma və qaydaları avtomatik təmin etməkdir ki, bu da inşaatçı və ya memarı qeyri-ya­ra­dıcı xarakterli işlərdən azad etməyə imkan verir. Hal-hazırda avtomatlaşdırılmış layihə sistemləri vacib komponent olduğun­dan, bunsuz çevik istehsal sistemlərinin və texno­loji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərini səmərəli həyata keçirtmək mümkün deyildir.

CAD sistemlərə misal olaraq AutoCAD, ArchiCAD, OrCAD, MathCAD və s. proqram paketlərini göstərmək olar.

AutoCAD Autedesk kompaniyası tərəfindən yaradılan 2 və 3-ölçülü avtomatlaşdırılmış layihələndirmə sistemidir.

ArchiCAD Macarıstanın Graphisoft firması tərəfindən yaradılan qrafiki proqram paketidir. Bu CAD sis­tem­i tikinti, mebel və digər sahələrdə layihələndirmə üçün nəzərdə tutulub.

OrCAD – elektron qurğularının avtomatlaşdırılmış layihələndirilməsi həyata keçirən proqram paketidir. Bu sistemdən elektron qurğularının modelləşdirilməsində geniş istifadə olunur.

MathCAD riyazi modelləşdirmədə istifadə olunan proqram paketidir.


Yüklə 163,68 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin