İstinad düsturun tərkibində xananın ünvanının yazılışıdır. Məsələn, =(A5+$C) düsturunda A5 və $C kimi iki istinad var. İstinadlar mütləq, nisbi və qarışıq
İstinad düsturun tərkibində xananın ünvanının yazılışıdır. Məsələn, =(A5+$C$3) düsturunda A5 və $C$3 kimi iki istinad var. İstinadlar mütləq, nisbi və qarışıq ola bilər.
Funksiya təyin olunmuş hesablama əməliyyatlarını yerinə yetirməyi göstərən riyazi yazılışıdır. Funksiya onun adı və dairəvi mötərizədə göstərilmiş bir və ya bir neçə arqumentdən ibarətdir.
Məsələn:
SUM (A1:A5)
FACT(6)
Xananın göstəricisi cədvəlin aktiv xanasını seçən çərçivədir. Göstəricinin yeri maus və ya idarəedici klavişlərinin köməyi ilə dəyişilir.
Formatlaşdırma bir və ya bir neçə xanaya yazılan verilənləri əks etdirmək üçün parametrlərin təyinidir. Formatlaşdırma parametrlərinə şriftin növü və ölçüsü, çərçivə, rəng, xananın qiymətinin tənləşdirilməsi və s. aiddir. Bunlar menyunun əmrləri, konteks menyu və ya alətlər panelinin düymələrinin köməyi ilə təyin edilir. Xanaların formatlaşdırılması qiymətlər daxil edilməzdən əvvəl və sonra yerinə yetirilə bilər.
Üslub formatlaşdırma parametrlərinin çoxluğudur. Üslubun adını göstərməklə onu seçilmiş xanaya tətbiq etmək olar.
Siyahı verilənlər bazası ilə işləmək üçün xüsusi şəkildə tərtib olunmuş cədvəldir. Bu cədvəldə hər bir sütun sahəni, sətir isə verilənlər bazası faylının yazılarını göstərir.
Qeyd bir və ya bir neçə xanada şərh kimi istifadə olunan mətndir. Qeyd, həmçinin səsli də ola bilər.