Oftware və onun təSNİfati


Windows sistemi tərkibinə daxil edilmiş proqramlardan biri olan WordPad



Yüklə 163,68 Kb.
səhifə12/34
tarix02.01.2022
ölçüsü163,68 Kb.
#47952
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
4 proqram-temin 2020

Windows sistemi tərkibinə daxil edilmiş proqramlardan biri olan WordPad proqramı hazırda çox populyarlıq qazanmış Microsoft Word mətn prosessorunun qısaldılmış versiyasıdır. Word prosessoru kimi daha güclü mətn prosessorları ilə müqayisədə WordPad proqramı sərt diskdə az yer tutur və öz işi üçün çox yaddaş sahəsi tələb etmir.

Formatlaşdırılmış mətn faylının yəni, WordPad-ın genişlənməsi isə .rtf (Rich Text Document)-dir. WordPad prosessoru .rtf formatlı mətn sənədləri yaratmaqla birlikdə, Windows və ya DOS əməliyyat sistemi üçün .txt formatlı mətn fayllarını yaratmaq və oxumaq imkanı verir. Rtf formatı həm də müxtəlif proqramlar arasında mətn mübadiləsi aparmaq üçün istifadə edilən formatdır. Bundan əlavə, bu proqram ingilis versiyası olduqda Microsoft Word mətn prosessorunda yaradılmış .doc və .docx genişlənməli sənədlərə baxmaq və onları redaktə etmək də mümkündür. WordPad proqramı cədvəl və qrafiklər yarada bilmir. Lakin bu və ya digər qrafiki obyektlər yerləşdirilmiş sənədlər yarada bilir. Belə ki, bufer əmrlərindən istifadə etməklə başqa proqram obyektlərini bu prosessorda yaradılmış sənədlərə yerləşdirmək mümkündür.

Mətn redaktorları mətnli informasiyanın emalı üçün təyin olunur və əsasən aşağıdakı funksiyaları yerinə yetirir:

 mətnin fayla yazılması;

 simvol, sətir və mətn hissəsinin yerləşdirilməsi, silinməsi, əvəz olunması;

 orfoqrafiyanın yoxlanılması;

 mətnlərin müxtəlif şriftlərlə tərtibi;

 mətnlərin lazımi formaya salınması;

 başlıqların hazırlanması, mətnlərin səhifələrə bölünməsi;

 söz və ifadələrin axtarışı və əvəz olunması;

 sadə şəkillərin mətnlərə daxil edilməsi;

 mətnlərin çapı.



Mətn prosesorlarından ən çox istifadə olunan Word-dür və onun bir neçə versiyası mövcuddur. Kitabda Microsoft Word 2010 mətn prosessoru haqqında geniş məlumat 7-ci bölmədə verilib.

Bir çox mətn prosessorları üçün ümumi olan bir sıra anla­yış­la­ra baxaq. Hazırlanacaq sənəd müxtəlif elementlərdən – simvollar­dan, abzaslardan, sətirlərdən, bölmələrdən, haşiyələrdən, kadr­lar­dan və sərlövhələrdən ibarət olur.

Simvol – sənəd mətninin minimal elementidir. Hər bir simvol ikilik kodla ifadə olunur. Simvollar müxtəlif tərtibatlı şrift­lərlə ifadə oluna bilər. Bir neçə dillərə (yunan, latın və s.) aid əlifba simvolları nəzərə alınır. Windows-da sim­vol­ların kod təsviri üçün ANSI standartından istifadə olunur.

Abzas – təyin olunmuş şəkildə mətn fraqmentlərinin tərti­batı­dır. Windows-un mətn prosessorlarında abzasları bir-birindən klavişi vasitəsilə qoyulan abzasın sonu simvolu (¶ ) ayırır.

Sərlövhə – arayış mətni yerləşdirilən səhifə sahəsidir. Adətən bu arayış mətni səhifənin nömrəsindən, sənəd, bölmə və ya fəslin adından ibarət ola bilər. Sərlövhələr yuxarı və aşağı olmaqla birlikdə istifadə oluna bilər.


Yüklə 163,68 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin