Oftware və onun təSNİfati


Haşiyə – sənədin əsas mətninin xaricinə çıxarılmış və adətən digər mən­bənin mətninə istinadı olan şərhdir. Kadr



Yüklə 163,68 Kb.
səhifə13/34
tarix02.01.2022
ölçüsü163,68 Kb.
#47952
1   ...   9   10   11   12   13   14   15   16   ...   34
4 proqram-temin 2020

Haşiyə – sənədin əsas mətninin xaricinə çıxarılmış və adətən digər mən­bənin mətninə istinadı olan şərhdir.

Kadr – mətn, şəkil və ya cədvəl yerləşdirmək üçün görünən və ya görünməyən çərçivədir. Kadr ona məna verən sənədin mətni ilə sipərlənə bilər.

Sənədin sistem üslubları – sənədin müxtəlif elementləri (baş­lıq­lar, adlar, kolontitullar və s.) və simvollardan təşkil olunmuş abzaslarla təyin olunmuş standart üsullarla tərtibatıdır.

Bölmə – sənədin ayrıca bir hissəsidir ki, buradakı səhifələrin öz parametrlərini və kolontitullarını təyin etmək mümkündür. Bölmənin sərhədləri ayırıcılarla təyin olunur.

WYSIWYG (What You See Is What You Get, yəni, nə görür­süz, o da çap olunır) – rejimi onu göstərir ki, redaktə olunmuş sənəd ekranda necə görünürsə, o cür də çap olunur.

Mətn prosessorlarında yaradılan sənədlərə müxtəlif obyekt­ləri, məsə­lən, cədvəlləri, şəkilləri, diaqramları daxil etmək müm­kün­dür. Mətn proses­sor­larında bu obyektlərin yaradılması və redaktəsi mühitdən çıxmadan həyata keçirilir. Bu zaman nəinki xüsusi vasitələrdən, həm də, Windows-un digər tətbiqi proqram vasitələrindən də istifadə oluna bilər.

Öz mühitindən çıxmadan müxtəlif proqramların birlikdə tətbiqi, bir-birinin funksiyalarına müraciət imkanları olan çox geniş yayılmış OLE (Object Linking and Embedding-obyektlərin əlaqələndirilməsi və quraş­dırıl­ma­sı) standartının köməyi ilə həyata keçirilir. Obyekt dedikdə şəkil, diaqram, cədvəl və digər elementlər başa düşülür. Müasir OLE 2.0 texnolo­gi­ya­sı mətn prosessoru (OLE-kliyent) mühitində sənəd­lərin yaradılmasında digər proqramların (OLE-server) verilənlərindən və funksional imkanla­rın­dan istifadə etməyə imkan verir. OLE 2.0 texno­lo­giya­sı Write, Word (OLE-kliyent) və Excel, Power Point, Paint (OLE-server) proqramlarında istifadə olunur.

Cədvəl emalı üçün təyin olunan TPP-lər elektron cədvəllər adlanır. Elektron cədvəllərin yaradılmasına və onun verilənlərinin ma­ni­pul­ya­si­ya­sına imkan verən proqram paketləri cədvəl proses­sorları adlanır.

Cəd­vəl pro­ses­sor­la­rı bö­yük öl­çü­lü cəd­vəl­lərlə iş­lə­mə­yə im­kan ve­rir. Be­lə proq­ram­lar­la iş­lə­yər­kən ek­ra­na cəd­vəl çı­xır. Cəd­və­lin sətir­lə­ri natural ədəd­lər­lə, sü­tun­la­rı isə la­tın hərf­lə­ri ilə nöm­rə­lən­miş olur. Be­lə­lik­lə, cəd­vəl pro­ses­so­ru ən mü­rək­kəb st­ruk­turlu is­tə­ni­lən cədvəli ha­zır­la­ma­ğa im­kan ve­rir. Bu paketlərdən ən geniş yayılanı və istifadə olunanı SuperCalc'>Lotus 1-2-3, Quatro-Pro, SuperCalcMicrosoft Office paketinə daxil edilmiş Microsoft Excel proqramıdır.

İlk dəfə elektron cədvəl ideyası 1979-cu ildə Harvard (ABŞ) universitetinin tələbəsi Den Briklin (Dan Bricklin) tərəfindən irəli sürmüşdür. O və onun proqramlaşdırmanı bacaran dostu Bob Frankston mühasibatlıq kitabının köməyilə iqtisadiyyata aid darıxdırıcı hesablamalar apararkən birinci elektron cədvəl prolqramını hazırlamışlar. Bu proqramı onlar VisiCalc adlandırmışlar. VisiCalc tez bir zamanda çox əhəmiyyətli proqram kimi tanınmışdır. İlk vaxtlar bu proqram yalnız Apple II tipli kompüterlər üçün nəzərdə tutulmuşdur, ancaq sonralar bütün tip kompüterlər üçün transformasiya edilmişdir. Sonralar yaradılmış analoji elektron cədvəllərdə (məsələn, SuperCalc) VisiCalc-ın əsas ideyaları təkmilləşdiril­mişdir.

Elektron cədvəllərin inkişafında yeni əsaslı irəliləyiş 1982-ci ildə proqram məhsulları bazarında Lotus 1-2-3 proqram vasitələrinin yaranması ilə bağlı idi. Lotus birinci cədvəl prosessoru idi ki, adi alətlərlə yanaşı, qrafiklə və verilənlər bazasının idarəetmə sistemləri ilə işləmək imkanını özündə birləşdirirdi. Lotus cədvəl prosessoru IBM tipli kompüterlər üçün nəzərdə tutulmuşdur.

Elektron cədvəllərin ən geniş tətbiq sahəsi kimi iqtisadi araşdırmalarla əlaqədar və mühasibat hesablamaları nəzərdə tutulur, ancaq bir sıra elmi-texniki məsələlərin həllində elektron cədvəllərdən səmərəli şəkildə istifadə olunur.

Elektron cədvəllərin inkişafında növbəti addım 1987-ci ildə Microsoft firması tərəfindən Excel cədvəl prosessorunun yaradılması olmuşdur. Bu proqram aşağı açılan menyu ilə kompleksdə daha sadə qrafik interfeysə malik idi. Bu isə proqram paketinin funksional imkanlarını genişləndirməklə yanaşı, çıxış informasiyasının keyfiyyətini də artırırdı. Elektron cədvəlin funksional imkanlarının genişlənmiş spektri, bir qayda olaraq, proqramla işləməyi çətinləşdirirdi. Ancaq Excel proramının yaradıcıları istifadəçilərin proqramı mənimsəmələrini və onunla işləməyi maksimum asanlaşdırmaqla, necə deyərlər, qızıl ortanı tapa bilmişdilər. Nəticədə Excel tez bir zamanda böyük istifadəçi kütləsi arasında tanınmışdır. Hal-hazırda Lotus kompaniyası tərəfindən geniş imkanlara malik üçölçülü cədvəllərdən istifadə olunmuş elektron cədvəlin yeni versiyasının yaradılmasına baxmayaraq, Microsoft Excel cədvəl prosessorları bazarında aparıcı yer tutmaqdadır.


Yüklə 163,68 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin