Mətn redaktorları. Əksər hallarda kağız və elektron sənədlər müxtəlif formatlı mətnlərdən ibarət olur. Yəni hərf, rəqəm, durğu işarələri və s. ilə yığılmış sözlərdən ibarət mətn blokları təşkil olunur. Mətn sənədləri ilə işləyərkən kompüter olduqca güclü və “intellektual” bir yazı maşınına çevrilir.
Adətən, bir çox sənədlərin tərkibində onların fotmatlaşdırılması tələb olunduğu halda digərləri üçün bu əməliyyat lazım olmur. Buna görə yaradılan bəzi proqramlarda mətnin yalnız daxil edilməsi və redaktəsi nəzərdə tutulur. Belə proqramlar mətn redaktorları adlanır. Digər proqramlar isə əlavə olaraq mətnlərin formatlaşdırılmasına imkan verir ki, bunlara da mətn prosessorları deyilir.
Bütün mətn redaktorları yalnız mətnləri emal etdiyindən bir-birilə uyuşandır. Müxtəlif mətn prosessorları isə informasiyanı fayla müxtəlif formatda yazdığından bir-birilə uyuşan deyil. Amma bir çox mətni bir formatdan digərinə çevirmə imkanları mövcuddur.
Dostları ilə paylaş: |