Oftware və onun təSNİfati


Üçölçülü qrafik redaktorlar



Yüklə 163,68 Kb.
səhifə18/34
tarix02.01.2022
ölçüsü163,68 Kb.
#47952
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
4 proqram-temin 2020

Üçölçülü qrafik redaktorlar. Üçölçülü qrafika (3D - 3 Dimensions) kom­pü­ter qrafikasının bir bölməsi olmaqla, üçölçülü sa­hə­dəki obyektlərlə əmə­liy­yatlar üçün alqoritm və proqram tə­mi­natını əhatə edir. Üçölçülü qrafika­dan ən çox arxitektur vizual­laş­dırmada, kinematoqrafiyada, televiziyada, kompüter oyunlarında, çap məhsullarında və digər sahələrdə təsvirlərin yaradılmasında istifadə olunur. Üçölçülü təsvirin alınması üçün aşağıdakı mərhələlər tələb olunur:

modelləşdirmə - səhnə və onun obyektlərinin riyazi mo­de­linin yaradılması;

renderinq - seçilən fiziki modelə uyğun proyeksiyanın qurulması.

Üçölçülü modelləşdirmənin əsas məsələsi işıq mənbəyinin, kürə, kub, konus və s. formalı, maye, qaz və s. halında olan obyektlərin təsviri və onların səhnədə yerləş­dirilməsidir.

İkinci mərhələdə riyazi model müstəvi şəkilə çevrilir. Rende­rinq veri­lən­lərin üçölçülü vektor strukturunu müstəvi piksellər matrisinə çevirir.

Üçölçülü qrafikanın emalına imkan verən, yəni virtual obyektləri mo­del­ləşdirən və onların əsasında təsvirin modelini yaradan proqram vasitələri çox müxtəlifdir. Son zamanlar bu sahədə lider olan kommersiya məqsədli məhsullara Autodesk 3D Studio Max, Maya, Newtek Lightwave, Softimage XSI, Rhinoceros 3D, Cinema 4D və ZBrush-u misal göstərmək olar.




Yüklə 163,68 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin