Oftware və onun təSNİfati



Yüklə 163,68 Kb.
səhifə3/34
tarix02.01.2022
ölçüsü163,68 Kb.
#47952
1   2   3   4   5   6   7   8   9   ...   34
4 proqram-temin 2020

Əməliyyat sistemləri (ƏS, ingiliscə - operating system ) – sistem proqram təminatına daxil olmaqla, kompüterin işini idarə edir və kompüterin aparat hissəsi (hardware), tətbiqi proqram təminatı (application software ) və istifadəçi (user) arasında qarşılıqlı əlaqəni (interfeys) təmin edir. ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə - xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərə­findən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə nəzarət edir.

ƏS-nin müqayisəsi informasiyanın emalı prosesinin aşağıdakı xarakteristikaları üzrə həyata keçirilir:

 yaddaşla idarə, yəni maksimal həcmli ünvan sahəsi, yaddaşın tipi, istifadə olunan yaddaşın texniki göstəriciləri;

 əməliyyat sisteminin tərkibinə daxil olan köməçki proqramların (utilitlərin) funksional imkanları;

 faylların arxivləşdirmə imkanı;

 çoxməsələlik rejiminin dəstəklənməsi;

 şəbəkə proqram təminatının dəstəklənməsi;

təhlükəsizlik, etibarlılıq və s.

Hal-hazırda çoxlu sayda ƏS yaradılıb. Bu ƏS biristifadəçili və çoxistifadəçili, birməsələli və çoxməsələli, şəbəkə rejimlərini dəstəkləməklə müxtəlif işləmə imkanlarına malikdir. Çox geniş yayılaraq istifadə olunan əməliyyat sistemlərinə MS DOS, Windows, UNIX, MacOS, Linux, Ubuntu, OS/2, NetWare, Solaris, QNX, Android, iOS və s. misal göstərmək olar. Əməliyyat sistemləri haqqında geniş məlumatlar bu vəsaitin növbəti fəslində verilir.


Yüklə 163,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin