Oftware və onun təSNİfati



Yüklə 163,68 Kb.
səhifə4/34
tarix02.01.2022
ölçüsü163,68 Kb.
#47952
1   2   3   4   5   6   7   8   9   ...   34
4 proqram-temin 2020

Əməliyyat örtükləri – istifadəçilərin əməliyyat sistemlərinin əmrləri ilə əlaqəni asanlaşdırmaq üçün nəzərdə tutulan xüsusi proqramlardır. Daha doğrusu, əməliyyat örtükləri əməliyyat sistemləri üzərində quraşdırı­laraq, istifadəçiyə keyfiyyətcə yeni interfeys təqdim edir və onu ƏS-nin əmr və əməliyyatlarını dərindən bilməsindən azad edir.

Əməliyyat örtüklərinin mətnli və qrafiki interfeys variantları mövcuddur. Amma gələcəkdə səsli və əl ilə verilənlərin daxil olunmasının tanınması interfeysləri də ola bilər. Bu proqramlar əməliyyat sisteminin əmrlərinin yerinə yetirilməsi, istifadəçi işinin gərginliyinin və mürəkkəbliyinin azaldılması üçün informasiyanın idarəedilməsi üçün olan tapşırıqları olduqca sadələşdirir. Məsələn, MS DOS ƏS üçün mətnli interfeysi olan Norton Commander, Windows ƏS üçün isə qrafiki, həmçinin, mətnli interfeysi olan Windows Commander-i misal göstərmək olar.

MS DOS mühitində olan əksər əməliyyat örtüklərinin funksiyası fayl və kata­loq­larla işə əsaslanıb. Bu proqramlar faylların sürətli axtarışını, mətn fayl­ları­nın yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk sahəsi və əməli yaddaş qurğuları (ƏYQ) haqqında məlumatların verilməsini təmin edir.

Şəbəkə ƏS – verilənlərin şəbəkədə emalını, ötürülməsini və saxlanılmasını təmin edən proqramlar toplusudur. Şəbəkə ƏS istifadəçilərə müxtəlif növ şəbəkə xidmətləri (faylların idarəedilməsi, elektron poçt, audio-video konfrans, paylanmış hesablama, şəbəkədə idarəetmə prosesi və s.) təqdim edir. Şəbəkə ƏS lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müra­ciətini təmin edir. Şəbəkə ƏS-ləri kliyent-server və ya birranqlı arxitekturadan istifadə edir.

Şəbəkə ƏS-nin kliyent hissəsi uzaqdakı resurs və xidmətlərə müraciət üçün sorğular vasitəsidir, server hissəsi isə lokal resurs və xidmətlərdən ümumi istifadə vasitəsidir. Şəbəkə ƏS-nin nəqliyyat vasitəsi də mövcuddur ki, bu da kompüter sisteminin kommunikasiya sistemi ilə birlikdə kompüter şəbəkələri arası məlumatın ötürülməsini təmin edir. Şəbəkə ƏS-nin kliyent, server hissələri və nəqliyyat vasitələri birlikdə şəbəkə vasitələri adlanır.

Bu ƏS-ə Novell NetWare, Windows Server, IBM LAN, UNIX, Solaris, Linux və s. misal göstərmək olar.


Yüklə 163,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin