Oftware və onun təSNİfati



Yüklə 163,68 Kb.
səhifə5/34
tarix02.01.2022
ölçüsü163,68 Kb.
#47952
1   2   3   4   5   6   7   8   9   ...   34
4 proqram-temin 2020

Servis proqramlar istifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər göstərir və əməliyyat sisteminin imkanlarını geniş­ləndirirlər.

Servis proqramlarının yerinə yetirdikləri əsas funksiyalar aşağıdakılardır:

 istifadəçi interfeysinin təkmilləşdirilməsi;

verilənlərin mühafizəsi;

 verilənlərin bərpası;

 xarici yaddaşla əməli yaddaş arasındakı informasiya müba­diləsinin sürətləndirilməsi;

arxivləşdirmək-arxivi açmaq;

 kompüter virusları ilə mübarizə və s.



Kompüterin iş qabiliyyətinin diaqnostikası proqramları kompüterin düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət et­mək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullar­dan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat-proqram vasitələri ilə, bəziləri isə proqram vasitələri ilə həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama (testləşdirmə) kompü­terin və onun ayrı-ayrı bloklarının işini yoxlayan test-proqramlar vasitəsilə yerinə yetirilir.

 Başlanğıcda çalışan test proqramları (ilkin testləşdirmə), adətən, kompüterin daimi yaddaş qurğu­sunda saxla­nılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşürlər.

 Xüsusi nəzarət proqramları kompüterdə məsələlərin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziy­yət­lə­rin, asılılıqların və məhdudiyyət­lə­rin ödənilib-ödənilməməsini yoxlayır. Bütün hallarda nasaz­lıqların xarakteri, mənbəyi və bəzən də səbəbi haq­qında ekrana və ya çapa məlumat xaric edilir.


Yüklə 163,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin