IV fəslə aid
YOXLAMA TESTLƏRİ
1. İnformatikada proqram təminatı hansı terminlə göstərilir?
A) kontroller B) interpretator C) hardware
D) software E) brainware
2. Aşağıdakı proqramlardan hansı tətbiqi proqramlara aid deyil?
A) əməliyyat sistemləri B) mətn redaktorları C) təqdimat proqramları
D) qrafik redaktorlar E) animasiya proqramları
3. “Drive Space” proqramının təyinatı nədir?
A) diski məntiqi hissələrə bölmək
B) informasiyaları diskin bir tərəfinə toplamaq
C) disk və disketlərdəki səhvləri tapıb aradan qaldırmaq
D) diskləri formatlaşdırmaq
E) diskin informasiya tutumunu artırmaq və informasiyanı sıxmaq
4. WinRar və WinZip proqramları hansı proqramlara aiddir?
A) əməliyyat sistemi B) utilit (xidməti) C) tətbiqi
D) əməliyyat örtüyü E) drayver
5. Kompüterdə yerinə yetirilmək üçün nəzərdə tutulmuş və alqoritmik dillərdə yazılmış əməliyyatlar ardıcıllığı nə adlanır?
A) konfiqurasiya B) fayl C) əmr D) proqram E) qovluq
6. Aşağıdakılardan hansı əməliyyat sistemi deyil?
A) LINUX B) MS DOS C) OS/2 D) UNIX E) SKYPE
7. Proqramın yüklənməsi ... .
A) proqramın mətninin klaviaturadan daxil edilməsidir
B) proqramın disketdən sərt diskə köçürülməsidir
C) proqramın kompakt diskdən sərt diskə köçürülməsidir
D) proqramın əməli yaddaşdan xarici yaddaşa köçürülməsidir
E) proqramın xarici yaddaşdan əməli yaddaşa köçürülməsidir
8. Kompüterin işini idarə edən proqram təminatı necə adlanır?
A) əməliyyat sistemi B) mətn redaktoru
C) elektron cədvəl D) proqram hazırlama sistemi
E) əməliyyat örtüyü
9. Windows əməliyyat sisteminin daxil olduğu proqram təminatı necə adlanır?
A) arxivator, drayver B) tətbiqi proqramlar
C) xidməti proqramlar D) sistem proqramlar
E) təqdimat proqramı
10. Proqramlaşdırma prosesində hər bir operatoru çevirən kimi icra edə bilən xüsusi proqram hansıdır?
A) Poliglot B) Fine Reader C) Lingvo
D) Prompt E) İnterpretator
11. İnterpretator necə işləyir?
A) Proqramı hissə-hissə çevirir.
B) Proqramı tam şəkildə çevirir.
C) İnformasiyanı sıxaraq ölçülərini kiçildir.
D) Diski məntiqi hissələrə bölür.
E) Əməliyyat sistemi ilə müəyyən bir qurğunun qarşılıqlı əlaqə interfeysini təmin edir.
12. Əməliyyat sistemi ilə müəyyən bir qurğunun qarşılıqlı əlaqə interfeysini təmin edən proqram necə adlanır?
A) interfeys B) kontroller C) drayver
D) arxivator E) kompilyator
13. Aşağıdakılardan hansı sistem proqramlarına aid deyil?
A) Scan Disk B) Disk defragmenter C) Windows
D) Prompt E) Mac OS
14. Sistem proqram təminatının əsasını nə təşkil edir?
A) Proqramlaşdırma dili B) Antivirus
C) Əməliyyat sistemi D) Drayver
E) Nəşriyyat sistemi
15. Arxivləşdirilmiş faylın tutumu 1 Kbayt-dır. Fayl 50% sıxlaşdırılmışdır. Faylın əvvəlki ölçüsü neçə Kbayt olmuşdur?
A) 1.5 B) 0.5 C) 4 D) 2 E) 2.5
16. Aşağıdakılardan hansı xidməti (servis) proqramların əsas funksiyası deyildir?
A) Verilənlərin mühafizəsi B) Verilənlərin yadda saxlanılması
C) Verilənlərin bərpası D) Verilənlərin arxivləşdirilməsi
E) Verilənlərin mübadilə edilməsi
17. Fayl viruslar hansı genişlənməli fayllara tətbiq olunur?
A) yalnız .com B) yalnız .exe C) yalnız .bat
D).com, .exe və .bat E) bütün tip fayllara
18. Aşağıdakılardan hansı antivirus proqramların tiplərinə aid deyildir?
A) arxivləşdirmə B) filtr C) detektor
D) müfəttiş E) immunizator
19. Aşağıdakılardan hansı lüğət proqramlarına aid
Dostları ilə paylaş: |