Oftware və onun təSNİfati



Yüklə 163,68 Kb.
səhifə32/34
tarix02.01.2022
ölçüsü163,68 Kb.
#47952
1   ...   26   27   28   29   30   31   32   33   34
4 proqram-temin 2020

Proqram komplekslərindən olan CASE–texnologiyası mürəkkəb informasiya sistemlərinin (İS) yaradıl­ma­sında tətbiq olunur.

CASE–texnologiyası altında İS-nin hazırlanmasının avto­mat­laş­dırıl­ması vasitələri başa düşülür. Bura tətbiq sahəsinin analizi, verilənlər baza­sı­nın layihələndirilmə, proqramlaşdırma və İS-nin istismarı daxildir.

CASE–texnologiyasının instrumental vasitələri informa­si­ya texnologi­ya­sının bütün sahələrində tətbiq olunur.

Bu texnologiya informasiya sistemlərinin layihələndiril­mə­si­ni onların proqramlaşdırılması və sazlanmasından ayırmağa imkan verir. Sistemi hazır­layanlar yalnız yüksək səviyyəli layihə ilə məşğul olur. Bu isə layihə­ləndirmə mərhə­ləsində səhvlər buraxmamağa imkan verir və nəticədə mükəmməl proqram məhsulları alınır. Bu texnologiya İS-nin işlənməsinin bütün mər­hə­lələrində dəyi­şir.

Hal-hazırda CASE-texnologiyası informatikanın ən çox dinamiki inkişaf edən sahəsidir. CASE–texnologiyasına aid Application Development Worckbench, B Pvin, CDEZ Tods, Clear Case, Composer, Discover Development Information System sistem­lərini qeyd etmək olar.

Müasir CASE–texnologiyası banklar, maliyyə korpora­siya­ları və ən iri firmalar üçün İS-nin yaradılmasında müvəffəqiy­yətlə istifadə olunur. Onlar, adətən, olduqca yüksək qiymətə malik olur və öyrənilməsi nisbətən uzun vaxt tələb edir. Amma CASE – texno­lo­gi­ya­sı­nın tətbiqi iqtisadi cəhətdən sərfəlidir. Bir çox müasir proqram layihələri bu texnologiyanın köməyi ilə həyata keçirilir.




Yüklə 163,68 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin