Proqram komplekslərindən olan CASE–texnologiyası mürəkkəb informasiya sistemlərinin (İS) yaradılmasında tətbiq olunur.
CASE–texnologiyası altında İS-nin hazırlanmasının avtomatlaşdırılması vasitələri başa düşülür. Bura tətbiq sahəsinin analizi, verilənlər bazasının layihələndirilmə, proqramlaşdırma və İS-nin istismarı daxildir.
CASE–texnologiyasının instrumental vasitələri informasiya texnologiyasının bütün sahələrində tətbiq olunur.
Bu texnologiya informasiya sistemlərinin layihələndirilməsini onların proqramlaşdırılması və sazlanmasından ayırmağa imkan verir. Sistemi hazırlayanlar yalnız yüksək səviyyəli layihə ilə məşğul olur. Bu isə layihələndirmə mərhələsində səhvlər buraxmamağa imkan verir və nəticədə mükəmməl proqram məhsulları alınır. Bu texnologiya İS-nin işlənməsinin bütün mərhələlərində dəyişir.
Hal-hazırda CASE-texnologiyası informatikanın ən çox dinamiki inkişaf edən sahəsidir. CASE–texnologiyasına aid Application Development Worckbench, B Pvin, CDEZ Tods, Clear Case, Composer, Discover Development Information System sistemlərini qeyd etmək olar.
Müasir CASE–texnologiyası banklar, maliyyə korporasiyaları və ən iri firmalar üçün İS-nin yaradılmasında müvəffəqiyyətlə istifadə olunur. Onlar, adətən, olduqca yüksək qiymətə malik olur və öyrənilməsi nisbətən uzun vaxt tələb edir. Amma CASE – texnologiyasının tətbiqi iqtisadi cəhətdən sərfəlidir. Bir çox müasir proqram layihələri bu texnologiyanın köməyi ilə həyata keçirilir.
Dostları ilə paylaş: |