Oftware və onun təSNİfati


Proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti



Yüklə 163,68 Kb.
səhifə31/34
tarix02.01.2022
ölçüsü163,68 Kb.
#47952
1   ...   26   27   28   29   30   31   32   33   34
4 proqram-temin 2020

Proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti. İnstrumental proqram təminatına daxil olan proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti proqram vasitələrinin yaradılmasında vacib addımlardan biridir. İnteqrallaşdırılmış mühit özündə proqramın ilkin mətninin mətn redaktorunun və kompilyasiyanın əmrlər dilinin imkanlarını birləşdirir. Burada istifadəçinin proqramı yaratması üçün lazım olan ilkin modul və kitabxanaların yalnız interfeys formasında göstərilməsi kifayətdir. Həmçinin kompilyator və texniki vasitələrin tənzimlənməsi də interfeys formasında verilir. Bütün bu əməliyyatlardan sonra inteqrallaşdırılmış mühit lazım olan əmrlər ardıcıllığını avtomatik yerinə yetirir, nəticəni alır və səhv olduqda o haqda məlumat verir. İstifadəçi ilkin proqram mətnini inteqrallaşdırılmış mühitlə işi kəsmədən dəyişdirə bilir ki, bu da sonra bütün kompilyasiya prosesini zəruri olduqda təkrarlamağa imkan verir. Burada işin rahatlığından başqa, mətn redaktorları, kompilyatorları və yığıcıların vahid mühitdə birləşməsi proqramlaşdırma sistemlərinə bir sıra üstünlüklər verir.

Proqramlaşdırmanın inteqrallaşdırılmış mühitinin yaradılması fərdi kompüterlərin sürətli inkişafı və istifadəçinin inkişaf etmiş interfeys (əvvəlcə mətn, sonra isə qrafiki) vasitələrinin meydana çıxması nəticəsində mümkün oldu. Bu cür birinci uğurlu mühit Borland firmasının istehsalı olan Pascal dili əsasında proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti olan Turbo Pascal-dır.

İnteqrallaşdırılmış mühitin inkişafı ilkin proqram istehsalçılarının peşəkar bacarıqlarına olan tələbi bir qədər azaltdı. İndi istehsalçıdan ən sadə halda dilin yalnız sintaksisi və semantikasını bilməsi tələb olunur. Tətbiqi proqramı yaradan istehsalçı üçün ən sadə halda hətta hesablama sisteminin arxitekturasını araşdırma vacib deyil.

Proqramların yaradılma vasitələrinin sonrakı inkişafı həmçinin istifadəçinin qrafiki interfeysinin inkişaf etmiş vasitələrinin yayılması ilə sıx bağlıdır. Bu cür interfeys müasir ƏS-nin ayrılmaz tərkib hissəsi oldu və qrafiki örtük adlandırıldı. Onun tərkibinə əvvəlcə inkişaf etmiş qrafik interfeysin dəstəklənməsini və əməliyyat sisteminin API (Application Program Interface - tətbiqi proqram interfeysi) funksiyaları ilə qarşılıqlı əlaqəsini təmin edən uyğun kitabxanalar daxil edilmişdi.

Proqramların qrafik elementlərinin təsviri üçün uyğun dillər tələb olunurdu. Onların əsasında tətbiqi proqramların resursları (resources) anlayışı yarandı. Tətbiqi proqramın resursu ilə bu proqramda istifadəçi interfeysinin zahiri görünüşünü təmin edən və proqramın yerinə yetirilmə məntiqi ilə birbaşa bağlı olmayan verilənlər çoxluğunu adlandıracağıq. Resurslara proqramla verilən məlumat mətnini, interfeys elementlərinin rəng qammasını, düymələr və pəncərə sərlövhəsini və s. misal göstərmək olar.

Sadə inteqrallaşdırılmış mühit özünə mətn redaktorunu, kompilyator və ya interpretatoru, quraşdırma və sazlamanın avtomatlaşdırılmış vasitələrini daxil edir. Bu komponentlərin daxil olduğu vahid proqram kompleksi hazırlanmanın inteqrallaşdırılmış mühiti (Integrated development environment – IDE) adlanır. Bu cür mühit bir proqramla, oradan çıxmadan proqramın bütün hazırlanma dövrünü yerinə yetirməyə imkan verir. Proqram kompleksin tərkibinə yuxarıda sadalanan komponentlərdən başqa, layihələri idarə etmə vasitələri, versiyalarla idarəetmə sistemi, istifadəçi interfeysinin hazırlanmasının sadələşdirilməsi üçün müxtəlif alətlər, standart məsələlərin hazırlanmasını sadələşdirən standart tədarüklər ("usta") və başqaları daxil ola bilərlər.

Proqramlaşdırmanın müasir inteqrallaşdırılmış mühitinə həmçinin proqram təminatının obyekt yönlü işlənilməsində siniflərin brauzeri, obyektlərin inspektoru və siniflərin iyerarxiyasının diaqramı daxildir. Hal-hazırda bir neçə proqramlaşdırma dili üçün nəzərdə tutulmuş inteqrallaşdırılmış mühitlər mövcuddur: Eclipse, NetBeans, Embarcadero RAD Studio və ya Microsoft Visual Studio və s. Amma yalnız bir proq­ramlaşdırma dili üçün nəzərdə tutulan mühitlər də mövcuddur. Məsələn, Visual Basic, Delphi, Dev-C++.

Bəzən proqramın hazırlanmasında yalnız bir inteqrallaşdırılmış mühitdən istifadə etmək kifayətdir, amma böyük layihələr üçün işlənmə mühitinə müxtəlif firmaların müxtəlif versiyalı müxtəlif məhsulları daxildir. Bunlara fayl menecerini, köməkçi utilitlər dəstini, C++Builder-i, Oracle VBİS-i ilə iş üçün PL SQL Developer-i, hesabatların yaradılması üçün – Cristal Reports-ni və kollektiv işin dəstəklənməsi üçün –StarTeam-ı göstərmək olar.




Yüklə 163,68 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin