Oftware və onun təSNİfati


Proqramlaşdırma sistemləri



Yüklə 163,68 Kb.
səhifə30/34
tarix02.01.2022
ölçüsü163,68 Kb.
#47952
1   ...   26   27   28   29   30   31   32   33   34
4 proqram-temin 2020

Proqramlaşdırma sistemləri. Proqramlaşdırma sistemləri proqramlaş­dır­ma dillərində işləməyi təmin edir. Buraya proq­ram­laşdırma dilləri, həmin dillərdə proqramları kompüter dilinə çevirən translyatorlar (çevirici proqramlar), sazlayıcı proqramlar və s. daxildir.

Kompüterdə maşın dili bilavasitə kompüterin "başa düşdüyü" kodlarda ifadə olunmuş əmrlərdən təşkil olunur. Bu halda proqram müəyyən əmrlər ardıcıllığından ibarət olur. Bu əmrlər kifayət qədər sadə olub, verilənlər üzərində müəyyən əməliy­yatları (toplama, çıxma, vurma, bölmə, müqayisə, köçürmə və s.) yerinə yetirirlər. Hər bir əmr yerinə yetirilən əməliyyat (əməliy­yatın kodu), əməliyyatda iştirak edən operandlar (verilən­lərin yad­daş­dakı ünvanları və ya özləri) və nəticənin haraya (hansı ünvana) yazılması haqqında məlumatdan ibarət olur. Hər bir tip kompüter üçün müxtəlif əmrlərin sayı 100-dən artıq olur.



Kompüterin maşın dillərinin öyrənilməsi çətin və işlədil­məsi çox zəhmət tələb etdiyindən, istifadəçilər tərəfindən bu dildə proqramların yazılması əlverişli deyildir. Ona görə də təbii dilə yaxın formallaşdırılmış dillərdən istifadə olunur. Bu cür formal dillərə proqramlaşdırma dilləri deyilir. Bəzən bu mənada "yüksək səviyyəli proqramlaşdırma dilləri" ifadəsindən də istifadə olunur. Proqramlaşdırma dillərində yazılmış proqram (ona ilkin proqram deyilir) sonradan kompüterdə maşın dilinə çevrilir, sazlanır və icra olunur. Kompüterdə maşın dilindəki proqrama işçi və ya mütləq proqram deyilir. İlkin proqramı işçi proqrama çevirmək üçün translyator adlanan xüsusi proqramlardan istifadə olunur.

Funksional təyinatından asılı olaraq translyator 2 cür ola bilər: interpre­tator və kompilyator. Onlar arasında fərq çevri­lən proqramın mətninin müxtəlif üsulla emal olunmasındadır.



İnterpretator ilkin proqramın cümlələrini (operatorlarını) bir-bir təhlil edib, kompüterdə maşın dilinə çevirir və icra edir. Növbəti operatorun emalından sonra o birinə keçilir. Sonuncu operato­run emalından sonra interpretasiya prosesi və proqramın icrası başa çatır. İnterpretasiya üsulu ilə proqramın kompüter dilinə çevrilməsi və icrası ləng gedir. Bu onunla əlaqədardır ki, məsələn, dövri prosesin icrası dövrlərin sayı qədər həmin dövrə daxil olan operatorların təhlilini və çevrilməsini tələb edir. Odur ki, translyasiyanın bu üsulu səmərəli deyildir. Lakin interpretator proqramın sazlanma­sı üçün əlverişlidir. İnterpretator proqramı istənilən operatordan başlayaraq emal etməyə və proqramın icrası zamanı dəyişənlərin aldıqları qiymətləri yoxlamağa imkan verir. Dialoq rejimində proqramda istənilən düzəlişlər aparmaq və proqramı təkrarən icra etmək mümkündür.

Kompilyator, interpretatordan fərqli olaraq, ilkin proqramı bütövlükdə maşın dilinə çevirir. Proqramda morfoloji və sintak­sis səhvlər olarsa, onları aşkar edib, istifadəçiyə qabaqcadan xəbər verir. Səhvlər düzəldildikdən sonra kompilya­siya yenidən təkrar oluna bilər, ya da saxlanmaq üçün xarici yaddaşa köçü­rülə bilər.

İlkin proqramın operatorlarının təhlili və çevrilməsi bir dəfə aparıldığı üçün kompilyatorun sürəti yüksək olur. İşçi proqramın icrası kompliyasiya prosesindən asılı olmadığı üçün, proqramın icrası zamanı kompilyatorun əməli yaddaş qurğusunda olmasına ehtiyac olmur.

Beləliklə, aşağıdakı nəticəyə gəlmək olar: proqramın sazlan­ma­sı zamanı interpretatordan istifadə etmək, sazlanmış proqramı isə kompilyator vasi­təsilə emal etmək məqsədəuyğundur.


Yüklə 163,68 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin