Sənaye sahələri üçün problemyönlü TPP. Bu tip müasir sistemlər aşağıdakı xüsusiyyətlərə malikdirlər.
Birincisi, bu sistemlər yalnız istehsalı mükəmməl üsullarla planlaşdırmaq üçün deyil, həmçinin iş planının (ehtiyatların idarə olunması, müştəri sifarişləri və s.) yerinə yetirilməsinə nəzarət, texnoloji xəritənin tərtibi, maliyyə və əmək ehtiyatlarının idarə olunmasına, bir sıra "qeyri-istehsal" funksiyalarını – servis xidməti, hazır məhsulun və marketinqin paylanmasına nəzarət funksiyalarını da yerinə yetirirlər.
İkincisi, onlar kliyent–server arxitekturası, çoxməsələli, çoxistifadəçili əməliyyat sistemləri və relyasiya verilənlər bazası əsasında yaradılır, qrafiki istifadəçi interfeysinə malik olur və CASE-texnologiyasından geniş istifadə olunur.
Üçüncüsü, müasir sistemlər müxtəlif növ istehsalı nəzərə almalıdırlar.