İnteqrallaşdırılmış paketlər müxtəlif funksiyaları yerinə yetirən proqram komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış TPP-yə mətn redaktoru, elektron cədvəl, qrafiki redaktor, VBİS və kommunikasiyalı modullar daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport-importu, kalkulyator, təqvim, proqramlaşdırma sistemləri də daxil edilir. Komponentlərarası informasiya əlaqəsi müxtəlif verilənlərin təsviri formatlarının unifikasiyası ilə təmin olunur. Müxtəlif komponentlərin vahid sistemdə inteqrasiyası istifadəçiyə interfeysdə xeyli üstünlük verir. Bu cür paketlərə misal olaraq Framework, Start-nave, Microsoft Works və Microsoft Office göstərmək olar.
Bu paketlərdən ən çox yayılanı Microsoft Office-dir. Microsoft Office paketinin yayılmasında bu proqram təminatının geniş funksional imkanları və interfeysi müsbət rol oynamışdır. Microsoft Office paketinin yeni versiyalarının yaradılmasında daim istifadəçilərin arzu və təklifləri qiymətləndirilir, daha səmərəli işləməyə imkan verən ideyalar nəzərə alınır.
Əvvəlki proqramlardan fərqli olaraq Microsoft Office 2007-ci versiyadan başlayaraq faylları saxlamaq üçün XML formatı tətbiq edilmiş və ənənəvi olan fayl ad genişlənmələrinə, yəni .doc, .ppt, .xls və s., sonluq olaraq "x" hərfi əlavə edilmişdir. Bu yeni format faylları daha etibarlı saxlamağa, həcmini kiçiltməyə və bir-birləri ilə əlaqələndirməyə imkan vermişdir.
Microsoft Office 2007 paketindən başlayaraq, əvvəlki versiyalardan fərqli interfeys tətbiq edil- mişdir. Bu interfeys əməliyyatların funksional əlaqələrinə görə qruplaşdırılması əsasında optimallaşdırılmışdır. Bu zaman iki əsas məsələyə diqqət yetirilmişdir:
1. İstifadəçinin işinin məhsuldarlığının artırılması;
2. Sənədlərin, elektron cədvəllərin, təqdimatların və sair obyektlərin nəfis yaradılmasının asanlaşdırılması.
Yeni interfeys elə yaradılmışdır ki, istifadəçilər MS Office paketinin funksiyalarından asanlıqla istifadə edə bilsinlər:
Lent (Лента/Ribbon) verilmiş proqramın əsas əmrləri yığımının rahat görünüşü təmin olunmaqla yerləşdirildiyi və ekranın yuxarı hissəsində olan sahədir. Lent əmrlərin əksəriyyətindən istifadəyə imkan verir. İnterfeysdə funksiyaların axtarışı məhz burada həyata keçirilir;
Lentin kontekst tab-vərəqləri (Koнтeксные вкладки на ленте) - qeyd olunmuş obyektlərin idarə edilməsi, redaktə olunması və formatlaşdırılması əməliyyatlarının yerinə yetirilməsinə xidmət edən əmrlərdir;
Kolleksiyalar və ya qalereyalar (Коллекции или галареи) yeni interfeys konsepsiyasını ifadə edən idarəetmə elementləridir. Onlar Lent ilə birlikdə istifadə üçün nəzərdə tutulmuşdur və əmrlərin yerinə yetirilməsinin nəticələrini görməyə imkan verir. Kolleksiyalar dinamik öncəbaxışı (real zamanda mausun göstəricisinin mümkün variantlar üzərində yerini dəyişərkən sənədin təzələnməsini) dəstəkləyirlər;
Dialoq pəncərələrini çağırma düymələri (Кнопки вызова диалоговых окон) lentin müxtəlif əmrlər interfeysi ilə genişləndirilmiş funksional imkanları olan dialoq pəncərələrinin birindən digərinə keçidi təmin etməyə xidmət edən və lent üzərində hər bir əmrlər qrupuna uyğun olan vasitələrdir;
Cəld müraciət paneli (Панел быстрого доступа/Customize Quick Access Toolbar) ixtiyari rejimdə və ya kontekstdə proqramlardan istifadənin bütün mərhələlərində lazım olan ən vacib əmrləri ehtiva edir;
Üçmərhələli formatlaşdırma (Tpexэтапное форматирование) MS Office paketinin əvvəlki versiyalarında formatlaşdırma bəzən müəyyən problemlər yaratdığından istifadəçilər mürəkkəb formatları yaratmağa cəhd etmirdilər. Bir qayda olaraq formatlaşdırma üç mərhələyə bölünür: ümumi dizaynın seçilməsi, onun vizual dəyişdirilməsi və lazım gəldikdə obyektin incə xüsusiyyətlərinin sazlanması. Yeni interfeys bu modeli tamamilə dəstəkləyir. Formatlaşdırma kolleksiyalardan istifadə ilə başlayır və kontekstdən asılı idarə elementlərinin və ya dialoq pəncərələrinin tətbiqi ilə qurtarır.
Microsoft Office 2010 sənədlərlə işin təşkilinin, tapşırıqların planlaşdırılmasının, işdə, evdə, ezamiyyətdə, yolda, ümumiyyətlə harada olmasından asılı olmayaraq həmkarlarla qarşılıqlı əlaqənin yaradılmasının effektiv şəkildə həyata keçirilməsinə kömək edir. Microsoft Office paketi işçi proqramlar yığımından, universal proqramlar paketinə doğru yol keçməklə xeyli dəyişikliklərə məruz qalmışdır. O, çoxlarına yaxşı tanış olan vasitələr əsasında qurulmuşdur, geniş çeşidli biznes-məsələlərin yerinə yetirilməsi, birgə işin təşkili üçün nəzərdə tutulmuş proqramları və xidmətləri özündə birləşdirir.
Microsoft Office 2010 paketinin tərkibinə müxtəlif proqram vasitələri daxildir. Bu proqram vasitələrinin siyahısı Microsoft Office 2010 paketinin dəstindən asılı olaraq dəyişir. Microsoft Office 2010 paketinə daxil olan proqram vasitələrini qısa nəzərdən keçirək.
Microsoft Office Word 2010 qrafik obyektli mətnlərlə işləmək üçün tam vasitələr yığımına, rahat interfeysə malikdir. Bu proqram OfficeArt-ın köməyi ilə formatlaşdırmanı dəstəkləyir və gücləndirilmiş axtarış və naviqasiya funksiyalarına malikdir. Office Word 2010 proqramının redaktə vasitələri peşəkar tərtib olunmuş sənədlərin sürətlə yaradılmasına imkan verir. Nəticələrə istiqamətlənmiş yeni interfeys alətləri əyani formada ancaq onlar lazım olduqda təqdim edir və beləliklə, istifadəçiyə mətnlərlə işləməyə daha çox, formatlaşdırmaya isə az vaxt ayırmağa şərait yaradır.
Microsoft Office Excel 2010 daha çox əsaslandırılmış qərarlar qəbul etmək üçün verilənlərin analizinə, birgə istifadəsinə və emalına imkan verir. Office Excel 2010 nəticələrə istiqamətlənmiş yeni interfeysə, düsturların tərtibi üçün yaxşılaşdırılmış vasitələrə, verilənlərin vizuallaşdırılmasının güclü vasitələrinə malikdir diaqram və cədvəllərin yaradılmasını hiss olunan dərəcədə sürətləndirir. Excel Services xidmətləri və Microsoft Office SharePoint Server 2010 serveri özündə vacib işgüzar informasiya saxlayan elektron cədvəllərin birgə istifadəsini və idarə olunmasını təmin edir.
Dostları ilə paylaş: |