Oftware və onun təSNİfati



Yüklə 163,68 Kb.
səhifə25/34
tarix02.01.2022
ölçüsü163,68 Kb.
#47952
1   ...   21   22   23   24   25   26   27   28   ...   34
4 proqram-temin 2020

Ekspert sistemləri. İqtisadi və sosial sahədə məntiqə və mütəxəssis təcrübəsinə əsasən evristik tip məsələlərin həlli prosesində informasiya emalı vasitələrinə tələbat daima artır. Burada əsas ideya məsələnin necə həll olun­masını təyin edən ciddi formallaşdırılmış alqoritmlərdən, tədqiq sahəsinin mütə­xəs­sis­ləri tərəfindən biliklər bazasında toplanan qaydaları gös­tər­məklə məntiqi proqramlaşdırmaya keçidlə bağlıdır. Bu tip məsələlərin həlli üçün ekspert sistemlərindən (ES) istifadə olunur.

Ekspert sisteminin əsasını qoyulan məsələnin həlli üçün istifadə olunan formal qaydaları özündə cəmləşdirən biliklər bazası təşkil edir. qaydalar, adətən səbəb və nəticəni əlaqələn­dirən, mən­tiqi şərtlər şəklində verilən faktlararası münasibətlər kimi təsvir olunur. Ekspert sistemləri aşağıdakı məqsədlər üçün istifadə olunur:

 obyektin vəziyyətinin interpretasiyası;

 obyektin vəziyyətinin diaqnostikası;

 obyektdə vəziyyətin proqnozu;

 məqsədli planlaşdırma;

 obyektin işinin pozulmasını aşkar etmək;

 obyektin işini idarə etmək və s.

Ekspert sistemlərini kompüterlərdə reallaşdırmaq üçün ekspert siste­mi­nin örtüyü adlanan vasitədən istifadə olunur. İqtisa­diy­yatda tətbiq olunan ekspert sistemlərinin örtüyünə Expert-Ease, tibbi diaqnostikada istifadə olunan ES-in örtüyünə EMYCIN-ni misal göstərmək olar.

Üsulyönlü TPP (tətbiqi proqram paketi) riyazi-iqtisadi məsələlərin müəyyən üsullarla həllini real­laşdırır. Bura aşağıdakı TPP aiddir:

 riyazi proqramlaşdırma (xətti, dinamik, statik və s.);

 şəbəkəli planlaşdırma və idarəetmə;

 kütləvi xidmət nəzəriyyəsi;

 riyazi statistika.

Bu paketlərə misal olaraq müasir fərdi kompüterlərdə reallaşdırılan MathCad, MatLab, Derive, TK Solver, Mathematica, Maple, Simplex, Stats Network, Statistika proqramlarını göstərmək olar.

Tətbiqi proqram paketlərinin çox geniş sinfi problemyönlü­dür. Praktiki olaraq, elə tədqiqat sahəsi yoxdur ki, burada heç olma­sa bir TPP olmasın. Problemyönlü TPP elə proqram məhsu­lu­na deyilir ki, burada konkret bir sahənin hər hansı bir məsələ­si­nin həlli nəzərdə tutulur.

Problemyönlü TPP sənaye, qeyri-sənaye və xüsusi sahələrdə tətbiqi üçün nəzərdə tutulan proqram paketlərindən ibarətdir.




Yüklə 163,68 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin