Analiz və informasiyanın təqdim olunması. Analizin nəticələrini təqdim etmək üçün mürəkkəb tərtib olunmuş diaqram və elektron cədvəllərin yaradılması daha sadə olmuşdur. Verilənlərin rahat şərti formatlaşdırılması qanunauyğunluqları aşkarlamağa və vizual sxemlərin köməyi ilə meylləri seçib ayırmağa imkan verir. Yeni Microsoft Office Open XML formatı faylların ölçüsünü kiçiltməyə və verilənlər mənbəyi ilə əlaqələndirməyə imkaın verir.
İşgüzar informasiyanın idarə olunmasının effektivliyinin artırılmasını Office Excel 2010 və Excel Services serverdə işgüzar informasiyanın saxlanılması və verilənlərlə işləmək məqsədi ilə elektron cədvəllərin idarə olunması təmin edir. Verilənlərin aktuallığı cədvəllərin SharePoint Server 2010 serverində nəşri hesabına təmin olunur.
Microsoft Office Access 2010 proqramının təkmilləşdirilmiş interfeysi və interaktiv vasitələri hətta verilənlər bazası sahəsində dərin biliklərə malik olmayan istifadəçilərə də asan və sürətlə informasiyanı nəzərdən keçirməyə və hesabatlar hazırlamağa imkan verir.
Verilənlər bazası üçün mövcud olan hazır həllərdən istifadə edərək tez işə başlamaq olar. Verilənləri elektron poçtdan formaların köməyi ilə yığmaq, yaxud digər proqramlardan idxal etmək mümkündür. Həmçinin, daha çox əsaslandırılmış qərarlar qəbul etmək üçün sıralanmış, süzgəcdən keçirilmiş və qruplaşdırılmış verilənləri təqdim edən müfəssəl hesabatlar yaratmaq və redaktə etmək mümkündür.
Windows SharePoint Services siyahılarının köməyi ilə dəyişikliklərin tarixinə nəzarət etməyə, silinmiş informasiyanı bərpa etməyə, verilənlərə müraciətə icazənin verilməsinə və müəyyən zaman intervalından bir müntəzəm olaraq arxivləşdirmənin yerinə yetirilməsinə imkan verən verilənlərin birgə istifadəsini təşkil etmək olar.
Microsoft Office PowerPoint 2010 istifadəçilərə daha zəngin tərtibatda olan təqdimatları çox az vaxtda və asanlıqla yaratmağa imkan verir, sənəd dövriyyəsi prosesinin inteqrasiyasını və bu informasiyadan rahat birgə istifadəni təmin edir. Təkmilləşdirilmiş istifadəçi interfeysi yeni qrafik və formatlaşdırma vasitələri ilə az zəhmətlə peşəkar təqdimatların yaradılmasına imkan verir.
Power Point 2010 proqramında informasiyanın birgə və təkrar istifadəsi imkanları genişləndirilmişdir; təqdimatı ixtiyari platformada işləyə bilən istifadəçilərə ötürmək üçün XPS və PDF fayl formatlarına çevirmək olar.
Microsoft Office Outlook 2010 vaxtın və verilənlərin idarə olunmasını, kənardan informasiyaya müraciəti və daxil olan informasiyaya nəzarətin birləşdirilmiş həllini təmin edir. Microsoft Office Outlook 2010 işi effektiv təşkil etməyə, özünün işgüzar cədvəllərini və poçtunu asan idarə etməyə imkan verən güclü və rahat proqramdır. O, elektron poçt məlumatlarının mübadilə vasitələrini, ünvanlar kitabını, təqvimləri, tapşırıqlar siyahısını, qeyd kitablarını və digərlərini özündə cəmləşdirir. Outlook istifadəçiyə lazım olduqda informasiyaya asanlıqla müraciəti təmin edir. Bir pəncərədən elektron poçt məlumatları ilə işləmək, əlaqələr, planlaşdırılmış tədbirlər haqqında məlumatlara baxmaq, tapşırıqların icrasını izləmək və sair mümkündür. Proqramda məlumatları və onlara daxil edilmiş faylları tapmaq olduqca sadədir. İntuitiv anlaşılan interfeysin köməyi ilə iş hiss olunan dərəcədə sadələşdirilmişdir.
Microsoft Office Project 2010 layihələrin fərdi planlaşdırılması və idarə olunması sistemidir. Layihə işlərini uğurla həyata keçirməyə və vaxtında tamamlamağa imkan verir. Tapşırıqların planlaşdırılmasının və icrasının nəzarətdə saxlanılması üçün vasitələr, layihənin büdcəsi çərçivəsində resursların operativ olaraq təyin edilməsi, həmçinin hesabatların asanlıqla hazırlanması funksiyalarına malikdir. Bu proqram layihə rəhbərləri üçün nəzərdə tutulmuşdur.
Microsoft Office Visio 2010 proqramı informasiya texnologiyaları və biznes sahələrində mürəkkəb informasiyanın vizuallaşdırılması, tədqiqi və yayılması funksiyalarını yerinə yetirir. Çətin başa düşülən mətn və ya cədvəli sadə və əyani Visio diaqramları ilə təqdim etmək olar. İstifadəçi hərəkətsiz şəkillər əvəzinə asanlıqla dəyişdirilə bilən və işin məhsuldarlığını artırmağa imkan verən, verilənlərlə əlaqələndirilmiş Visio diaqramlarını yarada bilir. Geniş çeşidli diaqramlar bütövlükdə müəssisənin təşkilati sistemlərinə, ehtiyatlarına və proseslərinə aid mürəkkəb informasiyanı əyani təsvir etməklə onu daha yaxşı başa düşməyə, vacib qərarlar qəbul etməyə və onların mübadiləsinə kömək edir.
Dostları ilə paylaş: |