Lüğət və tərcümə proqramları. Xarici dil öyrənmək istəyənlərin və tərcüməçilərin ən çox ehtiyac duyduğu vasitə lüğət və tərcümə proqramlarıdır. Belə proqramlarla istifadəçilər müəyyən bazalarda yerləşdirilmiş sözlərin müxtəlif dillərdəki tərcümələrinə (izahlı tərcümələrinə) baxmaq, həmin bazalar əsasında yaradılmış cümlələri tərcümə etmək imkanı əldə edirlər. Lüğət proqramlarına Polyglot, ABBYY Lingvo, Oxford, Style və s., tərcümə proqramlarına isə Dilmanc, Prompt, Intelsoft, Socrat, Babylon, Translate və s. misal göstərmək olar.