Oftware və onun təSNİfati



Yüklə 163,68 Kb.
səhifə17/34
tarix02.01.2022
ölçüsü163,68 Kb.
#47952
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
4 proqram-temin 2020

Qrafiki redaktorlar qrafiki sənədlərin, yəni diaqram, şəkil, cizgi və cəd­vəl­lərin emalı üçün tərtib olunub. Bu redaktorlar fi­qur və şriftlərin ölçü­lərini idarə etməyə, fiqur və hərflərin yerdə­yişməsinə və ixtiyari təsvirin yaradılmasına imkan verir. Qrafiki təsvirlərin yaradılması və emalı məqsədilə istifadə olunan qrafiki redaktorların aşağıdakı sinifləri mövcuddur:

 Rastr redaktorları;

 Vektor redaktorları;

 Üçölçülü qrafiklərin təşkil edilməsi və emalı proqram vasitələri (3D -redaktorlar), o cümlədən avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD-sistemləri).



Rastr redaktorları. Qrafik obyekt rastrı yaradan nöqtələr kombina­si­ya­sından ibarət olduqda və həmin nöqtələr müəyyən parlaqlığa və rəngə malik olduqda, rastr redaktorundan istifadə edilir. Rastr redaktorları vasitələrilə yeni təsvirlərin yaradılması imkanı bir qədər məhduddur. Əksər hallarda rəssamlar ənənəvi alətlərdən istifadə edib, alınmış rəsmi kompüterə xüsusi aparat vasitələri ilə (skanerlər) daxil edir və sonra rastr redaktorunun köməyilə xüsusi effektləri tətbiq etməklə, başladıqları işi sona çatdırırlar.

Rastr təsvirlərin saxlanılmasında JPEG, BMP, TIFF, GIF, PSD və PNG ki­mi formatlardan istifadə olunur yəni uyğun faylların ad genişlənməsi JPEG, BMP, TIFF, GIF, PSD və PNG olur. Təsvirlər TIFF (Tagged Image File Format) forma­tında saxlandıqda heç bir sıxılma üsu­lun­dan istifadə olunmur və orijinalın maksimal keyfiyyətli surəti alınır. TIF ye­ga­nə formatdır ki, peşəkar dizaynerlər yüksək keyfiyyətli təsvirlərin sax­la­nıl­ma­­sın­da istifadə edirlər. Təsvirlərin sıxılması vacib olduqda JPEG-Joint Photographic Experts Group (faylın genişlənməsi .JPG) forma­tın­dan isti­fadə olu­nur. PSD (PhotoShop Document) Adobe Photoshop proqramının xüsusi formatı­dır. Bu for­matda da sıxıl­ma üsulu yoxdur. GIF (Graphics Interchange Format) for­ma­tı Internet üçün yaradılıb. Bu format milyon rəngdən 64, 128 və ya 256 rəng qalmasına imkan verir. GIF ilə demək olar analoji olan pulsuz PNG (Portable Network Graphics) formatından da istifadə olunur. BMP for­ma­­­tının keyfiyyəti aşağı olur və standart Paint proqramı vasitəsi ilə yara­dı­lır.

Rastr təsvirinin yaradılması üçün ən əsas proqram vasitələri  Fractal Design kompaniyasının istehsalı olan Painter, Macromedia kompa­niya­sı­nın istehsalı olan Free Hand və Fauve Matisse proqramlarıdır. Macintosh platformasında təsvirləri yaratmaq üçün rastr rəsmlərini və təsvirləri redaktə etməyə imkan verən Pixel Resources kompaniyasının yaratdığı Pixel Paint Pro paketini göstərmək olar.

Rastr qrafikinin emalı üçün isə Adobe kompaniyasının Adobe Photoshop paketini göstərmək olar.



Vektor redaktorları. Vektor redaktorlarını rastr redak­torlarından fərqləndirən xüsusiyyət, qrafik verilənlərin təsvir olunma üsuludur.

Vektor təsvirinin elementar obyekti kimi nöqtə deyil, xətt götürülür. Bu cür yanaşma əlbəttə ki, cizgi-qrafiki işlər üçün daha xarakterikdir, çünki burada xətlərin forması, xətlərin təşkil olunduğu ayrı-ayrı nöqtələrin rəngləri haqqındakı infor­masiya daha böyük əhəmiyyət kəsb edir.

Vektor redaktorlarında hər bir xətt üçüncü tərtibli riyazi əyri kimi təsvir edilir və buna görə də nöqtələr kombinasiyası kimi yox, riyazi düstur şəklində təsvir edilir (kompüterdə bu düsturun ədədi əmsalları yadda saxlanılır). Bu cür təsvir əlbəttə ki, rastr təsvirindən fərqli olaraq, bir qədər yığcam olub, uyğun verilənlər bir qədər az yer tuturlar. Lakin istənilən obyektin təsviri ekranda nöqtələrin sadə təsviri şəklində yox, əyrinin parametr­lə­rinin ekran və ya çap təsvirlərinin koordinatları şəklində olur. Buna görə də, vektor qrafiki ilə işlədikdə hər dəfə koordinatları hesablamaq üçün daha məhsuldar hesablama sistemlərindən istifadə etmək lazımdır. Vektor qrafiki təsvirlər CDR və AI formatında saxla­nılır.

Elementar obyektlərdən (xətlərdən) sadə həndəsi obyektlər yaradılır, sonra isə bunun əsasında tam bitmiş kompozisiyalar təşkil edilir. Vektor qrafiki vasitəsilə yerinə yetirilən bədii illüstrasiya bir-birilə qarşılıqlı əlaqədə olan on minlərlə sadə obyektlərdən ibarət olur.

Vektor qrafiklərinin yaradılması və emalı üçün istifadə olunan əsas proqram vasitələrinə qrafik redaktorlar (məs, Adobe Illustrator, Macromedia Freehand, Corel Draw) və rastr təsvirlərini vektor qrafikinə çevirən xüsusi paketlər (məs, Adobe Stream Line, Corel Trace) aiddirlər.


Yüklə 163,68 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin