Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD – Computer Aided Design). CAD sistemləri əsasən layihə-konstruktor işlərinin avtomatlaşdırılması üçün istifadə edilir. Müasir CAD sistemlərindən adətən avtomatlaşdırılmış mühəndis hesabatları və təhlili – CAE (Computer Aided Engineering) ilə birlikdə istifadə olunur. CAD sistemləri əsasən maşınqayırma, cihazqayırma və memarlıq sahələrində tətbiq edilir.
CAD sistemlərinin əsas xüsusiyyəti layihələndirmənin bütün mərhələlərində texniki şərtləri, norma və qaydaları avtomatik təmin etməkdir ki, bu da inşaatçı və ya memarı qeyri-yaradıcı xarakterli işlərdən azad etməyə imkan verir. Hal-hazırda avtomatlaşdırılmış layihə sistemləri vacib komponent olduğundan, bunsuz çevik istehsal sistemlərinin və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərini səmərəli həyata keçirtmək mümkün deyildir.
CAD sistemlərə misal olaraq AutoCAD, ArchiCAD, OrCAD, MathCAD və s. proqram paketlərini göstərmək olar.
AutoCAD Autedesk kompaniyası tərəfindən yaradılan 2 və 3-ölçülü avtomatlaşdırılmış layihələndirmə sistemidir.
ArchiCAD Macarıstanın Graphisoft firması tərəfindən yaradılan qrafiki proqram paketidir. Bu CAD sistemi tikinti, mebel və digər sahələrdə layihələndirmə üçün nəzərdə tutulub.
OrCAD – elektron qurğularının avtomatlaşdırılmış layihələndirilməsi həyata keçirən proqram paketidir. Bu sistemdən elektron qurğularının modelləşdirilməsində geniş istifadə olunur.
MathCAD riyazi modelləşdirmədə istifadə olunan proqram paketidir.
Dostları ilə paylaş: |