Олигофренийанын тяснифаты


Məktəbəqədər yaş dövründə



Yüklə 140 Kb.
səhifə5/6
tarix16.04.2023
ölçüsü140 Kb.
#98813
1   2   3   4   5   6
movzu 2-3 normal ve anomal inkisafin esas qanuna uygunluqlari

Məktəbəqədər yaş dövründə (3-7 yaş) psixi funksiyaların, ümumi motorikanın, nitqin (aktiv lüğət 3500 söz) və bütövlükdə, şəxsiyyətin intensiv inkişafı gedir.Oyunlar zamanı iradi yaddaşın ilk elementlərinin inkişafı sürətlənir. Təfəkkürün ümimiləşdirilmiş formaları yaranır; uşaqlar daima əşyaların və təzahürlərin səbəbiyyət əlaqələri ilə maraqlanırlar. Bu yaşın aparıcı fəaliyyəti- rollu, oyundur və məhz oyunda abstrakt təfəkkürün başlanğıcının əsası qoyulur. Məsələn, uzun çubuğu at və ya 2-3 birləşdirilmiş stulu qatar adlandıraraq, uşaq konkret əşyalara şərti ad verir və artıq abstrakt mühakimə yeridir. Məktəbəqədər dövr özünüdərketmə, özünüqiymətləndirmə, ilkin etik normaların yaranması və bütövlükdə şəxsiyyətin formalaşması dövrüdür. Yaşın yenitörəməsi - uşağın ictimai əhəmiyyətli və ictimai qiymətəndirilən fəaiyyətə ehtiyaclı olmasıdır.
Kiçik məktəbli yaşı dövrünün (7-11 yaş) aparıcı fəaliyyəti oyun və təlimdir. Bu yaşın yenitörəmələri isə - psixi proseslərin ixtiyariləşməsi, özünü idarəetmə, hərəkətlərin və fəaliyyətin əvvəlcədən daxildə (beyində) qurulmasıdır. Təlim zamanı, insanların qarşılıqlı münasibətləri və gerçəklik haqqında bıliklər genişlənir, oyuna və əməyə olan yanaşma səciyyələnir, əşyaların və təzahürlərin səbəbiyyət əlaqələri dərk edilərək, artıq nitqdə dürüst ifadə olunur; iradi yaddaş və abstrakt təfəkkür formalaşır.
Yeniyetmə dövrü (11-15 yaş) çox mürəkkəb olduğundan, «keçid» dövrü də adlandırırlar. Bu yaşlarda uşağın orqanizmində bir çox dəyişiliklər baş verir. Bunlar onunla əlaqədardır ki, bu yaşda cinsi yetişmə başlayır və fiziki inkihaf intensivləşir. Orqanizmin hormonal yenidənqurulması ali sinir sistemin bütün fəaliyyət növlərinə vasitəli təsir göstərir; uşağın hərəkətlərinin motivasiyası bu yaşda onun özü üçün də anlaşılmaz olur.
Oxuma və təlim aparıcı fəaliyyət olaraq qalır. Psixika və hafizə əhəmiyyətli dərəcədə inkişaf edir. Yaşın yenitörəməsi isə bunlardı: özünüqiymətləndirmənin formalaşması, onu əhatə edən insanlara tənqidi yanaşma, sərbəstliyə meylin artması, ictimai həyat normalarına tabe ola bilməsi.
Böyükyaşlı məktəbli dövrü (15-17 yaş) Gənclərin formalaşması sadəcə olaraq bioloji yaşın müəyyən həddə çatması kimi xarakterizə etmək olmaz.Gənclərin formalaşması həm bioloji, həm psixoloji, həm psixoseksual, həm də sosial amillərin təsiri altında baş verir.
Bioloji baxımdan gəncin orqanizmi fiziki cəhətdən əsaslı surətdə dəyişir və onun inkişafı əsasən tamamlanır.
Psixoloji baxımdan gənclər artıq öz «mən»lərini imkanlarını dərk edir, idrak fəaliyyətləri və dünyagörüşləri deniş, əhatəli olur.
Psixoseksual baxımdan cinsi yetişmə əsasən tamamlanmış olur, psixoseksual davranış sosial normalara uyğunlaşır.
Sosial baxımdan gənclər ictimai münasibətlər qovuşuğunda həmin münasibətləri mənimsəməklə sosiallaşır.
Aparıcı fəaliyyət növünə oxuma və təlimlə bərabər, peşəyə istiqamətləndirmə və yiyələnmə daxi1 olur.
D.B.Elkonin yaş dövrlərinin, aparıcı fəaliyyət növlərini araşdıraraq göstərir ki, hər stabil yaş dövrünün özlüyündə böhran dövrü durur, və məhz bu vaxt bir aparıcı fəaliyyət növünün daxilində əmələ gələn yenitörəmələr o birisi ilə əvəz olunur.


Yüklə 140 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin