Ölkə: Azərbaycan Kredit №: 4210 az layihənin Adı



Yüklə 52,5 Kb.
tarix21.01.2017
ölçüsü52,5 Kb.
#6025
MARAĞI İFADƏ EDƏN ƏRİZƏlər üçün DƏVƏT
Ölkə: Azərbaycan

Kredit №: 4210 AZ

Layihənin Adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində

Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL)



Tapşırığın adı: Təmir İşləri üçün Memarlıq və Texniki Layihəsi və Şəki Donor Stansiyası və Qax Gigiyena

və Epidemiologiya Mərkəzlərinin Təmirini Smetasının Hazırlanması



Tapşırıq üçün əsas № : Şəki Donor Stansiyasının və Şəki Epidemiologiya Mərkəzinin Dam Örtüyünün və həmçinin Qax Epidemiologiya Mərkəzinin Layihələndirmə Planı və Smetası/8.04-5
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL) icrası üçün Dünya Bankından (DB) maliyyə vəsaiti almışdır və onun müəyyən hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir.
Məsləhətçi xidmətlərinə (“Xidmətlər”) aşağıdakılar daxildir:
Bu tapşırığın məqsədi Şəki rayonunda Qan Donor Stansiyasının təmir olunaraq Gigiyena və Epidemiologiya Mərkəzinin binasının bura köçürülməsi və həmçinin Qax Gigiyena və Epidemiologiya Mərkəzi üçün layihənin və smeta sənədlərinin hazırlanmasıdır.

SSİL bu tapşırığı 3 mərhələdə həyata keçirməyi öz öhdəsinə götürəcək ixtisaslaşdırılmış memarlıq və mühəndis şirkəti ilə müqavilə bağlamağı nəzərdə tutur:

1-ci Mərhələ – İlkin Baxış Keçirilməsi və Cari Vəziyyətin Qiymətləndirilməsi

2- ci Mərhələ – Nəzərdə tutulan Təmir işləri üçün Müfəssəl Layihənin və tender Sənədlərinin hazırlanması

3- cü Mərhələ – Nəzərdə tutulan Təmir İşlərinə Nəzarət

Gözlənilən Nəticələr


  • 1-ci Mərhələdə adı çəkilən sənədlər və hesabatlar: ərazinin ümumi planı, mərtəbə planları, xüsusi məsafələr, fasad görünüşü, xidməti əlaqə vasitələri və mərtəbə planlarının təklif olunan dizayn versiyaları- Müqavilə qüvvəyə mindikdən sonra 30 gün ərzində təqdim edilməlidir.

  • 2-ci Mərhələdə adı çəkilən sənədlər: 1991-ci ilin qiymətlərinə əsaslanan büdcə, büdcəyə uyğun olaraq FHN-nin Tikintiyə Qiymətqoyma Mərkəzi tərəfindən ilkin qiymətləndirmə hesabatı – ümumi İş Həcminin təsdiqindən sonra 30 gün ərzində təqdim edilməlidir.

  • Məsləhətçi Şirkət tərəfindən təmir işlərinə nəzarət zamanı meydana çıxan çatışmazlıqlar və tövsiyələri özündə əks etdirən Müntəzəm Nəzarət Hesabatları. Bu hesabatlar hər bir hesabat dövrü başa çatdıqdan sonra 10 gündən gec olmayaraq LİQ-ə təqdim edilməlidir.

  • Bu tapşırıq çərçivəsində hazırlanan bütün hesabatlar SSİL LİQ-in Tikinti Mühəndisinə təqdim edilməlidir.

Səhiyyə Sektorunda İslahatlar Layihəsi hazırda, bu müsabiqədə iştirak etmək münasib ölkəni təmsil edən məsləhətçi şirkətləri (“Məsləhətçiləri”) qeyd olunmuş Xidmətlərin təmin edilməsində maraqlı olduğunu bildirməyə dəvət edir. Maraqlı olan Məsləhətçilər Xidmətlərin icrası üçün tələb olunan təcrübə, bilik və bacarıqlara malik olduğunu əks etdirən məlumatı təqdim etməlidirlər. İlkin seçimdən keçmək üçün meyarlar aşağıdakılardır:
Məsləhətçi Şirkət:

  • Məsləhətçi Şirkətin bu Texniki Tapşırığa əsasən nəzərdə tutulmuş işləri həyata keçirmək üçün Azərbaycan respublikası qanunvericiliyə əsasən müvafiq lisenziyası olmalıdır;

  • Məsləhətçi Şirkətin tikinti və təmir işlərinin müfəssəl texniki layihəsini hazırlamaqda, zəif infrastrukturun bərpasında, memarlıq, dizayn, layihələndirmə və mühəndislik, həmçinin communal sistemlərin layihələndirilməsində ən azı 3-5 il professional təcrübəsi olmalıdır. Məsləhətçi Şirkət son üç il ərzində həyata keçirdiyi bənzər layihələri təsvir edən portfoliosunu təqdim etməlidir;

  • Beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrdə keçmiş təcrübə üstün sayılır

Əsas işçi heyəti:

Məsləhətçi Şirkətin işçi heyəti -

1.Memar-dizayner; 2. Mütəxəssis/ mühəndis- tikinti və avadanlıq üzrə konstruktor; 3. Mühəndis – təmir və tikinti işlərində smeta üzrə mütəxəssis; 4. Mühəndis – elektrik təchizatı üzrə konstruktor; 5. Mühəndis – istilik sistemi üzrə konstruktor; 6. Mühəndis – su və kanalizasiya təchizatı üzrə konstruktor.

Əsas işçi heyətinin hər bir üzvü aşağıdakı keyfiyyətlərə cavab verməlidir:



    • Müvafiq universitet dərəcəsi, xüsusilə tikinti və mühəndislik;

    • Son 5 il ərzində həyata keçirilmiş işlər haqqında əlavə portfolio ilə təsdiq edilmiş ən azı 5 illik müvafiq iş təcrübəsi;

    • Müvafiq sahədə müasir (beynəlxalq) standartlara dair biliklər;

    • Kompüter bacarığı (xüsusilə AutoCad yaxud ekvivalent proqram).

Maraqlı olan Məsləhətçilərin diqqəti Dünya Bankının Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi (cari nəşr) (“Məsləhətçi üçün Təlimat”) sənədinin 1.9 bəndinə cəlb edilir, hansı ki Dünya Bankının maraqların toqquşmasına dair siyasətini təsvir edir.
Öz keyfiyyət və bacarıqlarını artırmaq üçün Məsləhətçilər başqa firmalar ilə birgə müəssisə kimi çıxış edə və ya subpodrat formasında məsləhətçilik xidmətlərini təklif edə bilər.
Məsləhətçinin seçimi, Məsləhətçi üçün Təlimdə göstərilmiş “Məsləhətçilərin Ixtisaslarına görə Seçilməsi” üsuluna əsasən həyata keçiriləcək.
Əlavə məlumat aşağıdakı ünvanda iş saatları ərzində, saat 10:00-dan 17:00-dək, əldə edilə bilər.
Marağı İfadə edən Ərizələr 2012-ci il, 09 avqust tarixinədək aşağıdakı ünvana (şəxsən və ya poçt, və ya faks, və ya elektron poçt vasitəsilə) çatdırılmalıdır.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində

Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu

Kamran Rzayev, Direktor Əvəzi

H.Zərdabi küç. 96, 6-cı mərtəbə, Bakı, AZ1122, Azərbaycan



Tel: +99412-431-1968; Faks: +99412-431-1937

Elektron poçt ünvanı: office@hsrp.az
Yüklə 52,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin