Ölkəmizin turizm imkanları



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#50275
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
Kombinasiyalı  marşrut  -  xətti,  dairəvi  və  radial  marşrut 

elementinin  ixtiyari  kombinasiyasını  özündə  birləşdirən  marşrut. 

Məsələn, Bakı-Şəki-Qəbələ-Zaqatala-Qax-Zaqatala-Tiflis 

Marşrut  üzrə hərəkət  zamanı marşrutdaxili adlanan müxtəlif 

nəqliyyat vasitələrindən istifadə edilə bilər. 

 

Yerli turizm marşrutları 



 

Azərbaycanda  turizmin  inkişafını  sürətləndirmək,  ölkənin 

daxili turizm potensialının təbliği məqsədilə bölgələr üzrə turizm 

marşrutları  müəyyənləşdirilərək  istifadəyə  verilib.  2006-cı  ildə 

Mədəniyyət  və  Turizm  Nazirliyi  təşkil  edildikdən  sonra  bu 

sahədə işlər daha ardıcıl şəkil alıb. Marşrutlar üzərində bölgələrə 

hansı  turizm  növünü  inkişaf  etdirmək  mümkündürsə,  o 

istiqamətdə  müvafiq  işlər  həyata  keçirilir.  Ölkə  ərazisində 




20 

 

arxeoloji turlar, atçılıq, safari avtotur, xalça turu kimi marşrutlar 



da turistlərin marağına səbəb olur. 

Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfindən  ölkəmizin  bütün 

bölgələri  üzrə  “Kulinariya  turu”  mədəni  turizm  marşrutları 

həyata  keçirilir.  İlkin  mərhələdə  2012-2013-cü  illərdə  Quba  və 

Lənkəran-Masallı  marşrutu  üzrə  həmin  bölgələrin  mətbəxi  ilə 

tanış  olmaq  məqsədilə  ölkəmizin  turizm  şirkətlərinin  və  kütləvi 

informasiya  vasitələri  nümayəndələrinin  iştirakı  ilə  infotur  təşkil 

edilib. 

Xalqımızın  mədəni  dəyərlərinin  təbliği,  onlardan  turizm 

məqsədləri  üçün  daha  səmərəli  istifadə  olunması,  həmçinin 

regionlarda turizmin inkişafının təmin edilməsi ilə əlaqədar 2015-

ci  ildə  “Azərbaycanda  arxeoloji  turizm”  adlı  mədəni  turizm 

marşrutu  yaradılıb.  Bu  turizm  növünə  yerli  və  xarici  turistlərin 

cəlb 


edilməsi 

məqsədilə 

Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu 

istiqaməti  üzrə  Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfindən 

müvafiq  marşrut  müəyyən  olunub  və  turizm  şirkətləri  və  KİV 

nümayəndələri üçün infotur keçirilib. 

2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 

Nəsirədddin  Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında 

nazirliyin və turizm şirkətləri nümayəndələrinin iştirakı ilə infotur 

keçirilib. Rəsədxanada astroturizmin təşkili ilə bağlı açıq kosmos 

gecələrinin nümayişi, astronomiya muzeyinə baxış, teleskoplarda 

kosmik  obyektlərə  müşahidələrin  aparılması,  həmçinin  rəsəd-

xananın  müvafiq  turizm  infrastrukturu  və  xidmətləri  ilə  tanışlıq 

olub. 

Göygöl Milli Parkında Mədəniyyət və Turizm, Ekologiya və 

Təbii  Sərvətlər  nazirliklərinin  dəstəyi  ilə  2016-cı  ildə  turizm 

şirkətlərinin  nümayəndələri  üçün  infotur  təşkil  olunub.  Tur 

çərçivəsində  Göygöl  Milli  Parkında  yeni  istifadəyə  verilmiş  bir 

sıra mehmanxanalara, həmçinin parkın ərazisində müvafiq turizm 

infrastrukturu,  yeni  ekoloji  turizm  marşrutları  və  xidmətləri  ilə 

tanışlıq iştirakçılar tərəfindən maraqla qarşılanıb. 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin