16
çeşmə bu abidələr sırasındadır. Eləcə də orijinal üslubda tikilən
bir sıra yaşayış evləri Nicə gələn turistlərin diqqətini cəlb edir.
Lahıc-İsmayıllı rayo-
nunun
Lahıc
qəsəbəsi
Azərbaycanın
qədim
yaşayış məskənlərindəndir.
Böyük Qafqaz sıra dağ-
larının cənub yamacında
dəniz səviyyəsindən 1505
metr hündürlükdə yerləşir.
Lahıc Girdiman çayının
sahilində Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. İki
dağın əhatəsində olması Lahıca təbii qala şəraiti bəxş edir. Belə
bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən,
basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradıb.
1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin
illərdən
yadigar
qalan
məhəllə məscidləri, su
kəməri və kanalizasiya
(kürəbənd), Girdiman qal-
ası qorunur, sənətkarlıq
ənənələri davam və inkişaf
etdirilir. Burada yaşayıb-
yaratmış misgərlərin, zər-
gərlərin, sərracların, ahən-
gərlərin, dülgərlərin, xal-
çaçıların, nəqqaşların, çəkmə və çarıq tikənlərin, eləcə də digər
ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hazırda
dünyada tanınır.
Dostları ilə paylaş: