13
alovların yerində inşa edilib. Odlar Yurdunun heç vaxt sönməyən
bu əbədi məşəlində küləklə odun ecazkar rəqsinə tamaşa
etməkdən zövq alacaqsınız. Unikallığına görə dünyanın möcüzəvi
tarixi məkanlarından biri hesab edilən Atəşgah məbədi 2007-ci
ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub.
Yanar dağ - “Yanar dağ”
Abşeron yarımadasının Məhəm-
mədi kəndində yerləşir. Təbii qazın
çıxdığı əbədi alovlar məkanı olan
"Yanar dağ" 2007-ci ildən Dövlət
Tarix-Mədəniyyət
və
Təbiət
Qoruğuna çevrilib. “Yanar dağ”
“Pilpilə”, “Bozdağ”, “Qaynarca”və digər adlarla da tanınır.
Dostları ilə paylaş: