15
elə bu ərazidədir. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ
nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib.
Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə
seçilən məşhur Göygöl yaranıb. Nadir təbiəti, dünyanın heç bir
yeri ilə müqayisə edilməyən fauna və florası ilə seçilən Göygöl
hazırda həm də qoruq kimi fəaliyyət göstərir. Göldə qorunmaqda
olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay
forellərindən xeyli fərqlənir. Azərbaycan ədəbiyyatının görkəmli
simaları dahi Nizami Gəncəvinin, şairə Məhsəti Gəncəvinin,
Mirzə Şəfi Vazehin doğulduğu Gəncə şəhərində onlarınn
məqbərələri ucalır. XVI əsrə aid qala divarlarının qalıqları, şəhər
hamamları, Cavad xanın məzarı keçmişdən dəyərli xatirə kimi
saxlanılır. Gəncədən 45 km aralıqda yerləşən Maralgöl də
qonaqların sevimli istirahət yeridir.
Dostları ilə paylaş: