17
Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin,
eləcə də qaraciyər xəstəliklərinin, oynaqların müalicəsində təsirli
vasitə kimi bütün dünyada məşhurdur.
Giləzi-Altıağac – Xızı şəhərinə tərəf irəlilədikcə Tuğçayın
sağ yamacında təbiətin yaratdığı möcüzələrdən birinə rast gəlmək
mümkündür ki, bu da ağımtıl-boz rəngli bentonit tipli gillər ilə
qırmızımtıl rəngli adi gillərin növbələşməsindən əmələ gəlmiş bir
sənət “əsəridir”. Yol boyunca diqqəti cəlb edən obyektlərdən biri
də relyefi, suyu, havası, sosial-iqtisadi durumunun yeniləşməsi,
inkişafı nəzərə çarpan Xızı şəhəridir. Burada yolüstü dincəlmək,
ədəbiyyatımızın M.Müşfiq,C.Cabbarlı kimi klassiklərini yad
etməklə Xızı dağlarının seyrinə dalmaq imkanı vardır.
Dağlara tərəf irəlilədikcə Altıağac Milli Parkı daha çox
maraq doğurur, çünki sözün əsl mənasında park ərazisinin
canlandığı müşahidə olunur. Burada hər bir xırda kolun belə
pöhrələndiyini gormək çətin deyildir. Park ərazisinə daxil olarkən
burada ekoloji tarazlığın bərpası hiss olunur və meşənin sıxlığı,
yaşıllığı, quşların səsi buralara xüsusi gözəllik verməklə insanı
yaşamağa səsləyir.
18
Giləzi-Altıağac turizm
marşrutunun
ən
gözəl
istirahət obyektlərindən biri
Altıağac kəndi yaxınlığında
salınmış “Cənnət bağı” isti-
rahət kompleksidir. Kom-
pleks meşə ətəyində sakit
bir guşədədir. Burada ilin
bütün fəsillərində istirahət
etmək üçün hər cür şərait
yaradılmışdır. Belə ki, burada yüksək zövq ilə tikilmiş
mehmanxana,
kotteclər,
restoranlar,
yay
kino-konsert
meydançası, açıq havada təmiz suyu olan hovuz, zoopark, uşaqlar
üçün müxtəlif əyləncə obyektləri, meşə ərazisində inşa edilmiş
çayxana və s. vardır. "Cənnət bağı" kompleksində turistlərin
istirahəti üçün maksimum şərait yaradılmışdır və burada
insanların xoş istirahəti naminə yeni-yeni abadlıq, quruculuq
işləri davam etdirilir.
Dostları ilə paylaş: