8
GİRİŞ
Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal
formalarından biri olmaqla yanaşı həm də bir çox sosial-iqtisadi,
mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində
xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal
əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən,
müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər
yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən
sahədir.
Azərbaycanda turizm sahəsinin inkişafına ciddi diqqət
göstərilməkdədir.
Azərbaycan
kontekstində
də
ölkənin
diversifikasiyası, regionların inkişafı üçün məhz bu sənaye
həlledici əhəmiyyət kəsb edir. Turizmdə Azərbaycanın rəqabət
imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng
iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu
yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan
dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft
sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə
turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul
edilən
dövlət
proqramları,
normativ-hüquqi
bazanın
təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər
nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm
qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa
başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş
şəkildə təmin olunur.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış
“www.azerbaijan.travel” rəsmi milli turizm portalı son illər
ərzində daxili və xarici turistlər üçün Azərbaycanın turizm
potensialı, o cümlədən təbiəti, turizm infrastrukturu, ictimai
nəqliyyat sistemi, ölkəmizin unikal turizm məhsulları, turizm
şirkətləri və mehmanxanaları barədə geniş məlumat bazası və
təbliğat vasitəsi rolunu oynayıb. Gəlmə turizmi üzrə prioritet
sayılan ölkələrdə turizm potensialımızın təbliğ edilməsi
9
məqsədilə alman və rus saytlarında müvafiq elektron banerlər
yerləşdirilib.
Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm
bazasının yaradılması və mövsümlük anlayışının aradan
qaldırılması zərurəti yaranıb. Bu məqsədə nail olmaq üçün
Azərbaycan Respublikasındakı “Şahdağ” Yay-Qış Turizm
Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və
universallığı ilə fərqlənir. Kompleks Azərbaycan tarixində ilk
dağ-xizək kurortudur. Bir neçə il öncəyə kimi Azərbaycan
vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz
tuturdular. Lakin artıq Azərbaycanda iki qış turizm müəssisəsi
fəaliyyət göstərir: Qusardakı “Şahdağ” Yay-Qış İstirahət
Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında
açılışı olan “Tufan” Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin
inşası göstərir ki, Azərbaycanda təkcə yay turizminə alternativ
turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun
yaradılmasına xüsusi diqqət göstərilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
diqqət və qayğısı digər sahələrdə olduğu kimi, turizm sahəsində
də öz bəhrəsini vermiş və bu sahədə bir sıra dövlət proqramları
təsdiq edilmişdi.
Son bir neçə ildə Azərbaycanda turizm sektorunun inkişafı
üçün müəyyən addımlar atılıb. Bu məqsədlə yeni otellər, istirahət
mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlb edilməsi üçün viza
rejimi sadələşdirilir, həmçinin formlar, sammitlər və idman
oyunları keçirilir. Əcnəbi turistlərin Azərbaycanda rahat və
təhlükəsiz istirahət etmələri üçün tam təminat var. Bənzərsiz
təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicəvi Naftalan
nefti, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət,
milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin
bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq,
ekzotik, çimərlik, qastronomik və hətta qış turizminin inkişafı
üçün şərait yaradır. Qarşıdan gələn yay turizm mövsümü ilə bağlı
ölkəmizin geniş turizm imkanları ilə tanış olmaq və istirahətini
10
təşkil etmək məqsədilə çoxsaylı turistlərin Azərbaycana səfəri
planlaşdırılır.
Sonda əminliklə qeyd etmək olar ki, vaxtilə ümummilli
liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "2002-
2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı"
ölkəmizdə turizm sektorunun dirçəlməsinə təkan verib. 2002-ci
ildən başlayaraq hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin
(AİTF) keçirilməsi də bu baxımdan ciddi rol oynayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2010-cu il tarixli
sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2010-
2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" isə
ölkəmizdə bu sahənin inkişafı üçün daha ciddi əsas
yaradıb.Dövlətimizin başçısı ölkəmizdə turizmin inkişafını vacib
istiqamətlərdən biri kimi şəxsən diqqətdə saxlayır.
Dostları ilə paylaş: