7
Azərbaycan Respublikasında çimərlik turizminin
inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında çimərlik
turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər
Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sənəd
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli
istifadəni təmin etmək məqsədilə, "Azərbaycan Respublikasında
turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295
nömrəli sərəncamına uyğun olaraq imzalanıb.
Azərbaycan
Respublikası
Konstitusiyasının
109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən
turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək
məqsədilə, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli
Sərəncamına uyğun olaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına
dair 2017–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə
olunur).
2.Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər
Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müəyyən
edilsin.
3.Azərbaycan
Respublikasının
Nazirlər
Kabineti
bu
Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Dostları ilə paylaş: