21
informasiya vasitələri nümayəndələri üçün infotur keçirildi. Bu
marşrut tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində
yaranmış dövlətlərin paytaxtı olmuş Gəncə, Bərdə, Qəbələ,
Şamaxı və Bakı şəhərlərini əhatə edir. Bu şəhərlər bir-birindən
fərqli istiqamətlərdə yerləşdiyindən turizm şirkətləri “Beş dövrün
beş paytaxtı” turizm marşrutuna daxil olan şəhərlərdən hər birinə
və ya bir neçəsinə ayrı-ayrılıqda da tur təşkil edə bilərlər.
Ötən il Azərbaycan Turizm Assosiasiyası və Xaçmaz
Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə
Qusar rayonuna infotur gerçəkləşib. İnfotur çərçivəsində
“Xutorok” turizm istirahət mərkəzi və “Şahdağ” Turizm
Mərkəzinin yay əyləncə xidmətləri ilə tanışlıq, həmçinin Ləzə
kəndində ekoturizm marşrutu üzrə (Kuzun kəndindən Ləzə
kəndinə meşə-dağ yolu ilə təqribən 6 km yaxın yürüş, Ləzə kəndi
ilə tanışlıq və oradakı şəlaləyə səfər) ekskursiya təşkil olunub.
Dostları ilə paylaş: