turist səfərləri isə mövsümdən asılı olmayaraq həmişə aktualdır.
23
“Cənubun dadı” adlı kulinariya, Salyan, Masallı və Lənkəranda
“Cənub mirvarisi” adlı mədəni və ekoloji turizm marşrutları
pasportlaşdırılıb.
İsmayıllı-Basqal-Lahıc istiqaməti üzrə “Qırxotaq əfsanələri”
və “Fit qalası” marşrutu, Qobustan Dövlət Tarix-Bədii Qoruğu,
Şirvan Milli Parkı, Hacıqabul rayonu və Mahmudçala gölü
ərazisində quşları müşahidə, Quba rayonu istiqaməti üzrə
“Kulinariya turu” pasportlaşdırılıb.
Qaradağ rayon ərazisində Lökbatan-Daşgil-Qoturdağ və
Şamaxı rayon ərazisində Dəmirçi palçıq vulkanları, Quba-Şamaxı
rayon ərazisində “Cip Safari”, Qəbələ-Şəki-Qax istiqaməti üzrə
“Qədim Qafqaz Albaniyasının tarixi izləri”, Bakı-Şəmkir-Tovuz-
Ağsu-Qəbələ-Bakı istiqaməti üzrə arxeoloji, Bakı-Gəncə-Bərdə-
Qəbələ-Şamaxı-Bakı istiqaməti üzrə “Beş dövrün beş paytaxtı”
turizm marşrutları pasportlaşdırılıb.
Bu turizm marşrutları boyunca müvafiq infrastrukturun
yaradılması istiqamətində də işlər davamlı olaraq aparılır.
Marşrutlar boyu turizm marşrutlarının və tarixi abidələrin
nişanlarının quraşdırılması, yol qırağında turistlər üçün müvafiq
infrastrukturlu dayanacaqların yaradılması (suvenir satışı
köşkləri, restoran, super-market, uşaq meydançaları) təmin
olunur.
Marşrutlar üzrə daha çox turist axınını təmin etmək
məqsədilə nazirlik tərəfindən turizm şirkətləri və media
nümayəndələrinin iştirakı ilə infoturlar təşkil olunur.