Ön söz Giriş



Yüklə 2,36 Mb.
səhifə20/93
tarix21.12.2023
ölçüsü2,36 Mb.
#188821
1   ...   16   17   18   19   20   21   22   23   ...   93
meden-geologiyasi-muhazire

Ümumi məsaməlik. Süxurda mövcud olan bütün boşluqların cəmini (yüksək kapilyar, kapilyar və subkapilyar məsamələri) əks etdirir.

  • Açıq məsaməlik. Bir-biri ilə əlaqədə olan və maye axımına şərait yaradan məsamələri özündə cəmləşdirir (yüksək kapilyar və kapilyar kanallı süxurlar).

    Yataqların işlənilməsinin həyata keçirilməsində süxurların məsaməliyi böyük əhəmiyyət kəsb edir: yüksək məsaməli laylarda işlənilmə şəraiti əlverişli olduğu halda, məsaməliyi zəif olan süxurlarda neftçıxarma prosesi müxtəlif çətinliklərlə üzləşir. Onu da qeyd edək ki, məsaməliyi 10 %-dən az olan süxurlardan neft hasilatı mümkün olmur.
    Çökmə süxurların məsaməliyini öyrənmək üçün Preobrajenski və geofiziki üsullarından istifadə edilir. Süxur məsaməliyinin qiymətlərindən yataqların işlənilmə prosesində istifadə etmək üçün aşağıdakı əməliyyatlar həyata keçirilməlidir:
    1. Yataq sahəsində qazılan (süxur nümunəsi götürülən) quyular, koordinat sistemi göstərilməklə, cədvəl və xəritədə qeyd edilir (cədv.II.1, şək.II.15 ).
    2. Məsaməliyin yataq sahəsində paylanma xüsusiyyətini öyrənmək üçün onun statistik göstəriciləri (orta qiymət, dispersiya, orta kvadratik meyl, variasiya əmsalı və s.) hesablanır.
    3. Xəritə almaq üçün istifadə olunan müasir proqramlardan birinin tətbiqi ilə layın məsaməlik xəritəsi tərtib edilir.
    4. Alınan nəticələr araşdırılır və tövsiyələr əsaslandırılır.
    Qeyd olunan öyrənilmə prinsipini konkret misalda şərh edək.
    Tutaq ki, strukturda qazılan quyulardan səkkizi öyrənilən layı açmış və onlardan süxur nümunələri götürülmüşdür. Onların məsaməliyinin qiymətləri aşağıdakı cədvəldə verilmişdir. Məsaməliyin sahəvi dəyişməsi isə xəritədə əks etdirilmişdir (şək.II.15).
    Yatağa qazılmış quyularda süxur məsamələrinin qiymətləri
    Cədvəl II.1.

    sıra
    №-si

    quyuların
    №-si

    koordinatlar

    məsaməlik,
    Xi ,%-lə





    X

    Y

    1

    1

    3.8

    2.2

    14

    -5

    25

    2



    2

    4.3

    3.2

    16

    -3

    9

    3


    3

    1.1

    1.4

    26

    7

    49

    4



    4

    4.5

    1.6

    17

    -2

    4

    5

    5

    5.9

    4.6

    23

    4

    16

    6

    6

    6.0

    4.0

    19

    -

    -

    7

    7

    2.9

    2.8

    18

    -1

    1

    8

    8

    4.6

    4.3

    19

    -

    104


















    104

    Alınan ilkin məlumatlara istinad edərək riyazi statistikanın tətbiqi ilə aşağıdakı əməliyyatlar yerinə yetirilir:


    1. seçmə çoxluğun orta qiyməti
    = Xi /n= 152/8=19;
    2 dispersiya

    3. orta kvadratik meyl

    4. variasiya əmsalı
    .



    Şərti işarələr:
    2 – qazılmış quyuların nömrələri;
    18 – quyularda süxur məsaməliyin qiymətləri (% -lə);
    neft-su konturu

    – məsaməliyin dəyişmə izoxətləri


    Şəkil II.15. Layın sahəsi üzrə süxur məsaməliyinin dəyişmə xəritəsi


    Beləliklə, tərtib olunmuş xəritəyə və müvafiq statistik qiymətlərə istinad edərək bu layda məsaməliyin paylanması haqqında aşağıdakıları qeyd etmək olar: layda məsaməliyin orta qiyməti 19%, dispersiyası 14,8, orta kvadratik meyl 3,8, variasiya əmsalı isə 20% təşkil edir. Statistik baxımdan bu seçmə çoxluğu bircinslidir.



    Yüklə 2,36 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   16   17   18   19   20   21   22   23   ...   93




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin