Ön söz Giriş


Yataq rejiminin proqnozlaşdırılması



Yüklə 2,36 Mb.
səhifə35/93
tarix21.12.2023
ölçüsü2,36 Mb.
#188821
1   ...   31   32   33   34   35   36   37   38   ...   93
meden-geologiyasi-muhazire

Yataq rejiminin proqnozlaşdırılması
Yuxarıda qeyd edildiyi kimi, neft və qaz yataqlarının işlənilmə müvəffəqiyyəti onların təbii rejimlərindən əsaslı surətdə asılıdır. Lay enerjisinin təzahüründən asılı olaraq işlənilmə sistemləri əsaslandırılır və tətbiq olunur. Buna görə də işlənilmə ərəfəsində lay enerjisi haqqında proqnoz məlumatların alınması vacibdir.
Dunya təcrübəsindən məlumdur ki, layların rejimi yatağın yerləşdiyi regionun hidrodinamik mühitindən, qırışıqların tektonik xüsusiyyətindən, onların geoloji qeyri-bircinsliliyindən, kollektorların geoloji-fiziki xassələrindən, habelə neftin, suyun və qazın fiziki-kimyəvi xüsusiyyətlərindən asılıdır. Odur ki, işlənilmə ərəfəsində yatağa qazılmış quyulardan yuxarıda qeyd olunan lay xassələri haqqında müvafiq məlumatlar əldə edilməlidir. Onlara istinadən işlənilmə prosesində baş verə biləcək dinamik sistemlər haqqında mülahizələr söyləmək olar.
Yuxarıda qeyd olunanlar geoloji quruluşu yaxşı öyrənilmiş Cənubi Xəzər hövzəsi neft yataqlarının timsalında şərh edilir.
Sadə tektonik quruluşlu, yaxşı çeşidlənmiş kvars qumlarından təşkil olunmuş böyük qalınlığa malik laylarda neftlərin özlülüyünün kiçik olması burada kənar suların aktiv hərəkəti haqqında fikir söyləməyə imkan verir. Layın kəsilişində aralıq gil qatlarının olmaması və ya az olması bu suların tənzimli işlənilməsi üçün əlverişli olacağı haqqında mülahizələr söyləməyə əsas verir. Belə şəraitə misal olaraq mərkəzi Abşeron yataqlarında məhsuldar qatın qırməkialtı və qırməkiüstü qumlu lay dəstələrini göstərmək olar.
Kəsilişi qumlu-gilli qatların növbələşməsindən təşkil olunan yüksək özlülüklü neftlər ilə səciyyələnən laylarda hidrodinamik şəraitin işlənilmə üçün əlverişli olacağı şübhə doğurur. Belə ki, bu kimi geoloji şəraitdə kənar suların hərəkəti baş vermir və ya onun hərəkəti yüksək keçiriciliyə malik ayrı-ayrı laylar və laycıqlarda qeyd olunur. Nəticədə işlənilmə prosesi neftdə həll olmuş qaz rejiminin təsiri ilə həyata keçirilir. Belə geoloji şəraiti Abşeron yarımadası və Xəzər dəniz akvatoriyasında işlənilən yataqlarda qırməki lay dəstəsi obyektləri timsalında göstərmək olar.



Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin