АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №2, səh. 98-103 (2015)
98
Ontogenezin Müxtəlif Dövrlərində Aparılan Hipoksiyanin Dovşan Balalarının
Beyninin Bioelektrik Aktivliyinə Təsiri
İ.H. İbrahimli*, Ə.H. Hüseynov, A.Ə. Mehdiyev
AMEA A.İ. Qarayev adına Fiziologiya İnstitutu, Şərif-zadə küç., 2, Bakı AZ 1100, Azərbaycan;
*E-mail: ilxamai@mail.ru
10, 20 və 30 günlük dovşanların elektrokortikoqramması (EKoQ) bir dəfə aparılan kəskin hipok-
siyadan sonra qeyd edilib. Oksigen çatışmazlığı 10 və 20 günlük dovşanlarda EKoQ-nin spektrində
aşağı tezlikli dalğaların xüsusi çəkisini 3-5% artırır, eyni zamanda dalğaların amplitudası yüksəlir.
30 günlük dovşanlarda EKoQ-nin spektri hipoksiyanın təsiri ilə dəyişmir. Lakin əvvəlki təcrübə
qruplarından fərqli olaraq EKoQ-nin aşağı tezlikli və alfa dalğalarının amplitudası azalır. Müxtəlif
yaş qruplarında EKoQ-nin oksigen çatışmazlığına davamlılığının müqayisəsi əsasında demək olar ki,
yaşın artması ilə əlaqədar EKoQ-nin hipoksiyaya davamlılığı artır.
Açar sözlər: Elektrokortikoqramma, hipoksiya, ontogenez, dovşan
GİRİŞ
Hipoksiya inkişafda olan sinir sistemində ciddi
dəyişikliklər yaradaraq müxtəlif pozuntulara və
xəstəliklərə səbəb olur. Eyni zamanda sinir sis-
teminin inkişafını gecikdirir. Oksigen çatışmazlığı
beynin sinir və qlial hüceyrələrinin zədələnməsinə
və ya ölümünə səbəb olur. Neyronların cismi, çı-
xıntıları və sinapsları dəyişikliyə uğrayır, akson-
ların mielinləşmə prosesi gecikir (Журавин и др.,
2003).
İlk növbədə hipoksiya beyin qabığının quru-
luşuna təsir edir (Schwartz et al., 2004).
Hipoksiyanın sinir sisteminə təsiri onun ti-
pindən, ağırlığından, davamemə müddətindən,
orqanizmin fərdi rezistentliyindən başqa təsir etdiyi
inkişaf dövründən də asılıdır (Гусейнов и др.,
2012, Журавин и др., 2003, Schwartz et al.,
2004). Ədəbiyyatda belə fikir var ki, orqanizm nə
qədər cavandırsa onun sinir sistemi hipoksiyaya o
qədər davamlıdır (Schwartz et al., 2004). Bu fikir
ontogenezin daha gec dövrlərində aparılan tədqi-
qatların nəticəsinə əsaslanır. Lakin bu problem ilkin
ontogenezdə yetərincə tədqiq olunmayıb. Bunları
nəzərə alaraq ilkin ontogenezin müxtəlif dövrlə-
rində hipoksiyanın beynin elektrik aktivliyinə
təsirini tədqiq etmişik.
MATERİAL VƏ METODLAR
Təcrübələr 48 baş 10, 20 və 30 günlük dovşan-
larda aparılmışdır. Heyvanlar bilavasitə elektro-
fizioloji qeydiyyatdan əvvəl hipoksiyaya məruz
qalmışlar. Hipoksiya şəraiti yaratmaq üçün dov-
şanlar 20 dəqiqə ərzində həcmi 0,012 m
3
olan
xüsusi kamerada tərkibində 5% oksigen və 95%
azot qazları qarışığı ilə tənəffüs etmişlər. Kamerada
temperatur və təzyiq eyni səviyyədə saxlanılmış və
CO
2
-nin miqdarı 0,01%-dən yüksək olmamışdır.
Narkoz kimi heyvanlara 1:1 nisbətində kalip-
sol və xilozin qarışığı (1ml/1kq) vurulmuşdur.
Hipoksiyanın sinir sisteminə təsirini tədqiq
etmək üçün EKoQ metodundan istifadə edilmişdir.
Bioelektrik aktivliyi beyin qabığının görmə nahiyə-
sindən qeyd olunmuşdur. Qeydiyyatdan əvvəl beyin
qabığının müvafiq hissəsinin üstü açılmışdır.
EkoQ-ni qeyd etmək üçün diametri 80-100 mkm
olan nixrom elektroddan istifadə olunmuşdur.
Referent elektrod burun sümüyünə bərkidilmişdir.
EkoQ-nin qeydiyyatı 16 kanallı Medikor-16 S
tipli elektroensefaloqrafla aparılmışdır. Qeyd edilən
tezliklər 0,3-70 Hz arasında olmuşdur. Kağız
üzərində olan yazıların 10 saniyəlik kəsikləri Faur
və Fudzimori metodu əsasında analiz edilmişdir
(Fujimori et al., 1958). Alınan nəticələrin etibar-
lılığı Styüdentə görə hesablanmışdır.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Kontrol 10 günlük dovşanlarda görmə qabı-
ğının EKoQ-nin spektrinin böyük hissəsini-67%-ni
yüksək tezlikli α, ß
1
və ß
2
dalğaları təşkil etmişdir.
Ən az xüsusi çəkiyə malik olan α dalğalarının
indeksi 13,7±0,6%-ə bərabər olmuşdur. ß
1
və ß
2
dalğaları spektrin yarısından çoxunu təşkil etmişlər.
Aşağı tezlikli ∆ və θ dalğaların xüsusi çəkisi çox az
fərqlənmişdir- 14,4±0,6%, 18,2±0,8% (Şək.1, 2).
Qeyd olunan EKoQ-nin dalğalarının ampli-
tudası kifayət qədər yüksək olmuşdur. Belə ki,
dalğaların amplitudası 42 mkV-a çatmışdır. EKoQ-
nin qeydi zamanı heç bir fasilə müşahidə olun-
mamışdır.
Hipoksiya keçirmiş 10 günlük dovşanların
EKoQ-nin spektrinin analizi göstərir ki, kontrolla
Ontogenezin Müxtəlif Dövrlərində Aparılan
99
müqayisədə aşağı tezlikli dalğaların xüsusi çəkisi
təqribən 3% artır (p<0,01) (Şək. 2). Bu artım əsasən
∆ dalğaların hesabına baş verir (17,2±0,7%), θ
dalğaların miqdarı demək olar ki, dəyişmir
(18,9±0,9%).Yüksək tezlikli dalğalardan ancaq α-
dalğaların ümumi miqdarı azacıq azalır-10,7±0,5%,
ß
1
və ß
2
dalğaların xüsusi çəkisi isə kontroldan
fərqlənmir (27,3±1,2%, və 25,9±1,1%) (Şək. 2).
Analiz nəticəsində müəyyən olunmuşdur ki,
hipoksiyanın təsiri ilə EKoQ-nin dalğalarının
amplitudası 2 dəfə artır (p<0,01) ( Şək. 3).
Şəkil 1. Kontrol (I) və hipoksiya keçirmiş (II) 10 günlük dovşan balalarının EkoQ-si:
a) sağ yarımkürə, b) sol yarımkürə.
kontrol
təcrübə
kontrol
təcrübə
kontrol
təcrübə
10 günlük
20 günlük
30 günlük
∆
θ
α
ß1
ß2
**
**
*
*
*
Şəkil 2. Postnatal ontogenezin müxtəlif dövrlərində aparılan hipoksiyanın
EkoQ-nin spektral tərkibinə təsiri:* p<0,05; **p<0,01.
0
10
20
30
40
50
60
70
80
90
kontrol
təcrübə
kontrol
təcrübə
sağ y/kürə
sol y/kürə
mkV
∆
θ
ɑ
ß1
ß2
***
***
***
***
***
**
***
***
***
***
Şəkil 3. Postnatal ontogenezin 10-cu günündə kəskin hipoksiyaya məruz qoyulmuş
dovşan balalarında baş beynin ümumi bioelektrik aktivliyinin dalğa spektrlərinin
amplitud göstəriciləri: **p<0,01; ***p<0,001.
İbrahimli və b.
100
Şəkil 4. Kontrol (I) və hipoksiya keçirmiş (II) 20 günlük dovşanların EkoQ-si: a) sağ yarımkürə, b) sol yarımkürə.
0
20
40
60
80
100
120
140
160
180
200
kontrol
təcrübə
kontrol
təcrübə
sağ y/kürə
sol y/kürə
mkV
∆
θ
ɑ
ß1
ß2
***
***
**
***
***
***
***
***
***
***
Şəkil 5. Postnatal ontogenezin 20-ci günündə kəskin hipoksiyaya məruz qoyulmuş dovşan balalarında baş beynin
ümumi bioelektrik aktivliyinin dalğa spektrlərinin amplitud göstəriciləri: **p<0,01, ***p<0,001.
Kontrol 20 günlük dovşanların EKoQ-nin
spektrinin 62%-ni yüksək tezlikli dalğalar təşkil
etmişlər. Spektrdə ∆ və θ dalğaların miqdarı
19,6±0,8%, 18,5±0,8%-ə bərabər olmuşdur.Yüksək
tezlikli dalğalardan α dalğalar ən az xüsusi çəkiyə
malik olmuşlar (12,5±0,5%). ß
1
və ß
2
dalğaları
spektrin 26,6±1,2% və 22,4±0,9%-ni təşkil etmişlər
(Şək. 2, 4). EKoQ-nin dalğalarının amplitudası 10
günlük dovşanlara nisbətən iki dəfə artmışdır.
Hipoksiya keçirmiş 20 günlük dovşanların
EKoQ-nin spektrində aşağı tezlikli dalğaların
xüsusi çəkisi təqribən 5% artır (p<0,01). Aşağı
tezlikli dalğaların artımı 10 günlük dovşanlardan
fərqli olaraq ∆ dalğaları ilə deyil, θ dalğaları ilə
əlaqədardır. ∆ və θ dalğaların rastgəlmə tezliyi
18,6±0,8% və 23,3±1,0% olmuşdur. α dalğaların
ümumi miqdarı 3% azalaraq 9,1±0,4%-ə bərabər
olmuşdur. ß
1
və ß
2
dalğaları müvafiq olaraq
spektrin 23,4±1,1% və 25,6±1,1%-ni təşkil
etmişlər (Şək. 2). Analiz nəticəsində hipoksiya-
nın təsiri ilə EKoQ-nin dalğalarının amplitu-
dasının 1,5 dəfə artması müəyyən olunmuşdur
(p<0,01) (Şək. 5).
Kontrol 30 günlük dovşanların EKoQ-nin,
spektrində aşağı və yüksək tezlikli dalğaların nis-
bəti əvvəlki dövrdən fərqlənməmişdir. Spektrin
62%-ni yüksək tezlikli dalğalar təşkil etmişdir. ∆
və θ dalğaların rastgəlmə tezliyi müvafiq olaraq
17,9±0,8% və 19,8±0,9%-ə bərabər olmuşdur. Ən
az xüsusi çəkiyə α dalğalar malik olmuşlar
(12,4±0,6%). Yüksək tezliyə malik ß
1
və ß
2
dal-
ğaların indeksi 20 günlükdən çox az fərqlənmişdir
(25,7±1,1% və 24,3±1,1%) (Şək. 2, 6). Müəyyən
olunmuşdur ki, 30 günlük dovşanlarda EKoQ-nin
dalğalarının amplitudası əvvəlki dövrə nisbətən
artmışdır (p<0,01).
Hipoksiyanın təsiri ilə 30 günlük dovşanların
EKoQ-nin spektral tərkibində cüzi dəyişikliklər
baş verir. Aşağı və yüksək tezlikli dalğaların miq-
darının nisbəti kontrola nisbətən dəyişmir. Aşağı və
yüksək tezlikli dalğalar spektrin 38% və 62%-ni
təşkil etmişlər. Eyni zamanda aşağı tezlikli ∆ və θ
Ontogenezin Müxtəlif Dövrlərində Aparılan
101
Şəkil 6. 30 günlük dovşan balalarının baş beyninin bioelektrik aktivliyi.
I - kontrol, II - təcrübə, a) sağ yarımkürə, b) sol yarımkürə.
0
20
40
60
80
100
120
140
kontrol
təcrübə
kontrol
təcrübə
sağ y/kürə
sol y/kürə
mkV
∆
θ
ɑ
ß1
ß2
**
**
**
**
**
**
**
***
Şəkil 7. Postnatal ontogenezin 30-cu günündə kəskin hipoksiyaya məruz qoyulmuş dovşan balalarında baş beynin
bioelektrik aktivliyinin dalğa spektrlərinin amplitud göstəriciləri, **p<0,01, ***p<0,001.
dalğaların miqdarının nisbəti də dəyişməmişdir, on-
ların indeksi müvafiq olaraq
16,6±0,8% və
20,6±0,9% olmuşdur. α dalğaların miqdarının 2%
azalması müşahidə olunmuşdur (10,5±0,5%).
Müəyyən edilmişdir ki, kontrolla müqayisədə ß-
dalğaların xüsusi çəkisinin azalması ß
1
dalğaları ilə
əlaqədardır, onların miqdarı 3% azalır (22,8±0,9%).
ß
2
dalğaların xüsusi çəkisi isə 5% artır (29,5±1,3%)
(Şək.2, 6). Müəyyən olunmuşdur ki, 30 günlük dov-
şanlarda əvvəlki dövrlərdən fərqli olaraq hipok-
siyanın təsiri ilə EKoQ-nin aşağı tezlikli və alfa
dalğalarının amplitudası azalır (p<0,01) (Şək. 7).
Tədqiqatlar göstərir ki, hipoksiyanın təsiri ilə
10 və 20 günlük dovşanlarda EKoQ-nin spektrində
aşağı tezlikli dalğaların xüsusi çəkisi cüzi 3-5%
artır. Eyni zamanda EKoQ-nin dalğalarının ampli-
tudası kəskin artır. Bu artım 10 günlük dovşanlarda
daha nəzərə çarpandır. 30 günlük dovşanlarda hi-
poksiya EKoQ-nin spektrinə çox cüzi təsir edir,
aşağı və yüksək tezlikli dalğaların miqdarının nis-
bəti dəyişikliyə məruz qalmır. Əvvəlki yaş qrup-
larından fərqli olaraq EKoQ-nin dalğalarının ampli-
tudasında azalma müşahidə olunur.
Ədəbiyyatdan məlumdur ki, hipoksiyanın təsiri
ilə inkişafda olan və yetkin beyin qabığının yekun
aktivliyində bəzi hallar istisna olmaqla (Гусейнов и
др., 2012), aşağı tezlikli dalğaların xüsusi çəkisi
artır (Anderson et al., 2004, Parer, 1998). Hipok-
siya şətaitində EKoQ-nin dalğalarının amplituda-
sının artmasını beyin qabığı neyronlarının impuls
aktivliyinin artması və tormozlayıcı neyrolarin ak-
tivliyinin zəifləməsi ilə izah etmək olar. Hesab olu-
nur ki, tormozlayıcı neyrolar beyin qabığı neyron-
larının impuls aktivliyini tənzim edərək EEQ-nin
dalğalarının davametmə müddətini və amplitudasını
təyin edirlər (Irlbacher, 2007). EKoQ-nin dalğala-
rının amplitudasının azalması beyin qabığı neyron-
larının aktivliyinin zəifləməsi ilə bağlı ola bilər.
Əgər 10 və 20 günlük dovşanların EKoQ-nin
oksigen çatışmazlığına davamlılığını müqayisə et-
sək məlum olar ki, axırıncıların elektrik aktivliyi
hipoksiyaya daha həssasdır. Hər iki qrupdan olan
İbrahimli və b.
102
heyvanlarda EKoQ-nin spektrində dəyişıklıklər çox
cüzi fərqlənir, lakin 10 günlük dovşanların EKoQ-
nin amplitudasının artımı daha çoxdur. 30 günlük
dovşanlarda baxmyaraq ki, hipoksiyanın təsiri ilə
EKoQ-nin dalğalarının amplitudası azalır, onun
spektrində dəyişiklik baş vermir. Bunun əsasında
onların elektrik aktivliyinin hipoksiyaya daha da-
vamlı olmasını demək olar.
Ədəbiyyatda belə hesab olunur ki, orqanizm nə
qədər cavandırsa onun EEQ-si o qədər oksigen
çatışmazlığına davamlıdır (Singer, 2004; Symmes
et al., 1970). Ontogenezin əvvəlində EEQ-nin hi-
poksiyaya davamlılığı bir sıra kompensator mexa-
nizmlərin olması ilə izah olunur. Güman olunur ki,
ilkin ontogenezdə qlikogen ehtiyatı daha çoxdur,
qan-damar sisteminin xüsusiyyətləri oksigenin daha
asan nəql olunmasını təmin edir, hipoksiya zamanı
maddələr mübadiləsi zəifləyir və hüceyrələrdə pH
azalır (Singer, 2004; Mann, 1970). Lakin ilkin on-
togenezdə EEQ-nin hipoksiyaya davamlılığı tam
aydın deyil. Bəzi müəlliflərin fikrinə görə baxma-
yaraq ki, ilkin ontogenezdə EEQ hipoksiyaya da-
vamlıdır, onun təsiri ilə sinir sistemində daha ciddi
morfoloji dəyişıkliklər yaranır (Lafemina, 2006;
Young et al., 2004).
Aparılan tədqiqatların əsasında demək olar ki,
ontogenezin əvvəlində hipoksiya yaşla əlaqədar
dovşanların EKoQ-nin göstəricilərinə müxtəlif təsir
edir. 10 və 20 günlük dovşanlarda oksigen çatış-
mazlığı EKoQ-nin spektrində aşağı tezlikli dalğa-
ların xüsusi çəkisini 3-5% artırır, eyni zamanda dal-
ğaların amplitudası yüksəlir. 30 günlük dovşanlarda
EKoQ-nin spektri hipoksiyanın təsiri ilə dəyişmir.
Lakin əvvəlki təcrübə qrupundan fərqli olaraq
EKoQ-nin yavaş və alfa dalğalarının amplitudası
azalır. Müxtəlif yaş qruplarında EKoQ-nin oksigen
çatışmazlığına davamlılığının müqayisəsi əsasında
demək olar ki, yaşın artması ilə əlaqədar EKoQ-nin
hipoksiyaya davamlılığı artır.
ƏDƏBİYYAT
Журавин И.А., Туманова Н.Л., Дубровская
Н.М, Федосеева К.Н. (2003) Нарушения фор-
мирования старой и новой коры при измене-
нии условий эмбрионального развития. Журн.
Эвол. Биох. и физиол., 39(№ 6): 608-612.
Гусейнов А.Г., Мамедов Х.Б. (2012) Влияние
гипоксии в разные периоды пренатального он-
тогенеза на электрокортикограмму плодов
кролика. Росс. Физиол. журн., 98: 1260-1257.
Anderson T.R., Shah P.A., Benson D.L. (2004)
Maturation of glutamatergic and GABAergic
synapse composition in hippocampal neurons.
Neuropharmacology, 47: 694-705.
Fujimori B., Yokota T., Ishibashi Y., Takei T.
(1958) Analysis of the electroencephalogram of
cjildren by histoqram method. EEG and Clin.
Neurophysiol., 10(2): 241-252.
Irlbacher K., Brocke J., Mechow J.V, Brandt
S.A. (2007) Effects of GABAa and GABAb
agonists on interhemispheric inhibition in man.
Clin. Neurophysiol., 118: 308-316.
Lafemina M.J., Sheldon R.A., Ferriero D.M.
(2006) Acute hypoxia-ischemia results in hydro-
gen peroxide accumulation in neonatal but not
adult mouse brain. Pediatr. Res., 59(5): 680-683.
Mann L.J. (1970) Effect of hypoxia on fetal cephalic
blood flow, cephalic metabolism, and the elec-
troenctphalogramm. Exp. neurol., 29(2): 336-348.
Parer J.T. (1998) Effects of fetal asphyxia on brain
cell structure and function: limits of tolerance.
Comp. Biochem. Physiol. A Mol. Integr. Physiol.,
119: 711-716.
Schwartz M.L., Vaccarino F., Chacon M., Yan
W.L., Ment L.R., Stewart W.B. (2004) Chronic
neonatal hypoxia leads to long term decreases in
the volume and cell number of the rat cerebral
cortex. Semin Perinatol., 28: 379-388.
Singer D. (2004) Metabolic adaptation to hypoxia:
cost and benefit of being small. Respiratory
Physiol. Neurobiol., 141(3): 215-228.
Symmes D., Prichard J. W., Mann L. I. (1970).
Spectral analysis of fetal sheep EEG during
hypoxia. Electroencephalography and Clinical
Neurophysiology, 29(5): 511-515 .
Young, C., Tenkova T., Dikranian K., Olney J.W.
(2004) Excitotoxic versus apoptotic mechanisms of
neuronal cell death in perinatal hypoxia/ischemia.
Current Molecular Medicine, 2: 77-85.
Ontogenezin Müxtəlif Dövrlərində Aparılan
103
Влияние Гипоксии, Проводимой в Разные Периоды Онтогенеза
на Биоэлектрическую Aктивность Мозга Крольчат
И.Г. Ибрагимли, А.Г. Гусейнов, А.А. Мехтиев
Институт физиологии им. А.И. Гараева НАНА
Исследовано влияние однократной острой гипоксии на электрокортикограмму (ЭКоГ) у 10, 20 и 30-
дневных крольчат. У 10 и 20-дневных крольчат под влиянием гипоксии в спектре ЭКоГ усиливается
выраженность низкочастотных волн на 3-5%. Одновременно увеличивается амплитуда волн ЭКоГ. У
30-дневных крольчат при гипоксии в спектре ЭКоГ существенных изменений не происходит, а
амплитуда волн уменьшается. Сравнительный анализ показывает, что по мере увеличения возраста
крольчат, уменьшается чувствительность ЭКоГ к гипоксию.
Ключевые слова: Острая гипоксия, онтогенез, электрокортикограмма, кролики
Impact of Hypoxia Undertaken In Different Periods of Ontogenesis
on Bioelectrical Activity of The Brain in Rabbit Pups
I.H. Ibrahimli, A.G. Guseynov, A.A. Mekhtiev
Institute of
Physiology named after A.I.Garayev, ANAS
The electrocorticogram (ECoG) of the 10, 20 and 30-day old rabbits, subjected to the effects of acute
hypoxia, was registered. Under hypoxia in the 10 and 20-day old rabbits incidence of the low-frequency
waves in the ECoG specter was upregulated by over 3-5%. Simultaneously, amplitudes of the waves of the
ECoG increased. In the 30-day old rabbits there were no significant changes in the ECoG specter under
hypoxia, whereas amplitudes of the waves decreased. Comparative analysis shows that while the age of the
rabbits was growing up, vulnerability of ECoG to hypoxia decreased.
Key words: Acute hypoxia, ontogenesis, electrocorticogram, rabbits
Dostları ilə paylaş: |